Məhkəmə qərarları › İş №2(102)-400/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-400/2020

15.01.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-400/2020 15.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2019-cu il tarixli 2(103)9405/2019 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim T.B.Axundov, iş № 2(004)-3031/2019) İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair iddiası tə min edilərək İddiaçı ünvan 1 ünvanında “xxxx” MTK tərəfindən inşa edilmiş 12 mərtəbəli yaşayış binasının 2-ci girişinin, 1-ci mərtəbəsində, ümumi sahəsi 101 kv. metr olan 2 otaqlı 50 saylı mənzilinə köçürülməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 iyul 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: X.A.Cəmilova, İ.K.Xəlilov və İ.Ə.Kərimli) cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Tərəflər xx xxxx 2008-ci il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan iki uşaqları olmuşdur. Bakı şəhəri Səbail rayon məhkəməsinin xx xxx 2016-cı il tarixli qətnaməsi ilə tərəflərin nikahı pozulmuşdur. 2018-ci ildə İddiaçı əmlak bölgüsü tələbi ilə məhkəm əyə müraciət etmiş, Bakı şəhəri Yasamal rayon məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək tərəflərin birgə nikahda olduqları dövrdə əldə edilmiş yuxarıda göstərilən mənzilə dair onların hər birinin ½ hissədə pay hüquqları müəyyən edilmişdir. 2019-cu ilin aprel ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin onu ½ hissədə payı olduğu mənzilə buraxmamasını əsas göstərməklə mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə Cavabdeh kassasiya şikayəti verərək məhkəmənin iddianı təmin edərkən onların arasında mövcud olan münasibətləri nəzərə almamasını əsas göstərməklə qətnamənin ləğv edilməsini və iddianın rədd olun masına dair qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehə görə onun iddiaçı ilə boşanmaqla bir ailənin üzvü olmadıqlarından iddiaçı mənzilə köçürülə bilməz. Kassasiya kollegiyasının iclasında cavabdeh və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini, iddiaçının vəkili isə kassasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməs ini yoxlayır. Müəyyən olunduğu kimi mübahisəli mənzil tərəflərin ümumi mülkiyyəti olmaqla məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə iddiaçının həmin mənzilin ½ hissəsinə pay hüququ tanınmışdır. Cavabdeh nikahlarının pozulması ilə əlaqədar iddiaçı ilə birgə yaşamalarının mümkün olmamasını əsas göstərməklə qətnamənin qanunsuz olmasını iddia etsə də, kollegiya hesab edir ki, işin həmin halı iddianın rədd edilməsi üçün əsas verməmiş və apellyasiya instansiyası məhkəməsi iddia tələbinin əsaslı olması barədə qətnamə qəbul etməklə düzgün nəticəyə gəlmişdir. Kollegiya qeyd edir ki, mübahisəli mənzilin ½ hissəsi iddiaçıya məxsus olduğundan, iddiaçı da cavabdeh kimi həmin mənzildən istifadə etmək hüququna malik olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülki yyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 153.4-cü maddəsinə əsasən bütün mülkiyyətçilərin hüquqları eyni bərabərdə müdaf iə olunur. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi və iddianın rədd olunması üçün əsas ola bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar