Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-399/2025 11.04.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı və iddiaçı Cavabdeh2 cavabdeh Bəkirova Elnarə Kamran qızına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyət hüququnun müdafiəsi, mənzilin boşaldılıb təhvil verilməsi) Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair və iddiaçı Cavabdeh2 cavabdeh Bəkirova Elnarə Kamran qızına qarşı “alğı- satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-335/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı prosessual hüquqi varisi Bəkirova Elnarə Kamran qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi İşin halları 1.Bakı şəhəri 53 saylı notariat kontorunda xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş ANİ seriyalı ******* saylı alğı-satqı müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus olan Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilini 85000 manata İddiaçı satmış (müqaviləni satıcı Cavabdeh1 (iddiaçı Cavabdeh2 oğlu ) etibarnamə əsasında imza etmişdir) və Azərbaycan Respublikası ƏMDK-nın yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2017-ci il tarixli RX seriyalı ******* saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən qeyd olunan mənzil xüsusi mülkiyyət kimi İddiaçı adına 818 saylı reyestr kitabının 76221 saylı səhifəsində qeydiyyata alınmışdır. 2.İddiaçı Cavabdeh2 bu alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması)” barədə müvafiq iddia tələbi ilə 2019cu ildə Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və iş üzrə iddiaya baxılarkən cavabdeh-İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mərhum əri artıq vəfat etmişdir) qarşı qarşılıqlı iddia qaldırılaraq “Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüququnun olmayan hesab edilməsi, həmin mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilən işə Nərimanov Rayon Məhkəməsində baxılarkən hər iki tərəf ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizələrinin və ona əlavə edilimiş sənədlərin geri qaytarılmasını xahiş etmiş, nəticədə Nərimanov Rayon Məhkəməsinin 2(005)-323/2020 saylı, xx.xx.2020ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. 3.Cavabdehlər hal-hazıra kimi mübahisəli mənzildə qeydiyyatda olmaqla yaşayırlar. 4.12.04.2023-cü il tarixdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 343846 nömrəli ölüm haqqında şəhadətnaməyə əsasən İddiaçı xx.xx.2023-cü il tarixdə vəfat etmişdir. 5.İddiaçı vəfatı ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2023 saylı iş üzrə Bəkirova Elnarə Kamran qızı atası mərhum İddiaçı prosessual hüquq varisi hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) 1-ci iş üzrə birinci instansiya məhkəməsində icraat 6.İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boş aldılması və onun faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 7.İddia ərizəsi onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 14 saylı mənzili xx.xx.2017-ci il tarixdə bağlanmış AN-İ seriylı ******* nömrəli alğı-satqı müqaviləsinə əsasən satıcı Cavabdeh2 onun nümayəndəsi Cavabdeh1 ilə 53 saylı notariat kontorunda rəsmiləşdirərək almışdır. Həmin mənzilin hal-hazırda mülkiyyətçisidir. Həmin əmlakın satılması zamanı qanunla müəyyən edilmiş qaydada qeydiyyatda olan şəxslərin də razılıq ərizələri notarius tərəfindən alınmış və qanuni şəkildə alğı-satqı müqaviləsi bağlanmışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ******* nömrəli çıxarış verilmişdir. Buna baxmayaraq, cavabdehlər tərəfindən ötən müddət ərzində mənzil üzərində sərancam vermək hü quqları pozulmuş, həmin hüquqları tam həyata keçirə bilməmişdir. Belə ki, cavabdehlər alğı-satqı müqaviləsi bağlandıqdan sonra yuxarıda göstərilən ünvandakı mənzildə bir müddət qalmalarına icazə istəsələr də, hələ ki mənzil ala bilməmələri və müxtəlif bəhanələrlə uzun müddət mənzildə yaşasalar da, hazırda da mənzili boşaldaraq ona təhvil vermək niyyətində deyillər. Eyni zamanda formal olaraq orada qeydiyyatda qalmışlar. Müqavilənin şərtlərinə əsasən isə satıcı Cavabdeh2 mənzili xx.xx.2017-ci il tarixədək faktiki sahibliyinə verməyi və qeydiyyatdan çıxmağı öz öhdəsinə götürmüşdür. Hesab edir ki, cavabdehlər faktiki olaraq müqavilə bağlanan andan mənzildən istifadə etmək hüququnu itirmişlər. 8.Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli e-2(006) 4414/2022 nömrəli qərar dadına əsasən iş üzrə icraata «yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi» tələbinə dair hissədə xitam verilmişdir. 9.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e-2(006)4414/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı təhvil (faktiki sahibliyinə) verilməsi qət edilmişdir (hakim: Səməd Cəfərov).
10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər alğı-satqı müqaviləsinə əsasən iddiaçıya satılmış, hazırda iddiaçının mülkiyyətində olan mənzili boşaldaraq iddiaçıya təhvil verməməklə, iddiaçının qanunla qorunan mülkiyyət hüququnu məhdudlaşdırırlar. Bu səbəbdən, iddia əsaslı olduğundan təmin edilməlidir.
11. Gəldiyi qənaətin hüquqi əsaslandırması zamanı məhkəmə, Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə, Mülki Məcəlləsinin 152.5, 157.4, 178.1-ci; Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir. b) 2-ci iş üzrə birinci instansiya məhkəməsində icraat
12. İddiaçı Cavabdeh2 cavabdeh Bəkirova Elnarə Kamran qızına qarşı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) Bəkirova Elnarə Kamran qızının mərhum atası İddiaçı arası nda xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə 1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alğı-satqı müqaviləsinin (Nərimanov RM-də 2(005)-4747/2019 saylı mülki iş 1-ci cild-19-cu səh) ləğv edilməsi, həmin alğı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddia tələbi onunla ə saslandırılmışdır ki, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzili onun mülkiyyətində olmuşdur. Həmin mənzil paytaxtın “Torqovı” adlanan ərazisində yerləşən yeni tikilidir (novostroyka), ailənin yeganə yaşayış yeridir və yaşayış sahəsi 160.33 kv.m təşkil edən həmin mənzilin real dəyəri ən azı 350000 ABŞ dolları təşkil edir. 2019-cu ilin payız aylarında İddiaçı Röya adlı şəxslə onların evinə gələrək, həmin mənzili 2017-ci ildə oğlu Cavabdeh1 aldığını bildirmiş, oğlu Cavabdeh1 “yüklədiklərini”, ya ona faizə verdikləri 50000 ABŞ dollarını faizi ilə birlikdə qaytarmağı, ya da mənzili tərk etməyi tələb etmiş, əks halda, qoluzorlular gətirib, onları döyərək evdən çıxaracaqlarını bildirmişlər. Bundan sonra onları mütəmadi olaraq təqib və təhq ir etmişlər. Onlar bu halı bilən kimi, məsələni aydınlaşdırmaq üçün dərhal o vaxt Bakı istintaq təcridxanasında saxlanılan oğlu Cavabdeh1la əlaqə saxlamışlar. Oğlu Cavabdeh1 isə onlara bildirmişdir ki, həqiqətən cavabdeh İddiaçı Röya adlı şəxsin təklifi ilə ona faizə 50000 ABŞ dolları pul vermiş, oğlu 2019-cu ilin aprel ayında tutulana qədər onlara 50000 ABŞ dollarından artıq pul qaytarmış, onlar isə həmin pulları faizə çıxmış, oğlu tutulandan sonra artıq pul qaytara bilməmiş, hazırda onlar həmin məbləği öz hesabları ilə daha da artırmışlar. Oğlunun tutulmasından sui-istifadə edərək, onları müxtəlif vasitələrlə hədələyir və təzyiq göstərmişlər. Məhz həmin alğı-satqının əsl mahiyyəti ilə tanış olduqdan sonra məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh İddiaçı Röya adlı şəxslə əl bir olaraq oğlu Cavabdeh1 faizə 50000 ABŞ dolları pul vermiş, əslində həmin faizə verilmiş pulun müqabilində mənzilin yüklü edilməsini istəmiş, bununla da kifayətlənməyərək, 2017-ci ildə mənzilin real dəyərindən dəfələrlə ucuz qiymətə 50000 ABŞ dollarına (85000 manata) formal alğı-satqısına nail olmuş, onlar oğlundan iki il ərzində 50000 ABŞ dollarından artıq pul almış, həmin pulları faizə çıxmış, oğlu tutulandan sonra artıq pul ala bilmədiklərini görüb, həmin məbləği öz hesabları ilə daha da artırmış və oğlunun tutulmasından sui-istifadə edərək, onları ahıl yaşında müxtəlif vasitələrlə hədələyərək təzyiq göstərmişlər. Ailəlikcə qeydiyyatda olduqları həmin mənzildə yaşayır və mənzilin satılmasına razılıq verməmişlər, bu barədə məlumatları olmamışdır. Əgər tərəflər arasında real alğı-satqı olsa idi, o halda cavabdeh ötən illər ərzində mənzili boşaltmağı tələb edərdi. Mənzil paytaxtın “Torqovı” adlanan ərazisində yerləşən yeni tikilidır (novostroyka), ailənin yeganə yaşayış yeridir və yaşayış sahəsi 160.33 kv.m təşkil edən mənzilin real dəyəri ən azı 350000 ABŞ dolları təşkil edir, yəni formal alğı-satqı edilmiş məbləğdən ən azı 7 dəfə çoxdur. Həmin halı bilən kimi, dərhal vəkil vasitəsilə alqısatqı müqaviləsinin nüsxəsi əldə edilərək, “alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi” barədə iddia tələbi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edilmiş, Nəsimi Rayon Məhkəməsinin 2(006)-6281/2019 saylı xx.xx.2019-cu il tarixli qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, həmin qərardad onunla əsaslandırılmışdır ki, iddia cavabdehin qeydiyyatda old uğu yer üzrə Nərimanov Rayon Məhkəməsinə verilməlidir. Bundan sonra tərəfindən “İddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alqısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinin şərtlərinə əsasən cavabdeh İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması)” barədə müvafiq iddia tələbi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 2(005)-4747/2019 saylı iş üzrə iddiaya baxılarkən cavabdeh-İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 (mər hum əri artıq vəfat etmişdir) qarşı qarşılıqlı iddia qaldıraraq “Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən istifadə hüququnun olmayan hesab edilməsi, həmin mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər istifadə hüquqlarının itirilmiş hesab edilməsi, mənzilin boşaldılması və cavabdeh-İddiaçı faktiki sahibliyinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Həmin işə Nərimanov Rayon Məhkəməsində baxılarkən tərəflər mübahisəni məhkəmədənkənar həll etmək barədə razılığa gəlmiş, iddia və qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə xx.xx.2020-ci il tarixli ərizə vermiş, nəticədə Nərimanov Rayon Məhkəməsi nin 2(005)323/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə ilkin və qarşılıqlı iddia baxılmamış saxlanılmışdır. Bundan bir müddət sonra, yəni 2020-ci ilin ortalarında oğlu Cavabdeh1 azadlığa buraxılmış, İddiaçı ilə yenidən yaxşı münasibətləri yaranmış və onlar işgüzar əlaqələr qurmuşlar. Artıq İddiaçı bildirmişdir ki, onun həmin mənzilə dair heç bir iddiası yoxdur. Bu il, yəni xx.xx.2023-cü il tarixdə İddiaçı faciəvi surətdə öldürülməsi barədə mətbuatda məlumat yayılmışdır. Olan məlumata görə cinayət işinin istintaqı davam edir. xx.xx.2023-cü il tarixdə İddiaçı faciəvi surətdə vəfatından sonra oğlu Cavabdeh1 mərhumun yas mərasiminə gedərək ailə üzvlərinə, o cümlədən qızı Elnarə Bəkirovaya başsağlığı vermiş, mərhum atasına 30000 ABŞ dolları faiz borcu qaldığını və həmin borcu qaytara cağını bildirmişdir. xx.xx.2023-cü il tarixdə Cavabdeh1 istifadəsində olan +**********07 və +**********77 mobil telefon nömrələrinə Nəsimi rayon İcra şöbəsinin elektron icra bildirişi daxil olmuş, dərhal sonra, yəni ertəsi gün icra şöbəsində getmiş, orada ona bildirilmişdir ki, barələrində Nəsimi Rayon Məhkəməsinin icraatında olan e2(006) 4414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədi var və icra vərəqəsi ona təqdim edilmişdir. Həmin vaxt məlum olmuşdur ki, Nəsimi Rayon Məhkəməsinin icraatında olan e-2(006)-4414/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilindən cıxarılması qət edilmişdir. Müəy yən olunmuşdur ki, birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında (prosesində) iştirakı təmin edilməmiş, onların ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə nə poçt vasitəsilə, nə də elektron qaydada heç bir məhkəmə bildirişi daxil olmamış, həmçinin məhkəmə qətnaməsi də nə poçt vasitəsilə, nə də elektron qaydada ünvana daxil olmamış, həmin qətnamənin mövcudluğu barədə cavabdehlərin ilkin məlumatı xx.xx.2023-cü il tarixdə cavabdehlərin istifadəsində olan mobil telefon nömrələrinə Nəsimi rayon İcra şöbəsinin elektron icra bildirişi daxil olduqdan sonra məlumatı olmuş, xx.xx.2023-cü il tarixli etibarnaməyə əsasən onların nümayəndəsi və vəkili qismində elə həmin gün, yəni xx.xx.2023-cü il tarixdə iş materialları, o cümlədən qətnamənin Elektron kabinetə yerləşdirilməsinin təmin edilməsi üçün məhkəməyə müraciət edilmiş, xx.xx.2023-cü il tarixdə iş materialları, o cümlədən qətnamə Elektron kabinetə yerləşdirilmişdir. Mərhum İddiaçı hələ 3 il bundan əvvəl həmin mənzilə dair heç bir iddiasının olmamasını bildirməsinə baxmayaraq, oğlu Cavabdeh1 ilə yaxşı münasibətləri olması barədə görüntü yaratmaqla, onun yenidən etibarını qazanmış, nəticədə oğlu Cavabdeh1 ilə guya işgüzar münasibətləri davam etdirmək görüntüsü ilə paralel olaraq 3 il sonra yenidən iddia qaldırmış, həmin iddianı qaldırması barədə nə oğlu Cavabdeh1, nə də ona məlumat verməmiş, hətta həmin iddia üzrə məhkəmə bildirişlərinin onların ünvana nə poçt vasitəsilə, nə də elektron qaydada göndərilməməsinə nail olmuş, bu da azmış kimi, Nəsimi Rayon Məhkəməsinin e-2(006)-4414/2022 saylı icra vərəqəsində qətnamənin xx.xx.2023cü il tarixdə qüvvəyə minməsinə və icra sənədinin verildiyi vaxt xx.xx.2023-cü il göstərilməsinə baxmayaraq, “Sənədin elektron imzalanma tarixi xx.xx.2023-cü il” göstərilmiş, yəni icra sənədinin göndərilməsinə də öldürüldüyü günə qədər, yəni xx.xx.2023-cü il tarixədək (3 ay müddətində) faktiki olaraq nail olmuş, yalnız onun faciəvi surətdə dünyasını dəyişməsindən 1 ay sonra (ümumlikdə 4 ay sonra) icra sənədinin imzalanması və göndərilməsi müəyyən edilmişdir. Həmin qətnamədən cavabdehlər tərəfindən xx.xx.2023-cü il tarixdə Elektron kabinet vasitəsilə apellyasiya şikayəti verilmiş, iş hazırda Bakı Apellyasiya Məhkəməsinin MK-nın icraatındadır. Həmin şikayətə apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi (vəkili) tərəfindən məhkəməyə təqdim edilmiş Ba kı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-5877/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə müəyyən olundu ki, həmin qərardadla Nərimanov Rayon Məhkəməsinin 2(005)-323/2020 saylı, xx.xx.2020-ci il tarixli iddianın baxılmamış saxlanılması barədə qərardadından 2 il 5 ay sonra İddiaçı nümayəndəsi tərəfindən verilmiş şikayəti təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılmış, bundan sonra isə yenidən müvafiq iddia qaldırılmışdır. Həmçinin həmin işə apellyasiya baxışı zamanı İddiaçı qızı Bəkirova Elnarə Kamran qızının nümayəndəsi (vəkili) tərəfindən AR ƏN 1 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 1112 saylı, xx.xx.2023-cü il tarixli məktub (arayış) məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əsasən xx.xx.2023cü il tarixdə ölmüş İddiaçı vərəsələrinin onun miras əmlakından qızı Bəkirova Elnarə Kamran qızının xeyrinə imtina etməsi müəyyən olunmuşdur. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2 (103)- 4962/2023 saylı iş üzrə müvafiq qərarı ilə Bəkirova Elnarə Kamran qızı MPM-in 58-ci maddəsinə əsasən atası- mərhum İddiaçı hüquq varisi hesab edilmişdir. Odur ki, müvafiq iddia həmin şəxsə qarşı qaldırılır.
14. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı MPM-in 53-cü maddəsinə əsasən ərizənin dəyişdirilməsi barədə ərizə ilə müraciət edərək iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) Bəkirova Elnarə Kamran qızının mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliy ev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alğısatqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin alğı-satqı müqaviləsinin şərtlərinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi (çıxarılması) barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
15. Eyni zamanda cavabdeh Bəkirova Elnarə Kamran qızının nümayəndəsi və vəkili Vəkil3 iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsi iddia müddəti ötürülməklə verildiyindən iddia müddəti tətbiq etməklə iddia ərizəsinin rədd e dilməsinə (iddiadan imtina edərək icraata xitam verilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir (Nərimanov RM-də 2(005)-411/2024 saylı mülki iş; 1-ci cild, 150ci səhifə).
16. Ərizə onunla əsaslandırılmışdır ki, iş üzrə iddiaçı Cavabdeh2 cavabdeh Bəkirova Elnarə Kamran qızına qarşı müqavilənin etibarsızlığına dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. İş üzrə sənədlərdən də məlumdur ki, iddiaçı Cavabdeh2 Bakı şəhəri, Nəsimi Rayonu, Əlövsət Quliyev 342-ci məhəllə, ev 98, 14 saylı mənzilini xx.xx.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən İddiaçı satmışdır. İş üzrə alğı-satqı müqaviləsindəki sənədlərdən o da görünür ki, mənzildə qeydiyyatda olan digər şəxslər də mənzilin satılmasına öz razılığını vermişdir (N ərimanov RM-də 2(005)-4747/2019 saylı mülki iş; 1-ci cild, 119 və 120-ci səhifələr həmçinin Nərimanov RM-də 2(005)-411/2024 saylı mülki iş; 1-ci cild, 197 və 198-ci səhifələr). Təqdim edilən sənədlərdən o da görünür ki, iddiaçı Cavabdeh2 xx.xx.2019-cu il tarixdə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək xahiş etmişdir ki, “İddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış AN-10653695 saylı 4-1364 N ilə reyestrda qeyd edilmiş, Bakı şəhəri, Nəsimi Rayonu, Əlövsət Quliyev 342-ci məhəllə, ev 98, 14 saylı mənzilinə dair alqı-satqı müqaviləsini etibarsız hesab edəsiniz” və sair. Cavabdeh2 qeyd edilən iddia ərizəsi xx.xx.2019-cu il tarixdə 2(005)-4747/19 nömrə ilə icraata götürülmüşdür. Daha sonra həmin i ş iddiaçı Cavabdeh2 (nümayəndəsinin xx.xx.2020-ci il tarixli) vəsatəti əsasında 2(005) 323/19 saylı qərardadla baxılmamış saxlanılmışdır. Bundan sonra İddiaçı və onun ailə üzvləri (qızları va həyat yoldaşı) dəfələrlə Cavabdeh2 mənzildən çıxmasını xahiş etmiş və bunun üçün evlərinə belə getmişdir. 2022-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh2 va digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mənzildən çıxarılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi Nəsimi Rayon Məhkəməsi tərəfindan təmin edilmişdir. Cavabdeh2 yenə mənzildən çıxmamaq üçün hazırkı əsassız iddia ilə məhkəməyə müraciət etmişdir. Alğı-satqı müqaviləsindən də göründüyü kimi iddiaçı Cavabdeh2 ilə İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanmasından (xx.xx.2023-cü il) uzun müddət (6 il) keçdikdən sonra iddiaçı Cavabdeh2 mənzilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən o da görünür ki, iddiaçı Cavabdeh2 ilk dəfə xx.xx.2019-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etməsi və daha sonra iddia ərizəsinin baxılmamış saxlanılması ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasında israrlı olmaması bir daha göstərir ki, iddiaçının etibarsızlıqla bağlı tələbi əsassızdır. Odur ki, iş üzrə iddia müddəti tətbiq edilməlidir. 17. “X16 və Ekspertiza Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin 204 nömrəli, xx.xx.2024-cü il tarixli mütəxəssis rəyinə əsasən ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 160,33 kv.m olan 14 saylı mənzilin 2017-ci ilin oktyabr ayın a orta bazar qiyməti təqribən 513000 manat təşkil etmişdir.
18. İş üzrə şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, müqavilədə qeyd olunan bu məbləğ dollar ekvivalentində faizə verilmiş 50000 ABŞ dollarının manat məzənnəsidir. O, alğı-satqı işləri ilə məşğul olmuş və tikinti işləri ilə bağlı Eminlə tanış olmuşdur. Bir gün Emin ona bildirmişdir ki, işləri ilə əlaqədar ona təcili pul lazımdır, faizlə də olsa olar. O, Eminə bildirmişdir ki, Solmaz adlı tanışı faizə pul verən Kamran adlı bir şəxsi tanıyır. O, Solmaz adlı tanışı vasitəsi ilə Emini Kamran adlı şəxslə görüşdürmüşdür. Eminlə Kamranın pul məsələsi həll olunduğu halda onunda vasitəçi kimi maddi marağı var idi. Kamran Eminə istədiyi məbləğdə pulu verməyə razı olmuş, lakin pulun təminatı üçün mənzilə dair alğı-satqı m üqaviləsi bağlanmalı olduğunu bildirmişdir. Eminə pul təcili lazım olduğu üçün Kamranın təklifi ilə razılaşmış və sənədləri yığaraq alğı-satqıya getmişlər. O, özü də şəxsən notariusda alğı-satqı zamanı iştirak etmişdir. Həmin alğı-satqı müqaviləsi ev almaq və ya satmaq üçün yox, 50000 ABŞ dolları pulun təminatı kimi girov olmuşdur. Müqavilədə də həmin pulun manata məzənnəsi kimi 85000 manat yazılmışdır. Alğı-satqı müqaviləsi sadəcə olaraq pulun təminatı olmuşdur. Belə ki, evi alan əvvəl gedər evə baxar, bəyənər, sonra da alar. Lakin Kamran həmin evə gedib baxmamışdır. Sonradan, təxminən 1-2 il sonra Emin borcu Kamrana qaytarmadığı üçün onunla birlikdə həmin evə getmiş və evdə olan şəxslərdən, yəni Eminin valideynlərindən Eminə verdiyi pulu istəmiş, valideynləri isə Eminin həbsdə olduğunu b ildirmişlər. Onun Kamranla həmin evə getməyinin səbəbi Eminin pul məsələsi həll olunandan sonra vasitəçi kimi ona vəd etdiyi pul verməməsi olmuşdur. Sonda bu məsələ ilə bağlı o, bir dəfə də məhkəmədə olduğunu və eyni məzmunlu ifadə verdiyini qeyd etmişdir.
19. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-411/2024 nömrəli, xx.xx.2024 cü il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2017- ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, ANİ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələl əri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatının ləğv edilməsi qət edilmişdir (hakim-Ramin Quliyev).
20. Məhkəmə işin faktiki araşdırılmış halları baxımından hesab etmişdir ki, mübahisələndirilən əqdin heç də mənzilin məhz alınması niyyəti ilə bağlanmasına dair iddiaçı tərəfin dəlilləri daha inandırıcı olmaqla mötəbər sübutlarla təsdiqini tapır. Belə ki, mübahisələndirilən mənzil ilə bağlı alğı-satqı müqaviləsinin məzmununa əsasən mərhum İddiaçı həmin mənzilə görə göstərilən məbləği mülkiyyətçinin nümayəndəsi- oğlu Cavabdeh1 ödəmişdir. Lakin iddiaçı tərəf qeyd edilən müqavilənin formal olaraq, faizə verilən pulun təminatı kimi bağlanmasını göstərərək, eyni z amanda onların müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürənə kimi qarşı tərəfin onların mənzildən çıxarılmasına dair tələb sürməsinə istinad edərək bildirmişlər ki, ilk məhkəmə mübahisəsindən sonra da aralarında faizlə bağlı verilən pul barədə müəyyən söhbətlərin olmasına baxmayaraq, qarşı tərəf 2 ildən sonra əvvəlki baxılmamış saxlama barədə qərardadı ləğv etdirmək istəmiş, nail olmadıqda isə gizlincə onların mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsi çıxartdırmışlar.
21. Məhkəmə qeyd etmişdir ki, Nəsimi Rayon Məhkəməsinin qətnaməsindən də görünür ki, həmin iş üzrə cavabdehlər məhkəmə iclasında iştirak etməmişlər və qətnamədən verilən apellyasiya şikayətinin dəlillərindən biri də məhkəmə iclasının vaxtı və yeri barədə onlara lazımi qaydada məlumat verilməməsi təşkil edir. İş materiallarından görünür ki, alğı-satqı müqaviləsində evin satış qiyməti 85000 manat göstərilmişdir. İş üzrə iddiaçı tərəfin izahatlarında və X5nın ifadəsindən də görünür ki, müqavilədə qeyd olunan bu məbləğ dollar ekvivalentində faizə verilmiş 50000 ABŞ dollarının manat məzənnəsidir.
22. Məhkəmə işin göstərilən hallarından əlavə, evin real satış qiyməti ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi mütəxəssin rəyinə əsasən də hesab etmişdir ki, şəhərin göstərilən yerinə bazar qiyməti təxminən 500000 manat olan mənzilin dəyərindən olduqca az məbləğə, yəni 85000 manata alğı-satqı müqaviləsi bağlanması həmin əqdin hüququ nəticələr bağlaması niyyəti ilə olmamasına dəlalət edir.
23. Həmçinin, məhkəmə X5nın ifadəsi ilə bağlı qeyd etmişdir ki, hər bir şahidin ifadəsinin kökündə özünün gördüyü canlı hadisənin təsviri dayanır. X5 Cavabdeh1la mərhum İddiaçı arasında hadisəni aydın və müfəssəl təsvir etmiş, ifadəsinin məzmununda göstərilənlər iddiaçı tərəfin izahatları ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Hətta onu özü Cavabdeh1la mərhum İddiaçı arasında yaranan faizə pul verilməsindən vasitəçi olaraq pul marağının olmasını və faizə pul alan Eminin onu vəd verdiyi pulunun verməməsini, daha sonra Eminin aldığı pulu qaytarmadığı üçün Kamranla onların evinə gedərək sonuncunun verdiyi pulu tələb etməsini və ya onları alqı satqı müqaviləsinə əsasən mənzildən çıxarılmasını bildirməsini də göstərmişdir.
24. Məhkəmə istinad edilən prosessual normaların tələbləri və işin faktiki müəyyən edilmiş halları baxımından həmçinin hesab etmişdir ki, X6 Həsənovla mərhum İddiaçı arasında baş vermiş hadisələrlə bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün inandırıcıdır və bu ifadə mötəbər sübut kimi qiymətləndirilir. Məhkəmə digər şahid X7 ifadəsinə də qiymət verərək, onun cavabdehin doğma bacısı olmaqla göstərdiklərini sonuncunun maraq və mənafeyinə uyğun ifadə kimi qiymətləndirmişdir.
25. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) Bəkirova Elnarə Kamran qızının mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alğısatqı müqaviləsi hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş və digər əqdi (faizə pul verilməsinin təminatı kimi evin girov qoyulması) pərdələndiyinə görə etibarsız hesab edilməsi üçün işin araşdırılmış həqiqi halları baxımından kifayət qədər hüquqi əsas olduğu üçün iddia bu hissədə əsaslıdır.
26. Eləcə də məhkəmə hesab etmişdir ki, sözügedən alğı-satqı müqaviləsi etibarsız olduğu üçün ona əsasən mübahisəli mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyat da ləğv edilməlidir.
27. Məhkəmə cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddəti tətbiq edilməsinə dair ərizə ilə əlaqədar bildirmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-c i maddəsinə görə maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli oldugu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Həmin maddədə müəyyən olunmuş 1 illik müddətin keçməsi əqdin etibarsız hesab edilməsi imkanını aradan qaldırdığı üçün iddiaçının əqdin etibarsız sayılmasını əsas verən halları bildiyi və ya bilməli olduğu vaxtın müəyyənləşdirilməsi iş üçün mühüm əhəmiyyət kəsb edir.
28. İş materiallarından göründüyü kimi, iddiaçı tərəf ilk dəfə alğı-satqı müqaviləsindən 2019-cu ildə məlumatı olmuş və Cavabdeh2 yuxarıda qeyd edilən iddia ərizəsi xx.xx.2019 cu il tarixdə 2(005)-4747/19 nömrə ilə icraata götürülmüş, daha sonra həmin iş iddiaçı tərəfin xx.xx.2020-ci il tarixli vəsatəti əsasında 2(005)-323/19 saylı qərardadı ilə baxılmamış saxlanılması qərara a lınmış, iddiaçı tərəf mənzildə yaşamaqda davam etmiş, 2022-ci il tarixdə İddiaçı cavabdehlər Cavabdeh2 və digərlərinə qarşı iddia ərizəsi ilə Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, mənzildən çıxarılmasına dair iddiası təmin edilsə də, qətnamədən verilən apellyasiya şikayətinə əsasən hazırda apellyasiya instansiyası məhkəməsinin icraatındadır.
29. Məhkəmə hesab etmişdir ki, iddiaçı Cavabdeh2 İddiaçı arasında alğı-satqı müqaviləsinin bağlanmasından 6 il keçdikdən sonra mənzilin alğı-satqısına dair müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etməklə müddətin ötürülməsi yuxarıda göstərilən obyektiv səbəblərlə əlaqədar olmuşdur. Belə ki, ilk qaldırılan iddia və qarşılıqlı iddianın baxılmamış saxlanılması barədə qərardadın qəbulu ndan sonra uzun müddət iddiaçı tərəfin evdən çıxarılması ilə bağlı cəhdlər edilməmiş, 2 ildən sonra da sözügedən qərardadın ləğvinə dair şikayətləri təmin olunmamış, iddiaçı tərəfin göstərdiyi kimi evdən çıxarlmaya dair Nəsimi Rayon Məhkəməsində işə baxılarkən məlumatları olmamışdır ki, bunu da apellyasiya qaydasında mübahisələndirmişlər.
30. Beləliklə, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəfin hüququnun pozulduğu bildiyi an, Nəsimi Rayon Məhkəməsinin qətnaməsinin mövcudluğunu icra hərəkətləri (bildiriş təqdim edilərkən) zamanı bildiyi andan və buna görə də, hazırki mübahisəyə kəsici müddət tətbiq edilə bilməz.
31. Məhkəmə mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsızlığı nəticəsinə gələrkən Plenum qərarlarının tövsiyyələrinə əsasən qeyd edilən qanun normanın əqdin etibarsızlığı z amanı tərəflərin ilkin vəziyyətə qaytarmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva etməsini nəzərə alaraq qeyd etmişdir ki, əqddə göstərilən 85000 manat mənzil almaq niyyəti ilə faizə verilmiş borc pul olması ilə yanaşı Cavabdeh1 tərəfindən həmin pulu vermiş İddiaçı qaytarılmasını da nəzərə almışdır. Cavabdeh tərəf iddiaçı tərəfin belə bir sübutu olmamasına dair dəlili ilə bağlı qeyd etmişdir ki, mərhumun övladları atalarının sağlığında mənzillə bağlı baş verən hadisələrin faktiki şahidi olmamış və hazırda alğı-satqı müqaviləsinin qüvvədə olmasından istifadə edərək verdikləri izahat və ifadə bu müqavilənin mövcudluğundan sui-istifadə edərək mənzili bir növ ələ keçirmək niyyəti ilə verilmiş kimi qiymətləndirilir. Cavabdeh tərəfin isə pulun qaytarılmasına dair dəli lləri isə mərhum İddiaçı ölümünə qədər mənzildən çıxmayaraq yaşamaqda davam etmələri fakti ilə təsdiqlənir.
32. Məhkəmə kollegiyası qətnaməsində Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu; Mülki Məcəllənin 152, 157, 178, 324, 337, 339, 340, 354, 375, 377, 390-cı; Mülki Prossesual Məcəlləsinin 14, 62, 77, 80, 88, 104, 106, 217, 218, 384, 385, 405-ci maddələrinə həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarına istinad etmişdir. c) Apellyasiya instansiyası məhkəməsində icraat
33. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 2022-ci il tarixli, e2(006)- 4414/2022 nömrəli qətnaməsindən narazı qalan cavabdehlər apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
34. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən maddi hüquq normaları pozulmuş və düzgün tətbiq olunmamış, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxmış, tətbiq edilməli olan qanun və digər normativ hüquqi akt tətbiq edilməmiş, qanun səhv təfsir edilmişdir. Həmçinin birinci instansiya məhkəməsinin prosessual hüquq normalarını tətbiq etməsi də formal xarakterli olmuşdur. Bundan başqa birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclasında iştirakı təmin edilməmişdir. Birinci instansiya məhkəməsində cavabdehlər Cavabdeh2 və Cavabde h1 məhkəmə iclasında iştirakının təmin edilməməsi nəticəsində cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müvafiq sübutları və dəlilləri birinci instansiyası məhkəməsinə təqdim edə bilməmiş, həmçinin cavabdehləri alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair qarşılıqlı iddia qaldırmaq hüququndan məhrum etmiş, bunun da nəticəsində çəkişmə prinsipi pozulmuşdur.
35. İddiaçının xx.xx.2023-cü il tarixdə vəfat etməsi ilə əlaqədar apellyasiya instansiyası məhkəməsi tərəfindən Bəkirova Elnarə Kamran qızı 12 sentyabr 2023-cü il tarixdə hazırkı iş üzrə prosessual hüquqi varis kimi tanınmışdır.
36. Apellyasiya baxışı zamanı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərard adı ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh2 cavabdeh Bəkirova Elnarə Kamran qızına qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” yekun məhkəmə qətnaməsi qanuni qüvvəsini alanadək hazırkı mülki iş üzrə icraat dayandırılmışdır.
37. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-411/2024 nömrəli, xx.xx.2024 cü il tarixli qətnaməsindən cavabdeh Bəkirova Elnarə Kamran qızı apellyasiya şikayəti verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)411/2024 saylı qətnaməsinin ləğv edilməsinə və iddia ərizəsinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
38. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasınd a bağlanmış alqısatqı müqaviləsində mülki qanunvericiliyin hansı şərtinin (hansı normasının) pozulmasına dair heç bir dəlil yoxdur. Bunun əksinə, müqavilə etibarlılığı üçün bütün zəruri şərtlərə əməl edilmişdir. Bundan başqa məhkəmə nəzərə almalı idi ki, iddiaçı Cavabdeh2 öz əmlaklarına sərəncam verilməsi ilə bağlı etibarnamə verdiyi anda o öz iradəsini ifadə etmişdir (bildirmişdir). Hazırda məhkəmənin iradə ilə bağlı dedikləri iş üzrə hazırkı qanunsuz tələbə “don” geyindirməkdən başqa bir şey deyildir. Nəzərə alınmalıdır ki, Cavabdeh2 ailə üzvlərinin də razılığı bir daha onun bu işə birbaşa iradə ifadəsi olması qənaətini təsdiq edir. Odur ki, iradə ifadəsi ilə bağlı hansısa formal fikirlər müqavilənin etibarsızlığına əsas ola bilməz. Əlavə olaraq qeyd edilməlidir ki, İş üzrə mənzilin real dəyəri ilə müqavilə qiyməti arasında fərqin olması müqavilənin etibarsızlığı üçün əsas deyildir. Hazırda İddiaçı vəfat etdiyindən bunu hansı səbəbdən etməsini aydınlaşdırmaq mümkün deyildir. Tərəflər bunu müxtəlif səbəblərdən (bank xərclərindən, vergidən azad olunmaq üçün) edə bilərdilər. Praktikada müqavilə üzrə bu kimi hallara geniş rast gəlinir. İş üzrə sənədlərdən də məlumdur ki, tərəflər arasında alğı-satqı müqaviləsi 13 oktyabr 2017ci il tarixdə bağlanmışdır. Alğı-satqı müqaviləsindən də göründüyü kimi iddiaçı Cavabdeh2 alğı-satqı müqaviləsinin bağlanmasından uzun müddət (6 il) keçdikdən (xx.xx.2023-cü il) sonra müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət etmişdir. İş üzrə təqdim edilmiş sənədlərdən o da görünür ki, İddia çı Cavabdeh2 ilk dəfə xx.xx.2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş və daha sonra iddia ərizəsinin baxılmamış saxlanılması ilə məhkəməyə müraciət etmişdir. Onun iddiasında israrlı olmaması bir daha göstərir ki, iddiaçının etibarsızlıqla bağlı tələbi əsassızdır. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin iddia ilə bağlı müddəti ötürülmüşdür. Müddətin tətbiq edilməsi ilə bağlı vəsatət versək də, Məhkəmə müddətlə bağlı tələbə yanlış qiymət vermişdir. Odur ki, müddət tətbiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Həmçinin iddiaçının müqavilənin etibarsızlığı ilə bağlı əsas arqumenti mərhum İddiaçı faizlə pul alması və alğı-satqı müqaviləsinin buna görə bağlamasıdır. Buna dair iş materiallarında hansısa sübut yoxdur. Göründüyü kimi illərdir bu mübah isə var. Bəkirovlar illərdir ki, şəxsin məzildən çıxmasını tələb edir, bunun üçün şəxsin mənzilinə dəfələrlə gedir. Bu fakt iş üzrə də sübut olunmuşdur. Necə olur ki, iddiaçı bir dəfə də deməsin ki, mən mənzili satmamışam, faizlə pul götürmüşəm və bunu qaytaracam. Axı əsl həqiqət bu idisə, bütün danışıqlar bunun üzərindən getməli idi. İddiaçı faizə pul vəsaiti alır və hələ onu qaytardığını da bildirir. Ümumiyyətlə faizin alınmasına, qaytarılmasına dair bir dənə də sübut əlavə etmir. İddiaçı (iddiaçının adından müstəqil tələb irəli sürən üçüncü şəxs) iddia edir ki, faizlə birlikdə 50.000 ABŞ dolları ana pulu mərhum dünyasını dəyişməmişdən öncə qaytarıb (amma əvvəlki iclaslarda və iddia ərizəsində bir hissəsini qaytardığını, bir hissəsinə hələ də bocu olduğunu deyirdi). İddiaçı dediyi kimi p ulu qaytarıbsa, bunu hansısa bir qaydada (sənəd, qəbz, audio və ya video görüntü ilə) rəsmiləşdirməli idi. Bu da yoxdursa, tərəflərin “whatsapp” yazışması olardı. Bu da olmadısa, pul vəsaitini kiminsə yanında qaytarardı. Bu hallar ona görə təsdiq olunmur ki, iddiaçının dediyi heç bir hal olmayıb, faizə pul verilməyib, bu sadəcə iddiaçının mənzili gec qaytarmaq (mənzildə daha çox yaşaya bilməsi üçün) üçün uydurduğu bəhanə idi. Görünən odur ki, İddiaçı tərəf kimi vəfat etdiyindən iddiaçı bu bahanəsindən məharətlə istifadə edir. İddiaçı kifayət qədər pulu olan şəxs idi və o heç bir zaman faizlə pul verən olmamışdır. İş üzrə şahid Röya adlı şəxsin ifadəsi həqiqəti əks etdirmir. O suallara cavab verə bilməmişdir. O heç İddiaçı belə dəqiq tanımırdı. Onu bir şəxsin vasitəsi ilə tanıdığını desə də, həmin şəxsin kimliyini, onun əlaqə vasitəsini belə təqdim edə bilmədi. O məhkəmə iclas zalında verilən suallara tam cavab verə bilmədi. Bütün bunlar şahidin dindirilməsi ilə bağlı məhkəmədə çəkilmiş video görüntülər tədqiq olunduqda görünəcəkdir. Bu da onu göstərir ki, şahid ifadəsinin həqiqiliyi şübhə altındadır. Bundan başqa Röya adlı şəxsin həyat fəaliyyəti nəzərə alınmalıdır. Onun natamam ifadəsi onun şahid kimi mötəbərliyini tamamilə şübhə altına alır. Onun əvvəlki illəri həbsdə məhkumluqla keçmişdir ki, bunun da səbəbi iş üzrə nəzərə alınmalı haldır. Bundan başqa Əmlakın dəyəri ilə bağlı qeyd edildiyi kimi, tərəflər formal qiymət müəyyən edə bilərlər (bu hal praktikada kifayət qədər rast gəlinən haldır (bunu bank xərclərindən yayınmaq və.s səbəblərdən edə bilərlər). Bu mənzilin ö z dəyərinin tərəflər arasında qarşılıqlı razılıq əsasında ödənilmədiyinə dəlalət etmir. Əgər belə bir hal olsaydı, iddiaçı tərəflər arasında hansısa bir faktı ortaya qoyardı. İdidaçı İddiaçı onlara qarşı təzyiqlər göstərdiyini bildirsə də, bu fakt da öz təsdiqini tapmır. İddiaçı alğı-satqı barəsində məlumatı olmadığını bildirsə də, bu da həqiqəti əks etdirmir. İşə əlavə ediləcək notariat kontorunda verilmiş ərizədən də görünəcəkdir ki, İddiaçının digər oğlu şəxsən alğı-satqıda iştirak edib və alğı-satqıya müvafiq razılıq ərizəsini vermişdir. İddiaçı və onun xəstə olan həyat yoldaşı isə xəstəlik səbəbindən oğlu onları etibarnamə ilə təmsil etmişdir (bu hadisələrdən bir müddət sonra yaşlı olduğundan dünyasını dəyişmişdir). Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı iddiasını geri götürməsi id diaçının oğlu Cavabdeh1 həbsdə olması, iddiaçının həyat yoldaşının ağır xəstə olması səbəbindən evdən çıxacaqlarına vəd verməsi olmuşdur. İddiaçı yenə humanistlik nümayiş etdirərək iddiaçı və ailə üzvlərini qeyd edilən səbəblərdən mənzildən çıxarmamış və onlara əlavə vaxt vermişdir. Bu barədə İddiaçı öz ailəsi ilə müzakirələr aparmışdır (ailəsi etiraz etsə də, ailə başçısı kimi İddiaçı qərarına hörmətlə yanaşmışlar). Bundan sonra iddiaçı və ailə üzvlərinin mənzildən çıxmaması səbəbindən onların yenə mənzildən çıxarılması ilə bağlı müvafiq iddia qaldırmış və iddiası təmin edilmişdir. Məhkəmənin diqqətə almadığı və iddiaçının (oğlu üçüncü şəxs Cavabdeh1) İddiaçı 30.000 ABŞ dolları borcu qaldığı kimi uydurma iddiasının məhkəmənin son iclaslarında ümumiyyətlə borcunun qalmadığını qeyd etməsidi r. Məhkəmə qətnaməsində də qeyd edilir ki, guya uydurma əsaslandırma ilə Cavabdeh1 pul vəsaitini qaytarmışdır. Əgər qeyd edildiyi kimi (uydurma) faizi və borcu ödəyibsə İddiaçı nə üçün evdən çıxarılma ilə bağlı məhkəməyə müraciət etdirdi. İddiaçı bunu gizli etdiyini bildirir. O bunu necə gizli etsin, axı gec-tez bu məsələ bilinəcək və şəxs evdən çıxarılacaqdır. Bu zaman belə bu məsələ bilinəcəkdi. Yəni qeyd edildiyi kimi iddiaçının evdən çıxarılması bunun gizli edilməsi kimi arqumentlər həqiqəti əks etdirmir. Qeyd edildiyi kimi faiz və onun qaytarılması iddiası tamamilə əsassız və uydurma haldır. Belə bir halın (faizə pul verilməsi və onun qaytarılması kimi) olması iş üzrə heç bir mötəbər faktla öz təsdiqini tapmır (tərəflər arasında buna dair hansısa bir fakt olması heç bir dəlillər təsdi q edilmir).
39. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4068/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh2 cavabdeh Bəkirova Elnarə Kamran qızına qarşı “alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilənin şərtlərinə əsasən aparılmış qeydiyyatın ləğv edilməsi tələbinə dair” mülki işin hazırki 2(103)335/2024 saylı mülki işlə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
40. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-335/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, X8 və X2 ibarət tərkibdə) cavabdehlər (birinci iş üzrə) Cavabdeh2 və Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 18 noyabr 202 2-ci il tarixli, e-2(006)- 4414/2022 nömrəli qətnaməsinin (birinci iş üzrə) ləğv edilməsi, həmin iş üzrə yeni qətnamənin qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı «mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi» tələbinə dair iddiasının rədd edilməsi, cavabdeh (ikinci iş üzrə) Bəkirova Elnarə Kamran qızı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 411/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinin (ikinci iş üzrə) ləğv edilməsi, həmin iş üzrə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin təmin edilməsi, Cavabdeh2 ilə İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhər i, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsində İddiaçı adına aparılmış (çıxarışla təsdiqlənmiş) qeydiyyatın ləğv edilməsi qət edilmişdir.
41. Məhkəmə kollegiyası ilk öncə ikinci işə münasibətdə qeyd etmişdir ki, birinci instansiya məhkəməsinin nəticəsinin düzgün olmasına baxmayaraq bu nəticənin kəsici müddətlə əlaqələndirməsinə dair əsaslandırması düzgün deyil. Belə ki, Mülki Məcəllənin etibarsız əqdlər üzrə müddətləri müəyyən edən 354.1-ci maddəsinə müva fiq olaraq, əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər.
42. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarında formalaşan hüquqi mövqe ondan ibarət olmuşdur ki, əqd daşınmaz əmlakla bağlı olduğu halda iddia müddəti tətbiq edilə bilməz. Hazırkı iş materiallarından da göründüyü kimi iddiaçı tərəfindən mübahisələndirilən müqavilənin predmeti mənzil üzərində mülkiyyət hüququnun bərpası ilə bağlı olmuşdur.
43. Məhkəmə kollegiyası iş mat eriallarını bu kontekstdə araşdıraraq hesab etmişdir ki, ikinci iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbi kəsici müddət tətbiq edilmədən digər əsasla təmin edilməlidir.
44. Məhkəmə kollegiyası qeyd etmişdir ki, sözügedən alğı-satqı müqaviləsinin bağlanmasına baxmayaraq, iddiaçı tərəf (Cavabdeh2) hazırda mübahisəli mənzildə yaşamaqda davam etməsi faktdır və iş materiallarından da göründüyü kimi mənzilin alqısatqısının qanuniliyi ilk dəfə 2019-cu ildə mübahisələndirilmişdir.
45. Hazırda iddiaçı Cavabdeh1 qeyd edilən müqavilənin formal olaraq, faizə verilən pulun təminatı kimi bağlanmasını göstərərək, eyni zamanda onların müqavilənin etibarsızlığı ilə bağlı tələb irəli sürənə kimi qarşı tərəfin onların mənzildən çıxarılmasına dair tələb sürməsinə istinad ed ərək bildirmişlər ki, ilk məhkəmə mübahisəsindən sonra da aralarında faizlə bağlı verilən pul barədə müəyyən söhbətlərin olmasına baxmayaraq, qarşı tərəf 2 ildən sonra əvvəlki baxılmamış saxlama barədə qərardadı ləğv etdirmək istəmiş, nail olmadıqda isə gizlincə onların xəbəri olmadan mənzildən çıxarılmasına dair məhkəmə qətnaməsi çıxartdırmağa nail olmuşlar.
46. Məhkəmə kollegiyası qeyd etmişdir ki, müqavilənin etibarlılığı üçün onun bağlanmasında lazımı subyektlərinin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə yə onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Əqdin etibarsızlığı dedikdə mülki qanunvericilikdə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki hüquqi mü nasibətlərini yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb olan əqd anlaşılır. Əqdin etibarlı olması üçün Mülki Məcəllə ilə müəyyənləşdirilmiş formaya riayət edilməsi zəruridir.
47. Məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçı Cavabdeh2 adından nümayəndəsi Cavabdeh1 ilə cavabdeh (hüquqi varis) Bəkirova Elnarə Kamran qızının mərhum atası İddiaçı arasında xx.xx.2017-ci il tarixdə Bakı şəhəri 53 saylı DNK-da bağlanmış, AN-İ ******* saylı 4Ə-1364 N ilə reyestrdə qeyd edilmiş, Bakı şəhəri, Nəsimi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə dair alğısatqı müqaviləsi hüquqi nəticə yaratmaq niyyəti ilə deyil, görünüş və digər əqdi (faizə pul verilməsinin təminatı kimi evin girov qoyulması) pərdələmişdir. Şəhərin göstərilən yerində baz ar qiyməti təxminən 500000 manat olan mənzilin dəyərindən olduqca az məbləğə, yəni 85000 manata alğı-satqı müqaviləsi bağlanması həmin əqdin hüququ nəticələr yaratmaq niyyəti ilə olmamasına dəlalət edir.
48. Məhkəmə kollegiyası hesab etmişdir ki, göstərilənlər əqdin etibarsız hesab edilməsi üçün işin araşdırılmış həqiqi halları baxımından kifayət qədər hüquqi əsas olduğu üçün iddia bu hissədə əsaslıdır.
49. Cavabdeh isə apellyasiya şikayətində bildirmişdir ki, faiz və onun qaytarılması iddiası tamamilə əsassız və uydurma haldır. Belə bir halın (faizə pul verilməsi və onun qaytarılması kimi) olması iş üzrə heç bir mötəbər faktla öz təsdiqini tapmır (tərəflər arasında buna dair hansısa bir fakt olması heç bir dəlillər təsdiq edilmir).
50. Məhkəmə kollegiyası cavabdehin dəlillərini əsassız he sab etmişdir. Belə ki, X5 Cavabdeh1la mərhum İddiaçı arasında hadisəni aydın və müfəssəl təsvir etmiş, ifadəsinin məzmununda göstərilənlər iddiaçı tərəfin izahatları ilə uzlaşmış və hadisələr məntiqi ardıcıllıqla əks etdirilmişdir. Hətta onu özü Cavabdeh1la mərhum İddiaçı arasında yaranan faizə pul verilməsindən vasitəçi olaraq pul marağının olmasını və faizə pul alan Eminin onu vəd verdiyi pulunun verməməsini, daha sonra Eminin aldığı pulu qaytarmadığı üçün Kamranla onların evinə gedərək sonuncunun verdiyi pulu tələb etməsini və ya onları alğı-satqı müqaviləsinə əsasən mənzildən çıxarılmasını bildirməsini də göstərmişdir. Halbuki, apellyasiya instansiyası məhkəməsinin iclasında mərhum İddiaçı hüquq varisi Bəkirova Elnarə Kamran qızı da izahatında atasını Eminlə Solmaz adlı tanışı vasitəsi ilə görüşdürülməsini təsdiq etmişdir.
51. Məhkəmə kollegiyası hesab etmişdir ki, X6 Həsənovla mərhum İddiaçı arasında baş vermiş hadisələrlə bağlı verdiyi məlumatlar şübhədənkənar, faktla bağlı halları təsdiq edən obyektiv məlumatlar olduğu üçün inandırıcıdır və bu ifadə mötəbər sübut kimi qiymətləndirilir. Mübahisələndirilən əqdin heç də mənzilin məhz alınması niyyəti ilə bağlanmasına dair iddiaçı tərəfin dəlilləri daha inandırıcı olmaqla mötəbər sübutlarla təsdiqini tapır.
52. Beləliklə, tərəflər arasında bağlanmış müqavilə yalan əqd olmaqla puçdur və heç bir hüquqi nəticə doğura bilməz. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
53. Göründüyü kimi, yalan əqdə tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir, bir şərtlə ki, onun mahiyyəti buna imkan versin, hazırki işdə isə tərəflərin nəzərdə tutduqları əqdin mahiyyəti buna imkan vermir. Belə ki, tərəflər verilmiş borcun təminatı olaraq mənzilin ipotekasına dair müqaviləni notariat qaydasında bağlamalı və həmin müqavilə (yüklülük) dövlət qeydiyyatına alınmalı idi. Hazırda bu qaydaları tətbiq etmək mümkün deyil. Göstərilən qayda notariat qaydada təsdiq olunması və dövlət qeydiyyatına alınması tələb olunmayan əqdlərə aid ola bilər.
54. Məhkəmə kollegiyası B.Mürsəlovun şikayəti üzrə 2020-ci il 12 mart tarixli, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrini n əlaqəli şəkildə şərh edilməsinə dair 2021-ci il 2 aprel tarixli Qərarlara istinad edərək cavabdeh tərəfin hazırki mübahisəyə iddia müddəti tətbiq edilməsinə dair ərizə ilə əlaqədar bildirmişdir ki, yuxarıda qeyd edildiyi kimi əqd daşınmaz əmlakla bağlı olduğu halda iddia müddəti tətbiq edilə bilməz.
55. Məhkəmə kollegiyası hesab etmişdir ki, İddiaçı tərəfindən verilən borcun təminatı olduğunu bilərək mübahisəli mənzillə bağlı alğı-satqı müqaviləsi bağlanmasından və mənzilin mülkiyyəti kimi qeydiyyatının da onun adına aparılmasından istifadə edərək mənzildə faktiki yaşayanların çıxarılmasına dair iddia qaldırmasına baxmayaraq tərəflərin həqiqi niyyətlərinin müəyyən edilməsi bu əqdin əhəmiyyətsiz olmasını və bu müqavilənin alqı-satqı məqsədi ilə deyil, müəyyən edilmiş hallarla əlaqədar olm asını bilə-bilə tərəfindən qeyd edilən iddianı qaldırmaqla hüquqdan sui-istifadəyə yol vermişdir.
56. Məhkəmə kollegiyası mübahisələndirilən alğı-satqı müqaviləsinin etibarsızlığı nəticəsinə gələrkən Plenum qərarlarının tövsiyələrinə əsasən Mülki Məcəllənin 337.5-ci maddəsinin əqdin etibarsızlığı zamanı tərəflərin ilkin vəziyyətə qaytarmasını, o cümlədən alıcının ödədiyi məbləğin ona qaytarılmasını ehtiva etməsini nəzərə alaraq qeyd etmişdir ki, əqddə göstərilən 85000 manat pulun mənzil almaq niyyəti ilə faizə verilmiş borc pul olması ilə yanaşı Cavabdeh1 tərəfindən də həmin pulu vermiş İddiaçı qaytarılmasına dair izahatının olmasına baxmayaraq apellyasiya instansiyası məhkəməsinin iclasında bu fakt bir mənalı olaraq öz təsdiqini tapmadığından araşdırma predmeti оlmamışdır.
57. Məhkəmə h esab etmişdir ki, tərəflər arasında borc münasibətlərinin оlması faktı mübahisəsiz olsa da, həmin borc pulun qaytarılması ilə bağlı mötəbər sübutlar təqdim olunmadığından hazırkı mübahisəyə 337.5-ci maddəsinin tətbiq edilməsi mümkün olmamışdır. Bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Еlnarə Bəkirovaya borc pul ilə bağlı iddia qaldırılmasına dair hüquqlarının olması izah edilməlidir. 58. 1-ci iddia üzrə isə məhkəmə müəyyən etmişdir ki, mübahisə edilən mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparılsa da, mənzilin ona faktiki məxsus olduğu məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
59. Halbuki mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Hazırki işdə isə mübahisə edilən mənzilin iddiaçının faktiki sahb liyində olması müəyyən edilməmiş, mülkiyyəti kimi qeydiyyatının aparılmasına baxmayaraq bunun formal və görünüş xarakterli olması müəyyən edilmişdir.
60. Belə olan halda məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının mübahisəli mənzilə dair hər hansı hüquqları olmadığından cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “mənzilin boşaldılması və mülkiyyətçinin faktiki sahibliyinə verilməsi” tələbinə dair iddia tələbinin təmin edilməsi üçün əsaslar olmamışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
61. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən İddiaçı prosessual hüquqi varisi Bəkirova Elnarə Kamran qızı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsinin xx.xx.2024-ci il tarixli, 2(103)-335/2024 saylı qətnaməsinin ləğv edilməsi, bi rinci iş üzrə (Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(006)-4414/2022 nömrəli qətnaməsi) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Bakı şəhəri Nəsimi rayonu Əlövsət Quliyev küçəsi 342-ci məhəllə 98 saylı evin 14 saylı mənzilindən çıxarılmaları, mənzilin boşaldılması və İddiaçı hüquqi varisi Bəkirova Elnarə Kamran qızına təhvil (faktiki sahibliyinə) verilməsi, ikinci iş üzrə (Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(005)-411/2024 saylı qətnaməsi) iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
62. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, apelyasiya şikayətində mülki işdə olan bir sıra hal və sənədlərin birinci instansiya məhkəməsi tərəfindən araşdırılmaması qeyd edilmiş və həmin halların məhkəmə tərəfindən araşdırılmadığı göstərilmişdir. Üstəlik apelyasiya icraatı zamanı Nərimanov Rayon Məhkəməsinin icraatında olmuş və baxılmamış saxlanılmış 2(005)-323/2020 saylı mülki işin materialları tələb edilərək, hazırkı işdə tədqiq edilmişdir.
63. Bununla yeni hallar müəyyən edilsə də apellyasiya instansiyası bu hissədə birinci instansiya məhkəməsinin mövqeyini təkrarlamış, müqavilənin bağlanmasınadək tərəflərin münasibətləri, müqavilənin etibarlılıq əlamətləri, müqavilənin əhəmiyyətsizliyi ilə bağlı hallar, şahid Röya Nəbiyevanın hazırkı işdə mövqeyi, onun səmimiliyi, verdiyini ifadənin mötəbərliyi, hazırkı işdə maddi marağının olması, İddiaçının ailə üzvlərinin alınmış evi daxili görünüşü barədə məlumatlı olmaqları, iddiaçının izahatında göstərdiyi halların iş materiallarında mövcud başqa mötəbər s übutlarla təsdiq edilmədiyi, iddiaçının oğlu Cavabdeh1 sözlərinə istinad kimi ifadə etdiyi halları iddiaçıya əvvəldən məlum olmuş kimi qəbul edilməsi kimi halları, o cümlədən etibarsız əqdlərə münasibətdə Konstitusiya Məhkəməsinin formalaşdırmış olduğu hüquqi mövqeyinin düzgün tətbiq edilməməsi yekunda yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Belə ki, tərəflərin iradə ifadəsinə təsir edən hər hansı hal mövcud deyildir. İddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339-cu maddəsində nəzərdə tutulan və onun qüsurlu iradə ifadəsinə səbəb olan hallara istinad etməmişdir. Sadalananlar müqavilənin tam hüquqi nəticə yaradan alğısatqı müqaviləsinin bağlandığını hər iki tərəfin marağında olmasını təsdiq edən hallardır.
64. Bununla belə məhkəmə iddiaçının müqavilənin bağlanması ndan xəbəri olmaması və mülki işin Cavabdeh1 xeyrinə həllində birbaşa maddi marağı olduğunu bildirmiş şahid Röya Nəbiyevanın izahatına və iddiaçıya görə oğlu Cavabdeh1 50000 ABŞ dolları borc müqabilində mübahisəli mənzilə dair girov müqaviləsi bağlamaq niyyəti ilə müqavilənin bağlanılması kimi halları mötəbər hesab edərək, müqavilənin əhəmiyyətsiz əqd kimi qiymətləndirmişdir. Belə ki, məhkəməyə görə müqavilənin əhəmiyyətsiz əqd hesab edilməsi üçün müqavilədə göstərilən mənzilin dəyərinin əsl dəyərindən aşağı olması, Cavabdeh1 və Röya Nəbiyevanın ifadələri kifayət etmişdir.
65. İlkin olaraq, müqavilə dəyərinə münasibətdə qeyd edilməlidir ki, notariuslar mövcud təlimata əsasən orta bazar qiymətindən aşağı olmamaq (bununla da vergidən yayınmamaq) şərtilə tərəflərin iradə ifadəsini əks etdirən müqavilə dəyərinə müdaxilə etmək kimi hüquqa malik deyirlər. Müqavilə qiymətini müəyyən etməkdə müqavilə tərəfləri sərbəstdirlər. Hazırkı halda isə müqavilə dəyərinin aşağı yazılmasında Cavabdeh1 marağı və xahişi olmuşdur. Bu hal Bəkirovaların izahatlarından da aydın görünür. Bundan başqa mənzilin dəyərinin 500.000 manat olması fikri iş materiallarında olan 61X˝ və Ekspertiza Mərkəzi˝ MMC-nin verdiyi xx.xx.2024-cü il tarixli, 204 saylı mütəxəssis fikrindən irəli gəlir. Belə ki, həmin rəy mübahisələndirilmişdir. Sözügedən MMC-nin ˝koobecaF˝ sosial şəbəkəsində yerləşən profil paylaşımlarından və eyni zamanda MMC-nin adından da göründüyü kimi müəssisə qiymətləndirmə ilə deyil, daşınmaz əmlak, əsasən torpaq sahələrinin yerləşmə koordinatlarının, torpaq sahələrinin zəbt edilib-edilməməsi ilə ə laqədar halların müəyyən edilməsi sahəsində ixtisaslaşmışdır. Mütəxəssis fikrini imzalamış Davud Sultanovun ali təhsilli və 2000-ci ildən ekspert stajına malik olması göstərilsə də, hansı ixtisas üzrə ali təhsil alması və ekspert kimi müvafiq lisenziyaya malik olub-olmamasına dair hər hansı məlumat mövcud deyildir. Bundan başqa mütəxəssis fikrində D.Sultanov rəyi tərtib edərkən müxtəlif daşınmaz əmlak sahəsində ixtisaslaşmış internet resurslarına istinad etdiyini göstərsə də, faktiki olaraq, həmin resurslara istinad, müqayisəli təhqiqat aparılması halları görsənmir. Belə ki, şəxs göstərilən məbləğin haradan və hansı üsulla əldə edilməsini belə əsaslandıra və göstərə bilməmiş, sadəcə belə hesab etdiyini göstərmişdir. Hesab edir ki, qeyd olunan sənəd ümumiyyətlə sübut kimi qiymətləndirilməmə li və iş materiallarından çıxarılmalıdır. Belə olduğu təqdirdə apelyasiya instansiyası mənzilin satış vaxtına dəyərini vacib hesab edirdisə iş üzrə məhkəmə tikintitexniki və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edə və əmlakın dəyərini müəyyən edə bilərdi. Belə ki, bu sahə xüsusi bilik tələb edir və ən azı bu sahədə ixtisaslaşmış mütəxəssisin mövqeyi önəmlidir. Lakin məhkəmə bütün bunları etmədən hesab etmişdir ki, mənzilin dəyəri 500.000 manat olmuş və müqavilədə qat-qat aşağı yazılmışdır. Beləliklə məhkəmə müqavilənin bağlanmasınadək və bağlanması gedişində tərəflərin müqavilə qiyməti ilə bağlı danışıqlarını, eyni zamanda mənzilin real dəyərini müəyyən etməmiş, yalnız mənzilin şəhərin mərkəzində olmasını qeyd edərək, 500.000 manat dəyərində olması ilə razılaşmışdır ki, bu hal da özlüy ündə Mülki Məcəllənin müqavilənin bağlanması gedişində 404-cü maddədən irəli gələn halları araşdırmamışdır.
66. Cavabdeh1 və Röya Nəbiyevanın şahid qismində verdikləri ifadəyə münasibətdə qeyd edilməlidir ki, iş materiallarından da göründüyü kimi Cavabdeh1 iddiaçının oğludur, onun ifadəsinin hazırkı halda nəzərə alınması prosessual qanunvericiliyinin tələbinə ziddir. Belə ki, o, işdə birbaşa maraqlı şəxsdir və hazırkı halda onun əməlində cinayət tərkibinin olması istisna edilmir. Hansıkı o, daha öncə də eyni tipli əməl üzrə cinayət məsuliyyətinə cəlb edilmişdir.
67. Bundan başqa, birləşdirilmiş mülki işə sonradan tələb edilərək əlavə edilmiş 2(005)-323/2023 saylı mülki işin materiallarında olan Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsin in mühüm işlər üzrə müstəntiqi X13 nəliridnəlrisqəT˝ şəxs qismində cəlb etmə haqqında˝ xx.xx.2019-cu il tarixli Qərarından görünür ki, (2(005)-323/2023 saylı mülki iş səh. 158- 162) X15 (daha öncə Azərbaycan Respublikası CM-nin 178.3.2-ci maddəsi ilə əmlakı müsadirə edilməklə 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş) cinayət işi üzrə toplanılmış sübutların məcmusu ilə təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını külli miqdarda ziyan vurmaqla ələ keçirib dələduzluq etmiş, habelə hüquq verən qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etmişdir. Belə ki, Röya Nəbiyeva Azərbaycan Respublikası Fövqəlada Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə xidmətinin Maliyya şöbəsinin sabiq rəisi köməkçisi, baş leytenant Cavabdeh1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə qanunsuz hazırlanmış saxta rəsmi sənədlərdən bilə-bilə istifadə etməklə Cavabdeh1 qaynanası X3 razılığı və məlumatı olmadan onun xüsusi mülkiyyətində olmuş Bakı şəhəri Sabunçu rayonu Bilgəh qəsəbəsi 1153 və 1153 a saylı bağ sahəsində yerləşən torpaq sahələrini notarial qaydada formal olaraq alğı-satqı edərək X4 xüsusi mülkiyyətinə keçirmiş, daha sonra Ə.Həsənovun adından qeyd olunan torpaq sahələrini notarial qaydada X1 zərərçəkmiş şəxsə külli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişlər. Bundan başqa sözügedən qərardan məlum olur ki, İddiaçı və Cavabdeh1 arasında müqavilə bağlanan tarixə, yəni xx.xx.2017ci il tarixinə Cavabdeh1 Röya Nəbiyevaya 60000 ABŞ dolları, Məhəmməd Seyidova isə 20000 ABŞ dolları borcu olmuşdur.
68. Məxsusi olaraq qeyd edilməlidir ki, nə İddiaçı öldürülməsi ilə başlanılmış cinayət işinin gedişatında (İttiham aktı təqdim edilmişdir), nə də Cavabdeh1 və Röya Nəbiyevanın Azərbaycan Respublikası CM-nin 178.3.2 və 320.2-ci maddələri ilə təqsirləndirilmələrinə (daha sonra barələrində ittihamedici əsaslarla hökm çıxmış, şəxslər məhkum edilmişdir) dair istintaqı aparılmış ********* saylı cinayət işinin hallarından Cavabdeh1 İddiaçı borclu olması və əvəzində anasına məxsus evi girov qoyması kimi hallar müəyyən edilmir. Hesab edir ki, ən azı istintaq gedişində Cavabdeh1 Röya Nəbiyevaya və Məhəmməd Seyidova olan borclarını etiraf etdiyi kimi, İddiaçı da borclu olmasını və cinayəti həm də həmin borcun mövcudluğunun tə siri altında etməsini etiraf etmiş olardı. Göründüyü kimi şahid Cavabdeh1 və Röya Nəbiyeva məhkəmədə ifadə verərkən özlərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək ağır cinayət əməlini törətmələrini məhkəmədən gizlətmiş, ifadə verərkən səmimi olmamış, X26 Həsənovun ona 60000 ABŞ dolları məbləğində borclu olduğunu, buna görə də məhkəmədə maraqlı şəxs kimi ifadə verdiyini məhkəmədən gizlətmişdir. Bu hal birinci instansiya məhkəməsində özünü büruzə vermiş, apelyasiya şikayətinə əlavədə tərəfindən Röya Nöbiyevanın işdə maraqlı olmasına dair mövqe sərgilənmişdir. Lakin apelyasiya instansiyası tərəfindən bu hallar araşdırılmamışdır.
69. X21 Həsənovla birləşərək ağır cinayət törədilməsində ittiham edilməsi tərəf olaraq, ona əvvəldən məlum olmamışdır. Belə ki, qeyd edildiyi kimi bu hal yalnız apelyasiya instansiyasından iş yekunlaşdıqdan sonra 2(005)-323/2020 saylı işlə tanış olarkən ona məlum olmuşdur. Lakin məhkəmə həmin işi öz sorğusu əsasında istəmiş və hazırkı icraatın çərçivəsində həmin işin materialları ilə tanış olmağa və onu araşdırmağa və göstərilənlərə hüquqi qiymət verməyə borclu olduğu halda, bunu etməmişdir.
70. Bundan başqa qeyd edir ki, tərəfindən apellyasiya instansiyasında icraat zamanı Röya Nəbiyevanın birinci instansiyada vermiş olduğu ifadənin olduğu kimi məhkəmə iclas protokoluna yazılmadığı məhkəməyə bildirilmiş və həmin iclasın audiovideo yazısının nümayiş etdirilərək, təhlil edilməsinə dair şifahi vəsatət verilmişdir. Qarşı tərəfin nümayəndəsi və vəkili isə buna etiraz etməmişdir. X17 da məhkəmə iclasında çıxışı zamanı eyni vəsatəti təkrar lamış və həmin audio-video yazıya baxış keçirilməsinin labüdlüyünü qeyd etmişdir. Bununla belə məhkəmə həmin audio-video yazıya baxış keçirməmiş və səbəbini açıqlamamışdır. Məhkəmə yekunda qətnaməsində isə Röya Nəbiyevanın birinci instansiya məhkəməsində xx.xx.2024-cü il tarixdə verdiyi ifadə ilə 2(005)-323/2020 saylı mülki iş üzrə o zaman verdiyi ifadənin eyni məzmunlu olduğu üçün mötəbər sübut kimi qəbul etdiyini göstərmişdir.
71. Bununla əlaqədar icraat bitdikdən sonra iş materialları ilə tanış olarkən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli audio-video yazısı ilə tanış olmaq istəyən zaman məlum olmuşdur ki, həmin iclasın audio-video yazısı apellyasiya instansiyasına təqdim edilməmişdir. Üstəlik ərizəsinə xx.xx.2024-cü il tarixli cavabında apellyasiya instansiyası həmin iclasın audio-video yazısı ilə tanış olmaq üçün Nərimanov Rayon Məhkəməsinə müraciət etməli olduğunu bildirmişdir.
72. Beləliklə aydın olur ki, məhkəmə faktiki olaraq, Röya Nəbiyevanın birinci instansiyada verdiyi ifadəsi ilə tanış olmadan qətnamədə ona istinad edərək, şəxsi daha əvvəl verdiyi ifadə ilə eyni məzmunlu ifadə verməsi qənaətinə gəlmiş və bu halı sübutun mötəbərliyi kimi dəyərləndirmişdir. Bu isə qanunun tələbindən irəli gələrək yolverilməzdir.
73. Eyni zamanda Röya Nəbiyevanın birinci instansiya məhkəməsində verdiyi ifadəsində göstərmişdir ki, alğı-satqı müqaviləsindən əvvəl və müqavilə bağlandıqdan sonra İddiaçı sözügedən ünvanda yerləşən mənzilə getmiş, orada danışıqlar aparmışdır. Bundan başqa şəxs qeyd etmişdir ki, alğı-satqı müqaviləsi bağlandıqdan sonra Bakı şəhəri, Nəsi mi rayonu, Əlövsət Quliyev küçəsi, 342-ci məhəllə, 98 saylı evin, 14 saylı mənzilinə getdikdən sonra Cavabdeh1 evin satılmasına görə ona rieltor haqqı – komissiya ödəmişdir. Zatən həmin məhkəmədə də Röya Nəbiyeva özünün makler – rieltor kimi fəaliyyət göstərdiyini bildirmişdir. Bu kimi vacib nüanslar məhkəmə iclasının audio-video yazısına düşsə də, məhkəmə tərəfindən apellyasiya instasiyasına təqdim edilməmişdir.
74. Hesab edir ki, qeyd etdiyi hallara əsasən Cavabdeh1 və Röya Nəbiyevanın məhkəmədə vermiş olduğu ifadələr sübut qismində mötəbər hesab edilə bilməz. Alğı-satqı müqaviləsinin xx.xx.2017-ci ildə bağlanmasına rəğmən evin faktiki İddiaçı verilməməsi halına dair qeyd edir ki, istər sonuncunun qəsdən öldürülməsinə dair aparılmış cinayət işinin yekun aktı – ittiham aktından, istərsə d ə Elnarə Bəkirovanın ifadəsindən müəyyən edilir ki, İddiaçı maddi imkanı kifayət qədər qənaətbəxş olmuş, o sahibkar kimi fəaliyyət göstərərək aşağı qiymətə satılan daşınmaz əmlakları əldə edib, sonrada daha baha satmaqla gəlir əldə etmişdir. Yaşamaq üçün öz mülkləri olan İddiaçı həmin mənzili 2016-cı ildə nikahı pozulmuş qızı Elnarə Bəkirova üçün əldə etmiş, lakin insanlıq göstərərək, əvvəlcədən razılaşma əsasında Cavabdeh1 ailəsi ilə birgə müəyyən müddət mənzildən istifadəsinə etiraz etməmişdir. Lakin bu müddətindən kifayət qədər uzandığını gördükdən sonra məhkəmə qaydasında müqavilə üzrə tərəfin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini tələb etmişdir. Belə ki, bu hallara da apelyasiya instansiyası tərəfindən qiymət verilməmişdir.
75. Konstitusiya məhkəməsinin formalaşdırmış olduğu h üquqi mövqedən də göründüyü kimi əqdin yalan əqd olması üçün müqavilə tərəflərinin hər ikisinin əqdi bağlayarkən belə niyyətlərinin olması və bunun üçüncü şəxslər qarşısında fikir formalaşdırmaq, yanlış təsəvvür yaratmaq məqsədilə edilməsi lazımdır.
76. Hazırkı işin hallarından görünür ki, İddiaçı hər hansı üçüncü şəxslər qarşısında yalan əqdə əsaslanan fikir formalaşdırma niyyəti mövcud olmamış və əslində heç belə üçüncü şəxslər də mövcud deyildir. Şəxs qanunla müəyyən edilmiş qaydada və formada, özünün iradə ifadəsinə uyğun olaraq, alğı-satqı müqaviləsi bağlamaq niyyəti ilə Cavabdeh1la müqavilə münasibətinə girmişdir. Ələlxüsus nəzərə alınmalıdır ki, mənzilin satılması təklifini Cavabdeh1 özü İddiaçı təklif etmişdir. Hazırda İddiaçı həyatda olmamasından istifadə edən iddiaçı tərəfin müqa vilənin Cavabdeh1 guya 50000 ABŞ dolları qarşılığında borcuna görə girov müqavilə bağlamaq niyyəti ilə hazırkı müqavilənin bağlanmasına istinad edilməsi əsassızdır. Azı ona görə ki, bunun üçün girov müqaviləsi özü bağlana bilər ki və mənzil girovla yüklü edilə bilərdi və belə müqavilənin bağlanması üçün tərəflərin qarşısını alacaq mane mövcud olmamışdır. Belə olan təqdirdə iddiaçı tərəfin İddiaçı girov müqaviləsi yerinə alğı-satqı müqaviləsi bağlamasına istinadı əsassızdır. İddiaçı bu hissədə öz mövqeyini və fikrini əsaslandıra bilməmişdir. Həmçinin məhkəmə də tərəflər arasında hansı səbəbdən girov deyil, alğı-satqı müqaviləsi bağlandığını əsaslandırmamışdır.
77. Sadalananlara əsasən hesab edir ki, məhkəmə hazırkı halda maddi hüquq normasının tələbini pozmuş, tətbiq edilməməli olan maddi hüquq normasını tətbiq etməklə, yanlış nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
78. İş üzrə birinci iş üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçı Cavabdeh2 kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
79. Etirazın dəlilləri ondan ibarətdir ki, kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə əsasən eynidir. Belə ki, kassasiya şikayətində göstərilir ki, apellyasiya instansiyası apelyasiya şikayətində göstərilən hallara hüquqi qiymət verməmiş, Röya Nəbiyevanın ifadəsinin birinci instansiya məhkəməsi tərəfindən təhrif edilməsinə və qısaldılmasına düzgün qiymət verməmiş, özünün əldə etdiyi yeni sübutları qiymətləndirməmiş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarının düzgün müəyyən edilməməsinə müna sibət bildirməmiş, bununla da qərəzli olmaqla bərabər, maddi və prosessual hüquq normalarının tələbini kobud şəkildə pozmuş, bundan əvvəlki instansiyanın pozuntularını təkrarlamış, ədalətli olmamış, tərəflərin bərabərliyi, çəkişmə kimi təməl prinsipləri pozmuşdur.
80. İşin həqiqi hallarından, həmçinin apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən göründüyü, kassasiya şikayətinin dəlilləri tamamilə əsassızdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş tam, hərtərəfli və obyektiv araşdırılmış, hətta birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntu da aradan qaldırılmışdır.
81. Beləliklə, göründüyü kimi, kassasiya şikayəti formal xarakterli olmaqla yanaşı, dəlilləri tamamilə əsassızdır. Kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlilləri formal xarakterlidir.
82. Kassasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən qərar çıxarılarkən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər yoxdur. Kassasiya şikayətində məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamaması ilə bağlı məhkəmə iclas protokollarına dair qeydlər verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
83. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
84. Maddə 324.1. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli ir adə ifadəsidir.
85. Maddə 324.4. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir.
86. Maddə 324.5. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
87. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
88. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd hə min şəxsə qarşı mübahisə edilir.
89. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.
90. Maddə 337.4. etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
91. Maddə 340.2. Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.
92. Maddə
404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şər tləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır.
93. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
94. Maddə
567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdə sinə götürür.
95. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 02 aprel 2021-ci il tarixli Qərarı: “...Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan idd ia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.”
96. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarı: “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə
97. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
98. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
99. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qab aqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
100. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
101. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
102. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaların ın düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
103. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
104. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normaları nın pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
105. Apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən işin faktiki hallarından görünür ki, şəhərin mərkəzi yerində yeni tikili binada yerləşən 4 otaqlı 160 kv.m sahəsi olan mənzil 2017-ci ildə 85000 manata satılmış, satılandan sonra bu günədək əvvəlki mülkiyyətçilər həmin evdə yaşamış, mənzil alıcıya təhvil verilməmiş, 2019-cu ildə satıcı tərəfindən əqdin etibarsızlığı mübahisələndirdikdən sonra alıcı mənzilin boşaldılması barədə qarşılıqlı iddia versə də, sonradan aralarında olan razılığa əsasən hər iki tərəf iddia ərizələrini geri götürmüşdürlər.
106. Apellyasiya məhkəməsi işin yuxarıda göstərilən halların ı və təqdim edilən sübutları qiymətləndirərək bu alğı-satqı müqaviləsinin hüququ nəticələr yaratmaq niyyəti ilə bağlanmadığı qənaətinə gəlmişdir.
57. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərlə bağlı məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, mülki dövriyyənin iştirakçıları bəzən daxil olduqları hüquq münasibətlərini onların həqiqi məzmununa uyğun olaraq yazılı şəkildə rəsmiləşdirmirlər (və ya rəsmiləşdirə bilmirlər), yaxud bunu bir neçə hüquqi əməliyyatla edirlər. Bu müxtəlif səbəblərdən irəli gələ bilər: tərəflərin şifahi razılaşmanı kifayət hesab etməsi, qarşı tərəfin razılaşma şərtlərinə və formalaşmış işgüzar adətlərə zidd hərəkət etməyəcəyinə olan güvən, hüquqi sənədləşmə ilə bağlı tərəflərə göstərilən xidmətin keyfiyyətsiz olması, əqdlərin rəsmi qayd ada bağlanması ilə bağlı çətinliklər və s. Bəzi hallarda tərəflərin başqa hüquq münasibətlərindən əmələ gəlmiş pul öhdəliyinin icra edilməsinin təminatı kimi daşınmaz əmlakın ipoteka müqaviləsini “alqı-satqı müqaviləsi” ilə rəsmiləşdirmək təcrübəsinə rast gəlinir.
58. Bu səbəbdən məhkəmə əqdə əsaslanan və ya əqdin etibarsızlığının təsbit olunmasına dair tələblərə baxarkən yalnız formal tələbləri (müqavilənin adını, onun hərfi mənasını, müqavilədə tərəfin iradəsinin ifadə olunmasını, əqdin yazılı və ya notarial formasına əməl olunmasını və s.) yoxlamaqla kifayətlənməməli, bəyan edilmiş iradənin formalaşmasına əsas olmuş şəraiti, niyyəti, tərəflər arasında müqaviləyə qədərki və sonrakı danışıqları və hərəkətləri nəzərə almalı, mübahisəli hüquq münasibətinə qiymət vermək tələb olunduqda, irad ə ifadəsinin həqiqi məzmununu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Bu səbəbdən mübahisəli alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin əslində bu müqaviləni borcun ödənilməsi üçün təminat kimi sənədləşdirmək düşüncəsi ilə hərəkət edib-etməmələrinin müəyyən edilməsi əhəmiyyət kəsb edir.
59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun“ Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” 18 mart 2022ci il tarixli Qərarında da göstərilmişdir ki, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyəti ilə q əsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən yalnız birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqi qi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən fərqləndirən əsas əlamətdir; yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini gizli tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
107. Mənzilin dəyərinin müqavilədə göstərilən qiymətdən qat-qat artıq olması, işdə olan mənzilin qiymətləndirilməsi barədə mütəxəssis rəyi və real bazar dəyərinin müəyyən edilməsi barədə müvafiq ekspertizanın keçirilməməsinə dair kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin yerləşdiyi yer, mənzilin texniki göstəriciləri nəzərə alınmaqla onun müqavilədə göstərilən qiymətə olmadığı və dəyərinin daha yüksək olduğu Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan sübuta ehtiyacı olmayan haldır. Hazırki işdə nəzərə alınmalı məqam mənzilin qiymətinin konkret 2017-ci ildə nə qədər təşkil etməsi yox, müqavilədə göstərilən qiymətin real qiymətdən çox aşağı olmasıdır. Buna görə də, mənzilin konkret qiymətinin məhkəmələr tərəfindən ekspertiza keçirilməklə müəyyən edilməsinə zərurət olmamışdır.
108. Kassasiya şikayətinin Cavabdeh1 və Röya Nəbiyevanın şahid qismində verdikləri ifadənin mötəbərliyi ilə bağlı dəlilləri ilə məhkəmə kollegiyası razılaşmır. Belə ki, həmin şəxslər əqdin bağlanmasında, aparılan danışıqlarda şəxsən iştirak edərək, onlara məlum olan hallar barədə ifadə vermişdirlər. Şahid Cavabdeh1 borcu alan, həmçinin etibarnamə əsasında satıcı kimi Cavabdeh1nn adından alqı-satqı m üqaviləsi bağlayan şəxs olmuşdur. Həmin ifadələr işdə olan digər sübutlarla yanaşı yoxlanılmış və düzgün qiymətləndirilmişdir.
109. Alğı-satqı müqaviləsinin xx.xx.2017-ci ildə bağlanmasına rəğmən evin faktiki İddiaçı verilməməsi halına dair kassasiya şikayətində qeyd edilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, alıcı tərəf 2019-cu il tarixədək ümumiyyətlə evin boşalıdılmasının tələb edilməsi ilə bağlı məhkəmələrə sübutlar verməmiş, yalnız əqdin etibarsızlığı ilə bağlı 1-ci dəfə iddia qaldırılan zaman qarşılıqlı iddia vermiş və sonradan hər iki tərəf iddiasını geri götürmüşdür. Məhkəmə kollegiyası hesab edir ki, alıcının bu hərəkəti həmin əqdin real alqı-satqı olmaması ehtimalını daha da gücləndirir, əqdi mübahisələndirən tərəflə razılığa gələrək mənzilin boşaldılması tələbinin geri götürülməsi əqdin mənzilin əldə edilməsi məqsədilə deyil, borcun qaytarılmasının təmini niyyətilə bağlandığını bir daha təsdiq edir.
110. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən işin bütün hallarına və sübutlara qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
111. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddə lərindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin belə dəlillərinə qiymət verilmir.
112. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
113. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apell yasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
114. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 sentyabr 2024-cü il tarixli 2(103)-335/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.