Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3999/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: pul tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndəı Hüseyn oğlunun iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-437/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyul 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları X17 və Nümayəndə 27 aprel 2012-ci il tarixdə rəsmi nikah münasibərtlərinə daxil olaraq ailə qurmuşlar, qadına Məmmədova soyadı verilmişdir. 12 aprel 2017-ci il tarixli nəqliyyat vasitəsinin alğı-satqı müqaviləsinə əsasən İddiaçı 8300 manat pul ödəməklə Cavabdeh "Mercedes Benz" markalı, **-VF-*** qeydiyyat nişanlı avtomobili almış, avtomobil rəsmi reyestrdə onun adına qeydə alınaraq bu barədə şəhadətnamə verilmişdir. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)683/2018 saylı qətnaməsi ilə "Mercedes Benz 180" markalı **-LB-*** (köhnə **-TG-***) dövlət qeydiyyat nişanlı və "Mercedes Benz 280" markalı **-XT-*** (köhnə **-VF-*** dövlət qeydiyyat nişanlı avtomobillərin al ğı-satqısı barəsində bağlanmış 09.05.2017-ci il tarixli, 12.05.2017-ci il tarixli, 11.09.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçılar X18 və X4 məxsus avtomobillərin cavabdehlər X5 və Cavabdeh alınaraq X18 və X4 geri qaytarılması qət edilmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, avtomobilin mülkiyyətçisi olmuş X10 adından 08 may 2017-ci il tarixdə Ukrayna Respublikası Xarkov şəhərində X1 baş etibarnamə verilməmiş, ona görə də X1 və X2nın adından etibarnamə ilə bağlanmış alğı-satqı müqavilələri etibarsız hesab edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 05 aprel 2019-cu il tarixli, 2(103)-5767/2019 saylı qərardadı ilə Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)683/2018 saylı qətnaməsindən cavabdeh İddiaçı tərəfindən v erilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilmiş və şikayət geri qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 29 may 2019-cu il tarixli, 2(103)-5767/2019 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının 05 aprel 2019-cu il tarixli, 2(103)-5767/2019 saylı qərardadından cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. Masallı rayon İcra və Probasiya şöbəsinin 10 iyun 2019-cu il tarixli aktına əsasən "Mercedes Benz 280" markalı **-XT-*** dövlət qeydiyyat nişanlı avtomobil Nümayəndə tərəfindən işlək vəziyyətdə alınaraq tələbkarlar X18 və X4 təhvil verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək iddiasını onunla əsaslandırmışdır ki, onun həyat yoldaşı Nümayəndə yazılı etibarnamə üzrə onun tapşırığı əsasında 12 aprel 2017-ci il tarixdə Lənkəran şəhərində müvafiq icra hakimiyyəti orqanında yazılı surətdə bağlanmış 12 aprel 2017-ci il tarixli "nəqliyyat vasitəsinin alğısatqı" müqaviləsi bağlamaqla və 8300 manat pul ödəməklə Cavabdeh "Mercedes Benz" markalı, **-VF-*** qeydiyyat nişanlı avtomobili alğı-satqı yolu ilə alaraq öz mülkiyyətinə rəsmiləşdirmiş, sonra **-XT-*** nömrəli dövlət qeydiyyat nişanı almışdır. Avtomaşını aldıqdan sonra, avtomaşının təmirə ehtiyacı olduğundan, ona 945 manat dəyərində müxtəlif ehtiyyat hissələri almış və 280 manat xidmət haqqı ödəməklə avtomobili təmir etdirmişdir. Bundan sonra, digər bir mülki iş üzrə iddiaçılar X18 və X7 adlı şəxslər Bakı şəhəri Nərimanov rayon məhkəməsinə cavabdehl ər X2, X1, X6, X8, Nümayəndə, İddiaçı, X11, X9, Cavabdeh, X12 və X13 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "Mercedes Benz 280" markalı **-XT-*** (**-VF-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair səlahiyyətsiz şəxslər tərəfindən qanunsuz olaraq bağlanmış alğı-satqı müqavilələri və eyni əsaslarla "Mercedes Benz 180" markalı **-LB-*** (**-TG-***) dövlət qeydiyyat nişanlı avtomobilə dair səlahiyyətsiz şəxslər tərəfindən qanunsuz olaraq bağlanmış 09.05.2017-ci il tarixli, 12.05.2017-ci il tarixli, 11.09.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi və həmin avtomobillərin iddiaçılara geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iş üzrə iddiaçılar tərəfindən iddia tələbi onunla əsaslandırılmışdır ki, onların xüsusi mülkiyyətind ə olan "Mercedes Benz 180" markalı **LB-*** (**-TG-***) dövlət nömrə nişanlı avtomobilləri müvafiq olaraq 07 may 2017-ci il tarixdə cavabdeh X1, 24 sentyabr 2017-ci il tarixdə isə digər cavabdeh X2 Bakı şəhəri 9 saylı Notariat Kontorunda nəqliyyat vasitəsindən istifadə edilməsi barədə etibarnamə ilə onların istifadəsinə vermişlər. Qeyd edilən etibarnamələrdə həmin etibarnamələrin digər şəxslərə verilə bilməməsi barədə xüsusi göstəriş də olmuşdur. Lakin cavabdehlər hər ikisi avtomobilləri saxta etibarnamələr ilə digər şəxslərə satmışlar. Belə ki, cavabdehlər avtomobillərin birini X8, digərini isə İddiaçı satmış, onlar da öz növbəsində avtomobillərin dövlət qeydiyyat nişanlarını dəyişmiş və etibarnamə ilə digər şəxslərə vermişlər. İddiaçılar hesab etmişlər ki, cavabdehlər onların etibarından sui-istifadə edərək avtomobillərini ələ keçirmiş və saxta etibarnamə düzəldərək avtomobilləri digər şəxslərə satmışlar. Bakı şəhər Nərimanov rayon məhkəməsinin 16 mart 2018-ci tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Bundan sonra qətnamə icra olunaraq həmin avtomobil onlardan alınaraq iddiaçılara geri qaytarılmışdır. Odur ki, məhkəmədə iddia qaldıraraq dəymiş ziyanın alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş "VAZ" Avtomobil servisi müəssisəsinin arayışında qeyd edilmişdir ki, İddiaçı məxsus "Mercedes Benz" markalı, **-XT-*** qeydiyyat nişanlı avtomobil 02.01.2019-cu il tarixdə avtoservisdə müxtəlif ehtiyyat hissələri dəyişdirilmiş və ondan xidmət haqqı olaraq 280 manat pul alınmışdır. İddiaçı tərəfindən təqdim edilmiş "Avto Store 444" avtomobil ehtiyyat hissələrinin satışını həyata keçirən mağaza tərəfindən verilmiş qaimədə qeyd edilmişdir ki, İddiaçı ümumilikdə həmin mağazadan 945 manat dəyərində ehtiyyat hissələri almışdır. Masallı Rayon Məhkəməsinin (hakim Habil Bəhmənov) 18 iyun 2020-ci il tarixli, 2(050)-1058/2020 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdehdən 8300 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat alınaraq iddiaçıya ödənilməsi qət edilmiş, iddia tələbi ehtiyat hissələrinə görə 945 manat və təmir xərclərinə görə 280 manat ziyan tələblərinə aid hissədə rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının cavabdehdən almış olduğu avtomobil əvvəllər X18 və X3 mülkiyyətində olmuş, onlar avtomobilin satılmasına dair səlahiyyət vermədən, əldə olunm uş qanunsuz etibarnamə əsasında avtomobil bir neçə şəxsə, o cümlədən bu iş üzrə cavabdehə satılmışdır. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 16 mart 2018-ci il tarixli, 2(005)-683/2018 saylı qətnaməsi ilə 09.05.2017-ci il tarixli, 12.05.2017-ci il tarixli, 11.09.2017-ci il tarixli alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, iddiaçılar X18 və X4 məxsus avtomobillərin cavabdehlər X5 və Cavabdeh alınaraq X18 və X4 geri qaytarılması qət edilmişdir. Qətnamə icra edilərək avtomobil İddiaçı əri Nümayəndə işlək vəziyyətdə alınaraq X18 və X4 təhvil verilmişdir. İşdən müəyyən edilir ki, iddiaçı 8300 manat pul ödəməklə cavabdehdən mübahisəli avtomobili alaraq oz mülkiyyətinə rəsmiləşdirmişdir. Ona görə də, iddiaçıya dəymiş ziyan cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Cavabdeh qətna mədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməklə iddia tələbinin 8000 manat hissədə təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, avtomobili Ruslan adlı şəxsdən almışdır. Ruslana qarşı 8000 manat pulun tutulmasında dair iddia qaldırmışdır. Həmin pul ona ödəniləcəyi təqdirdə hazırki iş üzrə iddiaçının pulunu ödəyəcəkdir. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Nüsrət Mirzəyev sədrlik edən və məruzəçi, Qəzənfər Kərimov, Zəki Babayev) 18 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəl diyi nəticələr işin həqiqi hallarına uyğun gəlir və maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, eləcə də işin bütün faktiki halları tam araşdırılmışdır. Ona görə də məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini formal mülahizə hesab etmişdir. Cavabdeh (Vəkil qızı) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiy a instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessua l Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normala rının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırki işdə iddia tələbi birinci instansiya məhkə məsi tərəfindən qismən təmin edilmiş, iddiaçı tələbin rədd edilən hissəsini mübahisələndirməmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni yalnız cavabdehin apellyasiya şikayətinə əsasən iddia tələbinin təmin edilən hissədə yoxlamışdır. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən və apellyasiya instansiyası məhkəməsinin aktının ləğvi xahiş edildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 1091.1. və 1091.2. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Maddə 1093.1. Öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan büt ün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-437/2021 nömrəli iş üzrə 18 fevral 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə mi
Məhkəmə qərarları › İş №2(102)-3999/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-3999/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver