Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3985/2020 11.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, İddiaçı1 iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılıb təhvil verilməsi tələbinə dair mülki iş üzrə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh Gəncə Apelyasiya Məhkəməsinin Mülki Koll egiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı torpaq sahəsinin naturada ayrılıb təhvil verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdilər. Şəmkir rayon məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim K.Məmmədov, iş № 2(076)-943/2019) iddia təmin edilmiş, Seriya RX ******* saylı Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış əsasında iddiaçılar İddiaçı1, İddiaçı2, həmçinin Cavabdeh ümumi birgə mülkiyyətlərində olan, Şəmkir şəhəri ərazisində yerləşən 0.9915 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsi nin məhkəmə tikinti– texniki ekspertizasının xx xxxxxx 2019–cu il tarixli 11902 nömrəli rəyinə əlavə edilmiş torpaq sahəsindən payın ayrılma sxeminə uyğun, yəni yola paralel hissədən sağ tərəfindən sola doğru 10 metr enində, 329.4 metr uzunluğunda, digər tərəfdən 31.38 metr eni, geriyə doğru olmaqla iddiaçıların cəmi 6610 kv.metr (2/3) olan paylarının həmin hissədə ayrılması və iddiaçılar İddiaçı1 və İddiaçı2 təhvil verilməsi, Cavabdeh aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məhkəmə xərcinin alınıb, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Süleymanov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və A.Bayr amov, iş № 2(104)- 4699/2019) Cavabdeh apelyasiya şikayəti təmin edilməmiş, Şəmkir Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli 2(076)-943/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətlərinin dəlilləri: Cavabdeh kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətlərinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə gö rə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinin tələbinə müvafiq olaraq İddiaçı1 izahatı dinlənilməmişdir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansi yası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışa əsasən, Şəmkir şəhərində yerləşən 0.9915 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi 1/3 hissə üzrə İddiaçı1, 1/3 hissə üzrə İddiaçı2 və 1/3 hissə üzrə Cavabdeh adına paylı mülkiyyət kimi xx.xx.2019-cu il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli 11902 nömrəli rəyinə görə, Şəmkir şəhəri ərazisində yerləşən 0.9915 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən iddiaçılar İddiaçı1 və İddiaçı2 payının, yəni 2/3 hissəsinin naturada ayrılması texniki cəhətdən mümkün olduğu, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan payları naturada ayrılacağı təqdirdə həmin kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin təyinatı üz rə istifadə olunması üçün hər hansı məhdudiyyət yaranmadığı müəyyən edilmişdir. Həmin ekspert rəyinə əlavə edilmiş bölgü variantına görə, Şəmkir şəhəri ərazisində yerləşən 0.9915 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yol ilə əhatə olunan hissəsinin sağ tərəfindən sola doğru 10 metr enində, 329.4 metr uzunluğunda, digər tərəfdən 31.38 metr eni olmaqla geriyə doğru olmaqla iddiaçıların payının cəmi 6610 kv.metr (2/3) olan paylarının, cavabdehin uzunluğu yol tərəfdən soldan sağa tərəf 21.54 metr eni, 153.4 metr uzunluğu olmaqla cəmi 3305 kv.metr (1/3) olan paylarından naturada ayrılması mümkündür. Cavabdeh kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsinin əsası kimi, prosessual hüquq normalarının pozulmasına və apelyasiya instansiyası məhk əməsinin sübutlara düzgün hüquqi qiymət verməməsinə, torpaq sahəsini iddiaçılardan almasına və onun mülkiyyətində olmasına istinad etmişdir. Apelyasiya instansiyası məhkəməsi mübahisəli hüquq münasibətinə haqlı olaraq aşağıdakı normaları tətbiq etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə müvafiq olaraq mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o, cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona sərəncam verə bilər. Həmin Məcəllənin 220.2- ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Apelyasiya məhkəməsinin müəyyən etdiyi işin hallarından görünür ki, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* saylı Çıxarış əsasında Şəmkir şəhəri ərazisində 0.9915 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair İddiaçı1, İddiaçı2 və Cavabdeh hər birinin payı 1/3 hissə olmaqla paylı mülkiyyət hüquqları qeydə alınmışdır. Paylı mülkiyyətçilər ümumi mülkiyyətdə olan payın ayrılması barədə razılığa gələ bilməmiş, cavabdeh iddiaçıların öz paylarına düşən torpaq sahəsini istifadə etmələrinə maneçilik törətmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019–cu il tarixli 11902 nömrəli rəyi ilə mübahisəli 0.9915 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin yol ilə əhatə olunan hissəsinin sağ tərəfindən sola doğru 10 metr enində, 329.4 metr uzunluğunda, digər tərəfdən 31.38 metr eni olmaqla geriyə doğru olmaqla iddiaçıların payının cəmi 6610 kv.metr (2/3) ol an paylarının, cavabdehin uzunluğu yol tərəfdən soldan sağa tərəf 21.54 metr eni, 153.4 metr uzunluğu olmaqla cəmi 3305 kv.metr (1/3) olan paylarından naturada ayrılması, ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatına tənasübsüz zərər vurmadan mümkün olması müəyyən edilmişdir. İddiaçıların payının naturada ayrılması ümumi mülkiyyətin digər mülkiyyətçisinin hüquq və qanuni mənafelərini pozmur, həmçinin bölgü zamanı tərəflərin hər birinin sərbəst giriş–çıxış yolu olduğundan ümumi mülkiyyətdə olan mübahisəli torpaq sahəsindən istifadə edilməsində mövcud olan mühüm mənafelərə və ümumi mülkiyyətdə olan torpaq sahəsinin təyinatı üzrə istifadə edilməsinə zidd deyildir. Məhkəmə kollegiyası mülki işlərə məhkəmə qaydasında baxılarkən sübutlara düzgün hüquqi qiymət verilməsinə önəm verir. Belə ki, mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq məhkəmə qətnamənin əsaslandırıcı hissəsində sübutları sadalamaqla kifayətlənməməli hər bir sübutun o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının xx xxxxxx 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və Qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxx 2006-cı il tarixli qərarında göstərilir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə qətnaməsi haqqında” xx xxxxxx 2005-ci il tarixli qərarında göstərilir ki, “qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfində müəyyən olunmuş halları, məhkəmənin nəticələrini əsaslandırdığı sübutlar, bu və ya digər sübutları rədd və ya qəbul etmək üçün istinad etdiyi dəlillər, rəhbər tutduğu qanunlar və ya digər normativ aktlar göstərilməlidir. Sübutlar əlaqəli şəkildə şərh edilməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəbləri orada aydın izah edilməlidir”. Göstərilənlərlə yanaşı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, kassasiya şikayətinin həmin dəlili iş materialları ilə təsdiq olunmur. Apelyasiya instansiyası məhkəməsi iş üzrə sübutları araşdırmış, onlara ayrı-ayrılıqda və məcmu halında hüquqi qiymət (qeyd edilməlidir ki, kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir.) verərək qeyd etmişdir ki, Cavabdeh apelyasiya dəlillərində iddiaçıların torpaq sahəsini notarial qaydada ona satdıqlarınını və naturada təhvil verdiklərini, onun həmin torpaq sahəsi ilə bağlı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alındığını göstərsə də, istinad etdiyi həmin halları təsdiq edən sübut növlərini, o cümlədən tərəflər arasında alğı-satqı müqaviləsini iş materiallarına əlavə etməmiş, həmçinin heç bir üzrlü səbəb olmadan məhkəmə kollegiyasının iclasına gəlməyərək, dəlillərinə dair mötəbər sübut növlərini təqdim etməm işdir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kollegiyası hesab edir ki, mülki işə baxıldıqda hüquq normaları düzgün tətbiq olunmuş, qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilməmişdir. Kassasiya şikayətinin dəlilləri Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilmir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh kassasiya şikayəti təmin ed ilməsin. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi Cavabdeh kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3985/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3985/2020
11.09.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver