Məhkəmə qərarları › İş №2(102)-3984/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-3984/2025

03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3984/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və "xxxx" MMC cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ Kateqoriya (açar sözlər): pul tələbi Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyası, hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X2 və "xxxx" MMC cəlb edilməklə) qarşı “pul” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2025-ci il tarixli, 2(103)-5093/2025 saylı qətnaməsindən İddiaçı tər əfindən verilmiş kassasiya şikayətinə 3 fevral 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 1. 22 iyul 2023-cü il tarixində X1 mülkiyyətində olan “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin qarşılıqlı razılaşmasına əsasən Cavabdeh vasitəçiliyi əsasında 26000 manata İddiaçı satılmışdır.

2. Hazırda iddiaçı satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasını iddia edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı əldə etdiyi avtomobildə aşkarlanan qüsurların aradan qaldırılması üçün çəkdiyi 7650 manat xərcin və 97 manat dövlət rüsumunun Ca vabdeh tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.2023-cü il tarixində “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini “VW Baku” şirkətindən 26000 manat dəyərində əldə etmişdir. Avtomobilin alqı-satqı məsələləri, zəmanət şərtləri, qiyməti “VW Baku” şirkətinin rəhbəri Cavabdeh ilə müzakirə olunmuşdur. Cavabdehlə bağlanmış şifahi əqdə əsasən avtomobilin dəyəri 26000 manat məbləğində müəyyən edilmiş, zəmanət müddəti isə 2 il müddətinə təyin edilmişdir. Zəmanət şərtləri özündə avtomobilin mühərrik və sürətlər qutusu, həmçinin digər yarana biləcək hər-hansı nasazlıqların aradan qaldırılmasını əhatə etmişdir. Nəqliyyat vasitəsinin əldə edilməsi ilə bağlı onun tərəfi ndən cavabdehin şərikinin kart hesabına 200 manat məbləğində beh ödənilmiş, qalan hissə, yəni 25800 manat isə onun tərəfindən Cavabdeh verilmişdir. Nəqliyyat vasitəsi əldə olunandan sonra avtomobildə ön təhlükəsizlik sensorunun (distronik) olmaması müəyyən edilmişdir. Satıcıya bu barədə məlumat verildikdə, o məsələnin qısa müddət ərzində həll edəcəyini vəd etmiş, lakin dəfələrlə müraciət etməsinə baxmayaraq cavabdeh həmin avadanlığın təqdim edilməsi və quraşdırılmasından yayınmış, bununla da zəmanət şərtlərini pozmuşdur. Onu da qeyd edir ki, həmin sensor təhlükəsizlik baxımından zəruri bir avadanlıq olduğundan nəqliyyat vasitəsinin bu formada özgəninkiləşdirilməsini təşkil etmək ən azından məsuliyyətsizlikdir. Daha sonra nəqliyyat vasitəsinin istismarı zamanı məlum olmuşdur ki, avtomobilin sürətlər qutusunun ehtiyat hissəsi olan “hidroblok” mütləq qaydada dəyişdirilməlidir. Səbəb isə sürətlər qutusunda yerləşən “hidroblok”un nasaz olması və bu da öz növbəsində sürətlər qutusunun düzgün işləməməsi ilə nəticələnməsidir. Bu nasazlıq cavabdeh tərəfindən qəbul edilmiş və cavabdeh bəlli olmayan müddət ərzində məsələni həll edəcəyini vəd etmişdir. Lakin dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh bu nasazlığı aradan qaldırmamışdır. Onu da qeyd edir ki, nəqliyyat vasitəsində sözügedən nasazlığı aradan qaldıran zaman su radiatorlarının da nasaz olması müəyyən edilmişdir. Bundan əlavə nəqliyyat vasitəsində təhlükəsizlik hava yastıqlarının da olmaması ilə bağlı əsaslı şübhələri yaranmışdır. Halbuki nəqliyyat vasitəsini əldə edən zaman artıq mövcud olan nasazlıqlar barədə ona hər- hansı bir məlumat verilməmişdir. Cavabdeh qüsurlu mal satmış, bununla da hüquqlarını pozmuşdur. Bildirir ki, nəqliyyat vasitəsində qeyd edilən qüsurların aradan qaldırılması üçün ehtiyat hissələrinin dəyəri və həmin ehtiyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqının öyrənilməsi barədə xx.xx.2024-cü il tarixində “X4”-ə müraciət olunmuş, “X4”in əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə texniki baxış keçirilmiş və nəqliyyat vasitəsi ilə bağlı ilkin qüsur aktı tərtib edilmişdir. Həmin qüsur aktında yenisi ilə əvəz olunmalı olan ehtiyyat hissələri və onların qiyməti göstərilmişdir. Nəqliyyat vasitəsində yenisi ilə əvəz olunmalı olan ehtiyyat hissələri və onların qiyməti: su radiatoru 520 manat, kondisioner radiatoru 780 manat, distronik 1650 manat, travesin alt-üst paduşkalarının 1 ədəd inin qiyməti 120 manat olmaqla 2 ədədi cəmi 240 manat, ön sol fara 1900 manat, benzin çəninin qapağının açarı 320 manat, sürətlər qutusu (ikinci əl) 1200-1500 manat olmaqla cəmi 6610-6910 manat təşkil edir. Qeyd edilən ehtiyyat hissələrinin dəyişdirilməsi üçün xidmət haqqı: radiotarların dəyişilməsi 130 manat, travesin paduşkalarının dəyişilməsi 80 manat, çən xəttinin dəyişilməsi 200 manat, ön sol faranın dəyişilməsi 40 manat, benzin çəninin qapağının açarının dəyişilməsi 90 manat, sürətlər qutusunun dəyişilməsi 200 manat olmaqla cəmi 740 manat müəyyənləşdirilmişdir. Beləliklə, nəqliyyat vasitəsində qüsurlu ehtiyyat hissələrinin yenisinin alınması üçün 6610-6910 manat məbləğində, həmin ehtiyyat hissələrinin dəyişdirilməsi üçün isə 740 manat məbləğində, ümumilikdə 73507650 manat məbləğind ə vəsait tələb olunmuşdur. Bu isə nəqliyyat vasitəsinin dəyərinin 1/3 hissəsi deməkdir. Qeyd edilən məsələ ilə bağlı xx.xx.2024-cü il tarixində Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə onun tərəfindən müraciət olunmuş, hadisə ilə bağlı Cavabdeh izahatı alınmışdır. O izahatında nəqliyyat vasitəsinin ona 26000 manata satdığını, ikinci əl avtomobillərə isə zəmanət verilmədiyini bildirmişdir. Ərizə ilə bağlı Bakı şəhəri Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanılması rədd edilmiş, ona görə də dəymiş ümumilikdə 7350-7650 manat məbləğində zərərin cavabdehdən məcburi qaydada tutularaq ona ödənilməsi üçün məhkəməyə müraciət etməyinə zərurət yaranmışdır. O, **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobili “VW Bak u” şirkətinin “İnstagram” sosial şəbəkəsindəki hesabında (hesabın linki: https://www.instagram.com/vwbaku/) qoyulmuş elanda (Elanın linki: https://www.instagram.com/p/Cut8CoBNctP/? img_index=1) görmüşdür. Bundan sonra cavabdehlə görüşüb avtomobillə bağlı müzakirələr aparılmış və avtomobil üçün tərəfindən 200 manat məbləğində beh ödənilmişdir. “VW Baku” şirkəti satış üçün elanı qoyulmuş avtomobillərin hər biri üçün öz “İnstagram” sosial şəbəkəsindəki hesabında 2 il müddətində zəmanət verildiyini qeyd edir (həmin elanlardan birinin linki: https://www.instagram.com/p/CxyHASfNErj/). Əlavə olaraq qeyd edir ki, cavabdehlə arasında yazışmalar və səs yazıları mövcuddur, bu yazılar hazırlıq iclasında əyani olaraq məhkəməyə təqdim ediləcəkdir.

5. Cavabdeh bildirmişdir ki, bir neçə vaxtdır ki, xarici ölkələrdən Respublikaya avtomobil gətirərək satışı ilə məşğul olur. 2023-cü ilin iyul ayının əvvəllərində “Volkswagen Jetta№ markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini satılması barədə internet sosial şəbəkəsində olan “Tap.az” saitinə yerləşdirilmiş və bir nəçə gündən sonra İddiaçı Çinciz oğlu avto-salona yaxınlaşaraq avtomobili almaq istədiyini bildirmişdir. Cavabdeh bunu da qeyd etmişdir ki, o, digər ölkələrdən əzilmiş avtomobilləri Respublikaya gətirərək satışı ilə məşğul olaraq, avtomobilin əzik olmasını və qəzaya hansı şəraitdə düşməsini satıcıya bildirilir. Bu barədə Fərhada bildirilmişdir. Onlar Fərhadla 26000 manata avtomobili danışıb razılaşmış və Fərhad avtomobilin 200 manatını kart vastəsi ilə onun kartına atmış, qalan 25800 manat pulu nağd şəkildə ödəmişd ir. 2024-cü yanvar ayında “VW Baku” şirkətini açaraq fəaliyyət göstərir. Cavabdeh bunu da qeyd edir ki, Fərhad avtomobili aldıqdan bir neçə ay keçdikdən sonra şirkətə müraciət etmiş və ona bildirilmişdir ki, ikinci əl avtomobillərə Azərbaycan Respublikasında zəmanət yoxdur və o, Fərhada heç bir zəmanət verməmişdir. Eləcədə müştəri avtomobilə baxır və onlar avtomobilin əzilməsi barədə müştəriyə məlumat verdikdən sonra, müştəri avtomobili ustaya aparıb göstərdikdən sonra avtomobili alır. İddiaçı avtomobili aldıqdan sonra mühərrikində nasazlıq olmasında şirkətin heç bir məsuliyyəti yoxdur və şirkət tərəfindən Fərhadla heç bir zəmanət bağlanmamışdır. 6. 02 aprel 2025-ci il tarixli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə, iş materiallarında olan “X4” MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli qüsur aktındakı məlumatlara əsasən Babək prospektində yerləşən avtohissələr satışı bazarlarında olan avtohissələrin qiymətləri nəzərə alınmaqla 2019-cu il buraxılışlı “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci hadisə baş verən tarixə təxminən 7190,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti– 5900,00 manat; təmir bərpa işlərinin qiyməti-1290,00 manat. “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı hissələrində nasazlıq aşkar edilmişdirmi? “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin aşağıdakı hissələrində daha əvvəl mövcud olmuş nasazlıqlar aradan qaldırılmışdırmı? suallar məhkəmə- əmtəəşünaslıq ekspertizasının səlahiyyətlərin ə aid deyil. Nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ilə bağlı ekspertizalar barədə Məhkəmə Ekspertizası Mərkəzinin 27 yanvar 2015-ci il tarixli 422-li məktubunda göstərilənlərə əsasən nəqliyyat vasitələrinə dəymiş ziyanın müəyyən olunması ixtisaslaşdırılmış servis müəssisələrinin arayışı əsasında əmtəəşünaslıq ekspertizaların aparılması məqsədə müvafiq hesab olunur.

7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim A.Abdullayeva) 02 iyun 2025ci il tarixli, e-2(011)391/2025 nömrəli qətnaməsi ilə iddia tələbləri rədd edilmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, 22 iyul 2023-cü il tarixdə iddiaçıya satılmış “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurları ilə bağlı sübutetmə yükü iddiaçının üzərindədir. Məhkə mə hesab etmişdir ki, iş materialları ilə “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi sübuta yetirilmədiyindən, iddia tələbləri təmin edilməli deyil. Belə ki, əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Bununla da “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023-cü il tarixə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmadığından, pul tələbinə dair iddia tələbi rədd olunmalıdır.

9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 389.1, 442, 567, 568.1, 571.1, 581.1, 581.2, 587.1 və 588.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsin in 14.2, 77.1, 88 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

10. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə hesab etmişdir ki, cavabdedhin ona satdığı “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023-cü il tarixinə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmadığından, pul tələbinə dair iddia tələbləri təmin edilməməlidir. Hesab edir ki, bu mövqe ümumiyyətlə qəbul edilə bilməz, qətnamədə qeyd edilənin əksinə cavabdehlə olan səs yazıları təqdim edilmiş, məhkəmədə tədqiq edilmiş, bu səs yazıları olan CD iş materiallarına əlavə olunmuşdur. Həmin səs yazıları nda bütün detalları cavabdehin qüsurları qəbul etməsi və artıq satılmış avtomobilin qüsurla satılmasını təsdiq edən səs yazılarını ümumiyyətlə qətnamədə qeyd etməmiş, bunlara qiymət verməmişdir. Beləliklə məhkəmə araşdırılması zamanı işin həqiqi halları ilə müəyyən edilmişdir ki, 22 iyul 2023cü il tarixdə X1 mülkiyyətində olan “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobil tərəflərin qarşılıqlı razılaşmasına əsasən Cavabdeh vasitəçiliyi əsasında 26000 manat müqabilində İddiaçı satılmışdır. İddiaçı satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasını iddia edir. Qeyd edilməlidir ki, ümumiyyətlə qətnamədə məhkəmənin gəlmiş olduğu bu qənaət tamamilə əsassızdır. Belə ki, əslində cavabdeh vasitəçil ik xidməti yox, elə birbaşa faktiki mülkiyyətçi kimi həmin alqı-satqı prosesində iştirak etmişdir, məhkəmə tərəfindən bu hallar aydınlaşdırılmamışdır. Belə ki, üçüncü şəxs qismində cəlb edilmiş X1 mövqeyi müəyyən edilməmişdir. Belə ki, cavabdeh kimi qoyulmuş şəxsin öz avtomobilini bu və ya digər məqsədlərlə digər şəxslərin adlarına gətirərək avtomobil alqı-satqısı ilə məşğul olur, bu barədə iddia ərizəsində göstərilən “instagram” elanlarında da şəxs vasitəçilik yox, elə bir başa avtomobillərin satışını həyata keçirdikləri qeyd edilir. Əgər həmin avtomobili mülkiyyətçi gətirmiş olsa idi səs yazılarında qeyd edildiyi kimi işləməyən detalların dəyişdirilməsi ilə bağlı halları cavabdeh qəbul etməzdi.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5093/2025 nömrəli, 29 sentyabr 2025 -ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Mərdanova (sədrlik edən və məruzəçi), V.Sadıqov və S.Bəhrəmzadə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 02 iyun 2025-ci il tarixli, e2(011)391/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:

14. İstinad olunmuş mülki qanunvericilik normalarından göründüyü kimi əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir.

15. Belə olan halda iddiaçı “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək olmasını sübut etməlidir.

16. Lakin iş materialları ilə “Volkswagen Jetta” markalı avtomobilin q üsurlarının iddiaçıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəlməsi sübuta yetirilməmiş, iddiaçı tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir.

17. İddiaçı apellyasiya şikayətində səs yazıları olan “CD” diskə istinad etsə də, həmin səs yazılarının məhz cavabdehə məxsus olması, eləcə də “Volkswagen Jetta” markalı **-XA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qüsurlarının satışdan əvvəl olması müəyyən edilmir.

18. Göründüyü kimi, “Volkswagen Jetta” markalı avtomobilin qüsurlarının 22 iyul 2023-cü il tarixinə mövcud olması və ya bu tarixədək yaranan səbəblərdən əmələ gəlməsi iş materialları ilə öz təsdiqini tapmamışdır.

19. Məhkəmə qeyd etmişdir ki, iddiaçının internet resurslarından istifadə etmək yolu ilə (“VW Baku” şirkətinin “İnstagram” sosial şəbə kəsindəki hesabı) əldə etdiyi “Volkswagen Jetta” markalı avtomobilində yaranmış qüsurla bağlı hazırda сavabdehə qarşı iddiasının dəlillərinin əsassız olması işin araşdırılmış hallarından başqa, məhkəmənin təşəbbüsu ilə avtomobilin ban nömrəsi əsasında internet resurslarında axtarışı nətiсəsində “Bid.sars.ru” saytında olan görüntüləri ilə də öz təsdiqini tapmışdır. Belə ki, saytda olan fotoşəkillərdə məhz iddiaçının hazırda təmirli vəziyyətdə “VW Baku” şirkətinin “İnstagram” sosial şəbəkəsindəki hesabında görərək əldə etdiyi avtomaşının hansı qəzalı vəziyyətinin olması və bu vəziyyətdə də görünüşünə uyğun qiymətlə satışa çıxarılması aşkar görünür. Başqa sözlə, internet resurslarından istifadə yollarını yaxşı bilən iddiaçı avtomaşını “İnstagram” sosial şəbəkəsindəki hesabında bəyənməklə yana şı onun ban nömrəsi üzrə axtarış nəticəsində avtomaşının əvvəlki vəziyyəti ilə yaxından tanış olmaq imkanı olmuşdur.

20. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, əslində cavabdeh vasitəçilik xidməti yox, elə birbaşa faktiki mülkiyyətçi kimi həmin alqı-satqı prosesində iştirak etmişdir, məhkəmə tərəfindən bu hallar aydınlaşdırılmamışdır.

21. Halbuki, iş materiallarından görünür ki, 22 iyul 2023-cü il tarixli “nəqliyyat vasitənin alqı-satqı” müqaviləsi ilə “Volkswagen Jetta” markalı, **-XA-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “satıcı” X2 tərəfindən “alıcı” İddiaçı 26000 manata satılmışdır.

22. Göründüyü kimi qeyd edilən daşınar əmlak cavabdehin deyil, X1 mülkiyyətində olmuşdur.

23. Apellyasiya məhkəməsi iddia tələbinin, eləcə də apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd etməyi zəruri hesab etmişdir ki, hazırda nəqliyyat vasitəsinin cavabdehin ya da üçüncü şəxsin mülkiyyətində olması, cavabdehin vasitəçi kimi çıxış edib-etməməsi işin faktiki halları baxımından önəm kəsb etmir. Belə ki, iddiaçının hazırki tələbi məhz satılmış əşyanın qüsurlu olması səbəbindən həmin qüsurların aradan qaldırılması üçün zəruri xərclərin cavabdehdən tutulmasından ibarət olmuşdur ki, bu zaman həmin qüsurların avtomobilin alınmasınadək mövcud olması müəyyən edilməlidir, çünki əşyanın zədələnməsi riski əşyanın verilməsindən sonra alıcıya keçir. Belə olan halda da iddiaçı qüsurların məhz alqı-satqıdan əvvəl yaranmasını mötəbər sübutlarla təsdiq edə bilməmişdir.

24. Məhkəmə kollegiyası öz mövqeyini Mülki Məcəllənin 385.1, 389.1, 442, 567, 568.1, 571.1, 581.1, 581.2, 5 87.1 və 588.1-ci, MPM-in 14.2, 77.1, 88 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək apellyasiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsi maddi hüquq normasını düzgün şərh etməmişdir. Maddənin məzmununda keyfiyyətli anlayışı istifadə edilməmiş, mal anlayışına münasibətdə tətbiq edilməməlidir. Eyni zamanda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borclu olması nəzərə alınsa qeyd olunduğu detalların olmaması halında avtomobilin istifadə edilməs inə maneə olması aşkardır. O baxımdan məhkəmənin qəbul etdiyi qətnamə qanunun tələbləri nəzərə alınmadan qəbul edilməsi aşkardır.

27. Apellyasiya məhkəməsi tərəfindən apellyasiya şikayətində qeyd olunmuş halların araşdırılması tam təmin edilməmiş, yekunda məhkəmə səs yazısı ilə əlaqədar sübutlara qərəzsiz baxmamışdır. Belə ki, birinci instansiya məhkəməsi təqdim olunmuş sübutları qanunsuz şəkildə tədqiq etmədiyi kimi sübutları araşdırmaq səlahiyyəti olan apellyasiya məhkəməsi də bunu etməmişdir. Belə ki, əgər məhkəmə cavabdehin iştirakı üçün iclası təxirə salsaydı şəxsin öz iştirakı ilə həmin səs yazısını tədqiq edib qətnaməni əsaslandırmaq üçün ziyanlarına şərh etdiyi halları hərtərəfli obyektiv araşdırardı. Məhkəmə sübutun yönəldiyi şəxsin "whatsapp" mesajlaşma platformasından göndərilmə sini də nəzərə almamışdır ki, həmin səs yazısı dialoq şəklində edilmiş yazışma zamanı göndərilmişdir. Həmin səs yazısında şəxsin etiraflarını isə ümumiyyətlə qəbul etməmişdir.

28. Məhkəmənin qətnamənin əsaslandırıcı hissəsində “başqa sözlə, internet resurslarından istifadə yollarını yaxşı bilən iddiaçı avtomaşını “İnstagram” sosial şəbəkəsindəki hesabında bəyənməklə yanaşı onun ban nömrəsi üzrə axtarış nəticəsində avtomaşının əvvəlki vəziyyəti ilə yaxından tanış olmaq imkanı olmuşdur” qeyd etdiyi bu cümlə hüquqi əsaslandırma ola bilməz. Belə ki, məhkəməyə müraciət edən iddiaçı onunla avtomobilin satıcısı arasında olmuş razılşamçaya uyğun olaraq problemli detallarla bağlı halların müzakirə olunmasına dair səs yazılarını tədqiq edir, cavabdehin iradları qəbul etməsini eşidir, ancaq əsaslandı rmaq üçün qeyd edir ki, iddiaçı fotoya baxıb, kod ilə də internetdən araşdırmaq imkanı var idi. Bu hal heç cür qəbul edilə bilməz. Hazırda qaldırılmış iddia qüsurlu malın qüsurlarını aradan qaldırılması ilə bağlı dəymiş ziyanın əvəzinin verilməsinin tələb edilməsidir. Avtomobil istifadə edilməmiş avtomoibildir, lakin qüsurlar aradan qaldırıldıqdan sonra heç bir qüsurun olmamasını deyən satıcı tərəfindən ortaya çıxmış qüsurlar barədə cavabdehliyi qanunla müəyyən edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəllləsi

30. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak vermə li, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

31. Maddə 389.1. mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.

32. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

33. Maddə 443.1 Öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur

34. Maddə 443.5. Borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər.

35. Maddə

567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

36. Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

37. Maddə 571.1 Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, əşyanın təsadüfən məhv olması və ya təsadüfən zədələnməsi riski müqaviləyə uyğun olaraq satıcının əşyanı alıcıya vermək vəzifəsini icra etmiş sayıldığı andan alıcıya keçir.

38. Maddə 581.1. Satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

39. Maddə 581.2. Alğı-satqı müqav iləsində əşyanın keyfiyyəti haqqında şərtlər olmadıqda, satıcı alıcıya bu cür malın adətən istifadə edildiyi məqsədlərə yarayan əşya verməyə borcludur. Əgər müqavilə bağlanarkən alıcı əşyanı əldə etməsinin konkret məqsədləri barəsində satıcıya məlumat vermişdirsə, satıcı alıcıya həmin məqsədlər üçün istifadəyə yarayan əşya verməyə borcludur.

40. Maddə 587.1. Əgər satıcı əşyanın qüsurları barəsində qabaqcadan məlumat verməmişsə, lazımi keyfiyyətli olmayan əşyanın verildiyi alıcının ixtiyarı var ki, satıcının təqsiri olub-olmamasından asılı olmayaraq, satıcıdan öz seçimi ilə aşağıdakıları tələb etsin: 1) alış qiymətinin mütənasib azaldılması; 2) əşyanın qüsurlarının ağlabatan müddətdə əvəzsiz aradan qaldırılması; 3) əşyanın qüsurlarının aradan qaldırılması üçün özünün çəkdiyi xərclərin əvəzi nin ödənilməsi.

41. Maddə 588.1. Əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının dü zgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən məhkəmə aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməm əsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

51. İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin dəlilləri iddia ərizəsində, apellyasiya şikayətində və işə aşağı instansiya məhkəmələrində baxılan zaman irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun hüquqi qiymət verilmişdir. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti və qiymətləndirilməsi ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.

52. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-nin 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün fakt iki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şik ayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 29 sentyabr 2025-ci il tarixli 2(103)-5093/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar