Məhkəmə qərarları › İş №2(102)-3994/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-3994/2024

25.12.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3994/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı (üçüncü şəxs qismində X10 və 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi cəlb olunmaqla) iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququ, alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka dair pay hüququnun tanınması, mirasın açılma vaxtına tətbiq edilən maddi hüquq norması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Ca vabdeh2 və Cavabdeh4 qarşı “miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və miras əmlaka dair pay hüququnun tanınması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 10 sentyabr 2024-cü il tarixli, 2(103)-4273/2024 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Azərbaycan Respublikası Ali Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları:

1. X5 İddiaçı, Cavabdeh1 Baloğlan qızı, X8 adlı övladları olmuşdur.

2. X11 16 yanvar 1994-cü il tarixdə ölmüşdür.

3. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Sabunçu rayonu, Ləhiş bağ sahəsi, 1103 saylı bağ sahəsi (bundan sonra “mübahisə li bağ sahəsi”) ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi və həmin ünvanda yerləşən 0,0153 ha torpaq sahəsi üzrə X11 xx.xx.2019- cu il tarixdə reyestrdə mülkiyyətçi kimi qeydə alınmışdır.

4. Bakı şəhəri, ASAN xidmət mərkəzində yerləşən notariat ofisindən verilmiş 21 dekabr 2019-cu il tarixli 2V-1105 və 2V-1106 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnamələrə əsasən 0,1217 ha mübahisəli bağ sahəsi və həmin ünvanda yerləşən 0,0153 ha torpaq sahəsi üzrə Cavabdeh1 1/1 hissədə irs alması müəyyən edilmişdir.

5. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,1217 ha olan torpaq sahəsi üzrə Cavabdeh1 30 iyul 2020-ci il tarixdə mülkiyyətçi kimi qeydə alınmışdır.

6. Bakı şəhəri, ASAN xidmət mərkəzində yerləşən nota riat ofisindən verilmiş 11 aprel 2022-ci il tarixli 2V-317 nömrəli qanun üzrə vərəsəlik haqqında şəhadətnaməyə əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin miras qoyan X6 məxsus 0,113 ha olan hissəsinə Cavabdeh1 1/1 hissədə irs alması müəyyən edilmişdir.

7. Daşınmaz əmlakın 20 iyul 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsi Cavabdeh1 tərəfindən X7 74000 manata satılmışdır. X10 08 avqust 2023-cü il tarixdə mülkiyyətçi kimi qeydə alınmışdır.

8. Daşınmaz əmlakın 30 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 0,05 ha hissəsi X10 tərəfindən Cavabdeh2 21250 manata sa tılmışdır.

9. Daşınmaz əmlakın 30 sentyabr 2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən ümumi sahəsi 0,25 ha olan torpaq sahəsinin 0,0836 ha hissəsi İsa-zadə İradə Nəsrulla qızı tərəfindən Cavabdeh3 32800 manata satılmışdır.

10. Daşınmaz əmlakın 1 dekabr 2023-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,06 ha torpaq hissəsi X10 tərəfindən Cavabdeh4 25000 manata satılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

11. İddiaçı (bundan sonra “iddiaçı”) cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edərək miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin, həmin şəhadətnamələ r əsasında Cavabdeh1 Baloğlan qızının adına verilmiş çıxarışın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və miras əmlaklara vərəsəlik qaydasında ½ hissədə pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

12. X10 iddia ərizəsi üzrə, 4 saylı Bakı Asan Xidmət Mərkəzinin notariat ofisi isə məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişlər.

13. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, onun bacısı Cavabdeh1 Balaoğan qızı və qardaşı X9 miras qoyan anaları X5 birinci dərəcəli qanuni vərəsələridirlər. X1 16 yanvar 1994-cü il tarixdə vəfat etmişdir. Anası vəfat etdikdən sonra mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,0153 ha sahəsi və 0,113 ha torpaq sahəsi - cəmi 0,25 ha torpaq sahəsi miras qalmışdır. Anasından miras qalmış bu əmlak hər üçü tərəfindən faktiki olaraq qəbul edilmiş, istifadə və sahibliyində olmuşdur. İddiaçı miras qalmış torpaq sahəsinin ona düşən pay hissəsini rəsmiləşdirmək qərarına gəlmiş, bu məqsədlə də mübahisəli bağ sahəsi ünvanında yerləşən 0, 1217 ha torpaq sahəsi, həmin ünvanda yerləşən 0,0153 ha sahəsi və 0,113 ha torpaq sahələrinin ona çatası hissəsinə dair qanun üzrə vərəsəlik şəhadətnaməsinin alınması üçün xx.xx.2023-cü il tarixdə ərizə ilə 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinə müraciət etmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisi tərəfindən iddiaçıya verilmiş 1736 nömrəli, xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, mirasın faktiki qəbulu halı müəyyənləşdirilmədiyi üçü n ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Eyni zamanda həmin torpaq sahəsinə dair tam payda Cavabdeh1 vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Notariat ofisinin notariusu iddiaçını bacısı Cavabdeh1 və qardaşı X2 iddiaçı haqqında hər hansı məlumat almamış, ona xəbər verməmiş və mətbuatda məlumat dərc edilməsi yolu ilə onu çağıra biləcəyi halda bunları etməmişdir. Sonradan həmin əmlak başqa şəxslərə satılmışdır.

14. Cavabdeh1 iddia tələbinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, X1 16 yanvar 1994-cü il tarixdə öldükdən sonra miras qalmış sözügedən əmlakın yalnız onun tərəfindən faktiki qəbul edilmişdir. Digər qardaşı X9 notariat ofisinə ərizə ilə müraciət edərək mirası qəbul etməməsini və mirasdan imtina et diyini qeyd etmişdir. Hazırkı iş üzrə iddiaçı olan qardaşı mirası faktiki qəbul etməyib, mirasın qəbuluna dair notariusa ərizə verməmişdir. Mirasın açıldığı zaman qüvvədə olan qanunverciliyə görə iddiaçı mirası qəbul etməli idi.

15. Cavabdehlər Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 məhkəmə baxışında iddiaya etiraz edərək, onun təmin edilməməsini xahiş etmişlər.

16. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs İ.İsazadə iddiaya etiraz verərək, göstərib ki, torpaq sahəsini qanuni yolla əldə edib, vicdanlı alıcıdır.

17. Suraxanı Rayon Məhkəməsinin 2 may 2024-cü il tarixli, 2(010)-1043/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Tural Məmmədov)

18. Birinci instansiya məhkəməsi işdəki sənədlərə əsasən müəyyən etmişdir ki, mübahisəli bağ sahəsi iddiaçı və Cav abdeh1 anası, mərhum X5 mülkiyyətində olmuşdur və o, 16 yanvar 1994-cü il tarixdə vəfat etmişdir. Qeyd edilən torpaq sahəsinə 21 dekabr 2019-cu il tarixdə Cavabdeh1 adına 0.0153 ha, (2V-1106 reyestr nömrəsi) və 0.1217 ha (2V-1105 resyestr nömrəsi) hissələrə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir, həmin vərəsəlik işi çərçivəsində mərhumun digər övladı X9 miras əmlakı qəbul etməkdən imtina etmişdir. 10 aprel 2022-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən isə, yuxarıda qeyd edilən torpaq sahəsinin mərhuma məxsus 0.113 ha hissəsi Cavabdeh1 Baloğlan qızına verilmiş, beləliklə, mərhuma məxsus 0.25 ha torpaq sahəsi tam olaraq Cavabdeh1 miras əmlak kimi keçmişdir. Sonradan Cavabdeh1 həmin torpaq sahəsini tam olaraq iş üzrə 3-cü şəxs İsazadə İradə Nəsrulla qızına satmış, İradə İsa-zadə də həmin torpaq sahəsini hissələrlə digər cavabdehlərə satmışdır.

19. Birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə tətbiq edilməli olan maddi hüquq normaları ilə bağlı qeyd etmişdir ki, qanun üzrə vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi tələbinə 1964-cü il 11 sentyabr tarixli Mülki Məcəllənin normaları tətbiq edilməlidir. Belə ki, miras qoyan 1994-cü ildə vəfat etmişdir və vərəslik hüquq münasibəti də həmin dövrdə yaranmışdır. Mülki Məcəllənin 7-ci maddəsinə görə mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin Mülki-Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə o lan maddi hüquq normalarına uyğun çıxarılmalıdır. Buna görə də tələbin vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsinə həmin dövrdə qüvvədə olmuş maddi hüquq normaları əsasında qiymət verilməlidir. Tələbə yuxarıda qeyd edilmiş formada qiymət verildikdə müəyyən edilir ki, tələb bu hissədə əsaslı deyildir.

20. Birinci instansiya məhkəməsi göstərmişdir ki, X5 16 yanvar 1994-cü il tarixdə ölməsi ilə mirasın açılması iddiaçıya aşkar olsa da o, mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən torpaq sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də həmin dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməmişdir. Həmçinin, m əhkəmə araşdırması zamanı da iddiaçı miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir.

21. İddiaçının tələbində və sonrakı izahatlarında mirasın açılmasından xəbərdar olmaması, qanuni vərəsə kimi dəvət edilmədən miras əmlakın cavabdehin adına rəsmiləşdirildiyi barədə dəlilləri ilə birinci instansiya məhkəməsi razılaşmamış və mövqeyini belə əsasıandırmışdır ki, tərəflərin, elə iddiaçının öz izahatından da müəyyən edilir ki, o miras əmlak barədə kifayət qədər məlumatlı olmuş, lakin bununla belə artıq qeyd edildiyi kimi, müəyyən edilmiş müddət ərzində mirasa dair hüquqlarını irəli sürməmişdir.

22. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı miras açılan gündən 6 ay müddətində miras əmlakı qəbul etmədiyi üçün mi ras payı əldə etmək hüququnu itirdiyindən mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi üzərində onun 1/2 hissədə mülkiyyət hüququ tanına bilməz.

23. Mübahisəli bağ sahəsi ünvanında yerləşən 0,25 ha torpaq sahəsi ilə bağlı xx.xx.2023-cü il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi hissəsinə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, tələbin cavabdehin adına verilmiş vərəsəlik şəhadətnamələrinin etibarsız hesab edilməsi hissəsi əsassız hesab edilmiş, iddiaçının mübahisəli əmlaka vərəsəlik hüququ tanınmamışdır. Bundan əlavə, Cavabdeh1 mübahisə obyekti olan əmlaklara mülkiyyət hüququnu qanun üzrə vərəsəlik hüququ əsasında əldə etmiş və çıxarış almışdır. Həmin hüquq əsasında da torpaq sahəsi üçüncü şəxsə mübahisələndirilən müqavilə va sitəsi ilə satılmışdır. xx.xx.2023-cü il tarixli alqı-satqı müqaviləsi Mülki Məcəllənin daşınmaz əmlakın özgəninkiləşdirilməsi zamanı əməl edilməli olan qaydalarına uyğun aparılmış, satıcı öz mülkiyyətini qanunauyğun formada özgəninkiləşdirmiş və alıcı İradə İsa-zadə isə vicdanlı alıcı kimi mübahisəli əmlaka mülkiyyət hüququ əldə etmiş, sonradan o da, həmin torpaq sahəsini hissələrlə alqı-satqı müqavilələri ilə digər şəxslərə satmışdır.

24. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 7, 7.1, 148, 148.2, 337, 337.1, 337.5-ci, 1964-cü il Mülki Məcəlləsinin 527-529, 552-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

25. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbin in təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

26. Apellyasiya şikayəti iddia tələbi ilə eyni məzmunda əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, torpaq sahəsinə dair tam payda Cavabdeh1 Baloğlan qızına vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Göründüyü kimi 4 saylı Notariat ofisi mülki qanunvericiliyin tələblərini pozaraq, iddiaçının birinci dərəcəli qanuni vərəsə olmağına baxmayaraq onun xəbəri və məlumatı olmadan və onu qanuni vərəsə olaraq dəvət etmədən ananın digər vərəsəsi olan qardaşı X4 miras əmlakdan imtinaya dair ərizəsini əsas götürərək miras əmlaka dair tam payda X3 vərəsəlik hüququ haqqında şəhadətnamə vermişdir. 4 saylı Notariat ofisi şəhadətnamə verərkən mülki qanunvericiliyin tələbini kobud şəkildə pozaraq digər vərəsələr olan bacı v ə qardaşından iddiaçının haqqında hər hansı məlumat almadan və ona xəbər vermədən qanunvericiliyin tələbinə əsasən mətbuatda məlumat dərc etmə yolu ilə onu çağıra bildiyi halda bunu etməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarında əks edilən hüquqi mövqe nəzərə alınmamışdır.

27. Apellyasiya baxışında Cavabdeh1 apellyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, o, anasından miras qalmış torpağı sənədləşdirməyi iddiaçıya təklif etmiş, iddiaçı isə sənəd işinin uzun və xərc tələb edən məsələ olduğunu, buna “başını ağrıtmaq” istəmədiyini bildirmişdir. Beləliklə də, iddiaçı analarından qalmış torpağın sənədləşdirilməsindən imtina etdiyindən, məcbur qalıb özü 7-8 ay böyük çətinliklərlə sənəd toplamış, bundan əlavə özəlləşdirmək mümkün olsun deyə torpaq sahəsində yerləşən elektirik dayaqlarının çıxarılmasına 4000 manat xərc çəkmiş, bütün sənədləri düzəldib sahəni özəlləşdirmiş, borcları olduğundan torpaq sahəsini İradə adlı şəxsə satmış, özü könüllü olaraq iddiaçıya oğlu vasitəsi ilə 3000 manat, o biri qardaşına isə 4000 manat vermişdir. İddiaçı həmin pulla həyətini təmir edib abadlaşdırmışdır.

28. Apellyasiya baxışında Cavabdeh2 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, o, 10 sot torpağı İradə adlı şəxsdən 42.000 manata alıb, hazırkı mübahisədən heç bir məlumatları olmayıb, o, vicdanlı əldə edəndir.

29. Apellyasiya baxışında Cavabdeh4 apellyasiya şikayəti ilə razılaşmayaraq bildirmişdir o, 6 sot torpağı İradə adlı şəxsdən 25.000 manata alıb, hazırkı mübahisədən heç bir məlumatları olmayıb, o, vicd anlı əldə edəndir.

30. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4273/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər İkram Şirinov (sədrlik edən və məruzəçi), Elşən Kazımov, Namiq Cəfərov)

31. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, hazırkı işin hallarına görə 16 yanvar 1994-cü il tarixdə X5 ölməsi ilə mirasın açılması iddiaçıya aşkar olsa da, iddiaçı mirası əldə etməklə bağlı həmin tarixdə qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş 6 ay müddət ərzində iradəsini ifadə etməmiş, yəni sözügedən torpaq sahəsini faktiki olaraq idarə etməyə başlamamış, ona yiyələnməmiş, nə də hə min dövrdə vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə vermişdir. Həmçinin, məhkəmə araşdırması zamanı da iddiaçı miras açıldıqdan sonra mirasın onun tərəfindən faktiki olaraq qəbul olunmasını göstərən heç bir sübut təqdim etməmişdir. Halbuki həm əvvəlki qanunvericiləyə əsasən, həm də hazırda qüvvədə olan mülki qanunvericiliyin tələbinə görə vərəsənin mirası qəbul etməsi üçün altı aylıq müddət müəyyən edilmişdir.

32. İddiaçı miras əmlaka nə faktiki olaraq yiyələnməklə, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə miras əmlakı qəbul etməmişdir.

33. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, iddiaçı apellyasiya şikayətində hazırkı iddia ərizəsinin xx.xx.2023-cü il tarixdə təqdim olunduğunu və bu səbəbdən də Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023cü il tarixli qərarının hüquqi qüvvəsinin onun iddiası üzrə hazırda məhkəmə icraatında olan mövcud mübahisəyə də şamil edilməli olmasını bildirmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 1-ci bəndinə görə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir.

35. Azərbaycan Respublikası Kons titusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 3-cü bəndinə görə, Mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilmişdir.

36. Hazırki iş üzrə isə iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir (1-ci cild, i/v 5). Belə olan halda, iddiaçının qeyd edilən dəlili də iş materialları ilə təkzib edilir və aşkar əsassızdır.

37. Apellyasiya instansiyası məhkəməsi qeyd edilənlərə əsasən belə nəticəyə gəlmişdir ki, qüvvədə olan qanunun tələbinə əsasən, iddiaçı 6 ay ərzində miras əmlakı nə faktiki, nə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verməklə qəbul etmədi yindən, rayon məhkəməsi hazırkı iddia tələbini təmin etməməkdə haqlı olmuşdur.

38. Apellyasiya instansiyası məhkəməsi də mövqeyini birinci instansiya məhkəməsini sitinad etdiyi maddi və prosessual hüquq normaları ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

39. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

40. Kassasiya şikayəti iddia tələbi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmış və şikayətdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının onun iddiasına da şamil edilməsini vurğulamışdır. Belə ki, iddiaçı i ddia ərizəsini Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarının qüvvəyə minməsindən əvvəl, yəni xx.xx.2023-cü ildə Sabunçu Rayon Məhkəməsinə təqdim, məhkəməəarzi aidiyyətinə görə ərizəni geri qaytarmış, daha sonra iddiaçı Suraxanı rayon məhkəməsinə müraciət etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

41. Cavabdeh1 şikayətinə qarşı etiraz təqdim edərək, iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi və mübahisəli qətnaməninin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etirazda işin faktiki halları sadalanmaqla yanaşı, həmçinin qeyd edilib ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarı qüvvəyə minənədək miras əmlak artıq cavabdehin mülkiyyətinə keçmişdi. Tətbiq edilən hüquq Mülki Məcəllə (Azərbaycan SSR Ali Soveti tərəfindən 1964-cü il sentyabrın 11-də qəbul edilmiş, 1965-ci il martın 1-də qüvvəyə minmiş və 01 sentyabr 2000-ci il tarixədək qüvvədə olmuşdur) Maddə

527. Vərəsəlik o vaxt qanun üzrə ola bilər ki, o, vəsiyyətlə dəyişdirilməsin. Nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsələr yoxdursa, yaxud vərəsələrin heç biri mirası qəbul etməyibdirsə, yaxud vərəsələrin hamısı vəsiyyət edən tərəfindən vərəsəlikdən məhrum ediliblərsə, ölmüş şəxsin əmlakı vərəsəlik hüququ üzrə dövlətə keçir. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi və yaxud onun ölmüş elan edilməsi ilə açılır. Vərəsəliyin açılma vaxtı, miras qoyan şəxsin öldüyü gün, o, ölmüş elan edildikdə isə bu Məcəllənin 21-ci maddəsində göstərilən gün hesab olunur. Maddə

529. Vərəsəliyin açıldığı yer, miras qoyan ın sonuncu daimi yaşayış yeri, əgər bu məlum deyildirsə, əmlakın və ya onun əsas hissəsinin olduğu yer hesab edilir. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbə vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbə üzrə vərəsələr sırasına daxildir. Miras qoyan şəxsin nəvə və nəticələri bu şərtlə qanun üzrə vərəsə ola bilərlər ki, vərəsəlik açılan zaman onların vərəsə ola bilən valideynləri ölmüş olsun; onlar özlərinin ölmüş atasına (anasına) qanun üzrə vərəsəlik əsasında düşəsi hissəyə bərabər olan payı alırlar. Maddə

533. Birinci növbə vərəsələr olmadıqda və ya onlar mirası qəbul etmədikdə, habelə onların hamısı vəsiyyət edən tərəfin dən vərəsəlik hüququndan məhrum edildikdə, ölənin bacı-qardaşları, habelə onu həm ata, həm ana tərəfindən babası və nənəsi, ulu babası və ulu nənəsi olurlar. Miras qoyanın bacı və qardaşlarından hər hansı biri vərəsəlik açılana qədər ölərsə, qanun üzrə vərəsəlik əsasında onlara çatası pay bərabər hissədə onların uşaqlarına verilir. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir. Yalnız başqa vərəsəl ər olmadığı və ya onlar mirası qəbul etmədiyi hallarda, vərəsəlik hüququ əmələ gəlmiş vətəndaşlar mirası qəbul etmək üçün qalan müddət ərzində, onu qəbul etmək barədə öz razılıqlarını bildirə bilərlər, bu müddət üç aydan az olduqda isə həmin müddət üç aya qədər uzadılır. Qəbul edilmiş miras vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunur. Maddə

556. Qanun üzrə və ya vəsiyyət üzrə vərəsə, vərəsəlik açıldığı gündən altı ay müddətində mirasdan imtina etməyə haqlıdır. Bu halda o, qanun üzrə və ya vəsiyyət üzrə olan vərəsələrdən qalan hər hansı birinin xeyrinə, dövlətin və ya ayrıca dövlət, kooperativ və ya sair ictimai təşkilatların xeyrinə mirasdan imtina etdiyini göstərə bilər. Vərəsə tərəfindən mirasdan imtina etməyin kimi xeyrinə olduğu göstərilməməklə edilən imtina, mirası qəbul e tməmək hallarında baş verən nəticələrə səbəb olur. Vərəsə, vərəsəlik açılan yerin notariat kontoruna mirası qəbul etmək və ya vərəsəlik hüququ barədə ona şəhadətnamə verilməsinə dair ərizə verdikdə, mirasdan imtina etməyə yol verilmir. Mirasdan imtina vərəsə tərəfindən vərəsəliyin açıldığı yerin notariat kontoruna ərizə vermək yolu ilə edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhk əmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apell yasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edil məsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

42. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

44. Məhkəmə kollegiy ası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmişdir.

47. İşdən görünür ki, iddi açının X1 16 yanvar 1994-cü il tarixdə vəfat etmişdir. İddiaçı cavabdehə verilən vərəsəlik şəhadətnaməsinin və ondan sonrakı hüquqi əməliyyatların etibarsızlığını tələb edir.

48. Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə görə qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

49. Məhkəmə kollegiyası qeyd edir ki, məhkəmələr işin hallarını, buna uyğun olaraq, hüquq münasibətlərinin yarandığı vaxtı müəyyən edərək, mübahisəyə 1964-cü il Mülki Məcəlləsinin normalarını tətbiq etməklə iddianı təmin etməyərkən düzgün nəticəyə gəlmişlər.

50. Belə ki, 1964-cü il Mülki Məcəlləsinin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtl ə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Vərəsə, miras əmlakını faktiki surətdə idarə etməyə başladıqda və ya mirasa yiyələndikdə, o, eləcə də vərəsəliyin açıldığı yerdə notariat orqanına mirası qəbul etmək barədə ərizə verdikdə, mirası qəbul etmiş hesab olunur. Bu maddədə göstərilən hərəkətlər, vərəsəlik açılan gündən altı ay müddətində edilməlidir.

51. İşin müəyyən edilən halına görə iddiaçı mirası nə faktiki, nə də notariat orqanına bu barədə ərizə verməklə qəbul etməyib. Belə olan halda, iddiaçının mirasdan pay tələb etmək hüququ da olmayıb.

52. İddiaçı özü də mirası nə faktiki, nə də rəsmi (notarial) qaydada qəbul etdiyini bildirmir. İddiaçı kassasiya şikayətində yalnız Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına istinad edərək, həmin qərarın ona da şamil edilməsini dəlil kimi irəli sürmüş və bu dəlilini əsaslandırmaq üçün iddia ilə ilk dəfə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etdiyini göstərmişdir.

53. Məhkəmə kollegiyası iddiaçının bu dəlili ilə bağlı qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarına görə qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə (susan vərəsə) mirası qəbul etmiş vərəsə hesab edilir və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Başqa sözlə, vərəsənin susması mirasın qəbulu edilməsi prezumpsiyasını yaradır. Həmçinin həmin Qərarın 3-cü bəndində göstərilib ki, mülki dövriyyənin sabitliyinin təmin olunması baxımından bu Qərar qüvvəyə mindikdən sonra yaranacaq vərəsəlik münasibətlərinə və hazırda məhkəmələrin icraatında olan mübahisələr üzrə işlərə şamil edilir.

55. Qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun həmin qərarı 1964-cü il Mülki Məcəlləsinin normaları ilə bağlı deyil, 2000-ci il 01 sentyabrdan sonra tətbiq edilən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğu barədə olmuşdur.

56. Hazırki işin hallarına görə isə miras 1994-cü ildə açılıb və bu münasibətlərə həmin dövrdə qüvvədə olan 1964-cü il Mülki Məcəlləsinin normaları tətbiq edilib.

57. İşin hallarına tətbiq edilən Mülki Məcəllənin 552 və 556-cı maddələrinə görə də istər mirasın qəbulu, istərsə də ondan imtina vərəsəlik açılan gündən altı ay müddətində həyata keçirilməlidir. 1964-cü il Mülki Məc əlləsi mirasdan imtina edilmədiyi halda, mirasın qəbul edilməsi prezumpsiyasını nəzərdə tutmurdu. Ümumiyyətlə, həmin Məcəllə mirası əldə etmək üçün yalnız mirasın qəbulu institutunu tanıyırdı, vərəsənin susmasını mirasın qəbul edilməsi prezumpsiyası kimi qəbul etmirdi.

58. Buna görə də miras 1964-cü il Mülki Məcəlləsinin tətbiq edildiyi vaxt açıldığı üçün iddianın nə vaxt verilməsindən asılı olmayaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının iddiaçıya da şamil edilməli olması barədə dəli əsaslı sayıla bilməz.

59. Məhkəmə kollegiyası bu məsələ ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 34-36-cı bəndində qeyd edilən mövqeyini də əsaslı saymır. Belə ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının iddia ərizəsi ilə məhk əməyə xx.xx.2024-cü il tarixdə müraciət etməsinə istinad edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarının 3-cü bəndinə görə həmin Qərarın hazırki mübahisəyə şamil edilməməsini göstərmişdir.

60. Yuxarıda qeyd edildiyi kimi, Konstitusiya Məhkəməsinin qeyd edilən Qərarı 2000-ci il 01 sentyabrdan tətbiq edilən Mülki Məcəllə ilə bağlı olmuşdur. Əks halda, apellyasiya instansiyası məhkəməsinin mövqeyindən belə nəticə çıxır ki, iddiaçı xx.xx.2023-cü il tarixədək məhkəməyə müraciət etmiş olsaydı, onun iddiası Konstitusiya Məhkəməsinin Qərarına görə təmin edilə bilərdi. Halbuki Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli Qərarı köhnə Mülki Məcəlləyə, ümumiyyətlə, tətbiq edilə bilməz.

61. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi id dianı rədd edərkən yalnız həmin hala deyil, yuxarıda göstərildiyi kimi, iddiaçının 1964-cü il Mülki Məcəlləsinə uyğun olaraq həm də mirası qəbul etməməsinə istinad etdiyi üçün və təkcə bu hal iddianın rədd edilməsinə yetərli olduğundan, məhkəmə kollegiyası qətnamənin ləğvinə əsas görməmişdir.

62. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

63. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4273/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxl

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar