Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3988/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh5, Cavabdeh6, Cavabdeh2, Cavabdeh4, Cavabdeh7, Cavabdeh1 və Cavabdeh3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, iddiaçının vəkili Vəkil, cavabdeh, eyni zamanda digər cavabdehlərin nümayəndəsi Cavabdeh1 və vəkili X2 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7804/2020 nömrəl i iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Bakı şəhəri Nizami rayon İcra hakimiyyəti Başçısının 12 sentyabr 2003-cü il tarixli 448 nömrəli sərəncamının surətindən görünür ki, ünvan mənzilin kirayəçisi 15 noyabr 1971-ci il tarixli orderə əsasən, X6r. O, ölümü ilə əlaqədar bu ünvandan qeydiyyatdan çıxarılmışdır. Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 yaşadıqları mənzilin İddiaçı adına keçirilməsinə razılıq vermişlər. Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH, ******* nömrəli Çıxarışın surətindən görünür ki, ünvan mənzil i tam mülkiyyət hüququ üzrə İddiaçı adına 05 noyabr 2008-ci il tarixdə qeydə alınmışdır. Bakı şəhəri İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti Nizami rayon MKTB-nin 88 saylı MKİS tərəfindən verilmiş 10 avqust 2017-ci il tarixli, 405 nömrəli arayışdan görünür ki, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 ünvan mənzilində qeydiyyatdadırlar. Bakı Apellyasiya Məhkəməsinin 17 sentyabr 2018-ci il tarixli, 2(103)-7987/18 nömrəli qətnaməsindən görünür ki, Bakı şəhəri Nizami rayon məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı ünvan köçürülmələri, X7 və X3 məxsus əşyaların ünvan mənzilindən çıxarılması və onlar tərəfindən mənzildən istifadə ilə əlaqədar İddiaçı yaradılan hər hansı maneələrə son qoyulması və iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Həmin iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xüsusi mülkiyyətində olan ünvan mənzilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə 23.000 manat məbləğində kompensasiya ödənilməsi yolu il ə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon İcra Hakimiyyəti Başçısının 44 nömrəli 12 sentyabr 2003-cü il tarixli sərəncamına əsasən ünvan nömrəli evin yaşayış sahəsi 62.1 kv.m 4 otaqdan ibarət 5 nömrəli mənzilə dair kirayə müqaviləsi onunla bağlanılmışdır. 05 noyabr 2008-ci il tarixdə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən mənzilə dair ******* nömrəli Çıxarış verilmişdir. Həmin ünvandakı mənzil onun xüsusi mülkiyyətindədir. Cavabdehlərdən nəvələri olanlar Cavabdeh2, 2015-ci il dekabr ayının 13-də ailə quraraq köçmüş və hal-hazırda Yasamal rayonunda, nəvəsi Cavabdeh3 2016-cı ilin noyabr ayının 8-də ailə quraraq ünvan köçmüş və h al-hazırda ünvan ailəsi ilə birlikdə, nəvəsi Cavabdeh4 17 sentyabr 2014-cü il il tarixdə ailə quraraq ünvan köçmüş və hal-hazırıla ailəsi ilə birlikdə ünvan, digər nəvəsi Cavabdeh6 isə 02 mart 2017-ci il tarixdə ailə quraraq ünvan köçmüş və hal-hazırda orada ailəsi ilə birlikdə yaşayırlar. Cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına baxmayaraq onların mülkiyyətində olan mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzil üzərindəki sahiblik, istifadə və sərəncam vermək hüquqlarını məhdudlaşdırmışdır. Cavabdehlərin bir qismi ailə qurandan sonra qeyd olunan mənzildə yaşamasalar da, formal olaraq qeydiyyatda qalmışlar. Buna görə də mənzil və kommunal xidmətlər haqqını artıq məbləğdə ödəməyə məcburdur. Halbuki, onların daimi ayrı yaşayış yerləri var və mübahisəli mənzil sahəsindən istifadələrinə heç bir ehtiyacları yoxdur. Hesab edir ki, cavabdehlərin yaşayış sahəsinə olan ehtiyacları aradan qalxdığından mənzildən istifadə etmək hüququnu itirmişlər. Hal hazırda mənzildə Cavabdeh1, nəvələri Cavabdeh5 və X1 yaşayırlar. Cavabdehlər mübahisəli mənzildə qalmaqla həmin mənzilə dair mülkiyyət hüquqlarını olduqca kobud və qərəzli şəkildə pozurlar. Onu mübahisəli mənzilə yaşamağa buraxmırlar, mənzilin qalan üç otağına yiyələnərək onu mülkiyyətində olan mənzildən faktiki olaraq məhrum ediblər. Faktiki olaraq qalan üç otağı zəbt edərək onu mülkiyyətindən məhrum edən cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 isə mənzilə daxil olmasına imkan vermirlər. Daima əsassız bəhanələrlə münaqişə yaradaraq onu təhqir edir, mənz ildən rahat və sərbəst şəkildə istifadə etməsinə maneə olurlar. Hətta 23 aprel 2017-ci il tarixdə Cavabdeh1 qəsdən vuraraq ona bədən xəsarəti yetirmiş və bu cinayət əməlinə görə Bakı şəhəri, Nizami Rayon Məhkəməsinin 1(007)-297\2017 nömrəli 02 avqust 2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından dövlət nəfinə 15 (on beş) faiz məbləğində pul tutulmaqla 06 (altı) ay müddətinə islah işləri cəzasına məhkum olunmuşdur. Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mənzildən çıxarılmadan orada yaşaması mümkün deyildir. Qeyd olunan hökm qanuni qüvvəyə minmiş və icraya yönəlmişdir. Hökmün məzmunundan da göründüyü kimi, Cavabdeh1 onu əsassız bəhanə ilə münaqişəyə çəkərək döymüşdür. Cavabdehlərin istifadə hüquqlarına xitam verilmədən, onların mübah isəli mənzilə yaratdıqları müdaxilələrin qarşısı alınmadan mülkiyyətçi olaraq istifadə, sahiblik və sərəncam hüquqlarının həyata keçirilməsi mümkün olmayacaq. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bakı Şəhər Nizami Rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi ilə (hakim H.Əhmədova, iş № 2(007)-466/2020) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 qarşı xüsusi mülkiyyətində olan ünvan mənzilinə dair cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 mübahisəli mənzilə dair istifadə hüquqlarına kompensasiya verilmədən itirilmiş hesab olunması, cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüququnun əvəzinə 23.000 manat məbləğində kompensasiya ö dənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh6 sözügedən mənzildə anadan olub və anadan olduqları vaxtdan da sözügedən mənzildə pasport qeydiyyatındadırlar. Onların başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədlər, o cümlədən yaşayış sahəsinə olan ehtiyaclarının aradan qalxmasına dair sübut növləri məhkəməyə təqdim olunmamışdır. Birinci instansiya məhkəməsi digər cavabdehlərə münasibətdə isə hesab etmişdir ki, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh5 və Cavabdeh7 mübahisəli mənzilə dair istifadə hüququnun əv əzinə 23.000 manat məbləğində kompensasiya ödənilməsi yolu ilə həmin mənzildən əşyaları ilə birlikdə çıxarılması kompensasiyanın məbləği kimi 23.000 manat təklif etmişdir. Lakin cavabdeh həmin məbləğ ilə razılaşmır. Bundan başqa, məhkəmə hesab edir ki, həmin məbləğ cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdehlər iddiaçının ailə üzvləri olmuş və həmin mənzildə yaşamağa başlamışdır. Halhazıradək həmin mənzildə yaşayırlar və onların yaşamağa başqa yeri yoxdur. Ona görə də, 23.000 manat kompensasiya məbləği, həmin mənzildə yaşamış cavabdehlərə, ona oxşar şəraitli başqa yaşayış yeri ilə əvəz etməyə kifayət etməyəcək. Cavabdehlərin onlara həmin ərazidə mübahisəli mənzil satılmadan üç otaqlı mənzilin verilməs inə dair təklifini isə iddiaçı qəbul etmir. Mübahisəli mənzil özəlləşdirmə əsasında İddiaçı adına qeydə alınmışdır. Mənzilin özəlləşdirilməsi zamanı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Cavabdeh7 mənzilin İddiaçı adına keçirilməsinə razı olduğunu bildirmişdir. Belə olan halda İddiaçı həmin mənzilə sahiblik, ondan istifadə və mənzil barəsində sərəncam verərkən yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı nəzərə alınmalıdır. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər T.Səmədov (sədrlik edən və məruzəçi), İ.Şirinov və A.Tanrıverdiyev, iş № 2(103)-7804/2020) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin 11 fevral 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, təklif olunan kompensasiya məbləği cavabdehlərə həmin ərazidə oxşar mənzillərdə davamlı surətdə və uzun müddət daxilində oxşar yaşamaq imkanı vermir. Həmçinin, cavabdehlər iddiaçının ailə üzvləri olmuş və həmin mənzildə yaşamağa başlamışdır. Hal-hazıradək həmin mənzildə yaşayırlar və onların yaşamağa başqa yeri yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)7804/20 20 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, təklif olunan kompensasiyanın məbləği ilə bağlı aşağı instansiya məhkəmələri sadəcə «təklif olunan kompensasiyanın məbləği kifayət deyil» cümləsi ilə münasibət bildirərək, niyə kifayət deyil, heç bir açıqlama vermir, hər hansı qiymətlərə münasibətdə müqayisə aparmırlar. Mübahisəli mənzilin yerləşdiyi ərazi üzrə eyni şəraitli dördotaqlı mənzilin kirayə haqqının orta bazar qiyməti təxminən 400 manat təşkil etdiyi halda, təklif olunan kompensasiyanın məbləği həmin ərazidə azı beş ilə yaxın müddət ərzində kirayədə yaşamaq imkanı verəcəkdir. Nə cavabdehlər, nə də ki, məhkəmə tərəfindən bu əvəzləşdirmənin uyğun olmaması hər hansı mötəbər sənədlərlə ümumiyyətlə sübuta yetirilməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil izahatında kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Cavabdeh (digər cavabdehlərin nümayəndəsi) Cavabdeh1 və vəkili X5 izahatlarında kassasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahş etmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinə müna sibətdə tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır. 29-cu maddəsinə görə də hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair» 27.07.2001-ci il tarixli qərarına əsasən, 2000-ci il sentyabrın 1-dən sonra yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi (01 sentyabr 2009-cu il tarixədək qüvvədə olmuş) 123-cü maddəsinin birinci hissəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd - şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, kompensasiya verilməklə istifadə hüququna xitam verilməsi barədə iddianın predmetini iddiaçının mülkiyyət hüququ təşkil edir və iddiaçı, başqasının istifadə hüququ ilə yüklü olan evini yüklülükdən azad etməklə ev üzərindəki mülkiyyət hüququnu müdafiə etmək istəyir. Bu səbəbdən kompensasiyanın məbləğinin iddianın predmetinə aid edilməsini düzgün hesab etmək olmaz. Həmçinin, kompensasiya verməklə istifadə hüququna xitam verilməsi barədə iddia verərkən mülkiyyətçi maddi nemət əldə etməyə çalışmır. Odur ki, kompensasiya həmin iddianın obyekti sayıla bilməz və Mülki Prosessual Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan iddia tələbinin həcminin artırılması və ya azaldılması kompensasiyanın məbləği ilə əlaqədar deyildir....Mülki Məcəllənin 228.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən istifadə hüququna kompensasiya verməklə xitam verilməsi mülkiyyətçinin subyektiv hüququdur. Bu halda, kompensasiya tələb kimi yox, yalnız təklif kimi çıxış edir.... Mülki prosessual qanunvericilik iddianın predmetini dəqiq göstərməklə prosessual qənaə t prinsipini qorumuş olur. Prosessual qənaət prinsipi məhkəmə prosesinin uzadılmasının aradan qaldırılmasına, bir sıra prosessual institutların münasib hala gətirilməsinə, onların qanunvericiliklə daha dəqiq tənzimlənməsinə və tərəflərin tarazlaşdırılmış vəziyyətə gətirilməsinə yönəlmişdir. Mülki Məcəllənin 228.2-ci maddəsində göstərilən kompensasiya məbləğinin iddianın predmetinə aid edilməməsi həmin işlərə baxılarkən məhkəmə prosesinin əsassız uzadılmasının qarşısının alınmasına xidmət edəcəkdir. “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun un 26 sentyabr 2007-ci il tarixli qərarında qeyd edilmişdir ki, “eyni mənzildə ailə üzvləri (və ya onlara bərabər tutulan şəxslər) yaşadığı halda, onlardan birində (və yaxud bir neçəsində) mənzilə mülkiyyət hüququ (o cümlədən, yaşayış sahəsindən istifadə etmək hüququ), digərlərində isə yalnız yaşayış sahəsindən istifadə etmək hüququnun mövcud olması mümkündür. Bu şəxslər arasında yaranan mübahisələrin həlli zamanı mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququnun təbiəti, onların mütənasibliyi və həyata keçirilməsinə dair qüvvədə olan Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları nəzərə alınmalıdır. İlk növbədə xüsusilə qeyd olunmalıdır ki, mülkiyyət hüququ və yaşayış sahəsindən istifadə etmək hüququ müxtəlif hüquqi kateqoriyalardır Azərbaycan Respublikası Konstitusiy a Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair» 29 mart 2016-cı il tarixli qərarında olan mövqelərinə görə Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən, yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam veri lməsi kompensasiya ödəmədən mümkündür. Burada nəzərə almaq lazımdır ki, Mülki Məcəllənin 262.2-ci maddəsinin mənasına görə, Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququnun həyata keçirilməməsi öz-özlüyündə (müstəqil olaraq) həmin hüququn xitamı üçün əsas deyil. Lakin uzun müddət ərzində və davamlı olaraq bu hüquqdan könüllü istifadə edilməməsi servitutun qoyulduğu əsasların aradan qalxdığı faktının müəyyən olunması üçün xüsusi əhəmiyyət daşıyır. Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələnin konstitusiya əhəmiyyətini nəzərə alaraq, qeyd etməyi zəruri hesab edir ki, məhkəmələr Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verərkən hər bir halda müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqla rının ədalətli və ağlabatan tarazlığını gözləyərək, konstitusiya hüquqlarının əsassız və həddindən artıq məhdudlaşdırılmasının qarşısını almalıdırlar. Buna görə də məhkəmələr tərəfindən bu mübahisələrə baxılarkən işin faktiki halları dəqiq müəyyənləşdirilməli və araşdırılmalı, o cümlədən yaşayış binasının tərkib hissəsindən istifadə hüququ həyata keçirilmədikdə, onun səbəbləri aydınlaşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 416-cı maddəsinə əs asən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 418.3-cü maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instasiyası məhkəməsi tərəfindən iddiaçının apelya siya şikayətinə hüquqi qiymət verilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini müvafiq olaraq kompensasiya verilməklə istifadə hüququnun itirilməsi tələbinin yönəldiyi cavabdehlərin davamlı olaraq eyni şəraitli yaşayış sahəsi ilə təmin olunmalarına imkan verməməsi baxımından rədd olunması nəticəsinə gəlmişdir. Bu halda məhkəmə həmin məbləği kifayət hesab etmirdisə, gələcəkdə hansı məbləğdə kompensasiyanın verilməsi halında istifadə hüququna xitam verilməsini mümkünlüyünü araşdırmalı, tərəflərlə birlikdə müəyyən edilən məbləği müzakirə etməli və mülkiyyətçinin etiraz etdyi halda məhkəmə aktında bununla bağlı mövqeyini göstərməli idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli qərarında qeyd etmişdir ki, birinci instansiya məhkəməsi belə işlərə baxarkən, iddia ərizəsində kompensasiya məbləğinin göstərilibgöstərilməməsindən asılı olmayaraq, kompensasiyanın məbləğini bazar qiymətinə uyğun olaraq müəyyən etməlidir. Bazar qiymətinə uyğun olaraq kompensasiya verilməsi yolu ilə istifadə hüququna xitam verilməsi haqqında iddianı təmin edərkən məhkəmə, mülkiyyətçinin həmin məbləgin ödənilməsinə dair razılığını nəzərə almalıdır.» İddia tələbinin digər cavabdehlərə yönəlmiş hissələri ilə bağl ı isə qeyd edilməlidir ki, həmin cavabdehlərin mübahisəli mənzildə istifadə hüququ əldə etmələri işin mübahisəsiz halıdır. Hazırkı iddia tələbi isə məhz əldə olunmuş istifadə hüququnun itirilməsi ilə bağlıdır. Bu halda isə apellyasiya instansiya məhkəməsi istifadə hüququ əldə etmiş şəxslərin həmin hüquqlarına malik olub-olmamalarını deyil, əldə edilmiş istifadə hüququnun saxlanıbsaxlanmaması və ya itirilməsi ilə bağlı məsələlərin müzakirəsini həyata keçirməli idi. İşin halları ilə müəyyən olunur ki, mübahisəli mənzildə yanlız kompensasiya verilməklə istifadə hüququnun itirilməsi xahiş olunan cavabdehlər yaşayırlar. Bu halda məhkəmələr digər cavabdehlərin hansı səbəbdən mübahisəli mənzildə yaşamamaları, mənzillə bağlılıqlarını hansı qaydada saxlamaları, daimi olaraq başqa yaşayış sahələrinə köçüb köçməmələri araşdırmalı və bundan sonra mövcud sübutlar baxımından qiymətləndirmə aparılmalı idi. Lakin apellyasiya şikayətinin dəlilləri məhz bu halların araşdırılmasına yönəlməsinə baxmayaraq məhkəmə bunlara əhəmiyyət verməmiş və faktiki olaraq dəlillər qiymətləndirilməmiş saxlanmışdır. Bütün bundan əvvəl isə müəyyən olunur ki, iddiaçının eyni cavabdehlərə (kompensasiya ödənilmədən istifadə hüququnun itirilməsinə dair tələbin yönəldiyi cavabdehlərə) qarşı kompensasiya verilmədən istifadə hüququna xitam verilməsi ilə bağlı tələbi olmuş və həmin tələbə Bakı şəhər Nizami rayon Məhkəməsinin 24 fevral 2016-cı il tarixli qətnaməsi ilə baxılmışdır. Belə olan halda eyni tərəflər arasında eyni mübahisə üzrə qanuni qüvvədə olan qətnamənin mövcud olması halında işə yenidən baxılmasının mümkü n olması ilə bağlı məhkəmələr tərəfindən müzakirə edilməli idi. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qə rarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi mübahisələndirilən hissədə maddi prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yux arıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, birinci kassasiya icraatını zamanı müəyyən edilmiş göstərişlərə Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü -ci maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-7804/2020 nömrəli iş üzrə 19 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv olunsun, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3988/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3988/2021
12.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver