Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3986/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin preyudisiallığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı1 və onun vəkili Vəkil2, Cavabdeh2 və onun vəkili Vəkil1, Digər İddiaçı2, X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1598/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 27 may 2004-cü il tarixli 1MK1443/2004 nömrəli qətnaməsi ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 avqust 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, X1rşı yaşayış sahəsinə huququn itirilməsinə dair iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi, X10 ilə İddiaçı1 ya arasında ünvanin 1 saylı mənzilin alqı-satqısına dair bağlanmış 22 oktyabr 2003-cü il tarixli müqavilənin etibarsız sayılması, Bakı şəhər Tİ və MHQİ tərəfindən İddiaçı1 nın adına verilmiş 29.11.2003-cü il tarixli 173968 saylı qeyd iyyat vəsiqəsinin ləğv edilməsi, İddiaçı1 ailə üzvləri ilə birlikdə ünvanin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin 22 dekabr 2004-cü il tarixli 1MK-1443/2004 nömrəli əlavə qətnaməsinə əsasən, X6 uşaqları ilə birlikdə ünvanin 1 saylı mənzilinə köçürülmələri, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 oktyabr 2004-cü il tarixli 6K-1737 nömrəli qərarı ilə Apellyasiya Məhkəməsinin 27 may 2004-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 18 noyabr 2019-cu il tarixli 2(007)2627/2019 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, onun əsasında r eyestrdə qeydə alınmış qeydiyyatın və verilmiş çıxarışın ləğv edilməsi, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi və adının vərəsə siyahısına salınmaqla yeni vərəsəlik şəhadətnaməsinin verilməsi tələbinə dair iddia tələbləri rədd edilmişdir. ƏMDK yanında DƏDRX-in 1 saylı Bakı Ərazi İdarəsinin 26 aprel 2018-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan, 1 saylı mənzil 26 avqust 2017-ci il tarixdə ½ hissəsi X7, ½ hissəsi Cavabdeh2 adlarına qeydiyyatdan keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların ünvanin 1-ci mənzilinin əvəzinə həmin evin yerində inşa edilmiş ünvan mənzilinə köçürülməsi barədə qətnamə qəbu l edilməsini xahiş etmişlər. İddia tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Nizami rayonu, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzilinin mülkiyyətçisi onun qardaşı X4muşdur. Qardaşı X10 vəfat etmişdir və onun ölümündən sonra mübahisəli Bakı şəhəri Ş.Mirzəyev küçəsi 36 saylı evin 1-ci mənzili miras qalmışdır. Qardaşı X5 vəfatından sonra cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Stanislavobna 2 saylı ASAN Xidmət Mərkəzinə müraciət etmişlər və onlara 07.08.2017-ci il tarixli 2V-506 reyestr nömrəli qanun üzrə vərəsəlik şəhadətnaməsi verilmişdir. Həmin qanun üzrə vərəsəlik şəhadətnaməsinə əsasən Bakı şəhəri, Ş.Mirzəyev küçəsi, 36 saylı evin 1 saylı mənzili 26.08.2017-ci il tarixdə ½ hissəsi Cavabdeh1, ½ hissəsi isə Cavabdeh2 adlarına keçmişdir. Qardaşı X10 17 iyun 1986-cı il tarixdə X11 i lə rəsmi nikah münasibətinə girmişdir. Evlənəndən sonra bir müddət normal ər-arvad münasibətlərində olmuşlar. Lakin sonradan Yelenanın qardaşına qarşı münasibəti pisliyə doğru dəyişmişdir. Qardaşı baxımsız qaldığından o, məcbur olaraq onunla birlikdə mübahisəli mənzildə yaşamış, ona qulluq etmiş, bir bacı kimi qayğısını çəkmişdir. Mənzilin mülkiyyətçisi olan X5 razılığı ilə o, mübahisəsi gedən mənzilə pasport qeydiyyatına alınmış, mənzilin bütün kommunal xidmətlərinin haqqını o ödəmişdir. Stanislavın son nəfəsinə qədər onun yanında yaşamışdır. Müayinə və müalicəsi ilə o məşğul olmuşdur, dəfn və yas mərasimlərini öz vəsaiti ilə o həyata keçirmişdir. Yelenanın xx xxxxxxx 1993-cü ildə Sergey adlı bir oğlu, xx xxxxxx 2000-cı il də ildə isə Sabina adlı bir qızı doğulmuşdur. Cavabdeh uşaqların doğum haqqında şəhadətnamələrində ata qrafasında Stanislavın adını yazdırmışdır. Cavabdeh hər iki uşağını götürərək təxminən 2002-ci illin əvvəllərində mübahisəli mənzildən getmişdir və həmin vaxtdan sonra mübahisəli mənzilə bir daha gəlməmişdir və qardaşı Stanislav onun harada yaşadığını bilməmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-312/05 saylı, 14 aprel 2005-ci il tarixli qətnaməsi ilə S.V.Volodinin ərizəsi təmin edilmiş, X5 Cavabdeh1 və Cavabdeh2 atası olmaması faktı təsdiq edilmişdir. Hal-hazırda onun pasport qeydiyyatında olmaqla yaşadığı ünvan sökülmüşdür və onun yerində çoxmərtəbəli yaşayış evi inşa edilmişdir. Artıq həmin evin hüquqi ünvanı ünvan 1 9-dur. Ev artıq tikilərək istifadəyə verilmişdir. O, X5 mülkiyyətində olmuş mənzildə uzun müddət pasport qeydiyyatında olmaqla yaşadığı üçün hal-hazırda mübahisəsi gedən mənzilə köçmək istədikdə cavabdehlər buna razı olmamışlar, onu mənzilə buraxmamışlar, mənzildə yaşamasına maneələr törətmişlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Həqiqət Əhmədova) 2(007)1565/2020 saylı, 20 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə hazırki İddiaçı1 ailə üzvləri ilə birlikdə ünvanin 1 saylı mənzilindən çıxarılması qət edilmişdir. İş üzrə digər İddiaçı2 İddiaçı1 qızıdır. İddiaçıların hazırda köçürülmələrini istədikləri ünvan mənzili isə, yuxarıda qeyd olunan mənzilin yerində, onun əvəzinə inşa edilmişdir. Göründüyü kimi iddiaçıların köçmək istədikləri mənzil artıq mövcud deyildir. Belə olan halda i ddia tələbi təmin edilə bilməz. Qətnamədən iddiaçılar birgə apellyasiya şikayəti verərək onun ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər, şikayətlərini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, birinci instansiya məhkəməsinin maddi və prosessual hüquq normalarını pozduğunu irəli sürmüşlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Şeyda Məhərrəmova sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Rəşad Həsənov) 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş və iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən tərəflər tərcüməç i ilə təmin edilmədiyindən apellyasiya instansiyası məhkəməsi bu prosessual pozuntunu nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmişdir. Apellyasiya instansiyası məhkəməsi mübahisənin həlli baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir. İddiaçı1 (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olara q qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı1 və onun vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Cavabdeh2 və onun vəkili Vəkil1 oğlu məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdilər. İddiaçı2 mə hkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən İddiaçı1 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Prosessual Məcəllə: Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası h esab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1598/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3986/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3986/2021
12.07.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver