Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3999/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Korperativinə (MTK-ya) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əvəzləşmə müqaviləsi üzrə mənzilə sahibliyə verilməsi və pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər X1 (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “əvəzləşmə müqaviləsi üzrə mənzilə sahibliyə verilməsi və pul” tələbinə dair iddiasına mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2450/2023 saylı mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən İddiaçı tərəfində n verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. ƏMDK DƏDRX-nin RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən Bakı şəhəri, Səbail rayonu, Ə. Hüseynzadə küçəsi, ev 8, mənzil 1 (ümumi sahəsi 35.3 kv.m) xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı (bundan sonra mətndə iddiaçı) adına qeydiyyata alınmışdır.
2. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinə əsasən mülkiyyətçi mülkiyyət hüququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsindəki 8 nömrəli evin 1 saylı mənzilinin sökülmək üçün “Kooperativ”-ə (Sabah təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləndirilmiş müddətd ə və qaydada həmin ərazidə yeni inşa ediləcək hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə görə yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında dəniz mənzərəli təmirli mənzil “Kooperativ” tərəfindən mülkiyyətçiyə təhvil verilir. 6.3-cü bəndinə əsasən mülkiyyətçi yaşayış sahəsini “Kooperativ”-ə təhvil verdiyi tarixdən mənzilin təmiri başa çatdırılaraq mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 350 (üç yüz əlli) manat olmaqla kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Kooperativ” tərəfindən mülkiyyətçinin bank hesabına ödənilir. 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra “Kooperativ” mənzilin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi ” yazılı bildirişi aldıqdan sonra 5 (beş) gün müddətində mənzili qəbul edir. 3. xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinə dəyişikliklər edilməsinə dair razılaşmasına əsasən mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat kompensasiya ödənilməsinə dair tərəflər razılığa gəliblər. 4. 28.11.2022-ci il tarixli hesabatdan görünür ki, iddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 383 manat ödəniş etmişdir. 5. 06.12.2017-ci il tarixli ərizədən görün ür ki, iddiaçı ünvan 1 ünvanının əvəzləşməsinə və sökülməsinə etirazı yoxdur, razıdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəmələrində icraat
6. İddiaçı Cavabdeh MTK-ya (bundan sonra cavabdeh) qarşı əvəzləşməşmə müqaviləsi üzrə mənzili sahibliyə verilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına, 2022-ci ilin iyul ayından razılaşmada göstərilmiş öhdəliyi yerinə yetirməməklə 6 aydan artıq, ayda 380 manat olmaqla, ümumilikdə 2280 manat ödənilmə li olan vəsaitin və ödədiyi 130 manat dövlət rüsumunun, ümumilikdə 2410 manat pul vəsaitinin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı iddia tələbini belə əsaslanmışdır ki, iddiaçı ilə cavabdeh arasında 27 oktyabr 2018-ci il tarixdə Bakı şəhəri 2 saylı notariat kontorunda əvəzləşmə müqaviləsi bağlanmışdır. Əvəzləşmə müqaviləsinə əsasən iddiaçı mülkiyyətində olan Bakı şəhəri, Ə.Hüseynzadə küçəsi, 8 nömrəli evin 1 saylı mənzili MTK-ya təhvil verir və əvəzində 24/30 ay müddətində iddiaçıya İddiaçı təmirli vəziyyətdə təhvil verilməsi şərti ilə söküntü olan yerdə tikilmiş 19 mərtəbəli binanın 3-cü giriş 6-cı mərtəbə ümumi sahəsi 48,55 kv.m olan dəniz mənzərəli yaşayış sahəsinin verilməsinə dair razılığa gəliblər. Həmin öhdəliklərin ic rasının təmin edilməsi məqsədilə, Cavabdeh MTK-a ilə iddiaçı arasında bağlanmış (3M429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmişdir, lakin sonradan ona bəlli olan müqavilə şərtlərinə əsasən iddia ərizəsi iddiaçı tərəfindən geri götürülmüş və Səbail rayon Məhkəməsinin 10 yanvar 2022-ci il tarixli № 2(009)-142/2022 saylı qərardadı ilə mülki iş baxılmamış saxlanılmışdır. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan ünvan 1–də olan mənzilini sökmək üçün kooperativə təhvil verməyi, Koop erativ isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək çoxmərtəbəli yaşayış binasında mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin şərtlərinə əsasən iddiaçı mülkiyyətində olan mənzili kooperativə təhvil vermişdir. Göstərilənləri nəzərə alaraq İddiaçı Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018- ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin İddiaçı sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, mülkiyyət hüququ əsasında Cavabdeh MTK ilə aralarında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş hündürmərtəbəli binanın 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli yaşayış evinin iddiaçının sahibliyinə verilməsinə və maneələrin aradan qaldırılmasına, 2022-ci ilin iyul ayından razılaşmada göstərilmiş öhdəliyi yerinə yetirməməklə 6 aydan artıq, ayda 380 manat olmaqla, ümumilikdə 2280 manat ödənilməli olan vəsaitin və ödədiyi 130 manat dövlət rüsumunun, ümumilikdə 2410 manat pul vəsaitinin Cavabdeh MTK-dan alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında iştirak edən iddiaçı izahat verərək bildirmişdir ki, ona heç bir mənzil təhvil verilməmişdir. Cavabdeh onun evini satmışdır. Cavabdehin verdiyi ev onun evi deyil. Ekspert rəyində göstərilən 19 mərtəbəli binanın 3-cü girişi, 6-cı mərtəbə, pilləkən stadionunun sağ tərəfi, dəniz mənzərəli müqavilədə olan 48 kv.m ev mövcuddur. Cavabdehin verdiyi ev isə arxa girişdən sol tərəfdəndir. İddia tələbinin təmin edilməsini, ekspertin rəyində göstərilən evin təhvil verilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 bildirmişdir ki, cavabdeh onların müraciətinə vaxtında normal cavab versə idi, iddia qaldırmazdılar. Müqavilənin müddəti başa çatandan sonra məhkəməyə müraciət etmişdir. Ümumiyyətlə, evin olub-olmamasını bilmirdilər. Dəfələrlə cavabdehin nümayəndələri iddiaçının yanına gələrək mənzilin hələ tikilmədiyini bildirmiş, pul təklif etmişlər. Bu səbəbdən müqavilən in mahiyyətinə uyğun evin olub-olmamasını müəyyən etmək üçün ekspertiza təyin olunmuş və ekspert rəyindən də göründüyü kimi, həqiqətən, bu ev mövcuddur. Bu günə qədər müqavilənin 6.4-cü bəndində göstərilən yazılı bildiriş göndərilməmişdir. Müddət keçəndən sonra telefon nömrəsinə “sms bildiriş” göndərilmişdir. Hal-hazıradək cavabdeh tərəfindən iddiaçıya hər hansı bir mənzil təhvil verilməmişdir. Hesab edir ki, cavabdeh müqavilə şərtlərini ciddi surətdə pozmuş, üzərinə götürdüyü öhdəliyi tam olaraq icra etməmişdir. Mənzili vaxtında təhvil verməməsinin səbəbi kimi hər hansı sübut təqdim edə bilməmişdir. Sonrakı raszılaşma ilə mənzil təhvil verilənədək müvafiq qaydada 380 manat ödəməyi öhdəsinə götürsə də bu günə qədər heç bir öhdəlik yerinə yetirməmişdir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. 11. xx.xx.2022-ci il tarixli,10/5491 nömrəli ekspert rəyinə əsasən ”Sabah Residence” MTK ilə İddiaçı arasında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın 3-cü girişinin, 6-cı mərtəbəsində, pilləkən meydançasından sağ tətrəfdə ümumi sahəsi 48,55 kv.m təşkil edən, təmir olunmuş vəziyyətdə, dəniz mənzərəli, 2 otaqlı mənzil mövcud olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mənzillərin yerləşdiyi mərtəbələr eyni tipli olduğundan, yuxarı mərtəbələrdə də eynilə ümumi sahəsi 48.55 kv.m təşkil edən, dəniz mənzərəli, 2 otaqlı mənzillər mövcud olduğu müəyyən edilmişdir.
12. Məhkəmənin əvvəlki iclasında iddiaçı bildirmişdir ki, təhvil verilən mənzil ilə razı deyil, küncdə olan mənzili istəmir. Cavabdeh ona başqa ev verir. Verilən mənzil dəniz mənzərəli deyil. Binanın iki girişi var. O, müqavilədə göstərilən mənzili istəyir. Gedib üçüncü girişdən girir, liftdə 6-cı mərtəbənin düyməsini basmalı olduğu halda onlar 3-cü mərtəbənin düyməsini basırlar. Evinin sahəsi ondan az olan qonşulara 400-500 manat kirayə haqqı verildiyi halda ona 350 manat kirayə haqqı verilirdi. Onun evi 35 kv.m olub, yanındakı qonşunun isə evinin sahəsi isə 24 kv.m-dir. Amma qonşu 400 manat kirayə haqqı alır. Bu barədə müraciət edib, sonradan 30 manat artırıb məbləği 380 manat etdilər. Tərəflər arasında əvəzləşmədən əlavə, razılaşma var. Bu razılaşma məbləğlə bağlıdır. Orda qeyd edilir ki, şəxs mənzili kooperativə təhvil verdiyi gündən təmir başa çatandan sonra təhvil alana qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ni təmin etmək məqsədilə hər təqvim ayı üçün 380 manat olmaqla kompensasiya ödənilməlidir. Sonuncu ödəniş də iyul ayında edilib. Bu günə kimi də ev təhvil verilməyib.Ekspert gəlsin, onunla birlikdə gedib baxsınlar.
13. Məhkəmənin iclasında Cavabdeh MTK-nın nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, binanın tikintisi artıq bitib, bu barədə iddiaçıya məlumat verilib. SMS bildiriş göndərilib. MTK müraciət edəndən 5 gün müddətində gəlib təhvil almalıdır. Təhvil almadıqda öz münasibətini bildirməlidir. İstədiyi zaman mənzilə köçə bilər. Ümumiyyətlə, 3 bina var. Hər binanın həm öndən, həm də arxadan girişi var. Öndə obyektlərdir, arxadan sakinlərin girişidir. Bina qeyri-yaşayış və yaşayış mərtəbələri ilə birlikdə ümumi 19 mərtəbəlidir, 3 mərtəbə qeyri-yaşayışdır. Orada relyef fərqi olduğundan insan ların rahatlığı düşünülmüş və 3 mərtəbə qalxmasınlar deyə sakinlərin girişi qeyri-yaşayış tərəfdən binanın arxa tərəfindəndir.
14. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı (tel:(051)-761-68-84) xx.xx.2022-ci il tarixində sms bildiriş göndərilmişdir.
15. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli e-2(009)-42/2023 nömrəli (hakim Ş. Ə. Süleymanova) qətnaməsi ilə, iddia qismən təmin edilmişdir və iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli (3M-429) əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın giriş 3, mərtəbə 6-da yerləşən, ümumi sahəsi 48.55 kv.m olan, “dəniz mənzərəli” təmirli mənzilin cavabdeh tərəfindən iddiaçının sahibliyinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehdən tutulara q iddiaçıya ödənilməsi, keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası xərci, 100 manatın 20 manatının iddiaçıdan, 80 manatının cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir.
16. Məhkəmə iddianı qismən təmin edərkən mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh tərəfindən təhvil verilən mənzil müqavilədə qeyd edilən mənzil ilə eyni olduğundan cavabdeh tərəfindən müqavilə şərtləri pozulmamışdır.Lakin, cavabdeh tərəfindən iddiaçıya mənzilin təhvil verilməsinin bildirilməsinə baxmayaraq mənzil iddiaçı tərəfindən təhvil alınmadığından mənzil iddiaçının sahibliyinə verilməlidir.Məhkəmə həmçinin hesab edib ki, iddia tələbi ödənilməmiş 6 ay üçün ayda 380 manat olmaql a, ümumilikdə 2280 manat ödənilməli icarə haqqının tutulması hissəsində əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, tərəflər arasında bağlanmış əvəzləşmə müqaviləsinin bəndinə əsasən mənzil mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat ödəniş edilir. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi mobil nömrəsinə mənzilin təhvil verilməsinə dair sms bildiriş göndərilmiş, lakin iddiaçı 5 gün müddətində gəlib mənzilini təhvil almamışdır. Məhkəmə hesab edib ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyindən tələb bu hissədə təmin edilməməlidir.
17. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bən di, 29-cu maddəsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 148.2, 152.1, 385.1, 405.1, 425.1, 425.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88, 101.3, 103.1, 119.1, 113.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b)Apellyasiya instansiyası məhkəməsindəki icraat
18. İş üzrə iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddianın tam olaraq təmin edilməsini xahiş etmişdir.
19. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlamışdır.
20. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər F. F. Babayev (sədrlik edən və məruzəçi), R. Ə. Eyvazov, G.T. Axundova) xx.xx.2023-ci il tarixli, 2(103)-2450/2023 nömrəli qətnaməsi ilə, apellyasiya şikayəti təmin edilmə mişdir və Bakı şəhəri Səbail Rayon Məhkəməsinin e-2(009)-42/2023 saylı iş üzrə 09 yanvar 2023-cü il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
21. Apellyasiya instansiya məhkəməsi apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
22. Belə ki, iş materiallarında olan ƏMDK DƏDRX-nin RX seriyalı, ******* nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışına əsasən ünvan 1 (ümumi sahəsi 35.3 kv.m) xx.xx.2018-ci il tarixdə xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. 23. xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsindən görünür ki, mülkiyyətçi mülkiyyət hü ququ ilə ona məxsus olan Bakı şəhəri, Səbail rayonu, Ə.Hüseynzadə küçəsindəki 8 nömrəli evin 1 saylı mənzilinin sökülmək üçün “Kooperativ”-ə təhvil verməyi, “Kooperativ” isə bu müqavilə ilə şərtləndirilmiş müddətdə və qaydada həmin ərazidə yeni inşa ediləcək hündürmərtəbəli binanın mərtəbə 19, giriş 3, 6-cı mərtəbə, mənzilin ümumi sahəsi 48,55 kv.m olan təmirli, dəniz mənzərəli mənzili mülkiyyətçiyə təhvil verməyi öhdəsinə götürür. Müqavilənin 6.2-ci bəndinə görə yaşayış binasının yerləşəcəyi ünvanda bütün yaşayış sahələrinin söküntüsü tam başa çatdırıldıqdan sonra 24-30 ay müddətində inşa olunacaq yaşayış binasında dəniz mənzərəli təmirli mənzil “Kooperativ” tərəfindən mülkiyyətçiyə təhvil verilir. 6.3-cü bəndinə əsasən mülkiyyətçi yaşayış sahəsini “Kooperativ”-ə təhvil verdiyi tarixdən m ənzilin təmiri başa çatdırılaraq mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 350 (üç yüz əlli) manat olmaqla kompensasiya 3 aylıq qabaqcadan olmaqla “Kooperativ” tərəfindən mülkiyyətçinin bank hesabına ödənilir. 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra “Kooperativ” mənzilin qəbul edilməsi üçün “Mülkiyyətçi”yə yazılı bildiriş göndərir. “Mülkiyyətçi ” yazılı bildirişi aldıqdan sonra 5 (beş) gün müddətində mənzili qəbul edir. 24. xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinə dəyişikliklər edilməsinə dair razılaşmadan görünür ki, mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat kompensasiya ödənilməsinə dai r tərəflər razılığa gəliblər. 25. 28.11.2022-ci il tarixli hesabatdan görünür ki, İddiaçı xx.xx.2021-ci il tarixindən xx.xx.2022-ci il tarixinə qədər 383 manat ödəniş etmişdir. 26. 06.12.2017-ci il tarixli ərizədən görünür ki, İddiaçı ünvan 1 ünvanının əvəzləşməsinə və sökülməsinə etirazı yoxdur, razıdır (tel: (051) 761-68-84).
27. Birinci instansiya məhkəməsində Cavabdeh MTK-nın nümayəndəsi bildirmişdir ki, binanın tikintisi artıq bitib, bu barədə iddiaçıya məlumat verilib. SMS bildiriş göndərilib. MTK müraciət edəndən 5 gün müddətində gəlib təhvil almalıdır. Təhvil almadıqda öz münasibətini bildirməlidir. İstədiyi zaman mənzilə köçə bilər. Ümumiyyətlə, 3 bina var. Hər binanın həm öndən, həm də arxadan girişi var. Öndə obyektlərdir, arxadan sakinlərin girişidir. Bina qeyri-yaşayış və ya şayış mərtəbələri ilə birlikdə ümumi 19 mərtəbəlidir, 3 mərtəbə qeyri-yaşayışdır. Orada relyef fərqi olduğundan insanların rahatlığı düşünülmüş və 3 mərtəbə qalxmasınlar deyə sakinlərin girişi qeyri-yaşayış tərəfdən binanın arxa tərəfindəndir.
28. İş materiallarından görünür ki, Cavabdeh tərəfindən İddiaçı (tel:(051)-761-68-84) xx.xx.2022-ci il tarixində sms bildiriş göndərilmişdir.
29. İş üzrə xx.xx.2022-ci il tarixli,10/5491 nömrəli ekspert rəyinə əsasən ”Sabah Residence” MTK ilə İddiaçı arasında bağlanmış (3M-429) 27 oktyabr 2018-ci il tarixli əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın 3- cü girişinin, 6-cı mərtəbəsində, pilləkən meydançasından sağ tətrəfdə ümumi sahəsi 48,55 kv.m təşkil edən, təmir olunmuş vəziyyətdə, dəniz mənzərəli, 2 otaqlı mənzil mövcud olduğu m üəyyən edilmişdir. Eyni zamanda qeyd olunur ki, mənzillərin yerləşdiyi mərtəbələr eyni tipli olduğundan, yuxarı mərtəbələrdə də eynilə ümumi sahəsi 48.55 kv.m təşkil edən, dəniz mənzərəli, 2 otaqlı mənzillər mövcud olduğu müəyyən edilmişdir.
30. Məhkəmə kollegiyası iddianın təmin olunmayan hissəsi ilə bağlı qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli əvəzləşmə müqaviləsinin 6.3-cü bəndinə əsasən mənzil mülkiyyətçiyə təhvil verilənə qədər mülkiyyətçinin müvəqqəti yaşayış sahəsi ilə təmin edilməsi məqsədi ilə hər təqvim ayı üçün 380 manat ödəniş edilir.
31. Həmin müqavilənin 6.4-cü bəndinə əsasən yaşayış binasında mənzil inşa və təmir olunduqdan sonra Kooperativ mənzil qəbul edilməsi üçün Mülkiyyətçiyə yazılı bildiriş göndərir. Mülkiyyətçi yazılı bildirişi aldıqdan son ra 5 gün müddətində mənzili qəbul edir.
32. İş materiallarından isə görünür ki, cavabdeh tərəfindən iddiaçının ərizəsində qeyd etdiyi mobil nömrəsinə “Hörmətli sakin, iyulun 19-dan icarə haqqının ödənişi dayandırılır. İyulun 19-dan artıq Sabah-dakı yeni mənzilinizə köçə bilərsiniz” məzmununda sms bildiriş göndərilmiş, lakin iddiaçı 5 gün müddətində gəlib mənzilini təhvil almamışdır. Məhkəmə iclasında bu halı iddiaçı özü də təsdiq etmişdir.
33. Kollegiya hesab etmişdir ki, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etdiyindən və bu hal cavabdehin mövqeyindən və ekspertiza rəyi ilə təsdiq edildiyindən 2280 manat icarə haqqı ödənişinin cavabdehdən alınıb iddiaçıya ödənilməsi hissədə təmin edilməməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
34. Apelyasiya inst asiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyası 13.1, 29-cu maddələrinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148.2, 152.1, 385.1, 405.1, 425.1, 425.2-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətlərinin dəlilləri
35. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2450/2023 saylı, 29 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
36. Kassator şikayəti onunla əsaslandırmışdır ki, iddiaçıya İddiaçı sözügedən bina sökülmədən onun adına daşınmaz əmlakın dövlət qeydiyyatından keçən mənzili ilə identik olan, yeni tikilmiş binada eyni yerdən, eyni keyfiyyətli, eyni küçəyə baxan, eyni künçdə yerləşən mənzil verilmədiyi üçün İddiaçının mülkiyyət hüquqları bərpaedilməz olaraq pozulur. İddiaçı sözügedən bina sökülmədən onun adına daşınmaz əmlakın dövlət qeydiyyatından keçən mənzili ilə identik olan, yeni tikilmiş binada eyni yerdən, eyni keyfiyyətli, eyni küçəyə baxan, eyni künçdə yerləşən mənzili tələb etmək hüququ məhkəmə tərəfindən nəzərə alınmamışdır və bununla onun mülkiyyət hüququları pozulmuşdur. Cavabdeh tərəfindən (3M-429) saylı 27 oktyabr 2018-ci il tarixli müqavilə üzrə İddiaçıya verilən mənzilin fərdi-müəyyən, yəni eyni olmaması, Cavabdeh MTK-nın öz istəyinə uyğun olaraq mənzil sökülmədən öncə mənzilin binadakı yeri ilə yeni layihə üzrə tikilmiş binada yerləşən mənzilin eyni olmaması və həmin mənzilin İddiaçıya təhvil verilməsi Məhkəmə tərəfindən mülki hüququlardan sui-istifadə sayılmalı idi. İddiaçının səxsi mülkiyyətində olan mənzilin yeri üst-üstdə düşmür, binanın eyni künçündə yerləşmir və eyni küçəyə baxmır. Məhkəmə işin həmtərəfli araşdırılması üçün öz təşəbbüsü ilə ekspertiza təyin edib İddiaçıya İddiaçı sözügedən bina sökülmədən onun adına daşınmaz əmlakın dövlət qeydiyyatından keçən mənzili ilə yeni tikilmiş binada iddiçıya təhvil verilmiş (istifadə hüququ tanınmış) mənzilin eyni olub-olmaması (eyni küçəyə baxırmı və s) barədə eskpert qarşısına sullar qoymalı idi. Məhkəmə işin hərtərəfli araşdırılmasını təmin etməmişdir. Belə ki, Məhkəmə İddiaçıya İddiaçı sözügedən bina sökülmədən onun adına daşınmaz əmlak ın dövlət qeydiyyatından keçən mənzili ilə yeni tikilimiş binada İddiaçıya təhvil verilmiş (istifadə hüququ tanınmış) mənzilin eyni olub-olmaması hallarını araşdırmamışdır. Məhkəmə qətnaməsində mülkiyyətçinin əmlakının yerində inşa ediləcək binanın neçə mərtəbəli olacağı, mülkiyyətçiyə yeni mənzilin binanın neçənci mərtəbəsində veriləcəyi, həmin mənzilin pəncərələrinin hansı küçəyə baxacağı qeyd edilməmişdir. Bu da gələcəkdə yeni məhkəmə mübahisələrinin və mülkiyyətçinin əvvəlki formada yaşamaq hüququnu pozacaqdır. Xüsusilə qeyd edilib ki, məhkəmə qətnaməsinin nəticə hissəsində iddiaçı tərəfindən inşa ediləcək yeni yaşayış binasının ünvanı da qeyd edilməmişdir Məhkəmənin qətnaməsi qanunsuz və əsassız olmuşdur.
37. Kassator kassasiya şikayyətinin dəlillərini AR Konstitusiyasının 13, 29-cu m addlərinə, AR Mülki Məcəlləsinin 16.1, 152.1, 152.5, 152.6, 157.1,437.1, 437.2, 452, 560.1 və 560.2-ci maddlərinə, İnsan Hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasınına dair 1-ci əlavə protokolun 1-ci maddəsinə, Mülki Prosessual Məcəllənin 14.1, 97.1,217 və 218-ci maddələrinə əsaslandırmışdır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
38. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası
39. Maddə
13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
40. Maddə İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşı nar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İV. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
41. Maddə 148.2. Daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları müdafiə edilməlidir.
42. Maddə 152.1. Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi s ahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
45. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
47. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istif adə etməlidir
48. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
49. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
50. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
51. Maddə 416.1.Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin həd lərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması zəruridir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyən edilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı icraat çərçivəsində kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin aktı tam mübahisələndirildiyinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılır. Kassasiya ins tansiyası məhkəməsinin mövqeyi
55. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
56. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilərək və iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli (3M-429) əvəzləşmə müqaviləsi ilə nəzərdə tutulmuş 19 mərtəbəli binanın giriş 3, mərtəbə 6-da yerləşən, ümumi sahəsi 48.55 kv.m olan, “dəniz mənzərəli” təmirli mənzilin cavabdeh tərəfindən iddiaçının sahibliyinə verilməsi, iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 100 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizası xərci, 100 manatın 20 manatının iddiaçıdan, 80 manatının cavabdehdən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. İş üzrə iddiaçı həmin qətnamənin iddianın təmin edilməyən hissəsindən apelyasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən qətnamə iddianın təmin olunmayan hissəsində mübahisələndirildiyindən, qətnamə həmin hissədə yoxlayaraq yuxarıdakı nəticəyə gəlmişdir.Yəni kassasiya şikayətində göstərilən məsələlər apellyasiya baxışının predmeti olmamışdır.
57. Belə olan təqdirdə kassasiya şikayətinin dəlilləri apellyasiya məhkəməsinin qətnaməsinin ləğvi və ya dəyişdirilməsi üçün əsas təşkil etmir.
58. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
59. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
60. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutub məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mül ki kollegiyasının 29 mart 2023-cü il tarixli 2(103)2450/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.