Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3992/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassatorların nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(043)-1926/2019, hakim Z.N.Hüseynov) İ ddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Murad qızına qarşı iddiası təmin edilmiş, cavabdehlərin XXXdən istifadə hüquqlarının itirilmiş hesab edilməsi qət edilmiş, Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı mənzilə köçürülmə tələbinə dair qarşılıqlı iddiası rədd edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(103)-4220/2019, hakimlər L.S.Süleymanov, F.Ə.Mehtiyev, A.V.Bayramov) Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən qarşılıqlı iddia üzrə iddiaçıların nümayəndəsi verdiyi kassasiya şikayətində qətnamənin ilkin iddianın təmin edilməsi hissəsində ləğv edilib qarşılıqlı iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İş in halları: xx xxxxx 2019-cu il tarixdə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Gəncə şəhəri, Kəpəz rayonu, F.Əmirov küçəsi 14 saylı binanın, 53 nömrəli mənzilində uzun illər yaşamayan, qeydiyyatda olan cavabdehlərin istifadə hüquqlarının itirilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 və Cavabdeh2 İddiaçı qarşı qarşılıqlı iddia qaldıraraq, onların yaşayış yerləri olan ünvan 1 ünvanında yerləşən mənzilə köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edi lərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallara düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassatorların nümayəndəsi və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş digər tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin M əcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin mübahisələndirilməyən halları ilə müəyyən edilir ki, xx xxxxxx 1966-cı il tarixli order əsasında İsa Hüseynov və ailə üzvləri 53 saylı mənzillə təmin olunmuş, İsa Hüseynov xx xxxx 2006-cı il tarixdə vəfat etmişdir. İddiaçı hazırda qardaşının arvadı Cavabdeh1, qardaşı qızı Süsən Eldarzadə və onun qızı Cavabdeh3 həmin evdə yaşamadıqlarına, formal qeydiyyatda olduqlarına istinad edərək onların həmin evə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsini tələb edir. Cavabdeh1 və Süsən Eldarzadə isə həmin evə köçürülmələri barədə qarşılıqlı iddia qaldırmışlar. Tərəflər arasındakı mübahisəli hüquq münasibəti xx.xx.2000-ci ilə kimi yarandığından apell yasiya instansiyası məhkəməsi xx.xx.1982-ci ildə qəbul olunmuş və xx.xx.2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəalarını tətbiq etməklə, hazırkı mübahisəni tərəflərin hüquqi mənafeyinə uyğun olaraq düzgün həll etmiş, maddi və prosessual hüquq normalarının tələblərinə əməl etmişdir. Həmin Məcəllənin60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanılır, şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. Həmin Məcəllənin 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədar ı və ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinə icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yer ə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə cavabdehlərin ünvan 2 ünvanında uzun müddət yaşamamaları, o cümlədən həmin mənzildən daimi yaşamaq üçün köçmələri işdə iştirak edən şəxslərin izahatları ilə yanaşı, şahidlərin ifadələri və işin digər halları ilə sübuta yetirilir. Həmçinin müəyyən edilmişdir ki, cavabdehlərin uzun bir müddət ərzində mübahisəli mənzildə yaşamamaları hər hansı bir üzrlü səbəblərlə əlaqədar olmayıb, onların daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçmələri ilə əlaqədardır. Cavabdehlər mübahisəli mənzildən köçüb getmiş və daimi başqa yaşayış yeri seçməklə, mübahisəli mənzillə əlaqəni kəsmişlər. Bu halda, ilk iddia üzrə cavabdehlərin mübahisəli mənzilə dair istifadə hüquqlarını n itirilməsi üçün qanuni əsaslar mövcuddur. Qarşılıqlı iddiaya gəldikdə isə,Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinin tələblərinə görə ilk iddianın təmin edilməsi qarşılıqlı iddianın tam və ya qismən təmin edilməsini aradan qaldırır. Beləliklə, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il ta rixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-3992/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-3992/2020
07.10.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver