Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-398/2024 01.02.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X2 İdarəsinə qarşı “əmrin ləğvi, işə bərpa və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisə, işə bərpa, iddia müddətinin tətbiqi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(104)-2109/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:
1. İddiaçı 04 iyun 2019-cu il tarixdən X2 İdarəsində rayonun Çəmənli ərazisi üzrə elektrik montyoru işinə qəbul edilmişdir.
2. X2 İdarəsinin 03 oktyabr 2022-ci il tarixli, 70 saylı əmrinə əsasən İddiaçı (elektrik montyoru) əmək və icra intizamını pozduğuna görə töhmət elan edilmişdir.
3. X2 İdarəsinin 18 oktyabr 2022-ci il tarixli, 73 saylı əmrinə əsasən İddiaçı (elektrik montyoru) üzürlü səbəb olmadan işə gəlmədiyi, töhmət elan edilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığı üçün Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin b bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmişdir.
4. X2 idarəsi X1 26 oktyabr 2022-ci il tarixli yığıncağının protokoluna əsasən X2 idarəsinin Çəmənli ərazisi üzrə elektrik montyoru işləyən İddiaçı intizamsız hərəkətləri müzakirə olunmuş, əmək və icra intizamını dəfələrlə pozduğuna, verilən tapşırıqları yerinə yetirmədiyinə, 03 oktyabr 2022-ci il tarixdə töhmət, 18 oktyabr 2022-ci il tarixdə isə axırıncı xəbərdarlıqla şiddətli töhmət edilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədə uyğun hesab edilmişdir.
5. X2 İdarəsinin 26 oktyabr 2022-ci il tarixli, 76 saylı əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq (işçinin əmək kitabçasında Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi qeyd olunmuşdur) xitam verilmişdir. İ ş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh X2 İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 26 oktyabr 2022-ci il tarixli, 76 saylı əmrinin ləğv edilməsi və iddiaçının elektrik montyoru işinə bərpa olunması, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə işdən azad edilməsi üçün səlahiyyətli orqanın müvafiq qərarının olması vacib şərtdir. Barəsində qəbul edilmiş əmr qanunsuz olmuşdur. O, Ağdam rayonunun Quzanlı qəsəbəsində yaşayır, iş yeri isə Çəmənli kəndindədir. İş yeri yaşayış yerindən 20-25 km məsafədə yerləşir və o, iş yerinə özünə məxsus avtomaşını ilə gedibgəlir. Hazırkı işində ondan əvvəl qayınatası Məhəmmədəli Həsənov işləmiş, qayınatası təqaüdə çıxdıqdan sonra 2019-cu ilin iyun ayından o, işə qəbul edilmişdir. İşlədiyi müddətdə işinin öhdəsindən gəlmiş, onu işinə görə həmişə mükafatlandırmışlar. Olub ki, ara-sıra işə getməmiş, bu da onun xidmət göstərdiyi əhalinin narazılığına səbəb olmuşdur. Bu barədə 2022-ci ilin may-iyun aylarında idarə rəhbərliyinə izahat verib, təqsirini etiraf etmiş, bir daha nöqsanlara yol verməyəcəyini bildirmişdir. Bundan sonra, əmək intizamını pozmamış, həmişə işinin öhdəsindən gəlmiş, tabe olduğu idarə əməkdaşlarının çağırışlarına getmişdir. Ona idarə rəhbərliyi tərəfindən qərəzli münasibət bəslənilmişdir. İşində olan nöqsanlarla bağlı, əhalinin şikayəti ilə bağlı sahə rəisi ona bir neçə dəf ə həqiqətən iradlar tutmuşdur. Əhalinin şikayəti suyun daimi verilməməsi ilə bağlı olmuşdur, yəni əhali suyu saatlarla deyil, daimi verilməsini tələb etmişdir. Lakin idarədən suyu müəyyən saatlarda, yəni qrafik çərçivəsində əhaliyə verilməsi ondan tələb olunmuşdur. Xəbəri olmadan iddiaçıya töhmət verilmiş, işdən çıxarılmışdır.
8. Birinci instansiya məhkəməsində cavabdeh X2 İdarəsi tərəfindən ərizə verilərək, iddia müddətinin tətbiq edilərək iddianın rədd edilməsini xahiş edilmişdir.
9. Ağdam Rayon Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2(013)-1558/2023 nömrəli qətnaməsi ilə (hakim E.A.Bayramov) iddia təmin edilməmişdir.
10. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, iddiaçı əmək və icra intizamını pozduğu üçün tabe olduğu yuxarı vəzifəli şəxs tərəfindən, idarə rəhbərliyi tərəfin dən ona dəfələrlə xəbərdarlıq edilmiş, idarəyə dəvət edilərək izahatı alınmış, izahatında iddiaçı təqsirli əməllərini özü etiraf etmiş, subartezian quyusunun motorunu yandırmasını, idarəyə maddi zərər vurduğunu, işində dönüş yaradacağını bildirmiş, əks halda isə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. X2 İdarəsinin məhkəməyə təqdim etdiyi iddiaçının şəxsi işində olan sənədlərdən görünür ki, idarə üzrə verilmiş 03 oktyabr 2022-ci il tarixli, 70 saylı və 18 oktyabr 2022-ci il tarixli, 73 saylı əmrlərlə iddiaçıya müvafiq olaraq töhmət, sonra isə sonuncu xəbərdarlıqla şiddətli töhmət verilmiş, o, işində dönüş yaratmamış, davranışları Suvarma İdarəsinin rəisinin müraciəti əsasında idarənin X1 26 oktyabr 2022-ci il tarixli Yığıncağında müzakirə edilmiş, onun əmək və icra intizamını dəf ələrlə pozması, verilən tapşırıqları yerinə yetirməməsi, töhmət və şiddətli töhmət tənbehi verilməsinə baxmayaraq heç bir nəticə çıxarmadığına görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi məqsədəuyğun hesab edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, iddiaçı xidmət etdiyi ərazidə yaşamadığından subartezian quyularına vaxtında xidmət və nəzarət etməmiş, idarə ilə əhali arasında narazılıqlar yaranmış, onun bu hərəkətləri barədə idarənin rəisinə sahə rəisi tərəfindən 03 oktyabr 2022-ci il tarixdə, idarənin baş mühəndisi tərəfindən 18 oktyabr 2022-ci il tarixdə, idarənin sahə rəisi tərəfindən yenə də 26 oktyabr 2022-ci il tarixlərdə rəsmi məlumatlar verilmişdir. Sözügedən idarə əməkdaşlarının tərtib etdiyi 03 oktyabr 2022-ci il tarixli imtina aktından görünür ki, Çəmənli kəndi üzrə elektrik montyoru İddiaçı təhkim olunmuş subartezian quyularını vaxtlı-vaxtında açıb-bağlamadığı üçün bir qrup Çəmənli kənd sakinlərinin su təminatında çətinliklər yaranmış, bununla bağlı sahə rəisi Tahir Soltanovun idarəyə yazdığı məlumat əsasında 03 oktyabr 2022-ci il tarixdə İddiaçı idarəyə dəvət olunsa da o, idarəyə gəlməkdən imtina etmiş, 18 oktyabr 2022-ci il tarixli başqa bir imtina aktından görünür ki, İddiaçı yol verdiyi nöqsanlara görə həmin gün idarəyə dəvət olunsa da, idarəyə gəlməkdən imtina etmiş, 26 oktyabr 2022-ci il tarixli digər bir imtina aktından görünür ki, İddiaçı işində yol verdiyi nöqsanlara görə təkrar yazılmış məlumat əsasında həmin gün idarəyə dəvət olunmuş, məsələnin müzakirə edilməsi üçün Həmkarlar İttifaqı Komitəsinin yığıncağında iştirak etməsi ona bildirilmi ş, lakin o, yığıncaqda iştirak etməkdən imtina etmiş və həmçinin idarəyə gəlməmişdir.
11. Bundan başqa, cavabdeh tərəf məhkəməyə iddiaçı barəsində olan əmri və əmək kitabçasını idarədən 21 dekabr 2022-ci il tarixdə aldığı sənəd təqdim edərək, onun qanunvericiliklə müəyyən edilmiş 1 aylıq müddətin ötürülərək 30 yanvar 2023-cü il tarixdə məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə iddia müddətinin tətbiqi ilə bağlı cavabdeh tərəfin vəsatətini əsaslı hesab etmişdir.
12. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsi, Əmək Məcəlləsinin 2, 9, 12-ci maddələri, 68-ci maddəsinin 1-ci hissəsi, 70-ci maddəsi, 71-ci maddəsinin 3-cü hissəsi, 72-ci maddəsi, 80ci maddəsinin 1-ci hissəsi, 294-cü maddəsinin 2-ci hissəsi, Mülki Məcəllənin 372.2, 373.4, 375.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
13. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin 20 iyun 2023ci il tarixli, 2(013)-1558/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(104)-2109/2023 nömrəli qətnaməsi ilə (hakim A.V.Bayramovun sədrliyi və məruzəsi ilə, hakimlər R.Z.Mamedovdan və A.V.İsgəndərovadan ibarət tərkibə) apellyasiya şikayəti təmin edilməmiş, Ağdam Rayon Məhkəməsinin 20 iyun 2023-ci il tarixli, 2(013)-1558/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi gəld iyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmişdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir və qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
16. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia müddətinin ötürülməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur. Məhkəmə qeyd etmişdir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün müəyyənləşdirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə, səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif halın mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir.
17. İddiaçının işdən çıxarılması barədə əmr 26 oktyabr 2022-ci il tarixdə verilmişdir. İş materiallarında olan kadrlar şöbəsinin siyahısından çıxarışdan görünür ki, iddiaçı 21 dekabr 2022-ci il tarixdə işdən çıxması barədə olan sənədləri imzalamaqla götürmüşdür. Həmçinin iş materiallarından görünür ki, iddiaçı hazırki iddia ərizəsi ilə ilk dəfə 30 yanvar 2023-cü il tarixdə Ağdam Rayon Məhkəməsinə müraciət etmiş, Ağd am Rayon Məhkəməsinin 02 mart 2023-cü il tarixli qərardadı ilə iddiaçı mediasiya sessiyasında iştirak edilmədən məhkəməyə müraciət etdiyi üçün iddia baxılmamış saxlanılmışdır. Bundan sonra iddiaçı mediasiyanın tətbiqi barədə təklif ilə mediasiya təşkilatına müraciət etmişdir. Göründüyü kimi, iddiaçı cavabdeh Ağdam Rayon Mexaniki Suvarma İdarəsinin 26 oktyabr 2022-ci il tarixli, 76 saylı əmrini mübahisələndirmək üçün qanunvericiliklə nəzərdə tutulmuş 1 aylıq iddia müddətini ötürmüşdür.
18. Birinci instansiya məhkəməsindəki icraat zamanı iddiaçı iddia müddətini ötürdüyünü özü də etiraf etmiş, bunun səbəbini başqa işlərinin olması ilə əlaqələndirmişdir. Apellyasiya şikayətinin dəlillərində isə iddia müddətinin ötürülməsinə hər hansı münasibət bildirməmiş, müddətin ötürülməsinin nə ilə əlaqəda r olmasını qeyd etməmişdir. Bununla da, iddiaçı iddia müddətinin ötürülməsini bir daha qəbul etmişdir.
19. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iddiaçı birinci instansiya məhkəməsindəki icraat zamanı iddia müddətinin ötürüldüyünü bilmiş, bunu özü də etiraf etmiş (cavabdehin müvafiq vəsatəti isə 09 iyun 2023-cü il tarixdə ona təqdim edilmişdir), lakin bununla bağlı iddia müddətinin ötürülməsinin üzürlü sayılmasını xahiş etməmiş və bu barədə məhkəməyə müvafiq ərizə və ya vəsatətlə müraciət etməmişdir. Bunun əksini təsdiq edən sübutlar iş materiallarında yoxdur. İddiaçının yalnız birinci instansiya məhkəməsindəki icraat zamanı belə bir müraciəti olduğu, məhkəmə tərəfindən nəzərə alınmadığı və ya münasibət bildirilmədiyi təqdirdə, bu dəlil apellyasiya icraatının müzakirə predmeti ola bilə rdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı kassasiya şikayəti verərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(104)-2109/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.2, 84, 300-cü, Mülki Prosessual Məcəllənin 88, 106, 218.3-cü maddələrinin tələbləri pozulmuşdur. Belə ki, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl Azərbaycan Respublikasının Milli Məclisinə, "xxxx" ASC-yə və İnsan Hüquqları Müvəkkilinə (Ombudsmana) müraciət etmişdir. Bundan sonra isə ərazi Mediasiy a Şurasına da müraciət etmiş, X2 İdarəsi nümayəndəsini həmin orqana göndərməmiş, ona məhkəməyə müraciət etməsi tövsiyə edilmiş, bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Yuxarı instansiyalara müraciət etməsi səbəbindən, həmin orqanlardan cavabın gec gəlməsi və hüquqi savadının olmaması səbəbindən məhkəmədə iddia tələbini gec qaldırmışdır. İddiaçıya 03 oktyabr 2022-ci il tarixdə ona töhmət verilmiş, cəmi 15 gün sonra 18 oktyabr 2022-ci il tarixdə ona şiddətli töhmət verilmiş və 8 gün sonra 26 oktyabr 2022-ci il tarixdə onun işdən çıxarılması barədə əmr verilmişdir. Bu hal göstərir ki, X2 İdarəsinin rəhbərliyi iddiaçının işdən çıxarılmasında maraqlı olmuşdur.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmı şdır.
23. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məh kəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. İddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğv olunmasını xahiş etdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: 2-ci maddəsinin 3-cü bəndinə əsasən həmin Məcəllə əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması prinsiplərinə əsaslanır. 10-cu maddəsinin “b” bəndinə əsasən əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək əmək müqaviləsi üz rə işçinin əsas vəzifələri kimi qeyd olunmuşdur. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. 68-ci maddəsinin 2-ci hissəsinin a) bəndinə əsasən tərəflərdən birinin təşəbbüsü əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biridir. 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəs sisədə fəaliyyət göstərən X1 qabaqcadan razılığı alınmaqla ləğv edilir. 80-ci maddəsinin 2-ci hissəsinə əsasən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. 296-cı maddəsinin 2-ci hissəsinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
27. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 28. “Azərbaycan Respublikası MM-nin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 dekabr 2001-ci il tarixli qərarında göstərmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan i barətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda proses in çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslər in izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 416.1-c i maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiy ası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
31. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının hazırki kassasiya şikayətinin dəlillərinə uyğun apellyasiya şikayətinin dəlillərinə tam, ətraflı hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.
32. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Əmək Məcəlləsinin 296-cı maddəsinin ikinci hissəsi ilə müəyyən ol unan iddia müddətinin buraxılmasını iddiaçı özü də kassasiya şikayətində etiraf edir. Lakin, o, bunun üzrlü səbəblə, yəni cavabdeh təşkilata qarşı başqa dövlət orqanlarına şikayətlərin edilməsi ilə əsaslandırmışdır.
33. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmədən başqa, hər hansı bir dövlət orqanına mübahisənin həlli məqsədi ilə müraciət edilməsi Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı hissəsində iddia müddətinin üzürlü səbəblərdən buraxılması əsası kimi nəzərdə tutulmamışdır.
34. Digər tərəfdən, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 30 iyul 2021-ci il tarixli qərarında göstərilmişdir ki,... məhkəmənin öz təşəbbüsü ilə iddia mü ddətini tətbiq etmək səlahiyyəti olmadığından, iddiaçıdan ötürülmüş müddətin bərpasına dair ərizə verməsini tələb etmək səlahiyyəti də yoxdur. Bu cür ərizənin verilməsi yalnız iddiaçının şəxsi təşəbbüsü ola bilər və bu zaman məhkəmə iddiaçı tərəfindən iddia ərizəsi ilə birlikdə iddia müddətinin üzrlü səbəbdən ötürülməsinə dair təqdim edilmiş sübutları araşdırıb qiymətləndirməlidir.
35. İddiaçı iddia müddətinin üzrlü səbəbdən buraxılmasını bildirsə də, birinci instansiya məhkəməsinə ötürülmüş müddətin bərpasına dair ərizə verməmişdir. Odur ki, iddiaçının qeyd olunan dəlili də əsassız hesab olunmalıdır.
36. Məhkəmə kollegiyası iddianın iddia müddəti tətbiq edilməklə rədd edilməsinə dair apellyasiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab etdiyindən, kassasiya şikayətinin digər dəlillərinə (cavabdeh təşkilatın iddiaçıya qarşı qərəzli olması) əlavə hüquqi qiymət verilməsinə prosessual qənaət prinsipinə uyğun zəruri bilmir.
37. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirildən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İdd iaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sentyabr 2023-cü il i tarixli, 2(104)-2109/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.