Məhkəmə qərarları › İş №2(102)-399/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-399/2022

03.03.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2022 03.03.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş məhkəmədə baxılmalı olmadıqda iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi, İddiaçı və vəkili Nümayəndə, Cavabdeh3 nümayəndəsi X iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsindən İddiaç ı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 03 mart 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İş materiallarından görünür ki, Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə, fərdi ev tikmək üçün İddiaçı Badamdar qəsəbəsində 600 kv.m. (20 yanvar küçəsi, ev 13) torpaq sahəsi ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncamın qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinin başlanmazsa və ya layihədən ölçülərə əməl olunmazsa, verilmiş torpaq sahəsinin RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qərara alınmışdır.

2. Səbail RİH tər əfindən verilmiş “Torpaq sahəsinin yerləşmə cizgisindən” görünür ki, RİH-nin 12.12.1994-cü il tarixli sərəncamı ilə Badamdar qəsəbəsi, 400 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi İddiaçı ayrılmışdır.

3. JN-13094H KOD 00400016 nömrəli, 17.06.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən” görünür ki, Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə 0,06 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir.

4. JN-17225D KOD 00400016 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən” görünür ki, 36 saylı Notariat Kontorunun 30.10.2004-cü il tarixli, 4Ə-03561 saylı “Alğı-satqı müqaviləsi” ilə 0,03 ha torpaq sahəsi fərdi yaşayış evi tikintisi üçün İddiaçı mülkiyyətinə verilmişdir.

5. Səbail RİH başçıs ının Badamdar qəsəbəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 30.03.2018-ci il tarixli arayışdan görünür ki, Səbail RİH başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 4147 saylı, 12.12.1994-cü il tarixli sərəncamında 20 yanvar küçəsi vətəndaş İddiaçı yaşayış ünvanı kimi göstərilmişdir. Belə bir küçə Badamdar qəsəbəsində mövcud olmamış və həmin ünvanın sözügedən sərəncamla Badamdar qəsəbəsi, 9-cu döngədə ayrılmış torpaq sahəsinə heç bir aidiyyəti yoxdur. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin JN-17225D, KOD 00400016, 27.12.2004-cü il tarixli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsi” ilə mülkiyyətində olan torpaq sahəsində inşa etdiyi fərdi evin ünvanı 1-ci yaşayış massivi (9-cu döngə) X küçəsi 400-dür.

6. Sə bail RİH tərəfindən verilmiş “Torpaq sahəsinin yerləşmə cizgisindən” görünür ki, RİH-nin 30.12.1998-ci il tarixli 1975 №-li sərəncamı ilə Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 №-li sahədə yerləşən 600 kv.m. torpaq sahəsi Cavabdeh1 ayrılmışdır.

7. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən tərtib edilmiş “Torpaq sahəsinin planı və ölçüsündən” görünür ki, Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə Cavabdeh1 Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 415 saylı fərdi yaşayış evi tikintisi üçün ayrılmış 600 kv.m. torpaq sahəsi ilə bağlı planı və ölçüsü tərtib edilmişdir. X15 kitabında 29.11.2013-cü il tarixdə 36581 nömrə ilə uçota alınmışdır.

8. Bakı şəhəri 14 saylı Notariat Kontorunda təsdiq edilmiş 11.08.2005-ci il tarixli, ANİ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh6 Badamdar qəsəbəsində yerləşən 0,03 ha olan torpaq sahəsini Cavabdeh3 satmışdır.

9. Azərbaycan Respublikası Milli Arxiv İdarəsi tərəfindən verilmiş 14.08.2013-cü il tarixli məktubdan görünür ki, Səbail RİH-nin 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı Dövlət Arxivinin Bakı filialında mövcuddur. Lakin qeyd olunan bu sərəncamın həqiqiliyinə şübhə vardır. Belə ki, Səbail RİH-nin 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı Cavabdeh1 da torpaq sahəsi ayrılması barədə olsa da, sərəncamların qeydiyyatı kitabında X1 torpaq sahəsi ayrılması kimi qeyd edildiyindən xahişlərini müsbət həll etmək mümkün deyildir.

10. Azərba ycan Respublikası Dövlət Arxivinin Bakı Filialı tərəfindən Cavabdeh1 verilmiş arxiv çıxarışından görünür ki, Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 №-li sərəncamı ilə Badamdar qəsəbəsində 600 kv.m torpaq sahəsi fərdi evin tikintisi üçün Cavabdeh1 ayrılmışdır. Tikinti işlərinin ciddi olaraq təsdiq edilmiş layihə əsasında aparılması, tikinti işlərinin başa çatdırılması müddəti sərəncam qəbul olunduğu gündən 2 il hesab edilməsi, qeyd olunan müddətdə tikinti işlərinə başlanmazsa və ya layihidəki ölçülərə əməl olunmazsa verilmiş torpaq sahəsi RİH tərəfindən geri alınaraq müvafiq qayda üzrə başqa vətəndaşa verilməsi qeyd edilmişdir.

11. DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 06.05.2020-ci il tarixli məktubundan görünür ki, Cavabdeh1 ona məxsus olmuş və Badamdar qə səbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı 0,03 ha torpaq sahəsindən 0,02 ha hissəni 4Ə/-0162 reyestr nömrəli, 19.03.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2, 0,01 ha hissəni 4Ə/-01-63 reyestr nömrəli, 19.03.2014-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən Cavabdeh4 satmışdır.

12. DƏDRX Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışa” əsasən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha torpaq sahəsi Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində ********** qeydiyyat nömrəsi ilə 17.03.2014-cü il tarixdə qeydiyyata alınmışdır. 13. 28 saylı Notariat kKontorunda təsdiq edilmiş 19.03.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-sat qı müqaviləsindən” görünür ki, həmin müqaviləyə əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X2 qəsəbəsi, 1ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahə ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsindən 0,01 ha torpaq sahəsini Cavabdeh4 satmışdır.

14. DƏDRX tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışdan” görünür ki, həmin 0,01 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 17.04.2014-cü il tarixdə Cavabdeh4 adına qeydiyyata alınmışdır.

15. Bakı şəhəri 28 Notariat Kontorunda təsdiq edilmiş 19.03.2014-cü il tarixli, AN-İ seriyalı, ******* nömrəli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsinə” əsasən Cavabdeh1 adından etibarnamə əsasında çıxış edən X Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9cu döngə, 415 saylı sahə ünva nında yerləşən 0,03 ha olan torpaq sahəsindən 0,02 ha torpaq sahəsini Cavabdeh2 satmışdır.

16. DƏDRX Bakı şəhər Əİ tərəfindən “daşınmaz əmlakın dövlət reyestrindən” verilmiş RX seriyalı, ******* nömrəli “Çıxarışa” əsasən Badamdar qəsəbəsi, 1-ci yaşayış massivi, 9-cu döngə, 415 saylı sahənin bir hissəsində yerləşən 0,02 ha torpaq sahəsi xüsusi mülkiyyətdə olan daşınmaz əmlak kimi 03.04.2014-cü il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır.

17. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 04.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, Səbail Rayon Məhkəməsinin 28.04.2016-cı il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh3 cavabdehlər Cavabdeh1 və başqalarına qarşı “çıxarışların, alğısatqı müqavilələrinin etibarsız hesab edilməsi tələbi barədə” iddiasının təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş JN-13094H nömrəli, 00400016 kodlu şəhadətnamənin, İddiaçı ilə Xv arasında 36 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, 30.10.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alğısatqı müqaviləsinin, habelə X ilə Cavabdeh3 arasında 14 saylı Notariat Kontorunda bağlanmış AN-İ ******* nömrəli, 11.08.2005-ci il tarixli, reyestrdə 4Ə/522 nömrə ilə qeydə alınmış alğı-satqı müqaviləsinin, daşınmaz əmlakın dövlət reyestrindən Cavabdeh3 adına verilmiş 29.01.2008-ci il tarixli, 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə 02.02.2008-ci il tarixli ******* nömrəli çıxarışın Cavabdeh2 və Cavabdeh4 məxsus torpaq sahələri ilə üst-üstə düşən 57 kv.m. hissəs ində etibarsız hesab edilməsi, qarşılıqlı iddianın qalan hissələrdə təmin olunmaması qət olunmuşdur.

18. Səbail Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsi ilə isə Cavabdeh3 İddiaçı və X qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi tələbi barədə” iddiası təmin olunmuş, İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı Cavabdeh3 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, Cavabdeh6 42.000 ABŞ dolları məbləğində pulun tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir.

19. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2020-ci il tarixli qətnaməsindən görünür ki, həmin qətnamə ilə Səbail Rayon Məhkəməsinin 14.06.2016-cı il tarixli qətnaməsinin İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılm ış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməsi, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, 02.02.2008-ci il tarixli, MH seriyalı, ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirli Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən iş üzrə verilmiş 19.11.2020-ci il tarixli, 10/2035 №-li məhkəmə tikinti-texniki ekspertizası rəyindən görünür ki, 1) İddiaçı Səbail RİH başçısının 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamı ilə ayrılmış 0,06 ha torpaq sahəsinin JN-13094H (kod ********) torpağın mülkiyyətinə verilməsinə dair şəhadətnamədə qeyd edilmiş cizgisi həmin “400” nömrəli torpaq sahəsinin ayrılmasına dair sərəncama əlavə edilmiş ilkin torpaq ayırma sxeminə (cizgisinə) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, İddiaçı ilkin torpaq ayırma sxemində 0,06 ha torpaq sahəsi hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 20 metr, yola perpendikulyar 30 metr ölçülərdə qeyd edilmişdir. JN13094H (kod ********) torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə hazırlanarkən isə ilkin torpaq ayırma sxemində qeyd edilmiş ölçülər dəyişdirilərək hal-hazırda onun həyətyanı sahəsinə giriş hissəsinin qarşısından keçən yola paralel 30 metr, yola perpendikulyar 19,35 metr ölçülərdə qeyd edilmişdir. Şəhadətnamədə qeyd edilən cizgi trapesiya formasında qey d edildiyi üçün 30 metrlik hissəsinin qarşı tərəfi 32 metr göstərilmişdir. İddiaçı inşa etdiyi fərdi yaşayış evi ilkin torpaq ayırma sxeminə əsasən satdığı torpaq sahəsində deyil, öz mülkiyyətində qalmış 0,03 ha torpaq sahəsində yerləşir. 2) İddiaçı 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamı ilə ona ayrılmış 0,06 ha torpaq sahəsinin 0,03 ha hissəsi 30.10.2004-cü ildə satılarkən həmin 0,06 ha torpaq sahəsinin cənub hissəsi satmışdır. Həmin 0,03 ha torpaq sahəsi satılarkən hazırlanmış bölgü cizgisi naturaya (torpaqdan faktiki istifadə vəziyyətinə uyğun) uyğun hazırlanmamışdır. Bu uyğunsuzluq ondan ibarətdir ki, alğı-satqı yuxarıda da qeyd edildiyi kimi, ilkin torpaq ayırma sxeminə uyğun hazırlanmamış JN-13094H (kod ********) saylı şəhadətnaməyə əsasən aparılmışdır. 3) 30.10.2004-cü il tarixdə İddiaçı satdığı 0,03 ha torpaq sahəsi hal-hazırda faktiki daş hasara alınıb istifadə etdiyi torpaq sahəsinin hüdudları daxilində deyil, cənub hissədə İddiaçı daş hasarına bitişik boş sahədir. 4) Cavabdeh1 Səbail RİH başçısının 30.12.1998-ci il tarixli, 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0,06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. “400” nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0,03 hektarlıq hissəsindən hal-hazırda İddiaçı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0,03 hektarı isə boşdur. “415” nömrəli torpaq sahəsinin harada yerləşməsini i sə müəyyən etmək mümkün olmadı. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

21. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh3, X qarşı torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi, daşınmaz əmlakın dövlət reyestrində düzəliş edilməsi və verilmiş sənədlərin etibarsız hesab edilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən 0,03 ha torpaq sahəsinə dair X tərəfindən Cavabdeh3 adına verilmiş 29.01.2008ci il tarixdə torpaq sahəsinin plan və ölçüsü, 02.02.2008-ci il tarixdə **********98 reyestr nömrəsi ilə qeydə alınmış daşınmaz əmlakın dövlət reyestrindəki qeydə düzəliş edilərək həqiqi hüquqi vəziyyətə ilkin torpaq sahəsinin cizgisinə əsasən uyğunlaşdırılması, mövcud olmay an sərəncam əsasında alınmış X5 17.03.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan 19.03.2014- cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab olunma qla bunun əsasında aparılmış düzün olmayan qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının “Fərdi evin tikintisi üçün Badamdar qəsəbəsində torpaq sahəsinin ayrılması barədə” 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamı əsasında ona Badamdar qəsəbəsində 600 kv.m. torpaq sahəsi ayrılmış, tikinti işlərinin başa çatdırılması barədə 2 illik müddət müəyyən edilmiş, qeyd edilən müddətdə tikinti işləri başlanmazsa, İcra Hakimiyyəti tərəfindən torpaq sahəsinin geri alınması nəzərdə tutulmuşdur. Torpaq sahəsinin mülkiyyətinə verilməsinə dair JN-1309H saylı (kod ********) şəhadətnamə tərtib olunaraq bir nüsxəsi ona verilmişdir. Torpaq sahəsinin hü dudları aidiyyəti dövlət orqanı tərəfindən ona göstərilərək tanıdılmış, cizgi sxemi də tərtib edilmişdir. Cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “400” nömrəlidir. Həmin cizgi plana və hazırki yerləşməyə elə vizual baxanda da onun evinin yerləşməsi və yanındakı yoldan da görünür ki, əmlakın elə ona təqdim edilən 400 nömrəli torpaq sahəsində yerləşir. O, orada 1995-ci ildən ev inşa etmişdir, ailə üzvləri ilə birgə orada yaşayır. Həmin ev və onun qarşısındakı torpaq sahəsi 26 ildir ki, onun istifadəsi və sahibliyindədir. Torpaq sahəsinin ətrafını bütövlükdə hasarlanmışdır. Daha sonra evinin sağ tərəfində yerləşən və torpaq sahəsinin yarısını təşkil edən, yəni 300 kv.m. hissəsini satmaq qərarına gəlmişdir. 30.10.2004-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsa sən göstərilən torpaq sahəsinin 300 kv.m. hissəsini Cavabdeh6 satmışdır, alqı-satqıdan sonra Cavabdeh6 satdığı hissənin hasarını sökərək özünə saxladığı hissənin kənarı ilə çəkmişdir. Bundan sonra, Cavabdeh6 ondan aldğı və ya orada boş vəziyyətdə olan torpaq sahəsinin kimə, nə vaxt satması barədə məlumatı olmamışdır. Cavabdeh3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, İddiaçı, Cavabdeh6 və ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsinə qarşı “çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, qanunsuz tikililərin sökülməsi və maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etdikdən sonra ona məlum olmuşdur ki, Cavabdeh6 torpağı satmışdır. Cavabdeh6 11.08.2005-ci il tarixli alqı-satqı müqaviləsi əasınqda 0,03 ha torpaq sahəsini Cavabde h3 satmış və sonuncuya daşınmaz əmlakın dövlət reyestrindən torpaq sahəsinə dair 02.02.2008-ci il tarixli çıxarış verilmişdir. O, da həmin torpaq sahəsini daşla hasara alınmış, giriş üçün darvaza qoyulmuş vəziyyətdə almışdır. O, 2004-cü ildə alqı-satqı edərkən torpaq sahəsinin evinin sağında yerləşən hissəsini satmış və satdığı hissəsini ayıraraq alıcıya vermişdir. Həmçinin torpaq sahəsinin bölgü planı da müqaviləyə əlavə edilmişdir. Lakin, Cavabdeh3 2005-ci ildə aldığı torpaq sahəsinə 2008-ci ildə çıxarış və plan və ölçü alarkən onun 300 kv.m. torpaq sahəsinin koordinatları onun özünə məxsus həyətinə, daha dəqiq, evinin pilləkənin, qabaq hissəsinin bir qisminin və zəruri istifadə sahəsinin yerləşdiyi yerə və ən əsası hasarının içində olan və 1994-cü ildən onun qanuni istifadəsində olan to rpaq sahəsinə işlənilmişdir. Bunun nəticəsində hazırda elə bir görüntü yaranmışdır ki, sanki o, evinin pilləkənin, qabaq hissəsinin yerləşdiyi yeri satmışdır. Bu belə olmamış, o, torpaq sahəsinin sağ hissəsini bölərək satmışdır. Aidiyyəti orqanın əməkdaşı kadastr, ölçü işləri apararkən yüklü sahəyə heç bir zaman torpaq döngə nöqtələrini, koordinatlarını vura bilmədiyi halda, onun hasarının daxilində 26 illik istifadəsində olan sahəni koordinatlara vuraraq, sənədləşdirərək şəxsə təqdim etmişdir. Bunun nəticəsində onun əmlak hüquqları pozulmuşdur. Cavabdeh1 isə onun Cavabdeh3 satdığı torpaq sahəsinə son bir neçə ildə daş tökərək bildirmişdir ki, bura onundur. Bunu onunla əsaslandırır ki, torpağı Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə əldə e tmişdir. Həmin sərəncamın əlavəsi olan cizgi sxemində qeyd olunur ki, ona ayrılmış torpaq sahəsi “415” nömrəlidir. Arxiv sənədləri ilə maraqlananda məlum olub ki, Səbail RİH Aparatı işçiləri tərəfindən tərtib olunmuş sənədlərin həqiqiliyinə şübhə vardır və Səbail RİHB-nin 30.12.1998-ci il tarixli 1975 nömrəli Sərəncamının məzmunu X8 torpaq sahəsinin ayrılmamasını ifadə edir. Belə ki, Milli Arxiv İdarəsi 14.08.2013-cü il tarixli məktubunda göstərilmişdir ki, Səbail RİHB-nin 30.12.1998-ci il tarixli 1975 nömrəli Sərəncamı saxlama vahidində bir neçə şəxslə yanaşı X8 da torpaq sahəsi ayrılması barədə, sərəncamların qeydiyyatı kitabında X1 torpaq sahəsi ayrılması kimi qeyd olunmuşdur. Bu fakt bir daha həmin sərəncamın həqiqiliyinə şübhə yaradır. Heç həmin torpaq sahəsinin ilkin cizgi sxemi ilə sonradan verilən plan və ölçüdə qeyd edilən koordinatları üst-üstə düşmür. X7 torpaq sahəsinin ayrılması barədə həmin sərəncam mövcud deyildirsə, hansı plan və ölçüdən, koordinatlardan söz gedə bilər. Bundan əlavə onun sərəncamında torpaq sahəsi 600 kv.m. göstərilsə də, plan və ölçüdə 300 kv.m. göstərilmişdir. Sərəncamda qeyd olunur ki, 2 il müddətinə tikinti işləri aparılmazsa, torpaq sahəsi geri alınmalıdır. Əgər Cavabdeh1 1998-ci ildə torpaq sahəsini almışdısa, 2014-cü ildə tikintiyə başlamaq üçün daş tökürsə, bu o deməkdir ki, “ona ayrılmış torpaq sahəsi” artıq başqa vətəndaşa verilmişdir. Hansı yol ilə ona məxsus olmuş və sonradan satdığı torpaq sahəsinə koordinatları vuraraq nəticədə süni şəkildə torpaq sahələrinin koordinatlarının sürüşməsini yaratmışlar. Bundan sonra isə Cavabdeh1 300 kv.m. torpaq sahəsinin 200 kv.m. hissəsini Cavabdeh2, 100 kv.m. sahəsini Cavabdeh4 satmışdır. Nəticədə onun evinin qarşısı və hasarının içərisi olan 1994-cü ildən istifadəsində olan torpaq sahəsi digər şəxslərin torpaq sahəsinin koordinatları kimi müəyyən edilmişdir. Hadbuki, o, evinin altını şəxsə necə sata bilərdi. Bu absurddur. Yaranan vəziyyət olduqca acınacaqlıdır. Bu problem uzun illər zəncirvari şəkildə məhkəmə çəkişmələrinə gətirib çıxarır.Əslində problemin kökündə saxta əldə edilmiş sərəncam və səhlənkarlıq edib yerli baxış keçirmədən torpaq sahəsinin plan və ölçüsünün koordinatlarını elə kabinetindəcə müəyyən edən mütəxəssislərin hərəkətləri dayanır. Qeyd edilən şəxslərin məhkəmə çəkişmələri olmuşdur. Cavabdeh3 Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və ƏMKD yanında DƏDRXnin Bakı şəh ər Ərazil İdarəsinə, İddiaçı və Cavabdeh6 qarşı çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair ilkin, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 isə Cavabdeh3, İddiaçı, X10, DƏDRXnin Bakı şəhər Ərazi İdarəsinə, Bakı şəhəri 28 saylı dövlət notariat kontoruna, Bakı şəhəri 36 saylı dövlət notariat kontoruna və Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışların, alqı-satqı müqavilələrinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddia tələbi Səbail rayon Məhkəməsinin icraatında olmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28.04.2016-cı il tarixli qətnamə ilə ilk iddianın təmin edilməməsi, qarşılıqlı iddianın qismən təmin olunaraq Bakı şəhəri, Badamdar qəsəbəsində yerləşən torpaq sahəsinə dair İddiaçı adına verilmiş JN-13094H nö mrəli 00400016 kodlu şəhadətnamənin, İddiaçı ilə Cavabdeh6 arasında 36 saylı DNK-da bağlanmış AN-İ ******* nömrəli 30.10.2004-cü il tarixli, reyestrdə 4Ə-03-561 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, habelə Cavabdeh6 ilə Cavabdeh3 arasında Bakı şəhəri 14 saylı Dövlət notariat kontorunda bağlanmış AN-İ ******* nbmrəli 11.08.2005-ci il tarixli, reyestrdə 4Ə/422 nömrə ilə qeydə alınmış alqı-satqı müqaviləsinin, Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Cavabdeh3 adına verilmiş 29.01.2008ci il tarixli 002457 nömrəli torpaq sahəsinin planı və ölçüsünün, habelə 02.02.2008-ci il tarixli ******* nömrəli çıxarışın Cavabdeh2 və Cavabdeh4 məxsus torpaaq sahələri ilə üstüstə düşən 57 kv.m. hissəsində etibarsız hesab edilməsi qət olunmuşdur. Səbail rayon Məhk əməsinin 14.06.2016-cı il tarixli qətnaməsi ilə Cavabdeh3 İddiaçı və Cavabdeh6 qarşı “tikililərin sökülməsi və zərərin ödənilməsi” tələblərinə dair iddiası təmin olunmuş, İddiaçı öz hesabına qanunsuz olaraq zəbt edib tikililər apardığı Cavabdeh3 mülkiyyətində olan 2,43 ha torpaq sahəsindən tikililərin İddiaçı öz vəsaiti hesabına sökülərək çıxarılması, Cavabdeh6 42.000 Abş dolları məbləğində pulun tutularaq Cavabdeh3 ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24.01.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin olunmuş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-136/2016 saylı iş üzrə 28.04.2016-cı il tarixli, habelə 2(009)2601/2019 saylı iş üzrə 14.06.2016-cı il tarixli qətnamələri ləğv edilmiş və hər iki mülki iş bir icraatda birləş dirilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq ilkin iddia tələbləri qismən təmin olunmuş, X5 17.03.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, 02.02.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 57 kv.m. hissədə, Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan 19.03.2014-cü il tarixli AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, 02.02.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üs t-üstə düşən 54 kv.m. hissədə; Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 19.03.2014-cü il tarixli AN-İ ******* nömrəli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış, 02.02.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsi ilə üst-üstə düşən 3 kv.m. hissədə etibarsız hesab edilməsi, 02.02.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış tikililərin onun öz və saiti hesabına sökülərək adı çəkilən şəxsin oradan çıxarılması qət olunmuş, qarşılıqlı iddia tələbi rədd olunmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin 15.10.2018-ci il tarixli 2(102)- 6519/2018 saylı qərarı ilə iddiaçı Cavabdeh3 kassasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh İddiaçı kassasiya tam təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 24.01.2018-ci il tarixli qətnaməsinin İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində ləğv edilməsi və iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 04.02.2020-ci il tarixli 2(103)-128/2020 saylı qətnaməsi ilə Bakı şəhəri Səbail rayon Məhkəməs inin 2(009)-2601/2016 saylı iş üzrə 14.06.2016-cı il tarixli qətnaməsi “İddiaçı 243 kv.m. torpaq sahəsindən çıxarılması və həmin sahədə aparılmış tikililərin onun özünün vəsaiti hesabına sökülməsi hissəsində” ləğv edilməsi, həmin hissədə yeni qətnamə qəbul edilməsi, 02.02.2008-ci il tarixli MH seriyalı ******* nömrəli çıxarış əsasında Cavabdeh3 mülkiyyətinə verilmiş 0,03 ha torpaq sahəsinin İddiaçı tərəfindən zəbt edilmiş 243 kv.m. hissəsində İddiaçı tərəfindən aparılmış həyət tikilisi onun öz vəsaiti hesabına sökülələrk adı çəkilən şəxs oradan çıxarılması qərara alınmışdır. Qeyd edilən məhkəmə akı qanuni qüvvəsini almamışdır. Göründüyü kimi, onan 26 illik hasarının daxilində olan qanuni sahibliyində olan torpaq sahəsi qanunsuz hərəkətlər nəticəsində zəbt kimi qiymətləndirilməsinə səbəb olmuşdur. Halbuki, zəbt anlayışı özündə “sonradan gəlib yiyələnmə” mənasını versə də, faktiki olaraq onun heç kəsin torpaq sahəsini tutma halı mövcud deyildir. Ona bu məhkəmə çəkişməsi nəticəsində məlum oldu ki, torpaq sahəsinin koordinatları daşınmaz əmlakın dövlət reyestrində düzgün qeyd edilməməsi və qanunsuz alınmış sənədlər onun mülkiyyət hüququnu pozur, qeyd həqiqi hüquqi vəziyyəti əks etdirmədiyinə görə həmin qeydlərə də düzəliş edilməlidir. Buna görə də o, məhkəməyə müraciət etməli olmuşdur. Torpaq sahəsinin sərhədlərinin müəyyən edilməsi zamanı yerində yoxlanmaqla verilməməsi nəticəsində daşınmaz əmlakın dövlət reyestrində düzgün olmayan qeyd aparılmışdır. Həmin qeydlərə düzəlişin edilməsi zəruridir. Bundan başqa qeyd edilənlərə əsasən Cavabdeh1 adına verilmiş ilkin sənəd mövcud o lmadığından onunla “mövcud olmayan sənəd” əsasında Cavabdeh4 və Cavabdeh2 arasında bağlanmış müqavilələr etibarsız hesab edilməlidir. Onların “mövcud olmayan sənəd” əsasında plan və ölçüsünü aldıqları yerin koordinatlarını da səhv olaraq əslində ilkin olaraq ona məxsus olmuş, hada sonra Cavabdeh6 satdığı, sonuncunun da Cavabdeh3 satdığı 300 kv.m. torpaq sahəsinin koordinatlarının yerinə işlənmişdir. Nəticə etibarı ilə daşınmaz əmlakın dövlət reyestrindəki həmin qeydlər də düzgün aparılmamışdır.

23. İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı ona 1994-cü il tarixdə Səbail RİH tərəfindən ayrılmış ilkin cizgi sxemə uyğun torpaq sahəsində ev inşa etmişdir. Lakin ona ayrılmış 0,06 ha torpaq s ahəsinin şəhadətnaməsi ilkin cizgi plana uyğun tərtib edilməmişdir. Nəticədə hazırda istifadəsində olan 0,03 ha torpaq sahəsi İddiaçı ilkin torpaqayırma sənədinə uyğun olduğu halda, satdığı 0,03 ha torpaq sahəsinin koordinatları ilkin torpaq ayrıma sənədlərinə uyğun olmamışdır. Daha sonra satdığı 0,03 ha torpaq sahəsinin koordinatlarının uyğunsuzluğu Cavabdeh3 adına verilmiş 29.01.2008ci il tarixdə torpaq sahəsinin plan və ölçüsündə koordinatlarının səhvinə səbəb olmuşdur. Bu da təsdiq edir ki, həmin qeydin düzəlişinə zərurət vardır. Həmçinin mütəxəssis rəyi ilə məlum oldu ki, X adına verilmiş ilkin torpaq ayırma sənədlərində torpaq sahəsinin koordinatları qeyd edilməmişdir. 2013-cü ildə kadastr planını hazırlayan mütəxəssisin “koordinatları” necə müəyyən etməsi çox maraqlıdır. Çünki 400 v ə 415 nömrəli torpaq sahələrinin hər ikisinin ilkin torpaq ayırma sənədlərində “415” nömrəli torpaq sahəsinin yeri göstərilməmişdir. “400” nömrəli torpaq sahəsinin yeri sxemdə qeyd edilmişdir. Həmin torpaq sahəsinin qonşuluğunda 415 nömrəli torpaq sahəsinin qeyd edilməsi müəyyən olunmur. Bundan başqa Səbail RİH-nə verilmiş sorğuya cavab olaraq 28.09.2020-ci il tarixli 3/10-818 saylı məktubu ilə Cavabdeh1 adına torpaq sahəsinin ayrılmasına dair 30.12.1998-ci il tarixli 1975 saylı sərəncamın və sxemin Səbail RİH-nin arxivində aşkar edilmədiyi bildirilmişdir. Müəyyən olunur ki, həqiqətən də Cavabdeh1 adına hər hansı sərəncam verilməmiş, qeyri-qanuni sənəd əsasında torpaq sahəsi əldə etmişlər. Ən əsası İddiaçı ilkin sxem əsasında satdığı sahəsi hasarın içərisində olduğu halda yüklü yerə kadast r işlənmiş, torpaq sahəsinin plan və ölçüsü alınmışdır. İddiaçı hüquqlarının kobud şəkildə pozulması aşkardır. İşin faktoloji halları ilə təsdiq olunur ki, Cavabdeh1 adına verilmiş sənədlər qanunsuz verilmiş, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssisləri vəzifə səhlənkarlığına yol verərək torpaq sahəsinə plan və ölçü verərkən yerli baxış keçirməli olduğu halda yüklü yerə sənədlər vermiş, qeyri-dəqiq ölçmə işləri apararaq səhv koordinatlar müəyyən etmişlər. Sənədlər verilən zaman Google earth proqramı ilə baxanda da həmin yerlərin yüklü, hasara alınmış olduğu aydın görünür. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin yol verdiyi qanunsuzluq nəticəsində iddiaçının mülkiyyət hüququ pozulmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Badamdar q əsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən Cavabdeh3nn mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plancizgi sxeminə uyğunlaşdırılması, mövcud olmayan sərəncam əsasında qeydə alınmış Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanan 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17.04. 2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanan 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab olunmaqla bunun əsasında aparılmış düzgün olmayan qeydin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə qətnamə çıxarılmasını, X4 adına qanunsuz sənədsiz verilməsi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin mütəxəssislərinin vəzifə öhdəliklərini icrası zamanı yol verdikləri hərəkətlərində cinayət əlamətləri olduğundan cavabdehlər barəsində xüsusi qərardad çıxarılaraq prokur orluğa məlumat verilməsini xahiş etmişdir.

24. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-90/2021 nömrəli, 29.01.2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Bakı şəhəri, Badamdar qəsəbəsi ərazisində yerləşən Cavabdeh3nn mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-cizgi sxeminə uyğunlaşdırılması, Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı ******* saylı çıxarışın, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və bu müqa vilə əsasında Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqları dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarışın, Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin” və bu müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 03.04.2014cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarışın etibarsız hesab olunması və bunun əsasında aparılmış düzgün olmayan qeydlərin daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması qət edilmişdir.

25. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, 19.11.2 020-ci il tarixli ekspertiza rəyi ilə iddiaçıya müvafiq sərəncam əsasında torpaq sahəsi verilsə də və həmin torpaq sahəsi ilkin torpaq ayırma sxeminə (cizgisinə) əsasən iddiaçının istifadəsinə verilsə də, sonradan həmin torpaq sahəsinə dair tərtib edilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə düzgün hazırlanmamışdır. Nəticədə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsinə (0,03 ha) və alğı-satqı müqaviləsi əsasında Cavabdeh6, sonuncu tərəfindən isə Cavabdeh3 satılmış hissəsinə (0,03 ha) dair tərtib edilmşi şəhadətnamələr və daşınmaz əmlakın dövlət reyestrində aparılmış düzgün qeydiyyat olmamışdır. Bu qeydiyyatın düzgün aparılmaması səbəbindən Cavabdeh3 satılmış 0,03 ha torpaq sahəsinin yerləşmə yeri iddiaçı tərəfindən fatiki satılmayan və mülkiyyətində saxlanılmış torpaq sahəsinin yeri üzərində qeydiyyata alınmışdır. Yəni iddiaçının həm mülkiyyətində saxlanılmış və hazırda mülkiyyətində olan, həm onun tərəfindən satılmış sahənin yerləşmə yeri faktiki olaraq bir sahə üzrə qeydiyyata alınması müəyyən edilmişdir.

26. Məhkəmə tərəfindən həmçinin ekspert rəyi ilə müəyyən edilmişdir ki, X6 Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən yerini müəyyən etmək mümkün olmadığından həmin torpaq sahəsinin İddiaçı məxsus olmuş 0,06 ha torpaq sahəsinə nisbətdə harada yerləşməsini müəyyən etmək mümkün olmadı. “400” nömrəli torpaq sahəsinin yeri müəyyən olunub, həmin torpaq sahəsinin 0,03 hektarlıq hissəsindən hal-hazırda İddia çı daş hasara alaraq fərdi yaşayış evi tikərək istifadə edir, digər 0,03 hektarı isə boşdur. “415” nömrəli torpaq sahəsinin harada yerləşməsini isə müəyyən etmək mümkün olmadı.

27. Məhkəmə qeyd etmişdir ki, hazırki ekspert rəyindən müəyyən olunan hallar işin faktiki halları ilə də üst-üstə düşdüyü üçün, onun sübut növü kimi mötəbərliyinə hər hansı şübhə yoxdur. Belə ki, arxiv sənədlərində Cavabdeh1 X Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 30.12.1998-ci il tarixli 1975 saylı sərəncamı “415” nömrəli 0,06 ha torpaq sahəsinin ayrılması təsdiq olunsa da, sərəncamların qeydiyyatı kitabında torpaq sahəsinin X3 adlı şəxsə ayrılması kimi qeyd edilmişdir. Yəni arxiv idarəsinin sorğuya verilmiş cavabda da göstərilir ki, Cavabdeh1 adına verilmiş sərəncamın həqiqiliyinə şübhə vardır. Digə r tərəfdən torpaq ayırma sərəncamlarında qeyd olunur ki, ayrılan torpaq sahəsində 2 il ərzində ev tikilməlidir. Əks halda həmin torpaq sahəsi geri alınacaqdır. Cavabdeh1 sərəncam əsasında torpaq sahəsi 1998-ci ildə ayrılsa da, həmin torpaq sahəsində 2014-cü ilədək hər hansı tikinti işləri aparmamış, kadastr planı isə 2013-cü ildə tərtib edilmişdir. Ümumiyyətlə Cavabdeh1 sərəncam ona verilən vaxtdan 2013-cü ilədək (15 il ərzində ) torpağı faktiki istifadə İddiaçılə və Cavabdeh3 ilə torpağa dair hər hansı mübahisəsinin olması müəyyən edilməmişdir. Yəni Cavabdeh1 sərəncam ona verilən və torpağın ayrılmasına dair sxem (cizgi) tərtib edilən vaxtı mübahisəli torpaq sahəsində olsa idi, həmin mübahisə məhz o vaxtı yaranmış olardı. Bu isə onu göstərir ki, torpaq sahəsinin ayrılması sxeminə əsasən C avabdeh1 torpaq sahəsi yerində ayrılsa da, həmin torpaq sahəsi hazırda mübahisələndirilən ərazidə yerləşməmişdir. Çünki Cavabdeh1 ayrılan torpaq sahəsi həmin ərazidə yerləşsə idi, tərəflər arasında mübahisə məhz o vaxtı yaranardı. Bu fakt isə (ekspertin müəyyən etdiyi hal) – “Cavabdeh1 X Səbail rayon İcra Hakimiyyəti Başçısının 30.12.1998-ci il tarixli 1975 saylı sərəncamı ilə ayrılmış “415” nömrəli 0,06 ha torpaq sahəsinin ilkin torpaq ayırma sxeminə əsasən harada yerləşməsinin müəyyən olunmadığını” bir daha düzgün müəyyən olunmasını təsdiq edir.

28. Məhkəmə qeyd etmişdir ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli və qiymətləndirilməl idir.

29. Beləliklə məhkəmə hesab etmişdir ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatları düzgün qeydə alınmadığından, bu hal isə həm mülkiyyətçi İddiaçı, sonradan isə mülkiyyətçi Cavabdeh3 torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının pozulması ilə nəticələndiyindən, iddiaçının birinci tələbi – onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin, onun tərəfindən satılmış və hazırda Cavabdeh3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsinin koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail rayon İcra Hakimiyyətinin 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plan-gizci sxemə ayğunlaşdırılması hissəsində tam əsaslıdır və təmin edilməlidir.

30. Məhkəmə mövcud olmayan sərəncam əsasında Cavabdeh1 qeydə alın mış hüquqlarına dair çıxarışın və onun əsasında bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və onlar əsasında verilmiş çıxarışların ləğv edilməsi hissəsində iddia tələblərinə hüquqi qiymət verərək hesab etmişdir ki, həmin tələblər də əsaslıdır.

31. Məhkəmə ilk növbədə qeyd etmişdir ki, Cavabdeh1 adına torpaq sahəsinin ayrılması ilə bağlı verilmiş sərəncamın mövcud olmaması ilə bağlı iddiaçının dəlilləri hazırki mübahisənin predmeti deyil və həmin sərəncamın mövcud olub-olmaması ilə bağlı tələbə hazırki iş üzrə məhkəmə hər hansı hüquqi qiymət verilməsində səlahiyyətli deyil. Yəni Cavabdeh1 adına verilmiş sərəncamın etibarsız hesab edilməsi ilə bağlı hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadığı üçün, onun adına verilmiş çıxarış bu əsasa görə ləğv edilə bilməz.

32. Lakin məhkəmə iclasında müəyyən edilmişdir ki, Cavabdeh1 adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları, İddiaçı tərəfindən Cavabdeh3 satılmış 0,03 ha torpaq sahəsinin koordinatları ilə üst-üstə düşür. Yəni İddiaçı tərəfindən satılmış 0,03 ha (hazırda Cavabdeh3 mülkiyyətində olan) torpaq sahəsinin koordinatları səhv və düzgün olmayan yerə qeydiyyata alındığı üçün, Cavabdeh1 sərəncam əsasında ayrılmış torpaq sahəsinin 0,03 ha hissəsi məhz həmin mübahisəli yer (İddiaçı mülkiyyətində olan və onun tərəfindən satılmış) üzrə qeydiyyata alınmışdır. Ekspert rəyi ilə Cavabdeh1 sərəncam əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin yerini müəyyən etmək mümkün olmamışdır, Cavabdeh1 adına mübahisəli 0,03 ha torpaq sahəsi üzərində qeydə alınmış mülkiyyət hüquqları əsas lı hesab edilə bilməz. Yəni faktiki olaraq Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınmış 0,03 ha torpaq sahəsi Cavabdeh3 satılmış torpaq sahəsinin yeridir. Belə olan halda bir torpaq sahəsi üzərində iki şəxsin mülkiyyət hüquqlarının qeydiyyata alınması ziddiyət təşkil etdiyi üçün, düzgün olmayan qeydiyyat ləğv edilməlidir. Məhkəmə iclasında Cavabdeh1 ayrılmış torpaq sahəsinin yerini ekspert rəyinə əsasən müəyyən etmək mümkün olmadığı üçün, onun hazırki qeydiyyatı əsassız hesab edilməli və ləğv edilməlidir. Həmin qeydiyyatın ləğv edilməsi həm də ondan irəli gəlir ki, iddiaçının birinci iddia tələbi təmin olunaraq ona Səbail rayon İcra Hakimiyətinin sərəncamı və plan-cizgi sxeminə uyğun olaraq ayrılmış torpaq sahəsinin koordinatları uyğunlaşdırıldıqdan sonra Cavabdeh 3 satılmış torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh1 adına qeydiyyata alınmış torpaq sahəsinin koordinatları ilə üstüstə düşəcək. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh1 müvafiq sərəncam əsasında ayrılmış 0,03 ha torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqları əsassız hesab edilməli və onun adına verilmiş RX0353430 seriyalı çıxarış ləğv edilməlidir.

33. Məhkəmə onu da qeyd etməyi zəruri hesab etmişdir ki, bu qeydin ləğv edilməsi Cavabdeh1 Səbail rayon İcra Hakimiyyətinin 30.12.1998-ci il tarixli sərəncamı əsasında ayrılmış torpaq sahəsinin yeri müəyyən edildikdən sonra həmin torpaq sahəsi üzərində hüquqlarının qeydiyyata alınması üçün mane deyil və hər hansı hüquqlarının məhdudlaşdırmasına səbəb ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, Cavabdeh1 torpaq sahəsi üzərində olan qey diyyatı əsassız hesab edilərək ləğv edildiyi üçün, bununla da onun mübahisəli torpaq sahəsinə dair sərəncam vermək hüququ olmadığı üçün, həmin torpaq sahəsinin 0,02 ha və 0,01 ha hissələrinin müvafiq olaraq alğı-satqısına dair cavabdehlər Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış müqavilələr də etibarlı əqd hesab edilə bilməz.

34. Məhkəmə hesab etmişdir ki, cavabdehlər Cavabdeh1 ilə Cavabdeh2 və Cavabdeh4 arasında bağlanmış 19.03.2014-cü il tarixli alğı-satqı müqavilələrinin başqa şəxsin mülkiyyətində olan torpaq sahəsinə dair bağlandığı üçün, həmin müqavilələr bağlandığı andan etibarsız hesab edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, həmin alğı-satqı müqavilələri etibarsız hesab olunduqları üçün, onların əsasında Cavabdeh4 və Cavabdeh2 adlarına verilmiş çıxarışlar və daşınmaz əmlakın d övlət reyetsrində aparılmış qeydlər ləğv də edilməlidir.

35. Məhkəmə xüsusi qərardad çıxarılması ilə bağlı iddiaçının tələbi üzrə aşağıdakıları qeyd etmişdir.

36. Xüsusi qərardad çıxarılması Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsinə əsasən iddia ərizəsində tələb kimi deyil, vəsatət-xahiş kimi göstərilə bilər.

37. Azərbaycan Respublikası CPM-nin 204.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən fiziki şəxslərin məlumatları yazılı və ya şifahi şəkildə ola bilər.

38. Eyni Məcəllənin 205.1-ci maddəsinə əsasən törədilmiş və ya hazırlanan cinayət haqqında cinayət işinin başlanması üçün səbəb hesab edilən hüquqi şəxsin (vəzifəli şəxsin) məlumatları məktub, yaxud təsdiq edilmiş teleqram, telefonoqram, radioqram, teleks v ə ya digər qəbul edilmiş müraciət formasında olmalıdır.

39. Xüsusi qərardad öz hüquqi mahiyyətinə görə cinayət təqibini həyata keçirən orqana müraciət formasıdır və istər xüsusi qərardad müraciətinin, istər fiziki şəxsin müraciətinin nəticəsi kimi bu müraciətlərə AR CPM-nin 207-ci maddəsi qaydasında baxılaraq müvafiq qərar qəbul edilir.

40. Məhkəmə qeyd etmişdir ki, xüsusi qərardad çıxarılmasından imtina olunması iddiaçının müstəqil şəkildə cinayət təqibini həyata keçirən orqana AR CPM-nin 204-cü maddəsinə əsasən müraciət etməsi hüququnu istisna etmir.

41. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.3, 139.4, 149.2, 337-ci, Mülki Prossesual Məcəllənin 88, 101.3, 103.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat

42. Qətnamədən cavabdehlər Cavabdeh4 və Cavabdeh2 apellyasiya şikayətləri vermişlər.

43. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 29 yanvar 2021-ci il tarixli qətnaməsinin qismən, yəni “Badamdar qəsəbəsi ərazisində yerləşən və İddiaçı mülkiyyətində olan 0,03 ha torpaq sahəsi, Badamdar qəsəbəsi ərazisində yerləşən və Cavabdeh3 mülkiyyətində olan 0,03 ha torpaq sahəsi koordinatlarının ilkin torpaq ayırma sənədi olan Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamına və ona əlavə edilmiş “Plan-cizgi sxeminə” uyğunlaşdırılması barədə” tələbin təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir.

44. Həmin qərardadla İddiaçı izah edilmişdir ki, o, eyni iddia ilə Bakı İnzibati Məhkəməsinə müraciət edə bilər

45. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – M.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Məhərrəmova və V.İbayev) hər iki apellyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 29 yanvar 2021-ci il tarixli qətnamə apellyasiya baxışında qalmış hissədə, yəni “Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış, onun əsasında Cavabdeh1 və Cavabdeh4 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh4 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 17.04.2014-cü il tarixdə verilmiş **********35 reyestr nömrəli çıxarış; Cavabdeh1 və Cavabdeh2 arasında bağlanılmış 19.03.2014-cü il tarixli “Daşınmaz əmlakın alğı-satqı müqaviləsi” və bu müqavilə əsasında Cavabdeh2 adına Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən “dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən” 03.04.2014-cü il tarixdə verilmiş **********81 reyestr nömrəli çıxarış etibarsız hesab edilməsi və bunun əsasında aparılmış düzgün olmayan qeydlər daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması barədə tələblərin təmin edilməsi hissəsində” ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək həmin tələblər təmin edilməmi şdir.

46. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddia tələblərinin apellyasiya baxışında qalan hissəsinə hazırkı məhkəmə baxışı zamanı qiymət verilməsi mümkün deyil. Çünki məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, apellyasiya baxışında qalan mübahisə iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən torpağın yerləşməsinə dair koordinatların düzgün qeydə alınmaması səbəbindən yaranmışdır.

47. Belə ki, ekspert rəyi ilə müəyyən olunur ki, iddiaçıya ayrılmış torpaq sahəsinə dair şəhadətnamə hazırlanarkən, torpağın yerləşməsinə dair koordinatlar Səbail rayon İcra Hakimiyyətinin 12.12.1994-cü il tarixli 4147 saylı sərəncamına və ona əlavə edilmiş plancizgi sxemə uyğun qeydə alınmamışdır. Bu səbəbdən də əvvəl Cavabdeh6, daha sonra Cavabdeh3 faktiki satılmış və hazırda onun mülkiyyətində olan 0,03 ha torpaq sahəsinə dair şəhadətnamələr və dövlət reyestrində aparılmış qeydiyyat düzgün olmamışdır. Cavabdeh3 adına dövlət reyestrində qeydiyyata alınmış ərazi iddiaçının faktiki satmadığı və hazırda da iddiaçının mülkiyyətində olan sahədir. Cavabdeh3 faktiki aldığı və onun hazırda mülkiyyətində olan 0,03 ha torpaq sahəsi isə Cavabdeh1 adına verilmiş çıxarışda göstərilən torpaq sahəsinin yerləşmə koordinatları ilə üst-üstə düşür. Belə ki, Cavabdeh1 sərəncam əsasında ayrılmış 415 nömrəli torpaq sahəsinin faktiki yerini müəyyən etmək mümkün olmamışdır.

48. İddiaçı, Cavabdeh1 adına 17.03.2014-cü il tarixdə verilmiş RX seriyalı, ******* saylı “Reyestrdən çıxarışın” etibarsız hesab edilməsi barədə tələbinin əsası kimi on a istinad etmişdir ki, mübahisəli sahə Səbail RİH başçısının 12.12.1994-cü il tarixli, 4147 saylı sərəncamına əsasən iddiaçıya ayrılmışdır, lakin sonradan həmin sahənin ona məxsus olmasına baxmayaraq, həmin sahə Cavabdeh1 adına ayrılmışdır.

49. İşə baxmış Rayon Məhkəməsi Cavabdeh1 adına verilmiş çıxarışın və sonradan onun tərəfindən digər cavabdehlərə həmin torpaq sahəsinin satılmasına dair alqı-satqı müqavilələrinin və çıxarışların etibarsız hesab edilməsi ilə bağlı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının birinci iddia tələbi əsaslıdır və həmin tələb təmin olunaraq ona Səbail RİH-nin sərəncamı və plan-cizgi sxeminə uyğun olaraq ayrılmış torpaq sahəsinin koordinatları uyğunlaşdırıldıqdan sonra Cavabdeh3 satılmış torpaq sahəsinin 0,03 ha hissəsi Cavabdeh1 adına qeydiyyata al ınmış torpaq sahəsinin koordinatları ilə üstüstə düşəcək. Bu səbəbdən də Cavabdeh1 müvafiq sərəncam əsasında ayrılmış 0,03 ha torpaq sahəsi üzərində qeydiyyata alınmış hüquqları əsassızdır.

50. Göstərilənlərə əsasən məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 mübahisəli torpaq sahəsinə qeydiyyata əsaslanan hüquqların daşıyıcı olub-olmaması məsələsi icraatına xitam verilmiş hissədən asılı olduğu və həmin məsələlərə dair müvafiq məhkəmə (inzibati) qərarı olmadığı üçün apellyasiya baxışında qalan hissədə iddia tələbləri təmin oluna bilməz.

51. Eyni zamanda məhkəmə iddiaçıya izah etmişdir ki, gələcəkdə müvafiq məhkəmə (inzibati) qərarı mövcud olduğu təqdirdə hazırki qətnamə həmin tələblərlə bağlı yenidən məhkəmədə mülki qaydada iddia qaldırmağa mane olmur.

52. Qeyd olunanlara əsasən məhkəmə hesab etmi şdir ki, Rayon Məhkəməsi iddianı apellyasiya baxışında qalan hissədə də təmin etməklə iş üzrə səhv və işin hallarına uyğun olmayan nəticəyə gəlmişdir Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

53. İddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

54. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və posessual hüquq normalarının tələblərini pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

55. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil o lmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

56. İddiaçı və vəkili izahat verərək kassasiya şikayətinin təmin edilməsini, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdilər.

57. Cavabdeh3 nümayəndəsi məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir.

58. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər tərəflər hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki işə tətbiq edilən hüquq Mülki Prossesual Məcəllə

59. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)

60. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)

61. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)

62. İş məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. ( maddə 261.0.1)

63. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)

64. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)

65. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi

66. Məhkəmə kollegiyası izahatları dinləyib, kasasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçının kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

67. Belə ki, Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbi daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatla bağlı münasibətlərdən irəli gəlir. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hü quqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir.

68. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır.

69. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orq ana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər.

70. İş materiallarından göründüyü kimi hazırkı iş üzrə mübahisələndirilən Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarış mülki-hüquqi əqdlərin əsasında deyil, ilkin qeydiyyat sənədləri əsasında verilmişdir və ona görə də Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsi tələbinə inzibati məhkəmədə baxılmalıdır.

71. Qətnamənin qalan hissələrinə münasibətdə məhk əmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissələrdə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

72. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin qalan hissələrdə ləğvi üçün qanuni əsas ola bilməz.

73. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır.

74. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 261.0.1, 416, 417 və 419cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3976/2021 nömrəli iş üzrə 18 iyun 2021-ci il tarixli qətnaməsi Cavabdeh1 17.03.2014-cü il tarixdə verilən RX seriyalı, ******* saylı çıxarışın etibarsız hesab edilməsinin rədd edilməsi hissəsində ləğv edilsin. Hə min hissədə iş üzrə icraata xitam verilsin. Qətnamə qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar