Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3995/2020 30.07.2020 ALİ MƏHKƏMƏ İddiaçı: İddiaçı1 Cavabdeh: Tovuz rayonu “XXX” adına XXX kənd ümumi orta məktəbi İddia tələbi: dərs yükünün azaldılmasına dair əmrin ləğv edilməsi, işə bərpa, əvvəlki dərs saatlarının qaytarılması və növbəti keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması (Açar sözlər: müəllimlərin diaqnostik qiymətləndirilməsi, məhkəmə aidiyyəti, əmək funksiyalarının dəyişdirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Fərhadov Fuad Əlirza oğlunun katibliyi, İddiaçı1 iştirakı ilə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kol legiyasının 2(104)-1196/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən cavabdeh Tovuz rayonu “XXX” adına XXX kənd ümumi orta məktəbi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2020-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İddiaçı1 (bundan sonra - iddiaçı) Tovuz rayonu “XXX” adına XXX kənd ümumi orta məktəbinin (bundan sonra - cavabdeh) xx xxxxxx 1995-ci il tarixli, 36 saylı əmri ilə xx xxxxxxxx 1995-ci il tarixdən həmin məktəbə ixtisası üzrə ibtidai sinif müəllimi təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək diaqnostik qiymətləndirməyə buraxılmaması ilə bağlı müdiriyyətin hərəkətinin qanuns uz sayılması və onun diaqnostik qiymətləndirməyə buraxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin xx.xx.2018-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamış və hesab edilmişdir ki, qeyd olunan tələb əmək münasibətləri ilə bağlı olan məsələdir. xx xxxxxxxx 2018-ci il tarixli, 35 saylı əmrlə diaqnostik qiymətləndirmənin nəticələrinə və məktəbin Pedoqoji şurasının xx xxxxxxxx 2018-ci il tarixli, 01 saylı qərarına əsasən iddiaçıya ibtidai siniflərdə fiziki tərbiyə, həyat bilgisi və musiqi dərsləri olmaqla cəmi 6 saat dərs verilmişdir. Birinci və apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, dərs yükünün azaldılmasına dair cavabdehin əmrinin ləğv edilmə si, məktəbdə ibtidai sinif müəllimi işinə bərpa edilməsi, əvvəlki dərs saatlarının özünə qaytarılması və onun növbəti keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin pedoqoji fakültəsində təhsil alıb, ibtidai təhsil pedaqogikası və metodikası üzrə tam kurs bitirərək, ibtidai sinif vəəlavəəmək müəllimi ixtisası almışdır. Cari il ərzində məktəb rəhbərliyinin qanunsiz əmrinəəsasən müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmamış, bunun səbəbi ona rəsmi izah edilməmiş, xx.xx.2018-ci il tarixli, 35 saylı əmrlə sinfi əlindən alınaraq, ona 6 saat yığma dərs verilmişdir. 2017-2018-ci tədris ilində 3s sinfinin ibtidai sinif müəllimi işləyər kən aylıq əmək haqqı 280 manat təşkil etmişdir, hazırda isə ona 60 manat əmək haqqı verilməsi nəzərdə tutulur. Hazırda dərs dediyi ibtidai sinif 4ssinfidir. 23 ilərzində həmin məktəbdə ibtidai sinif müəllimi olaraq fəaliyyət göstərmiş və yüzlərlə şagird yetişdirmişdir. Məktəb rəhbərliyinin ona qarşı tutduğu mövqeyi qanunsuz hesab edir. Cavabdeh məktəbin direktoru vəzifəsini icra edən X6 məhkəmə iclasında iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçı Rayon Təhsil Şöbəsinin göstərişinə əsasən, müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmamış, bu səbəbdən də məktəbin xx xxxxxxxx 2018-ci il tarixli 35 saylı əmrinə əsasən, sinfi əlindən alınaraq, iddiaçıya 6 saat yığma dərs verilmişdir. Onun iddiaçı ilə heç bir şəxsi qərəzliyi yoxdur. Tovuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(062)2217/2018 nömrəli iş üzrə xx xxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim N.Mustafayev) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi irəli sürülən iddianı təmin edərkən, işin faktiki halları kimi iddiaçının Azərbaycan Ali Tətbiqi Elmlər Kollecinin pedoqoji fakultəsinin ibtidai təhsil pedoqogikası və metodikası ixtisası üzrə tam kurs bitirməsinə, ona ibtidai sinif və əlavə əmək müəllimi ixtisasının verilməsinə istinadla qeyd etmişdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli, 994 nömrəli əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində işləyən müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”nın əsas məqsədi dövlət ilk peşə-ixtisas təhsili müəssisələrində çalışan, idarəet mə, təhsil və təlim fəaliyyəti ilə məşğul olan işçilərin maddi rifahını yaxşılaşdırmaq olmuşdur. Cavabdeh məktəbin xx.xx.2018-ci il tarixli, 35 saylı əmri əmək qanunvericiliyinə zidd olmağı ilə yanaşı, diaqnostik qiymətləndirmənin aparılmasının əsas məqsədinə zidd olaraq iddiaçının maddi rifahını pisləşdirmişdir. Odur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəmə müdafiəsindən istifadə etmək məcburiyyətində qaldığından iddia təmin edilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, Rayon Təhsil Şöbəsinin göstərişinə əsasən Azərbaycan Respublikası Təhsil Nazirliyininelektron baza məlumatlarında iddiaçının baza diplomu saxta olduğundan o, müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmamış, lakin rəhbərlik ona humanist yanaşaraq, xx.xx.2018-ci il tarixli, 35 saylı əmrəəsasənona6 saat dərs vermişdir. Bundan başqa, iddiaçının adınaolan X3 filialından verilmiş 010328 nömrəli yenidən hazırlanma haqqında diplomdan görünür ki, o, xx.xx.2002-ci il tarixdə instituta daxil olmuş və xx.xx.2003-cü il tarixdə “ibtidai təhsilin pedaqoqikası və metodikası” kursunu bitirmişdir. Lakin, X8 Məhkəməsinin hökmü ilə X3 filialında bu tip kurs keçən müəllimlərin diplomlarının saxta olması müəyyən olunmuş və həmin hökm Gəncə Apellyasiya Məhkəməsinin qərarına əsasən qüvvədə saxlanılmışdır. Həmin təhsil müəssisəsi də bağlanmışdır və artıq fəaliyyət göstərmir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apelyasiya instansiyası məhkəməsi) 2(104)-1196/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər – Ə.Məmmədov (sədrlik edən və məruzəçi), Ş.Əliyeva və A.Bayramov) birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı hesab edilmiş, cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edib qeyd etmişdir ki, cavabdeh məktəbin nümayəndəsi apellyasiya şikayətində şikayətin dəlilləri kimi iddiaçının baza diplomunun dövlət nümunəli olmadığına, həmçinin iddiaçının adına olan X4 filialından verilmiş 010328 nömrəli yenidənhazırlanma haqqında diplomun saxta olmasına istinad etsə də, həmin diplomun dövlət nümunəli olmadığı barədə apellyasiya şikayətinin dəlillərinin əsaslılığı ilə bağlı məhkəməyə heç bir mötəbər sübut tə qdim etməmişdir. Bundan başqa, iddiaçıya 2003-cü ildə Azərbaycan X4 filialından verilmiş diplomun saxta olmasının yoxlanması üçün, Gəncə Apellyasiya Məhkəməsinin 1 (104)-14/2017 saylı cinayət işi üzrə xx xxxx 2017-ci il tarixli qərarı məhkəmə kollegiyasının iclasında tədqiq olunmuşdur. Mülki işin materiallarına əlavə olunan, Gəncə Apellyasiya Məhkəməsinin həmin hökmü ilə müəyyən edilmişdir ki, İddiaçı1 2003-cü ildə Azərbaycan X4 filialından verilmiş 010328 №-li diplomun saxta olmsı barədə həmin hökmdə heç bir qeyd yoxdur. Kollegiya qeyd etmişdir ki, həmin diploma əsasən iddiaçıya orta məktəbdə ibtidai sinif müəllimi ixtisası verilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, cavabdeh məktəbin apellyasiya şikayətinin dəlilləri formal mülahizələrdən ibarət olmaqla, onların heç bir əsası yoxdur. Məhkəmə kollegiyası hesab etmişdir ki, məktəb rəhbərliyinin təqsirindən diaqnostik qiymətləndirmədə iştirak etməmiş iddiaçının dərs yükünün onun əlindən alınıb, başqa müəllimə verilməsi barədə cavabdeh məktəb üzrə verilmiş xx xxxxxxxx 2018-ci il tarixli, 35 saylı əmr qanuni və əsaslı olmamışdır. Ona görə də Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, irəli sürülən iddianı təmin edən birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh (vəkil Sarıyev Əjdər Hakim oğlu) kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla ə saslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuşdur. Azərbaycan Respublikasının Təhsil Nazirliyi inzibati orqandır və iddiaçının müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilmədə iştirak etməyə buraxılması həmin Nazirliyin səlahiyyətinə aiddir. “Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları”a əsasən diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Resp ublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmə aparılan müəllimlərin aylıq əməkhaqqı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. Lakin işə baxan məhkəmələr qanunvericiliyin qeyd edilən normalarının tələblərini pozaraq aidiyyət qaydalarını pozmuş, inzibati məhkəmələrə aid olan mübahisələrə ümumi məhkəmə icraatında baxmışlar. Nəticədə qanunsuz qətnamə qəbul edərək məhkəmə qətnaməsinin icrasının mümkünsüz olmasına əsas yaratmışlar. Belə ki, iş üzrə cavabdeh müəllimləri diaqnostik qiymətləndirməyə buraxmaq səlahiyyətinə malik deyildir. İkinci əsas pozunt u ondan ibarətdir ki, məhkəmə cavabdehin 35 nömrəli, xx xxxxxxxx 2018-ci il tarixli əmrini ləğv etməklə həmin əmrlə məktəbin ümumi müəllimlərinin 20182019-cu dərs ilində apardıqları dərslərin təlimata uyğun olaraq tarifləşdirilməsini ləğv etmişdir. Halbuki, qeyd edilən əmrə əsasən məktəbdə çalışan müəllimlərin dərs yükləri müəyyən edilmiş və onlara apardıqları dərs yükünə uyğun olaraq dövlət büdcəsindən əmək haqqı verilmişdir. Bunu nəzərə almayan birinci və apellyasiya instansiyası məhkəməsi əmri ləğv etməklə qanunun tələbini pozmuşdur. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İş üzrə iddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyi üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67.1-ci maddəsinin tələbinə əsasən onun izahatı dinlənilməmişdir. Məhkəmə k ollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə cavabdeh olan kassator apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi. Maddə
57. İşçinin əmək funksiyası
1. İşəgötürən işçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsini dəqiq və birmənalı müəyyən etməlidir.
2. Əmək funksiyasının həcmi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş Vahid X1 əsasən və ya işəgötürən tərəfindən müəyyən edilərək əmək müqavilələrində təfsilatı ilə göstərilir.
3. Əmək funksiyasının dəyişdirilməsinə yalnız tərəflərin qarşılıqlı razılığı ilə yol verilir. Birtərəfli qaydada əmək funksiyasının dəyişdirilməsinə, onun dairəsinin azaldılmasına və ya artırılmasına yol verilmir.
4. Əgər müəyyən səbəblərdən işəgötürən göstərilən işlərlə işçini təmin edə bilmədiyinə görə ona peşə-ixtisas dərəcəsinə uyğun olan başqa iş verəcəksə, işçi həmin işləri yerinə yetirməkdən yalnız orta əmək haqqı saxlanılmadıqda imtina edə bilər. Maddə
59. Başqa işə keçirmə İşçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə etmək, başqa işə keçirilmə sayılır və buna yalnız işçinin razılığı il ə, həmçinin əmək müqaviləsinə əlavə və dəyişikliklər edilməklə və ya yeni əmək müqaviləsi bağlanılmaqla yol verilir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli 13 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması əsas hədəflərdən biri kimi müəyyənləşdirilmişdir. Bu hədəfə nail olmaq üçün səriştə və nəticə əsaslı diferensiallaşdırılmış, əmək bazarında rəqabətqabiliyyətli əməkhaqqı və stimullaşdırma sisteminin yaradılmasını, muəllimlər arasında sağlam rəqabətin formalaşdırılmasını, müəllimlərin peşə karlıq səviyyəsinin daim yüksəldilməsini, müəllim peşəsinin nüfuzunun artırılmasını təmin edən yeni sistemin yaradılması nəzərdə tutulmuşdur. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 nömrəli Sərəncamı
1. Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılsın. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli 994 saylı əmri ilə təsdiq edilmiş “Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqno stik qiymətləndirilməsinin aparılması Qaydaları” 1.2. X10 Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələri, o cümlədən xüsusi tipli ümumi təhsil müəssisələrində diaqnostik qiymətləndirilmənin aparılması ilə bağlı təhsili idarəetmə orqanlarının, müəssisə rəhbərlərinin, müəllimlərin hüquq və vəzifələrini müəyyən edir. 2.Diaqnostik qiymətləndirilmənin məqsədi 2.1. müəllimlərin bilik və bacarıq səviyyəsinin test üsulu ilə müəyyənləşdirib üzə çıxarılması; 2.2. bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü normasının optimallaşdırılmasının, aylıq vəzifə maaşlarının artırılmasının və maddi rifahının yaxşılaşdırılmasının təmin edilməsi; 2.3. nəticələrdən asılı olaraq müəllimlərin inkişafyönümlü təlimlərə cəlb edilməsi. 4.1. Diaqnostik qiymət ləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir. 5.1.Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar. Diaqnostik qiymətləndirilmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. 5.2. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera in kişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. 5.3. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə iddiaçı dərs yükünün azaldılması barədə məktəb rəhbərinin əmrinin ləğv edilməsini, məktəbdə ibtidai sinif müəllimi işinə bərpa edilməsini, əvvəlki dərs saatlarının özünə qaytarılması və onun növbəti keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılmasını xahiş edir. İddiaçının dərs yükünün azaldılması onun müəllimlərin diaqnostik qiymətləndirməsinə buraxılmam ası ilə bağlı olduğu işin mübahisə olunmayan halıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasına müəllimlərin diaqnostik qiymətləndirilməsi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda qarşıya qoyulmuş hədəflərə (yüksək nüfuzlu təhsilverənin formalaşdırılması muəllimlər arasında sağlam rəqabətin formalaşdırılması, müəllimlərin peşəkarlıq səviyyəsinin daim yüksəldilməsi və s) nail olmaq məqsədilə həyata keçirilir. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli Sərəncamı ilə dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə artırılmışdır. “Təhsil haqqında” A zərbaycan Respublikası Qanununun və yuxarıda istinad olunan normativ hüquqi aktların icrasını təmin etməl məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx xxxxxxx 2015-ci il tarixli, 994 saylı əmri ilə “Ümumtəhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinin aparılması Qaydaları” təsdiq edilmidir. Qaydalara əsasən diaqnostik qiymətləndirilmənin aparılması Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada proqram təminatı tətbiq olunmaqla test üsulu ilə həyata keçirilir (4.1). Diaqnostik qiymətləndirilmədə iştirak edərək test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10 faizinə düzgün cavab vermiş müəllimlər Azərbaycan Respublikası Prezidentinin xx.xx.2015-ci il tarixli, 994 nömrəli Sərəncamına uyğun olaraq bilik və bacarıqlarını n diaqnostik qiymətləndirilməsi aparılan müəllimlər hesab olunurlar və qiymətləndirmənin nəticələri Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilir, qiymətləndirilmədə iştirak edən müəllimlərin aylıq vəzifə maaşı həftəlik dərs yükünə müvafiq olaraq artırılır. Təhsil müəssisələrinin rəhbərləri tərəfindən müəllimlər arasında dərs yükünün bölüşdürülməsi, onların karyera inkişafı, əməyinin rəğbətləndirilməsi zamanı diaqnostik qiymətləndirilmənin nəticələri nəzərə alınır. Diaqnostik qiymətləndirilmədə iştirak edərək hər bir bölmə üzrə 10 faizdən aşağı nəticə göstərmiş müəllimlər diaqnostik qiymətləndirilmədən keçmiş müəllim hesab olunmur və peşəkar ehtiyacları nəzərə alınaraq onlar üçün ixtisasartırma təlimləri təşkil olunur (bənd 5). Sadalanan maddi hüquq normalarının tələblərindən göründüy ü kimi müəllimlərin diaqnostik qiymətləndirməyə buraxılması, qiymətləndirmənin keçirilməsi və onun nəticələri üzrə yaranan hüquq münasibətləri publik hüquq münasibətlərinə aiddir. Bu münasibətlərdə hakimiyyət səlahiyyətlərinin icraçısı olan inzibati orqanlar qismində Təhsil Nazirliyi və onun tabeliyində olan qurumlar çıxış edirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, xx xxxxx 2015-ci il Qərarına görə mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiz iki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati orqanın iştir ak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır. İnzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yara nan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır (2, 3.1, 4 və 5.1-ci bəndlər). “İnzibati icraat haqqında” Qanunun 1.1-ci maddəsinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəa liyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanunun 1.2-ci maddəsinə əsasən isə bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. MPM-in 31.1-ci maddəsinə m üvafiq olaraq aidiyyət qaydalarının pozulmasına yol verilmir. Qeyd olunmalıdır ki, iddia tələbi publik hüquq münasibətləri ilə tənzimlənən sahədə araşdırma aparılmasını və inzibati orqanların belə münasibətlərdən irəli gələn fəaliyyətinə qiymət verilməsini tələb edirsə, həmin mübahisəyə mahiyyəti üzrə mülki məhkəmə icraatı qaydasında baxa bilməz. Belə olan halda, ilk növbədə hüquq münasibətinin inzibati və ya xüsusi hüquqa aid olduğu müəyyənləşdirilməli, əgər mübahisələndirilən münasibətin hakimiyyət salahiyyətlərinin həyata keçirilməsi ilə müşayiət olunan publik hüquq sahəsindəki fəaliyyətlə bağlı olduğu müəyyən edilərsə, mübahisəyə MPM-in 261.0.1-ci maddəsinin tətbiqi məsələsi müzakirə olunmalıdır. Baxılan iş üzrə tələbin bir hissəsi - dərs yükünün azaldılmasına dair cavabdehin əmrinin ləğv edilməsi, məktəbdə ibtidai sinif müəllimi işinə bərpa edilməsi, əvvəlki dərs saatlarının özünə qaytarılması mülki məhkəmə icraatı qaydasında baxılmalı tələblərdir. Çünki iddiaçı dövlət qulluqçusu olmadığından onun qaldırdığı, qeyd edilən tələblərə İPMin 8.1.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Bununla yanaşı, mülki məhkəmə icraatı qaydasında həmin tələblərə baxan məhkəmə iddiaya mahiyyəti üzrə baxarkən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirilməsi mümkün olan publik hüquq münasibətlərinə aid hallara – konkret iş üzrə iddiaçının diaqnostik qiymətləndirməyə buraxılmamasının qanuniliyi barədə məsələyə hüquqi qiymət verə bilməz. Məhkəmə bu zaman tərəfə müvafiq inzibati məhkəməyə müraciət etməyi, yaxud belə müraciət əsasında qəbul edilmiş və şi kayət vermə imkanı itirilməmiş məhkəmə aktından şikayət verməyi təklif edə və əgər iddiaçı tərəfindən həmin imkanlarda istifadə olunarsa bununla bağlı hazırda baxılan tələblər arasında bağlılıq müəyyən edərsə, iş üzrə icraatı dayandıra bilər. Əgər iddiaçı tərəfindən həmin imkanlardan istifadə edilməzsə, məhkəmə inzibati məhkəmənin səlahiyyətinə aid olan publik hüquq münasibətlərinə aid hərəkətin (hərəkətsizliyin), qərarın və ya aktın qüvvədə olduğuna istinad etməklə həmin hərəkət (hərəkətsizlik), qərar və ya akt əsasında qəbul edilmiş mübahisəli qərarın qanuniliyinə qiymət verə bilər. İş üzrə tələbin digər hissəsi – iddiaçının növbəti keçiriləcək müəllimlərin diaqnostik qiymətləndirilməsinə buraxılması tələbi yuxarıda ifadə edilmiş hüquqi mövqelərə əsasən inzibati mübahisə olduğu üçün həmi n tələbə ümumiyyətlə mülki məhkəmə icraatı qaydasında baxıla bilməz. İddiaçı bu tələblə əvvəlcə inzibati orqana müraciət etməli, onun imtinasını aldıqdan sonra isə inzibati məhkəmədə iddia qaldırmalıdır. Qeyd olunanlarla yanaşı, nəzərə alınmalıdır ki, birinci instansiya məhkəməsi iddianı tam təmin etmiş, iddiaçını, həmçinin əvvəlki işinə, yəni 4s ibtidai sinif müəllimi işinə bərpa etmişdir. Halbuki iddiaçının cavabdeh məktəbdə ibtidai sinif müəllimi olduğu, mübahisələndirilən əmrlə ona ibtidai siniflərdə 6 saat yığma dərs verildiyi işin mübahisəsiz hallarıdır. Nəzərə alınmalıdır ki, Əmək Məcəlləsinin 59-cu maddəsinə əsasən işçinin başqa işə keçirilməsi dedikdə, işçiyə əmək müqaviləsində nəzərdə tutulmayan başqa peşə, ixtisas və vəzifə üzrə əmək funksiyasının yerinə yetirilməsini həvalə edi lməsi nəzərdə tutulur. İşçinin əmək funksiyasının - əmək müqaviləsində nəzərdə tutulan, bir və ya bir neçə vəzifə, ixtisas, yaxud peşə üzrə yerinə yetirməli olduğu müvafiq işin və ya göstərməli olduğu xidmətin dairəsinin dəyişdirilməsi isə həmin Məcəllənin 57-ci maddəsi ilə tənzimlənir. Buna baxmayaraq birinci instansiya məhkəməsi həmin maddələri düzgün tətbiq etməmiş, konkret sinif üzrə müəllimliyi iddiaçının əvvəlki vəzifəsi kimi qiymətləndirməklə onu “4s ibtidai sinif müəllimi işinə” bərpa etmişdir. İşə baxmış apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan maddi və prosessual hüquq normalarının tələblərinin pozulmasına baxmayaraq, birinci instansiya məhkəməsinin iş üzrə mövqeyini təkrarlayaraq, qətnaməni qətnaməni qanuni və əsaslı hesab etmiş və dəyişdirilmədən saxlamışdır. Halbu ki MPM-in 385.1.1-ci maddəsinə əsasən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün birbaşa əsasdır. Ona görə də kassasiya şikayəti qismən təmin edilməli, qətnamə ləğv edilərək, iş yeni apelyasiya baxışına göndərilməli, işə yenidən baxılarkən MPM-in 385.1-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən buraxılmış maddi və prosessual hüquq normalarının pozuntusuna hüquqi qiymət verilməli və həmin normaların tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Tovuz rayonu “XXX” adına XXX kənd ümumi orta məktəbi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-1196/2019 nömrəli iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.