Məhkəmə qərarları › İş №2(102)-398/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-398/2022

10.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-398/2022 10.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və "xxxx" X2 Cavabdeh qarşı iddia tələbinə, Cavabdeh İddiaçı1 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: İcarə müqaviləsi. Əsassız varlanma. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 vəkili Vəkil2, Cavabdeh vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5773/2021 nömrəli iş üzrə 18 avqust 2021- ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Cavabdeh ilə (etibarnamə ilə çıxış edən X6) "xxxx" MMC arasında 23 yanvar 2019cu il tarixdə icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən cavabdeh Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanında yerləşən və ona məxsus qeyri-yaşayış sahəsini 18 ay müddətinə "xxxx" MMC-yə icarəyə verməlidir. Tərəflər ayrı-ayrılıqda 05.03.2019-cu il tarixdə notariat ofisinə ərizə verərək icarə müqaviləsini ləğv edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və "xxxx" MMC Cavabdeh qarşı iddia ə rizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22500 manat və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manatın, ümumilikdə 22530 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçılara ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, icarə müqaviləsinin şərtlərinə əsasən cavabdeh mülkiyyətində olan və Bakı şəhəri, Yasamal rayonu, Murtuza Muxtarov 184 ünvanda yerləşən yerləşən qeyri-yaşayış sahəsini 18 ay müddətinə "xxxx" MMC-yə icarəyə verməli və bu müddət ərzində müqavilənin 6.1.3-cü bəndinə görə icarəyə verilən sahəyə kənardan su sızması ilə bağlı yaranacaq xərcləri qarşılamalı, 6.1.6-cı bəndinə görə isə su ilə bağlı yaranan problemləri həll etməli idi. Müqavilə bağlanmamışdan və hələ "xxxx" MMC təsis edilməmişdən öncə İddiaçı1 qeyri-y aşayış sahəsini əsaslı şəkildə təmir etdirmiş və təmir işlərinə ümumilikdə 22500 manat məbləğində pul vəsaiti sərf etmişdir. Təmir-bərpa işlərinin aparılması ilə əlaqədar fotoşəkillər, qaimə fakturalar, ödəniş qəbzləri iddia ərizəsinə əlavə edilmişdir. İcarə müqaviləsinin predmeti olan obyektdə təmir-bərpa işləri görüldükdən sonra cavabdeh tərəfindən müqavilənin 6.1.3 və 6.1.6-cı bəndlərində nəzərdə tutulmuş öhdəliklər yerinə yetirilməmişdir. Su sızması ilə bağlı yaranan mübahisə zəminində icarə müqaviləsinə rəsmi şəkildə xitam verilməmiş və ümumiyyətlə "xxxx" MMC və onun əməkdaşları xəbərdar edilməmiş, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsinin giriş qapısının açarları dəyişdirilərək icarəyə götürən obyektə buraxılmamışdır. Müqavilə bağlandıqan 1 ay sonra icarəyə götürən obyektdən istifa də edə bilməmişdir. Hal-hazırda isə həmin obyekt başqa şəxslərə icarəyə verilir. Cavabdeh tərəfindən yol verilən bu qanunsuz hərəkətlər nəticəsində iddiaçıların hesabına əsassız olaraq varlanmış, yəni ona məxsus qeyri-yaşayış sahəsində 22500 manat dəyərində yaxşılaşdırma (təmir-bərpa) işləri görülmüşdür. Cavabdeh iddiaçılar İddiaçı1 və "xxxx" MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən vurduqları 54195 manat məbləğində maddi ziyanın, dövlət rüsumu üçün ödənilmiş 30 manat pulun, ümumilikdə 54225 manat pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, aralarında olan şifahi razılaşmaya əsasən cavabdeh "xxxx" MMC-yə icarəyə verilən qeyri-yaşayış sahəsindəki mövcud bar avadanl ığını səliqə ilə götürüb otaqda (anbarda) yerləşdirməklə onun yerində qadın salonunun fəaliyyəti üçün zəruri avadanlıqları quraşdırmalı idi. Sahənin digər avadanlıqları və eyni zamanda döşəmə, divar və sair hissələrində hər hansı bir struktur dəyişikliyinin, təmir və yenidənqurmanın aparılması barədə o, cavabdehə hər hansı bir yazılı və yaxud şifahi razılıq verməmişdir. 2019-cu ilin fevral ayında qeyri-yaşayış sahəsinə baxış keçirən zaman məlum olmuşdur ki, iddiaçılar onun razılığı və icazəsi olmadan qeyri-yaşayış sahəsində struktur dəyişiklikləri edərək təmir və yenidənqurma işləri aparmış və onun sahədə quraşdırdığı barı söküb anbara tullayaraq məhv etmiş, sahənin döşəməsinin, divarının və başqa sahələrin mövcud materiallarını sökərək ucuz matariallarla əvəz edərək ona aşağıda göstəril ən qaydada və məbləğdə maddi ziyan vurmuşdur: Qeyri-yaşayış sahəsinin çöl hissəsinin reklamı “Qrasıya Vomen club" şüşə reklamı çıxarılaraq tullanmışdır ki, bununla 4800 manat ziyan vurulmuşdur; Qeyri-yaşayış sahəsinin giriş hissəsində olan 35 kv metr (1 kv metinin qiyməti 15 manat+usta pulu 5 manat=20 manat), dəyəri 700 manat olan tameti çıxarılaraq onun yerinə (1 kv metrinin qiyməti 3 manat, usta pulu 2 manat=5 manat) ucuz tametlə əvəzlənib ki, bununla 525 manat ziyan dəymişdir; Qeyri-yaşayış sahəsində quraşdırılmış kombi xarab edilmişdir ki, (dəyəri 1800 manat+usta pulu 350 manat, cəmi 2150 man) bununla 2150 manat ziyan dəymişdir; Fövqəladə Hallar Nazirliyinin dəyəri 2800 manat dəyərində olan Təhlükəsizlik Aparatı xarab olmuşdur ki, işləmir; Qeyri-yaşayış sahəsinin döşəməsi 165 kv metr ( 1 kv metrinin qiyməti 28 manat=4620 manat+usta pulu 165 x 12 manat=1980 manat, cəmi 6600 manat) bununla 6600 manat ziyan dəymişdir; Qeyri-yaşayış sahəsinin divarlarında olan İspaniya istehsalı olan oboy 460 kv metr (bir rulon-9 kv metr -qiyməti 55 manat olmaqla 460:9=70 rulon x 55=3850 manat) çıxarılaraq yerinə 460 kv metr (bir kv metri 3 manat x 460=1380 manat) əvəzlənmişdir ki, bununla 2470 manat ziyan dəymişdir; Bar və resepşin dəyəri 9700 manat olmaqla anbara tullanılaraq yararsız vəziyyətə salınmışdır; Müxtəlif qiymətlə olan, ümumi dəyəti 4700 manat olan 6 ədəd rəflərin şüşələri sındırılaraq yararsız vəziyyətə salınmışdır; Qeyri-yaşayış sahəsinin idman zalının Türkiyə istehsalı olan 10 kv metr laminat döşəməsi (dəyəri 28 manat x 10=280 manat+10 x usta pulu 5 manat=50 manat, cəmi 330 m anat) çıxarılaraq ucuz laminat ilə (dəyəri 9 manatx 10 kv metr=90 manat+usta pulu 2 manat=20 manat., cəmisi 110 manat) əvəzlənmişdir ki, bununla 170 manat ziyan dəymişdir; Müştərinin başını yumaq üçün Türkiyə istehsalı olan, dəyəri 1200 ABŞ dolları, azərbaycan manatı ilə 2040 manat olan kreslo sökülüb xarab edilərək anbara tullanmış, 2700 manat dəyəri olan bir ədədi isə oğurlanmışdır ki, bununla da 4700 manat ziyan dəymişdir; Vizaj otağının 1200 manat dəyərində olan stend mebel rəfləri yarasız vəziyyətə salınmışdır; Qeyri-yaşayış sahəsinin kamerası cavabdehlər tərəfindən yararsız vəziyyətə salındığı üçün tərəfindən 300 manat xərc çəkilərək yararlı vəziyyətə salınmışdır; Saç kəsimi üçün nəzərdə tutulmuş, hər birinin dəyəri 1200 manat, olan 5 ədəd, ümumi dəyəri 6000 manat olan mebel yararsız vəziyyətə salınmışdır; Hamamın İspaniya istehsalı olan hər kv metrinin dəyəri 50 manat olan kafeli (6 kv metr x 50=300 manat+12 manat usta pulu 6 x 12=72 manat, cəmisi 372 manat) çıxarılaraq ucuz kafellə (6x12 manat=72 man ) əvəzlənmişdir ki, bununla da 300 manat ziyan dəymişdir; Barın mətbəx əşyaları: samovar-330 manat, stəkanlar, bakallar, qənd qabları, smestitel, solfet qabı və müxtəlif əşyalar-dəyəri 1000 manat, cəmi 1330 manat oğurlanmışdır; İdman zalında olan, dəyəri 650 manat olan 1 ədəd komplekt stol (4 ədəd stulu ilə) oğurlanmışdır; Qeyri-yaşayış sahəsində 4000 manat dəyərində olan portretlər, suvenirlər oğurlanmışdır; Qeyri-yaşayış sahəsində tavanda və dəhlizdə olmuş, dəyəri 600 manat dəyərində olan xrustal işıq komplektləri sındırılaraq anbara tullanılmışdır; Qeyri-yaşayış sahə sində olmuş dəyəri 1200 manat olan müxtəlif məişət avadanlıqları, pərdələr və dəsmallar yararsız vəziyyətə salınmışdır. Ümumilikdə ona 54195 manat ziyan vurulmuşdur. Müqavilənin 7.1.8-ci bəndinə əsasən bu Müqaviləyə xitam verildikdə və ya onun qüvvədə olma müddəti tam bitdikdə sahəni təbii köhnəlmə nəzərə alınmaqla istifadəyə yararlı vəziyyətdə “İcarəyə verənə" təhvil vermək “lcarəçi"nin vəzifəsidir. İcarə müqaviləsi su sızması ilə bağlı yaranan mübahisə zəminində deyil, yuxarıda qeyd etdiyi kimi iddiaçılar tərəfindən əmlakını məhv etdiklərinə və qeyri-yaşayış sahəsini yararsız vəziyyətə saldıqlarına görə onunla icarə müqaviləsi razılıq əsasında, "xxxx" MMC-nin adından X1 ərizəsi üzrə 05 mart 2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat ofisində ləğv edilmişdir. Məhkəmə iclasında iddi açının dəvət etdiyi şahid X5 göstərmişdir ki, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi gözəllik salonunda usta kimi işləmiş, onunla bərabər digər ustalarla birgə əsaslı təmir-tikinti işlərini aparmış, həmin işlərin dəyəri ona İddiaçı1 tərəfindən ödənilmişdir. Təmirə başlamazdan əvvəl salonun sahibi kimi tanıdığı Nazim adında şəxsin göstərişi ilə salonda olan bütün əşyaları-portretlər, qədəhlər, mebel və digər əşyaları anbara yerləşdirmişdir. Mahir adında şəxsi tanımamışdır, eşitdiyinə görə o, salonun sahibi kimi tanıdığı Nazim adlı şəxsin qaynatasıdır. Məhkəmədə şahid kimi dindirilən X7 şahid X3 ifadəsində göstərilənlərə uyğun ifadə vermişdir. Məhkəmə iclasında cavabdeh tərəfdən dəvət edilmiş şahid X6 ifadəsində göstərmişdir ki, Cavabdeh onun doğma dayısıdır. O, İddiaçı 1 əvvəl olan kirayəçilərdən salonu İddiaçı1 bacısı tərəfindən çəkilmiş videogörüntüdə olan vəziyyətdə 2018-ci ilin sentyabr ayında təhvil almış və bütün avadanlıqları tam saz vəziyyətdə Cavabdeh kürəkəni Nazim tərəfindən iddiaçılara təhvil verilmişdir. İddiaçılar həmin salonu almaq istəmişlər və 2018-ci ildən 2019-cu ilin yanvar ayınadək hər ay sözügedən salonu başqa şəxslərə icarəyə verməmələri üçün 750 manat icarə pulu ödəmişlər. Həmçinin aralarında olan şifahi razılığa əsasən iddiaçılar salonda yalnız kosmetik işlər aparmağı öhdələrinə götürmüşlər, lakin təmir barədə heç bir razılıq olmamışdır. O, İddiaçı1 yalnız icarə müqaviləsi bağlanarkən notariat ofisində görmüşdür. Fevral ayında iddiaçılar salonu almadıqlarından və həmçinin icarə pulunu gecikdirdiklərindən o, Cavabdeh tapşırığı ilə salona getmiş və görmüşdür ki, avadanlıqlar tam çıxardılıb və sökülərək ucuz materiallarla təmir aparılıb. Cavabdeh bunu bildikdə çox əsəbləşmiş, icarə müqaviləsinin ləğv edilməsini və dəymiş zərərin ödənilməsini tələb etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2020-ci il tarixli 20904 saylı rəyinə əsasən “ünvan 2 ünvanında yerləşən qeyriyaşayış sahəsi (“Grasiya” gözəllik salonu) üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin ümumi dəyəri 18340,0 manat məbləğində müəyyən olunmuşdur. 24.10.2019-cu il tarixdə gözəllik salonuna baxış keçirilmişdir. Baxış zamanı qərardadda qeyd edilən əşyaların bir qisminə qonşu obyektdə baxış keçirilmişdir. Baxış zamanı qonşu obyektdə həmin əşyaların bir qisminin hissələrə ayrıldığı, yəni natamam vəziyyətdə olduğu, istifadəyə yararsız vəziyyətdə olduğu müəyyən edildi. Digər qisminin isə sökülmə, daşınma və sair nəticəsində tamamilə yararsız vəziyyətə düşdüyü üçün tullandığı bildirildi. Həmçinin gözəllik salonunda olan aparatın hissələrə ayrılmış vəziyyətdə olduğu (saç yumaq və qurutmaq üçün) aşkar edildi. Təqdim edilən əşyaların hazırki natamam (hissələrə ayrılmış) vəziyyətdə qiymətləndirilməsi mümkün olmamışdır. Videomateriallara əsasən tədqiqat obyektlərinin qiymətləndirilməsi mümkün deyil. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 23 noyabr 2020-ci il tarixli 10/420-9/672 saylı rəyinə əsasən “Grasiya” qadın gözəllik salonunun iddiaçı tərəfindən sökülüb-dağıdılması nəticəsində mülkiyyətçiyə vurulmuş zərərin məbləği müəyyən olunmuş, faktiki olaraq sözügedən qe yri-yaşayış sahəsi təmir edildiyindən tədqiqatın aparılması üçün mülki iş materiallarında olan məlumatlardan və fotoşəkillərdən istifadə edilmişdir. Mülki iş materialının 163-cü səhifəsinə mülkiyyətçi Cavabdeh məxsus gözəllik salonunda sökülüb-dağıdılmış mal-materialın və əşyaların siyahısı əlavə edilmişdir. Həmin siyahıda mülkiyyətçiyə vurulmuş zərərin məbləği 58422 manat məbləğində müəyyən edilmişdir. Həmin tərtib olunan siyahıda göstərilən tikinti materiallarının və əşyaların 2011-ci ildən 2017-ci ilədək istismarda olduğunu nəzərə alaraq hər il üçün təxmini nəzəri qaydada 10 faiz aşınma dəyəri çıxılmaqla qalıq qiymət təxminən 27943,0 (58422-10 faiz 7dəfə) manat müəyyən edilmişdir. Tədqiq olunan qeyri-yaşayış sahəsi üzrə yerinə yetirilmiş təmir-tikinti işlərinin dəyərini müəyyən etmək üçün mövcud bazar qiymətlərinə uyğun qiymət normaları tətbiq olunmaqla smeta tərtib olunur. Aparılmış hesablamalar nəticəsində müəyyən edilmişdir ki, ünvan 3 ünvanda yerləşən qadın gözəllik salonunun mövcud təmir vəziyyətinə çəkilmiş xərcin ümumi məbləği, ilkin rəyin göstəricilərinə uyğun olaraq 18340,0 manat təşkil edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim Təhminə Xəlilova) 2(004)-52/2021 saylı iş üzrə 26 fevral 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia qismən təmin edilmiş, Cavabdeh 18340 manat məbləğində pulun və 24,6 dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi, ilk iddianın qalan hissədə rədd edilməsi, qarşılıqlı iddianın qismən təmin edilməsi, İddiaçı1 18628 manat, 9,9 manat dövlət rüsumunun tutularaq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı1 və cavabdeh mübahisəli qeyri-yaşayış sahəsinin (gözəllik salonunun) İddiaçı1 tərəfindən icarəyə götürülməsi və icarə münasibətləri rəsmiləşdirilməmişdən əvvəl, yəni icarə müqaviləsi bağlanmamışdan əvvəl iddiaçı tərəfindən təmir edilməsi barədə şifahi razılığa gəlmiş, 2018-ci ilin sentyabr ayından 2019-cu ilin yanvar ayına kimi (iddiaçı "xxxx" MMC ilə icarə müqaviləsi bağlanmamışdan əvvəl) İddiaçı1 tərəfindən həmin sahənin əsaslı təmiri aparılmış və təmirin dəyəri onun tərəfindən ödənilmişdir. İkinci iddiaçı "xxxx" MMC 15 noyabr 2018-ci il tarixdə yaranmışdır. Məhkəmə cavabdehin icarəyə verilmiş sahənin onun razılığı olmadan əsaslı təmir edilməsi barədə dəlillərinə tənqidi yanaşaraq qeyd etmişdir ki. icarə obyekt inin mülkiyyətiçisi Cavabdeh ünvan 4 ünvanında yerləşən ev 188-də yaşayır, icarə obyekti isə həmin ünvanda yerləşən ev 184-də yerləşir və sahəsi 300 kv metr təşkil edir. Qonşuluqda yerləşən 300 kv metr sahədə əsaslı təmir işlərinin aparılması (həm obyektin çölündə, həm də içərisində) gözdən yayına bilməz, göz qarşısında aparılan təmir işlərindən mülkiyyətçinin xəbəri və onun razılığı olmadan aparılması barədə cavabdehin dəlilləri inandırıcı deyildir. Ona görə də məhkəmə hesab etmişdir ki, təmir-tikinti işlərinin cavabdehin, yəni icarəyə verənin razılığı ilə aparılması qəbul edilməlidir. Belə olan halda cavabdeh tərəfindən icarəyə verilmiş sahənin İddiaçı1 tərəfindən yaxşılaşdırılması xərclərinin əvəzi ödənilməlidir. Göstərilənləri və Məhkəmə Ekspertizası Mərkəzinin 29 yanvar 2020-ci il tar ixli 20904 saylı rəyini nəzərə alaraq məhkəmə ilk iddiaya dair hissədə belə nəticəyə gəmişdir ki, ilk iddia qismən təmin olunaraq cavabdehdən İddiaçı1 xeyrinə icarə obyektinin təmirinə çəkilmiş xərcərin əvəzi olaraq 18340 manat tutulmalıdır. Məhkəmə qarşılıqlı iddia ərizəsinə münasibətdə qeyd etmişdir ki, İddiaçı1 bacısı tərəfindən salonun 2018-ci ildə icarəyə götürülməmişdən əvvəl çəkdiyi videogörüntü və cavabdeh tərəfindən təqdim edilmiş gözəllik salonundan təmirdən əvvəl sökülərək Murtuza Muxtarov 185 ünvanında yerləşdirilmiş əşyaların videogörüntülərinə baxış keçirilmiş və obyektin təmirdən əvvəlki, sonraki görüntüləri müəyyən edilmişdir. Həmin videogörüntülərdən müəyyən edilmişdir ki, obyektin təmirdən əvvəlki vəziyyətində cavabdehin qarşılıqlı iddia ərizəsində qeyd etdiyi əşyalar ica rə sahəsində mövcud olmuşdur. Cavabdeh tərəfindən təqdim edilmiş videogörüntüdən və ekspert rəylərindən müəyyən edilmişdir ki, “Grasiya” gözəllik salonundan iddiaçı tərəfindən sökülərək anbara yığılmış əşyalar yararsız hala düşmüşdür. Cavabdeh iddia ərizəsində göstərilmiş siyahıya sonradan dəqiqləşdirmə vermiş və mülki işin 163-cü vərəqində göstərilən siyahını məhkəməyə təqdim etmişdir. Həmin siyahıdan görünür ki, bəzi əşyalara dəymiş zərərin məbləği artıq məbləğdə göstərilmişdir. Qarşılıqlı iddia ərizəsində dəymiş zərər 54195 manat, işin 163-cü vərəqində göstərilən siyahıda isə 58422 manat məbləğində göstərilmişdir. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən iddia tələblərinin artırılması barədə ərizə təqdim edilmədiyindən əsas kimi qarşılıqlı iddia ərizəsində göstərilmiş məbləğlər gö türülməlidir. Məhkəmə hesab etmişdir ki, icarə obyektində təmir işləri mülkiyyətçinin razılığı ilə aparıldığından qarşılıqlı iddia ərizəsində göstərilən siyahının 2,5,6,9,14-cü bəndlərində nəzərdə tutulmuş mal-materialın dəyəri iddiaçılardan tutula bilməz. Belə ki, həmin materialların (tamet, metlax, divar kağızı, kafel) dəyişdirilməsi üçün sökülməsi gərəkdir. Həmin materiallar sökülməsi üçün dağıdılmalıdır. Həmçinin 23 noyabr 2020-ci il tarixli 10/420-9/672 saylı ekspert rəyində siyahıda göstərilən əşya və materialların istifadədə olma müddətinin başlanğıc tarixi kimi 2011-ci ili göstərmiş, əşyaların istifadə müddətini yeddi il nəzərə almışdır. Məhkəmə ekspertin bu fikri ilə razılaşmayaraq qeyd etmişdir ki, Daşınmaz Əmlak Dövlət Reyestri tərəfindən verilmiş MA seriyalı ******* saylı çıx arışdan görünür ki, mübahisəli qeyri-sayayış sahəsi Cavabdeh mülkiyyətinə 12.03.2011-ci il tarixdə keçmiş, 25 mart 2011-ci il tarixli müqavilədən görünür ki, cavabdehin sifarişinə əsasən həmin sahədə əsaslı təmir-tikinti işləri aparılmışdır. Məhkəmə hesab etmişdir ki, qarşılıqlı iddia ərizəsində göstərilən siyahının qalan bəndlərində (2,5,6,9,14-cü bəndlər = 10065 çıxılmaqla) nəzərdə tutulmuş mal-materialın istifadədə olma müddəti altı il nəzərə alınmalı və hər ilə 10 fatz illik aşınma faizi tətbiq edilməklə dəymiş zərərin məbləği (54195-10065) – 6 il x 10 faiz = 18628 manat müəyyən edilməlidir. Bundan əlavə məhkəmə hesab etmişdir ki, cavabdehə zərər İddiaçı1 tərəfindən aparılmış təmir zamanı dəydiyi müəyyən edildiyindən qarşılıqlı iddia qismən, yəni həmin iddiaçıya qarşı təmin olunmalı və ondan 18628 manat tutularaq cavabdehə ödənilməlidir. Qətnamədən iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin qismən - ilkin iddia tələblərinin rədd edilməsi, qarşılıqlı iddia tələblərinin isə təmin edilməsi hissəsində ləğv olunması və ilkin iddianın tam təmin edilməsi, qarşılıqlı iddianın isə tam şəkildə rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ilkin iddia tələblərini qismən təmin edərkən məhkəmə yalnız ekspert rəylərində əks edilmiş qiymətlərə istinad etmişdir. Halbuki, iddia ərizəsinə bir sıra qaimə fakturalar və qəbzlər əlavə edilmişdir. İddia ərizəsində göstərilən məbləğlə ekspert rəyində göstərilən məbləğlər arasında 4160 manat fərq vardır. Bu məbləğ isə təmirə xərclənmiş məbləğin təxminən 20 faizini təşkil edir. Məhkəmə iddiaçılar tərəfindən verilmiş smeta ilə ekspert tərəfindən tərtib edilmiş smetadakı qiymətləri müqayisə etmədən, işdə olan digər sübutları, o cümlədən şahidlər tərəfindən təmirə çəkilmiş xərclərlə bağlı ifadələri araşdırmadan və qiymət vermədən ekspert rəyində əks edilmiş qiymətləri əsas götürmüşdür. Qarşılıqlı iddia tələblərinə gəlincə isə birinci instansiya məhkəməsi hesablamada riyazi səhvə yol vermişdir. Belə ki, yuxarıda sadalanan məbləğlər 17592 manat etdiyi halda, məhkəmə bu məbləği 18628 manat kimi göstərmişdir. Digər tərədən məhkəmə qətnaməsində də qeyd olunduğu kimi qeyri yaşayış sahəsi 2011-ci ilin mart ayından Cavabdeh mülkiyyətindədir və təmir edilmişdir. Həmin sahə 2018-ci ilin sentyabr ayında faktiki ol araq İddiaçı1 istifadəsinə verilmiş və orada təmir işləri aparılmışdır. Göründüyü kimi əgər həqiqətən də yuxarıda sadalanan əşyalar mövcud olmuşdursa cavabdeh bu əşyalardan 6 il deyil, 7 il 6 ay istifadə etmişdir. Belə olan halda aşınma faiz 60 faiz deyil, 75 faiz təşkil etməlidir. Digər tərəfdən iş materiallarında olan foto şəkillərdə və videogörüntülərdə qeyriyaşayış sahəsinin çöl hissəsində şüşədən olmayan, kağızda “Qrasıya Vomen club" sözləri yazılmış reklam lövhəsi görünür. Fotoşəkil və videogörüntülərdən hər hansı bir kombini və Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik aparatının, o cümlədən də 4000 manat dəyərində portret və suvenirlərin mövcudluğunu müəyyən etmək mümkün deyildir. Bundan başqa iş üzrə keçirimiş ekspert rəylərindən də göründüyü kimi Cavabdeh tərəfindən verilmiş si yahıya və həmin siyahıdakı qiymətlərə istinad etmişlər. Belə olan halda Cavabdeh bu əşyaların həqiqətən də icarəyə verilən qeyri-yaşayış sahəsində mövcud olmasını, siyahıda göstərilən dəyərdə olmasını və məhz İddiaçı1 bu əşyaları yararsız hala salması və oğurlamasını sübut etməlidir. Birinci instansiya məhkəməsi belə bir qətnamə qəbul etməklə faktiki olaraq İddiaçı1 oğurluq etməkdə ittiham etmişdir. Belə ki, Cavabdeh barın mətbəx əşyaları qismində samovar, stəkan, bakallar, qənd qabıları, smestitel, salfet qabı və digər müxtəlif əşyaların, 1 ədəd stol və 4 ədəd stulun, portret və suvenirlərin oğurlandığını iddia etmiş, məhkəmə isə həmin əşyaların dəyərini İddiaçı1 tutmuşdur. Hətta məhkəmə araşdırması zamanı dindirilmiş şahidlər bildirmişdir ki, əşyaların daşınmasına görə pulu onlara məhz cavabdahin yaxın qohumu Nazim adlı şəxs vermiş və müəyyən qədər də borclu qalmışdır. Məhkəmə isə işdə olan bu cür mötəbər sübutlara heç bir qiymət verməmiş və onları araşdırmamışdır. Bununla da məhkəmə prosessual qanunvericiliyin tələblərini pozaraq, iş üzrə səhv nəticəyə gəlmişdir. Nəzərə almaq lazımdır ki, əşyaların guya yığıldığı iddia edilən anbar İddiaçı1 deyil, Cavabdeh məxsusdur və İddiaçı1 həmin anbara giriş-çıxışı yoxdur. Bu qədər müddət ərzində isə əşyalar məhz Cavabdeh məxsus anbarda saxlanmışdır. Əşyaların hansı şəraitdə və necə saxlanmasına görə ilkin iddia üzrə iddiaçı məsuliyyət daşıya bilməz. Qətnamədən cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayəti vermiş və apellyasiya şikayətində qətnamənin Cavabdeh 18340 manat məbləğində pul və 24,60 dövlət rüsumunun tutu laraq İddiaçı1 ödənilməsi hissəsində ləğv edilməsi, ilkin iddianın həmin hissədə də rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi ilkin iddianın qismən təmin edilməli olmasını Mülki Məcəllənin 700.3, 676.0.1, 686, 680.1, 680.1.1, 680.1.2, 680.2-ci maddələri ilə əsaslandırmışdır ki, həmin əsaslandırma qanuni hesab edilə bilməz. Ona görə ki, qarşılıqlı mübahisənin həlli zamanı məhkəmənin istinad etdiyi yuxarıda göstərilən maddi hüquq normaları mübahisəyə düzgün tətbiq edilməmişdir. İş materialları ilə “icarəyəverənin razılığı ilə yaxşılaşdırma aparılması” halları müəyyən edilməmiş, əksinə, “İcarəçi” tərəfindən özbaşına aparılmış işlərin dəyə rinin obyektin əvvəlki, yəni təmirə qədərki mövcud vəziyyətinə çəkilmiş xərclərdən xeyli az olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi ilkin iddia tələbi üzrə mübahisəyə apellyasiya şikayəində göstərilən normaları tətbiq etməli olduğu halda tətbiq etməmiş, ilkin iddia üzrə mübahisənin maddi hüquqi əsaslarını düzgün müəyyən etməmişdir. Hansı ki, iş materialları ilə Cavabdeh əmlakına zərər vurulması faktı birmənalı olaraq sübuta yetmişdir. Belə ki, məhkəmə araşdırması zamanı şahid Rəşad Şabanovun izahatı ilə müəyyən edilmişdir ki, “İcarəçi”nin icarə predmetini, yəni gözəllik salonunu sonradan satın almaq niyyəti olsa da, həmin niyyətini həyata keçirməmişdir. Hansı ki, “İcarəçi” həmin niyyətlə salonda “İcarəyə verənin” razılığı olmadan öz mülahizəsinə əsasən “yenidənqurma” adı al tında təmir işləri aparmışdır ki, həmin təmir işləri zamanı salonun bütün bahalı avadanlıqları tamamilə sıradan çıxmış, zay olmuş, xeyli əşyalar isə oğurlanmışdır ki, bu halları əks etdirən foto-video materiallar və s. sənədlər iş materiallarında vardır. Qeyd edilməlidir ki, “İcarəçi”nin icarə obyektində öz mülahizəsi və istəyi ilə apardığı təmir işləri “yaxşılaşdırma” hesab edilə bilməz, hətta həmin işləri şərti olaraq “yaxşılaşdırma” hesab edilsə belə, bu hal “İcarəçi”yə çəkdiyi xərclərin əvəzini tələb etmək hüququ vermir. Ona görə ki, həmin işlər “İcarəyəverən”nin razılığı ilə aparılmamışdır. Digər tərəfdən, iş üzrə mövcud olan ekspert rəyləri ilə müəyyən edilmişdir ki, “İcarəçi”nin apardığı təmir işlərinin dəyəri 18340,0 manat (hansı ki, mülkiyyətçi həmin məbləğlə qətiyyən razılaşmamış dır, çünki bahalı İtaliya və İspaniya istehsalı olan materiallarla təmir edilmiş obyekt “İcarəçi” tərəfindən sökülüb-dağıdılmış və bundan sonra obyekt ucuz İran istehsalı olan materiallarla təmir edilmişdir), obyektin təmirə qədərki vəziyyətinin sökülüb-dağıdılması nəticəsində mülkiyyətçiyə, yəni “İcarəyəverən”ə vurulmuş zərərin məbləği isə aşınma nəzərə alınmaqla 27943,0 manat təşkil edir. Göründüyü kimi, sözügedən halda iddiaçının tələb etdiyi “yaxşılaşdırma” məbləğindən söhbət gedə bilməz, belə ki, mülkiyyətçi Cavabdeh zərərçəkmiş şəxsdir ki, onun həmin zərərin əvəzini tələb etmək hüququ vardır. Bütün bunlara baxmayaraq, yəni ilkin iddianın təmin edilməsi üçün heç bir hüquqi əsas mövcud olmadığı halda birinci instansiya məhkəməsi tamamilə qanunsuz və əsassız olaraq ilkin iddianın qismən təmin edilməli olması nəticəsinə gəlmişdir. Birinci instansiya məhkəməsi sübutları düzgün qiymətləndirməmiş, icarə obyekti olan salonda təmir işləri mülkiyyətçinin razılığı ilə aparılmadığı halda, həmin işlərin “İcarəyəverən”nin razılığı ilə aparıldığı nəticəsinə gəlmiş və öz nəticəsini qanuni sübutetmə vasitələri ilə deyil, subyektiv və formal mülahizə ilə əsaslandırmışdır. Məhkəmənin ilkin iddianın təmin edilməsi üçün istinad etdiyi yuxarıdakı dəlillər qətiyyən qanuni və əsaslı hesab edilə bilməz, çünki belə bir qiymətləndirmə qanuna, yəni Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin tələblərinə ziddir. Bu mənada qeyd edilməlidir ki, “razılıq” anlayışı özlüyündə şifahi razılığı yox, yazılı “razılığı” ehtiva edir. Ona görə də birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsinin ilkin i ddianın qismən təmin edilməsinə dair hissəsi ləğv edilməli, ilkin iddia göstərilən hissədə rədd edilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə qəbul edilməlidir. Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov, Vahid Sadıqov) 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçıların apellyasiya şikayəti təmin edilməmiş, cavabdehin apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ilkin iddianın qismən təmin edilməsi, yəni “Cavabdeh 18340 manat məbləğində pulun və 24,60 dövlət rüsumunun tutularaq İddiaçı1 ödənilməsi” hissəsində ləğv edilmiş və həmin hissədə ilkin iddia tələbi rədd edilmişdir, qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında yazılı icarə müqaviləsi bağlandığından mübahisəyə icarə müqaviləsinə aid müddəalar tətbiq olunmalıdır. Tərəflər arasında bağlanmış 23 yanvar 2019-cu il tarixli icarə müqaviləsinin 7.1.5-ci bəndinə görə sahənin təmiri və ona xidmətlə bağlı aparılacaq bütün işlər bardə İcrayə verəni qabaqcadan xəbərdar etmək və onun yazılı razılğını almaq icarəçinin vəzifəsidir. Məhkəmə hesab etmişdir ki, icarəçi yalnız icarəyə verənin razılığı ilə icarəyə götürülmüş əmlak üzərində edilən yaxşılaşdırmalar üçün çəkilən xərclərin ödənilməsini tələb edə bilər. Hazırkı işdə isə cavabdeh tərəfindən qeyri-yaşayış sahəsində təmir işlərinin aparılmasına razılığın verilməsi sübut olunmur. İş üzrə dind irilmiş şahidlərin ifadələri isə bu halı təsdiq etmir və yalnız mübahisəli obyektdə təmir işlərinin aparılmasını təsdiq edir. Əksinə, “İcarəçi” tərəfindən özbaşına aparılmış işlərin dəyərinin obyektin əvvəlki, yəni təmirə qədərki mövcud vəziyyətinə çəkilmiş xərclərdən xeyli az olduğu müəyyən edilmişdir. Məhkəmə qeyd etmişdir ki, “İcarəçi”nin icarə obyektində öz mülahizəsi və istəyi ilə apardığı təmir işləri “yaxşılaşdırma” hesab edilə bilməz. Belə ki, işdən müəyyən edilir ki, “İcarəçi”nin apardığı təmir işlərinin dəyəri 18340,0 manat, obyektin təmirə qədərki vəziyyətinin sökülüb-dağıdılması nəticəsində mülkiyyətçiyə, yəni “İcarəyəverən”ə vurulmuş zərərin məbləği isə aşınma nəzərə alınmaqla 18628 manat təşkil edir. Göründüyü kimi, sözügedən halda iddiaçının iddia edərək tələb etdiyi “yaxşıl aşdırma” məbləğindən söhbət gedə bilməz. Ona görə də, məhkəmə hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddia tələbini mübahisələnirilən hissədə təmin etməkdə haqlı olmamışdır. Məhkəmə qarşılıqlı iddia tələbi üzrə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçıların apellyasiya şikayətində göstərilənlər formal mülahizələrdən ibarətdir və yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və təmin edilə bilməz. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən tərəflərin münasibətlərinə əsassız müdaxilə etmiş, mülki hüquq dövriyyəsi subyektlərinin müqavilə sərbəstliyi prinsipini həmin müdaxiləsi ilə pozmuşdur. Belə ki, tərəflər icarə müqaviləsini imzalamaqla öz aralarında müstəqil surətdə digər şərtlərlə yanaşı icarə obyektinin əsaslı təmiri barədə də şərtləşmişlər. Lakin məhkəmə yalnız cavabdehin verdiyi izahata istinad edərək və apellyasiya şikayətinin dəlillərini yoxlamadan, şahid ifadələrini nəzərə almadan, əlavə şahidləri məhkəmə iclasına dəvət etmədən, icarə müqavilənin şərtlərinin kimin tərəfindən pozulması ilə bağlı heç bir araşdırma aparmadan ilk iddia tələbini rədd etmişdir. İddiaçı1 Mülki Məcəllənin icarə ilə bağlı bü tün normalarına riayət etməklə Cavabdeh ilə müqavilə bağlamış və icarə obyektini təmir etdirməklə onu istifadəsinə yararlı vəziyyətə gətirmişdir. Lakin cavabdeh özbaşınalıq edərək icarə obyektinin qapısının qıfılını dəyişərək icarəçinin obyektə daxil olmasına qadağa qoymuşdur. Həmçinin iddiaçıya icarə obyektinin açarlarını özü təqdim etməsinə baxmayaraq heç bir xəbərdarlıq etmədən müqaviləni birtərəfli şəkildə ləğv etmişdir. Halbuki həmin icarədə olan obyekt cavabdehin öz yaşadığı evlə eyni binada yerləşməklə onun öz kürəkəni Nazim tərəfindən daima nəzarətdə saxlanılırdı. Bütün təmir işləri gedən zaman Nazim hər zaman orada olmuş və ustalara özü bütün tapşırıqları vermişdir. Bununla da cavabdeh əvvəlcədən tamah niyyətilə iddiaçını icarə obyektini istifadə edərək əldə edəcəyi gəlirdən məhru m etmişdir. Belə ki, cavabdeh apellyasiya şikayətində də göstərmişdir ki, icarə obyektini satmaq istəsə də, həmin obyekti təmir edərək icarəyə götürmək istəyən iddiaçı ilə razılaşmış və bu səbəbdən icarə müqaviləsi bağlamışdır. Bununla cavabdeh iddianı qismən etiraf etsə də, apellyasiya instansiyası məhkəməsi bu hala əhəmiyyət verməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi şahid ifadələrində və ekspert rəylərində olan ziddiyyətləri aradan qaldırmaq üçün eksperti və şahidləri məhkəməyə dəvət etməmişdir. Məhkəmə əsassız olaraq hesab etmişdir ki, iddiaçı icarə müqaviləsinin vaxtı bitənə qədər cavabdehə icarə məbləğini verməmişdir. Lakin məhkəmə araşdırmamışdır ki, iddiaçının icarə müqaviləsi üzrə icarə məbləğini gecikdirmişdirmi. İddiaçı burada hər hansı bir qanun pozuntusuna yo l verməmiş və sadəcə cavabdeh tərəfindən yol verilmiş özbaşınalığın qarşısını almağa çalışmışdır. Belə ki, cavabdeh icarə obyektinin açarlarını özü iddiaçıya vermişdir. İddiaçı da həmin obyekti təmir etmiş və "xxxx" MMC-nin fəaliyyəti üçün oraya köçürmüşdür. Lakin cavabdeh obyektin açarlarını iddiaçıdan tələb etmədən, iddiaçının orada olmamasından istifadə edərək gizlincə obyektin qıfılını sındiraraq oraya daxil olmuş və qifilini dəyişdirərək özbaşınalıq etmişdir. Belə ki, cavabdeh müqavilə bağlamaq istəmirdisə təmirə çəkilmiş xərcləri qaytara bilərdi. Bu halda onların arasında heç bir mübahisə də qalmazdı. Lakin cavabdeh belə hərəkətlərlə əsassız varlanmağa çalışmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh elektron məhkəmə informasiya sistemində yaradılmış elektron ka binet vasitəsi ilə kassasiya şikayətinə etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı aşağı məhkəmələr tərəfindən mübahisə üzrə araşdırılmış və hüquqi qiymət verilmiş hallara bütövlükdə “göz yumaraq” kassasiya şikayətinin subyektiv dəlillərə, o cümlədən apellyasiya şikayətinin dəlillərinin yoxlanılmamasına, şahid ifadələrinin nəzərə alınmamasına, əlavə şahidlərin məhkəmə iclasına dəvət edilməməsinə, İddiaçı1 icarə obyektini təmir etdirməklə onu istifadəyə yararlı vəziyyətə gətirməsinə (halbuki obyekt istifadəyə tam yararlı olmuş, lakin buna baxmayarq icarəçi həmin obyekti öz mülahizəsi və riski ilə özbaşına söküb-dağıtmışdır), Cavabdeh özbaşınalıq edilərək icarə obyektinin qapısının qıfılını dəyişərək icarəçinin obyektə daxil olmasına qadağa qoymasına (Cavabdeh tərəf indən heç vaxt obyektin qıfılı dəyişdirilməmiş və qadağa qoyulmamışdır), müqavilənin birtərəfli şəkildə ləğv edilməsinə (müqavilə qarşılıqlı razılıq əsasında notariusa birgə ərizə verilməklə ləğv edilmişdir) və s. bu kimi əsassız və həqiqətə uyğun olmayan uydurma mülahizələrə istinad etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Cavabdeh vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayar aq iş üzrə digər iddiaçının nümayəndəsi gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araş dırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən İddiaçı1 qətnaməni ilk iddia tələbinin rədd edilməsi və qarşılıqlı iddia tələbinin təmin edilən hissələrində mübahisələndirdiyindən və cavabdeh qarşılıqlı iddia tələbinin rədd edilən hissəsindən apellyasiya şikayəti vermədiyindən və apellyasiya instansiyası məhkəməsi qarşılıqlı iddia tələbinin rədd edilən hissəsi ilə bağlı hər hansı bir araşdırma aparmadığından apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək h üququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəll əsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya insta nsiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini, məhkəmə iclasında iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İddiaçı "xxxx" MMC ilə (digər İddiaçı1 şəxsində) Cavabdeh (etibarnamə ilə çıxış edən X6) arasında 23 yanvar 2019-cu il tarixdə mübahisəli qeyri-yaşayış sahəsinin iddiaçı MMC-yə 18 ay müddətinə icarəyə verilməsi ilə notarial qaydada təsdiqlənmiş icarə müqaviləsinin bağlanması, sonradan tərəflər arasında münasibətlərin pozulması və hər iki tərəfin ərizəsi əsasında icarə müqavi ləsini ləğv edilməsi işin mübahisələndirilməyən hallarıdır. İddiaçı tərəf qeyri-yaşayış obyektinə təmirinə çəkilmiş xərclərin əvəzini tələb edir. Cavabdeh isə obyektin və oradakı əmlakların yararsız hala salınması ilə əlaqdar ona dəymiş ziyanı tələb edir. Apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbini rədd edərkən tərəflər arasında bağlanmış icarə müqaviləsinin şərtlərinə, Mülki Məcəllənin icarə münasibətlərini tənzimləyən normalarına və “İcarə haqqında” qanunun müdəalarına istinad etmişdir. Məhkəmə bu hissədə iddia tələbini rədd etməklə maddi hüquq normalarının tələblərini pozmuş, tərəflər araısnda münasibətlərə düzgün hüquqi qiymət verməmişdir. Belə ki, işdən müəyyən edildiyi kimi birinci iddiaçı tərəfindən mübahisəli qeyri-yaşayış sahəsində təmir işləri hələ tərəflər arasında ica rə müqaviləsi bağlanmamışdan əvvəl aparılmışdır. Bu halı cavabdeh də inkar etmir. Cavabdehin bu hissədə iddia tələbinə etirazının dəlilləri təmirin onun razılığı ilə aparılmamasıdır. Lakin təmir və yenidənqurma işlərindən sonra cavabdehin icarə müqaviləsini bağlaması, obyekti 18 aya iddiaçıya icarəyə verməsi, bu zaman hər hansı iradının olmaması cavabdehin etirazının əsaslı olmasını şübhə altına alır. İddiaçı tərəf təmir və yenidənqürma işlərinin cavabdehin həmin binada yaşayan yaxın qohumu (yeznəsi) Nazim adlı şəxsin və qonşu binada yaşayan cavabdehin özünün iştirakı ilə aparıldığını göstərir, sonradan əmələ gələn müqavilə münasibətlərinin pozulmasının əsas səbəbinin cavabdehin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyin, yəni yarımzirzəmi olan obyektə təbii suların sızmasının qarşısını alm aması olduğunu göstərmişdir. Göstərilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi ilk iddia tələbi üzrə qiymətləndirmə apararkən sonradan 2-ci iddiaçı ilə (MMC) bağlanmış müqavilə münasibətlərinə istinad etmiş, nəticədə birinci iddiaçı Ağahüseyn Ağasiyevə münasibətdə düzgün olmayan qənaətə gəlmişdir. MPM-nin 386-cı maddəsinə görə, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. İddiaçı iddia tələbini əsaslandırarkən cavabdehin onun hesabına əsassız varlandığını göstərmişdir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatlarına, işdə olan sübutl ara, şahid ifadələrinə hüquqi qiymət verdəkdən sonra tərəflər arasında yaranmış münasibətlərin əsassız varlanma, yaxud özgə işlərini tapşırıqsız aparmasından irəli gəldiyini müəyyən etməli, həmin normaların tələbləri baxımından ilk iddia tələbinə qiymət verməlidir. Mülki Məcəllənin 1087-ci maddəsinə əsasən, özgəsinin (sahibkarın) işlərini tapşırıq və ya digər əsas olmadan aparan şəxs (icraçı) onu vicdanla aparmağa borcludur. İşlərin tapşırıqsız aparılmasını sonradan sahibkar bəyəndikdə bu bölmənin müddəaları əvəzinə tapşırıq haqqında müddəalar tətbiq olunur. Həmin Məcəllənin 1090-cı maddəsinə görə, əgər işlərin aparılması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlirsə, icraçı xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını tələb edə bilər. İcraçı lazımi v icdanlılıqla fəaliyyət göstərmişsə, bu qayda işlərin aparılmasının gözlənilən nəticə ilə qurtarmadığı halda da tətbiq olunur. İşlərin aparmağa qəbul olunması sahibkarın mənafeyinə və ehtimal olunan istəyinə uyğun gəlmirsə, icraçı sahibkardan xərclərin əvəzinin ödənilməsini və öhdəliklərdən azad olunmasını yalnız işlərin aparılması prosesində sahibkarın varlandığı halda tələb edə bilər. Həmin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar ara dan qalxmış əsasa söykənir. Məhkəmə qarşılıqlı iddia tələbinin mübahisələndirilən hissəsi (təmin edilən) ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi bu hissədə ekspert rəyinə istinad edərək iddia tələbini yuxarıda gəstərilən qaydada qismən təmin etmiş, apellyasiya instansiyası məhkəməsi bu nəticə ilə razılaşmışdır. Lakin məhkəmələr işə olan sübutları MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun qiymətləndirməmiş, nəticədə prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Belə ki, məhkəmə bu hissədə iş materiallarında olan 23 noyabr 2020-ci il tarixli ekspert rəyinə istinad etmişdir. Həmin rəydə isə ekspert iş materiallarının 163-cü səhifəsində olan cavabdehin nümayəndəsi tərəfindən verilmiş siyahıya və həmin siyahıdakı qiymətlərə istinad etmişdir. Məhkəmə cavabdeh tərəfin təqdim etdiyi siyahıya sübut kimi qiymət verərəkən nəzərə almamışdır ki, həmin əşyaların həqiqətən də icarəyə verilən qeyri-yaşayış sahəsində mövcud olması, siyahıda göstərilən dəyərdə olması və məhz İddiaçı1 bu əşyaları yararsız hala salması və oğurlaması sübut edilməmişdir. Birinci instansiya məhkəməsi bu hissədə iddiaçının qarşılıqlı iddia tələbinə etirazının dəlilləri ilə (əmlakların cavabdehin kürəkəninin götürüb anbara yerləşdirməsi və anbarın cavabdehin nəzarəti altında olması) bağlı hər hansı bir araşdırma aparmamış, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu barədə dəlillərinə heç bir qiymət verməmiş, ümumi sözlərlə şikayətin dəlillərini formal mülahizələr oldğunu qeyd etmişdir. Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikd ə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. “İ.Ağayevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 17 yanvar 2011-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun 22.01.2013-cü il tarixli qərarında göstərilmişdir ki, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən məhkəmə aktlarının əsaslandırılması ilə bağlı irəli sürülən tələbinə əməl edilməməsini ədalətli məhkəmə araşdırılması hüququnun pozulması kimi qəbul edir və özünün bir sıra qər arlarında bununla bağlı hüquqi mövqelərini ifadə etmişdir. Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixli qərar).” Avropa Məhkəməsinin Kraska İsveçrəyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarın da qeyd edilmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı, “məhkəmə” üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan apellyasiya instansiyası məhkəməsi qərarın təsviri-əsaslandırıcı hisssəsində göstərilənləri nəzərə alaraq qa nuni və əsaslı qətnamə qəbul etməlidir. Mülki Prosessual Məcəllənin 417.1 və 417.1.3-cü maddələrinə görə kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsi n. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-5773/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ləğv edilməli və iş yenidən baxılası üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar