Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4/2023 15.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı X1 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Gəncə şəhəri 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı iddiası ilə bağlı iş üzrə QƏRARİ İş № 2(102)-04/2023 (Açar sözlər: ipoteka müqaviləsinə xitam verilməsi, ipotekanın dövlət qeydiyyatının ləğv olunması) Bakı şəhəri Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər X7 (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, iddiaç ı X1 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Gəncə şəhəri 2 saylı Notariat Ofisinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı “ipoteka müqaviləsinə xitam verilməsi və ipotekanın dövlət qeydiyyatının ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-2989/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsindən iddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayətinə 15 fevral 2023-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2013-cü il tarixli 035/13 saylı ipoteka müqaviləsinə əsasən "xxxx" ASC ilə X6 arasında bağl anmış kredit müqaviləsinin təmini kimi bank ilə İddiaçı1 arasında ipoteka müqaviləsi bağlanmış, İddiaçı1 məxsus ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5762/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli qətnaməsinə əsasən X4 xx.xx.2013-cü il tarixli 035/13 saylı kredit müqaviləsinə əsasən 17.451,35 manat məbləğində əsas borc, 51.25,71 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22.627,06 manat, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh İddiaçı1 məxsus olan və tərəflər arasında ilki olaraq 70.000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2013-cü il tarixli 035/13 saylı müqavilə üzrə 22.627,06 manat kredit borcu, ödənilmi 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqının ödənilməsinin təmin edilməsi, qalan vəsaitin İddiaçı1 qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra İddiaçı1 yaşayış sahəsidən ən geci bir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmişdir.
3. Gəncə şəhər İcra İdarəsinin sifarişi əsasında ona məxsus fərdi yaşayış evi Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən xx.xx.2017-ci il tarixdə birinci, xx.xx.2017-ci il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi satılmamış və hərrac təşkilatının xx.xx.2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-yə təklif edilmiş, bank tərəfindən fərdi yaşayış evi balansa götürülməmişdir. Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 01/874 saylı bildirişdən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 70.000 manat qiymətləndirilmiş və hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə 11:00-a təyin olunmaqla tərəflərə 01/2 s aylı bildiriş göndərilmişdir.
4. Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin açıq hərracın keçirilməsinə dair xx.xx.2017-ci il tarixli 01/1099 saylı bildirişdən görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 59.500 manat qiymətləndirmiş və hərracın keçirilməsi xx.xx.2017-ci il tarixə 11:00-a təyin olunmaqla tərəflərə 02 saylı bildiriş göndərilmişdir.
5. Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2017-ci il tarixli, 01/3265 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “B irja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
6. Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2018-ci il tarixli 4537 saylı məktubundan görünür ki, xx.xx.2017-ci il tarixli icra sənədi mövcud qanunvericiliyə uyğun olaraq açıq hərraca çıxarılmış, alıcı olmadığından satılmamışdır. Sifarişin icra müddəti başa çatdığı üçün sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə geri qaytarılmışdır.
7. Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru Anar Cəfrovun icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2019-cu il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası “İcra haqqında” qanunun 23.1.5-ci maddəsinə və “İpoteka haqqı nda” Azərbaycan Respublikası Qanunun 43.8-ci maddəsinə əsasən Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-5762/2016 saylı, 10 oktyabr 2016-cı il tarixli icra vərəqəsinin icra olunmadığından geri qaytarılması qərara alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı1 cavabdehlər ləğv prosesində olan Cavabdeh1 Açıq Səhmdar Cəmiyyətinə, Gəncə şəhəri 2 saylı Notariat Kontoruna və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 3 saylı Ərazi idarəsinə qarşı “ipoteka müqaviləsinin və onun qeydiyyatının ləğv olunması” tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 ASC ilə aralarında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi üzrə cavabdeh ünvan 3nmış 18 dekabr 2013-cü il tarixli, 035/1 3 saylı ipoteka müqaviləsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində həmin mülk üzrə ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Daha sonra iddiaçı məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə verərək 18 dekabr 2013-cü il tarixli, 035/13 saylı ipoteka müqaviləsinə xitam verilməsini və həmin müqavilə əsasında mülkə dair aparılmış ipotekanın dövlət qeydiyyatının ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X4 "xxxx" ASC ilə bağlanmış 18 dekabr 201 3-cü il tarixli 035/13 saylı kredit müqaviləsinə əsasən 22.627 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan, mülkiyyət hüququ üzrə ona məxsus Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli fərdi yaşayış evinə yönəldiləsi qət olunmuşdur. Məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra Gəncə şəhər İcra İdarəsinin sifarişi əsasında ona məxsus fərdi yaşayış evi Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmış, hərrac mərkəsi tərəfindən xx.xx.2017-ci il tarixdə birinci, xx.xx.2017-ci il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi satılmamış və hərrac təşkilatının xx.xx.2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-nə təklif edilmi şdir. Bank tərəfindən fərdi yaşayış evi balansa götürülməmişdir. Protokol və alqı-satqı müqaviləsi bağlanmamış, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. 11 dekabr 2018ci il tarixdə hərrac təşkilatının məktubuna əsasən sifarişin icra müddəti başa çatdığına görə sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir.
11. İddiaçı tələbinin hüquqi əsası kimi “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad etmişdir.
12. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-460/2021 saylı, 20 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia təmin edilərək, İddiaçı1 ilə Cavabdeh1 ASC arasında ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə dair bağlanmış 18 dekabr 2013-cü il tarixli, 035/13 saylı ipoteka müqaviləsinə xitam verilməsi, 18 dekabr 2013-c ü il tarixli, 035/13 saylı ipoteka müqaviləsi üzrə ünvan 1 evə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsində aparılmış dövlət qeydiyyatı ləğv olunması, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun iddiaçaıya aid olunması qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutlar əsasında müəyyən etmişdir ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli qətnaməsi ilə X4 xx.xx.2013-cü il tarixli 35/13 saylı kredit müqaviləsinə əsasən 17.451,35 manat məbləğində əsas borc, 5.125,71 manat məbləğində faiz borcu, 100 manat dəbbə pulu, cəmi 22.627,06 manat, 30 manat dövlət rüsumu, bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 30 manat xidmət haqqının alın araq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, tutma öhdəliyin təmini kimi cavabdeh İddiaçı1 məxsus olan və tərəflər arasında ilki olaraq 70.000 manata qiymətləndirilmiş Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracda ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə satılması, satışdan əldə olunmuş vəsait hesabına hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra xx.xx.2013-cü il tarixli 035/13 saylı müqavilə üzrə 22.627,06 manat kredit borcu, ödənilmi 30 manat dövlət rüsumu, bildirişin qeydə alınması üçün 30 manat xidmət haqqının ödənilməsinin təmin edilməsi, qalan vəsaitin İddiaçı1 qaytarılması, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra İddiaçı1 yaşayış sahəsidən ən geci b ir ay ərzində tərk etmədikdə yaşayış evindən məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş, icra sənədi üzrə iddiaçıya məxsus əmlak hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərə təyin olunmuş və hərracın keçirilməsi barədə tərəflərə məlumat verilmiş, lakin ipoteka predmeti satılmamış, qeyd olunan əmlaklar tələbkar "xxxx" ASC-nə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyinə və icra müddəti başa çatdığına görə sənədlər geri icra qurumuna qaytarılmışdır.
14. Məhkəmə qeyd etmişdir ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə əsasən (ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində i poteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir) ipoteka ilə yüklü edilmiş İddiaçı1 məxsus əmlakın ipotekasına xitam verilməli, həmin əmlaka dair dövlət qeydiyyatı ləğv edilməlidir.
15. Birinci instansiya məhkəməsi mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 11.1, 15.1, 42.2, 43.2, 43.4, 43.4, 43.7, 48.1.5-ci maddələri ilə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat
16. Qətnamədən cavabdeh Bankın ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 10 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə X4 Cavabdeh1 ASC-nin xeyrinə cəmi 22.627,06 manat borcun tutulması, tutmanın Gəncə şəhəri, R.Allahverdioğlu küçəsində yerləşən 1 mərtəbəli, 4 otaqlı, 102 kv.m köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə yönəldilməsi, həmin evin açıq hərracdan satılması qət edilmişdir. Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsinin şifarişinə əsasən müəyyən edilir ki, X2 məxsus ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evi ilkin satış qiyməti 70.000 manat olmaqla açıq hərracda satılması üçün Hərrac təşkilatçısı “Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə hərrac mərkəzi” MMC tərəfindən açıq hərracda satışa çıxarılmışdır. Əmlak qiyməti 70.000 manat olmaqla xx.xx.2017-ci il tarixdə və qiyməti 59.500 manat olmaqla xx.xx.2017-ci il tarixdə hərraca çıxarılmışdır. X2 məxsus ünvan 1 fərdi yaşayış evinin satışı ilə bağlı hərraclar baş tutmadığından bu barədə “Birja” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmişdir. Təkrar hərracın baş tutmamış elan edildikdən sonra Bankın 30 təqvim günü ərzində ipoteka predmetini almaq hüququ yaranmış, lakin bank bu hüquqdan istifadə etməmişdir. Qətnamədən də göründüyü kimi, məhkəmə hesab etmişdir ki, ipoteka saxlayan qanunla müəyyən edilmiş müddət ərizndə ipoteka predmetini əldə etməmişdir.
18. Bank hərracın keçirilməsi barədə məlumatlı olmamışdır. Belə ki, banka nə hərrac təşkilatçısı “Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların satışı üzrə hərrac mərkəzi” MMC tərəfindən, nə də ki, Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən əmlakın alınmasına dair hər hansı təklif məktubu daxil olmamışdır. Əmlakı əldə etməklə bağl lı heç bir etirazları olmamış və bununla bağlı qanuni prosedurları həyata keçirmişlər. Hərracın təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair bildiriş ipoteka saxlayana göndərilməmiş, qanunla müəyyən edilmiş müddətlərə riayət edilməmiş və bununla da, qanunvericiliyin tələbləri pozulmuşdur.
19. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-2989/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Loğman Süleymanov (sədrlik edən və məruzəçi), Şamil Rzaquliyev və Afiq Hüseynzadə) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddia təmin edilməmişdir.
20. Apellyasiya instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, icra sənədi üzrə iddiaçıya məxsus əmlak hərraca çıxarılmış, hərrac mərkəzi tərəfindən hərracın keçirilməsi xx.xx.2017-ci il və xx.xx.2017-ci il tarixlərə təyin olunsa da və hərracın keçirilməsi barədə tərəflərə məlumat verildiyi bildirilsə də, iddiaçı bank tərəfindən bildirişlərin alınması iş materialları ilə sübut olunmur. Belə ki, iş materialları ilə müəyyən edilir ki, hərracın keçirilməsindən "xxxx" ASC-nin məlumatı olmamış və istərsə Azərbaycan Respublikası Respublika Xammal və X9 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzi, istərsə də, Gəncə şəhəri Nizami Rayon İcra Şöbəsi tərəfindən əmlakın alınmasına dair Banka hər hansı təklif məktubu daxil olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, əmlak satılmadığı halda, tələbkara təklif olunmalı, tələbkar əmlakdan imtina etdikdə əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəməyə və ya digər orqana qaytarılmalı idi. Belə ki, iddiaçı iddia tələbində hərrac təşkilatının xx.xx.2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evinin hərracda satılmadığı üçün "xxxx" ASC-nə təklif edildiyi, bank tərəfindən fərdi yaşayış evinin balansa götürülmədiyini göstərmişdir. Lakin apellyasiya şikayətinin dəlillərindən və iş materiallarından görünür ki, alıcı olmadığından qeyd olunan əmlak ləğv prosesində olan Cavabdeh1 ASC-yə təklif edilməsi sübut olunmur. Bundan başqa, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 oktyabr 2014-cü il tarixli qərarında göstərilmişdir ki, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əl də etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər. Göründüyü kimi, ikinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədiyi halda, ipoteka qoyanın ipotekaya xitam verilməsini tələb etmək hüququ yaranır. Lakin alıcı olmadığından qeyd olunan əmlakın ləğv prosesində olan Cavabdeh1 ASC-yə təklif edilməsi iş materialları ilə sübut olunmadığından birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır.
21. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1, 42.2, 43 və 48.1.5-ci, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 53.3-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
22. İddiaçı (Vəkil) kassasiya şikayəti və kassasiya şikayətinə əlavə verərək qətnamənin ləğv olunması və işin yeni baxış üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
23. Kassasiya şikayəti və şikayətə əlavə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tam və hərtərəfli araşdırmamış, bununla da düzgün olmayan nəticəyə gəlmişdir.
24. Belə ki, işdə olan sənədlərdən də göründüyü kimi Hərrac Mərkəzi tərəfindən 27 mart 2017-ci ildə və 01 may 2017-ci ildə ilkin və təkrar hərrac keçirilmiş, hərrac baş tutmadığından daha sonra ipoteka predmeti 29 sentyabr 2017-ci il tarixli məktubla cavabdeh təşkilata təklif olunmuşdur. Lakin qeyd olunan əmlaklar bank tərəfindən balansa götü rülməmiş, protokol və alqı-satqı müqaviləsi bağlanmamış və əmlakların bankın mülkiyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. Belə olan halda, məhkəmə “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.2, 43.2, 43.4, 43.5, 43.8 və 48.1.5-ci maddələrinin tələblərini pozmuşdur.
25. Bundan başqa Məhkəmənin cavabdehin ipoteka predmetinin onlara təklif edilməməsi barədə gəldiyi nəticə iş üzrə toplanmış sübutlarla təkzib edilir.
26. Belə ki, Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2017-ci il tarixli 01/3265 saylı məktubundan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
27. Gəncə şəhəri üzrə İcra İdarəsinin icra edilməyən icra sənədinin məhkəməyə qaytarılması barədə xx.xx.2019-cu il tarixli qərarına əsasən ipoteka predmeti olan əmlaklar "xxxx" ASC-yə təklif olunmuş və bank tərəfindən ipoteka predmeti əldə edilmədiyindən və icra müddəti başa çatdığına görə icra sənədləri geri qaytarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
28. Cavabdeh Ləğv prosesində olan Cavabdeh1 ASC-nin məhkəmələrlə iş şöbəsinin müdiri Zeynalabdin Tağıyev kassasiya şikayətinə qarşı etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı kassasiya şikayətində qeyd etmişdir ki, “29 sentyabr 2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-yə təklif olunmuşdur. Hərracın təklif məktubu sübut olaraq şikayətə əlavə edilmişdir. Lakin həmin məktub LPO Cavabdeh1 ASC-yə çatdırılması barədə xəbərnamə sübut olaraq göstərilməmişdir. 29. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanu unun 43.8-cü maddəsinə o zaman əsaslana bilərik ki, həmin hərracın keçirilməsində ipoteka saxlayanın məlumatı olsun.
30. Cavabdeh1 ASC-yə nə “Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac mərkəzi” MMC tərəfindən, nədəki Gəncə şəhər Nizəmi İcra və Probasiya şöbəsi tərəfindən əmlakın alınmasına dair hər hansı təklif məktubı daxil olmamışdır. İddia irəli sürən tərəf iddia tələbim əsaslı və mötəbər sübutlarla əsaslandırmalıdır, lakin iddiaçı bununla bağlı hər hansı sü but təqdim etməmişdir.
31. Hərrac təşkilatı tərəfindən Banka əmlakın alınmasına dair təklif məktubu göndərilmədiyindən (oferta) Bank hərracın nəticələri barədə məlumatlandırılmadığına görə ipoteka predmeti olan əmlakı almaqdan məhrum olmurdur. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu
32. Maddə
41. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər.
33. Maddə 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan d aimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir.
34. Maddə 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir.
34. Maddə 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş gönd ərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir.
35. Maddə 43.1. Hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə hərracın baş tu tmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir: 43.1.1. hərraca iki nəfərdən az alıcı gəldikdə; 43.1.2. hərracın iştirakçısı olmadıqda; 43.1.3. hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə; 43.1.4. hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.
36. Maddə 43.2. Bu Qanunun 43.1.1 - 43.1.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hərracın baş tutmaması barədə elan hərracın keçirilməsinin təyin olunduğu və ya müvafiq olaraq alış qiymətinin ödənilməsi üçün nəzərdə tutulmuş gündən 3 təqvim günü gec olmayaraq dərc etdirilir.
37. Maddə 4 3.3. Hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər.
38. Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir.
39. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
40. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur.
41. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ip oteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun.
42. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir.
43. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
44. Maddə 48.1.5. İpotekaya bu Qanunla nəzərdə tutulmuş digər hallarda xitam verilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu 45. addə 53.3. Əmlak satılmadıqda, həmin əmlak yenidən tələbkara təklif olunur. Tələbkar əmlakdan imtina etdikdə, əmlak borcluya, icra sənədi isə icra sənədini vermiş məhkəmə və ya digər orqana (notariusun icra qeydi isə tələbkara) qaytarılır.
46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.4-43.8 və 48-ci maddələrinin şərh edilməsinə dair 28 oktyabr 2014-cü il tarixli Qərarı: 1. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində yalnız iki hərracın keçirilməsi nəzərdə tutulduğundan, hər hansı əsasla yeni hərracların keçirilməsi həmin Qanuna zidd hesab edilməlidir. 2. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka saxlayanın yalnız bir dəfə təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etmək imkanı vardır.
3. İkinci hərrac keçirildikdən sonra 30 təqvim günü ərzində ipoteka saxlayan ipoteka predmetini əldə etmədikdə, ipoteka qoyan mülki məhkəmə icraatı qaydasında ipotekaya xitam verilməsini tələb edə bilər.
47. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 04/2022 nömrəli, 14 dekabr 2022-ci il tarixli Qərardadı:
1. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş müddətin axımı hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsi ndən sonrakı gün başlayır və 30-cu günun sonunda başa çatır. Bu müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.
2. İpoteka predmeti təkrar hərracın baş tutmamış elan edilməsindən sonra 30 təqvim günü ərzində ipoteka saxlayanla hərrac təşkilatçısı arasında “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-1-ci maddəsində nəzərdə tutulmuş müqavilə qüvvəsinə malik olan protokolun imzalanması ilə əldə edilir. 3. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş 30 günlük müddət kəsici müddətdir və həmin müddət ərzində ipoteka saxlayan tərəfindən ipoteka predmetinin əldə edilməməsi ipotekaya xitamın verilməsi üçün əsasdır. Tərəflər arasında bununla bağlı mübahisə olduqda ipotekaya xitam verilməsi haqqında məhkəmədə iddia qaldırıla bilər.
4. Hərrac təşkilatının protokolu imzalamaqdan imtina etməsi, və yaxud yayınması zamanı ipoteka saxlayan ipoteka predmetinin hərracdan əldə edilməsinə dair protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi və (və ya) zərərin əvəzinin ödənilməsi haqqında iddia qaldıra bilər.
5. Protokolun qanunla müəyyən edilmiş 30 günlük müddət ərzində imzalanmış hesab edilməsi barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayanın adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün əsas dır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
50. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
51. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
52. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qət namə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
53. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
54. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
55. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadınıqismən ləğv edə və yatamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılma q üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
56. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
57. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
58. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etmişdir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kollegiya tam yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
59. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi kassasiya qaydasında yoxlanılarkən, iddia tələbinin həlli ilə bağlı məsələyə düzgün hüquqi qiymətin verilmədiyi, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normalarının düzgün tətbiq olunmaması və işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq nor malarının pozulmasına yol verilməsi müəyyən edilmişdir. 60..Belə ki, işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından aydın olur ki, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə Bankın iddiası üzrə kredit borcunun tutulması və tutmanın ipoteka ilə yüklü edilmiş iddiaçıya məxsus fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılmaqla, əldə olunan vəsaitdən borcun ödənilməsi, yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra keçmiş mülkiyyətçinin yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə oradan məcburi qaydada çıxarılması qət edilmiş, qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. 27 mart 2017-ci il və 01 may 2017-ci il tarixlərdə ipoteka predmetinin satılması üçün iki dəfə hərrac keçirilsə də, fərdi yaşayış evi satılmamış, hərrac baş tutmadığ ından ipoteka predmetinin 29 sentyabr 2017-ci il tarixli məktubla cavabdeh təşkilata təklif olunmasına baxmayaraq, tələbkar da əmlakı əldə etməmişdir. İcra məmurunun xx.xx.2019-cu il tarixli qərarına əsasən icra vərəqəsi “İcra haqqında” Qanunun 23.1.5-ci və “İpoteka haqqında” Qanunun 43-cü maddələrinə əsasən icra olunmadığından geri qaytarmışdır.
61. İddiaçı iddiasını onunla əsaslandırır ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən X4 bankla bağlanmış 18 dekabr 2013-cü il tarixli kredit müqaviləsinə əsasən 22.627 manat məbləğində kredit borcunun tutulması, tutmanın ipoteka predmeti olan, mülkiyyət hüququ üzrə ona məxsus fərdi yaşayış evinə yönəldiləsi qət olunmuş, məhkəmə qətnaməsi qanuni qüvvəsini alandan sonra fərdi yaşayış evi Daşınar və Daşın maz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi tərəfindən hərraca çıxarılmış, hərrac mərkəsi tərəfindən xx.xx.2017-ci il tarixdə birinci, xx.xx.2017-ci il tarixdə ikinci hərrac keçirilmiş, lakin alıcı olmadığına görə fərdi yaşayış evi satılmamış və hərrac təşkilatının xx.xx.2019-cu il tarixli məlumatına əsasən fərdi yaşayış evi hərracda satılmadığı üçün "xxxx" ASC-yə təklif edilmişdir. Bank tərəfindən fərdi yaşayış evi balansa götürülməmişdir. Protokol və alqı-satqı müqaviləsi bağlanmamış, əmlakın bankın mülkiyyətinə keçməsi ilə bağlı çıxarış əldə olunmamışdır. 11 dekabr 2018-ci il tarixdə hərrac təşkilatının məktubuna əsasən sifarişin icra müddəti başa çatdığına görə sənədlər Gəncə şəhəri üzrə İcra İdarəsinə göndərilmişdir. Ona görə də “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə istinad edərə k iddiasının təmin olunmasını xahiş edir.
62. Apellyasiya instansiyası məhkəməsi isə baxılan iş üzrə pozulmuş hüquqlar baxımından yeni faktiki əsaslar müəyyən etmiş, ipoteka saxlayana ilkin və təkrar hərracla bağlı bildirişlərin göndərilmədiyini, keçirilmiş hərraclarla bağlı bankın məlumatının olmamasını, Banka hər hansı təklif məktubunun daxil olmadığını qeyd etmiş və faktiki olaraq iddiada göstərilən tələbin əsaslarını qiymətləndirilməkdən kənarda saxlamışdır. Halbuki nə iddiaçı, nə də cavabdeh bu halları mübahisələndirməmiş və göstərilənlər, yəni hərraclarının qanunauyğun keçirilməsi işin mübahisələndirilməyən hallarıdır.
63. Qeyd olunmalıdır ki, apellyasiya instansiyası məhkəməsi ipoteka saxlayana ilkin və təkrar hərracla bağlı bildirişlərin göndərilmədiyi, keçirilmiş hərraclarla bağlı bankın məlumatının olmaması, Banka hər hansı təklif məktubunun daxil olmadığı, bununla da hərracın baş tutmamış elan edilməsi barədə nəticəyə gəldikdən sonra ipoteka saxlayana təklifin göndərilməsi, təklifə verilən cavab, həmin təklif əsasında hərrac protokolunun tərtib olunub-olunmaması, təklif qəbul olunmuşsa bu barədə qeydiyyatın aparılıbaparılmamasını araşdırılmalı və müvafiq olaraq iş materillarında olan sübutları qarşılıqlı şəkildə qiymətləndirməklə yekun nəticəyə gəlməli idi.
64. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi tərəfindən iş materiallarında olan Azərbaycan Respublikası Respublika Xammal və X8 və Daşınmaz Əmlakların satışı üzrə Hərrac Mərkəzinin xx.xx.2017-ci il tarixli, 01/3265 saylı məktubuna hər hansı hüquqi qiymət verilməmişdir.
65. Be lə ki, Gəncə şəhər üzrə İcra İdarəsinə ünvanlanmış həmin məktubundan aydın olur ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin satılması ilə bağlı mövcud qanunvericiliyə uyğun olaraq keçirilmiş hərraclar baş tutmamış, müvafiq olaraq təkrar hərracın baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin xx.xx.2017-ci il tarixli nömrəsində elan dərc edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir.
66. Eyni zamanda xx.xx.2017 və xx.xx.2017-ci il tarixlərdə keçirilmiş hərrac baş tutmamış hesab edildikdən sonra ipoteka saxlayanın ipoteka predmetini qanunla müəyyən edilmiş müddətdə əldə edib-etmədiyi barədə mübahisənin maddi hüquqi həlli ilə bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının yuxarıda istinad olunan 14 dekabr 2022-ci il tarix li Qərardadındakı hüquqi mövqelərə əsasən qeyd edir ki, hərracın təşkilatçısı hərraca iki nəfərdən az alıcı gəldikdə, hərracın iştirakçısı olmadıqda, hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokol imzalamaqdan imtina etdikdə, hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə (bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın) hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində və özünün rəsmi internet saytında məlumat dərc etdirir.
67. Qanunvericinin mövqeyinə görə ipoteka predmetinin əldə edilməsi və bununla bağlı iradə ifadəsi hər hansı bir təklif məktubu ilə deyil, məhz ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə edilməsi üçün “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.8-ci maddəsində nəzərdə tutulmuş, hərrac təşkilatçısı tərəfindən hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində (media subyektlərində) və özünün rəsmi internet saytında təkrar hərracın baş tutmaması barədə elanların dərc edilməsindən sonrakı gün başlaması və 30-cu günun sonunda başa çatması ilə şərtləndirilmişdir. Belə ki, həmin müddətin başlanması üçün ipoteka saxlayana təkrar hərracın baş tutmaması barədə ayrıca məlumatın verilməsi və ya ipoteka predmetinin ona təklif olunmasına dair bildirişin göndərilməsi tələb olunmur.
68. Belə ki, “İpoteka haqqında” Qanunun 43.7-1-ci və 43.8-ci maddələrinə əsasən təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka s axlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar ki, həmin protokol müqavilə qüvvəsinə malikdir. Həmçinin qeyd olunmalıdır ki, ipoteka predmetini əldə etmə müddəti hüququn mahiyyətinə uyğun olaraq kəsici müddətdir. Çünki, ipoteka saxlayan təkrar hərracın baş tutmadığı elan edildikdən sonra 30 gün ərzində bu imkandan istifadə etməzsə həm predmeti əldə etmək, həm də ipoteka hüququnu itirir. Odur ki, ipoteka saxlayan müvafiq elanın dərc olunduğu vaxtdan keçən 30 gün ərzində ipoteka predmetini əldə etməlidir.
69. İpoteka saxlayan protokolun imzalanmış hesab edilməsi tələbinə dair müstəqil iddia ilə məhkəməyə müraciət etmədiyi halda, ipoteka qoyanın “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsinə əsasən ipotekaya xitam vermə tələbi həmin maddənin dispozisiya şərtlərini n mövcud olması əsası ilə təmin edilməlidir. Xüsusi olaraq vurğulanmalıdır ki, protokolun imzalanmış hesab edilməsi tələbi müstəqil iddia şəklində buna cavab verməli olan hərrac təşkilatçısına qarşı qaldırılmalı olduğundan, bununla bağlı verilmiş etirazlar ipoteka qoyana qarşı qaldırılmış ipotekaya xitam verilməsi tələbi çərçivəsində araşdırıma predmeti və iddianın rədd olunması üçün əsas ola bilməz.
70. Göründüyü kimi apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətində göstərilən dəlilləri ilə bağlı hər hansı araşdırmanın aparılmasını təmin etmədən, hərracın keçirilməsinə dair materiallar tələb edilib araşdırmadan, yalnız iş materiallarına və cavabdehin nümayəndəsinin izahatına əsaslanaraq şikayəti təmin etməklə, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması nəticəsinə gəlmişdir. 71. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsi xüsusilə qeyd edilməlidir. Sübutların qiymətləndirilməsi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqini ehtiva edir. Ədalətli məhkəmə qərarı isə yalnız obyektiv, qərəzsiz və mötəbər sübutlara əsaslanır. Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş yalnız o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətn amə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
72. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır.
73. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qət naməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
74. İşə yenidən baxılarkən məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün hüquqi qiymət verməli, hazırki Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə əməl edilməklə qanuni və əsaslı yekun məhkəmə aktı qəbul etməlidir.
75. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X3 tərəfindən verilmiş kassasiya şikayəti təmi n edilsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-2989/2021 saylı, 09 sentyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.