Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-400/2021 15.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xxxqızına qarşı “mənzilə köçürülmə və mənzildən istifadə etmələrinə maneçilik törətməyin cavabdehlərə qadağan olunması” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: yaşayış sahəsində istifadə hüququnun əsasları, yaşayış sahəsinə / mənzilə köçürülmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və X17 ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil, Cavabdeh1, Cavabdeh2 xxxqızının, nümayəndəsi X10 və vəkili xxx oğ lunun iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)10063/2019 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kasasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: ünvan 1, xxx küçəsi, 304-cü keçid, ev 11, 2 otaqlı 108 saylı mənzil xx xxx 1989-cu il tarixli order əsasında X6 istifadəsinə verilmiş, xx xxxxx 2004-cü ildə sonuncunun mülkiyyət hüququ qeydə alınmış, vəfatından sonra mənzil üzərində xx xxxxxx 2009-cu il tarixdə Cavabdeh1 və Cavabdeh2 xxxqızının paylı mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. İddiaçı və Cavabdeh1 xx xxx 2002-ci il tarixdə nikaha daxil olmuş, həmin nikahdan 5 övladları anada n olmuş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə nikah pozulmuşdur. Binəqədi rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin 1 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx xxxxxx 2018-ci il tarixli arayışına əsasən İddiaçı, əri Cavabdeh1 və uşaqları ünvan 1, xxx küçəsi, 304-cü keçid, ev 11, mənzil 108-də 2014-cü ildən yaşamırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 xxxqızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının azyaşlı uşaqları X11, X4, X8, X2 və X7 ilə birlikdə ünvan 1, xxx küçəsi, 11 saylı evin 108 saylı mənzilinə köçürülmələri, həmin mənzildən maneəsiz istifadə etmələri və yaşamalarına maneçilik törədilməsinin cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh1 birgə nikah münasibətlərində olduqları dövrdə, təxminən 13 il müddətində fasiləsiz olaraq keçmiş qayınanası Cavabdeh2 xxxqızının və keçmiş ərinin paylı mülkiyyətində olan, ünvan 1 ünvanında yaşamışlar. Boşandıqdan sonra qayınanası nə onu, nə də ərini və uşaqlarını həmin evə buraxmır. Birinci instansiya məhkəməsində Cavabdeh1 ərizə verərək, iddianı etiraf etdiyini və iddia tələbinin tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)868/2019 nömrəli qətnaməsi ilə (hakim F.H.Qasımov) iddia təmin edilmiş, İddiaçı yetkinlik yaşına çatmayan uşaqları - xx xxxx 2002-ci il təvəllüdlü X11, xx xxxxxxx 2003-cü il təvəllüdlü X5, xx xxxxxxxx 2005-ci il təvəllüdlü X9, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X2 və xx xxxx 2009-cu il təvəllüdlü X7 ilə birlikdə ünvan 1, xxx küçəsi, 304-cü keçid, ev 11, 108 saylı mənzilə köçürülmələri və onların həmin mənzildən istifadə hüquqlarının tanınması qət edilmişdir. Birinci instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxxxxx 2013-cü il tarixli qərarı, Mülki Məcəllənin 228.5-ci maddəsi, xx xxxxxxx 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsində icraat Cavabdeh2 xxxqızı apelyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-868/2019 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməməsi b arədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10063/2019 nömrəli qətnaməsi ilə (hakim X.A.Cəmilovanın sədrliyi və məruzəsi ilə, hakimlər İ.K.Xəlilovdan və İ.Ə.Kərimlidən ibarət tərkibdə) Cavabdeh2 xxxqızının apelyasiya şikayəti təmin edilərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(001)-68/2019 nömrəli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək, iddiaçının iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinə istinad etməklə göstərmişdir ki, iddiaçı tələbində 13 ildir ki, sözügedən mənzildə yaşadığını, yəni, mübahisə predmeti olan mənzilə 2005-2006-cı ildə köçürüldüyünü bildirsə də, bu faktı təsdiq edə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, Cavabdeh2 isə iddiaçının həmin ünvana 2010-cu ildən pasport qeydiyyatına alındığını bildirmişdir. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki, iddiaçı yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı barədə notariat qaydasında təsdiqlənən yazılı razılaşma əldə etməmişdir. Daha dəqiq, bu barədə sübutu məhkəməyə təqdim etməmişdir. Şəxsin müvafiq ünvanda pasport qeydiyyatında olması isə texniki xarakter daşıyır, qeydiyyatda olması onun həmin ünvana istifadə hüququnun olmasına dəlalət etmir. Ona görə İddiaçı Cavabdeh2 xxxqızına münasibətdə ümumiyyətlə mənzilə münasibətdə heç bir hüquq əldə etməmişdir. Daha sonra apely asiya məhkəməsi Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə uyğun qeyd etmişdir ki, İddiaçı keçmiş əri Cavabdeh1 münasibətdə Azərbaycan Respublikası MM-nin 228.5-ci maddəsinə əsasən, etibarlı ailə münasibətləri əsasında hüququ yaranmış olur. Onlar arasında nikah artıq dörd ildir ki, pozulmuş və iddiaçının daimi yaşayış yeri var. İşdə olan xx xxxxx 2010-cu il tarixli “Yaşayış binasının tikintisinə pay bölgüsü haqqında” müqavilə, xx xxxxx 2012-ci il tarixli ərizə və xx xxxxx 2012-ci il tarixli maliyyə arayışından məlum olur ki, Cavabdeh2 payçısı olduğu “xxxx” MMC tərəfindən Bakı şəhəri, xxx küçəsi, 3099 saylı məhəllədə inşa edilmiş 12 mərtəbəli B yaşayış binasının 2-ci girişinin 5-ci mərtəbəsində yerləşən 184 saylı mənzili oğlu Cavabdeh1 adına keçirmişdir. Eyni zamanda RX s eriyalı ******* nömrəli daşınmaz əmlakın Dövlət reyestrindın çıxarışa əsasən ünvan 2ndə yerləşən 0.0992 ha torpaq sahəsi X3 (iddiaçının oğlunun) mülkiyyətindədir. İşdə olan sənədlərlə təsdiq olunur ki, Cavabdeh2 gəlini tərəfindən döyülməsi barədə hüquq mühafizə və qəyyumluq orqanlarına müraciət etmiş, ailə polis tərəfindən profilaktik nəzarətə götürülmüşdür. İşin qeyd olunan hallarını nəzərə alaraq məhkəmə kollegiyası hesab etmişdir ki, iddiaçının cavabdehlərə məxsus olan yaşayış sahəsinə köçürülməsi üçün hər hansı əsas yoxdur. Belə ki, işin bəlli halları təsdiq edir ki, iddiaçı Cavabdeh2 oğluna verdiyi “xxxx” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, xxx küçəsi, 3099 saylı məhəllədə 12 mərtəbəli B yaşayış binasının 2-ci girişin 5-ci mərtəbəsində yerləşən 184 saylı mənzildə uşaqları və keçm iş əri ilə birlikdə yaşayır. Bundan başqa nənə Cavabdeh2 nəvəsi X28 bağışladığı torpaq sahəsi və orada olan ev də onların istifadəsindədir. Başqa sözlə, iddiaçının və uşaqlarının istifadə etmək üçün yaşayış sahəsi var və onların qeyd edilən mənzilə köçürülmələrinə ehtiyacları yoxdur. Digər Cavabdeh1 iddianı etiraf etməsi mülkiyyətçi kimi Cavabdeh2 xxxqızının qanuni mənafeyinə zidd olduğundan qəbul edilə bilməz. Bununla yanaşı, məlumdur ki, ev ipoteka ilə yüklüdür və bu barədə məhkəmə mübahisəsi vardır. Bu baxımdan sözügedən yüklü evə şəxslərin köçürülməsi əsassız olmaqla yanaşı, gələcəkdə başqa məhkəmə mübahisələrinə də zəmin yaradacaqdır. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kasasiya şikayətinin dəlilləri İddiaçı kasasiya şikayə ti verərək, Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10063/2019 nömrəli qətnaməsinin ləğv edib, iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuşdur. İddiaçının Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən mübahisəli mənzili paylı mülkiyyətçisi Cavabdeh1 yetkinlik yaşına çatmayan övladlarının həmin mənzildən bərabər istifadə etmək hüquqları vardır. Cavabdeh1 iddianı etiraf etməsi – məhz onun yetkinlik yaşına çatmayan övladlarının mübahisəli mənzilə köçürülmələri və həmin mənzildən istifadə etmələrinə şərait yaradılması kimi qiymətləndirilməlidir. b) Kasasiya şikayətinə qarşı etirazın də lilləri Cavabdeh2 xxxqızı kasasiya şikayətinə yazılı etiraz verərək, İddiaçı kasasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında İddiaçı və vəkili Vəkil kasasiya şikayətinin dəlillərini müdafiə edərək, təmin edilməsini məhkəmə kollegiyasından xahiş etmişlər. Məhkəmə iclasında Cavabdeh2 xxxqızı, etibarnamə əsasında nümayəndəsi X14 və vəkili xxx oğlu kasasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin edilməməsini və apelyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etmişlər. Cavabdeh1 məhkəmə iclasında vəkilsiz iştirak etdiyinə görə, Azərbaycan Respublikası MPM-in 67-ci maddəsinə əsasən işə onun izahatı alınmadan baxılmışdır. Kasasiya baxışının hədləri: Azərbayca n Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kasasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyas iya instansiyası məhkəməsinin qətnaməsi iddiaçı tərəfindən tam mübahisələndirildiyindən kasasiya baxışının predmetini həmin qətnamənin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mül kiyyətindən məhrum edilə bilməz. 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, həmin Məcəllədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına kö çürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu Məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayı ş sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. 30.4-cü maddəsinə əsasən əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla b ilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxx 2008-ci il tarixl i qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası MM-in 228.5-ci maddəsinin mülkiyyətçinin razılığı” müddəası həmin Məcəllənin 228.2-ci maddəsində müəyyən olunan qaydaya müvafiq olaraq yazılı bağlanan notariat qaydasında təsdiqlənən razılaşmanı nəzərdə tutur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qərarında irəli sürülmüş hüquqi mövqeyə görə mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdən biridir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddə si ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı üçün zəruri şərtdir. Bununla belə, qeyd olunan hüququn əhəmiyyətinə baxmayaraq, o mütləq deyil və məhdudlaşdırıla bilər. Nəzərə almaq lazımdır ki, mülkiyyət insanın xüsusi maraqlarının həyata keçirilməsində vacib funksiya daşımaqla yanaşı, Konstitusiyanın 15-ci maddəsinin məzmununa əsasən, sosial yönümlü dövlətdə həm də mühüm sosial funksiyaya malikdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” xx xxxxxx 2011-ci il tarixli Qərarı). Burada həmçinin nəzərə almaq lazımdır ki, Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun ümu mi və xüsusi məhdudiyyətlərinin hədləri də müəyyən olunmuşdur (Konstitusiyanın 13-cü maddəsinin İİİ hissəsi, 29-cu maddəsinin İİ hissəsi, 71-ci maddəsinin İİ hissəsi və “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsi). Belə ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.... Mülki Məcəllənin 228-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks e tdirdiyinə görə, məhdud əşya hüququdur. Bu hüququn hansı növ məhdud əşya hüququ olduğunun müəyyən edilməsi məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 228-ci maddəsində nəzərdə tutulan hüquq mahiyyət etibarilə servitutdur. X13 Məhkəməsinin Plenumu belə nəticəyə gəlmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə müba hisəyə mahiyyəti üzrə baxır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiy a instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, apelyasiya instansiyası məhkəməsi əsaslı olaraq qeyd etmişdir ki, iddiaçının mübahisələndirilən mənzilin Cavabdeh2 xxxqızının mülkiyyətinə olan payına münasibətdə istifadə hüququnun yaranması üçün Mülki Məcəllənin 228.1 və 228. 2-ci maddələrində nəzərdə tutulmuş əsaslar olmamışdır. Digər Cavabdeh1 münasibətdə isə iddiaçının istifadə hüququ ailə münasibətlərindən irəli gələrək yaransa da, aralarında olan nikah artıq 4 ildir ki, pozulmuşdur. Hazırda iddiaçının istifadəsində başqa yaşayış sahələrinin olması (Cavabdeh1 və oğulları İsmayılov X1 olan) apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş halıdır və həmin halın mövcudluğunun araşdırılması kasasiya məhkəməsinin səlahiyyətinə aid deyildir. Belə olan halda, iddiaçının cavabdehlərin birgə mülkiyyətlərində olan, faktiki Cavabdeh2 xxxqızının istifadəsində olan yaşayış sahəsinə köçürülməsi üçün zərurət əsaslandırılmadığı və bununla bağlı sübutlar təqdim olunmadığı üçün iddia əsaslı deyildir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məh kəməsinin hazırki mövqeyi həmçinin Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqelərinə uyğundur. Nəhayət məhkəmə kollegiyasının qənaətinə görə, apelyasiya instansiyası məhkəməsinin Cavabdeh1 etirafının qəbul etməməsi də əsaslı olmuşdur. Belə ki, həmin etiraf digər cavabdehin qanunla qorunan hüquqlarına və mənafelərinə ziddir. Kasasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, mübahisəli mənzilin paylı mülkiyyətçisi olan Cavabdeh1 yetkinlik yaşına çatmayan övladlarını mülkiyyətində olan mənzilə köçürmək, ondan bərabər istifadə etmək hüququ hazırki iddianın İddiaçı tərəfindən irəli sürülməsi üçün əsas vermir. Digər tərəfdən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı və Cavabdeh1 arasında nikah pozularkən, yetkinli k yaşına çatmayan uşaqlar iddiaçı ilə saxlanılmış və qanunvericiliyin tələblərinə əsasən onların yaşayış yeri iddiaçı olan valideynin yaşayış yeri sayılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyasının xx xxxxxxx 2019-cu il tarixli, 2(103)-10063/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-400/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-400/2021
15.02.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver