Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3998/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı (müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi) iş üzrə QƏRARİ Açar sözlər: mənzildən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi hakim), X4 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh4 qarşı (Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi müb ahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) mənzildən çıxarılma tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2544/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsindən Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 14 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) Bakı Şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin xx.xx.1992-ci il tarixli, 012947 nömrəli orderinə əsasən İddiaçı (bundan sonra – iddiaçı) verilmişdir.
2. Cavabdeh1 və onun ailə üzvləri (Cavabdeh2 – həyat yoldaşı, Cavabdeh4 – övladı (bundan sonra – cavabdehlər) 1992-ci ildə Şuşa şəhərindən məcburi köçk ün kimi mübahisəli mənzildə məskunlaşmışlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onların mübahisəli mənzildən çıxarılmaları barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Maddi və Texniki Təchizat Komitəsində uzun müddət işlədikdən sonra növbə əsasında 27 iyul 1992ci il tarixli, 012947 nömrəli order əsasında mübahisəli mənzili almışdır. Lakin həmin mənzilə köçməmiş, mənzil Şuşa rayonundan köçkün düşmüş Həsənov Böyükkişi və onun ailə üzvləri tərəfindən zəbt olunmuşdur. Hazırda mənzildə, bildiyinə görə, faktiki olaraq Cavabdeh4 və onun həyat yoldaşı yaşayır. O, yaşayış yeri üzrə qeydiyyat haqqında **** *** qeydiyyat nömrəsi əsasında 15 fevral 2022-ci il tarixdə həmin mənzilə qeydiyyata alınmışdır. X1 2-ci Qarabağ müharibəsi veteranıdır, Xocavənd və Cəbrayıl rayonlarının işğaldan azad edilməsinə görə medallarla təltif olunmuşdur. Cavabdehlər və onların ailə üzvləri mənzili zəbt etməklə onun və ailəsinin mənzil hüquqlarını pozmuşlar.
5. Məhkəmə iclasında çıxış edən cavabdehlər Cavabdeh1 və Cavabdeh4 hər biri ayrı-ayrılıqda onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etmiş, sadəcə Şuşa şəhərinə köçürülənədək onlara vaxt verilməsini məhkəmədən xahiş etmişlər. Cavabdeh1 eyni zamanda bildirmişdir ki, 1992-ci ildən həmin mənzildə məskunlaşmışlar. Sonra həyat yoldaşı şəkər xəstəliyinə tutulmuş və onlar 2 otaqlı mənzildə yaşaya bilməmiş, baldızının evinə köçmüşlər. Hal-hazırda bir otaqda yol daşı ilə o, digər otaqda baldızı yaşayır. Mübahisəli mənzildə isə oğlu ailəsi ilə birgə yaşayır. İddiaçı tərəfin onlara məxsus hesab etdiyi ev əslində baldızınındır. Hal-hazırda Şuşada evlər tikilir, ilin ortalarından köçürməyə başlayacaqları bildirilir. Mübahisəli mənzili təmir etmiş, istilik sistemi çəkmişdir, lazım gəlsə mebeli də mənzildə qoyub gedəcəkdir, sadəcə iddiaçı onlara möhlət versin ki, onlar çıxıb getsinlər.
6. Məhkəmənin sorğusuna əsasən Azərbaycan Respublikası Qaçqınların və X3 üzrə Dövlət Komitəsi tərəfindən məhkəməyə ünvanlanmış 13 oktyabr 2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, Şuşa şəhərindən məcburi köçkün düşmüş cavabdehlər 2004-cü ildən ünvan 4 ünvanında müvəqqəti qeydiyyatdadırlar və faktiki olaraq məskunlaşmışlar.
7. Bakı Şəhəri Xətai Rayon İcra Hakimiyyəti MKTB 99 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, Cavabdeh1 mübahisəli mənzildə 1992-ci ildən Şuşa rayonundan məcburi köçkün kimi məskunlaşmış və ailə tərkibi ilə birlikdə yaşayır.
8. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(011)-5140/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova) iddia təmin edilmişdir.
9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehlər iddiaçıya order əsasında məxsus olan mənzildə heç bir qanuni əsas və hüquq olmadan yaşadıqları və bununla iddiaçının sahiblik və istifadə hüquqlarını pozduğu, mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneə törətdikləri üçün həmin mənzildən çıxarılmalıdırlar.
10. Məhkəmə gəldiyi nəticən i “Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 152-ci, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 218.3-cü maddələrinə, habelə “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin 27 sentyabr 2007-ci il tarixli “Akimova Azərbaycana qarşı” Qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
11. Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın rədd olun ması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
12. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, Şuşa şəhəri işğaldan azad olunsa da, məcburi köçkünlərin ora köçürülməsi başlamamışdır. O da öz evində yaşamaq arzusundadır. İddiaçının məhkəməyə verdiyi iddia ərizəsinin əsası olan mənzilə dair orderin hüquqi qüvvəsi dayandığı üçün iddia təmin edilməməli idi. Belə ki, “Məcburi köçkünlərin məskunlaşdırılması Qaydaları”nın 4-cü maddəsinin tələblərində qeyd edilir ki, "Qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli üzrə" Dövlət Proqramının təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 17 sentyabr tarixli 895 nömrəli Sərəncamına uyğun olaraq məcburi köçkünlərin məskunlaşdıqları yaşayış, inzibati, yardımçı və digər binaların özəlləşdirilməsi 1992-199 4-cü illərdə məcburi köçkünlərin yaşadıqları mənzillərdən çıxarılmasının qarşısını almaq məqsədilə həmin evlərə aidiyyəti təşkilatlar tərəfindən ayrı-ayrı vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılır. Məhkəmə işə baxarkən, ilk növbədə, iddia ərizəsini təqdim edən şəxsin həmin ərizəni vermək üçün subyektiv hüquqa malik olub-olmadığına baxmalı idi. Belə ki, qeyd edilmiş qaydalardan da göründüyü kimi vətəndaşlara verilən orderlərin hüquqi qüvvəsi müvəqqəti dayandırılmışdır. Məhkəmə qətnamə qəbul edən zaman bu hissəni nəzərə almamışdır. Onun orada yaşamasına əsas olan qaydalar isə qüvvədən düşməmişdir. Şuşa şəhərində quruculuq işləri surətlə davam edir, köçürülmə olan kimi özləri könüllü mübahisəli mənzildən çıxacaqlar.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasın ın (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2544/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik edən və məruzəçi), M.Məmmədov və G.Axundova) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
14. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli mənzil müvafiq orderə əsasən iddiaçının və ailə üzvlərinin sahibliyinə və istifadəsinə verilmişdir. Beləliklə müvafiq order əsasında iddiaçının və onun orderdə qeyd edilən ailə üzvlərinin mübahisəli mənzili sahibliyində saxlamaq, yaşayış sahəsi kimi istifadə etmək hüquqları vardır. Dövlət mənzil fonduna aid həmin mənzil mülkiyyətçi tərəfindən iddiaçıdan geri alınmadığından, iddiaçıya mənzilin məxsusluğunun qan uni əsasları mövcuddur.
15. Cavabdehlər isə mübahisəli mənzildə məskunlaşmış və hazırkı vaxta kimi həmin mənzildə yaşamalarına baxmayaraq, onlarla kirayə müqaviləsi bağlanmamış və adlarına hər hansı bir sənədləşmə aparılmamışdır. Halbuki məcburi köçkünlərin müstəqil surətdə məskunlaşmasına yalnız o halda yol verilir ki, bu, digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozmasın.
16. Məhkəmə gəldiyi qənaəti Mülki Məcəllənin 139-1.1.11, 152.1, 152.5, 157.2, 164.2-ci, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Q anununun 8.0.11-ci, “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi” Qaydasının 1.3, 1.4-cü, MPM-in 14.2, 77.1, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
17. Cavabdeh4 (vəkil Cavabdeh3) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
18. Dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayətində cavabdeh əlavə olaraq qeyd etmişdir ki, məhkəmə işğaldan azad olunmuş ata yurdu olan Şuşa şəhərinə köçürülənədək vaxt istəməsini nəzərə almamış, bu da özlüyündə çəkişmə prinsipinin pozulmasına gətirib çıxarmışdır. Məhk əmə iclasında onlara qarşı irəli sürülmüş iddia tələbini qəbul etmişlər, sadəcə Şuşa şəhərinə köçürülənədək onlara vaxt verilməsini xahiş etmişlər. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
20. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kim i qiymətləndirilməməlidir.
21. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh4 apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
22. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
23. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsu b əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
25. Maddə 164.2. Sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanunu
26. Maddə
17. Qaçqının və məcburi köçkünün (ölkə daxilində köçürülmüş şəxsin) müvəqqəti və ya daimi yaşay ış sahəsi ilə təmin edilməsi mövcud qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu
27. Maddə 8.0.11 (Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Mülki Prosessual Məcəllə
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və o nlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
32. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
33. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
34. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.
36. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
37. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qər ara aldı Cavabdeh4 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2544/2023 nömrəli, 11 may 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.