Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3989/2023 24.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-3989/2023 (Açar sözlər: mənzilə köçürülmə, istifadə hüququna yaradılmış maneələrin qadağan olunması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X5 (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin qadağan olunması” tələbinə dair iddiaları ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-3985/2 023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh (vəkil Nümayəndə) tərəfindən verilmiş kassasiya şikayətinə 24 oktyabr 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil xx.xx.2004-cü il tarixdə 42 saylı DNKnın xx.xx.2004-cü il tarixli 4Ə/07-653 reyestr nömrəli alqı-satqı müqaviləsinə əsasən iddiaçıların vəfat etmiş ataları X2 adına qeydiyyatdan keçmişdir.
2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 08 avqust 2004-cü il qətnaməsinə əsasən, mübahisəli mənzil (xx.xx.2010-cu il tarixli icra vərəqəsinə əsasən) 1/2 hissədə iddiaçıların atasının, 1/2 hissədə iddiaçıların anası X1 adına qeydiyyatdan keçmişdir. Daha sonra mərhum X4, hazırkı iş üzrə Cavabdeh ilə birgə nikahda olduğu dövrdə X3 ilə xx.xx.2016-cı il tarixdə alqı-satqı müqaviləsi bağlayaraq mübahisəli evin ona aid olan hissəsini 50.000 manat ödəyərək almışdır.
3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-146/2019 nömrəli, 12 aprel 2019-cu il tarixli qətnaməsinə əsasən, ünvan 2 ünvanında yerləşən mənzilə dair İddiaçı1 1/4 hissədə və İddiaçı2 1/4 hissədə miras pay hüquqları müəyyən edilmişdir. Nəticə etibarilə həmin qətnamədən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş, qətnamə qanuni qüvvəyə minmişdir.
4. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzil X2 adına 2/4 hissə də açıq saxlanmaqla, İddiaçı1 adına 1/4 hissədə və İddiaçı2 adına 1/4 hissədə mülkiyyət kimi ********** qeydiyyat nömrəsi ilə xx.xx.2022-ci il tarixdə qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “mənzilə köçürülmə və istifadə hüququna yaradılmış maneələrin qadağan olunması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə köçürülmələri, iddiaçıların mübahisəli mənzilə istifadə hüququna cavabdeh və ya üçüncü şəxslər tərəfindən maneə yaradılmasının qadağan edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişlər.
6. İddiaçılar tələblərini işin yuxarıda qeyd olunan hallarına uyğun olaraq onunla əsaslandırmışla r ki, Nərimanov rayon Məhkəməsinin 12 aprel 2019-cu il tarixi qətnaməsində qeyd olunmuşdir ki, mübahisəli mənzilin X1 mülkiyyətində olan hissəsi X4 ilə Cavabdeh birgə nikahda olduğu dövrdə əldə olunduğundan həmin mənzilin 1/4 hissəsi sonuncunun mülkiyyəti hesab edilməli, həmin mənzilin 3/4 hissəsi iddiaçılar və Cavabdeh arasında bərabər şəkildə bölünməli və hər birinə ümumi mənzildən 1/4 hissədə pay tanınmalıdır. Mövcud mübahisənin yekunlaşmasından 1 ildən artıq müddət keçməsinə baxmayaraq cavabdeh tərəfindən yaradılan maneələrə görə hələ də ünvan 1 ünvanında yerləşən 97 saylı mənzilə olan hər biri 1/2 hissə paylarına əsasən yaranmış sahiblik və istifadə hüququnu həyata keçirə və ya həmin mənzilə köçə bilmirlər. Hazırda cavabdeh tərəfindən sözügedən mənzilə köçürülməyi, həmçinin həmin mənz ilə sahiblik və istifadə hüquqlarına yaradılan maneələrin aradan qadırılması zərurəti vardır.
7. Cavabdeh birinci instansiya məhkəməsinə etiraz ərizəsi ilə müraciət edərək göstərmişdir ki, iddiaçıların köçürülmələrini istədikləri ünvan 3 ünvanında yerləşən 97 saylı mənzildə cavabdeh, oğlu, oğlunun həyal yoldaşı və onların 3 uşağı yaşayırlar. İddiaçıların həmin mənzildə onlarla birlikdə yaşamaları qeyri-mümkündür. Həmçinin iddiaçıların gənc gəlinin, azyaşlı uşaqlarla birlikdə yaşamaları etik baxımdan da yolverilməzdir. Bundan başqa iddiaçıların yaşamaları üçün həm Naxçıvan şəhərində, həm də Bakı şəhərində mənzilləri vardır. Onların bu evə köçürülmək istəmələri hüquqlarından sui-istifadədir.
8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2463/2022 nömrəli, 22 sentyabr 2022-ci il tari xli qətnaməsi ilə (hakim Səbinə Nuriyeva) iddia qismən təmin olunmuş, iddiaçıların ünvan 3 ünvanında yerləşən 97 saylı mənzilə köçürülməsi, iddiaçıların mənzilə dair istifadə hüquqlarına maneələrin yaradılmasının cavabdehə qadağan edilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
9. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıların mülkiyyətdən istifadə hüquqları qanunla müəyyən edilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıların mübahisəli mənzilə paylı mülkiyyətçi hüquqlarının olması qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında dövlət qeydiyyatına alınmaqla müəyyən edilmişdir.
10. Belə olan halda hazırda iddiaçıların iddia tələbinin həm faktiki, həm də maddi hüquqi əsası sabit olduğundan onların ünvan 2 ünvanına köçürülməsi və istifadə hüququna qarşı yönəlmiş maneələrin aradan qaldırılması zəruridir. Lakin iddiaçılar tələblərində üçüncü şəxslər tərəfindən onların istifadə hüququna dair maneələrin aradan qaldırılmasını göstərsələr də, üçüncü şəxslərin kimlər olması barədə hər-hansı məlumatı verməmişlər. Buna görə də, məhkəmə hesab etmişdir ki, hazırda tələbin həmi hissəsi qeyri-müəyyəndir. Belə olan halda məhkəmə həmin hissədə iddia tələbinin təmin edilməməlidir.
11. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43, 125-ci maddəsinin Vİİ bəndinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 152.1, 152.5, 157.2, 157.8, 159, 162, 164.1, 164.2, 165.1, 165.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 82.3, 124.1, 217.2, 217.4-cü maddələrinə istinadla əsaslandırılmışdır. Ap ellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilən hissəsində ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etdiyi etirazın dəlilləri ilə əsaslandırmış, əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, tərəfindən irəli sürülmüş dəlillərə düzgün hüquqi qiymət verilməmişdir. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən yaşadıqları mənzildə ailə üzvləri ilə birlikdə iddiaçıların yaşamasının mümkün olmamasını müəyyən etmək üçün hər hansı bir araşdırma aparılmamışdır. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 16, 152.1, 152.5-ci maddələrinə istinad edərək iddia tələbini rədd edilməli olduğu halda maddi hüquq pozuntusuna yol vermişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3985/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov və Sabit Bəhrəmzadə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
15. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16, 152.1, 152.5-ci maddələrinə istinad edərək iddia tələbini rədd edilməli olduğu halda bunu etməyərək maddi hüquq pozuntusuna yol veril məsi barədə dəlilinə qiymət verərək qeyd etmişdir ki, həmin dəlil tam əsassızdır. Belə ki, iddiaçıların pay hüquqları dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Başqa sözlə, onlar da cavabdeh kimi mübahisəli evdə mülkiyyət paylarına malikdirlər və cavabdeh tərəfindən onların öz mülkiyyətlərindən sərbəst, rahat və maneəsiz istifadə edilməsinə şərait yaradılmadığı üçün hazırki iddia əsasında məhkəmə müdafiəsi hüququndan istifadə etmələri heç bir halda hüquqdan sui-istifadə kimi qiymətləndirilmir və qiymətləndirilə də bilməz. İddiaçılar da cavabdeh kimi bərabər hüquqlu mülkiyyətçilərdir və Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Bu norma göstərişinin xarak terinə görə qadağanedici norma, tətbiq edildiyi subyektlərin dairəsinə görə isə ümumi normadır. Yəni insanı yaşadığı mənzildən qanunsuz məhrum etməyə yönələn hər hansı hərəkətin edilməsini bütün şəxslərə qadağan edir. Normanın mənası ondan ibarətdir ki, hüquqi dövlətdə bütün məhrumetmələrin əsasında qanun dayanmalıdır. Odur ki, mənzilə və digər bu kimi yerlərə köçürülmə barədə iddialar həll edilərkən ilk növbədə 3 hal aydınlaşdırılmalıdır: 1) şəxs köçmək istədiyi yerdə yaşayıbmı; 2) şəxs yaşadığı yerdən məhrum edilibmi; 3) məhrum edilmə qanunidirmi. Hazırki işdə 1-ci və 2-ci hallar mövcuddur, yəni iddiaçı köçmək istədiyi evin paylı mülkiyyətçisidir və həmin evdən məhrum edilib. Ona görə də 3-cü halın mövcud olub-olmadığı aydınlaşdırılmalıdır. Məhrumetmə o halda qanuni ola bilər ki, məhru m edilmə ilə nəticələnən hərəkətlərə (güc tətbiq etməklə mənzildən çıxarma, güc tətbiq etməklə mənzilə buraxmama və s.) yol verən şəxsin mənzil üzərində mülkiyyət hüququ, istifadə hüququ, icarə hüququ və ya digər hüququ olsun.
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq apelyasiya şikayətinin digər dəlilləri ilə bağlı qeyd etmişdir ki, həmin dəlillər formal mülahizələrə əsaslanmaqla heç bir sübutla təsdiqini tapmır. İddiaçıların pay hüquqlarının dövlət qeydiyyatına alınaraq onların müvafiq mənzilə xüsusi mülkiyyət hüquqları müəyyən edilmişdir. Hazırki mübahisənin mahiyyəti də məhz həmin əmlak üzrə tanınmış hüquqların icra edilməsinə yönəlmiş maneələrdən ibarətdir. Cavabdehin isə belə maneələri qoyması qanunla iddiaçıların mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə gətirib çıxarır.
17. Cavabdehin-iddiaçıların mübahisəli mənzildə yaşamalarının mümkün olubolmamasının müəyyən edilməsi, hazırki tələbin əsassız olması anlamına gəlmir. Belə ki, iddiaçıların mübahisəli mənzildə pay hüquqları tanınmaqla dövlət qeydiyyatına alınmışdır və belə olan halda iddiaçılar hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşlar. Buna görə də mübahisəli evdə cavabdeh kimi iddiaçıların da pay hüququ olduğundan cavabdehin həmin evdən istifadə etməklə ondan faydalandığı kimi, iddiaçıların da bu hüququ realizə etməsi məqsədə müvafiq olması barədə birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir.
18. Apellyasiya instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, Mülki Mə cəllənin 152.1, 152.5, 157.2, 157.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 80, 82.3, 88, 106.1, 217.1, 217.3, 218.1, 218.3-cü maddələrinə istinadla əsaslandırılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
19. Qətnamədən cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, apellyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia tələbinin bütünlüklə rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti, apelyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinəyol verilmir. Lakin apelyasiya instansiya məhkəməsi tərəfindən də sadalanan prosessual qanunvericilik normalarının tələbləri pozulmuş, tərəflərindən irəli sürdükləri dəlillərə düzgün hüquqi qiymət verilməmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsini qüvvədə saxlayan apelyasiya instansiyası məhkəməsi qeyd olunan maddi hüquq normalarına istinad edərək, iddia tələbini rədd etməli olduğu halda, bunu etməmiş, bununla da maddi hüquq pozuntusuna yol vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
21. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfi ndən tanınan və qorunan hüquqdur.
22. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
23. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
24. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
25. Maddə 213.3. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir.
26. Maddə 215.1. Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir.
27. Maddə 215.2. Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bi lər.
28. Maddə 215.4. Hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar. Əgər ümumi mülkiyyətdəki paylar üzrə ipotekalar və ya torpaq sahələrinə yüklülüklər varsa, daha iştirakçılar əşyanın özünü həmin hüquqlarla yüklü edə bilməzlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlid ir.
31. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
32. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
33. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yaln ız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərind ən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
38. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfi ndən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəmə sinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası hazırki qərarın 15-17-ci paraqraflarında qeyd olunan həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün h üquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
44. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında forma laşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instans iyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
47. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
48. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-398 5/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.