Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3980/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı “alqısatqı müqaviləsinin, çıxarışın və qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: alqı-satqı müqaviləsinin ləğvi, preyudisiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X1 ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)824/2023 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərb aycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 1. ünvan 1 ünvanında İddiaçı mülkiyyətində 0,03 ha torpaq sahəsi və üzərinə ümumi sahəsi 132 kv.m. olan fərdi yaşayış sahəsi olmuşdur.
2. İddiaçı mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsini 13 iyul 2013-cü il tarixli müqavilə ilə Cavabdeh1 satmışdır.
3. Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı iddiası təmin edilərək, Cavabdeh1 mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,02 ha torpaq sahəsinin cavabdeh İddiaçı tərəfindən zəbt edilmiş 48 kv.metr hissəsində qanunsuz inşa edilmiş 1 metr hündürlüyündə, 3,0 x 2,5 metr ölçüdə mişar daşdan pilləkanın cavabdehin hesabına sökülməsi, torpaq sahəsinin qeyriqanuni sahibliyindən alınıb iddiaçı Cavabdeh1 qanuni sahibliyinə verilməsi, İddiaçı Cavabdeh1 qarşı “alqı-satqı müqaviləsinin və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi” tələbinə dair qarşılıqlı iddiasının rədd olunması qət edilmişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilərək, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı “zəbt olunmuş torpaq sahəsində qanunsuz tikililərin cavabdehin hesabına sökülməsi və zəbt olunmuş torpaq sahəsinin onun sahibliyinə qaytarılması” barədə iddiasının təmin olunmaması, İddiaçı iddiasının qismən təmin olunması, tərəflər arasında imzalanmış 13 iyul 2013-cü il tarixli, 4Ə/-2906 saylı alqı-satqı müqaviləsi və Cavabdeh1 adına verilmiş 31 yanvar 2015-ci il tarixli, RX ******* saylı reyestrdən çıxarışın 52 kv.metr torpaq sahəsi hissəsində etibarsız hesab edilməsi qət edilmişdir.
5. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 19 dekabr 2017-ci il tarixli qərarı ilə, iddiaçı Cavabdeh1 kassasiya şikayəti təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 04 avqust 2017-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.
6. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məh kəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
7. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 oktyabr 2019cu il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi qismən – 3,0 x 2,5 metr ölçüdə pilləkənin sökülməsi hissəsində ləğv olunmuş və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılmış, qətnamə qalan hissələrdə, yəni Cavabdeh1 iddiasının təmin olunmuş qalan hissəsində, eləcə də, İddiaçı iddiasının rədd olunması hissəsində kassasiya şikayətinə münasibətdə dəyişdirlmədən saxlanılmışdır.
8. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə İddiaçı verdiyi apellyasiya şikayəti təmi n edilməmiş, Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı cavabdehlər Cavabdeh1 və Abşeron Rayon 1 saylı Notariat Ofisinə qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, AN-İ № ******* saylı, 13 iyul 2013-cü il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh1 a dına verilmiş RX seriyalı, ******* saylı çıxarışa və qeydiyyat vəsiqəsinə qanunsuz olaraq salındığından həmin müqavilənin, çıxarışın və “Qeydiyyat vəsiqəsi”nin qismən, 25 kv.m. torpaq sahəsi hissəsi həcmində ləğv olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddia onunla əsaslandırılmışdır ki, torpaqların alqı-satqısına dair 07 mart 2008ci il tarixli akta əsasən, Bələdiyyənin ehtiyat fondunun alqı-satqı predmeti olan torpaq sahəsindən iddiaçıya fərdi yaşayış evi tikmək üçün 300 kv.metr torpaq sahəsi satılmış, 12 mart 2008-ci ildə bu barədə müvafiq qeydiyyat aparılmışdır. İddiaçı ona məxsus yaşayış evinin həyətyanı torpaq sahəsindən 1,5 sot torpaq hissəsini Xıdır adlı şəxsə qeyri-rəsmi satmış, sonuncu isə satılmış 1,5 sot torpaq sahəsini Cavabdeh1 satmaq üçün göstərmiş və ona satmışdır. Cavabdeh1 iddiaçını həmin 1,5 sot torpaq sahəsində ev tikmək üçün razılıq verməsi adı ilə notariusa gətirmiş, alqı-satqı müqaviləsi imzalatmışdır. Cavabdeh iddiaçını aldadaraq alqı-satqı müqaviləsində 1,5 sot torpaq sahəsinin deyil, 2 sot torpaq sahəsinin satılmasını qeyd etdirmişdir. Sonrakı məhkəmə mübahisələri zamanı iddiaçı bu haldan xəbər tutmuş, alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin iddiası rədd olunmuşdur. İddiaçının Xıdıra satdığı və Xıdır tərəfindən Cavabdeh1 göstərilərək satılan torpaq sahəsi yalnız 0,015 ha olmuşdur. Lakin, iddiaçı savadsızlığından, latın qrafikasını bilmədiyindən sui-istifadə edilərək aldadılmış və müqavilədə 0,2 ha torpaq sahəsinə imza atdırılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki ko llegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsindən görünür ki, həmin iş üzrə təyin edilmiş ekspert rəyində iddiaçının mülkiyyətində olan torpaq sahəsində yerləşən fərdi yaşayış evində mövcud olan pilləkənin faktiki olaraq giriş-çıxış üçün nəzərdə tutulduğu və həmin pilləkənin sökülməsi faktiki vəziyyətdə həmin evin tamlığına zərər vuracağı nəticəsinə gəlinmişdir. Alqı-satqı müqaviləsindən görünür ki, müqavilənin predmeti ev deyil, torpaq sahəsidir, ev barəsində heç bir qiymətləndirmə hərəkətləri edilməmiş və müqavilənin bu hissəsi ümumiyyətlə texniki səhvdir. İddiaçı sahəsi 125 kv.m. təşkil edən evin altında yerləşən torpaq sahəsini sata bilməzdi, yüklü olduğu üçün həmin torpaq sahəsi satış predmeti ola bilməzdi. O, alqı-satqıda iştirak etməmiş, danışıqların və müqavilənin məzmunundan xəbəri olmamışdır. Torpaq sahəsi onun mülkiyyətində olduğundan alqı-satqını formal olaraq imzalamışdır. İddiaçının evinin sahəsi 125 kv.m olduğu halda onun torpaq sahəsi 0,01 ola bilməzdi, yəni 125 kv.m olan ev 100 kv.m sahədə yerləşə bilməzdi.
12. Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsi (hakim E.T.Məmmədov) ilə iddia rədd edilmişdir.
13. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının dəlil gətirdiyi faktlarla bağlı qanuni qüvvəsini almış məhkəmə aktı mövcud olduğundan, həmin faktların yenidən qiymətləndirilməsinə və sübut edilməsinə yol verilmir.
14. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3, 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsin də icraat
15. İddiaçı apellyasiya şikayəti verərək, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)-4796/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)-824/2023 nömrəli qətnaməsi ilə (hakim İ.K.Dəmirovun sədrliyi və məruzəsi ilə, hakimlər A.A.Mahmudovdan və L.E.Rəhimlidən ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 21 dekabr 2022-ci il tarixli, 2(012)4796/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
17. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya məhkəməsi apellyasiya şikayətinin dəlilləri üzrə qeyd etmişdir ki, satıcı İddia çı ilə alıcı Cavabdeh1 arasında bağlanmış 13 iyul 2013-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən satıcı Abşeron rayonu, Xırdalan şəhəri, Mehdi Hüseynzadə küçəsi, döngə 1 ünvanda yerləşən 4 saylı fərdi yaşayış evinin həyətyanı torpaq sahəsindən 0,02 ha hissəsini Cavabdeh1 satmış və bu müqavilə Abşeron Rayon 1 saylı Notariat Ofisinin notariusu tərəfindən təsdiq edilərək 4Ə/-2906 reyestr nömrəli qeydiyyat aparılmışdır. Hazırda iddiaçı satılan torpaq sahəsinin 0,02 ha deyil, əslində 0,015 ha hissəsinin satılması barədə razılığa gəldiklərini, onun aldadılaraq notariusa aparıldığını, sözügedən alqı-satqı müqaviləsində onun xəbəri olmadan torpaq sahəsinin 0,02 ha hissəsinin satıldığını, qeyd edilən halın ona sonradan məlum olduğunu bildirmişdir. İddiaçı göstərdiyi bu xüsusatla ra və digər sübutlara Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə qiymət verilmiş, həmin qətnamə İddiaçı tərəfindən mübahisələndirilsə də, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə, eləcə də Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 16 iyun 2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi İddiaçı hazırki iddia tələbi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi mövcuddur.
18. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər (İddiaçı və Cavabdeh1) əvvəlki mülki işdə iştirak etmiş şəxslər olduğundan, eləcə də yuxarıda göstərilən qanuni qüvvəyə minmiş Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli, 2(012)-161/2017 nömrəli q ətnaməsi ilə bağlı mübahisə üzrə çıxarılmaqla onlara aid olduğundan və həmin qətnamə ilə hazırkı iddia tələbi ilə mübahisələndirilən məsələlərə hüquqi qiymət verildiyindən, həmin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi hazırkı iş üzrə preyudisial əhəmiyyətə malik olan akt kimi qəbul edilməlidir.
19. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Prosessual Məcəllənin 82.3, 233.3-cü maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri:
20. İddiaçı Rzayev Çimnaz Musa qızı kassasiya şikayəti və sonradan kassasiya şikayətinə əlavə verərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)-824/2023 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin olunması haqqında yeni qərar və iddiaçını aldatmış şəxslər, torpaq sah əsinin sərhədlərini yerində müəyyən edən, sənədlərini tərtib edən məsul şəxslər barəsində xüsusi qərardad çıxarılmasını xahiş etmişdir.
21. Kassasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun tərtib edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə Mülki Məcəllənin 646-cı, Torpaq Məcəlləsinin 65, 68-ci, Mülki Prosessual Məcəllənin 217.1, 217.3, 217.4-cü maddələri pozulmuşdur. Belə ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin 0,02 ha hissəsini satmaq niyyəti olmamış, müqavilə imzalanarkən olun savadsızlığından istifadə olunmuşdur. Torpaq sahəsinin planı, sərhədləri yerində müəyyən edilməsi, torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, sərhədlərinin naturaya keçirilməsi yerquruluşu işlərinin aparılmasında hüququ olan təşkilatlar tərəfindən qanunun tələblərinə riayət olunmamış, bu zaman torpaqda ölçülər aparılmamışdır. Apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmamış və iddiaçının dəlillərinə hüquqi qiymət verməmişdir.
22. Kassasiya şikayətinə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 414.1-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
23. Kassasiya şikayətinə etiraz verilməmişdir. Kassasiya baxışının hədləri:
24. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yox lamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.
25. Kassator apellyasiya məhkəməsinin qətnaməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, kassasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin kassasiya şikayətinin dəlillərinə uyğun olaraq tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq:
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, ə gər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə ü çün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarda dını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
28. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə uyğun araşdırmalar aparılmış və müəyyən olunmuş hallara hüquqi qiymət verilərək yekun nəticəyə gəlinmişdir. Məhkəmə kollegiyası apel lyasiya məhkəməsinin mövqeyi ilə tam razılaşdır.
30. Kassasiya şikayətinin dəlilləri üzrə məhkəmə kollegiyası bir daha qeyd edir ki, iddiaçının hazırki tələbi müqavilənin ləğvi ilə bağlıdır. Müqavilənin ləğvinin əsasları Mülki Məcəllənin 421 və 422-ci maddələrində nəzərdə tutulmuşdur.
31. Lakin, iddiaçı hazırki iddia tələbində həmin maddələrdə qeyd olunan əsaslara (tərəflərin razılaşması, cavabdehin müqaviləni əhəmiyyətli dərəcədə pozması, şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi və s.) deyil, müqavilə bağlanarkən iradəsinin zədələnməsi - mübahisəli torpaq sahəsinin satılmasına razılığının olmaması, bu məqsədlə aldadılmasına istinad etmişdir ki, iddiaçının bu dəlillərinə qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmişdir.
32. Belə ki, yuxarıda qeyd olunduğu kimi, İddiaçı C avabdeh1 qarşı başqa icraatda qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 13 iyul 2013-cü il tarixli həyətyanı sahənin alqı-satqısına dair müqavilənin və onun əsasında cavabdehin adına verilmiş 31 yanvar 2015-ci il tarixli hüquqların qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab olunması barədə qətnamə çıxarılmasını xahiş etmiş, tələbini müqaviləni imzalayarkən latın qrafikalı Azərbaycan əlifbası ilə oxuyub-yaza bilməməsi, müqavilənin mahiyyətini başa düşməməsi, mülkiyyətində olan torpağın 0,02 ha hissəsini deyil, 0,015 ha hissəsini satmaq niyyətində olması ilə əsaslandırmışdır.
33. Abşeron Rayon Məhkəməsinin 29 mart 2017-ci il tarixli qətnaməsi ilə qarşılıqlı iddianın bu tələblərinə hüquqi qiymət verilməklə, rədd olunmuş və həmin qətnamə qe yd olunan hissədə son nəticədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 may 2019-cu il tarixli qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 25 oktyabr 2019-cu il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
34. Göründüyü kimi, iddiaçının dəlillərinə artıq qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə hüquqi qiymət verilmiş və həmin dəlillərə yenidən hüquqi qiymət verilməsinə və sübut olunmasına Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən yol verilmir.
35. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 23 fevral 2016-cı il tarixli Qərarında qeyd edilmişdir ki, preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkə mə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir. 36. “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun 15 iyul 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya i nstitutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir.
37. Beləliklə, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məhkəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Rzayev Çimnaz Musa qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 23 iyun 2023-cü il tarixli, 2(105)-824/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.