Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3985/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: avtomobilin qaytarılması, vindikasiya iddiası, sübutetmə yükü, tələbin sübuta yetməməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məmməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “avtomobilin və ya avtomobilin dəyərinin qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3539/2025 nömrəli, 2025-ci il 26 avqust tarixli qətnaməsindən İdd iaçı kassasiya şikayətinə 03 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 99 GM 156 qeydiyyat nişanlı, istehsal ili 2001, Mersedes E220 CDİ minik avtomobili (bundan sonra “mübahisəli avtomobil”) İddiaçı mülkiyyətinə xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında keçmişdir.
2. Sözügedən nəqliyyət vaistəsi ilə bağlı xx.xx.2014-cü il tarixdə X5, xx.xx.2015-ci il tarixdə X6, xx.xx.2015-ci il tarixdə X3 və xx.xx.2015-ci il tarixdə isə X4 etibarnamə verilmişdir. Qeyd edilən etibarnaməliriin hər birinə xx.xx.2015- ci il tarixdə xitam verilmişdir.
3. İddiaçı Cavabdeh2 mülkiyyətində olan bütün daşınar və daşınmaz əşyalara ilə bağlı sərəncam vermək, əqdlər bağlamağa dair xx.xx.2020-ci il tarixədək etibarnamə vermişdir.
4. Cavabde h2 isə sözügedən etibarnamə ilə ona etibar edilmiş hüquqları Cavabdeh1 keçirilməsinə dair xx.xx.2015-ci il tarixdə etibarnamə verilmişdir.
5. Cavabdeh2 verilmiş etibarnamə də xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli avtomobilin cavabdelər Cavabdeh2 və Cavabdeh1 (bundan sonra həmçinin “cavabdehlər”) alınaraq mülkiyyətinə və istifadəsinə qaytarılması, avtomobili eyni ilə qaytarmaq mümkün olmadıqda isə avtomobilin dəyəri olan 16000 manat məbləğində pulun cavabdehlərdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixdə Zaminbank ASC ilə iddiaçı arasında kredit müqaviləsi bağlanmış, iddiaçıya 10200 ABŞ Dolları məbləğində kredit ayrılmışdır və iddiaçı mübahisəli avtomobili ipoteka ilə yüklü etmişdir. Kredit müqaviləsi bağladıqdan bir müddət sonra avtomobil iddiaçı tərəfindən özünü ZaminBankın əməkdaşı kimi təqdim etmiş Cavabdeh2 baş etibarnamə əsasında verilmişdir. Belə ki, Cavabdeh2 iddiaçı ödəniş edilmədiyi üçün həmin maşını iddiaçının etibaranmə verdiyi Asim adlı şəxsdən aldığını və bankın həyətində saxlamışdır. Daha sonra Cavabdeh2 iddiaçını çağırıb əvvəl verdiyi etibarnaməni notariusda ləğv etməyini və ona baş etibarnamə verməyini və bununla da kredit borcunun bağlanacağını bildirmişdir. Lakin bir müddət sonra Bank ləğv olunmuş və kredit borcu sistemdə hələ də iddiaçının adında qalmışdır. X2 iddiaçının 3670.59 ABŞ dolları əsas, 7132.12 ABŞ dolları faiz borcu göstərilir. Göründüyü kimi, cavabdehlərin öhdəliklərini yerinə yetirməməsi nəticəsində iddiaçı həm qanuni mülkiyyətində olan avtomobildən məhrum edilib, həm də kredit borcu hələ də adında görsənir. Yəni etibarnamə verilən şəxslər (Cavabdeh2 və Cavabdeh1) avtomobil üzrə kredit borcunu ödəməmiş, öhdəliklərini yerinə yetirməmişlər. Belə ki, daha sonra Cavabdeh2 tərəfindən Cavabdeh1 etibarnamə verilib və avtomobil sonuncuya satılıb və alınmış məbləğ kreditə yönəlməmişdir. İddiaçı bununla bağlı dəfələrlə müxtəlif qurumlara sorğular və şikayətlər yazmış ancaq heç bir nəticəsi olmamışdır. İddiaçı Xətai rayon Polis İdarəsinə cinayət işinin başlanması ilə bağlı müraciət etsə də, xx.xx.2020-ci il tarixli Qərarla cinayət işi rədd edilmişdir. İddiaçı tərəf indən etibarnamələr də notariusda ləğv edilmişdir. Sözgedən avtomibilin dəyərinə gəldikdə, qeyd edilməlidir ki, avtomobil saytlarında həmin ildə buraxılan eyni funksiyalı oxşar avtomobillərin dəyəri 14000 manatdan 19000 manata qədər göstərilir. Ortalama götürülsə, avtomobilin dəyəri 16000 manatdır. Cavabdehlər aralarında olan razılaşmanı kobud şəkildə pozaraq kredit öhdəliyini yerinə yetirməmiş və iddiaçının xəbəri olmadan avtomobili başqa şəxslərin istifadəsinə vermişlər. Beləliklə də cavabdehlər nə krediti ödəmiş, nə də avtomobili iddiaçıya qaytarmışlar. Ümumiyyətlə, bu müddət ərzində Bankdan da iddiaçıya hər hansı şifahi və ya rəsmi xəbərdarlıq gəlməmişdir.
8. Birinci instansiya məhkəməsində iddiaçı əlavə olaraq bildirmişdir ki, Cavabdeh2 bankın nümayəndəsidir. Bankın borcunu ödəyə bilm ədiyi üçün Cavabdeh2 ondan mülki etibarnamə isdəmişdir ki, həmin avtomobili satıb pulu banka ödəsin. O, xx.xx.2015-ci ildə etibarnamə vermişdir. Eldar ona maşının sənədləri olmadığını, sənədləri düzəltmək üçün isdəmişdir. Maşın onda olmadığından o, maşını Eldar və başqa şəxs ilə birlikdə axtarıb tapmış, daha sonra Eldar maşını da aparıb bankın həyətində saxlamışdır. İki ildən sonra ona bankdan zəng gelərək banka olan borcunun ödənilmədiyini bildirmişdir. 2017-ci ildə o, etibarnaməni ləğv etmişdir. O maşını Cavabdeh2 verərkən maşına dair təhvil-təslim aktı verməmişdir.
9. Birinci instansiya məhkəməsində Cavabdeh2 nümayəndəsi və vəkili iddiaya etiraz edərək, göstərmişdir ki, iddiaçı maşını sürmək və ya maşını satmaq üçün etibarnamə verməyib. İş materiallarına əlavə edilmiş etibarnamə maşın ın sürülməsinə dair deyil. Maşın heç vaxt cavabdehə verilməmişdir. Maşına dair cavabdehə verilən etibarnamə maşına qeydiyyat şəhadətnaməsinin alınması ilə bağlı olmuşdur. Ümumiyyətlə, cavabdehin maşını satmaq kimi səlahiyyəti olmamışdır. Maşını satmaq üçün bankın razılığı olmalıydı.
10. Birinci instansiya məhkəməsində Cavabdeh1 nümayəndəsi və vəkili iddiaya etiraz verərək, etirazını belə əsaslandırmışdır ki, **-GM-*** qeydiyyat nişanlı, istehsal ili 2001-ci il olan, “Mercedes Benz 220 CDİ” minik markalı avtomobil heç vaxt cavabdehin istifadəsində, sahibliyində olmayıb. Cavabdeh, ümumiyyətlə, iddiaçını tanımır, heç vaxt iddiaçı ilə görüşməmiş və qeyd edilən nəqliyyat vasitəsini də görməmiş və həmin nəqliyyat vasitəsi barədə heç bir məlumatı yoxdur. Cavabdeh adına etibarnamə verilməsindən də xəbərsiz olmuşdur. Barəsinə belə bir məhkəmə mübahisəsinin olduğunu bildikdən sonra cavabdeh araşdırma aparmış və öyrənmişdir ki, tanışı olan xx.xx.1981-ci il təvəllüdlü X14 cavabdehə heç bir məlumat vermədən onun şəxsi məlumatlarını Cavabdeh2 verərək, onun adıma etibarnamə verilməsini istəmişdir. Etibarnaməyə nəzər salınsa görünər ki, etibarnamədə, ümumiyyətlə, mübahisəli avtomobil barədə heç nə qeyd edilməyib. Həmin etibarnamə ilə verilən səlahiyyətlər isə nəqliyyat vasitəsinin idarə edilməsinə hüquq vermir. İddia tamamilə əsassızdır. Sözügedən nəqliyyat vasitəsinin cavabdehin istifadəsinə, sahibliyinə verilməsi və yaxud da nə vaxtsa iddiaçının cavabdehlə həmin nəqliyyat vasitəsi barədə hər hansısa razılığa gəlməsi və sair bu kimi halların olmasını tədiq edən heç bir sənəd, sübut da möv cud deyildir. Mübahisəli avtomobil heç vaxt cavabdehin istifadəsində, sahibliyində olmayıb. Bütün bu qeyd edilən hallara rəğmən, məhkəmə iddiaçının iddiasını Cavabdeh1 qarşı olan hissədə əsaslı hesab edərsə o halda, iddia müddəti tətbiq edilməlidir. Belə ki, iş materiallarında olan sənədlərə, eləcə də iddia ərizəsinə nəzər saldıqda, görünür ki, iddiaçı hüququnun pozuduğunu bildiyi tarixdən iddia ərizəsi məhkəməyə müraciət olunan tarixə kimi 3 ildən də çox müddət keçmişdir. Belə olan halda iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə nəzərdə tutulmuş iddia müddətini ötürdükdən sonra müraciət etmişdir.
11. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2025-ci il 15 yanvar tarixli, e-2(008)318/2025 nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Nilufər Cəfərli)
12. Birinci instansiya məhkəməsi q eyd etmişdir ki, iddiaçının Cavabdeh2 və Cavabdeh2 isə Cavabdeh1 vermiş olduğu etibarnamələr məhz iddiaçının mülkiyyətində olan avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə olmamaqla, cavabdehlərin iddiaçının adından müəyyən hərəkətlər etməyə səlahiyyət hüququ verən etibarnamədir.
13. Bundan başqa, birinci instansiya məhkəməsi vurğulamışdır ki, iddiaçı etibarnamə verdikdən sonra avtomobili də Cavabdeh2, Cavabdeh2 isə həmin avtomobili Cavabdeh1 vermiş olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Buna görə də iddia tələbi təmin edilməməlidir.
14. Birinci instansiya məhkəməsi Cavabdeh1 iddia müddətinin tətbiqinə dair ərizəsinə münasibətdə göstərmişdir ki, nə qədər ki, iddiaçının cavabdehlərəə qarşı vermiş olduğu tələb əsassız hesab edilərək təmin edilməmişdir, hazırkı ərizəyə münasibət bildirilməsinə zərurət də aradan qalxmışdır.
15. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 21, 152.1, 152.5, 157.4, 1091.1-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
16. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
17. Apellyasiya ṣikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh2 izahatına diqqət yetirilsə görünır ki, o, ona etibarnamə verildiyini, etibarnamənin avtomobilə dair verildiyini qəbul edir. Lakin həmin avtomobilə qeydiyyat şəhadətnaməsinin alınması üçün verildiyini bildirmişdir. Bu halda məhz qe ydiyyat şəhadətnaməsinin alınması üçün etibarnamənin verilməsini və eləcə də qeydiyyat şəhadətnaməsinin alınması ilə bağlı hansısa hərəkətlərin edilməsini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh1 isə izahatında bildirir ki, tanışı Əliyev Samir ondan etibarnamənin verilməsi üçün vəsiqəsini istədyini bildirmişdir. Yəni onun adına etibarnamənin verilməsindən xəbəri olduğunu etiraf etmişdir. X7 etibarnamə istəməsini sübut edə bilməmişdir. Hansı məqsədlə vəsiqəni göndərdiyini, etibarnaməni hansı məqsədlə aldığını və bu etibarnamə üzrə hansı hərəkətlər edəcəyini bildirməmiş və bununla bağlı əsaslı dəlillər irəli sürə bilməmişdir. Göründüyü kimi, cavabdehlər izahatlarında göstərdiyi halları sübut edə bilməmişlər, lakin məhkəmə bu hala əhəmiyyət verməmişdir. Məhkəmə qətnaməsində qe yd etmişdir ki, “Elektron notariat” X1 çıxarışdan görünür ki, İddiaçı Cavabdeh2 mülkiyyətində olan bütün daşınar və daşınmaz əşyalara ilə bağlı sərəncam vermək, əqdlər bağlamağa dair xx.xx.2020-ci il tarixədək etibarnamə vermişdir, Cavabdeh2 isə sözügedən etibarnamə ilə ona etibar edilmiş hüquqları Cavabdeh1 keçirilməsinə dair xx.xx.2015-ci il tarixdə etibarnamə verilmişdir. Sözügedən etibarnamə xx.xx.2017-ci il tarixdə ləğv edilmişdir. Halbuki, etibarnaməyə diqqət yetirilsə görünər ki, etibarnamə daşınar əmlakla bağlı verilmişdir. Belə olan halda iddiaçının adına olan reyestrdə qeydə alınmış yeganə daşınar əşya olan həmin avtomobildən başqa hansı daşınar əşyadan söhbət gedə bilər ki? Məhkəmə qətnaməsini onunla əsaslandırmışdır ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vaistəsinə dair ilk o laraq Cavabdeh2 etibarnamə verərək nəqliyyat vaistəsini cavabdeh X11, cavabdeh X9 isə həmin nəqliyyat vaistəsinin digər Cavabdeh1 verdiyini və buna dair cavabdehə etibarnamə vermiş olduğunu bildirsə də, etibarnamələr məhz iddiaçının mülkiyyətində olan avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə deyil, cavabdehlərin iddiaçının adından müəyyən hərəkətlər etməyə səlahiyyət hüququ verən etibarnamədir. Bundan başqa, iddiaçı etibarnamə verdikdən sonra avtomobili də Cavabdeh2, Cavabdeh2 isə həmin avtomobili Cavabdeh1 vermiş olduğunu bildirsə də, bu halı təsdiq edəcək hər hansı möhtəbər sübut məhkəməyə təqdim etməyib. Məhkəmənin qeyd etdiyi kimi avtomobili cavabdehlərin qanuni sahibliyinə verilməsini təsdiq edən etibarnamə necə ola bilər ki? Adı üstündə bu etibar namədir. Avtomobil bankda girovda olduğuna görə alqı-satqı da oluna bilməzdi. Bu halda açıq-aşkar o niyyət görsənir ki, banka olan borcun qarşılığında Cavabdeh2 baş etibarnamə verilmişdi. Əgər banka olan borcun qarşılığında avtomobilin cavabdehlərə verilməsi niyyəti olmasa idi etibarnamə sürmək üçün verilərdi. İddiaçı tərəfindən dəfələrlə müxtəlif qurumlara sorğular və şikayətlər yazmış ancaq heç bir nəticəsi olmamışdır. Xətai rayon Polis İdarəsinə cinayət işinin başlanması ilə bağlı müraciət etsə də, xx.xx.2020-ci il tarixli qərarla cinayət işi rədd edilmişdir. Bəzi qurumlara müraciəti məhkəmə prosesi gedişatında əldə edə bilməmişdir. Daha sonra əldə etdiyinə görə apellyasiya icraatına təqdim edir.
18. Apellyasiya baxışında Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil3 apellyasiya şikayətinə etir az edib, Cavabdeh1 iddiaçını və Cavabdeh2 tanımadığını, ona etibarnamə verilməsi barədə məlumatının olmadığını, nəqliyyat vasitəsinin heç vaxt Cavabdeh1 sahibliyinə və istifadəsinə verilmədiyini bildirmişdir.
19. Apellyasiya baxışında Cavabdeh2 nümayəndəsi (vəkili) Vəkil2 apellyasiya şikayəti ilə razılaşmayıb göstərmişdir ki, Cavabdeh2 iddiaçı tərəfindən etibarnamə avtomobilin texniki pasportunun alınması məqsədi ilə verilmişdir. Cavabdeh2 Zaminbank ASC-in əməkdaşı olmayıb, nəqliyyat vasitəsi iddiaçı tərəfindən Eldara verilməyib. Etibarnaməyə əsasən Eldarın nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti olmayıb, nəqliyyat vasitəsi heç vaxt Eldarın sahibliyində və istifadəsində olmayıb.
20. Apellyasiya baxışında mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs LPO Zami nbank ASC-nin nümayəndəsi X12 göstərmişdir ki, iddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə kredit müqaviləsi bağlanmış və iddiaçıya 10.200 ABŞ dolları məbləğində kredit ayrılmışdır. İddiaçıya məxsus mübahisəli avtomobil ipoteka predmeti olaraq müəyyənləşdirilmişdir. İddiaçının xx.xx.2025-ci il tarixə ümumi borcu 12595,36 ABŞ dolları təşkil edir. Cavabdeh1 və Cavabdeh2 adlı şəxslərin isə "xxxx" ASC-də işləmələri barədə məlumat aşkar edilməmişdir.
21. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3539/2025 nömrəli, 2025-ci il 26 avqust tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Səadət Səlimova (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli)
22. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişd ir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin qanunsuz sahibliyindən geri qaytarılmasını tələb etdiyindən onun iddiası Mülki Məcəllənin 157.2-ci maddəsinin dispozisiya şərtləri əsasında yoxlanılır. Belə ki, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülkiyyətin müdafiəsini təmin edən bu normanın mənasına görə iddiaçının həmin tələblə çıxış edə bilməsi üçün üç şərtin mövcud olması zəruridir: iddiaçı əşyanın mülkiyyətçisi olmalı, əşya cavabdeh(lər)in sahibliyində olmalı, cavabdeh(lər)in əşyaya sahibliyi qanunsuz olmalıdır.
23. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: 1.güvənli nəticəyə gəlməkdən ötürü bir yox, bir neçə sübut olmalıdır; 2.sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; 3.bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4.bu sübutlar birlikdə dəyərləndirilməlidir.
24. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəm ə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz.
25. Apellyasiya instansiyası məhkəməsi tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərk qeyd etdiklərinə əsasən belə nəticəyə gəlmişir ki, iddiaçı mülkiyyətində olan nəqliyyat vasitəsinin nə vaxtsa cavabdehlərin sahibliyində olmasını sübuta yetirə bilmədiyindən, iddiaçının verdiyi və sonradan ləğv etdiyi etibarnamələr onun mülkiyyətində olan nəqliyyat vasitəsinin cavabdehlərin istifadəsində və sahibliyində olmasını təsdiq edə biləcək yetərli sübut növü olmadığından, iddia müddəti pozulmuş hüququn müdafiə edilməsi üçün xarakterik olduğu üçün pozulmayan hüquq üzrə iddia müddətinin tətbiqi qeyri-mümkün olduğundan birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır
26. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 157.1, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
27. İddiaçı (vəkil X8) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, işin təkrar apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli avtomobilin mülkiyyətçisidir. Avtomobili tələb etməyə subyektiv hüququ var. Məhkəmə tam və obyektiv araşdırılma aparmadan işə baxmışdır. Qətnamə qəbul edilərkən etibarnamə ilə bağlı məsə lə hərtərəfli, tam və obyektiv olaraq məhkəmə tərəfindən araşdırılmamışdır. Nəticədə də iddiaçının xüsusi mülkiyyətində olan avtomaşının taleyi məlum deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüqu q normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiy a instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
30. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq n ormalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
31. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.
32. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
34. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə düzgün nəticəyə gəlib.
35. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
36. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı mülkiyyətində olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyində və istifadəsində olmasını sübut edə bilməyib.
37. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
38. Məhkəmə kollegiyası da öz növbəsində izah edir ki, iddianın təmin edilməsi üçün qeyd edilən normanın dispozitiv şərtləri mövcud olmalıdır. Yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsinin cavabdehlərin qanunsuz sahibliyində olması müəyyən edilməlidir. Hazırki işdə isə iddiaçının mülkiyyətində olan avtomobilin cavabdehlərin qanunsuz sahibliyində olması halı işə mahiyyəti üzrə baxan məhkəmələr, o cümlədən apellyasiya instansiyası məhkəməsinin tədqiq etdiyi sübutlarla müəyyən edilməyib.
39. Bu baxımdan, iddianın rədd edilməsi barədə gəlinən nəticə düzgün olmuşdur. Çünki hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
40. Məhkəmə kollegiyası iddiaçının kassasiya şikayətinin dəlillərini yuxarıda göstərilənlərə və işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən qəbul etmir. Belə ki, bu dəlillər həm iddia tələbinin, həm də apellyasiya şikayətinin dəlilləri olmuş və hər iki instansiya məhkəməsi işdəki sübutlarla həmin dəlilləri əsassız saymaqla iddianı təmin etməmişlər.
41. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikay əti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3539/2025 nömrəli xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.