Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-3984/2021 02.06.2021 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməsi barədə Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi Nurməmmədov Əhməd Güləhməd oğlu, İddiaçı və onun vəkili X1 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: İddiaçı və vəkili Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)775/2021 nömrəli iş üzrə 23 fevral 2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. Verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 402-407-ci maddələrinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, iş materiallarında Bakı Apellyasiya Məhkəməsinin 2(103 )-775/2021 nömrəli iş üzrə 23.02.2021-ci il tarixli qətnaməsinin olması müəyyən edilmir. İş materillarında olan qətnamə 09.02.2021-ci il tarixlidir. Mülki Prosessual Məcəllənin 407.1.3-cü maddəsinə əsasən şikayət olunan məhkəmə aktını qəbul etmiş məhkəmənin adı, aktın qəbul edildiyi tarix, mübahisənin predmeti kassasiya şikayətində göstərilməlidir. Həmin Məcəllənin 408.1.1-ci maddəsinə görə kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, kassasiya şikayəti imzalanmamışsa, yaxud onu imzalamağa hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışa qaytarılır. Göstərilənlərə əsasən, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməlidir. Odur ki, Azərbaycan Respublikası MPM-nin 408.1.1 və 407.1-ci maddələrini rəhbər tutaraq QƏRAR A ALDİM: İddiaçı və onun vəkili X1 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-3984/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-3984/2021
02.06.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver