Məhkəmə qərarları › İş №2(102)-4/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4/2024

08.04.2024 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4/2024 08.04.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X6rşı QƏRARİ iş № 2(102)-519/23 Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi, fərdi əmək mübahisələri üzrə ümumi iddia müddəti (1 təqviç ayı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Hüseynov Abiddin Qabil oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin X6rşı əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair iş üzrə Şirvan Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1767/2022 nömrəli 06 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 8 aprel 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı 2013-cü ildən "xxxx" QSC-nin X12 müxtəlif vəzifələrdə çalışmış, 01 saylı, 16 mart 2021-ci il tarixli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən onunla olan əmək müqaviləsinə edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdeh "xxxx" QSC-nə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, işdən azad edilmə barədə əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi iş buraxmaya gö rə kompensasiya ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, işlədiyi müddət ərzində heç bir nöqsana yol verməmiş və barəsində heç bir intizam tənbehi tətbiq edilməmişdir. 15 mart 2021-ci il tarixdə ona rəhbərlik tərəfindən ərizə yazıb işdən çıxması bildirilmişdir. Səbəbini soruşduqda bunun müvəqqəti olduğu, sonradan işə bərpa olunacağı deyilmiş və ona məzmunu ilə tanış olmadığı kağız-blanka imza etdirilsə də, hazırkı vaxtadək öz işinə qaytarılmamışdır. Ona əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surəti və əmək kitabçası vaxtında verilməmiş, əmrin surətini 10 may 2021-ci il tarixdə təsadüfən əldə etmişdir. Onun işdən çıxmaq niyyəti olmamış, əmək hüquqları ciddi şəkildə pozulmuşdur. Göstərilənlərə əsasən işə bərpa edilməsi və m əcburi işburaxmaya görə kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir.

4. İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(036)-1469/2021 nömrəli qətnaməsi ilə (hakim T.Nüsrətov) iddia təmin edilmişdir.

5. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsində işdən çıxmanın tarixini göstərməmiş, işəgötürən isə bir aylıq xəbərdarlıq müddətini gözləmədən və həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etmədən əmək müqaviləsinə xitam vermişdir.

6. Məhkəmə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2, 42, 68, 69 və 300.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsində birinci icraat

7. Cavabdeh tərəfdən üçüncü şəxs "xxxx" QSC apellyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən ciddi prosessual pozuntuya yol verilmiş, iddia tələbində cavabdeh qoyulmuş X13 hüquqi şəxs, iddiaya cavab verməli şəxs olması xüsusatı müəyyən edilməmişdir. X17 hüquqi şəxs deyil, "xxxx" QSC-nin Yük daşımaları departamentinin tabeliyində fəaliyyət göstərən idarədir. Həmin idarənin hazırkı iddia tələbi üzrə cavabdeh qismində çıxış etməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 54.2-ci maddəsinə əsasən idarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin ü zərinə düşür. İş materiallarında olan əmək müqavilələrinin elektron sistemindən çıxarışdan görünür ki, İddiaçı əmək müqaviləsinə xitam verilərkən işəgötürən qismində "xxxx" QSC çıxış etmişdir. Göründüyü kimi işəgötürən "xxxx" QSC olduğu halda, məhkəmə hüquqi şəxs olmayan bir qurumu məhkəmə baxışının subyekti kimi tanımış və qurumun işçisindən də nümayəndə qismində izahat almışdır. Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş müddətin hansı hallarda gözlənilməsi həmin maddənin 5-ci hissəsində dəqiq tənzimlənmişdir. Həmin maddəyə əsasən işçi ərizəsində əmək münasibtlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir. Bundan başqa, iddiaçı işə bərpa barədə əri zə verərkən, qanunla müəyyən olunmuş iddia müddətini ötürmüş, onlar tərəfindən İmişli Rayon Məhkəməsinə elektron məhkəmə informasiya sistemi vasitəsilə ərizə göndərilməsinə baxmayaraq, məhkəmə tərəfindən buna hüquqi qiymət verilməmişdir.

9. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər T.X.Heydərov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və İ.H.Əhmədov) 14 dekabr 2021-ci il tarixli, 2(106)-3632/21 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia rədd edilmişdir.

10. İddianı rədd edənən apellyasiya məhkəməsinin qənaətinə görə iddiaçı tərəfindən əmək müqaviləsinin ləğv olunması barədə ərizə və bunun əsasında işəgötürən tərəfindən verilmiş əmr qanunvericiliyin tələblərinə uyğun olmuş, iddiaçı işdən azad olu nma barədə xx.xx.2021-ci il tarixli 1 saylı əmrin ləğv edilməsi və işə bərpa barədə məhkəməyə ünvanladığı iddia ərizəsi iddia müddəti ötürülməklə, yəni əmrin verildiyi tarixi bildiyi vaxtdan iki ay sonra verdiyi tam sübuta yetirilir. Birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, qətnamədə göstərilən nəticələr isə işin faktiki hallarına uyğun olmamışdır.

11. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375-ci, Əmək Məcəlləsinin 296, 2.1, 42.1, 68.1, 68.2, 69.3 və 69.5-ci maddələrinə və “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Pl enumunun 30 iyul 2021-ci il tarixli Qərarına istinad etmişdir. Kassasiya instansiyası məhkəməsində birinci icraat

12. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv olunub, iddianın təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə hazırki işə baxarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 350 və 354.2-ci maddələrini düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddianın əmrin ləğvi haqqında deyil, etibarsız hesab edilməsi haqqında olduğuna diqqət yetirməmiş və iddia müddətini Əmək Məcəlləsinə əsasən müəyyənləşdirmişdir. Halbuki, bu münasibətin Mülki Məcəllə ilə tənzimləndiyini nəzərə alaraq, əmri mübahisələndirmək üçün qannula müəyyən olunmuş müddət bir ay yox, bir ildir. Bundan əlavə, məhkəmə əmri imzalayan şəxsin səlahiyyətli şəxs olubolmamasını araşdırmamışdır. Habelə Əmək Məcəlləsinin 69 və 296-cı maddələrinin tələbləri də düzgün tətbiq edilməyərək, mübahisələndirilən əmrin iddiaçıya təqdim edilməsi barədə işdə hər hansı sənədin olub-olmaması araşdırılmadan qətnamə qəbul olunmuşdur. Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbləri pozularaq, mübahisələndirilən əmrin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə hansı tarixdə işlənməsinə əhəmiyyət verilməmişdir. Məhkəmə icraatı zamanı Mülki Prosessual Məcəllənin 357, 54 və 77-ci maddəsinin tələblərinə düzgün riayət olunmamışdır. Belə ki, iddia ərizəsində "xxxx" QSC iş üzrə cavabdeh kimi göstərilməsə də, apellyasiya şikayəti vermiş, məhkəmə isə X13 əsl olmayan tərəf olduğu halda, onu əvəz etmək imka nından istifadə etməmişdir. Eyni zamanda cavabdehin sübutları birinci instansiya məhkəməsinə təqdim etməməsinin səbəblərini araşdırmamışdır. Qeyd edilənlərə əlavə olaraq, qətnamə Ali Məhkəmənin Mülki Kollegiyasının 2(102)-5851/2020 və 2(102)-5479/2021 saylı qərarlarının mövqeyi ilə uyğunlaşmadığından məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur.

14. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (X1 (sədrlik edən və məruzəçi), X16 və X10) 2(102)-2547/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə Kassasiya şikayəti qismən təmin edilmiş, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 dekabr 2021-ci il tarixli, 2(106)-3632/2021 nömrəli ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

15. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki işin 4-cü vərəqəsində olan, İddiaçı oğli ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 16 mart 2021-ci il tarixli 1 saylı əmrdən görünür ki, həmin əmr "xxxx" QSC-nin X13 rəisi tərəfindən imzalanmışdır. Lakin mülki işin 5-ci səhifəsində olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişində iddiaçının işəgötürəni kimi "xxxx" QSC qeyd olunmuşdur. İş üzrə apelyasiya şikayətini birinci instansiya məhkəməsində cavabdeh kimi tanınmış X17 deyil, "xxxx" QSC vermişdir və apelyasiya instansiyası məhkəməsi hər hansı əsaslandırıcı izah olmadan apelyasiya şikayətini icraata qəbul etməklə işə baxmışdır. Məhkəmə tərəfindən bu ziddiyyətli hallar araşdırılmamamışdır.

16. Məhkəmə göstərmişdir ki, işəgötürən dedikdə - tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlam aq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs başa düşülür. İşəgötürən məfhumunun qanunla müəyyən olunan bu legal anlayış, əmək müqaviləsinə xitam verilməsi barədə əmrin etibarsız sayılması barədə işlərə baxılanda, əmri vermiş şəxsin səlahiyyətinin yoxlanması zəruriliyini ortaya çıxarır. Bu zaman nəzərə alınmalıdır ki, əmri verən şəxs mülkiyyətçi və ya hüquqi şəxsin rəhbəri olmaya bilər. işəgötürənin səlahiyyətləri nizamnamə ilə tənzimlənir və həmin səlahiyyətlər müvafiq əmrlə (sərəncam və ya qərarla) işəgötürənin müavinlərindən birinə, müəssisədən kənarda yerləşən struktur bölməsinin rəhbərinə həvalə edə bilər. Məhkəmələr əmri imzalamış şəxsin səlahiyyətini yoxlamaq üçün bu cür sübutları tələb etməmişdir. İddiaçı ilə əmək müqaviləsinin ləğv edilməsi barədə 16 mart 2021-ci il tarixli 1 saylı əmri verən X13 rəisinə bu cür səlahiyyətin verilməsi barədə sübut işdə yoxdur.

17. Göstərilən səbəblərdən kassasiya şikayətində irəli sürülmüş “əmri imzalamış şəxsin iddiaya cavab verməli olan tərəf olmaması” barədə dəlil üzrə qəti nəticəyə gəlmək mümkün deyil. İşin bu halı, işdə iştirak etməyə cəlb edilməmiş şəxslərin hüquq və vəzifələrinə dair onların hüquqlarının pozulmasına səbəb olan qətnamə çıxarılmasına şərait yaradır ki, bu da məhkəmə qətnaməsinin ləğv olunması üçün MPM-nin 418.4.6-cı maddəsində nəzərdə tutulmuş əsasdır. Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

18. Apellyasiya baxışında iştirak edən "xxxx" QSC-nin nümayəndəsi X14 apellya siya şikayətinin dəlillərini müdafiə etmiş, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

19. İddiaçının vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə qarşı etirazlarını bildirmiş, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

20. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (X2 (sədrlik edən və məruzəçi), X4 və X5) 2(106)-1767/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Azərbaycan Dəmir Yolları” QSC-nin apellyasiya şikayəti təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 19 avqust 2021-ci il tarixli, 2(036)-1469/2021 saylı qətnaməsi ləğv edilmiş, İddiaçı cavabdeh "xxxx" QSCnin X6rş ı “əmrin etibarsız hesab edilməsi, işə bərpa və məcburi buraxmaya görə əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin edilməmişdir.

21. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, məhkəməyə təqdim edilmiş "xxxx" QSC-nin Yük Daşımalar Departamentinin X13, "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş Əsasnaməsindən bəlli olur ki, X17, QSC-nin Yük Daşımalar Departamentinin tabeliyində olan struktur vahididir. Depo hüquqi şəxs deyil. Deponun Əsasnaməsinə uyğun olaraq, Depo rəisinə, rəis müavinləri, baş mühəndis və baş mühasib istisna olmaqla, digər işçilər ilə əmək müqaviləsi bağlamaq, onu dəyişdirmək və əmək müqviləsinə xitam vermək səlahiyyəti verilmişdir. Sözügedən Əsasnamədə, eləcə də hər hansı əlavə əmr və ya sərəncamla Depoya məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində iştirak et mək səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır.

22. Qanunun tələbinə görə iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə birinci instansiya məhkəməsində işin məhkəmədə baxılmağa hazırlanması mərhələsində yol verilir. Apellyasiya baxışında tərəfin əvəz edilməsinə yol verilmir. Bu baxımdan, Kollegiya hesab etmişdir ki, iddia əsl cavabdehə qarşı yönəlmədiyi halda, məhkəmə mülki prosessual hüquq normalarının tələblərini pozmaqla işə baxmışdır.

23. Məhkəmə öz mövqeyini əsaslandırarkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3, 11.1 və 188-ci, Mülki Məcəllənin 43.1, 49.1 və 50.4-cü və Mülki Prosessual Məcəllənin 14.2, 54.1, 76.1, 76.2, 77.1, 358-360 və 362-ci ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayət inin dəlilləri

24. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1767/2022 saylı xx.xx.2022-ci il tarixli qətnaməsindən iddiaçı (Vəkil Məhəbbət oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

25. Kassasiya şikayəti iddia ərizəsində olan eyni dəlillərlə əsaslandırılmış, şikayətin hüquqi əsası kimi iddia ərizəsində istifadə edilən normalara istinad olunmuşdur. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi

26. Maddə 3, 1 və 3-cü hissələr. Müəssisə-mülkiyyətçinin təşkilati-hüquqi formasından, adından və fəaliyyət növündən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaratdığı hüquqi şəxs, onun və xarici hüquqi şəxsin filialı, nümayəndəliyi. İşəgötürən — tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxs.

27. Maddə 68, 1 və 2-ci hissənin a) bəndi. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür.

28. Maddə

188. İntizam tənbehi vermək səlahiyyəti olan vəzifəli şəxslərin dairəsi müəyyən edilərək göstərilir ki, intizam tənbehi, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən verilə bilər. Azərbaycan Respublikası Mülki Məcə lləsi

29. Maddə 43.1. hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır.

30. Maddə 50.1. Hüquqi şəxsin öz təşkilati-hüquqi formasını göstərən adı olur. Qeyri-kommersiya təşkilatının adında hüquqi şəxsin fəaliyyətinin xarakteri göstərilməlidir.

31. Maddə 53.1. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və hüquqi şəxsin mənafelərini təmsil və müdafiə edən ayrıca bölməsi nümayəndəlik sayılır.

32. Maddə 53.2. Hüquqi şəxsin olduğu yerdən kənarda yerləşən və onun funksiyalarının hamısını və ya bir hissəsini, o cümlədən nümayəndəlik funksiyalarını həyata keçirən ayrıca bölməsi filial sayılır.

33. Maddə 53.3. Nümayəndəliklər və filiallar hüquqi şəxs deyildirlər və hüquqi şəxsin təsdiq etdiyi əsasnamələr üzrə fəaliyyət göstərirlər. Nümayəndəliklərin və filialların rəhbərləri hüquqi şəxs tərəfindən təyin edilir və onun etibarnaməsi əsasında fəaliyyət göstərirlər. Təsisçilərinin əcnəbilər və ya xarici hüquqi səxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinləri Azərbaycan Respublikasının vətəndaşları olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 49.1. Öz fəa liyyəti ilə məhkəmədə hüquqlarını həyata keçirmək və vəzifələrini yerinə yetirmək, işin aparılmasını nümayəndəyə tapşırmaq qabiliyyəti (mülkiprosessual fəaliyyət qabiliyyəti) tam həcmdə yetkinlik yaşına çatmış hər bir fiziki şəxsə və qanunvericiliklə müəyyən edilmiş qaydada qeydə alınmış hüquqi şəxsə məxsusdur.

36. Maddə 50.4. Qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər.

37. Maddə 54.1. İddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilmə sinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun.

38. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

39. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət h əddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294 və 296-cı maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli Qərarı. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2024-cü il tarixli Qərarı. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində iddiaçı qətnaməni tam mübahisələndirildiyi ndən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kə kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. İddiaçının kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təs diq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

47. İş üzrə əsl cavabdehin "xxxx" QSC deyil, QSC-nin X3ması barədə kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi bu məsələnin həlli zamanı da düzgün nəticəyə gəlmiş, haqlı olaraq hesab etmişdir ki, X17 "xxxx" QSC-nin sədri tərəfindən təsdiq edilmiş Əsasnaməyə əsasən fəaliyyət göstərən struktur vahididir, Depo hüquqi şəxs deyildir. Deponun Əsasnaməsinə uyğun olaraq, Depo rəisinə, rəis müavinləri, baş mühəndis və baş mühasib istisna olmaqla, digər işçilər ilə əmək müqaviləsi bağlamaq, onu dəyişdirmək və əmək müqaviləsinə xitam vermək səlahiyyəti verilmişdir. Sözügedən Əsasnamədə, eləcə də hər hansı əlavə əmr və ya sərəncamla Depoya məhkəmələrdə iddiaçı və ya cavabdeh qismində iştirak etmək səlahiyyətinin verilməsi nəzərdə tutulmamışdır.

48. Göstərilən məsələnin həlli ilə bağlı Ali Məhkəmə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1 və 3-cü hissələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1, 50.1 və 50.4-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir. Konstitusiya Məhkəməsi Plenumunun bu barədə olan 22 fevral 2024-cü il tarixli Qərarına görə də mülki hüquq münasibətlərində hüquqi şəxs hər hansı müqavilənin bərabər hüquqlu subyekti olaraq istənilən tərəfi ola bildiyi halda, əmək hüquq münasibətlərində hüquqi şəxs yalnız işəgötürən qismində çıxış edir.Qanunvericinin Əmək Məcəl ləsinin 3-cü maddəsinin 3-cü hissəsində işəgötürənə verdiyi anlayışa görə, işəgötürən tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir.

49. Bununla da qanunverici həm hüquqi şəxs olan mülkiyyətçini, həm də onun təyin etdiyi müəssisə rəhbərlərini işəgötürən olaraq qəbul edir. Lakin filialın və ya nümayəndəliyin, eləcə də digər struktur vahidinin rəhbərinin işəgötürən kimi çıxış etməsini hüquqi şəxsin qəbul etdiyi əsasnamə və ya verdiyi etibarnamə ilə şərtləndirir. Hüquqi şəxsin filial və ya nümayəndəliyinin, eləcə də hər hansı struktur vahidinin əmək münasibətlərində tərəf (işəgötürən) olaraq çıxış edə bilmə imkanı onun mülki prosessual fəaliyyət qabiliyyətli olmasını ifadə etmir. Mülki prosessual hüquq və fəaliyyət qabiliyyəti yalnız mülki prosessual qanunvericilikdə müəyyən edilmiş subyektlərə münasibətdə tanınır.

50. Mülki prosessual qanunvericiliyin tələblərinə müvafiq olaraq mülki prosesin tərəfi olmaq mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmaqla şərtlənir. Müstəqil şəkildə hüquqlar əldə edə və maddi hüququn subyektinə çevrilə bilməyən, yəni mülki hüquq qabiliyyətinə malik olmayan hüquqi şəxsin struktur bölməsinin müvafiq olaraq müstəqil şəkildə mülki prosessual fəaliyyət qabiliyyəti əldə edə bilməsi və mülki prosesin tərəfi olması da istisna edilir.

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 53 və 54-cü maddələrinin hüquqi mahiyyətinə, eləcə də Azər baycan Respublikası Mülki Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə müvafiq olaraq, hüquqi şəxsin struktur bölməsi mülki prosessual fəaliyyət qabiliyyətinə malik olmadığına görə, müvafiq məhkəmə mübahisələrində yalnız hüquqi şəxsin adından sonuncunun təsdiq etdiyi əsasnamə və ya verdiyi etibarnamə əsasında çıxış edə bilər.

52. İddiaçının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MP M-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.

53. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini və iş üzrə kassasiya instansiya məhkəməsinin qararındakı göstərişləri nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəf li araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qər ara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının kollegiyasının 2(103)-1767/2022 nömrəli iş üzrə 6 sentyabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar