Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3990/2024 26.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının qarşı iş üzrə QƏRARİ Kateqoriya: Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X2 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Babayev Zəki Baba oğlundan ibarət tərkibdə, Ərizəçi (maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi) «mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktının müə yyən edilməsi barədə» ərizəsi üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1342/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsindən ərizəçi tərəfindən verilmiş kassasiya şikayətinə 26 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Ərizəçi Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin 3 saylı mənzilində yaşayış yeri üzrə qeydiyyatda olmaqla yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. Ərizəçi məhkəməyə müraciət edərək, Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin 3 saylı mənzilinə dair hüquqların dövlət qeydiyyatına alınması ilə bağlı ərizəsinin təmin edilərək müvafiq mənzil barəsində sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. Ərizə belə əsaslandırılmışdır ki, o, 17 avqust 1957-ci il tarixdə anadan olmuş və Şirvan şəhəri S.Vurğun küçəsi ev 26 mənzil 3-də yaşayır. Əvvəllər həmin mənzildə valideyinləri ilə, sonradan ailə quraraq ailə üzvləri ilə birlikdə yaşamışdır. Artıq 30 ildən çoxdur ki, həmin mənzildə yaşayır, mənzilə fasiləsiz və etirazsız olaraq sahiblik edir. Lakin mənzilə dair heç bir hüquqmüəyyənedici sənədi olmadığından mənzil üzərində mülkiyyətçi kimi qeydə alınmasını tələb edə və həmin sənədləri əldə edə bilmir. Müvafiq orqanlara müraciət etsə də, həmin mənzilə dair heç bir hüquqmüəyyənedici sənəd müəyyən olunmamışdır. Mənzilin bütün kommunal xidmətləri onun adına ödənilir və heç bir borcu da yoxdur. Həmçinin ərizəçi qeyd etmişdir ki, o, həmin mənzildə pasport qeydiyyatındadır.
4. Şirvan Şəhər Məhkəməsinin 16 may 2024-cü il tarixli e-2(032)-449/2024 nömrəli qətnaməsi ilə (hakim Aydan Məmmədli) ərizə təmin olunmuşdur.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 (1 saylı mənzil istismar sahəsinin rəisi), Şahid3 (qonşu), Şahid4 (qonşu) Ərizəçi uşaqlıqdan Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin 3 saylı mənzilində yaşadığını təsdiq etmişlər.
6. Məhkəmə hesab etmişdir ki, şahidlərin izahatları, eyni zamanda iş materiallarında olan sənədlərə əsasən Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin, 3 nömrəli mənzilinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Ərizəçi uzun müddət ərzində ailə üzvləri ilə həmin evdə yaşaması, bu müddət ərzində evin bütün kommunal xərclərini ödəməsi, səlahiyyət li dövlət orqanlarının isə həmin mənzil ilə bağlı ərizəçiyə hər hansı irad və tələb bildirməməsi, dövlətin həmin şəxsin həmin əmlaka faktiki mülkiyyət hüququnun tanınması kimi dəyərləndirilməlidir.
7. Eyni zamanda müəyyən olunmuşdur ki, ərizəçiyə bu faktın təsdiq edilməsi onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçi müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir. Həmçinin iş üzrə maraqlı şəxsin hər hansı mübahisəsi və tələbi olmamışdır.
8. Məhkəmə gəldiyi nəticəni, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1, 152.2, 152.3, 152.4, və 346.1-ci, Mülki Prosessual Məcəllənin 307.2.11, 308, 310.1, 331-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə, Azərbaycan Re spublikası Ali Məhkəməsinin «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan Hüquqlarının və X1 Haqqında» Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları Üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» 30 mart 2006-cı il tarixli 2 saylı qərarına, Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 13 saylı Şirvan Ərazi İdarəsi apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ərizənin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışd ır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq qətnamə qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 178.6-cı maddəsinə əsasən, əgər şəxs daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış daşınmaz əmlaka faktik mülkiyyətçi hüququ ilə 30 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, o, mülkiyyətçi kimi qeydə alınmasını tələb edə bilər. Eyni şərtlərlə bu hüquq həmçinin o daşınmaz əmlakın sahibinə mənsubdur ki, onun mülkiyyətçisi daşınmaz əmlakın dövlət reyestrindən bəlli olmasın. xx.xx.2002-ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 179-cu maddəsinin şərh edilməsinə dair Plenum qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin daşınmaz əmlaka mülkiyyət hüququnu əldə etmə müddətini müəyyənləşdirən 179-cu maddəsinin hüquqi qüvvəsi 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərinə tətbiq olunmalıdır. Belə ki, mülki dövriyyə iştirakçılarının hüquq və mənafelərinin ədalətli təmini və səmərəli müdafiə olunmasının zəruriliyi, o cümlədən əvvəl yaranmış və davam edən hüquq münasibətlərinin bütövlüyünün və fasiləsizliyinin qorunması baxımından maddi mülki hüquq normalarının qüvvəsi belə normanın qəbul edildiyi müddətdən sonra yaranan münasibətlərə tətbiq edilir. 30 illik müddətin təsbit olunduğu 178.6-cı maddədə həmin müddətin 2000-ci il sentyabrın 1dən əvvəl yaranmış münasibətlərə tətbiqi ilə bağlı birbaşa göstəriş mövcud deyildir.
11. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1342/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər: Cahid İmanov-sədrlik edən və məruzəçi, Tale Kərimov və Pərviz Əhmədov) maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək ərizə rədd edilmişdir.
12. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizə üzrə nəticəyə gələrkən tətbiq edilməli olan hüquq normalarını tətbiq etməmişdir.
13. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tar ixli qərarın 7-ci bəndində qeyd edilir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın.
14. Müəyyən edilmişdir ki, hazırkı mübahisəli əmlakın hüquqmüəyyənedici sənədləri yoxdur, daşınmaz əmlak mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınmamış, bunu təsdiq edən sənədlər itirilməmişdir.
15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1, 307.2.11, 308, 310.1-ci maddələrinə, « Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 №-li 12 aprel 2019-cu il tarixli Qərarına istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
16. Ərizəçi kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib işə yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti ərizə ilə eyni dəlillərlə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, həmin mənzil ərizəçinin atasına işlədiyi Şirvanneft müəssisəsindən təxmini 1960cı illərdə verilmişdir. Mənzilə dair order verilsə də, həmin orderi itirmişlər. “X4 LTD ” şirkətinə sorğu verilsə də həmin şirkətdən bildirmişlər ki, X3 (atası) şirkətdə işləməmişdir, habelə şirkətdə Şirvan şəhəri S.Vurğun küçəsi 26 saylı evin 3 nömrəli mənzilinin Z.Lütfəliyevə verilməsi barədə heç bir məlumat və ya sənəd mövcud deyildir. Halbuki Z.Lütfəliyev uzun müddət həmin şirkətdə işləmiş və həmin mənzil də ona şirkətdən verilmişdir. Bundan başqa, məhkəmə araşdırması zamanı şahidlərin izahatlarından, iş materiallarında olan sənədlərdən Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin, 3 nömrəli mənzilinin Ərizəçi qanuni sahibliyi və istifadəsində olması öz təsdiqini tapmışdır. Ərizəçiyə bu faktın təsdiq edilməsi, onun müəyyən sənədləşmə işlərinin aparılmasında maneələrin aradan qaldırılması üçün lazımdır və ərizəçinin müəyyən edilməsini tələb etdiyi faktı təsdiq edən lazı mi sənədləri başqa qaydada ala bilmir. Kassator şikayətini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.2, 152.3, 152.4, 152.5 və 159-cu maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan mü əyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
23. Maddə 307.2.11. Qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə tərəfindən müəyyən edilir.
24. Maddə
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
25. Maddə 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli dir.
26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 №-li 12 aprel 2019-cu il tarixli Qərarı
28. Bənd 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir.
29. Bənd
7. Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsind ə sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. Kassasiya baxışının hədləri
30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
31. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
32. Kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsinin gəldiyi hüquqi nəticə və hüquqi əsaslandırma ilə razılaşaraq hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən şikayətdə qeyd edilmiş maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
33. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, ərizəçi Şirvan şəhəri, S.Vurğun küçəsi, 26 saylı evin 3 saylı mənzili üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün faktiki yaşadığı və qeydiyyatda olduğu mənzilə sahiblik, istifadə və sərəncam vermək faktının müəyyən edilməsini xahiş etdir. Ərizədə də qeyd edildiyi kimi ərizəçinin bu mənzil üzərində hüquqmüəyyənedici sənədləri mövcud deyil.
34. Məhkəmə MPM-nin 307, 308-ci maddələrinə və ”Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 №-li 12 aprel 2019-cu il tarixli Qərarına istinad edərək düzgün olaraq hesab etmişdir ki, iddiaçının qeydiyyatda olduğu mənzilə dair hüquqmüəyyənedici sənədlərinin əvvəldən mövcud olduğu və bu sənədlər itirildiyi halda bu faktların məhkəmə qaydasında müəyyən edilməsi barədə tələb təmin edilə bilərdi.
35. Ərizəçi kassasiya şikayətində y aşadığı mənzilin onun atasına order əsasında verildiyini, bu sənədin itirildiyini göstərsə də, hüquqmüəyyənedici sənədlərin əvvəldən mövcud olması barədə (orderin kserosurəti, arxiv arayışı və s.) məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir.
36. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən qətnamənin kassasiya qaydasında ləğv edilməsi üçün əsaslar müəyyən olunmur.
37. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq kassasiya instansiyası məhkəməsi Qərara aldı: Ərizəçi kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 avqust 2024-cü il tarixli, 2(106)-1342/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi a