Məhkəmə qərarları › İş №2(102)-3994/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-3994/2023

05.12.2023 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3994/2023 05.12.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X7rşı QƏRARİ iş № 2(102)-3994/2023 Açar sözlər: əmrin ləğv edilməsi, işə bərpa Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1308/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzr ə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 2. “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 14 aprel 2022-ci il tarixli 327 saylı əmrinə əsasən, “Qusar RMX” X9 Stomatologiya bölməsinin həkim-stamotoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. 3. 0480017 saylı əmək kitabçasının surətinə əsasən, xx.xx.2022-ci il tarixində İddiaçı əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 67-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş dir. 4. xx.xx.2022-ci il tarixli Sertifikasiya İmtahan nəticələrinə əsasən, iş nömrəsi ******* olan şəxs keçid balı 40 olan test suallarının nəticələri üzrə 57 bal, keçid balı 16 olan kliniki tapşırıların nəticələri üzrə isə 23 bal toplamışdır.

5. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AH 044696 saylı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən Sertifikasiya Şəhadətnaməsinə əsasən, İddiaçı 15 aprel 2022-ci il tarixdə həkimlərin sertifikasiyasından keçmiş və ona Azərbaycan Respublikasının ərazisində Stomatologiya ixtisası üzrə praktik fəaliyyətlə məşğul olmaq üçün icazə verilmişdir. 6. “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1245/07-22 saylı məktubuna əsasən, İddiaçı xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə keçirilən test imtahanında qeyri-məqbul nəticə göstərmişdir. Bu səbəbdən də, İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2021-ci il tarixli 1785/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. İddiaçı peşə hazırlığı keçmək üçün həmin X9 xx.xx.2021-ci il tarixli 1867/21 nömrəli əmri ilə xx.xx.2021-ci il tarixdən xx.xx.2021- ci il tarixədək ixtisası üzrə kurs keçmək üçün Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Kurs keçdikdən sonra xx.xx.2022-ci il tarixdə keçirilən sertifikasiya imtahanından təkrar keçə bilmədiyi üçün Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli məktubu əsas tutularaq onunla bağlanmış əmək müqaviləsinə “Qu sar rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2022ci il tarixli 327 nömrəli əmri ilə xx.xx.2022-ci il tarixdən Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndi ilə xitam verilmişdir.

7. Qusar rayon Mərkəzi Xəstəxanası” X9 məhkəməyə ünvanladığı xx.xx.2022-ci il tarixli 1245/07-22 saylı məktubuna əsasən, məhkəməyə təqdim edilmiş həmin X9 xx.xx.2021-ci il tarixli 1785/21 saylı əmrinin surətindən görünür ki, həmin X9 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı xx.xx.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. Həmin məktubla məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin xx.xx.2021-ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 ünvanlandığı bildirişdən görünür ki, xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə test imtahanı keçiri lmişdir. Həmin X11də stomatoloq işləyən İddiaçı 38 bal toplamış və keçid balının 40 (test tapşırıqları hissəsi üzrə) olduğunu nəzərə alaraq onun topladığı bal sayı qeyri-məqbul hesab edilmişdir. Bu səbəbdən İddiaçı sertifikasiyadan keçməyən işçi hesab olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin dördüncü bəndinə əsasən sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qeyd olunanları nəzərə alaraq İddiaçı 6 ay müddətində iş yeri saxlanılmaqla peşə hazırlığı keçərək təkrar sertifikasiya olunmaq üçün Sertifikasiya şöbəsinə müraciət etməlidir. Həmin məktubla məhkəməyə təqdim edilmiş “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2021-ci il tarixli 1867/21 saylı əmrinin surətinə əsasən, h əmin X9 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 48-ci maddəsinə uyğun olaraq “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. Həmin məktuba əsasən, məhkəməyə təqdim edilmiş Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixdə elektron poçtla “Qusar rayon Mərkəzi Xəstəxanası” X10 ünvanladığı bildirişdən görünür ki, nazirlik tərəfindən həmin X10 bildirilmişdir ki, sertifikasiyadan təkrarən keçə bilməyən stomatoloq İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəllə sinin 67-1- ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməlidir. Bununla əlaqədar müvafiq tədbirlər görərək Səhiyyə Nazirliyinə məlumat verilməsi xahiş olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia ərizəsi ilə Qusar Rayon Məhkəməsinə müraciət edib, onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmrinin ləğv edilməklə həmin müəssisənin stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, o, Qusar rayon Mərkəzi Xəstəxanasının xx.xx.2019-cu il tarixli, 406-K nömrəli əmri ilə həmin xəstəxananın poliklinika şöbəsində 1.0 ştat vahidi həkim-stomatoloq vəzifəsinə təyin edilmişdir. Həkim-stomatoloq ixtisası üzrə iş təcrübəsi isə 2012-ci ildən başlayır. Həmin vəzifədə işlədiyi müddətdə işinin öhdəsindən layiqincə gəlmiş və heç bir intizam cəzası almamışdır. Cavabdeh xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri ilə onunla bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinə “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2022-ci il tarixli elektron məktubu göstərilmişdir. Hesab e dir ki, cavabdehin xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmri qanunsuzdur və ona görə həmin əmr ləğv edilməklə o, əvvəlki işlədiyi poliklinika şöbəsinin stamotologiya bölməsinin həkimstamotoloqu vəzifəsinə işə bərpa olunmalıdır. İşçilərin və iş yerlərinin attestasiyakomissiyalarının qərarlarını qanunsuz, əsassız, qərəzli və qeyriobyektiv hesab edən şəxslər məhkəməyə müraciət edə bilər. Attestasiya komissiyasının qərarı ilə tutduğu vəzifəyə (peşəyə) uyğun olmadığına görə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilən və ya başqa vəzifəyə (peşəyə) keçirilən işçinin iddiası əsasında fərdi əmək mübahisəsinə bu Məcəllə ilə müəyyən edilmiş qaydada yalnız məhkəmələrdə baxılır. Həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından hər iki nəticə üzrə, yəni test sualları və kliniki tapşırıqların nəticələrinə əsasən keçid ballarını toplamışdır. Belə ki, test suallarının nəticələri üzrə keçid balı 40 olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə keçid balı 16 olduğu halda 23 bal toplamışdır. Göründüyü kimi, cavabdeh onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi halda xx.xx.2022-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanından zəruri keçid balı toplamışdır. Belə olan halda hesab edir ki, o, əvvəllər işləd iyi stamotologiya bölməsinə həkim-stamotoloq vəzifəsinə işə bərpa olunmalıdır.

10. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 nümayəndəsi və vəkili məhkəməyə iddiaya etiraz ərizəsi göndərərək göstərmişdir ki, İddiaçı həmin iddiası əsassız olduğundan təmin edilə bilməz. Belə ki, iddia ərizəsində göstərilir ki, “...Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əsasən attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. İşəgötürən attestasiya komissiyasının tövsiyyəsini nəzərə alaraq işçinin razılığı ilə onu başqa müvafiq vəzifəyə (peşə yə) keçirə bilər. İş yerlərinin attestasiyasının keçirilməsi nəticəsində onların kütləvi şəkildə ixtisar edilməsi yolverilməzdir. İş yerlərinin attestasiyasının keçirilməsinin nəticələrinə əsaslanaraq işəgötürən tərəfindən işçilərin əmək müqavilələri ləğv edilə bilməz...” İddia ərizəsində qeyd olunan Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndinin tələbləri hazırkı mübahisənin həllinə tətbiq edilməli olmasına baxmayaraq, həmin Məcəllənin 67-ci maddəsinin 2-4-cü bəndlərinin tələbləri hazırkı mübahisəyə tətbiq oluna bilməz. Ona görə ki, hazırkı halda işçinin başqa işə keçirilməsi haqqında attestasiya komissiyasının tövsiyyəsi olmamış, iş yerlərinin kütləvi şəkildə ixtisar edilməsinə, eləcə də iş yerlərinin attestasiyasının keçirilməsi hallarına yol verilməmişdir. İddia ərizəsində də qeyd ol unduğu kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin (c) bəndinə əsasən peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən, Sertifikasiya ilə bağlı kəsilən şəxslər barədə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X10 göndərilmiş xx.xx.2022-ci il tarixli elektron məktubundan da görünür ki, Sertifikasiyadan təkrarən keçə bilməyən Stomatoloq İddiaçı ilə bağlanmış Əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67-1-ci maddəsinin beşinci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verilməli və bununla əlaqədar müvafiq təd birlər görülərək Səhiyyə Nazirliyinə məlumat verilməlidir. Ona görə də “Qusar Rayon Mərkəzi Xəstəxanası” X11 üzrə verilmiş xx.xx.2022-ci il tarixli 327 №-li əmr əsasında “Qusar RMX” X9 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 №-li əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən Azərbaycan Respublikası ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti də Azərbaycan Respublikası ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur. İddia ərizəsində daha sonra göstərilir ki, “...Bildirirəm ki, mən xx.xx.2022-ci il tarixində keçirilmiş təkrar Sertifikasiya imtahanından hər iki nəticə üzrə, yəni test sualları və kliniki tapşırıqların nəticələrinə əsasən keçid ballarını toplamışam. Belə ki, test suallarının nəticələri üzrə 40 keçid balı olduğu halda 57 bal, kliniki tapşırıqların nəticələri üzrə isə 16 keçid balı olduğu halda 23 bal toplamışam. Göründüyü kimi, cavabdeh mənimlə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə xitam verdiyi halda xx.xx.2022-ci il tarixdə keçirilmiş sertifikasiya imtahanından zəruri keçid bal toplamışam. Belə olan halda hesab edirəm ki, cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X9 əvvəllər işlədiyim stomatologiya bölməsinə həkim-stomatoloq vəzifəsinə işə bərpa olunmalıyam...” Bu qeyd olunanların da hazırkı işə he ç bir aidiyyəti yoxdur və onlar başqa mübahisə predmetinin mövzusudur. Bütün yuxarıda qeyd olunanlara görə də hazırkı iş üzrə İddiaçı cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X7rşı “onunla bağlanmış xxxxxxx000200 №-li əmək müqaviləsinə xitam verilməsi barədə “Qusar Rayon Mərkəzi Xəstəxanası” X9 xx.xx.2022-ci il tarixli, 327 №-li əmrin ləğv edilməklə həmin müəssisənin stomatoloqiya bölməsinin həkim-stomotoloqu vəzifəsinə işə bərpa olunması” tələbinə dair iddiası rədd olunmalıdır. Odur ki, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

11. Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi ilə (hakim Adil Vəliyev) İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X9ə qarşı işə bərpa edilməsi tələbinə dair iddiası təmin edilib, “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xitam verilməsi barədə 14 aprel 2022-ci il tarixli, 327 saylı əmri ləğv edilərək İddiaçı “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 stomatologiya bölməsinin həkim-stomatoloqu vəzifəsinə bərpa edilməsi qət edilmişdir.

12. Məhkəmə qeyd etmişdir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərinhəkimlərin həmin fəaliyyətlə məşğul olmaları ilk öncə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sertifikasiyadan keçməklə 5 il müddətinə həmin fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər və bundan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müva fiq əmək müqaviləsi əsasında tibb müəssisələrində çalışırlar. Müvafiq tibb müəssisələrində işləyən həkimlər sertifikasiyadan keçmədikdə onların iş yeri 6 ay müddətində saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçməyə cəlb edilir və onlara 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları verilir. İmtahanlarda iştirak etmək üçün müraciətlərin sayı isə dəqiq müəyyən olunmamış və hər hansı sayla məhdudlaşdırılmamışdır. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X11də həkimstomatoloq işləyən İddiaçı xx.xx.2021-ci il tarixdə sertifikasiyaya cəlb olunmuş, lakin, sertifikasiyadan keçməmişdir. Bundan sonra həmin X9 xx.xx.2021-ci il tarixli 1785/21 saylı əmrinə əsasən İddiaçı iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmış, həmçinin həmin tarixdə 1867/21 sayl ı əmr qəbul edilərək “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi dörd gün Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. 12 aprel 2022-ci il tarixdə İddiaçı yenidən sertifikasiyaya cəlb olunmuş və yenə sertifikasiyadan keçməmişdir. Bundan sonra o, 15 aprel 2022-ci il tarixdə təkrarən imtahanda iştirak etmiş və sertifikasiyadan keçməklə müvafiq Şəhadətnamə əldə etmişdir. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X11 isə özünün xx.xx.2021-ci il tarixli əmri ilə İddiaçı iş yerini 6 ay müddətində saxlamaqla onu işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, İddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmişdir. Bununla da, cavabdeh tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, o cümlədən İddiaçı əmək hüquqları pozulmuş, həmin şəxsin 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır. Bundan başqa, cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X9 İddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2022-ci il tarixli əmri həm də özünün xx.xx.2021-ci il tarixli əmrinə zidd olmuşdur. B elə ki, xx.xx.2021-ci il tarixli əmrlə artıq İddiaçı iş yeri 6 ay müddətinə saxlanılmışdı və 6 ay müddət keçmədən əmək müqaviləsinə xitam verilə bilməzdi. Məhkəmə cavabdeh tərəfin iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Səhiyyə Nazirliyinin tapşırığına əsasən xitam verilməsi barədə dəlillərini isə qanuni və əsaslı hesab etmir, belə ki, praktik tibb fəaliyyəti ilə məşğul olan həkimlərlə bağlanmış əmək müqaviləsinə xitam verilməsi qaydası hər hansı nazirliyin göstərişi ilə deyil, yalnız yuxarıda göstərilən Qanunla və Əmək Məcəlləsi ilə müəyyən olunur. Odur ki, məhkəmə cavabdeh tərəfin həmin dəlilləri ilə razılaşmayaraq qəbul etməmişdir.

13. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 67-1, 287, 292, 300, Azərbaycan Respublikasının MPM-nin 14.2, 77.1, “Əh alinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 iyun 2010-cu il tarixli 108 saylı Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydası”nın 5,6-cı maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində birinci icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Qusar rayon Mərkəzi Xəstəxanası” X11 üzrə verilmiş xx.xx.2022-ci il tarixli, 327 nömrəli əmr əsasında “Qusar RMX” X9 Stomatologiya bölməsinin həkim-stomatoloqu İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdən ƏM-nin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifıkasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmiş, bu zaman Əmək Məcəlləsinin 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl edilmiş və son haqq-hesab, əmək kitabçası və həmin əmrin surəti ƏM-nin 83-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq son iş günü İddiaçı təqdim olunmuşdur.“Əhalinin sağlamlığının qorunması haqqında” Qanununun 49-1-ci maddəsinin 6 və 7-ci bəndləri, Əmək Məcəlləsinin 67-ci maddəsinin 1-ci bəndi, 67-1-ci maddəsinin 5-ci bəndi, 70-ci maddəsinin “c” bəndlərinə görə sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməledilməklə işəgötürən tərəfindən ləğv edilə bilər. Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onu nla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 70-ci maddəsinin qeyd hisəssinə görə də bu maddənin “c” bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilve rənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. Birinci instansiya məhkəməsi isə həmin hüquq normalarını düzgün tətbiq etməmiş və belə bir səhv nəticəyə gəlmişdir ki, işəgötürən İddiaçıişdən azad etmək üçün, guya xx.xx.2021-ci il tarixdən sonrakı 6 ay müddəti mütləq gözləməli və həmin müddət tamam olmadan işçini işdən çıxarmamalı idi. Halbu ki, yuxarıda qeyd olunan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun və eləcə də ƏməkMəcəlləsinin qeyd olunan hüquqi normalarında da açıq şəkildə göstərilir ki, işçinin sertifikasiyadan keçmədikdən sonra, iş yerinin saxlanıldığı 6 ay müddətində sertifikasiyadan t əkrarən keçməməsi faktı, onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması üçün hüquqi əsasdır və sertifikasiyadan təkrarən keçməyən işçilərin işdən azad edilməsi üçün 6 ay müddətin gözlənilməsinə heç bir ehtiyac yoxdur. Və göründüyü kimi birinci instansiya məhkəməsiişə baxarkən həmin maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

16. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, təmin olunmasını xahiş etmişdir.

17. İddiaçı apellyasiya şikayətinə etiraz etmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etmişdir.

18. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(105)-2023/2022 nömrəli iş üzrə 16 noyabr 2022-ci il qətnaməsi ilə (hakimlər Telman Quliyevin sədrliy i və məruzəsi ilə, Gülnarə Tağızadə və Lətifə Məmmədovadan ibarət tərkibdə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmışdır.

19. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

20. Kollegiya öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 67, 287, 292, 300, MPM-in 14.2, 77.1-ci maddələrinə istinad etmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

21. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

22. Şikayət apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, işçinin sertifikasiyadan keçmədikdən sonra, iş yerinin saxlanıldığı 6 ay müddətində sertifikasiyadan təkrar keçməməsi faktı, onunla bağlanmış əmək müqaviləsinin ləğv olunması üçün hüquqi əsasdır və belə olan halda sertifikasiyadan təkrarən keçməyən işçilərin işdən azad edilməsi üçün 6 ay müddətin gözlənilməsinə hər hansı hüquqi əsas yoxdur.

23. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər X3 (məruzəçi), X1 və X8) 2(102)-1205/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Cavabdeh “Qusar Rayon Mərkəzi Xəstəxanası” X9 kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-2023/2023 nömrəli, 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv e dilmiş və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir.

24. Kollegiya bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər)... dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər... Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsi isə nəzərdə tutur ki, sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır. Göründüyü kimi qanunvericilik ilk dəfə sertifikasiyadan keçmədiyinə görə müəyyən müddətə işdən kənarlaşdırılan işçinin Əmək Mə cəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən işdən azad edilməsini işçinin işdən kənarlaşdırıldığı müddətdən deyil, təkrar sertifikasiyanın nəticəsindən asılı etmiş, işçinin sertifikasiyadan təkrarən keçməməsini onunla əmək müqaviləsinə xitam verilməsi üçün birbaşa əsas kimi müəyyən etmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin sertifikasiyadan təkrar keçməmiş işçinin işdən azad edilməsini onun işdən kənarlaşdırıldığı müddətin sonuna istinad etməklə qanunsuz hesab etməsi yuxarıda istinad olunan maddi hüquq normalarının tələblərinə zidd olmuşdur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin iş üzrə mövqeyini təkrarlamaqla, qətnaməni qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbuki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya pro sessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır.

25. Kollegiya öz mövqeyini əsaslandırarkən Əmək Məcəlləsinin 67(1), 67-1(1), 67-1(5), 70, MPM-in 14.2, 77.1 “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

26. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

27. Etiraz onunla əsaslandırılmışdır ki, o, hesab etmişdir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qanunsuz və əsassızdır, ona görə də həmin şikayət təmin edilməməlidir. Etirazın dəlili olaraq birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə bağlı hallar sadalanmışdır.

28. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 apellyasiya şikayətini müdafiə etmiş, təmin olunmasını xahiş etmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz etmiş, təmin olunmamasını xahiş etmişdir.

29. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, hakimlər X5 və X2) 2(105)-1308/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə Cavabdeh "Qusar Rayon Mərkəzi Xəstəxanası" X9 nümayəndəsi və vəkili Vəkil1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Qusar Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(029)-637/2022 nömrəli qətnaməsi ləğv olunmuş, İddiaçı cavabdeh "Qusar Rayon Mərkəzi Ẋəstəxanasi" publik hüquqi ənisxəş qarşı "əmrin ləğv edilməsi və işə bərpa" tələbinə dair iddiası rədd edilmişdir.

30. Kollegiya qey d etmişdir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmamış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmamış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etməmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə almamış, iddianı əsassız olaraq təmin etmişdir.

31. Kollegiya daha sonra qeyd etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə “Stomatologiya” ixtisası üzrə keçirilən test imtahanında qeyri-məqbul nəticə göstərmiş, bu səbəbdən, xx.x x.2021-ci il tarixdən iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmışdır. Cavabdehin xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçı xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək ixtisası üzrə peşə hazırlığı kursu keçmək üçün Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. İddiaçı xx.xx.2021ci il tarixdə keçirilən sertifikasiya imtahanından da keçməmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli əmri ilə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən Əmək Məcəlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsinə uyğun olaraq, həmin Məcəllənin 70-ci maddəsinin “c” bəndinə əsasən sertifikasiya imtahanından təkrarən keçə bilmədiyi üçün xitam verilmişdir. Birinci instansiya məhkəməsi “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə və Əmək Məc əlləsinin 67-1-ci maddəsinin 5-ci hissəsində istinadla belə qənaətə gəlmişdir ki, cavabdeh özünün xx.xx.2021-ci il tarixli əmri ilə iddiaçının iş yerini 6 ay müddətində saxlamaqla onu işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, iddiaçı əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmişdir. Bununla da, cavabdeh tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri, o cümlədən iddiaçının əmək hüquqları pozulmuş, həmin şəxsin 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır.

32. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən istinad olunan maddi hüquq normaları düzgün tətbiq olunmamışdır. Belə ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun 49-1-ci maddəsinə əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər)... dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər... Sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxı lmasına yol verilmir. Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Əmək Məcəlləsi ilə tənzimlənir. İşin araşdırılan hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə keçirilmiş imtahanda sertifikasiyadan təkrarən keçməmişdir. Bununla da işçinin əmək müqaviləsinə xitam verilməsi üçün əsas yaranmışdır. İddiaçının sonradan, yəni üçüncü dəfə –xx.xx.2022-ci il tarixdə sertifikasiyadan keçməsi həmin qanuni əsasın aradan qalxması kimi qiymətləndirilə bilməz.

33. Kollegiya öz mövqeyini əsaslandırarkən 67(1), 67-1(1), 67-1(5), 70, MPM-in 14.2, 77.1 “Əhalinin sağlamlığının qorunması ha qqında” Azərbaycan Respublikasının Qanununun 49-1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

34. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1308/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən iddiaçı (vəkil T.Əlyarov)) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işə yenidən apellyasiya qaydasında baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

35. Kassator şikayətini əsaslandıraraq qeyd etmişdir ki, işə baxmış birinci instansiya məhkəməsi, yəni Qusar rayon məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan şəxslərin-həkimlərin həmin fəaliyyətlə məşğul olmaları ilk öncə “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Q anunu ilə tənzimlənir. Həmin Qanunun tələblərinə əsasən praktik tibb fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər müvafiq sertifikasiyadan keçməklə 5 il müddətinə həmin fəaliyyətlə məşğul olmaq hüququ əldə edirlər və bundan sonra Əmək Məcəlləsinin tələblərinə uyğun qaydada müvafiq əmək müqaviləsi əsasında tibb müəssisələrində çalışırlar. Müvafiq tibb müəssisələrində işləyən həkimlər sertifikasiyadan keçmədikdə onların iş yeri 6 ay müddətində saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçməyə cəlb edilir və onlara 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları verilir. İmtahanlarda iştirak etmək üçün müraciətlərin sayı isə dəqiq müəyyən olunmamış və hər hansı sayla məhdudlaşdırılmamışdır. O, xx.xx.2021-ci il tarixdə sertifikasiyaya cəlb olunmuşdur, lakin, sertifi kasiyadan keçməmişdir. Bundan sonra həmin X9 xx.xx.2021-ci il tarixli 1785/21 saylı əmrinə əsasən o iş yeri saxlanılmaqla 6 ay müddətinə işdən kənarlaşdırılmış, həmçinin həmin tarixdə 1867/21 saylı əmr qəbul edilərək “Dişətrafı toxumaların sağlamlıq vəziyyəti, gingivit və diş ətinin patologiyaları” üzrə ixtisasartırma kursu keçmək üçün xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək cəmi dörd gün Bakı şəhəri Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutuna göndərilmişdir. 12 aprel 2022-ci il tarixdə o yenidən sertifikasiyaya cəlb olunmuş və yenə sertifikasiyadan keçməmişdir. Bundan sonra o 15 aprel 2022-ci il tarixdə təkrarən imtahanda iştirak etmiş və sertifikasiyadan keçməklə müvafiq Şəhadətnamə əldə etmişdir. Cavabdeh “Qusar rayon Mərkəzi Xəstəxanası” X11 isə özünün xx.xx.2021-ci il tarixli əmri mənim iş yerini 6 ay müddətində saxlamaqla məni işdən kənarlaşdırmasına baxmayaraq, həmin 6 ay müddət başa çatmadan, cəmi 4 ay 5 gün keçdikdən sonra onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, həmin 6 ay müddət cavabdeh tərəfindən gözlənildiyi təqdirdə, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsinə ehtiyac qalmazdı, çünki, o əmək müqaviləsinə xitam verildiyi gündən cəmi 1 gün sonra sertifikasiyadan keçmiş. Bununla da, cavabdeh tərəfindən “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri, o cümlədən onun əmək hüquqları pozulmuş, onun 6 ay ərzində yenidən imtahanlarda iştirak etmək imkanları işəgötürən kimi cavabdeh tərəfindən tam təmin olunmamışdır. Bundan başqa, cavabdeh “Qusar rayon Mərk əzi Xəstəxanası” X9 xx.xx.2022-ciil tarixli əmri həm də özünün xx.xx.2021-ci il tarixli əmrinə zidd olmuşdur. Belə ki, xx.xx.2021-ci il tarixli əmrlə artıq onun iş yeri 6 ay müddətinə saxlanılmışdı və 6 ay müddət keçmədən əmək müqaviləsinə xitam verilə bilməzdi. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

36. Cavabdeh iddiaçının kassasiya şikayətinə qarşı etiraz verərək apellyasiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi

37. Maddə 67(1). Attestasiya komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış işçinin əmək müqaviləsi bu Məcəllənin 70-c maddəsinin «c» bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əm əl edilməklə işəgötürən tərəfindən ləğv edilə bilər

38. Maddə 67-1(1). Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikasiyaya cəlb edilirlər. Sertifikasiya zamanı praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərə onların fəaliyyət sahəsinə bilavasitə aid olmayan sualların verilməsi, habelə onların siyasi baxışlarına və etiqadına görə qiymətləndirilməsi yolverilməzdir

39. Maddə 67-1(5). Sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb v ə ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır.

40. Maddə

70. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: 41....c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə. Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəss isələrində (ümumi təhsil üzrə təhsil verənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsil verənlərin və praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqan başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada keçirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

42. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

43. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

44. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qi ymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

47. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfində n maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

48. Kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticəl ənən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Belə ki, mübahisəyə mahiyyəti üzrə baxan məhkəmə iş materialları əsasında müəyyən etmişdir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə keçirilmiş imtahanda sertifikasiyadan təkrarən keçməmişdir.

51. Qanuna əsasən, sertifikasiyadan “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təkrarən keçməyən işçinin praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin bu Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsasdır (§ 38).

52. Kollegiya bildirir ki, sübut ları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq norma ları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

54. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

55. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-1308/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar