Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3990/2020 06.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əhmədov Əhməd Abbas oğlunun sədrliyi və məruzəsi ilə, Dəmirov İlqar Kamal oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X1 və Cavabdeh iştirakları ilə açıq məhkəmə iclasında, Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4312/2019 saylı qətnaməsindən İddiaçı kasasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Goranboy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(045)-74/2019 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İ.X.Abdurəhmanlı) İddiaçı Cavabdeh və digər lərinə qarşı “torpaq sahəsinə keçməyə qadağa qoyulması” barədə iddiası təmin edilərək, iddiaçıya məxsus olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,42 ha torpaq sahəsindən cavabdehin su arxı kimi istifadə etməsinə və bu məqsədlə həmin torpaq sahəsinə daxil olmasına qadağa qoyulması qət edilib. Cavabdeh qətnamədən apelyasiya şikayəti verib. Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)-4312/2019 saylı qətnaməsi ilə (hakimlər L.S.Süleymanov sədrlik edən, məruzəçi, F.Ə.Mehtiyev və A.V.Bayramov) apelyasiya şikayəti təmin edilərək, iş üzrə Goranboy Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilib, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia rədd olunub. İddiaç qətnamədən kasasiya şikayəti verib. İŞİN HALLARİ İşdən görünür k i, iddiaçı məhkəmədə cavabdehə və digərlərinə qarşı iddia qaldıraraq, mülkiyyətində olan Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsindən keçməyə və həmin torpaq sahəsindən arx vasitəsi ilə öz həyətyanı torpaq sahəsinə su aparmasının cavabdehə qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Mübahisə üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilib. KASASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kasasiya şikayəti onunla əsaslandırılıb ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, işin həqiqi halları üzrə səhv nəticəyə gəlib və işə əlavə edilmiş sübutlara düzgün hüquqi qiymət verməyib. Kasasiya şikayətində iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, mülki işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunub. Kasasiya şikayətinə dair etiraz ərizəsi daxil olmayıb. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Cavabdeh məhkəmə iclasında iştirak etsə də vəkillə birgə təmsil olunmadığı üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 67.1-ci maddəsinin tələblərini izah etməklə onu məhkəmə iclasında dinləmədi. İddiaçı, vəkili Müşfiq Mehdiyev və üçüncü şəxs Azərbaycan Respublikası ƏMDK-nin yanında DƏDRX-nin 07 saylı Bərdə Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də üzrsüz səbəblərdən məhkəmə iclasına gəlmədikləri üçün kasasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştiraklar ı olmadan işə baxılmasını mümkün hesab etdi. HÜQUQİ MƏSƏLƏLƏR Kasasiya instansiyası məhkəməsi məruzəçini dinləyib, kasasiya şikayətinin dəlillərini müzakirə edib, apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq etməsini yoxlayıb hesab edir ki, aşağıdakılara görə kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv edib, iddianın rədd e dilməsi barədə yeni qətnamə qəbul edərkən, iddianın əsassız olmasına, iddianı təmin etməklə birinci instansiya məhkəməsinin düzgün nəticəyə gəlməməsinə istinad edib və hüquqi mövqeyini Mülki Məcəllənin 170.1, 170.2, 170.3-cü maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır və hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən, maddi və prosessual hüquq normalarının tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib, maddi hüquq normalarının tətbiqində və təfsirində səhvə yol verməyib və işdə, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kasasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, işin apelyas iya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş həqiqi hallarından görünür ki, Goranboy rayon İHB-nın Tapqaraqoyunlu kənd inzibati ərazi dairəsi üzrə Nümayəndəsinin xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən, Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən iddiaçıya məxsus 0,42 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsinin üzərində fərdi yaşayış evi vardır. “JN-445” F saylı “Torpağa mülkiyyət hüququna dair” Şəhadətnaməsinə əsasən, Goranboy rayon AİK-nın xx xxxxxx 1999-cu il tarixli, 07 saylı qərarı ilə Goranboy rayonu, Tapqaraqoyunlu kəndində yerləşən 0,42 ha həyətyanı torpaq sahəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydə alınıb. İşə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixl i mütəxəssis rəyinə əsasən, tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsində yerləşmə mövqeyi və ölçülərin koordinatları naturada təyin edilərək kameral şəraitdə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və foto materialları üzərində dəqiqləşdirilmişdir. Eni 20-30 sm aralığında dəyişən mübahisəli su arxının, Goranboy rayonu, Tapqaraqoyunlu kənd ərazisində aparılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin elektron (DWJ) materiallarında öz əksini tapmamışdır. Qeyd olunanlara istinadən həmin ərazidə sözügedən su arxının mövcudluğunun nəzərdə tutulmadığı müəyyən olundu. Ekspertiza baxışı zamanı, mənbəyi bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən mübahisəli su arxından, digər kənd sakinləri ilə birlikdə, tərəflə rin müvafiq olaraq növbəli şəkildə həyətyanı torpaq sahələrinin suvarılması məqsədi ilə istifadə etmələri üçün nəzərdə tutduqları müəyyən olundu. Goranboy rayonu, Tapqaraqoyunlu kənd ərazisinin kompleks yerquruluşu layihəsinin elektron (DWJ) materiallarına istinadən mübahisəli ərazidə hər hansı su arxı qeydə alınmamışdır. Həmin ərazidə yaşayanlar, o cümlədən cavabdeh üçün alternativ suvarma arxının olubolmamasına münasibət bildirmək onların səlahiyyətlərinə aid deyildir. İşə əlavə edilmiş Goranboy rayonu, Tapqaraqoyunlu bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli arayışından isə görünür ki, cavabdehə məxsus Tapqaraqoyunlu kəndində 17 ha həyətyanı torpaq sahəsini suvarmaq üçün su arxı uzun illərdir ki, iddiaçının həyətyanı torpaq sahəsindən keçir və həmin arxdan bir neçə qonşu həyətyanı s ahəsini suvarır. Bu arxdan başqa, istifadə etmək üçün digər su mənbəyi yoxdur. Bu arxdan təxminən 70-80 ildən çox istifadə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, birbirinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən, heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 157.4-cü maddəsində göstərilir ki, mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşm ayıb, işə əlavə edilmiş sübutları araşdırıb, sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə tətbiq edib haqlı olaraq qeyd etmişdir ki, iddianı təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlməmişdir. Belə ki, işə əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx xxxx 2019-cu il tarixli mütəxəssis rəyinə əsasən, tərəflərin və mütəxəssisin iştirakı ilə iddia olunan torpaq sahəsində yerləşmə mövqeyi və ölçülərin koordinatları naturada təyin edilərək kameral şəraitdə ƏMDK-nin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin elektron baza və foto materialları üzərində dəqiqləşdirilmişdir. Eni 20-30 sm aralığında dəyişən mübahisəli su arxının, Goranboy rayonu, Tapqaraqoyunlu kənd ərazisində apa rılmış torpaq islahatına dair kompleks yerquruluşu layihəsinin elektron (DWJ) materiallarında öz əksini tapmasa da, ekspertiza baxışı zamanı, mənbəyi bələdiyyə mülkiyyətində olan ərazidə yerləşən mübahisəli su arxından, digər kənd sakinləri ilə birlikdə, tərəflərin müvafiq olaraq növbəli şəkildə həyətyan torpaq sahələrinin suvarılması məqsədi ilə istifadə etmələri üçün nəzərdə tutduqları müəyyən olunmuşdur. Eyni zamanda işə əlavə edilmiş Goranboy rayonu, Tapqaraqoyunlu bələdiyyəsinin xx xxxxxx 2019-cu il tarixli arayışına əsasən, cavabdehə məxsus olan Tapqaraqoyunlu kəndində yerləşən 17 ha həyətyanı torpaq sahəsini suvarmaq üçün su arxı uzun illərdir ki, iddiaçıya məxsus olan həyətyanı torpaq sahəsindən keçir və həmin arxdan bir neçə qonşu həyətyanı torpaq sahəsini suvarır. Bu arxdan başqa istifadə etmək üşün cavabdehin digər su mənbəyi yoxdur. Bu arxdan təxminən 70-80 ildən çoxdur ki, su arxı kimi istifadə olunur. Kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və kasasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, qonşu torpaq sahəsinin və daşınmaz əmlakın mülkiyyətçisi kimi iddiaçı qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, cavabdehə qarşılıqlı hörmət bəsləmədiyindən, eyni zamanda öz mülkiyyət hüququnu həyata keçirərkən cavabdehin mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinmədiyindən, həmçinin suyun təbii axımını cavabdehin ziyanına dəyişmək istədiyindən, apelyasiya instansiyası məhkəməsi tərəfindən haqlı olaraq birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rəd d edilmiş və sadalanan maddi hüquq normalarının tələbləri hazırki mülki mübahisəyə düzgün tətbiq edilmişdir. Kasasiya instansiyası məhkəməsi kasasiya şikayətinin dəlilləri ilə razılaşmayıb hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş həqiqi halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlib, işə əlavə edilmiş sübutlara sadalanan maddi və prosessual hüquq normalarının tələbləri baxımından düzgün hüquqi qiymət verib və gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki halları tam, hərtərəfli və obyektiv araşdırıb. Ona görə də kasasiya instansiyası məhkəməsi kasatorun kasasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozması və düzgün tətbiq etməməsi barədə göstərdiyi dəlilləri əsassız hesab edir və belə qənaətə gəlir ki, kasasiya şikayəti təmin edilmədən, iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-420-ci maddələrinin tələblərini rəhbər tutaraq kasasiya instansiyası məhkəməsi QƏRARA ALDİ: İddiaçı kasasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(104)4312/2019 saylı qətnaməsi kasasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3990/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3990/2020
06.10.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver