Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3996/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin X2rşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: istehsalatda baş vermiş bədbəxt hadisə, peşə xəstəliyi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı1 və onun vəkili Vəkil xxxxoğlunun iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-831/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsindən iddia çı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 12 iyul 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı1 13 oktyabr 1994-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (bundan sonra – ARDNŞ) Bayıl Limanı adına X6 İdarəsində (idarə sonralar ləğv edilib) buruq avadanlıqlarının təmiri üzrə Xəzər dənizində yerləşən “Günəşli yatağında mövcud X7 Özüllərində çilingər peşəsinə təyin olunmuşdur. 1998-ci ilin avqust ayından həmin yataqda yerləşən 15 saylı DDSÖ-də qazma avadanlıqlarının istismarı üzrə çilingər peşəsində çalışmışdır. İdarə ləğv edilsə də, digər işçilər kimi onunla da 2007-ci ildən təşkil olunmuş X8 Tresti arasında əmək müqaviləsi bağlanmış və əmək fəaliyyətini həmin idarədə davam etmişdir. 29 aprel 2011-ci il tarixdə "xxxx" ASC ilə ARDNŞ-nin X8 Tresti arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari sığorta müqaviləsi bağlanmışdır. 3 Saylı Şəhər Klinik Xəstəxanasının 25.01.2016-cı il tarixli ambulator, stasionar xəstənin tibb vərəqəsinə əsasən İddiaçı1 hər iki diz oynağının İİİ dərəcəli qonartrozu, hər iki diz oynağının varus deformasiyası (essensial hipertoniya İİ mərhələ) diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05.05.2016-cı il arayışına əsasən İddiaçı1 İİ dərəcəli əlildir. Azərba ycan Respublikası Səhiyyə Nazirliyi V.Y.Axundov adına METTPİ X3 17 Fevral 2016-cı il tarixli xəstəlik tarixindən çıxarışına əsasən İddiaçı1 hər iki diz oynağının (birincili) İİİ dərəcəli qonartrozu, hər iki diz oynağının varus deformasiyası diaqnozu qoyulmuşdur. Hazırkı işlə paralel olaraq İddiaçı1 ARDNŞ X2rşı öhdəliyin qoyulması tələbinə dair iddia qaldırmış, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019 saylı həmin iş üzrə 22.02.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, İddiaçı1 peşə xəstəsi kimi qeydiyyata götürmək və iş qabiliyyətinin itmə faizinin müəyyən edilməsi üçün Nazirlik yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinə sorğu məktubunun verilməsi ARDNŞ X8 Trestinin üzərinə vəzifə kimi qoyulmuşdur. Qətnamə qanuni qüvvəyə minmiş və icra edil mişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı2 cavabdeh ARDNŞ Kompleks X5 (bundan sonra – cavabdeh) qarşı maraqlı şəxs İddiaçı1 cəlb edilməklə, iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən xeyrinə maraqlı şəxs olan əri İddiaçı1 əmək peşə xəstəliyi ilə əlaqədar 2016-cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla 29 ay üçün cəmi 26883 manatın, 48167 manat məbləğində birdəfəlik sığorta pulunun, 2016-cı ilin may ayından başlayaraq aylıq və birdəfəlik ödənişin gecikdirilməsinə görə hər ay üçün 491 manat olmaqla cəmi 14239 manat olmaqla faiz məbləğinin və 10000 manat dəymiş ziyanın, cəmi 99289 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı maraql ı şəxs 1994-cü ildən etibarən ARDNŞ-nin Xəzər dənizində yerləşən «Günəşli» Yatağında mövcud X7 özüllərində neft və qaz quyularının işlərində fasiləsiz olaraq işləmiş, 21 ilin çox hissəsini ən ağır işlərdə çalışmışdır. Həyat yoldaşı dənizdə işlədiyi müddətdə peşə xəstəliyinə tutularaq 2-ci qrup əlil olmuşdur. Əri işlədiyi müddətdə peşə əmək qabiliyyətinin 50% itirməsi və 2-ci qrup əlil olması sənədlərlə təsdiq edilir. Cavabdehin hesabından ərinə çatası məbləğlər ər-arvadın birgə mülkiyyəti olduğundan o, iddia verməkdə subyektiv hüquqa malikdir. Daha sonra İddiaçı2 və İddiaçı1 məhkəməyə vəsatətlə muraciət edərək, İddiaçı2 əsl İddiaçı1 ilə (bundan sonra – iddiaçı) əvəz edilməsini xahiş etmişlər. Məhkəmənin 31 oktyabr 2018-ci il tarixli iclasında vəsatət təmin edilmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşmə təqdim edərək, cavabdehdən əmək peşə xəstəliyi ilə əlaqədar 2016-cı ilin may ayından başlayaraq hər ay üçün 927 manat olmaqla 52 ay üçün cəmi 48204 manatın, 102227 manat məbləğində birdəfəlik sığorta pulunun və mənəvi ziyana görə 10000 manat məbləğində pulun, cəmi 160431 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəməyə təqdim olunmuş Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 19.02.2019-cu il tarixli, **********2 saylı məktubunda qeyd edilmişdir ki, iddiaçı 7 nömrəli Şəhər Poliklinikasının 18.04.2016-cı il tarixli göndərişi (88 nömrəli forma) ilə 05.05.2016-cı il tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən müayinə edilmiş və beş il müddətinə peşə xəstəliyi səbəbindən ikinci dərəcə əlillik t əyin edilmişdir. Əlilliyin səbəbi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin V.Y.Axundov adına METTPİ-nun X3 17 fevral 2016-cı il tarixli çıxarış epikrizi əsasında “peşə xəstəliyi” müəyyən edilmişdir. İddiaçı sağlamlığın peşə ilə əlaqədar pozulması barədə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi-Profilaktika İnstitutu tərəfindən verilən tibbi rəyi təqdim etmiş və həmin rəy əsasında “peşə xəstəliyi” səbəbi ilə əlillik dərəcəsi müəyyən edilmişdir. Lakin işəgötürən müəssisə tərəfindən sorğu məktubu təqdim edilmədiyinə görə peşə əmək qabiliyyətinin itirilmə faizi müəyyən edilməmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-342/2020 nömrəli iş üzrə 10 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim K.Əmirxanova) iddia tələbi rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı əsası kimi peşə xəstəliyi nəticəsində əmək qabiliyyətinin 50 faizinin itirilməsini göstərmiş və bunun təsdiqi kimi iddia ərizəsinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05.05.2016-cı il arayışını əlavə etmişdir. Arayışda iddiaçının əmək qabiliyyətinin itirilmə dərəcəsi 50 faiz göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 2.10-cu bəndində istehsalat zədəsi və ya peşə xəstəliyi ilə əlaqədar ilkin əlilliyi qiymətləndirilmə qaydası 2 formada - müəssisə tərəfindən verilən sorğu və ya məhkəmə qərarı əsasında müəyyən edilmiş və başqa f orma nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş arayış nə müəssisə tərəfindən verilmiş sorğu, nə də ki, məhkəmə qərarı əsasında verilmişdir. Sözügedən arayış mötəbər sübut hesab edilə bilməz və sübutlar siyahısından çıxarılmalıdır. Məhkəmə tələbin mənəvi ziyanın ödənilməsi hissəsinə qiymət verərək qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehin təqsirli hərəkətləri təsirindən ona mənəvi zərərin dəyməsi təsdiq edilmədiyindən, həmçinin əsas tələb üzrə iddia sübuta yetirilmədiyindən qeyd edilən hissədə də iddia tələbi əsassızdır. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 239-cu maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin (bundan sonra – Nazirlər Kabineti) 2020-ci il 16 yanvar ta rixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş X1 1.2, 1.3, 2.10-cü bəndlərinə, Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinin 1.1, 1.3, 1.5-ci bəndlərinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.11.2008-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddian ın təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya instansiyası məhkəməsinin iclasında iddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehlə barışıq əldə edə bilmədiyini, "PAŞA Həyat Sığorta” ASC tərəfindən 67045,86 manat məbləğdə ona ödənişin edildiyini, lakin cavabdeh tərəfindən sığorta şirkətinə əmək haqqı barədə məlumatın düzgün verilməməsi səbəbindən fərqin üzə çıxdığını, az ödəniş edildiyini, hal-hazırda digər məhkəmə qətnaməsinin icra olunduğunu və peşə xəsətliyinin təsdiq olunduğunu, ona ödənilən məbləğin birdəfəlik sosial ödəniş olduğunu, mənəvi zərərə görə məhkəmələrə 5 ildən artıq müddətə müraicət edildiyi, sartıntılar keçirdiyi üçün 10000 manat pul tələb etdiyini, mə hkəmənin hüquqi sənədini mötəbər saymayaraq düzgün olmayan qərara gəldiyini bildirmiş və şikayətinin təmin olunmasını xahiş etmişdir. İddia ərizəsinin dəqiqləşdirilməsində qeyd edilmişdir ki, peşə xəstəliyinin qeydiyyata götürülməsi və iş qabiliyyətinin itirilmə faizinin müəyən edilməsi üzrə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.02.2019-ci il tarixli qətnaməsinin icrası başa çatdırılmış və Tibbi-Sosial Ekspert Komissiyası 01.02.2021-ci il tarixindən əlilliyinin peşə xəstəliyi səbəbindən olması və əmək qabiliyyətinin 50% itirilməsi barədə mövcud 05.05.2016-cı il tarixli xxxxxxx0002 nömrəli rəyin etibarlı olmasını təsdiq etmişdir. 11.02.2021-ci il tarixində "xxxx" ASC tərəfindən 67045,86 manat birdəfəlik sosial ödənc ödənilmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinə Tibbi Sosial Ek spert Komissiyasının 05.05.2016-cı il tarixli, xxxxxxx0002 nömrəli rəyini təqdim etmiş, lakin əlilliyinin peşə xəstəliyi nəticəsində olması və əmək qabiliyyətinin 50% itirilməsi barəsində olan həmin rəy Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən əsassız mülahizələr əsasında nəzərə alınmamışdır. Halbuki, cavabdehin əmri ilə 2015-cı ilin oktyabr ayından xəstəliyi ilə əlaqədar işdən azad olunmuş, bu fakt, cavabdehin baş mütəxəssislərindən ibarət daimi komissiyanın 01.12.2020-ci il tarixində keçirilmiş iclasında uzun illər dənizdə zərərli sahələrdə ağır işlərdə çalışdığı etiraf edilərək peşə xəstəliyinə tutulma ehtimalının böyük olması bütün iştirakçıların çıxışlarında öz əksini tapmış və iclas protokolunun qərarı nəzərə alınaraq cavabdehin 15.12.2020-ci il tarixli müvafiq əmri olmuşdur. Uzun müddət əlil çəlikləri ilə, daimi ağrılarla və başqasının fiziki köməkliyi ilə zülm çəkərək (2016-cı ildən 2021-ci ilə kimi) getməli olmadığı idarələrə getməyinə cavabdehin qanunsuz hərəkətləri məcbur etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 12.02.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Belə ki, hazırkı işə əlavə edilmiş 29.04.2011-ci il tarixli 0175-11 saylı müqaviləni əsas tutaraq "xxxx" ASC-ya birdəfəlik sosial ödənişinin ödənilməsinə olan müraciəti təmin edilmişdir. Sığorta şirkəti ödənişi məhkəmənin mötəbər qəbul etmədiyi əlillik sənədinə əsaslanaraq həyata keçirmişdir. Lakin ödənişdən sonra bəlli olan ziddiyyətli hal yenidən məhkəmə araşdırması zərurəti yaratmışdır. Belə ki, işə əlavə edilmiş trestin 08.10.2019-cu il tarixli arayışına əsasən ill ik əmək haqqı fondu 22243,88 manat olmuşdur. Ancaq sığorta şirkəti ilə bağlanmış müqaviləyə əlavədə illik əmək haqqı fondu 14592 manat göstərilmişdir. Yaranmış fərqə görə birdəfəlik siğorta ödənişi 35158 manat azaldılmışdır. Ona görə də ödəniləcək birdəfəlik sosial ödəncdə yaranmış və ziyanına olan 35158 manat məbləğ də cavabdeh tərəfindən ona ödənilməsi zəruridir. Yuxarıda qeyd olunanları nəzərə alaraq və MPM-in 53-cü maddəsini nəzərə alaraq, 2016cı ilin may ayından başlaraq bu vaxta kimi hər ay orta aylıq əmək haqqı üzrə - 927 manat olmaqla 52 ay üçün cəmi 48204 manat ödənc, 35158 manat məbləğində ödənilməyən birdəfəlik sığorta ödənişi və mənəvi zərərə görə 10000 manat məbləğində pulun, cəmi 93362 manat məbləğində pulun tutularaq verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini qəbul etməyərək və etiraz təqdim edərək, barışıqla bağlı razılığın olmadığını, iddianın dəqiqləşdirilməsi üzrə verilmiş tələbin mahiyyəti üzrə birinci instansiya məhkəməsində baxılan tələbə aidiyyatı olmadığını və artıq yeni tələb olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-831/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Z.Şirinov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəm ə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin işdə olan və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlar əsasında qəbul etdiyi qərar maddi və prosessual hüquq normalarına, iş üzrə müəyyən edilmiş hallara (tərəflərin qarşılıqlı münasibətlərinə) uyğun olduğundan, iddiaçı iddianın əsasını təşkil edən sübutları təsdiq edən mötəbər sübutlar təqdim etmədiyindən, apellyasiya şikayətinin subyektiv mülahizə səciyyəli (mübahisələndirən) dəlillərinə münasibətdə qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Belə ki, iddiaçı iddiadan yazılı imtina etməsə də əvvəlki tələbinin müdafiəsindən imtina etmiş və iddianın dəqiqləşdirilməsi barədə faktiki olaraq yeni münasibətlərdən irəli gələn ərizə irəli sürmüşdür. Məhkəmə apellyasiya instansiyası məhkə məsində yeni tələblərin, yeni halların və yeni sübutların qəbul edilməsinin yolverilməzliyi nəzərə alaraq qeyd etmişdir ki, iddia edilən məbləğin bir hissəsinin iş üzrə cavabdeh olmayan şəxs tərəfindən iddaçıya ödənilməsi hazırkı iş üzrə cavabdehə qarşı məhkəmədən kənar mübahisənin həlli istiqamətində imkanların tükənmədiyini təsdiq edir. Məhkəmə iddiaçıya izah etmişdir ki, bu və digər mülki hüquq münasibətləri (mübahisələr) üzrə həll edilməyən məsələləri, məhkəmədən kənar həll etmək imkanı tükəndiyi təqdirdə, cavab verməli olan şəxslərin dəqiq siyahısını müəyyən etməklə əsaslandırılmış yeni tələblərin verilməsi istisna edilmir. Məhkəmə kollegiyası öz mövqeyini MPM-in 14.2, 76.1, 77.1, 80-82, 88, 106.2, 115119, 217.4, 220.5, 371, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil zzzzzoğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi və ya iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Naziıliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin 05.05.2016-cı il arayışı nə müvafıq nazirlik, nə də məhkəmə qaydasında ləğv edilməmiş və indiyədək hüquqi qüvvəyə malikdir. Ona görə də işin mübahisəsiz halı hesab edilən onun peşə xəstəliyi səbəbindən əmək qabiliyyətini 50% itirməklə İİ qrup müddətsiz əlil olması faktının apellyasiya instansiyası məhkəməsi tərəfındən qəbul edilməməsi kobud pozuntudur. Bundan başqa məhkəmənin istinad etdiyi Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı sözügedən mübahisəyə şamil edilə bilməz. Onun əlilliyi 05.05.2016-cı il tarixdə müəyyən edilmişdir. Məhkəmə isə, Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarına istinad edərək əlilliyi barədə arayışı mötəbər sübut hesab etməyərək qanunsuz olaraq sübutlar siyahısından çıxarmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə kassasiya şikayətinə qarşı yazılı etiraz göndərmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi h allara dair məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Şikayətdə qeyd edilənlər formal mülahizələrdir, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunidir, dəyişdirilmədən saxlanılmalıdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili məhkəmənin iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qan unun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində iş üzrə yeganə iddiaçı olan kassator apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyi üçün həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi Maddə
239. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya p eşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. Nazirlər Kabinetinin 09.01.2003-cü il tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbədən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği”: Bənd 1.1. İşçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Bənd 1.3. Aşağıdakı sənədlər olduqda, təqsirkar işəgötürən əmək xəsarətinə görə dəyən zərəri ödəməlidir: -istehsalatda baş vermiş bədbəxt hadisə haqqında qanunvericiliklə müəyyən edilmiş formada tərtib olunmuş akt və yaxud işəgötürən tərəfindən əməyin mühafizəsi qaydalarına əməl olunmadığına görə işçi ilə istehsalatda b ədbəxt hadisənin baş verməsi barədə məhkəmənin hökmü (qətnaməsi, qərarı); işçinin peşə əmək qabiliyyətinin itirilməsini və yaxud peşə xəstəliyini təsdiq edən TSEK-in qərarı və yaxud ölümü haqqında şəhadətnamə. Bənd 1.5 TSEK qüvvədə olan qanunvericiliyə müvafiq istehsalatda əmək xəsarəti nəticəsində zərərçəkənin peşə əmək qabiliyyətinin (peşə əmək qabiliyyəti olmadıqda isə ümumi əmək qabiliyyətinin) itirilmə müddətini, dərəcəsini (faizini), əlillik dərəcəsini və habelə səhhətinin pozulması ilə əlaqədar əlavə çəkdiyi xərcləri (qüvvəli yeməklər, protezlər, kənar şəxsin ona göstərdiyi xidmət və sair xərclər) müəyyən edir və bu barədə qərar çıxarır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-564/2019 saylı iş üzrə 22.02.2019-cu il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi və icra olunması, həmçinin 11.02.2021-ci il tarixində "xxxx" ASC tərəfindən iddiaçıya 67045,86 manat birdəfəlik sosial ödənc ödənilməsi nəticəsində iddiaçı ilə cavabdeh arasında yaranmış mübahisəli vəziyyət dəyişmişdir. İddiaçı məhz bun a əsaslanaraq apellyasiya baxışı zamanı iddia tələbinin dəyişdirilməsi barədə ərizə vermiş və apellyasiya instansiyası məhkəməsi haqlı olaraq həmin mərhələdə iddiaçının yeni tələblərinə baxılmasının yolverilməz olduğu barədə qənaətə gəlmişdir. Eyni zamanda apellyasiya instansiyası məhkəməsi iddiaçıya izah etmişdir ki, bu və digər mülki hüquq münasibətləri (mübahisələr) üzrə həll edilməyən məsələləri tərəflər yeni hüquq münasibətlərinin məzmununa uyğun olaraq məhkəmədən kənar qaydada və ya məhkəmədə yeni əsaslarla iddia qaldırmaqla həll edə bilərlər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-831/2021 nömrəli iş üzrə 22 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.