Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-40/2025 10.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən), əmək haqqı və zərərin ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin 22 may 2024-cü il tarixli, 2(103)-3211/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 10 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakı qər arı qəbul etdi. İşin faktiki halları
1. Cavabdeh MMC ilə İddiaçı arasında 25 aprel 2023-cü il tarixdə bağlanmış əmək müqaviləsinə əsasən, İddiaçı həmin MMC-də əsas iş yeri kimi logistika şöbəsində sürücü vəzifəsinə təyin edilmişdir. Əmək haqqının məbləği aylıq 345 manatı təşkil etmişdir. 2. 4 dekabr 2023-cü il tarixli, İddiaçı Talıb oğlu ilə bağlanmış xxxxxxx000400 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən xx.xx.2023-cü il tarixindən xitam verilməsi, işçinin xx.xx.2023-cü il tarixindən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 13 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsinin Maliyyə şöbəsinə/departamentinə həvalə edilməsi və işçinin əmək kitabçasında lazımi qeydlər aparılaraq özünə təhvil verilməsi qərara alınmışdır.
3. İddiaçı arvadı X6 23 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölmüşdür.
4. Cavabdeh MMC tərəfindən İddiaçı 29 noyabr 2023-cü il tarixli, 44 nömrəli məktub ünvanlanmış və həmin məktubda “21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixindən bu günə kimi işə gəlmirsiniz. Bu barədə sizinlə istifadə etdiyiniz ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb, siz zənglərə cavab verməmisiniz, işə gəlməməyinizin səbəbini izah edən rəsmi sənədi Şirkətə (xəstəlik vərəqəsi) təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, əmək intizamı nı kobud surətdə pozduğunuza görə 08 dekabr 2023-cü il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.” məzmunda məlumat verilmişdir. 5. "TAC” MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktda İddiaçı xx.xx.2023-cü il tarixdə spirtli içki qəbul edərək işə gələrək tibbi müayinə keçməkdən və yazılı izahat verməkdən imtina etdiyi qeyd olunmuşdur. 6. "TAC” MMC tərəfindən təqdim olunmuş xx.xx.2023-cü il tarixli aktda İddiaçı 21, 22, 23, 24, 28, 29, 30 noyabr və 01 dekabr 2023-cü il tarixlərində üzrlü səbəb olmadan işə gəlmədiyi və bununla bağlı izahat yazmaqdan imtina etdiyi qeyd edilmişdir. Eyni zamanda, "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən İddiaçı xx.xx.2023- cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinin pozulduğu, ödənilmədiyi məlum olmuşdur.
7. Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-5/2-T-2649/7/2024 №-li məktubda qeyd edilmişdir ki, İddiaçı təqdim etdiyi əmək haqqı ödənişlərinə dair bank hesabından çıxarışla 2023-cü ilin may ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyun ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü ilin iyul ayının əmək haqqının xx.xx.2023-cü il tarixində, 2023-cü il avqust ayının əmək haqqının isə xx.xx.202 3-cü il tarixində gecikdirilərək ödənildiyi, nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərinin pozulduğu, həmçinin, "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanıb ödənilməməsi səbəbindən, "TAC” MMC-nin direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN1933621 nömrəli inzibati xəta haqqında protok ol tərtib edilmiş və həmin protokollara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Həmçinin, MMC-nin rəhbərinə son haqqhesabların qanunvericiliyə uyğun hesablanıb ödənilməsinin təmin edilməsi ilə bağlı məktub göndərilmiş, sonuncunun nəzərinə əmək haqlarının hesablanmasına dair sənədlər təqdim edilmədiyindən son haqq-hesabın əmək müqaviləsində nəzərdə tutulmuş əmək haqqına uyğun hesablanıb-hesablanmamasını müəyyən etməyin mümkün olmaması çatdırılmış və Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 11-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməsi məqsədilə "TAC” MMC-nin rəhbərliyinə müraciət etməsi məqsədəuyğun hesab edilmişdir. Məlumat üçün bildirilmişdir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq sahədə aparılan yoxlamalar xx.xx.2025ci il tarixinədək dayandırıldığından müraciətdə qeyd etdiyi məsələlərin yerində araşdırılması mümkün olmamışdır. Müraciətdə qeyd edilmiş məsələnin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması da bildirilmişdir.
8. Cavabdeh MMC-nin kadrlar şöbəsinin rəisi X3, avto-nəqliyyat şöbəsinin rəisi X4 və avto-nəqliyyat şöbəsinin mexaniki X1 tərəfindən tərtib edilmiş 02 dekabr 2023-cü il tarixli akta əsas ən, sürücü İddiaçı 21, 22, 23, 24, 28, 29, 30 noyabr və 01 dekabr 2023-cü il tarixlərində üzrlü səbəb olmadan işə gəlməmiş və işə gəlməməsi barədə izahat yazmaqdan imtina etmişdir.
9. Cavabdeh MMC-nin direktoru X2 tərəfindən qəbul edilmiş 04 noyabr 2023-cü il tarixli, C/04-11-23/58 nömrəli əmrlə 8 və 9 noyabr 2023-cü il tarixləri Şirkətdə qeyri-iş günü hesab edilmiş, zərurət yarandıqda əməkdaşların razılıqları əsasında işə çağrıla biləcəkləri, işə çağrılan işçilərin əmək haqqının müvafiq qaydada hesablanması və əmrin şəxsi heyətə elan edilməsi əmr edilmişdir. 10. 03.10.2023-cü il tarixli internet çıxarışına görə, Cavabdeh MMC-də sürücü vəzifəsində işləyən sürücülər etiraz edərək işə çıxmaqdan imtina etmişlər.
11. Cavabdeh MMC tərəfindən verilmiş 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışd a İddiaçı ilə 25 aprel 2023-cü il tarixli əmək müqaviləsinin bağlanılması, əmək müqaviləsinə əsasən 30 gün sonra ona əmək haqqının verilməsi, habelə 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr ayları üçün aylıq əmək haqqı “163 manat”, müvafiq olaraq verilmə tarixləri aylara uyğun ardıcıl olmaqla “xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2024”, iyun ayı üçün 9 gün gecikmə, noyabr ayı üçün 28 gün gecikmə, oktyabr ayı üçün 3 gün gecikmə qeyd edilməklə müvafiq olaraq iyun ayı üçün 14.67 manat, noyabr ayı üçün 34.92 manat və noyabr ayı üçün 4.89 manat olmaqla, cəmi 54.48 manat veriləcək məbləğ hesablanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
12. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət ed ərək Cavabdeh MMC tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli A/04-12-23/46 nömrəli əmrin ləğv edilərək onun əvvəlki işinə bərpa edilməsi, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi, xx.xx.2023-cü il tarixdə iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyinə görə əmək haqqı ödənilməsi, həmin gün üçün, eləcə də, 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarına görə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsi, vurulmuş maddi zərərə görə 1452 manat məbləğində, mediasiya təşkilatının hesabına ödənilmiş 50 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
13. İddiaçı iddia ərizəsini işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə cavabdeh təşkilatda ehtiyat sürücü vəzifəsində işə qəbul olunarkən ona bildirmişlər ki, şirkətin iş rejimi 6 günlük iş həftəsidir, zərurət olduğu halda bazar günləri də işə çağrılacaqdır. Onun gündəlik iş vaxtı 8 saat, aylıq əmək haqqı isə 700-800 manat olacaq və hər ay gecikdirilmədən vaxtlı-vaxtında ödəniləcəkdir. Lakin sonradan ona məlum olmuşdur ki, maaş kartına cəmi 163 manat məbləğində pul köçürülür, qalan məbləğ isə xeyli gecikmə ilə kassadan hissə-hissə nağd şəkildə ödənilir. Əmək haqqı vaxtında ödənilmədiyindən həddindən artıq maddi çətinliklərlə üzləşir. O, problemləri ilə bağlı xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixlərdə elektron qaydada və xx.xx.2023-cü il tarixdə poçt vasitəsi ilə yazılı ərizə ilə Cavabdeh MMC-nin prezidentinə müraciət etmiş, lakin heç bir nəticə əldə edə bilməmişdir. Bu səbəbdən də, xx.xx.2022-ci il tarixdə 52 yaşında xərçəng xəstəliyindən vəfat etmiş həyat yoldaşının məzar daşını düzəltdirməyə və il mərasimini keçirməyə maddi imkanı olmamışdır. Hər dəfə maaş almaq üçün şirkətin kassirinə müraciət etdikdə ona bildirilmişdir ki, rəhbərlik işçilərin maaşı üçün pul ayırmır, deyir pul yoxdur, kimin xoşu gəlmirsə işdən çıxsın. Şirkətin avtomobil xidmətinin rəisi Samir Kərimov da hər gün mütəmadi olaraq onu məcbur edirdi ki, ərizə yazıb işdən çıxsın. Deyirdi “rəhbərlik sənə görə məni çox incidir, ya öz xoşunla ərizə yazıb işdən çıx, ya da özüm səni işdən qovduracağam”. Nəhayət, xx.xx.2023-cü il tarixdə mühafizəçi onu işə buraxmamış və bildi rmişdir ki, kadrlar bölməsinin rəisi onlara göstəriş verib ki, onu şirkətin ərazisinə buraxmasınlar. Kadrlar bölməsinin rəisi Orxan müəllimlə telefon əlaqəsi saxlamış və o, ona bildirmişdir ki, “sən artıq işdən qovulmusan. Gələn həftənin bazar ertəsi günü saat 15:00-dan sonra gəlib bayırda gözləyərsən, əmrin surətini və son haqq-hesabı gətirib sənə verəcəklər”. xx.xx.2023-cü il tarixdə ona yalnız “Əmək müqaviləsinə xitam verilməsi barədə" xx.xx.2023-cü il tarixli A/04-12-23/46 nömrəli əmrin kserosurəti təqdim edilmişdir. Həmin əmrin məzmunundan açıq-aydın görünür ki, onunla əmək müqaviləsinə xitam verilməsi üçün heç bir əsas mövcud olmamışdır və işəgötürənin məqsədi onu işdən kənarlaşdırmaqla şirkətdə törədilən ciddi qanun pozuntularını gizlətmək olmuşdur. Bundan əlavə, xx.xx.2023-cü il ta rixdə əmrin surətini alıb evə qayıtdıqdan sonra poçt vasitəsi ilə Cavabdeh MMC tərəfindən onun yaşadığı ünvana göndərilən 44 №-li xx.xx.2023-cü il tarixli məktubu almışdır. Həmin məktubda isə qeyd edilmişdir ki, “21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixindən bu günə kimi işə gəlmirsiniz. Bu barədə sizinlə istifadə etdiyiniz ***-***-**-** mobil telefon nömrəsi ilə əlaqə saxlanılıb, siz zənglərə cavab verməmisiniz, işə gəlməməyinizin səbəbini izah edən rəsmi sənədi Şirkətə (xəstəlik vərəqəsi) təqdim etməmisiniz. Qeyd olunanları nəzərə alaraq, əmək intizamını kobud surətdə pozduğunuza görə 08 dekabr 2023-cü il tarixdə sizinlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinə əsasən xitam veriləcək.” İlkin olaraq onu bildirmişdir ki, 23 noyabr 2023-cü il tarixdə mərhum həyat yoldaşının il mərasimi keçirilməli idi və rəhbərliyin bu barədə məlumatı var idi. Yasa gələn qonaqları heç olmasa əli boş da olsa qəbul edib qarşılarına heç olmasa bir stəkan çay qoymaq vəzifəsi isə birbaşa olaraq hüzr sahibinin üzərinə düşür. Digər tərəfdən, xx.xx.2023-cü il tarixdən başlayaraq şirkətin rəhbərinə dəfələrlə etdiyi müraciətlərin heç bir nəticəsi olmadığı üçün Konstitusiyanın 36-cı və Əmək Məcəlləsinin 295-ci maddəsində nəzərdə tutulmuş tətil hüququndan istifadə edə bilər. xx.xx.2023-cü il tarixdə 4 saylı Bakı DOST Mərkəzindən ona təqdim edilən Sosial Arayışdan görünür ki, 25 aprel 2023-cü il tarixdə Cavabdeh MMC ilə onun arasında xxxxxxx000400 nömrəli müddətsiz əmək müqaviləsi bağlanmışdır. Həmin müqavilə ilə aylıq əmək haqqı 345 manat müəyyən edilmiş, lakin digər hissələrdə işəgötürən tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 43-cü (əmək müqaviləsinin məzmunu), 44-cü (əmək müqaviləsinin forması) maddələrinin tələblərinə riayət edilməmiş, iş rejimi qeyri-müəyyən olaraq “digər” göstərilmiş, iş saatları, nahar fasiləsinin vaxtı və başqa zəruri məlumatlar ümumiyyətlə göstərilməmişdir. Həmin tarixdə Paşa Bankdan ona təqdim edilən çıxarışdan isə görünür ki, onun maaş kartına xx.xx.2023-cü il tarixdə aprel ayının əmək haqqı üçün 57.5 manat əvəzinə 27.86 manat az, cəmi 29.64 manat məbləğində, xx.xx.2023-cü il tarixdə may ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə iyun ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə iyul ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə avqust ayının əmək haqqı üçün, xx. xx.2023-cü il tarixdə sentyabr ayının əmək haqqı üçün, xx.xx.2023cü il tarixdə oktyabr ayının əmək haqqı üçün, xx.xx.2023-cü il tarixdə noyabr ayının əmək haqqı üçün 345 manat əvəzinə, hər ay 181.99 manat az, cəmi 163.01 manat məbləğində, xx.xx.2023-cü il tarixdə işəgötürənin son haqq-hesabı düzgün hesablanmamış, 223 manat əvəzinə, 151 manat az, cəmi 72 manat məbləğində pul köçürülmüş və bunların nəticəsində cavabdeh tərəfindən ona 1452 manat məbləğində maddi zərər vurulmuşdur.
14. Cavabdeh MMC-nin nümayəndələri MMC-yə qarşı irəli sürülmüş iddia tələbini qəbul etməməklə iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
15. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2212/2024 saylı, 04 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakim Pərviz Məmmədo v) iddia qismən təmin edilmiş, İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh MMC tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli əmrin ləğv edilməsi, İddiaçı öz vəzifəsinə, yəni Cavabdeh MMC-nin logistika şöbəsində sürücü vəzifəsinə işə bərpa edilməsi və ona məcburi iş buraxmaya görə 04 dekabr 2023-cü il tarixdən işə faktiki bərpa ediləcəyi vaxtadək əmək haqqı ödənilməsi, İddiaçı Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq bir gün üçün əmək haqqı ödənilməsi, Cavabdeh MMC-dən əmək haqqının verilməsinin gecikdirilməsi səbəbindən 54.48 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, 35 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin 50%, yəni 42.5 manat Cavabd eh MMC-dən iddiaçının xeyrinə tutulması, qalan 50%, yəni 42.5 manatın iddiaçıya aid edilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır.
16. Məhkəmə ilkin olaraq qeyd etmişdir ki, iddiaçı ilə əmək münasibətlərinə xitam verilməsi barədə 04 dekabr 2023-cü il tarixli əmr əsaslandırılmamışdır, iddiaçının izahatı alınmamış, əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər əmrdə qeyd edilməmiş, əmrə əlavə edilməmişdir. Cavabdeh tərəf iddiaçının izahatının alınmamasını bu barədə tərtib edilmiş aktı təqdim edərək, iddiaçını izahat verməkdən imtina etməsi ilə əsasandırsa da, məhkəmə bu dəlili ağlabatan hesab etmir.
17. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının 21-25 noyabr 2023-cü il tarixlərində və 27 noyabr 2023-cü il tarixdə İddiaçı işə çıxmaması üzrlü sə bəblə, yəni 23 noyabr 2022-ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasiminin təşkil edilməsi ilə bağlı olmuşdur.
18. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq, belə qənaətə gəlmişdir ki, cavabdeh təşkilat tərəfindən qeyd edilmiş halın üzrlü səbəb kimi qiymətləndirilməməsi, iddiaçı tərəfin izahatının alınmaması, məhz bu əsasa görə əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tədbirlərindən ən sərt olanının işəgötürən tərəfindən seçilməsi və işçi üzərində tətbiq edilməsi ədalətsiz və qanunsuz olmaqla işçinin mənafelərinə zidd olmuşdur.
19. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı İddiaçı öz razılığı ilə xx.xx.2023-cü il tarixdə, yəni iş günü hesab edilməyən bayram günündə (Zəfər günü) işə cəlb edilmiş, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun olaraq ona əmək haqqı ödənilməmişdir.
20. Bu hal özü mülki işdə olan sübutlarla, yəni İddiaçı Cavabdeh MMC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına ünvanladığı müraciətləri əsasında Azərbaycan Respublikası Əmək və və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsində aparılmış araşdırma zamanı da öz təsdiqini tapmışdır. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən İddiaçı ünvanlanmış 18 yanvar 2024cü il tarixli 3-17-5/2-T-2649/7/2024 saylı məktubda "TAC” MMC-nin rəhbərliyi tərəfindən təqdim olunmuş iş vaxtının uçotu cədvəllərindən onun xx.xx.2023-cü il tarixində iş günü hesab edilməyən bayram günü işə cəlb edildiyi və buna görə əmək haqqının ödənilməsində Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğun hesablanıb ödənilməməsi müəyyən edilmiş və "TAC” MMCnin direktoru X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü və 198.1.5-ci maddələrinə əsasən xx.xx.2023-cü il tarixli MN ******* nömrəli və xx.xx.2023-cü il tarixli MN1933621 nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokollara əsasən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Bu səbəbdən də, məhkəmə hesab edi r ki, iddiaçının həmin hissə də tələbi əsaslı olduğundan onun qeyri-iş günü işə cəlb edilməsi ilə bağlı əmək haqqı cavabdeh təşkilat tərəfindən ona ödənilməlidir.
21. Əmək haqqının verilməsinin gecikdirilməsinə münasibətdə məhkəmə hesab etmişdir ki, İddiaçı iddia tələbində 2023-cü ilin aprel, may, iyun, iyul, avqust, sentyabr, oktyabr və noyabr aylarına görə əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində ödənc verilməsini məhkəmədən xahiş etsə də, həmin aylar üçün əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Lakin işəgötürən tərəfindən məhkəməyə təqdim edilmiş 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışla təsdiq edilmişdir ki, həqiqətən əmək haqqının verilməsində iyun ayı üçün 9 gün gecikmə, sentyabr ayı üçün 28 gün gecikmə, oktyabr ayı üçün 3 gün gecikmələr olmuş və həmin gecikmələr nəticəsində 14.67 manat, 34.92 manat və 4.89 manat olmaqla, cəmi 54.48 manat məbləğində işçiyə ziyan dəymişdir. Bu səbəbdən də, iddiaçının həmin hissədə də tələbi əsaslı olduğundan təmin edilməlidir.
22. Bununla yanaşı məhkəmə qeyd etmişdir ki, iddia tələbi vurulmuş maddi zərərə görə 1452 manat məbləğində vəsaitin cavabdeh təşkilatdan tutulması hissəsində sübutlarla təsdiq edilmədiyindən təmin olunmamalıdır. Belə ki, iddia ərizəsinin məzmunu ilə də, iddiaçı tərəfindən bir daha təsdiq edilmişdir ki, əmək haqqısı aylıq 345 manat olmaqla, həmin məbləğin 163 manatı onun kart hesabına, digər məbləğ isə hissə-hissə ödənilmişdir.
23. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 54, 70 (“ç” bəndi), 71 (2-ci və 3-cü hissəsi), 72, 74, 83, 84, 172, 186 (2-ci hissəsi), 300-cü maddələrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
24. İddiaçı və cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətləri vermişlər.
25. İddiaçının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işə səhlənkar yanaşaraq sübutlara tam baxmamış, işdə olan Bakı “DOST” Mərkəzindən təqdim edilən Sosial Arayışa, Paşa Bankdan verilən çıxarışa tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiym ət verməmiş və gəlmiş olduğu yekun nəticəni özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Qətnamənin əsaslandırıcı hissəsində işdə olan xx.xx.2023-cü il tarixində 4 saylı Bakı “DOST” Mərkəzindən təqdim edilən Sosial Arayış və eyni tarixdə Paşa Bankdan verilən çıxarış göstərilməmiş, onları rədd və ya qəbul etmək üçün istinad edilmiş dəlillər, rəhbər tutulmuş qununlar və ya digər hüquqi aktlar göstərilməmiş, həmin hissədə yalnız ümumi ifadələrdən istifadə edilmişdir. İddiaçı qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilməsini, iddianın tam təmin edilməsi və Bakı Apellyasiya Məhkəməsinə ödənilmiş dövlət rüsumunun qarşı tərəfdən tutularaq ona ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
26. Cavabdehin apellyasiya şikayəti onunla əs aslandırılmışdır ki, qanunvericilikdə açıq-aydın qeyd olunub ki, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunan haldır. İldönümü ilə bağlı hər hansı bir istisna halı mövcud deyildir. Bundan başqa, iddiaçının 6 gün ildönümünə hazırlaşması ağlabatan hal deyildir. İşəgötürənə məlumat verilməklə 1 gün ola bilər. İddiaçı isə cavabdehə hər hansı bir məlumat verməmişdir intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. Bununla bağlı olaraq qeyd etmək istərdik ki, iddiaçıya işə gəlməməsi barədə izahat verməyi bildirilmiş, o isə izahat verməkdən imtina etmiş və bununla bağlı Akt tərtib olunmuşdur. İddiaçı özü də məhkəmədə onun izahat verilməsi ü çün dəvət edilməsini və izahat vermək üçün müəssisəyə getmədiyini təsdiqləmişdir. İşə baxan hakim AR ƏM 84cü maddəsinin tələbini əsas götürməklə İddiaçı ilə bağlanmış əmək müqaviləsinin ləğv edilməsi barədə Cavabdeh tərəfindən qəbul edilmiş 04 dekabr 2023-cü il tarixli, A/04- 12-23/146 nömrəli əmrin ləğv edilməsi barədə qətnamə qəbul etmişdir. Halbuki, AR ƏM 84-cü maddəsinin tələbində əmrin ləğv edilməsi nəzərdə tutulmamışdır. Cavabdeh iddiaçı ilə telefon əlaqəsi saxlamaqla da işə gəlməyini və ya gəlməməyinin səbəbi barədə gəlib izahat verməyini ona bildirmişdir. Cavabdeh tərəfindən telefonla əlaqə saxlanılması faktını iddiaçı özü də məhkəmə iclasında təsdiq edərək ona əmək haqqı verilmədiyindən tətil etdiyini bildirmişdir. Bundan başqa, cavabdeh tərəfindən verilmiş 04 dekabr 2023-cü iltar ixli, A/04-12-23/146 nömrəli əmr sosial.gov.az da qeyd olunmuş cədvəldə formaya uyğun olaraq tərtib edilmişdir. Həmin cədvəldə əmrin əsaslandırılmasının doldurulması məcbur deyildir. Əgər məcburi olsaydı, onda əmr sosial.gov.az göstərilmiş sistem tərəfindən təsdiq olunmazdı. İddiaçı məhkəməyə müraciət etməmişdən əvvəl Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliy Xidmətinə də şikayət ərizəsi ilə müraciət etmişdir. Həmin Xidmət tərəfindən cavabdehə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4cümaddəsinə əsasən inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə cərimə edilir. Göründüyü kimi, əmək müfəttişliyi yalnız müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalara görə inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir. Əgər 04 dekabr 2023-cü il tarixli, A/04-12-23/146 nömrəli əmr qanunsuz olsaydı, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək MüfəUişliyi Xidməti bununla bağlı cavabdehə qarşı müvafiq inzibati tənbeh tədbiri görmüş olardı. Bu fakt onu sübut edərək təsdiq edir ki, 04 dekabr 2023-cü il tarixli, A/04-12- 23/146 nömrəli əmr əmək qanunvericiliyinin t ələblərinə uyğun olaraq hazırlanmışdır. Cavabdeh qətnamənin ləğv, iddianın rədd olunmasını xahiş etmişdir.
27. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3211/2024 nömrəli iş üzrə 22 may 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər A.Ə.İsgəndərov (sədrlik edən və məruzəçi), V.N.Sadıqov və M.Ə.Rüstəmli) apellyasiya şikayətləri qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair” hissədə ləğv edilərək iddia tələbi həmin hissədə təmin edilməmişdir. Qətnamə hər gecikdirilmiş gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc verilməsi hissəsində dəyişdirilmiş, Cavabdeh MMC-dən əmək haqqının verilməsinin gecikdirilməsi ilə əlaqədar ol araq 634,8 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməsi və qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
28. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqının ödənilməsi tələbinə dair hissədə işin hallarını düzgün müəyyən etsə də, qətnamədə gəlinən nəticə həmin hallara uyğun olmamış və maddi, prosessual hüquq normaları bu hissədə düzgün tətbiq olunmamışdır.
29. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən müəyyən etmişdir ki, iddiaçı 21-25 noyabr, 27 noyabr, 1-2 dekabr 2023-cü il tarixlərində işə çıxmamışdır. O, göstərilən tarixlərdə işə çıxmamasının səbəbini 23 noyabr 2022-ci il tarixdə vəfat etmiş arvadının ildönümü mərasimi nin təşkil edilməsi və əmək haqqının verilməməsi səbəbindən təkbaşına tətil elan etməsi ilə izah etmişdir.
30. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla, heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Göründüyü kimi qanunvericilikdə yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunması qeyd edilir. İldönümü ilə bağlı hər hansı bir istisna halı mövcud deyildir. Digər tərəfdən, iddiaçının həyat yoldaşının vəfatı ilə bağlı ildönümünə hazırlaşması işəgötürənə məlumat verilməklə 1 gün ola bilərdi. İşdən göründüyü kimi iddiaçı bununla bağlı cavabdehə hər hansı bir məlumat verməmişdir.
31. Məhkəmə kollegiyası iddiaçının təkbaşına tətil elan etməsi ilə bağlı dəlilini əsassız sayaraq qeyd etmişdir ki, tətil yalnız Əmək Məcəlləsinin 270-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda və 271-273-cü maddələrində göstərilən qaydada keçirilə bilər. Tətil keçirilməsi haqqında qərar işçilərin yığıncağında (konfransında) və yaxud həmkarlar ittifaqları təşkilatı (birliyi) tərəfindən bu Məcəllənin 262-ci maddəsində müəyyən edilmiş qaydada qəbul edilir (maddə 271). Tətilin başlanmasına ən geci 10 iş günü qalmış əmək kollektivi və ya həmkarlar ittifaqları orqanı işəgötürənə tətil keçiriləcəyi barədə yazılı məlumat verməlidir (maddə 272). Kollektiv əmək mübahisəsinin həllinin istənilən mərhələsində qısamüddətli (bir saata qədər) xəbərdarlıq tətili keçirilə bilər. Xəbərdarlıq tətili ba rədə qərar bu Məcəllənin 262-ci maddəsinin qaydalarına əməl edilməklə qəbul edilir. Tətilə ən geci 3 iş günü qalmış bu barədə işəgötürənə yazılı məlumat verilməlidir. Göründüyü kimi, iddiaçının tətil elan etməsi ilə bağlı dəlilinin də heç bir hüquqi əsası olmamışdır.
32. İddiaçının ona göndərilən məktubda göstərilən xx.xx.2023-cü il tarixdə deyil, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilməsi ilə bağlı dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Əmək müqaviləsinə bu əsasla xitam verilərkən xəbərdarlıq müddətinin müəyyən edilməsi, yaxud gözlənilməsi qüvvədə olan əmək qanunvericiliyində nəzərdə tutulmamışdır. Belə olan halda işəgötürən iddiaçı ilə əmək müqaviləsi nə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verməkdə haqlı olmuş, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən əmək qanunvericiliyinin tələblərinə əməl olunmuş, hər hansı pozuntuya yol verilməmişdir.
33. Həmçinin intizam tənbehi tətbiq edilməmişdən əvvəl iddiaçıdan izahat tələb olunmuş, lakin o, izahat verməkdən imtina etmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbinə görə işçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
34. Məhkəmə əmək haqqının verilməsinin gecikdirilməsinə münasibətdə qeyd etmişdir ki, X5 Xidməti apardığı araşdırma ilə may, iyun, iyul, avqust aylarının əmək haqqının ödənilməsində gecikmələrə yol verildiyini müəyyən etsə də, sentyabr və oktyabr aylarının əmək haqqının vaxtında ödənilib- ödənilməməsi ilə bağlı hər hansı araşdırma aparmamışdır. Həmin aylar üçün əmək haqqının hansı tarixdə ödənildiyi Cavabdeh MMCnin özünün 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışında aydın şəkildə göstərilmişdir. Belə ki, həmin arayışda sentyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə və oktyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə ödənildiyi qeyd edilmişdir.
35. Cavabdeh MMC-nin 02 aprel 2024-cü il tarixli, 27 №-li arayışına əsasən müəyyən edilmişdir ki, işəgötürən əmək haqqının ödənilməli olduğu tarixlə bağlı fərqli mövqe nümayiş etdirmişdir. İşəgötürənin mövqeyinə görə əmək müqaviləsinin şərtlərinə əsasən əmək haqqı 30 gün sonra verilməlidir. İşəgötürən bu əsasla hesablama apararaq, 2023-cü ilin may ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə ödənilməsində hər hansı gecikmə olma dığı, 2023-cü ilin iyun ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 9 gün gecikmə ilə, 2023-cü ilin iyul ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni gecikmə olmadan, 2023-cü ilin avqust ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni gecikmə olmadan, 2023-cü ilin sentyabr ayı üçün əmək haqqının xx.xx.2023cü ildə, yəni 28 gün gecikmə ilə, 2023-cü ilin oktyabr ayı üçün əmək haqqının xx.xx.2023-cü ildə, yəni 3 gün gecikmə ilə ödənildiyi qənaətinə gəlmişdir.
36. Məhkəmə kollegiyası cavabdehin əmək haqqının ödənilməli olduğu tarix və gecikmələrlə bağlı bu mövqeyini Əmək Məcəlləsinin 172-ci maddəsinin və tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərinə zidd hesab etmişdir. Belə ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin 4.1-ci bəndinə əsasən işçiyə hər a y 345 manat məbləğində əmək haqqı ödənilməlidir. Əmək müqaviləsinin 4.6-cı bəndinə əsasən əmək haqqı ayda 1 dəfə olmaqla hər ayın 30-da ödənilir (iş vər.81). İşəgötürən əmək müqaviləsinin bu şərtini “ayın 30-u” kimi yox, “30 gün ərzində” kimi qiymətləndirməklə yanlış mövqe nümayiş etdirmişdir.
37. Məhkəmə kollegiyası belə qənaətə gəlmişdir ki, işəgötürən əmək haqqının ödənilməsində gecikmələrə yol verməklə Əmək Məcəlləsinin 172-ci maddəsinin 1-ci hissəsinin və əmək müqaviləsinin 4.6-cı bəndinin tələblərini pozmuşdur. Əmək Məcəlləsinin 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. İddiaçının aylıq əmək haq qısı 345 manat təşkil etdiyindən hər gün üçün əmək haqqının bir faizi məbləğində ödənc 3,45 manat təşkil edir. Bu rəqəm 2023-cü ilin may ayı üçün 89,70 manat (26 gün x 3,45 man), iyun ayı üçün 117,3 manat (34 gün x 3,45 man), iyul ayı üçün 75,9 manat (22 gün x 3,45 man), avqust ayı üçün 75,9 man (22 gün x 3,45 man), sentyabr ayı üçün 179,4 manat (52 gün x 3,45 man), oktyabr ayı üçün 96,6 manat (28 gün x 3,45 man) olmaqla, cəmi 634,8 manat təşkil edir.
38. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi əmək haqqının verilməsinin məhz işəgötürənin təqsiri üzündən gecikdirilməsi ilə bağlı düzgün nəticəyə gəlmiş, lakin ödənc məbləğinin hesablanmasında səhvə yol vermişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi əmək haqqının gecikdirilməsinə görə əmək haqqını n 1 faizi məbləğində ödənc tutulması hissəsində dəyişdirilməli, əmək haqqının verilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq cavabdehdən 634,8 manat məbləğində pul vəsaiti tutulub iddiaçıya ödənilməlidir.
39. Məhkəmə kollegiyası qeyd olunanlarla yanaşı iddiaçıya iş günü hesab edilməyən bayram günündə çalışması ilə əlaqdar bir gün üçün əmək haqqının ödənilməsi hissəsində birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, bu hissədə işin halları düzgün müəyyən olunduğundan və maddi hüquq norması düzgün tətbiq olunduğundan qətnamə həmin hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticəni Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci hissəsinin tələbinə uyğun saymışdır.
40. Məhkəmə kollegiyası vurulmuş maddi zərərə görə 1452 manat pul tələbinin rədd olunması hissəsində də məhkəmənin düzgün nəticəyə gəldiyini qeyd etmiş və hesab etmişdir ki, həmin hissədə işin halları düzgün müəyyən edilmiş, maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya baxışı zamanı da iddiaçı 345 manat əmək haqqının yarısının kart vasitəsilə, yarısının da hissə-hissə olmaqla ona tam ödənildiyini, lakin ödəmələrin vaxtında aparılmadığını, gecikmələrlə ödənildiyini bildirmişdir.
41. Məhkəmə gəldiyi nəticənin əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 11, 70 (ç bəndi), 71 (2 və 3-cü hissələri), 72, 74 (2-ci bəndi), 83 (1 və 2-ci hissələri), 84 (1, 2 və 3-cü hissələri), 172, 186 (2-ci hissə), 300-cü maddələrinə (1-ci hissə), Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 aprel 2023-cü il tarixli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.2, 385.1.1, 385.1.4, 392, 393, 402-403, 405-406-cı maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri
42. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 04 aprel 2024cü il tarixli qətnaməsinin əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi tələbinə dair hissədə ləğv edilməsi və iddia tələbinin rədd olunması” hissəsində ləğv edilməsi və işin yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə da ir qərar qəbul edilməsini xahiş etmişdir.
43. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamədə işdə olan xx.xx.2024-cü il tarixdə iddiaçı tərəfindən elektron kabinet vasitəsi ilə təqdim olunmuş apellyasiya şikayətinə əlavə, xx.xx.2024-cü il tarixdə təqdim olunmuş ərizə, habelə əsaslandırıcı hissəsində onların rədd və ya qəbul etmək üçün istinad edilmiş dəlillər, rəhbər tutulmuş qanunlar və ya digər hüquqi aktlar göstərilməmişdir. Qətnamədə göstərilən “İddiaçının təkbaşına tətil elan etməsi ilə bağlı dəlilinə gəldikdə isə Məhkəmə kollegiyası bu dəlili də əsassız sayır və qeyd edir ki, tətil yalnız Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra Əmək Məcəlləsi) 270-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduqda və 271-273-cü maddələrində göstərilən qaydada keçirilə bilər.” hissədə maddi hüquq norması düzgün tətbiq edilməmişdir. Belə ki, iddiaçı təkbaşına tətil etmək hüququndan istifadə etsə də, məhkəmə mübahisəni araşdırarkən Əmək Məcəlləsinin 295ci maddəsini tətbiq etməmiş, bu barədə heç bir araşdırma aparmadan, qətnamədə iş üzrə gəldiyi nəticəni əsaslandırarkən cavabdeh tərəfindən İddiaçı işdən azad edilməsi haqqında əmrin verildiyi tarixdən 101 gün sonra, xx.xx.2024-cü il tarixdə birinci instansiya məhkəməsinə təqdim edilmiş xx.xx.2023-cü il tarixli AKT-a istinad etmişdir. Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024 tarixli 2(103)-3211/2024 saylı qətnaməsi ilə MPM-in 9.3, 385.2-ci, Əmək Məcəlləsinin 71-ci maddəsinin 2 və 3-cü hissələrinin, 295-ci maddəsinin 1– 5-ci hissələrin tələblərinə riayət edilməmiş və bununla da, iddiaçının Azərbaycan R espublikası Konstitusiyasının 35, 36 və 60-cı maddələrində təsbit edilmiş hüquq və azadlıqları kobud şəkildə pozulmuşdur.
44. Məhkəmə təcrübəsinin vahidliyinin pozulması ilə bağlı kassasiya şikayətində qeyd edilmişdir ki, hakim Akif İsgəndərovun özünün də daxil olduğu tərkibdə eyni predmetə malik iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə baxılmaqla Müdafiə Nazirliyi Mərkəzi Ərzaq Anbarı rəisinin əmrinin ləğv edilməsi, iddiaçının əvvəlki işinə bərpa edilməsi və məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi qət edilmişdir. Həmin qətnamədə qeyd edilmişdir ki, 70-ci maddənin “ç” bəndində işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi üçün iki əsas nəzərdə tutulmuşdur. 1) işçi ya özü nün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməlidir; 2) yaxud da 72-ci maddədə sadalanan hallarda əmək vəziflərini kobud şəkildə pozmalıdır. Hazırki iş üzrə cavabdeh əmək müqaviləsini iddiaçının konkret olaraq 70-ci maddəsinin “ç” bəndinin tələblərini pozması əsası ilə ləğv etmişdir. İddiaçı ilə bu əsasa görə əmək müqaviləsinin ləğv edilməsi üçün iddiaçının ilk növbədə əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi müəyyənləşdirilməli, iddiaçı bu hallara yol versə belə, müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmalı və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməlidir. Əmrdə Əmək Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin tələbləri pozularaq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. Beləliklə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2814/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Odur ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsində məhkəmənin məsələyə münasibətinin Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının qanuni qüvvədə olan 2(103)-2814/2021 nömrəli xx.xx.2021-ci il tarixli qətnaməsində qeyd edilən mövqeyi ilə eyni olmasına baxmayaraq, eyni mübahisə predmeti üzrə işə fərqli yanaşma ilə iki ziddiyətli qərar qəbul edilmiş və məhkəmə təcrübəsinin vahidliyi pozulmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
45. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
46. Maddə
11. Məcəllənin işəgötürənin əsas hüquqlarının arasında Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək və Əmək Məcəlləsi ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüququ təsbit olunmuşdur.
47. Maddə 70. “ç” bəndi. Əmək müqaviləsi işəgötürən tərəfindən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda ləğv edilə bilər.
48. Maddə 71. hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir k i, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
49. Maddə 71, hissə
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
50. Maddə
72. Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş gün ü işə gəlməməsi;....
51. Maddə
270. Tətil keçirilməsinin hüquqi əsasları
1. İşçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır.
2. Kollektiv əmək mübahisəsi yarandığı vaxtdan işçilərin və ya həmkarlar ittifaqları təşkilatının tətil etmək hüququ əmələ gəlir.
3. Əgər tərəflər mübahisənin həllinin dinc üsullarından istifadə edəcəkləri barədə razılığa gəlmişlərsə, onda bu üsullarla kollektiv əmək mübahisəsinin həllinə nail olunmadıqda tətilə yol verilir. İşəgötürən mübahisənin barışdırıcı üsullarla həllini əsassız olaraq uzatdıqda, habelə barışdırıcı üsullarla əldə edilmiş razılaşmaları yerinə yetirmədikdə əmək kollektivinin, həmkarlar ittifaqları orqanının birbaşa tətil keçirmək hüququ yaranır.
4. Tətildə iştirak etmək könüllüdür. Zor tətbiq etməklə və ya zor tətbiq e tmək hədəsi ilə qorxutmaqla və ya şəxsin maddi cəhətdən asılı olmasından istifadə etməklə onu tətildə iştirak etməyə və yaxud iştirakdan imtina etməyə məcbur edən şəxslər qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
5. Bu Qanunun 275-ci maddəsinin dördüncü hissəsində göstərilmiş hallardan başqa tətildə iştirak edən işçilərin əmək vəzifələrinin icrası üçün başqa şəxslərin cəlb edilməsinə yol verilmir.
6. İşəgötürən tətillər təşkil və ya tətillərdə iştirak edə bilməz.
7. Kollektiv əmək mübahisəsinin yaranması və tətil keçirilməsi ilə əlaqədar işçilərin işdən çıxarılmasına, habelə kollektiv əmək mübahisəsinin yarandığı müəssisənin (filialın, nümayəndəliyin), digər iş yerlərinin ixtisarı, ləğvi və ya yenidən təşkili qadağandır.
8. Qanunvericilik, müvafiq icra hakimiyyəti, məhkəmə və hüquq-mühafizə orqanlarında işləyən vəzifəli şəxslər tətil edə bilməzlər.
52. Maddə
295. Fərdi əmək mübahisəsinin həlli məqsədi ilə işçinin təkbaşına tətil etmək hüququ və qaydası
1. Pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etməzsə, fərdi əmək mübahisəsinin, habelə kollektiv tələblərə aid olan müvafiq məsələnin həlli məqsədi ilə o, məhkəməyə müraciət etmədən və əmək müqaviləsinə xitam vermədən əmək funksiyasının icrasını tam və ya qismən bir ay müddətinədək müvəqqəti dayandıraraq təkbaşına tətil edə bilər.
2. İşçi özünün fərdi tələblərini müdafiə etmək üçün təkbaşına tətilinə əmək kollektivinin və ya həmkarlar ittifaqları təşkilatının qoşulması çağırışı ilə çıxış etməməlidir. Əmək kollektivi və ya h əmkarlar ittifaqları təşkilatı işçinin tələblərinin əsaslı, qanuni və ədalətli olduğu qərarına gələrsə, müstəqil olaraq kollektiv tələblərini irəli sürə bilər.
3. İşçinin təkbaşına tətil etmək hüququnu hər hansı üsul və vasitə ilə işəgötürən, işçinin iş yerinin rəhbəri və ya digər şəxslər tərəfindən məhdudlaşdırmasına, habelə belə tətilin keçirilməsinə mane olmasına yol verilmir.
4. Təkbaşına tətil edən işçinin hərəkətlərini əsassız və qanunsuz hesab edən işəgötürən məhkəməyə müraciət edə bilər.
5. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə müvafiq qərar qəbul etməyibsə, işəgötürən onun əmək müqaviləsini ləğv edə bilməz.
6. Tətil müddəti bitənədək işçi tətili dayandırıb işə başlaya və ya əmək mübahisəsinin həlli üçün məhkəməyə müraciət edə bilər. Təkbaşına tətil müddətində mübahisənin həlli üçün tərəflərin müəyyən etdiyi vasitəçilik üsullarından istifadə edilə bilər.
7. Təkbaşına tətil edən işçinin tətil dövrü üçün əmək haqqının ödənilməsi bu Məcəllənin 283-cü maddəsində nəzərdə tutulmuş qaydada həyata keçirilə bilər.
8. Təkbaşına tətil edən işçinin hərəkətlərinin qanunsuz və ya əsassız hesab edilməsi barədə məhkəmə qərar qəbul edərsə, işçi müvafiq qaydada intizam məsuliyyətinə cəlb edilə bilər.
53. Maddə 300, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək m ünasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab ol unur.
56. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
57. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
58. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
59. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətl i olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
62. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. L akin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
64. Hazırkı kassasiya şikayətində qətnamə İddiaçı tərəfindən qismən mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı “iddia tələbinin əmrin ləğvi, işə bərpa, məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməsi hissəsində rədd olunması” hissəsində yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
65. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
66. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, Əmək Məcəlləsinin 270-ci maddəsinin 1-ci hissəsinə əsasən, işçilərin təkbaşına və ya başqaları ilə birlikdə tətil etmək hüququ vardır. Tətil hüququnun həyata keçirilməsi qaydası isə 271-273-cü maddələrində göstərilmişdir. İşçinin təkbaşına tətil etmək hüququ və qaydası isə həmin Məcəllənin 295-ci maddə sində tənzimlənmişdir.
67. Məhkəmə kollegiyası hesab edir ki, Əmək Məcəlləsinin 270 və 295-ci maddələri bir-birini təkzib edən, ziddiyyətli normalar deyildir. Lakin Məcəllənin 295-ci maddəsində işçinin tətil etməsi barədə işəgötürənə qabaqcadan məlumat verməsi barədə vəzifənin göstərilməməsi o demək deyildir ki, işçi istənilən vaxt əmək funksiyasının icrasını tam və ya qismən dayandıra bilər. Həmin maddənin 1-ci hissəsinə əsasən işçi pozulmuş hüququnun bərpa olunması üçün işəgötürənlə apardığı danışıqlar, yazılı müraciətinə verilən cavablar işçini qane etmədiyi halda işçi təkbaşına tətil edirsə, bu barədə işəgötürənə qabaqcadan məlumat verməli, tələblərini irəli sürməlidir ki, onun işə gəlməməsi işdən yayınma və ya intizam pozuntusu kimi qiymətləndirilməsin.
68. Yalnız Əmək Məcəlləsinin 230-ci maddəsinin 2-ci hissəsinə əsasən işəgötürən tərəfindən təhlükəsiz əmək şəraiti təmin edilmədikdə və bununla əlaqədar sağlamlığı və ya həyatı üçün təhlükə olduqda, işçi əmək funksiyasının icrasından imtina və müəyyən olunmuş qaydada təkbaşına tətil elan edə bilər. Bu halda işçi hər hansı məsuliyyət daşımır və həmin əmək mübahisəsi müəyyən olunmuş qaydada həll edilir.
69. Əmək haqqının ödənilməsində gecikmələrə görə isə işçi əvvəlcə işəgötürənə rəsmi müraciət etməli, sonra isə hüquqi yollarla hüquqlarını qorumalıdır. Bu əsasla təkbaşına tətil etmək hüququ qanunvericilikdə nəzərdə tutulsa da, bu hüquqdan işəgötürənə məlumat verilmədən istifadə edilməsi yolverilməzdir. Buna görə də, iddiaçının kassasiya şikayətinin bu dəlili əsassızdır.
70. Həmçinin kassatorun vahid məhkəmə təcrübəsinin pozulmasının əsası kimi istinad etdiyi Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2814/2021 nömrəli iş üzrə 12 aprel 2021-ci il tarixli qətnaməsində işin faktiki halları hazırkı işin faktiki hallarından fərqli olduğundan, həmçinin MPM-nin 418.6-cı maddəsində nəzərdə tutulan əsaslar mövcud olmadığından vahid məhkəmə təcrübəsinin pozulması kimi qiymətləndirilə bilməz.
71. Mülki Prossesual Məcəllənin 418.6-cı maddəsinə əsasən hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, qətnamə və ya qərardad Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun maddi və ya prosessual hüquq normalarının tətbiqi ilə bağlı məhkəmə təcrübəsinə dair məsələlər üzrə izahlarına, habelə bu Məcəllənin 418-1.3-cü mad dəsində nəzərdə tutulan Ali Məhkəmənin mülki və kommersiya kollegiyalarının mübahisəli hüquqi məsələyə dair hüquqi mövqeyinə zidd olsun və həmin izahlarda təsbit olunmuş hüquqi mövqedən fərqli yanaşmanın tətbiqi zərurəti kifayət qədər əsaslandırılmasın.
72. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, müba hisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 may 2024-cü il tarixli 2(103)-3211/2024 saylı qətnaməsi iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.