Məhkəmə qərarları › İş №2(102)-3992/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-3992/2022

18.07.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3992/2022 18.07.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dair iş üzrə QƏRARİ İş № 2(102)-3992/22 ( Açar sözlər: sığorta ödənişlərinin ödənilməsi, tələbin güzəşti, ziyanın məbləği ) Bakı şəhəri, 18 iyul 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2044/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı3 kassasiya şikayətinə 18 iyul 2022-ci il tarixdə Ali Məhkəməni n binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1ndə yerləşən 86.4 kv.m. yaşayış sahəsi olan 3 otaqdan ibarət fərdi yaşayış evi Əhmədov Əhməd Cahan oğlunun mülkiyyətindədir və Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən Sığortaçı Günay Sığorta tərəfindən sığortalı İddiaçı1 məxsus fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 15.000 manat məbləğində sığorta edilmişdir. 2. ünvan 1ndə yerləşən 41.5 kv.m yaşayış sahəsindən ibarət 2 otaqlı fərdi yaşayış evi İddiaçı2 mülkiyyətindədir və Daşınmaz Əmlakın İcbari Sığorta Şəhadətnaməsinə əsasən Sığortaçı Günay Sığorta tərəfindən sığortalı İddiaçı1 məxsus fərdi yaşayış evi xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 15.000 manat məbləğində sığorta edilmişdir. 3. 05 fevral 2019-cu il tarixdə sığorta hadisəsi baş vermiş və göstərilən fərdi yaşayış evlərinə ziyan dəymişdir.

4. İddiaçı2 ilə İddiaçı3 arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələbin ilkin sahibi İddiaçı2 xx.xx.2019-cu il tarixində ünvan 1ndə baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərərə görə sığorta öhdəliyi daşıyan Günay Sığorta ASC-yə qarşı malik olduğu hüquq və tələbləri qismən, yəni 7000 manat həddində tələbin yeni sahibi adlanacaq İddiaçı3 güzəşt etmişdir

5. İddiaçı1 ilə İddiaçı3 arasında bağlanmış tələbin güzəşti barədə xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən tələbin ilkin sahibi İddiaçı1 xx.xx.2019-cu il tarixində ünvan 1ndə baş vermiş sığorta hadisəsi nəticəsində fərdi yaşayış evinə dəymiş zərərə gör ə sığorta öhdəliyi daşıyan Günay Sığorta ASC-yə qarşı malik olduğu hüquq və tələbləri qismən, yəni 7000 manat həddində tələbin yeni sahibi adlanacaq İddiaçı3 güzəşt etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bərşəd oğlu iddia ərizəsi ilə Səbail Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı1 xeyrinə 7000 manat sığorta ödənişi, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 1589 manat məbləğində dəbbə pulu, 1000 manat vəkil xərci olmaqla, ümumilikdə 9589 manat məbləğində pulun, iddiaçi İddiaçı2 xeyrinə 7000 manat sığorta ödənişi, hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində 1589 manat məbləğində dəbbə pulu (7000 manat sığorta ödənişi * 227 gün * 0.1 % dəbbə =1589 ), 1000 manat vəkil xərc olmaqla, ümumilikdə 9589 manat məbləğində pulun, İddiaçı3 xeyrinə 14.000 manat sığorta ödənişi məbləğində pul vəsaitinin cavabdeh Günay Sığorta” ASC-dən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişlər. 7. “Azad İstehlakçılar” İctimai Birliyi iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində qoyulmuşdur.

8. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, 2019-cu il fevral ayının 5-6da Azərbaycan ərazisində yeraltı təkanlar baş vermişdir. Fevralın 5-də yerli vaxtla saat 23:31-də Pirqulu stansiyasından 11 kilometr cənub-qərbdə İsmayıllı rayonu ərazisində zəlzələ olmuşdur. Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5-3 bala qədər hiss edilmişdir. Nətidədə sözügedən əra zidə olan fərdi yaşayaş evlərinə, o cümlədən iddiaçıların (istehlakçıların) sahibliyində olan və "xxxx" ASC tərəfindən sığorta olunan fərdi yaşayış evlərinə külli miqdarda zərər dəymişdir.

9. Qeyd olunan zəlzələ (eyni sığorta hadisəsinin) hadisəsinin baş verməsinə, “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsində sadalanan sənədlərin təqdim olunmasına baxmayaraq, cavabdeh tərəfindən sığorta ödənişinin verilməsi işi lazımınca həyata keçirilməmişdir. Təbii fəlakət hadisəsi ilə bağlı sığortalı İddiaçı1 tikinti üzrə 30.010,83 manat, sığortalı İddiaçı2 isə tikinti üzrə 25.007,65 manat məbləğində zərər dəymişdir. Lakin cavabdeh üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməyərək, sığortalılara dəymiş zərərin əvəzini tam şəkildə verməmişdir.

10. İddiaçı1 və İddiaçı2 sığorta ödənişi ilə b ağlı hüquq və tələblərinin bir hissəsini, yəni hər biri 7000 manat olmaqla, ümumilikdə 14.000 manat olan hissəsini digər İddiaçı3 güzəşt etmişlər. Bu barədə cavabdeh "xxxx" ASC-yə bildiriş verilmişdir.

11. İddiaçılar tələblərinin hüquqi əsası kimi “İcbari sığortalar haqqında” Qanunun 17-ci maddəsinə istnad ediblər

12. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, tələbin güzəştinin qanunauyğun olmadığını göstərib.

13. Üçüncü şəxsin nümayəndəsi iddiaya münasibətində göstərib ki, zəlzələ nəticəsində sığorta hadisəsini baş verməsi mübahisəsiz haldır. Mübahisə dəymiş zərərin məbləği ilə bağlıdır.

14. Birinci instansiya məhkəməsi ziyanın məbləğini müəyyən etmək məqsədi ilə 28 oktyabr 2019-cu il tarixli qərardadla məhkəmə-tikinti və məhkəmə-geoloji ekspertizası təyin etmişdir.

15. Məhkəmə Eksper tizası Mərkəzinin 10 iyun 2020-ci il tarixli, 29632 saylı rəyinə əsasən İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evlərinə 2019-cu ilin fevral ayında baş vermiş təbii fəlakət, zəlzələ nəticəsində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq İddiaçı1 fərdi yaşayış evinə 16.606 manat, İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evinə isə 15.220 manatdır.

16. Cavabdehin nümayəndəsi iddiaya yazılı etiraz vermişdir. Etirazın dəlilləri: daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir. İddiaçı1 ilə ünvan 1ndə y erləşən Əhmədov Əhməd Cahan oğluna məxsus olan fərdi yaşayış evi üzrə xx.xx.2018ci il tarixində elektron formada “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə müqaviləsi bağlanmış şəhadətnamə verilmişdir. ünvan 1ndə yerləşən Əhmədov Əhməd Cahan oğluna məxsus olan fərdi yaşayış evi 2 mərtəbəli olmaqla, 3 otaqdan ibarətdir və ümumi sahəsi 86.4 kv.m. təşkil edir; İddiaçı2 ilə ünvan 1ndə yerləşən İddiaçı2 məxsus olan fərdi yaşayış evi üzrə xx.xx.2018-ci il tarixində elektron formada “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə müqaviləsi bağlanmış şəhadətnamə verilmişdir. ünvan 1ndə yerləşən İddiaçı2 məxsus olan fərdi yaşayış evi 1 mərtəbəli olmaqla, 2 otaqdan ibarətdir və ümumi sahəsi 41.5 kv.m. təşkil edir; həmin ərazidə baş vermiş zəlzələ nəticəsində müvafiq əmlakın zərərə məruz qalması ba rədə Cəmiyyətə məlumat daxil olmuşdur. 21 02.2019-cu il tarixində İsmayıllı RİH başçısı aparatının Memarlıq və tikinti şöbəsinin müdiri, rayon fövqəladə hallar komissiyasının üzvü Vüsal Abdullayev, həmin şöbənin aparıcı məsləhətçisi (mühəndis) Elşən Güləliyev və İsmayıllı RİHB-nin Tircan kənd İƏD üzrə nümayəndəsi Əhməd Əhmədov tərəfindən Əhmədov Əhməd Cahan oğluna məxsus tikintialtı sahəsi 210 m2 olan fərdi yaşayış evinə və İddiaçı2 məxsus 120 m2 olan fərdi yaşayış evinə vizual baxış keçirilmiş, baxışın nətıcəsi olaraq tərtib olunmuş aktda müvafiq əmlak üzrə təmir-bərpa işlərinə ehtiyac yarandığı qeyd olunmuşdur; 05.03.2019-cu il tarixində ünvan 1ndə yerləşən Əhmədov Əhməd Cahan oğluna məxsus olan fərdi yaşayış evinə dəymiş zərərin müəyyən olunması üçün Fövqəladə Hallar Nazirliyinə Cəmiy yət tərəfindən müraciət edilmişdir. Müvafiq əmlaka dəyən zərərin qiymətləndirilməsi üçün tərəflərin qarşılıqlı razılığı əsasında müstəqil ekspertiza xidmətlərini həyata keçirən "xxxx" MMC-yə müraciət olunmuşdur. Əmlakın qiymətləndirilməsi səlahiyyətinə uyğun olaraq "xxxx" MMC-nin ekspertləri tərəfindən ünvan 1ndə yerləşən Əhmədov Əhməd Cahan oğluna və İddiaçı2 məxsus olan fərdi yaşayış evlərinə zəlzələ nəticəsində dəymiş zərərin həcminin müəyyən edilməsi üçün qiymətləndirmə işi aparılmışdır. Qiymətləndirmə zamanı aparılan hesablamalarda "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən xüsusi olaraq illər üzrə əldə edilmiş əmlak bazarının vəziyyətini xarakterizə edən operativ məlumatlardan, bu tipli əmlaka olan tələb və təklifdən, eləcə də, digər etibarlı mənbələrdən alınmış informasiyalardan istif adə olunmuşdur. Aparılan təhlil və hesablamalar nəticəsində "xxxx" MMC-nin 15 və 16 aprel 2019-cu il tarixli “Qiymətləndirmə Hesabatı” tərtib olunmuş və ünvan 1ndə yerləşən Əhmədov Əhməd Cahan oğluna məxsus olan fərdi yaşayış evinə dəyən zərər 551 manat və İddiaçı2 məxsus olan fərdi yaşayış evinə dəyən zərər 278 manat dəyərində müəyyən edilmişdir. 19 avqust 2020-ci il tarixli Cəmiyyətin sorğusu əsasında "xxxx" MMC tərəfindən təkrarən bildirilmişdir ki, mübahisəli əmlaka mütəxəssisləri tərəfindən baxış keçirilmiş, evdə cüzi çatlar olduğu aşkarlanmışdır; baxış həyata keçirilən tarixə aşkarlanmış çatların tikilinin əsas konstruksiyasını zəiflətmədiyi qənaətinə gəlindiyi üçün həmin çatların aradan qaldırılmasının kifayət olduğu barədə qərar qəbul edilmiş və həm sığortalı, həm də sığortaçı ilə razılaşdırılmışdır. Yaranmış çatların aradan qaldırılması üçün tələb olunan xərclər təqdim olunan rəylərdə öz əksini tapmışdır. Sığorta şəhadətnaməsinə əsasən, 150 manat azadolma məbləği çıxılmaqla, fərdi yaşayış evinə dəyən zərər üzrə Cəmiyyət tərəfindən Əhmədov Əhməd Cahan oğluna 401 manat və İddiaçı2 128,30 manat sığorta ödənişinin verilməsi qərara alınmışdır; 24.04.2019-cu il tarixində məktubla İddiaçı1 və İddiaçı2 müvafiq sığorta ödənişin verilməsi üçün bank hesabının təqdim edilməsi xahiş olunmuşdur. Daha sonra hər iki şəxs tərəfindən "xxxx" ASC-də bank hesabı açılmış və rekvizitlər Cəmiyyətimə təqdim olunmuşdur; müəyyən olunmuş 401 manat sığorta ödənişi İddiaçı1 ilə xx.xx.2019-cu il tarixində və 128,30 manat sığorta ödənişi İddiaçı2 ilə razılaşdırılmış, sığorta aktı tərtib olunaraq hər iki tərəflərin imzası ilə təsdiqlənmiş və xx.xx.2019-cu il tarixində Cəmiyyətləri tərəfindən həmin şəxslərə sığorta ödənişi həyata keçirilmişdir. Həmin vaxt əmlaka dəyən zərərlə bağlı tərəflər arasında heç bir mübahisə olmamışdır; uzun müddət keçdikdən sonra əmlaka dəyən zərərlə razılaşmayan İddiaçı2 və İddiaçı1 xx.xx.2019-cu il tarixində Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. xx.xx.2019-cu il tarixində əmlaka dəyən zərərlə əlaqədar ekspertiza müəyyən edilməsi üçün qərar qəbul edilmiş və ekspert qarşısında iddiaçılara məxsus fərdi yaşayış evlərinə zəlzələ nəticəsində hansı məbləğdə ziyan dəyməsi ilə bağlı sual qoyulmuşdur. xx.xx.2020ci il tarixində verilmiş ekspert rəyindən görünür ki, Əhmədov Əhməd Cahan oğluna məxsus fərdi yaşayış evinə deyil, İddiaçı1 məxsus f'ərdi yaşayış evin ə baxış keçirilmiş və özbaşına tikililərdə olan çatlar evin ümumi sahəsinə aid edilmiş, şişirdilmiş qiymətləndirmə aparılmaqla rəy tərtib olunmuşdur. Əhmədov Əhməd Cahan oğluna məxsus ev qeyd edildiyi kimi 3 otaqdan ibarət olmaqla, ümumi sahəsi 86,4 m2 təşkil edir. Lakin faktiki olaraq evin tikintialtı sahəsi 210 m2 olmaqla, özbaşına tikililərdən ibarətdir; həmin ekspert rəyindən eləcə də görünür ki, İddiaçı2 məxsus fərdi yaşayış evinə baxış keçirilmiş və özbaşına tikililərdə olan çatlar evin ümumi sahəsinə aid edilmiş, şişirdilmiş qiymətləndirmə aparılmaqla rəy tərtib olunmuşdur. İddiaçı2 məxsus fərdi yaşayış evi yuxarıda qeyd edildiyi kimi 2 otaqdan ibarətdir və ümumi sahəsi 41,5 m2 təşkil edir. Mübahisəli mənzillərdə olan əlavə tikililər şəhərsalma və tikinti normalarına uyğun olmamaq la, özbaşına tikinti hesab edilir, iddiaçıların iddia etdiyi zərər də, yəni çatlar həmin özbaşına tikililərdə əmələ gəlmişdir.

17. Birinci instansiya məhkəməsində iş üzrə rəy vermiş ekspert X1 göstərmişdir ki, 10 iyun 2020-ci il tarixli, 29632 saylı rəyi müdafiə edir. Texniki pasporta uyğun evlərə baxış keçirmiş və İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan İsmayıllı rayonu Tircan kəndi ünvanında yerləşən fərdi yaşayış evlərinə 2019-cu ilin fevral ayında baş vermiş zəlzələ nəticəsində dəymiş zərərin aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. İddiaçı1 fərdi yaşayış evini təmir-bərpa işləri üçün 16.606 manat, İddiaçı2 mülkiyyətində olan fərdi yaşayış evinin təmir və bərpası üçün isə 15220 manat tələb edilir.

18. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(009)185/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh ASC-dən İddiaçı1 xeyrinə 7.000 manat, İddiaçı2 xeyrinə 7.000 manat, İddiaçı3 xeyrinə 14.000 manat sığorta ödənişinin, 300 manat vəkil xərcinin tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət etmişdir. (hakim Mədinə Bağırova)

19. Birinci instansiya məhkəməsinin iş materiallarına əsasən mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında qanunvericiliyin tələblərinə uyğun olaraq sığorta münasibətləri yaranmış, həmin münasibətlər sığorta şəhadətnaməsi ilə rəsmiləşdirilmiş, tərəflərin hüquq və vəzifələri həmin şəhadətnamədə və əlavədə əks olunmuş, qeyd olunan müqaviləyə əsasən sığorta hadisəsi hesab edilən hadisə baş versə də, cavabdeh şirkət m üqaviləyə və qanunvericiliyə zidd olaraq sığorta ödənişini həyata keçirməmişdir.

20. Birinci instansiya məhkəməsi iddia tələbinin hər gecikdirilmiş gün üçün ümumi sığorta ödənişi məbləğinin 0,1 faizi həcmində dəbbə pulunun cavabdehdən tutulmasına dair hissədə hesab etmişdir ki, iddiaçılar həmin hissədə tələblərini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişlər.

21. Birinci instansiya məhkəməsi gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 193, 194, 196, 199, 923, 925, 935-ci, Mülki Prosessual Məcəllənin 14 və 77-ci maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

22. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilmiş hissəsinin rədd edilməsini xahiş etmişdir.

23. Apellyasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri nə uyğun əsaslandırılıb. (bax: bənd 16)

24. Apellyasiya instansiyası məhkəməsi 24 may 2021-ci il tarixli qərardadla əlavə məhkəmə tikinti-texniki ekspertizası təyin etmiş, ekspert qarşısında zəlzələ nəticəsində iddiaçılara məxsus evlərdə yaranmış qüsurların reyestrdə qeydə alınmış hissələrdə, yoxsa əlavə tikililərdə olması və həmin qüsurların aradan qaldırılması üçün nə qədər vəsait tələb edilməsi barədə sual qoyulmuşdur.

25. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/3522 saylı rəyinə iddiaçılara məxsus olan və ünvan 1ndə yerləşən fərdi yaşayış evlərində zəlzələ nəticəsindən yaranmış qüsurlar həm “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulan hissələrdə, həmdə əlavə tikilmiş hissələrdə əmələ gəlmişdir. Həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tu tulan hissələrində qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin mövcud bazar qiymətlərinə uyğun olaraq İddiaçı1 fərdi yaşayış evi üçün 4.389 manat məbləğində, İddiaçı2 fərdi yaşayış evi üçün isə 6.370 manat məbləğində olduğu müəyyən edilir. Həmin evlərin “Daşınmaz əmlakın dövlət reyestrində” nəzərdə tutulmayan hissələrində qüsurların aradan qaldırılması üçün görülməli olan təmir-bərpa işlərinin dəyərinin hesablanması isə ekspertiza tərəfindən ilk olaraq xx.xx.2020-ci il tarixdə verilmiş rəydə göstərilmişdir.

26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2044/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli qətnaməsinin ape llyasiya baxışının predmetini təşkil edən hissəsi qismən, yəni cavabdeh "xxxx" ASC-dən İddiaçı3 Bərşəd oğlunun xeyrinə 14.000 manat məbləğində pulun tutulması hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək həmin tələbin təmin edilməməsi, qətnamənin apellyasiya baxışının predmetini təşkil edən digər hissəsi, yəni cavabdeh "xxxx" ASC-dən İddiaçı1 və İddiaçı2 xeyrinə tutulmalı olan sığorta ödənişin məbləğinin müəyyən edilməsi hissəsinin dəyişdirilməsi, "xxxx" ASC-dən İddiaçı1 xeyrinə 4.389 manat, İddiaçı2 xeyrinə 6.370 manat məbləğində pulun tutulması, bu tələbin qalan hissəsinin təmin edilməməsi, qətnaməsinin apellyasiya baxışının predmetini təşkil edən qalan hissəsinin, yəni "xxxx" ASC-nin sığortalı olan İddiaçı2 və İddiaçı1 sığorta ödənişi etməli olması barə də hissəsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. (hakimlər Məmməd Məmmədov (sədrlik edən və məruzəçi), Şeyda Məhərrəmova və Rəşad Həsənov)

27. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, işə baxmış Rayon Məhkəməsi yanlış olaraq “Sığorta müqavilələrinin” predmeti kimi həmçinin “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmamış, yəni qanunsuz tikililəri də sığorta obyekti kimi qiymətləndirmişdir. Buna görə də Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin müzakirə edilən bu hissəsi səhvdir. Cavabdeh ASC-nin apellyasiya şikayətinin qətnamənin həmin hissəsinə aid dəlili formal mülahizə xarakteri daşımır.

28. Həmçinin hazırki iş üzrə tələbin güzəştinin aparılması mümkün deyil. Çünki işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrı-ayr ılıqda İddiaçı3 ilə xx.xx.2019-cu il tarixdə “Tələbin güzəşt edilməsi barədə müqavilələr” bağlayarkən, onlar xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində onlara məxsus fərdi yaşayış evlərinə dəymiş zərərə görə ASC-dən hər birinə 14.000 manat məbləğində sığorta ödənişinin ediləcəyini güman edərək, hər biri həmin məbləğin yarısını İddiaçı3 güzəşt etmişlər. Lakin ekspert rəyinə əsasən İddiaçı1 dəymiş zərər 4.389 manat, İddiaçı2 isə dəymiş zərər isə 6.370 manat məbləğindədir və onların tələb etmə hüquqları həmin məbləğlər çərçivəsi ilə məhdudlaşır. Başqa sözlə iddiaçılar İddiaçı2 və İddiaçı1 İddiaçı3 güzəşt etmiş olduqları hüquq mövcud deyil.

29. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Mülki Məcəllənin 140, 180, 193, 194, 196, 901, 922, 925 və 935-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

30. İddiaçı3 (vəkil X2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilib iddia ərizəsinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

31. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən iş üçün əhəmiyyətli olan bütün halları tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını pozaraq qətnamə çıxarmışdır. Məhkəmə hər hansı bir sübuta əsaslanmadan Mülki Məcəllənin 180.1-ci maddəsinə istinad edərək göstərmişdir ki, iddiaçıların fərdi yaşayış evlərinin bəzi hissələri özbaşına tikilidir. İsmayıllı rayon İcra Hakimiyyətinin Tircan kənd icra nümayəndəliyinin arayışın dan müəyyən edilir ki, sözügedən fərdi yaşayış evləri tikinti məqsədləri üçün ayrılan torpaq sahəsində yerləşir və bununla bağlı lazımi icazələr alınmışdır. Yaşayış sahəsində hər hansı özbaşına tikili mövcud deyildir. “İcbari sığortalar haqqında” Qanunun 6.1, 6.2, 8.3, 35.2 və 37-ci maddələrinə görə faktiki sahiblikdə olan əmlak da sığorta olunan əmlak hesab edilir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 193.1. Güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Maddə 194.1. Tələb sahibi (kreditor) borclunun razı lığı olmadan tələbi üçüncü şəxsə güzəşt edə bilər (tələbin güzəşti), bu şərtlə ki, həmin güzəşt öhdəliyin mahiyyətinə, onun borclu ilə razılaşmasına və ya qanunvericiliyə zidd olmasın. Güzəştin yolverilməzliyi barədə borclu ilə razılaşma yalnız borclunun üzrlü mənafeyi olduqda mümkündür. Maddə 923.1. Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. Maddə 925.1. Sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin t əqdim etdiyi sığorta tələbi əsasında sığortaçı müəyyən edir Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır Maddə 901.1. Qanunvericilikdə başqa cür nəzərdə tutulan hallar istisna olmaqla, sığortaçı sığortalıya sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən sənəd-sığorta şəhadətnaməsi verməlidir. Maddə 922 Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir. Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüflilik əlamətlərinə malik olmalıdır. Maddə 925.5. Əmlak sığortası müqaviləsi üzrə sığortalı, sığorta olunan və ya üçüncü şəxs aşağıdakı hallar istisna olmaqla, zərər dəymiş əmlakı sığorta hadisəsindən dərhal sonrakı vəziyyətdə sığortaçıya və ya onun səlahiyyətli nümayəndəsinə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 7 7.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüq uq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apell yasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin v ə ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

33. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

34. Kassasiya şikayətində qətnamə İddiaçı3 tərəfindən iddianın ona aid təmin edilməyən hissəsində mübahisələndirilib. Bu səbəbdən kollegiya qətnaməni həmin hissədə yoxlayır.

35. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcr übəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

37. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

38. İddiaçı3 iddiası tələbin güzə şti haqqında müqaviləyə əsaslanır.

39. İşin apellyasiya məhkəməsi tərəfindən müəyyən edilən halına görə isə üzrə tələbin güzəştinin aparılması mümkün deyil. Çünki iddiaçılar İddiaçı2 və İddiaçı1 ayrıayrılıqda İddiaçı3 ilə xx.xx.2019-cu il tarixdə “Tələbin güzəşt edilməsi barədə müqavilələr” bağlayarkən, onlar xx.xx.2019-cu il tarixdə baş vermiş sığorta hadisəsi nəticəsində onlara məxsus fərdi yaşayış evlərinə dəymiş zərərə görə ASC-dən hər birinə 14.000 manat məbləğində sığorta ödənişinin ediləcəyini güman edərək, hər biri həmin məbləğin yarısını İddiaçı3 güzəşt etmişlər. Lakin ekspert rəyinə əsasən İddiaçı1 dəymiş zərər 4.389 manat, İddiaçı2 isə dəymiş zərər isə 6.370 manat məbləğindədir və onların tələb etmə hüquqları həmin məbləğlər çərçivəsi ilə məhdudlaşır.

40. Məhkəmə kollegiyası ape llyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bu səbəbdən əlavə şərhə zərurət görmür.

41. Kassasiya şikayətinin faktiki sahiblikdə olan əmlakın da sığorta olunan əmlak olması barədə dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsinin həmin dəlillərə münasibətdə mövqeyi belə olub ki, faktiki sahiblikdə olan əmlaklar “Sığorta müqavilələrin” predmeti kimi “Daşınmaz əmlakın dövlət reyestrində” qeydə alınmadığı üçün sığorta obyekti deyil. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin bu mövqeyi ilə də razılaşır.

42. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır

43. Yuxarıda göstərilə nləri Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2044/2021 nömrəli, 24 dekabr 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar