Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3991/2021 12.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Abbaszadə Sima Elçin qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil və cavabdehin vəkili X3 iştirakı ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-234/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 16.02.2018-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinə əsasən satıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti ünvan mənzilini alıcı İddiaçı satmağı, alıcı isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada tərəflər arasında razılaşdırılmış şərtlər daxilində aldığı mənzilin dəyərini (qiymətini) satıcıya ödəməyi öhdəsinə götürmüşdür. Mənzilin dəyəri (qiyməti) tərəflərin razılğı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini hər ay 300 manat məbləğində ödəniş etməklə 18 ay müddətinə ödəməyi öhdəsinə götürmüşdür. Abşeron Rayon Məhkəməsinin 2(005)-2329/2015 nömrəli, 23 iyul 2015-ci il tarixli qətnaməsinin surətindən gö rünür ki, “X2 Korporasiyası” ASC ilə cavabdeh İddiaçı arasında bağlanılmış 16.02.2008-ci il tarixli, 5626 saylı müqavilənin ləğv edilməsi, ünvan mənzilin boşaldılması və mənzilin cavabdeh “X2 Korporasiyası” ASC-nə təhvil verilməsi qət edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin 18.10.2018-ci il tarixli, 14650 saylı ekspert rəyi ilə ünvan bir otaqdan ibarət ümumi yaşayış sahəsi 49.72 kv.m olan mənzil üzrə aparılmış təmir işlərinin bazar qiymətlərinə uyğun təqribi qiymətinin 9872 manat məbləğində olduğu müəyyən edilir. Məhkəmə Ekspertiza Mərkəzinin 18.10.2018-ci il tarixli, 14650 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan mənzilində yerinə yetirilmiş müxtəlif növ tikinti-təmir və quraşdırma işlərinin təqribi dəyərinin 2012-ci ildə mövcud olmuş bazar qiymətlər inə uyğun olaraq 12250 manat məbləğində olduğu müəyyən edilir. Tədqiq olunan mənzil üzrə aparılmış müxtəlif növ işlərin dəyərinə dair ilkin ekspertiza ilə təkrar ekspertizanın nəticələri arasında artmağa doğru yaranmış 2378,0 manat (12250,0-9872,0) qiymət fərqi, hazırkı ekspertiza tədqiqatı zamanı tədqiq olunan mənzilin təmirinə çəkilmiş xərclərlə bağlı tərtib edilmiş aktda göstərilənlərin nəzərə alınması ilə izah olunur. ünvan mənzilində təmir işlərinin hansı dövrdə başlanıb yekunlaşdığı barədə məlumat mülki iş materiallarında olmadığından, mənzilin təmir işlərinin köhnəlmə (aşınma) faizini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən də, amortizasiya – köhnəlmə nəzərə alınmaqla mənzilin təmirinə çəkilmiş xərclərin müəyyən olunmasına dair tədqiqat aparılmamışdır. Məhkəmə Ekspertiza Mərkəzin in 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, ünvan mənzilində yerinə yetirilmiş təmir işlərinin ümumi dəyəri 12250 manat məbləğində olduğu müəyyən edilir. Təmir işlərinin köhnəlmə əmsalının hesablanmasına dair metodika olmadığından bu suallar tədqiqat aparılmamışdır. Lakin tədqiq olunan mənzilə baxış keçirilən zamanı, həmin mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər hansı qüsurlar yaranmadığı müəyyən edilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 5626 saylı "Mənzilin alqı-satqı Müqaviləsinin icrası ilə əlaqədar ödənilmiş 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) məbləğin, 12000 manat (on iki min) təmirə çəkilmiş xərcin, 30 manat dövlət rüsumunun, cəmi 34296,96 manat (otuz dörd min iki yüz doxsan altı manat doxsan altı qəpik) məbləğin və 30 manat (otuz) dövlət rüsumunun "X6" Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 16 fevral 2008-ci ildə "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında ünvan 1 otaqdan ibarət ümumi yaşayış sahəsi 49,72 kv.m. olan mənzilə dair 5626 saylı "Mənzilin Alqı-Satqı Müqaviləsi" bağlanmışdır. Müqavilənin 1.2-ci bəndində göstərilir ki, "Satıcı" satdığı mənzili nəzərdə tutulmuş müddətdə (həmin müddət müqavilənin 3.1.2.4 bəndinə əsasən 18 ay müəyyən edilmişdir) alı cıya verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndində deyilir: Hazırkı alqı-satqı müqaviləsinin predmeti olan mənzilin qiyməti tərəflərin razılığı ilə 89185,25 manat məbləğində müəyyən olunur və alıcı mənzilin qiymətini səksən doqquz min yüz səksən beş manat 25 qəpik 300 (üç yüz) ay müddətində ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 3.1.2.1-ci bəndində deyilir ki, bu Müqavilənin müddəaları ilə nəzərdə tutulan qaydada və müəyyən edilmiş şərtlər daxilində mənzilin alıcıya verilməsini təmin etmək "satıcının" vəzifəsidir. "Satıcı" tərəfindən müqavilənin "Satıcının vəzifələri"ni göstərən 3.1.2-ci bəndinin tələbləri layiqincə yerinə yetirilməmişdir. Ümumiyyətlə bu Müqavilə "Alıcının" hüquqlarının kobud surətdə pozulması ilə bağlanmışdır. Müqavilənin 3.2.2.1-ci bəndinin son iki abz asında göstərilənlər buna misal ola bilər. Həmin abzaslarda qeyd olunur ki, Satıcıdan alınmış mənzilin təmir işlərini yalnız satıcının təklif etdiyi sığorta şirkətində mənzili sığorta etdirdikdən sonra həyata keçirə bilər. Sonra qeyd olunur ki, Alıcı yalnız satıcı tərəfindən təklif olunmuş sığorta şirkətində öz həyatını və əmək qabiliyyətinin itirilməsi riskini sığortalatdırmalıdır. Həmin Müqavilənin 5.7-ci bəndində göstərilir ki, "Alıcı" tərəfindən verilmiş ilkin ödəniş məbləği mənzilin qiymətinə hesablanmır və sonradan müqavilənin dəyişdirilməsi, ləğvi, müqavilə öhdəliklərinin başqa şəxslərə keçirilməsi hallarında "Alıcıya" qaytarılmır. Halbuki, həmin Müqavilənin 3.2.2.1-ci bəndində mənzilin dəyəri 89185,25 manat (səksən doqquz min bir yüz səksən beş manat iyirmi beş qəpik) göstərilmişdi r. Müqavilənin bu iki bəndi bir-biri ilə ziddiyyət təşkil edir və "Alıcının" aldadılması deməkdir. "Satıcının" öz vəzifəsini layiqincə yerinə yetirmədiyi, aldadıldığını başa düşdüyü üçün, həmçinin sonradan satıcı "X6" Açıq Səhmdar Cəmiyyətinin ona qarşı Abşeron Məhkəməsində arasında "Müqavilənin ləğv edilməsi mənzilin boşaldılması, geri qaytarılması tələbinə dair" iddia ərizəsi ilə Abşeron rayon Məhkəməsinə müraciət etdiyi ona məlum olduğu üçün o da həmin mənzildən imtina edir. Həmin iddia üzrə Abşeron rayon Məhkəməsi iddiaçı "xxxx" ASC-nin cavabdeh İddiaçı qarşı "Müqavilənin ləğv edilməsi, mənzilin boşaldılması və geri qaytarılması tələbinə dair" iddiasının təmin olunması barədə 2 (012) 2329/2015 saylı iş üzrə 23 iyul 2015-ci il tarixli qətnamə qəbul etmişdir. Həmin qətnamə mənə rəsmi qay dada 07 yanvar 2017-ci ildə təqdim olunmuşdur. Müqavilənin 5.3-ci bəndində deyilir: Alıcı tərəfindən Müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Tərəfindən indiyə qədər 22296,96 manat (iyirmi iki min iki yüz doxsan altı manat 96 qəpik) pul ödənilib. Axırıncı ödəniş 12.05.2014-cü ildə həyata keçirilib. Həmin vaxt cavabdehə mənzilin geri qaytarılması üçün razılığa gəlməyi xahiş etdi. Onlar isə cavabında onlara heç bir məbləğ ödəməyəcəklərini bildirdilər və bizi məhkəməyə verəcəklərini bildirdilər. Həmçinin bildirmək istəyir ki, həmin mənzilin t əmirinə iddiaçı tərəfindən 12000 manat (on iki min) pul xərclənib. Müqavilə qarşı tərəfin iddiası əsasında ləğv edildiyi üçün həmin məbləği geri tələb etmək hüququ var. O, iki dəfə bu problemin qanunauyğun həll edilməsi üçün Nərimanov rayon Məhkəməsinə müraciət etmiş və bundan sonra cavabdeh iddiaçı ilə problemin həlli ilə əlaqədar razılığa gəlib, lakin sənədlər məhkəmədən götürüldükdən sonra onu aldadaraq, iddiaçı tərəfindən qəbul edilməsi mümkün olmayan qanunsuz tələblər irəli sürüblər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim S.Ədilova, iş № 2(005)-102/2019) iddia qismən təmin olunmuş, "xxxx" ASC-dən ünvan mənzilin təmirinə çəkilmiş 12000 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri bərabər qaydada "xxxx" ASC-dən 150 manat və İddiaçı 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində pulun tutulması, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı cavabdehə cəmi nağd şəkildə 22.296,96 manat məbləğində pulun ödənildiyini qeyd edir. Ona görə də həmin pulun cavabdehdən alınıb ona ödənilməsini xahiş edir. Ancaq 16.02.2018-ci il tarixli, 5626 saylı mənzilin alqı-satqı müqaviləsinin 5.8-ci bəndində göstərilir ki, müqavilə alıcının təşəbbüsü ilə ləğv edildiyi hallarda, Alıcı tərəfindən müqavilədən imtina edilməsi hallarında ilkin ödəniş istisna olunmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı alıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutulur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı mənzildə təmir işlərinin aparılmasına ümumilikdə 12.000 manat məbləğində vəsait sərf etdiyini göstərməsinə baxmayaraq, məhkəmə tərəfindən təyin edilmiş əmtəəşünaslıq ekspertizası üzrə aparılmış ekspert tədqiqatının nəticələrinə dair tərtib edilmiş 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyində mənzilin təmirinə 12250 manat məbləğində vəsaitin sərf edildiyi göstərilmişdir. Tərəflər a rasında bağlanmış müqavilə ləğv edilmiş və mənzil iddiaçı tərəfindən boşaldılaraq “X2 ” ASC-yə təhvil verilməlidir, daha sonra həmin mənzil başqa şəxslə müqavilə bağlamaq yolu ilə satıla bilər və bu zaman mənzilin qiyməti müəyyən edilərkən təbii ki, onun təmirli olması da nəzərə alınacaq və həmin münasibətlərdən bilavasitə “X2 ” ASC faydalanmış olacaqdır. Halbuki, iddiaçı həmin mənzildə yaşadığı müddətdə öz hesabına həmin mənzili təmir etmiş və bunun üçün vəsait sərf etmişdir. Cavabdeh “X2 ” ASC hər hansı hüquqi əsas olmadan həmin mənzilin təmirinə sərf edilmiş vəsaitdən (artıq mənzilin dəyərini artıran bir amil olaraq) faydalanması və bu hal cavabdehin əsassız varlanması kimi qiymətləndirilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər F.Talışınski (sədrlik edən və məruzəçi), Z.Şirinov, R.Eyvazov, iş № 2(103)- 234/2021) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)102/2019 saylı işi üzrə 05.11.2019-cu il tarixli qətnaməsi (təmin edilən hissədə) dəyişdirilmiş, "xxxx" ASC-dən ünvan mənzilin təmirinə çəkilmiş 7200 (yeddi min iki yüz) manat məbləğində pul İddiaçı xeyrinə tutulmuş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissədə yoxlayan məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21,324, 385-388, 144-146, 178.8, 752-776; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 372, 385, 386, 388, 389 və 390-cı maddələrinə istinadən hesab etmişdir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə qismən səhv nəticəyə gəldiyindən, habelə mühüm əhəmiyyəti olan bütün faktiki hallar sübuta yetirilmədiyindən və qətnamədə göstərilmiş nəticələr işin hallarına tam uyğun gəlmədiyindən qətnamə təmin edilən hissədə dəyişdirilməli, "X5" ASC-dən mənzilin təmirinə çəkilmiş xərcə görə iddiaçıya ödənilməli məbləğ 40 % aşılanma tətbiq etməklə 7200 manat civarında müəyyən edilməlidir. Belə ki, cavabdehin nümayəndəsi aşılanma nəzərə alınmaqla bu məbləğı qəbul edərək ödənilməsinə etiraz etməmiş, habelə ekspertiza ilə müəyyən edilmiş məbləğlər üzrə aşılanma nəzərə alınma dığından onların bu hissədə mötəbər sübut kimi qiymətləndirilməsi mümkün olmamışdır. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, iddiaçı mənzili cavabdehə təhvil verməmiş, sonuncu isə mənzili başqasının sahibliyinə və istifadəsinə verməmiş, habelə təhvil-təslim zamanı tərəflərin razılığa gəlmək imkanları tükənməmişdir. Ona görə, təmin edilməyən hissəsində iddianın və bununla da iddiaçının apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar mövcud deyildir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətini onunla əsaslandırmışlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi M ülki Kollegiyasının 2(103)-234/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsinin qismən – iddianın təmin edilməyən hissəsində ləğv edilməsini, iddianın tamamilə təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, qətnamədə göstərilir ki, guya iddiaçı 8 ildir həmin mənzildə yaşayır və ona görə də təmir xərclərindən 1999-cu il təlimatına görə hər il 5% aşınma xərci çıxılmalıdır. Təmir xərclərinin 7200 manata endirilməsi qanunauyğun deyildir. İddiaçı mənzilin təmirini 2017-ci ildə yekunlaşdırıb və ondan sonra bir gün də həmin mənzildə yaşamamış, yəni məhkəmənin hansısa mücərrəd bir təlimata istinad edərək hər ilə görə 5 % aşınma xərci çıxması əsaslı deyil. Cavabdeh mənzilin satılması üçün müştərilər tapmasına baxmayaraq alqı-satq ı həyata keçirilməsinə mane olmuş, yalnız heç bir vəsait ödəmədən mənzilə sahiblənmək istəyir. Cavabdehin istinad etdiyi müqavilənin 5.8-ci bəndinin onların mübahisəsinə heç bir aidiyyatı yoxdur. Müqavilə cavabdehin təşəbbüsü ilə məhkəmə qaydasında ləğv edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı, iddiaçının vəkili Vəkil kassasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, onun təmin olunmasını xahiş etdilər. Cavabdehin vəkili X4 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tə rəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı kassasiya şikayəti vermiş, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv olunmasını xahiş etmişdir. Bu səbəb dən apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyi kassasiya şikayətinin dəlillərinə uyğun yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu y axşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər; 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir; 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyə n olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə ə sasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə ko llegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmamış, ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının pozulmasına yol verilmişdir. İddiaçı apellyasiya şikayətində müqavilənin icrası ilə əlaqədar ödəmiş olduğu 22296,96 manat məbləğinin tutulmasının rədd edilməsi hissəsində, cavabdeh isə iddianın təmin olunan hissəsində birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, «…ekspertiza ilə müəyyən edilmiş məbləğlər üzrə aşılanma nəzərə alınmadığından onların bu hissədə mötəbər sübut kim i qiymətləndirilməsi mümkün olmamışdır. Qeyd edilənlərdən əlavə diqqətə çatdırılmalıdır ki, iddiaçı mənzili cavabdehə təhvil verməmiş, sonuncu isə mənzili başqasının sahibliyinə və istifadəsinə verməmiş, habelə təhvil-təslim zamanı tərəflərin razılığa gəlmək imkanları tükənməmişdir.» Lakin apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası MPM-in 217.3 və 217.4-cü maddələrinin tələblərini pozaraq, mövqeyini təqdim olunmuş sübutlarla əlaqəli şəkildə əsaslandırmamış, təqdim olunmuş sübutların isə mötəbərliyinə hüquqi qiymət verməmişdir. Belə ki, tərəflər mübahisələndirmirlər ki, onlar arasında mənzilin alqı-satqı müqaviləsi bağlanmışdır. İddiaçının tələbi mənzilin cavabdehin müqaviləni ləğv edən tərəf olması ilə bağlı mənzilin cavabdehə qaytarılması səbəbindən çəkilmiş təmir xərci və ödənilmiş məbləğin geri qatyarılması ilə bağlıdır. Cavabdeh isə buna etiraz etmiş və göstərmişdir ki, iddiaçı mənzilin dəyərini ödəmədən və təmiri cavabdehin razılığı olmadan aparmış, tərəflər arasında bağlanmış müqavilənin 5.8-ci maddəsinin tələbi baxımından mənzil satılmadığı üçün ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı öhdəliyi yaranmamış və ilkin ödənilmiş məbləğin isə qaytarılması müqavilə şərtlərinə uyğun deyil. (həmin məbləği mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur) Tərəflər arasında bağlanmış 16.02.2008-ci il tarixli müqavilənin 5.8-ci bəndinə əsasən alıcı tərəfindən müqavilənin icrasından imtina edilməsi hallarında ilkin ödəniş istisna olmaqla, ödənilmiş məbləğin əsas hissəsi yalnız mənzil satıldıqdan sonra alıcıya qaytarılır. Bu zaman satıcı a lıcıya çatası həmin məbləğin ilkin ödənişini mənzilin satılması ilə əlaqədar çəkilən xərclərin əvəzi kimi tutur. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mənzilin ödənilmiş dəyərinin geri qaytarılması ilə bağlı dəlillərini ümumiyyətlə araşdırmamışdır, müqavilənin ləğv edilməsi və iddiaçının mənzildən çıxarılması ilə bağlı məhkəmənin qətnaməsinin olması halında mənzilin satılmamasının səbəblərini (bunun iddiaçı və cavabdeh tərəfin təqsirindən baş verməsi) aydınlaşdırmamış və iki tərəfin müqavilə bağlayarkən və sonrakı mərhələlərdə Mülki Məcəlləsinin 425.1-ci maddəsinə uyğun hüquq və vəzifələrini vicdanlılığın tələb etdiyi tərzdə hərəkət və icra etmələrinə hüquqi qiymət verməmişdir. Bundan başqa apellyasiya instansiyası məhkəməsi mənzilin təmiri ilə bağlı çəkilmiş xərc məbləğinin ödənil məsi hissəsində qətnaməni dəyişərkən cavabdehin nümayəndəsinin ərizəsində yazdığı «1999-cu il tarixli Təlimata» əsaslanmış olsa da həmin təlimatın ümumiyyətlə mövcud olması, baxılan işə tətbiqinin mümkünlüyünü aydınlaşdırılmamışdır. Eyni zamanda Məhkəmə Ekspertiza Mərkəzinin 30.09.2019-cu il tarixli, 13883 saylı ekspert rəyi ilə rəyin tədqiqat hissəsindən görünür ki, «… Lakin tədqiq olunan mənzilə baxış keçirilən zamanı, həmin mənzil üzrə yerinə yetirilmiş təmir işlərinin normal vəziyyətdə olduğu, konstruktiv elementlər üzrə hər hansı qüsurlar yaranmadığı müəyyən edilir.» Lakin apellyasiya instansiyası məhkəməsi müvafiq olaraq mübahisəli mənzildə görülmüş işlərə münasibətdə 40% aşınma tətbiq edərkən öz mövqeyini əsaslandırmamış, gəldiyi nəticəsini tədqiq olunan sübutlar baxımından qiymətlə ndirməmişdir. Məhkəmə kollegiyası izah edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı). İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hiro Balani İspaniyaya qarşı” iş üzrə 09 dekabr 1994-cü il tarixli qər arında göstərmişdir ki, milli məhkəmələr hər təqdim olunan arqumenti və onunla əlaqəli sübutu cavablandırmaq vəzifəsini daşımasalar da, məhkəmə tərəfindən mühüm arqumentlər cavabsız qaldıqda məhkəmə baxışı ədalətli hesab edilə bilməz... Ərizəçinin arqumentinin apellyasiya məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın deyil. Hər halda, həmin məhkəmə bu arqumenti rədd etsəydi, bunu öz qərarında əsaslandırmalı idi... İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi yuxarıda göstərilən prosessual hüquq normalarının tələblərinə cavab vermir. Odur ki, qətnamə maddi və prosessual hüquq normalar ına uyğun olmadığından ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, tərəflərin təqdim etdikləri və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-234/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il t arixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3991/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3991/2021
12.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver