Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3993/2021 02.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (İddiaçı X2 ASC) Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə yönəldilməsi tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi, Cavabdeh nümayəndəsi X4 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-410/2021 saylı iş üzrə 2 fevral 2021-ci il tarixli qətnaməsindən Cavab deh nümayəndəsi X5 və cavabdehin vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 2 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları və iş üzrə məhkəmə icraatı
1. İddiaçı X2 ilə Cavabdeh arasında bağlanmış 03.12.2015-ci il tarixli 3-G1-1-0955-15 nömrəli kredit müqaviləsi ilə cavabdehə illik 25 % olmaqla 36 aylıq müddətə cavabdehə 14.000 ABŞ dolları məbləğində kredit pul vəsaiti verilmişdir. 3 dekabr 2015-ci il tarixli ipoteka müqaviləsi ilə Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət, 104 nömrəli evin 24 nömrəli mənzilinin, ilkin satış qiyməti 43000 manat müəyyən edilməklə, ipoteka ilə yüklü edilmişdir. Ünvan küçəsində yerləşən 104 nömrəli evin 24 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur.
2. Tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı "xxxx" ASC (İddiaçı X3 ASC) Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və borcun ipoteka predmetinə tutmanın yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh X1 3 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə b anka 10260.29 ABŞ dolları əsas borc, 8705.79 ABŞ dolları faiz borcu, 1115.38 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 03.12.2018-ci il tarixdən 05.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 beş faizlə hesablanmış 396.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 20478.36 ABŞ dolları borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 (on) manat dövlət rüsumunun və 20 (iyirmi) manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun hərracda satışdan əldə edilə n vəsait hesabına ödənilməsi, satışdan əldə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh məxsus Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin hazırki iş üzrə 21 noyabr 2019-cu il tarixli 2(004)-6665/2019 saylı qərardadı (hakim Fərid Əyyubov) ilə kompleks qaydada məhkəmə-mühasibatlıq və əmlakın qiymətləndirilməsi ekspertizaları təyin edil mişdir. "xxxx" MMC-nin 01/908 nömrəli 9 dekabr 2019-cu il tarixli rəyinə əsasən müəyyən edilmişdir ki, Ünvan küçəsində yerləşən, 104 nömrəli evin 24 nömrəli 2 otaqlı mənzilinin bazar dəyəri 65.000 manat təşkil edir.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizası üzrə 29617 nömrəli 28 yanvar tarixli rəyi əsasında müəyyən edilmişdir ki, Cavabdeh 3 dekabr 2018-ci il tarixə (müqavilə müddətinin sonuna) əsas borc üzrə 10.610,29 ABŞ dolları, faiz borcu üzrə 8.727,47 ABŞ dolları, cəmi 19.333,76 ABŞ dolları təşkil edir. 5 sentyabr 2019-cu il tarixə (müqavilə müddətindən sonra iddia tarixinə 25%-lə hesablanmaqla) əsas borc 10.260,29 ABŞ dolları, faiz borcu üzrə 10.674,00 ABŞ dolları, 5 sentyabr 2019-cu il tarixə (müqavilə müddətindən s onra iddia tarixinə 5%-lə hesablanmaqla) əsas borc üzrə 10.260,29 ABŞ dolları, faiz borcu üzrə isə 9.116,78 ABŞ dolları təşkil edir.
6. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsi (hakim Fərid Əyyubov) ilə iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 3 dekabr 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 10260.29 ABŞ dolları əsas borc, 8705.79 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 03.12.2018-ci il tarixdən 05.09.2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 beş faizlə hesablanmış 396.9 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 19462.98 ABŞ dolları pul ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan Respublikasının pul vahidi olan manatla, ödənilmiş 30 (otuz) m anat dövlət rüsumu, həmçinin ipoteka predmetinə tutmanın yönəldilməsi barədə ödənilmiş 10 (on) manat dövlət rüsumu və 20 (iyirmi) manat xidmət haqqının tutulub "xxxx" ASC-nin (İddiaçı X3 ASC-nin) xeyrinə ödənilməsi, tutmanın ipoteka predmeti olan tam mülkiyyət hüququ ilə Cavabdeh məxsus Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin satış qiyməti 65.000 manat olmaqla açıq hərracda satılması, borc Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinin hərracdan satışdan əldə edilən vəsait hesabına "xxxx" ASC-nin (İddiaçı X3 ASC-nin) xeyrinə ödənilməsi, satışdan əladə edilən vəsait qətnamənin icrasına kifayət etmədikdə qətnamə qalan hissədə ümumi qaydada icra edilməsi, iş üzrə aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri 100 manatın Cavabdeh tutularaq dövlət büdcəsinə hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. O, kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq dövri ödənişlər etməli olduğu halda bu öhdəliyi lazımi qaydada icra etməmiş və bununla da iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Müqavilədə öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi hal üçün dəbbə pulunun hesablanması nəzərdə tutulduğundan, idd iaçının həm də dəbbə pulunun ödənilməsini tələb etmək hüququ vardır. Məhkəmə hesab etmişdir ki, öhdəliyin vaxtında icra edilməməsinə dəbbə pulu məbləği azaldılaraq 100 ABŞ dolları müəyyən edilməlidir. Belə ki, dəbbə pulu əsas borca mütənasib deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, Cavabdeh məxsus Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə yönəldildikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh məxsus Ünvan küçəsində yerləşən, 2 otaqlı, 40.0 kv.m ümumi, 32.0 kv. yaşayış, 8.0 kv yardımçı sahədən ibarət 104 nömrəli evin 24 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi hissəsində təm in edilməməlidir. Belə ki, hazırkı iddia tələbi üzrə iddiaçı mənzildən istifadə edən şəxslərin sahiblik və istifadə hüquqlarına xitam verilməsini tələb etmək üçün müvafiq subyektiv hüquqa malik deyildir.
8. Məhkəmə iş üzrə gəldiyi nəticənin qanuni əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317, 319.1, 385, 442, 445.1, 421.2, 462.1, 467-ci maddələrinə və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır.
9. Qətnamədən narazı qalan Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
10. Bakı Apellyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5106/2020 saylı 25.08.2020-ci il tarixli qərardadı ilə (hakimlər X.Mərdanova (sədrliyi və məruzəsi ilə), E.Həsənov və F.Babayev) əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir.
11. Həmin məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair Legal Hüquq və Ekspert Mərkəzi” MMC-nin 21 oktyabr 2020-ci il tarixli rəyinə əsasən, Ünvan küçəsində yerləşən, 104 nömrəli evin 24 nömrəli 2 otaqlı mənzilinin bazar dəyərinə uyğun likvid dəyəri 56.000 manat təşkil edir.
12. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, təkrar məhkəməmühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02.02.2021-ci il tarixli qərardadı ilə Cavabdeh tərəfindən verilmiş məhkəmə mühasibatlıq ekspertizasının tə yin edilməsinə dair vəsatət rədd edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-410/2021 saylı mülki iş üzrə 2 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi hakim), E.M.Həsənov və F.F.Babayev) Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-338/2020 saylı 21 fevral 2020-ci il tarixli qətnaməsinin Cavabdeh münasibətdə dəyişdirilmədən saxlanılması, məhkəmə-əmtəəşünaslıq ekspertizasının dəyəri 300 manat pulun cavabdehən tutularaq Legal Hüquq və Ekspert Mərkəzi” MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, işə iddia tələbi həddində baxılmalı olduğundan birinci instansiya məhkəməsi əsas kredit və faiz borcunu maliyyə arayışında göstərilən məbləğdə nəzərə almaqla qərar qəbul etməsi düzgün olmuşdur. İddianın cərimə borcu hissəsi ilə bağlı məhkəmə kollegiyası hesab etmişdir ki, iddia tələbi qeyd olunan hissədə əsaslı olmuşdur. Belə ki, cərimənin (dəbbə pulu) ödənilməsi tələbinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Belə ki, birinci instansiya məhkəməsi ağlabatan və ədalətli məbləğdə cərimə borcu müəyyən etmişdir. Cavabdeh borcun düzgün hesablanmamasına istinad etsə də, məhkəməyə təqdim edilmiş maliyyə arayışının mötəbərliyinə şübhə ilə yanaşmağa ə sas verən hər-hansı dəlil təqdim edilməmişdir. İddiaçı tərəf ipoteka predmetinin satış dəyərini mübahisələndirmədiyindən və qətnamə ilə müəyyən edilmiş məbləğ ilə razılaşdığından ipoteka predmetinin bazar dəyəri birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq 65000 manat müyyən edilmişdir.
15. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1, 467, 439.1-ci maddələrinə, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 88, 107, 119.1, 217.1, 217.3, 387.1ci maddələrinə istinad edərək əsaslandırmışdır.
16. Cavabdeh nümayəndəsi X5 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(1 03)-410/2021 saylı iş üzrə 2 fevral 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, kredit müqaviləsi üzrə borcun əksəriyyət hissəsi ödənilməsinə baxmayaraq işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi qismən təmin edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi iddia ərizəsində tutulması tələb olunan əsas, faiz və cərimə borcunun məbləğinin bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmamış, ödənilməli olan məbləğlər bank tərəfindən yüksək dərəcədə şişirdilmişdi r. Apellyasiya instansiyası məhkəməsi iddiaçının təqdim etdiyi maliyyə arayışı və məhkəmə-mühasibatlıq ekspertizasının rəyi arasında ziddiyyət olmasına baxmayaraq yenidən təkrar məhkəməmühasibatlıq ekspertizasının keçirilməsini təmin etməmişdir. Həmçinin apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Q.Şərq küçəsi, bina 104, 24 saylı mənzilin real bazar dəyərinin müəyyən edilməsi ilə bağlı təkrar qiymətləndirmənin aparılmasını təmin etməmişdir. Bununla da apellyasiya instansiyası məhkəməsi mühüm əhəmiyyəti olan halları tam aydınlaşdırmamış və nəticədə düzgün olmayan nəticəyə gəlmişdir. Kassator qətnamənin ləğv edilməsinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.3-cü maddəsinə istinad etmişdir.
18. Kassasiya şika yətinə qarşı etiraz daxil olmamışdır. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
19. Cavabdeh nümayəndəsi X5 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinin tələbinə uyğun olaraq iş üzrə onun izahatı dinlənilməmişdir.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı tərəf məhkəmə iclasına gəlməməsinin səbəbləri barədə məlumat vermədiyi üçün məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görmə li, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 425 Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
24. Maddə 445.1 İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
25. Maddə 445.2.1 Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
26. Maddə 421.2 Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
27. Maddə 317.1 Borclu təminat vasitəsi ipote ka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər.
28. Maddə 319.1 Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.
29. Maddə 462.1 Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
30. Maddə 39.3.3 İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edilərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti göstərilməlidir. İpoteka pre dmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
31. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
32. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
33. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
34. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
35. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
37. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bi lər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (§34).
39. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (§35).
40. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır (§34). Lakin apelyasiya instansiyası məh kəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. İş üzrə Cavabdeh nümayəndəsi X5 və cavabdehin vəkili Vəkil kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini istədiyindən və bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticədən görünür ki, tərəflər arasında bağlanmış kredit və ipoteka müqavilələrindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı olan Bank öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən pul məbləğini borcalana vermiş, bunun nəticəsində bankın cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yeti rməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Borcalan müqavilə üzrə öz öhdəliklərini icra etmədikdə və həmin öhdəlikləri müqavilədə müəyyən edilmiş müddətdə icra etmədikdə, kredit verənin bu müqaviləni vaxtından əvvəl ləğv etmək, kredit borcunu, faizləri, penyanı, vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək, tələb icra olunmadıqda isə borcun zaminlər tərəfindən ödənilməsini tələb etmək hüququ vardır.
44. Kassasiya şikayətinin əsas, faiz və cərimə borcunun məbləğinin bağlanmış kredit müqaviləsinin şərtlərinə uyğun hesablanmaması və ödənilməli olan məbləğin bank tərəfindən şişirdilməsi ilə bağlı dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələrin əsas kredit və faiz borcunu maliyy ə arayışında göstərilən məbləğdə nəzərə almaqla qərar qəbul etməsi düzgün olmuşdur. Belə ki, iş materiallarında olan iddianın əsasını təşkil edən maliyyə arayışına əsasən Cavabdeh 05.09.2019-cu il tarixə banka olan borcu 10260.29 ABŞ dolları əsas borc, 8705.79 ABŞ dolları faiz borcu, 1115.38 ABŞ dolları cərimə borcu, cəmi 22043.4 ABŞ dolları borcu vardır. Həmçinin, birinci instansiya məhkəməsi tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən rəy alınmışdır. Cavabdeh borcun düzgün hesablanmaması, ödənilməli olan məbləğin şişirdilməsi ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ eks pert rəyi və s.) təqdim etməmişdir.
45. Məhkəmə kollegiyası ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı kassasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, həm birinci instansiya məhkəməsində, həm də apellyasiya instansiyası məhkəməsində işə baxılarkən, ipoteka predmeti olan cavabdehə məxsus Ünvan küçəsində yerləşən 104 nömrəli evin 24 nömrəli mənzilinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müstəqil qiymətləndiricilərin rəyləri alınmışdır. Apellyasiya kollegiyası tərəfindən təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticələrinə dair Legal Hüquq və Ekspert Mərkəzi” MMC-nin 21.10.2020-ci il tarixli rəyinə əsasən mənzilin bazar dəyərinə uyğun likvid dəyəri 56000 manat müəyyən edilsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etm işdir ki, iddiaçı tərəf ipoteka predmetinin satış dəyərini mübahisələndirmədiyindən və qətnamə ilə müəyyən edilmiş məbləğ ilə razılaşdığından ipoteka predmetinin bazar dəyəri birinci instansiya məhkəməsinin mövqeyinə uyğun olaraq 65000 manat müəyyən edilməlidir.
46. Məhkəmə kollegiyası kassasiya şikayətinin işə baxılarkən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların araşdırılmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiy mət vermir.
47. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, Cavabdeh apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
49. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər (§36).
50. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətində göstərilən dəlillər isə əsassız olduğu üçün hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
51. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-410/2021 saylı iş üzrə 2 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.