Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-398/2025 30.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: mənzilə köçürülmə, əmlak tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “mənzilə köçürülmə” tələbinə dair ilkin, Cavabdeh İddiaçı qarşı “əmlak” tələbi barədə qarşılıqlı iddia tələblərinə dair iddia üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli 2(103)-5508/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kass asiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Əsədov X6 Aygün Əkrəm qızı ilə 1990-cı ildən 2007-ci ilə kimi rəsmi nikah münasibətində olub. Onların birgə nikahından Cavabdeh və X7 anadan olub.
2. Əsədov Vaqif Qulam oğlu ilə İddiaçı 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun dini nikah bağlayıblar.
3. Əsədov Vaqif Qulam oğlu 12 aprel 2022-ci il tarixdə vəfat edib.
4. Mübahisə predmeti olan Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən mənzilə köçürülmə barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, o, yaxın qohumu Əsədov Vaqif Qulam oğlu ilə 2009-cu ildə faktiki ailə qurmuşdur. Yoldaşı ondan öncə 1990-cı ildə Nümayəndə ilə nikaha daxil olmuş və bu nikahdan Cavabdeh və X7 dünyaya gəlmişlər. Sonradan 10 fevral 2007-ci ildə onların nikahı pozulmuşdur. O, yoldaşı ilə faktiki nikah münasibətinə daxil olaraq Bakı şəhəri, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanına gəlin köçmüşdür. Həmin ünvanda 2022-ci il aprelin 15-nə kimi evin xanımı olaraq yaşamışdır. Mərhum yoldaşı Vaqifin 14 sot torpaqda yarımçıq tikili bir evi vardı. Onlar birlikdə bir meyvə-tərəvəz mağazası açmışlar. Sonradan bö yüdərək ərzaq mağazası edərək işlədiblər. Birgə yaşadıqları müddətdə 14 sot torpaqda təsərrüfat işləri aparmışdır. İndi o, min bir əziyyətlə qurub yaratdığı evinə gedə bilmir. 14 il o evdə yaşamış, bütün xanımlar kimi evinə lazım olan əşyaları almışdır. Heç gedib əşyalarını götürə bilmir. Qonşularla da yaxşı münasibəti olub. Bununla bağlı 2022-ci il 11 may tarixində qonşular tərəfindən tərtib olunmuş akt da var. Yoldaşı 2022-ci il aprel ayında vəfat etdi. Mərhumun 3 məclisində mərasim zalında altmış nəfərin gözü qarşısında cavabdehin anası Nümayəndə onun üzərinə hücum çəkərək sağlamlığına xəsarət yetirdi. Bu hərəkətlə o təxribat törədərək məclisi dağıtmaq istəyirdi. Onun məqsədi onun qohumları və qardaşları ilə dava çıxarmaq idi. Amma o öz çirkin məqsədinə çata bilmədi, qohumları təmkin gö stərərək təxribata uymadılar. Lakin bu hadisədən sonra qadın başqa yola əl atdı və onu yoldaşı ilə 13 il yaşadığı evdən çıxarılmağına nail oldu. Törətdiyi əmələ görə Səbail RPİ-nin 14 noyabr 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarı da var. Məsələ ilə bağlı cinayət işi Səbail Rayon Məhkəməsinin icraatındadır. Hal-hazırda cavabdeh və anası onun və mərhum yoldaşının min bir əziyyətlə qurub yaratdığı, onların isə bircə gün də yaşamadığı ünvan 3 ünvandakı mənzili qanunsuz olaraq zəbt etmiş, çöl darvazasını, dəmir qapının qıfıllarını dəyişmiş, evin dörd divarına nəzarət kamerası qoymuşlar. Hətta cavabdehin evi qanunsuz zəbt etməsi səbəbindən mərhum yoldaşının il mərasimini evində keçirə bilmədi. Maraqlıdır ki, atası xəstə olarkən dava-dərmana pul xərcləmədi, amm a nədənsə qapıları, qıfılları dəyişməyə pul tapdı. O həmin evdə mərhum yoldaşı ilə 13 ildən artıq yaşamışdır. Orada onun cehizləri, mebeli, qızılları, pulu qalıb. Bu insanlar onları çıxarmağına imkan vermirlər. Çox ağır vəziyyətdədir. Cavabdeh onu zorla evdən çıxarmış, orada yaşamağa qoymur.
7. Cavabdeh İddiaçı qarşı əmlak tələbi barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, 585 əyar, 12 qram, dəyəri 2000 manat olan 1 ədəd brilyant qaşlı qızıl kişi üzüyünün, 585 əyar, 15 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl tros sepin, 585 əyar, 20 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl sünbül saatın, 585 əyyar, 10 qram, dəyəri 2000 manat olan 1 ədəd 10-luq qızıl klonun, 7 qaş sibir brilyantlı, 585 əyar, dəyəri 1000 manat olan 1 ədəd obadoq qızıl üzüyün, sibir brilyant qaşlı, 585 əyar, dəy əri 1000 manat olan 1 ədəd qızıl fantaziya üzüyünün, 585 əyar, 20 qram, dəyəri 1500 manat olan 1 ədəd qızıl sünbül brosletin, 585 əyar, 25 qram, dəyəri 2000 manat olan 1 ədəd qızıl kişi sepinin və ya həmin qızıl-zinət əşyalarının dəyərinin, aparılan 3350 manat məbləğində pulun, evin sənədlərinin və ödədiyi 135 manat dövlət rüsumunun cavabdeh X1 alınaraq ona verilməsi barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Qarşılıqlı iddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, ünvan 4 ünvanda ailəsilə və 2 övladı ilə birlikdə yaşayır. Bildirir ki, atası xəstə olduğu üçün uzaq qohumu olan qarşılıqlı iddia üzrə cavabdeh X3 ona xidmət etmək üçün tutmuşdur, bu barədə atası ilə cavabdeh arasında əmək haqqı ödənilməklə cavabdehin onun atasına qulluq etməsinə dair müqavilə bağlanmışdır və bunu nla da atasının həyatının son illərində cavabdeh ünvan 4 ünvanda yerləşən evdə qulluqçu kimi atasına qulluq etmişdir. Atası Əsədov Vaqif Qulam oğlu xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. xx.xx.2022-ci il tarixdə atasının vəfatının 3-cü günündə yas mərasimi olmuşdur, cavabdeh X4 onların həmin gün mərasimə başlarının qarışmasından, yorğun olmalarından, evin açarının onda olmasından sui-istifadə edərək, xx.xx.2022-ci il tarixdə qardaşları Mahir, Aydın və Aydının oğlu ilə birlikdə gecə yarısı, təqribən saat 01:24 radələrində, gizlicə onların evinə daxil olaraq, onların qızıllarını, sənədlərini, onların evdəki və mağazadakı pullarını aparmışdır.
9. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim M.Kərimova) 2(009)-1296/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə ilkin iddianın təmin e dilməsi, İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi, qarşılıqlı iddianın rədd olunması qət edilmişdir.
10. Məhkəmə qeyd etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, qanunun analogiyasından istifadə olunmaqla, tərəflər arasında mübahisəli münasibət xx.xx.2009-cu il tarixdən əvvəl yarandığından və bu münasibətlər mülki qanunvericiliklə birbaşa tənzimlənmədiyindən, hazırki mübahisəyə həmin vaxt qüvvədə olan mənzil qanunvericiliyinin normaları tətbiq olunmalıdır. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onu nla bərabər istifadə etmək ixtiyarına malikdirlər. xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 54-cü maddəsinə əsasən icarədar və onunla yaşayan ailə üzvləri arasında başqa saziş olmamışsa, bu maddəyə uyğun olaraq yaşayış sahəsinə köçmüş şəxslər həmin yaşayış sahəsindən burada yaşayan digər şəxslərlə bərabər surətdə istifadə etmək hüququ əldə edirlər. İşdən görünür ki, iddiaçı cavabdehin atası mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü kimi onun razılığı ilə mübahisəli evdə birgə yaşamış, ümumi təsərrüfatı birgə idarə etmiş, sonradan mərhumun oğlu olan cavabdeh iddiaçını yaşadığı evdən qovmuşdur.
11. Məhkəmə hesab etmişdir ki, İddiaçı ünvan 5 ünvanda yerləşən Əsədov Vaqif Qulam oğluna aid olan özbaşına tikiliyə Vaqif Əsədovun razılığı ilə ailə üzvü kimi köçərək orada yaşadığından və onunla birgə təsərrüfat apardığından, mübahisəli ev iddiaçının yeganə yaşayış yeri olduğundan, orada Əsədov Vaqif Qulam oğlu ilə bərabər hüquqlar əldə etmişdir. Ona görə də, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iclasında qarşılıqlı iddiaçı tələbinin əsası kimi istinad etdiyi hallara dair hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.
12. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ bəndinə, Mülki Məcəlləsinin 27.1, 27.3-cü maddəsinə, xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53, 54, 123-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 dekabr 2008-ci il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77. 1, 88, 216-220, 360-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
13. Qətnamədən Cavabdeh apelyasiya şikayəti verərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1296/2023 nömrəli qətnaməsini tamamilə ləğv etməklə, ilkin iddianın təmin edilməməsi, qarşılıqlı iddianın isə təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, analoji iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin də rəhbər mövqeyi ondan ibarətdir ki, əgər yаşаyış evindən (mənzildən) istifаdə edilməsi ilə əlаqədаr yаrаnаn hüquq münаsibətləri 2000-ci ilin sentyаbr аyının 1-dən sоnrа yaranıbsa və həmin ərəfədə bu yaşayış sahəsinin sahibinin həmin evə gözlənti ilə mülkiyyət hüquq u var idisə, belə mübahisələrə Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin tələbləri tətbiq edilməlidir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəflər arasındakı mübahisəyə qanunun analogiyası üzrə 1982-ci il tarixli Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53-54-cü maddələri tətbiq etməklə iş üzrə düzgün nəticəyə gəlməmişdir. İddiaçı heç bu müddəaya əsasən də mərhum Əsədov Vaqif Qulam oğlunun ailə üzvü sayılmır. Çünki onlar heç vaxt birlikdə yaşamayıb və ümumi təsərrüfat aparmayıblar. Bunlar sadəcə İddiaçı tərəfindən uydurulmuş məlumatlardır. İlkin iddiaçı mərhum Vaqif Əsədovla birgə təsərrüfat aparmasını təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməyib.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-687/2024 nömrəli qət naməsi ilə (hakimlər G.Axundova (sədrlik edən və məruzəçi), C.Musayeva və F.Babayev) apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 4 oktyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
40. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, İddiaçı Əsədov Vaqif Qulam oğlu ilə 15 may 2009-cu il tarixdə şəriət qaydalarına uyğun nikah bağlamışlar. Məhkəmə kollegiyası yalnız ailə qanunvericiliyinə uyğun şəkildə bağlanmış nikahın rəsmi nikah hesab edildiyini bildirməklə yanaşı qeyd edib ki, birinci instansiya məhkəməsi tərəfindən iş materiallarına əlavə edilmiş və apellyasiya baxışında əslinə baxış keçirilmiş şəriət qaydalarına uyğun bağlanmış nikah şəhadətnaməsi işdə olan digər sübutlarla yanaşı qiymətləndirildikdə İddiaç ı ilə Vaqif Əsədov arasında hansı münasibətlərin olması, bu münasibətlərin nə zaman yaranması kimi halları müəyyən etməyə imkan verir.
16. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, münasibətlər 01 oktyabr 2009-cu ilədək yarandıqda mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi tətbiq olunmalıdır. Lakin nə qədər ki, mübahisə predmeti olan daşınmaz əmlak dövlət reyestrində qeydiyyatdan keçməmişdir, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsi deyil, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Çünki tərəflər arasında yaranan münasibətlərə Mülki Məcəllənin 228-ci maddəsinin tətbiq edilməsi üçün mübahisəli fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış əmlak olmalıdır. Lakın hazırkı mübahisə predmeti olan ev dövlət reyestrində qeydə alınmamışd ır. Belə olan halda həmin evə dair yaşayış sahəsindən istifadə hüququnun yaranması ilə bağlı iddiaçı ilə notarial qaydada razılaşmanın bağlanması, o cümlədən istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mümkün ola bilməzdi. Ona görə də mübahisəyə, hüquq münasibətinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsinin (2009-cu ilin oktyabr ayınadək qüvvədə olan) normaları tətbiq edilməlidir.
17. Münasibətlər yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 123-cü maddəsinə və həmin Məcəllənin 53-cü maddəsinə istinad edərək məhkəmə qeyd etmişdir ki, baxılan işdə iddiaçı cavabdehin atası Vaqif Əsədovun razılığı ilə mübahisəli evə köçmüş və onun ailə üzvü kimi 13 il müddətində həmin evdə yaşamış və birgə təsərrüfat aparmışdır.
18. Kollegiya onu da qeyd edib ki, mübahisə predmeti olan ev faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. İddiaçının 13 il ərzində yaşadığı və əşyalarının yerləşdiyi bu evdə yaşamaq hüququ vardır. İddiaçıya həmin evdə yaşamaq hüququna əsas verən faktiki halların mövcudluğu işin halları ilə sübut olunur. Mübahisəli evin iddiaçının yaşayış yeri hesab edilməklə onun həmin evə köçürülməsi barədə iddia tələbi düzgün olaraq birinci instansiya məhkəməsi tərəfindən təmin edilmişdir.
19. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı tərəf məhkəmə iclasında ancaq iddiaçının qulluqçu olması və evdə yaşamamasına dair izahatlar vermiş, lakin qarşılıqlı iddia tələbinin əsaslılığına dair ümumiyyətlə münasibət bildirməmişdir.
20. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azər baycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 53, 54-cü maddələrinə, 123-cü maddəsinin 1-ci hissəsinə, Azərbaycan Respublikası MPM-nin 14.2, 77-ci maddələrinə istinadla əsaslandırmışdır. c) Kassasiya İnstansiyası məhkəməsindəki birinci icraat
21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)2189/2024 nömrəli, 11 iyul 2024-cü il tarixli qərarı ilə (hakimlər E.Vəliyeva (məruzəçi), E.Şamayev və Ə.Xıdırov) Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 12 fevral 2024-cü il tarixli, 2(103)687/2024 nömrəli qətnaməsi İddiaçı iddiasının təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş yeni apellyasiya baxış ına göndərilmişdir.
22. İşi yeni apellyasiya baxışına qaytararkən kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı mübahisə predmeti olan yaşayış evinə 2009-cu ildə dini nikahla ailə quraraq köçdüyünü bildirmişdir. Qeyd olunmalıdır ki, iddiaçının köçmək istədiyi yaşayış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009-cu ildən indiyədək rəsmi olaraq dövlət reyestrində qeydiyyatda alınmasa da, evin yerləşdiyi torpaq sahəsi Milli Arxiv İdarəsindən təqdim edilmiş torpaq ayırıma sənədlərinə əsasən ( 1-ci cild iş v.161,162 və 174,175) qanuni əsaslarla cavabdehin atası Əsədov Vaqif Qulam oğlunun istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də mərhumun sahibliyində və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.
23. Belə olan halda, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. Apellyasiya məhkəməsi evin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığına istinad edərək, mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, bunun əvəzində isə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü, 53 və 54-cü maddələrini tətbiq etmişdir.
24. Halbuki bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarındakı hüquqi mövqeyə zidd olmuşdur. Həmçinin məhkəmə iddiaçının mərhumun razılığı ilə 13 il ərzində evdə yaşaması və onunla birgə təsərrüfat aparması faktına görə qanunverici tərəfindən (keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri) belə şəxslərin də ailə üzvü hesab oluna bilməsi imkanına istinad etmişdir.
25. Lakin məhkəmə kollegiyası bununla bağlı qeyd etmişdir ki, iddiaçının dinin nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir. İddiaçının “digər şəxs” kimi evə köçürülməsinə gəldikdə isə qeyd edilməlidir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında analoji hüquqi məsələ ilə bağlı belə şəxslərin dairəsinə kimlərin daxil olması barədə hüquqi mövqe sərgiləmiş və müəyyən etmişdir ki, Azərbaycan R espublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
26. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq v əzifəsi müəyyən edilmişdir.
27. Oxşar yanaşma keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş “digər şəxslər” ifadəsinə də aid edilə bilər. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hər hansı şəxsin ailə üzvü və ya digər şəxs kimi yaşayış sahəsinə köçürülməsi zamanı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması və ya özünün saxlanılmasını mülkiyyətçidən tələb etmək hüququ olan şəxs olub-olmamasına qiymət verilmədən onun digər şəxs kimi evə köçürülməsi düzgün olmamışdır.
28. Məhkəmə kollegiyası hesab etmişdir ki, işə baxılarkən apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının da pozuntusuna yol verilmiş, cavabdehin apellyasiya şikayətinin dəlilləri, onlar tərəfindən təqdim edilən şahid ifadələri və yazılı sübutla rın qəbul edilməməsinin səbəbləri, həmçinin iddiaçı tərəfindən dindirilmiş şahid ifadələrinin mötəbərliyi ilə bağlı cavabdehin dəlillərinə qətnamədə hər hansı hüquqi qiymət verilməmişdir.
29. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 146.1, 146.2, 180.1, 228.1, 228.2-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4, 13.5, 14.2, 77.1, 88, 407.2, 416.1, 416.2-ci maddələrinə istinadən əsaslandırmışdır. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
30. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5508/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Abdıyev) ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh apellyasi ya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1296/2023 saylı, 04 oktyabr 2023-cü il tarixli qətnaməsi ilkin iddia tələbinin təmin edilən hissəsində ləğv edilərək, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi barədə iddia tələbi təmin edilməmişdir.
31. İşin təkrar apellyasiya baxışı zamanı kassasiya instansiyası məhkəməsinin göstərişlərini nəzərə alan kollegiya öz mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının köçmək istədiyi yaşayış evi mübahisəli hüquq münasibətinin yarandığı dövrdə, yəni 2009cu ildən indiyədək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayıb. Evin yerləşdiyi torpaq sahəsi Milli Arxiv İdarəsindən təqdim edilm iş torpaq ayırma sənədlərinə əsasən ( 2-ci cild iş v.136-139) qanuni əsaslarla cavabdehin atası Əsədov Vaqif Qulam oğlunun istifadəsinə ayrılmış və həmin torpaq sahəsi üzərində inşa edilən yaşayış evi də mərhumun sahibliyinə və istifadəsində olmuş, onun həmin evə gözlənti ilə mülkiyyət hüququ var idi.
32. Məhkəmə kollegiyası hesab etmişdir ki, mübahisə qanunun analogiyası üzrə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələri tətbiq edilməklə həll edilməlidir. Birinci instansiya məhkəməsi mübahisəyə Mülki Məcəllənin 228-ci maddəsini tətbiq etməmiş, bunun əvəzində isə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 123-cü, 53 və 54-cü maddələrini tətbiq etmişdir. Halbuki, bu yanaşma Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarındakı hüquqi mövqey ə zidd olmuşdur. Həmçinin birinci instansiya məhkəməsi məhkəmə iddiaçının mərhumun razılığı ilə 13 il ərzində evdə yaşaması və onunla birgə təsərrüfat aparması faktına görə qanunverici tərəfindən (keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri) belə şəxslərin də ailə üzvü hesab oluna bilməsi imkanına istinad etmişdir.
33. Halbuki, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki, bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir.
34. Bundan başqa kollegiya iddiaçının “digər şəxs” kimi evə köçürülməsinə dair birinci instansiya məhkəməsinin mövqeyi ilə bağlı qeyd etmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair» 16 dekabr 2014-cü il tarixli qərarında analoji hüquqi məsələ ilə bağlı belə şəxslərin dairəsinə kimlərin daxil olması barədə hüquqi mövqe sərgiləmiş və müəyyən etmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir. Ailə Məcəlləsinin 13 və 15-ci fəsillərinin müvafiq müddəalarına əsasən valideynlərin uşaqlarını saxlamağa borclu olması, əmək qabiliyyətini itirən və maddi yardıma ehtiyacı olan ər və arvadın bir birinə kömək etməli olması, qardaş və bacıların yetkinlik yaşına çatmayan və əmək qabiliyyəti olmayan qardaş və bacılarını saxlamaq, baba və nənənin nəvələri saxlamaq, həmçinin nəvələrin baba və nənəni saxlamaq, yetirmələrinin öz faktiki tərbiyəçilərini saxlamaq, həmçinin ögey oğul və qızların ögey ata və ananı saxlamaq vəzifəsi müəyyən edilmişdir. Oxşar yanaşma keçmiş Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrində nəzərdə tutulmuş “digər şəxslər” ifadəsinə də aid edilə bilər.
35. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının hər hansı şəxsin ailə üzvü və ya digər şəxs kimi yaşayış sahəsinə köçürülməsi zamanı ailə qanunvericiliyi əsasında yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvü olması və ya özünün saxlanılmasını mülkiyyətçidən tələb etmək hüququ olan şəxs olub-olmamasına qiymət verilmədən onun digər şəxs kimi evə köçürülməsi düzgün olmamışdır. Bu baxımdan məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisinin ailə üzvü deyildir və əvvəlki mülkiyyətçi ilə iddiaçı arasında mənzilindən istifadə etməyə dair yazılı şəkildə bağlanan razılaşma yoxdur.
36. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, iddiaçının dini nikaha istinad etməsi və mərhumun faktiki arvadı olmasının bu mübahisənin həllində hər hansı bir əhəmiyyəti yoxdur. Çünki bu nikah hər hansı hüquqi nəticə yaratmır və iddiaçıya mərhumun ailə üzvü olması statusu vermir. Göründüyü kimi iddiaçının mübahisəli mənzilə köçürülməsi üçün əsaslar olmadığı halda İddiaçı Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvana köçürülməsi barədə birinci instansiy a məhkəməsi düzgün olmayan nəticəyə gəlmişdir.
37. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 11.1, 146.1, 146.2, 180.1, 228.1, 228.2-ci maddələrinə istinadən əsaslandırmışdır. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
38. Qətnamədən İddiaçı (Vəkil3) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5508/2024 nömrəli, 07 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, ilkin iddianın təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
39. Kassasiya şikayəti işin hallarına istinadən onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası İddiaçı Əsədov Vaqif Qulam oğlu ilə faktiki ailə həyatı qurmasını, ər-arvad münasibətində olmaqla 13 il m üddətində birgə yaşamalarını, bir-birinə qayğı göstərmələrini, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, ö/t 268 ünvanında yerləşən evin 2-ci mərtəbəsini və yarımçıq qalmış tikililərini birlikdə inşa etdiklərini, birgə təsərrüfat apardıqlarını, birlikdə ərzaq mağazası işlətdiklərini, qazanc əldə etdiklərini, həmin qazancı evin tikintisinə sərf etdiklərini ümumiyyətlə nəzərə almamışdır.
40. Bundan əlavə, məhkəmə ona iş üzrə izahat verməyə, sübutlarını təqdim etməyə qanunamüvafiq qaydada şərait yaratmamış, bununla da prosessual hüquqlarını pozmuşdur. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
41. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
42. Maddə 11.1. Mülki hüquq münasibətləri mül ki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
43. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). AR
44. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.
45. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsin də və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.
46. Maddə 228.1. Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın.
47. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasınd a tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər.
48. Maddə 228.5. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüquq u bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
49. Maddə 13.4. Mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir.
50. Maddə 13.5. Belə normalar da olmadıqda məhkəmə öz aktında Azərbaycan Respublikası hüquq qaydalarının ideya və ümumi prinsiplərini əsas götürür.
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlə rindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Hazırkı kassasiya şikayətində ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin ak tı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
60. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona ai d müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
61. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, iddianı təmin edən brinci instansiya məhkəməsinin qətnaməsinin əsaslandırmasını təşkil edirdi və apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etməklə, həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razı laşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
62. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
63. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” 27 may 2008-ci il tarixli qərarında qeyd etmişdir ki, Plenum mülkiyyət hüququ ilə yaşayış sahəsindən istifadə hüququnun müəyyən mənada mütənasib şəkildə tarazlaşdırılmaqla təmin edilməli olması nəticəsinə gələrək onu da qeyd etməyi zəruri hesab edir ki, son illər ərzində Mülki Məcəllənin və Mənzil Məcəlləsinin normalarının qarşılıqlığı ilə bağlı bir çox məsələlər ortaya çıxıb. Yaranmış problemin dər inliyinə varmadan, yalnız onu qeyd etmək lazımdır ki, iyirmi beş ildən artıq müddət əvvəl qəbul olunmuş Mənzil Məcəlləsi mövcud olan yeni sosial-iqtisadi şəraitdə yaranmış ictimai münasibətlərə uzun müddət cavab vermir, ona görə ki, əsasən dövlət və ictimai mənzil fonduna aid olan yaşayış sahəsinin sosial kirayə müqavilələrin tənzimlənməsinə yönəlmişdir. Bu baxımdan mövcud olan hüquqi şərait mülkiyyətçinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul olunmasını tələb edir.
64. Plenum həmin Qərarda yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin və digər şəxslərin hüquqi vəziyyətini tənzimləyən mənzil qanunvericiliyinin qəbul edilməsini Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə etmişdir.
65. Bundan sonra Azərbaycan Respublikasını n 30 iyun 2009-cu il tarixli qanunu ilə yeni Mənzil Məcəlləsi təsdiq edilmişdir.
66. Yeni Mənzil Məcəlləsinin 30.1-ci maddəsi ilə gətirilən tənzimləməyə görə, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 67. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli qəra rına görə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinin ikinci cümləsinin “digər qohumlar” ifadəsi Azərbaycan Respublikası Ailə Məcəlləsinin 15-ci Fəslinin müddəalarına əsasən yaşayış sahəsinin mülkiyyətçisindən özünün saxlanılmasını tələb etmək hüququ olan şəxsləri ehtiva edir.
68. İddiaçı ilə yaranan münasibətlər Mənzil Məcəlləsinin qüvvəyə mindiyi tarixdən əvvəl yaranmasına baxmayaraq, Konstitusiya Məhkəməsinin yaşayış sahəsindən istifadə ilə bağlı qanunvericilikdə ümumi məzmunda müəyyən olunmuş “digər şəxslər”in dairəsinin müəyyən edilməsində bu yanaşma qəbul ediləndir.
69. Sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
70. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
71. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və pro sessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
72. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 7 oktyabr 2024-cü il tarixli 2(103)-5508/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.