Məhkəmə qərarları › İş №2(102)-399/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-399/2019

11.02.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2019 11.02.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ İş № 2(102)-399/2019 şəhəri 11 fevral 2019-cu il Bakı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi - hakim), Rüstəmov Əli Məhəmməd oğlu, Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, Əliyeva Tutu Nazim qızının katibliyi ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-cı il tarixli, 2(104)-1432/2018 nömrəli qətnaməsindən Cavabdeh və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayətinə baxaraq, MÜƏYYƏN ETDİ: Tovuz rayon Məhkəməsinin (hakim N.Mustafayev) 09.01.2018-ci il tarixli, 2(062)-1432/2018 nömrəli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 qəyyumu X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddiası təmin edilməyərək, iş üzrə 100 manat ekspertiza xərcinin 50 manat hissəsinin İddiaçı1 və İddiaçı2 qəyyumu X4, 50 manat hissəsinin isə Cavabdeh alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Əliyeva, R.Muradov, Ş.Rzaquliyev) 20.08.2018-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 qəyyumu X5 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tovuz rayon Məhkəməsinin 09.01.2018-ci il tarixli, 2(062)-1432/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı reyestr nömrəsi ********** olan çıxarışda onlara məxsus Tovuz rayonu ********** kəndində yerləşən torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş plan sxemdə göstərilmiş qaydada naturada bölgüsünün aparılması və Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmaları, cəmi 200 manat ekspertiza xərcindən 100 manatının Cavabdeh, 100 manatının isə iddiaçılar İddiaçı1 və İddiaçı2 müştərək qaydada tutularaq Az.MEM, VÖEN **********, AZ34CT 000 000 000 000 ************, X2, KOD *******, VÖEN **********,müxbir hesab AZ41********************, SFİFT-BİK STREAZ 22, büdcə təsnifatının kodu: 142319Ş büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməsi qət edilmişdir. Cavabdeh və vəkili Vəkil iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-cı il tarixli qətnaməsindən kassasiya şikayəti vermişlər. İşin halları: İddiaçılar İddiaçı1 və İddi açı2 qəyyumu X5 Cavabdeh qarşı “torpaq sahəsindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 01.06.2017-ci il tarixdə məhkəməyə müraciət edərək, reyestr nömrəsi ********** olan daşınmaz əmlakın dövlət reyestrindən qeyə alınan çıxarışa əsasən onlara məxsus Tovuz rayonunun ********** kəndində yerləşən torpaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh və vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, iş üzrə İddiaçı1 cavabdehin qardaşıdır. X3 ilə X1 birgə nikahından anadan olmuşlar. Ataları 30.06.1966-cı il tarixdə, anaları isə 12.12.2012-ci il tarixdə vəfat etmişdir. Onlar mülkiyyətlərində olan Tovuz rayonunun **** ****** kəndində yerləşən 0.25 ha torpaq sahəsini və onun üzərində yerləşən evin yaşayış sahəsini öz aralarında bölmüşlər. O, hazırda öz mülkiyyətində olan torpaq sahəsindən istifadə edir. Daşınmaz əmlak onların ümumi mülkiyyətlərində olduğundan iddiaçıların həmin əmlakın hansı hissəsindən və hansı qaydada istifadə etmək niyyətində olduqları ona aydın deyildir. Bundan başqa, iş üzrə ekspertiza təyin edilmiş və ekspert rəyi ilə İddiaçı1, ona və azyaşlı İddiaçı2 məxsus həyətyanı torpaq sahəsinin üç hissəyə naturada bölünməsinin mümkün olmadığı müəyyən edilmişdir. Lakin apelyasiya instansiyası məhkəməsi həmin daşınmaz əmlakı naturada bölmüşdür. Beləliklə, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının pozulması ilə düzgün o lmayan qətnamə qəbul etmişdir. Ona görə də, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-cı il tarixli, 2(104)1432/2018 nömrəli qətnaməsinin ləğv edilərək Tovuz rayon Məhkəməsinin 09.01.2018-ci il tarixli, 2(062)-1432/2018 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişlər. İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin, iddiaçılar İddiaçı1, İddiaçı2 qəyyumu X6, Cavabdeh vəkili Vəkil məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Cavabdeh məhkəməyə teleqram ünva nlayaraq, mülki işə onun iştirak olmadan baxılmasını və kassasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi,Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən, İddiaçı1 adına Tovuz rayonu ********** kəndi ərazisində 0,25 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində ümumi sahəsi 120,4 kv.metr olan fərdi yaşayış evi birgə mülkiyyət şəklində dövlət qeydiyyatına alınmışdır. Torpaq sahəsi üzərində fərdi yaşayış e vi ümumi birgə, torpaq sahəsinin isə 0,1666 ha hissəsi üzərində İddiaçı1, 0,0417 ha hissəsi üzərində Cavabdeh, 0,0417 ha hissəsi üzərində isə İddiaçı2 mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Birinci instansiya məhkəməsi tərəfindən mübahisəli torpaq sahəsinin texniki cəhətdən iki hissəyə deyil (çünki iddiaçılar iki nəfər olmuş və iş materiallarının 18-ci səhifəsində olan14.07.2017ci il tarixli ərizədə onlara məxsus torpaq sahəsinin narturada bölgüsü xahiş edilmişdir), üç hissəyə bölünməsinin mümkünlüyü yoxlanılmış, lakin həmin mülkün naturada iki hissəyə bölünməsinin mümkün halı müəyyən edilməmişdir. Apellyasiya baxışı zamanı iddiaçıların vəsatətinə əsasən Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX ******* saylı çıxarışa əsasən, İddiaçı1, Cavab deh və azyaşlı İddiaçı2 məxsus həyətyanı torpaq sahəsinin naturada iki hissəyə bölünməsinin texniki cəhətdən mümkün olması aydınlaşdırılmışdır. Belə ki, Məhkəmə Ekspertizası Mərkəzindən alınmış 16 iyul 2018-ci il tarixli 12776 nömrəli məhkəmə ekspertizasının rəyindən görünmüşdür ki, Tovuz rayonu ********** kəndində yerləşən, dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04.04.2017-ci il tarixdə verilmiş RX ******* saylı çıxarışa əsasən yaşayış məntəqəsi torpaqlarında yerləşən, 0,25 ha həyətyanı torpaq sahəsinin İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan, cəmi 0,2083 ha (0,1666ha+0,417 ha) həyətyanı torpaq sahəsi ilə Cavabdeh mülkiyyətində olan 0,417 ha həyətyanı torpaq sahəsinin yola çıxışı olduğuna görə natura qaydasında bölünməsi mümkündür. Belə olan halda isə RX ******* saylı çıxarışa əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan, cəmi 0,2083 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır. Apelyasiya insitansiyası məhkəməsi qeyd etdiyi xüsusatlara istinad etməklə qəbul etdiyi qətnaməni Azərbaycan Respublikası Kostitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 146, 152 və 170, 213 və 220-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi20.08.2018-cı il tarixli qətnaməsi ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 qəyyumu X5 apellyasiya şikayəti təmin edilərək, iş üzrə Tovuz rayon Məhkəməsinin 09.01.2018-ci il tarixli, 2(062)-1432/2018 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tə min edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı reyestr nömrəsi ********** olan çıxarışda onlara məxsus Tovuz rayonu ********** kəndində yerləşən torpaq sahəsinin mütəxəssis rəyinə əlavə edilmiş plan sxemdə göstərilmiş qaydada naturada bölgüsünün aparılması və Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxarılmaları barədə qətnamə qəbul edərkən haqlı olmuş, hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmi n edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” işi üzrə 17.01.1970-ci il tarixli qərarı; “Piersack Belçikaya qarşı” iş üzrə 01.10.1982-ci il tarixli qərarı; “X9rşı” işi üzrə 26.10.1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh və vəkili Vəkil kassasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 20.08.2018-cı il tarixli, 2(104)1432/2018 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərarqəbuledildiyiandanqüvvəyəminir. Sədrlik edən: Hakimlər: Əsli ilə düzdür Ali Məhkəmənin hakimi Mehparə Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar