Məhkəmə qərarları › İş №2(102)-400/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-400/2025

05.02.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-400/2025 05.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Lənkəran 1 saylı Notariat Ofisinə qarşı və iddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı birləşdirilmiş iş üzrə QƏRARİ (Açar sözlər: mülkiyyətin müdafiəsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (sədrlik edən və məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Əhm ədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi və iddiaçı Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 cavabdehlər İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisi və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019-cu il tarixli AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019- u il tarixli 5983 inventar nömrəli **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli **********31-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli Hüqu qların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair birləşdirilmiş mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(106)1261/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayətlərinə 05 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2019-cu il qeydiyyat tarixli çıxarışınla Lənkəran rayonu Sütəmurdov kəndində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi Cavabdeh2 tam mülkiyyət hüququ kimi, Lənkəran rayonu Sütəmurdov kəndində 0,04 ha torpaq sahəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızının v ə Cavabdeh6 Əhmədağa oğlunun hüquqları dövlət qeydiyyatına alınmışdır.

2. AN-İ № ******* nömrəli, xx.xx.2019-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsinə əsasən Cavabdeh2 tam mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evini, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlu birgə mülkiyyət hüququ ilə Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsini 35.100 manata İddiaçı satmışlar.

3. Hüquqların Dövlət qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli, xx.xx.2020-ci il qeydiyyat tarixli çıxarışdan və **********3110301 reyestr nömrəli, xx.xx.2019-cü il tarixli fərdi yaşayış evinin Texniki Pasportuna əsasən Lənkəran rayonu Sütəmu rdov kəndində 0,04 ha torpaq sahəsi, onun üzərində 355.60 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi İddiaçı tam mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. 4. xx.xx.2020-ci il tarixli ********* saylı mədaxil qəbzinə əsasən İddiaçı tərəfindən Cavabdeh2 1.500 manat pul poçt vasitəsi ilə köçürülmüşdür. 5. xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, Cavabdeh3 plastik kart hesabına 500 manat pul köçürülmüşdür. 6. **********411 saylı, xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizəyə əsasən Cavabdeh2 İddiaçı 15.000 manat pul almışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 Lənkəran rayonu Sütəmurdov kəndində yerləşən onun xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmlakları ilə birlikdə çıxarılaraq əmlakın ona təhvil verilməsini xahiş etmişdir.

8. İddia tələbi işin faktiki hallarına uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi ilə ümumi ödənilən 50.100 manat məbləğin 35.100 manat hissəsini bank vasitəsi ilə, digər 15.000 manatı isə Cavabdeh2 nağd şəkildə vermişdir. Bu barədə Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsi də mövcuddur. Həmin ərizəni iddiaya qoşma olaraq əlavə etmişdir. Aralarında bağlanılan alqı-satqı müqaviləsi notarial qaydada təsdiqləndikdən sonra o, ümumilikdə 50.100 manat ödəyərək tam hissəsini aldığı daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixdə çıxarış əldə etmişdir. Alqı-satqı prosesinin həyata keçməsindən uzun müddət keçdiyinə baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdilər. Dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 ona satılan əmlakdan əşyalarını çıxaracağını bildirsə də, bu günə qədər əşyalarını ona məxsus olan əmlakdan çıxarmamışdır. Bununla da müqavilə üzrə öhdəlikləri icra etməyərək eyni zamanda onun da mülkiyyət hüquqlarını kobud şəkildə pozulmuşdur. Bu əməllər tamamilə qanunsuzdur. Sözügedən 26 dekabr 2019-cu il tarixli AN-İ No ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi” Lənkəran Rayon 1 Saylı Notariat Ofisində bağlanmış və notarius tərəfindən təsdiq olunmuşd ur. Lənkəran Rayon 1 Saylı Notariat Ofisi işə cavabdeh olaraq cəlb edilməlidir. Daşınmaz əmlakı aldığı zaman pulun bir hissəsini yəni 35.100 manatı isə müqavilə əsasında bank vasitəsi ilə verdiyi səbəbindən cavabdehlərin hərəkətləri nəticəsində ona ziyan dəymişdir. Bununla bağlı polisə də müraciətləri olmasına baxmayaraq Cavabdeh2 ona satmış olduğu və hazırda ona məxsus olan əmlakı qanunsuz olaraq sahiblənir.

9. İddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddia tələbinin həcminin artırılması barədə ərizə verərək 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********3110301 reyestr nömrəli texniki pasportun və xx.x x.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2019-cu ilin dekabr ayında müəyyən səbəblərdən pula ehtiyac olduğu üçün mübahisəli evin (355 kv.m 2 mərtəbəli) satılmasına qərar verilmişdir. Mübahisəli evə baxış keçirilmiş 70.000 manat qiymət qoyulmuşdur. İddiaçı onlara demişdir ki, onun 60.000 manat pulu düzəlmir, cəmi 35.000 manat pulu vardır. Bu zaman İddiaçı demişdir ki, sonuncu ona 35.000 manatı borc kimi versin, o da 35.000 manatı qaytaranda üstündə əlavə pul verəcəkdir. Bu zaman İddiaçı təklif etmişdir ki, alqı-satqı müqaviləsi bağlansın, 35.000 manatı qa ytaranda üstündə 5.000 manat əlavə pul alacaqdır. O, Yusubun təklifi ilə "makler” Nazimin iştirakı ilə razılaşmışdır. Onlar notariusa gələndə bildirmişlər ki, banka pulu ödəyib yenidən notariusa gəlsinlər. Nazim, o özü və Yusub banka gedib 35000 min manatı banka qoymuşlar. Səhəri gün təkrarən Nazim, Yusub və özü, gedib bankdan pulu çıxarıb notariusa gəlmişlər. Notarius Səfər müəllim onlara demişdir ki, qaytaranda çətin olmaması üçün ancaq alqı-satqı müqaviləsi bağlasınlar. Onlar alqı-satqı müqaviləsi bağlayıb ayrılmışlar. Bütün xərcləri o özü "makler” Nazim və evi alan İddiaçı iştirakı ilə etmişdir. O, evin satılmasını "makler” Nazimə tapşırıb ayrılmışdır. Bir gün keçmiş, evin giriş qapısına “ev satılır” elanı yerləşdirmiş, qiyməti isə 65.000 manat yazmışdır. Özünə məxsus telefon nömrəsini və "makler" Nazimin telefon nömrəsini qeyd etmişdir. 2-3 gün keçmiş, evi almaq istəyən başqa Həsən adlı şəxs evə baxış keçirmiş, 60.000 (altmış min) manata razılaşmışlar. Evi alan Həsən adlı şəxs qalmağa yerinin olmadığını bildirib alqı-satqı edənə qədər onun evində qalmaq istəmiş o da razılaşmışdır. Həsən ona 1.000 (bir min) manat beh vermişdir. O, behi götürdükdən sonra "makler" Nazimi götürüb İddiaçı yaşadığı evinə gəlmişdir. Evi almaq istəyən olduğunu bildirib, evin satılmasını və ona söz verdiyi kimi 35.000 (otuz beş min) manata qarşı 40.000 (qirx min) manat pulu verməyi bildirmişdir. İddiaçı beh aldığını bildirmişdir. Yusub isə ona evi satacağı halda özü evi kürəkəni Rafiqə alacağını, Həsəndən aldığı behi qaytarmasını və həmin şəxslərin evdən çıxmasını bildirmişdir. O da Yusuba inan ıb 1.000 manat behi aparıb Həsənə qaytarmışdır. Ondan sonra İddiaçı öz kürəkəni Rafiq ilə aralarında mübahisəyə başlamış, daha sonra Rafiq Yusubun qızından boşanmışdır. Sonra 2021-ci ilin iyul ayında İddiaçı ona notariusa getməyi təklif etmişdir. Həmin vaxt makler Nazim də onlarla birgə getmişdir. Yusub demişdir ki, mən sənə 35.000, üstünə gəl 15.000 manat faiz olmaqla 50.000 manat pul vermişəm. O, səbəbini soruşanda, Yusub vaxtın uzandığını bildirmişdir, 50.000 manatı təsdiq edək, mən sənə 2 aya 10.000 manatı verim. Orada "makler” Nazim demişdir ki, Yusubla razılaşma, o sənə pul verənə oxşamır. O yenə də İddiaçı inanmışdır. Çünki 35.000 manatı alanda sənədlər İddiaçı adına yazılmışdı. 2 ay müddət keçəndən yəni 2021-ci ilin sentyabr ayında 10000 manat pulu ondan tələb edəndə Yusub bildir mişdir ki, istədiyi qədər evdə yaşaya bilər və narahat olmağına bir səbəb yoxdur. Onun dediyinə görə nə vaxt imkanı olarsa ona borclu olduğu pulu qaytaracaqdır. İmkan edib borcu qaytara bilmədiyi təqdirdə isə onda 10000 manat verəcək və ev onun adına sənədləşdiriləcəkdir. Yəni, 2021-ci il sentyabr ayında özü bu sözləri deyib. 2023-cü ilin təxminən yanvar ayına kimi o və ailəsi həmin evdə mübahisəsiz yaşamışdır. Çünki aralarında şifahi razılıq olmuşdur. 2023-cü ilin yanvar ayında Orxan adli şəxs zəng vuraraq evi almaq barəsində müraciət etdi. O da "makler” Nazimlə birgə Orxanla görüşmüş, evə baxış keçirib 60.000 manata razılaşmışdır. Orxan ona 500 manat beh vermiş, hətta qapıya yazılmış 65.000 manatlıq elanı götürmüşdür. 2-3 gün keçdikdən sonra Orxan ona bildirmişdir pul düzəlmir. Sonra bəl li olmuşdur ki, İddiaçı Orxan adlı şəxsə etibarnamə verib. O, Orxana bildirəndə ki, 500 manat behin var. Orxan da ona demişdir ki, istəmir, halal xoşun olsun. Sonra bilmişdir ki, Orxanla İddiaçı arasında mübahisə olub. Yəni artıq 2023-cü ilin yanvar ayında bilmişdir ki, o, Yusub tərəfindən aldadılır və o, evi ələ keçirmək istəyir. Çünki, aralarında olan alqı-satqı müqaviləsi də məhz əslində onun verdiyi 35000 manat borc pulun rəsmiləşdirilməsini nəzərdə tuturdu. Ondan belə olduğu təqdirdə 10000 manat pulunu istədikdə və evin onun adına rəsmiləşdirilməsini dedikdə də, ona heç bir borcu olmadığını və və həmin evdən çıxmağını tələb etdi. Yəni, şərt qoydu ki, ya evdən çıxmalı, ya da ki, 60000 manat ona pul verməlidir ki, o müqavilənin ləğvinə razılıq versin. O, hal-hazırda ailə üzvləri ilə bir likdə kirayədə yaşayır. İddiaçı ona öz evində yaşamağına imkan vermir, nə də ki, evi satıb ona ödəməli olduğu 40.000 manatı qaytarmır. Bütün əşyaları Lənkəran rayon, Sütəmurdov kəndindəki ona məxsus evindədir. O, İddiaçı götürdüyü 35.000 manatı, söz verdiyi kimi üstəlik faiz pulu olaraq 5.000 manat, cəmi 40.000 manatı qaytarmağa hazırdır. xx.xx.2019-cu il tarixli, AN-İ, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən o və ailə üzvləri satıcı qismində, cavabdeh İddiaçı isə alıcı qismində alqı-satqı müqaviləsinin predmeti olan Lənkəran rayonu, Sütəmurdov kəndində yerləşən 0.04 ha torpaq sahəsi və ümüumi sahəsi 355.6 kv.m olan daşınmaz əmlakı cavabdehə 35100 manat məbləğində satmışlar. Lakin həmin müqavilənin hansı məqsədlə aralarında bağlandığı yuxarıda qeyd olunub. Həmçinin 2019-cu ildə həmin əmlakın müqavilədə qeyd olunan qiymətə satılması absurddur. Sözügedən əmlakın qiyməti ən azı 65000 manatdır. 11. "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəydə qeyd edilmişdir ki, Lənkəran rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71.120 manat, likvid dəyəri isə 67564 manat məbləğində müəyyən edilmişdir.

12. Lənkəran Rayon Məhkəməsinin 16 yanvar 2024-cü il tarixli, 2(049)-222/2024 nömrəli qərardadı ilə iddiaçılar Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı və Cavabdeh6 Əhmədağa oğlunun cavabdeh İddiaçı qarşı alqı-satqı müqaviləsinin etibarsız sayılması tələbi barədə və İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 Əhmədağa qızı, Cavabdeh6 Əhmədağa oğlu və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbi barədə 2(049)-196/2024 nömrəli mülki işlər birlikdə baxılması üçün bir icraatda birləşdirilməsi və mülki işə 2(049)196/2024 nömrəsinin verilməsi qərara alınmışdır.

13. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-196/2024 nömrəli qətnaməsi ilə (hakim Nicat Ağabəyov) birinci iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 və Lənkəran 1 saylı Notariat Ofisinə qarşı əmlakdan çıxarılma tələbinə dair iddiasının rədd edilməsi və birləşdirilmiş 2-ci iş üzrə iddianın təmin edilməsi, 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsi etibarsız hes ab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasport və xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi qət edilmişdir.

14. Məhkəmə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasını təsdiq edən sübut növü kimi şahid X1 ifadəsinə qiymət verərək hesab edir ki, həmin şahid ifadəsi Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 iddiasını təsdiq edən mötəbər sübut kimi qiymətləndirərək qeyd etmişdir ki, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 təqdim etdikləri şahid X5 ifadəsində hazırki, iş üzrə tərəfləri bir-biri ilə tanış etd iyini, tərəflər arasında olan bütün danışıqlarda iştirak etdiyini, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5.000 manat faiz müqabilində verilən 35.000 manat pulun girovu kimi bağlandığını, sonradan verilmiş 15.000 manat pulun da İddiaçı tərəfindən Cavabdeh2 verildiyini görmədiyini, həmin pulun 35.000 manatın faiz pulu kimi İddiaçı tərəfindən hesablanıldığını bildirmişdir. Məhkəmə X1 tərəflər arasında olan danışıqlarda tərəfsiz şəxs kimi iştirak edən şəxs olduğundan Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6 təqdim etdikləri şahid X1 ifadəsini mötəbər sübut növü kimi qəbul edir.

15. Məhkəmə alqı-satqı müqaviləsi üzrə diqqətə çatdırmışdır ki, müəyyən olunan işin halları alqı-satqı müqviləsinin real olmasına dəlalət etmir. Başlıca dəlil odur ki, alqı-satqı müqaviləsi xx.xx.2019-cu il tarixdə bağlanmasına baxmayaraq hazırki zamana qədər birinci iddia üzrə cavabdehlər mübahisəli mənzildə yaşamışlar. Birinci iddia üzrə iddiaçı onları bu zaman kəsiyində nə üçün evdən çıxarmadığını izah edə bilməmişdir. Hansı ki, birinci iddia üzrə cavabdehlər ona hər hansı kirayə haqqı verməmiş və aralarında bu formada razılıq olmamışdır. Digər tərəfdən birinci iddia üzrə iddiaçının məhkəmədə iddia qaldıran zamana qədər evdən çıxarma ilə bağlı hər hansı tədbir görməsi də işdən görünmür. Bu kimi hallar alqı-satqı müqaviləsinin zahirən mövcud olsa da, əslində niyyətin bundan ibarət olmamasına dəlalət edir.

16. Məhkəmə onu da qeyd edir ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli fərdi yaşayış evinin qiymətləndirilməsinə dair rəyində Lənkər an rayonu Sütəmurdov kəndində 0.04 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 355.6 kv.m olan fərdi yaşayış evinin dekabr 2019-cu il vəziyyətinə görə bazar dəyəri ƏDV nəzərə alınmadan 71.120 (yetmiş bir min yüz iyirmi) manat, likvid dəyəri isə 67564 (altmış yeddi min beş yüz altmış dörd) manat məbləğində müəyyən edilmişdir. Belə olan halda mübahisəli əmlakın 35.100 manat dəyərində satılması reallığı əks etdirmir. **********411 saylı, xx.xx.2021-ci il tarixli Lənkəran rayonu 1 saylı notariat ofisinin təsdiq etdiyi ərizə əsasında İddiaçı Cavabdeh2 15.000 manat pulun verilməsi halı da məhkəmədə sübuta yetirilməmişdir. Eyni zamanda İddiaçı və Cavabdeh2 izahatlarından görünür ki, məhkəməyə şahid kimi təqdim olunan və ifadəsi alınan X5 tərəflər arasında olan danışıqlarda tərəfsiz şəxs kimi iştira k edən şəxsdir. Şahid ifadəsindən də görünür ki, tərəflər arasında bağlanılan alqı-satqı müqaviləsinin əslində İddiaçı tərəfindən Cavabdeh2 5.000 manat faiz müqabilində verilən 35.000 manat pulun girovu kimi bağlanılıb.

17. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən alqı-satqı müqaviləsi yalan əqddir və Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

18. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, Konstitusiya Mə hkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).

19. Məhkəmə bu nəticəyə gəlmişdir ki, birləşdirilmiş ikinci iddia tələbi əsaslı olduğundan təmin edilməli, 26 dekabr 2019-cu il tarixli, AN-İ, № ******* saylı daşınm az əmlakın alqısatqı müqaviləsi etibarsız hesab edilməli, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli, 5983 inventar nömrəli, **********31-10301 reyestr nömrəli Texniki Pasport və xx.xx.2020-ci il tarixli, **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ləğv edilməlidir.

20. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 324.1, 324.2, 324.4, 324.5, 337.1, 340.2, 404.1, 567, 568.1, 568.2-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

21. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilməsi, birləşdirilmiş birinci iş üzrə iddia tələbinin təmin edilməsi və b irləşdirilmiş 2-ci iş üzrə iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

22. Apellyasiya şikayəti işin faktiki hallarına və iddia tələbinə uyğun əsaslandırılaraq əlavə olaraq qeyd edilmişdır ki, birləşdirilmiş birinci iş üzrə məhkəməyə müraciət edərək iddia ərizəsində göstərmişdir ki, 26 dekabr 2019-cu il tarixdə Lənkəran rayonu Sütəmurdov kənd sakinləri Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 oglu ilə aralarında Lənkəran Rayon 1 Saylı Notariat Ofisində AN-İ ******* saylı “Daşınmazəmlakın alqı-satqı müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən ƏMDK-nin yartında DƏDRX-nin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən ç ıxarışa əsasən tam mülkiyyət üzrə 355.6 kv.m fərdi yaşayış evini və ƏMDK-nin yanında DƏDRXnin 10 Saylı Ərazi İdarəsi tərəfindən xx.xx.2019-cu il tarixdə Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 verilmiş **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən birgə mülkiyyət üzrə 0.04 ha torpaq sahəsini satıcıya ümumilikdə 50.100 manat ödəmək şərti ilə tam hissə olaraq almışdır. Ümumi ödədiyi 50.100 manat məbləğin 35.100 manat hissəsini alqı-satqı müqaviləsi əsasında bank vasitəsi ilə, digər 15.000 manatı isə Cavabdeh2 nağd şəkildə vermişdir. Bu barədə Cavabdeh2 notarial qaydada təsdiq olunmuş ərizəsi də mövcuddur. Həmin ərizəni iddiaya qoşma olaraq əlavə etmişdir. Aralarında bağlanılan alqı-satqı müqaviləsi notarial qaydada təsdiq ləndikdən sonra ümumilikdə 50.100 manat ödəyərək tam hissəsini aldığı daşınmaz əmlaka dair xx.xx.2020-ci il tarixdə **********31-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış əldə etmişdir. Alqı-satqı prosesinin həyata keçməsindən uzun müddət keçdiyinə baxmayaraq cavabdehlər müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməyərək Mülki Məcəllənin 568-ci və 646-cı maddələrinin tələblərini kobud şəkildə pozmuşdurlar. Belə ki, əmlakı ona satdıqdan sonra evdən çıxacaqlarını və əmlaklarını evdən çıxaracağını bildirmişdirlər. Lakin dəfələrlə etdiyi xəbərdarlıqlara baxmayaraq, Cavabdeh2 ona satılan əmlakdan əşyalarını çıxaracağını bildirsə də, bu günə qədər əşyalarını ona məxsus olan əmlakdan çıxarmamışdır. Bununla da müqavilə üzrə öhdəlikləri icra etməyərək eyni zamanda onun da mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Bununla bağlı polisə də müraciətləri olmasına baxmayaraq Cavabdeh2 ona satmış olduğu və hazırda ona məxsus olan əmlakı qanunsuz olaraq sahiblənir. Belə ki, işə baxan məhkəmə birləşdirilmiş 2-ci iş üzrə iddia tələbi üzrə iddianı təmin edərkən guya tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin iddiaçılar təfindən həmin evi satmaq niyyəti ilə deyil, onlara borca pul verilməsi ilə əsaslandırmış, həmin faktı da təsdiq edə biləcək heç bir sübuta istinad edə bilmədikdə isə maklerliklə məşğul olan Nazim adlı şəxsin şifahi ifadəsini mötəbər sübut kimi qəbul etmişdir. O, həmin daşınmaz əmlakı 50100 dəyərində almış və alqı- satqı müqaviləsi bağlanan zaman 35000 manat pulu ilkin olaraq ödəmiş, daha sonra isə iddiaçılara yenidən xx.xx.2021-ci ildə 15000 manat, xx.xx.2020-ci ildə 1500 manat, xx.xx.2020-ci il tarixdə isə 500 manat pul ödəmişdir. Məhkəmə iş üçün mühüm əhəmiyyət kəsb edən onun tərəfindən məhkəməyə təqdim edilmiş sübutlara qiymət verməmiş, işin heç bir faktiki halı ilə uyğun gəlməyən yalnız şahid ifadəsinə istinad etmişdir. Eyni zamanda həmin müqavilə notariat ofislərindən birində rəsmiləşdirilməklə hazırkı iş üzrə iddiaçılara bütün hüquq və vəzifələri izah edilmiş və iddiaçılar da həmin vəzifələrindən məlumatlı olmuşdur. Hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə məqsəd isə əsassız olaraq varlanma ilə bağlıdır. İddia tələbində qeyd edilənlərə gəldikdə isə iddiaçıların özlərinin uydurmasıdır. Lakin iddia ərizəsində yazılanlara aid məhkə mə heç bir sübut təqdim edə bilməmişlər. Birinci instansiya məhkəməsi yalnız bir şahidin ifadəsi ilə həmin şahid də iddiaçının özünün adamı olduğundan qabaqcadan onu təlimatlandırmaqla məhkəməyə şahid qismində çağırmış və məhkəmə də iddiaçının təqdim etdiyi şahid ifadəsi əsasında iddia tələbini heç bir sübuta əsaslanmadan formal mülahizələr əsasında təmin etmişdir. Eyni zamanda məhkəmə kəsici müddətə münasibətdə də prosessual pozuntuya yol verməklə iddia müddətinin iddiaçılar ilə cavabdeh arasında bağlanılmış alqı-satqı müqaviləsinə münasibətdə hesablamaqla tətbiq etməli olduğu halda bunu etməmişdir. Lakin hansı səbəbdən məhkəmə qətnaməsində, məhkəməyə təqdim olunan və məhkəmə iclasında tədqiq olunmuş həm apelyasiya şikayətində qeyd etdiyi hallara, əsaslı münasibət bildirilməmiş, belə bir mütləq sübut növünə hüquqi qiymət verilməmiş, nəticədə sübutların tədqiq olunmadan və onlara qiymət verilmədən açıq qalmışdır. Halbuki, həmin sübutlar işin həlli üçün müstəsna əhəmiyyətə malik idi.

23. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 24 sentyabr 2024-cü il tarixli, 2(106)-1261/2024 nömrəli qətnaməsi ilə (hakim Pərviz Əhmədovun sədrliyi və məruzəsi ilə, hakimlər Tale Kərimovdan və Cahid İmanovdan ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilərək, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(049)-196/2024 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmişdir. Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Əhmədov X3 rayonu Sütəmurdov kəndində yerləşən və İddiaçı xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən əmla kları ilə birlikdə çıxarılması və həmin fərdi yaşayış evi İddiaçı təhvil verilməsi, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019-cu il tarixli AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilərək həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli 5983 inventar nömrəli **********31-10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli **********31-10301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddiası təmin e dilməmişdir.

24. Apellyasiya məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi qətnaməsini əsaslandırarkən şahid X1 ifadəsi və rəyinin mötəbərliliyi şübhə doğuran "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyində mübahisəli fərdi yaşayış evinin dekabr 2019-cu ilə bazar dəyərinin ƏDV nəzərə alınmadan 71120 manat, likvid dəyərinin isə 67564 manat məbləğində müəyyən edilməsinə əsasən adıçəkilən əmlakın 35100 manat dəyərində satılmasının reallığı əks etdirməməsi əsasında mübahisələndirilən alqı-satqı müqaviləsi yalan əqd hesab edilmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, birinci instansiya məhkəməsi işdə olan sübutları tam və hərtərəfli araşdırmamış, işin təqdim edilmiş sübutlardan irəli gələn hallarına və işin qanuni həlli baxımından əhəmiyyət kəsb edən məqamlarına düzgün qiymət verməmişdir. İlk öncə, kollegiya şahid X1 ifadəsini mötəbər hesab etməmiş və qeyd etmişdir ki, həmin şahid əvvəllər və yenidən dindirilərkən verdiyi ifadələrində neytral mövqe nümayiş etdirməmişdir. Belə ki, o, ifadələrində əsasən Cavabdeh2 mövqeyini müdafiə etmiş, tərəfləri təsadüfən tanımadığı aşkar görünmüş, habelə işin mübahisəsiz hallarına görə tərəflərdən hər hansı xidmət haqqı almadığına rəğmən onlar arasında illər öncə olan hadisə və hazırkı durum (Cavabdeh2 tərəfindən İddiaçı pulun qaytarılmaması və s.) barədə tam məlumatlı şəxs kimi dəqiq ifadə verməyə çalışır. Bu da makler işləyən şəxsin hər hansı maddi marağı olmadığı halda hazırkı mübahisə ilə bu qədər dərindən maraqlanması artıq onun tərəfsiz olmasına haqlı olaraq əsa slı şübhə yaradır. Bundan əlavə, digər əsas - "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli rəyinə əsasən mübahisəli fərdi yaşayış evinin bazar və likvid dəyərinin daha artıq müəyyən edilməsi alqı-satqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün mütləq əsas sayıla bilməz. Bu ilk öncə müqavilə azadlığı prinsipinə ziddir. Habelə işin mübahisəsiz hallarından göründüyü kimi, Cavabdeh2 həmin dövrdə təcili pula ehtiyacının olması da, tərəflər arasında daha ucuz qiymət yaxud hissə-hissə ödəniş barədə razılaşmanı real göstərir. Bu məbləğin hissə-hissə ödənilməsi işdən görünür. Belə ki, alqı-satqı müqaviləsi və notarial qaydada ərizədən də göründüyü kimi məbləğlər iki dəfəyə verilmişdir. Digər məbləğləri (1500 manat +500 manat) isə İddiaçı etibarlı münasibət əsnasında Cavabdeh2 borc verdiyini göstərmişd ir.

25. Məhkəmə kollegiyası xüsusilə diqqətə çatdırır ki, MM-in 140-ci maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

26. Məhkəmə kollegiyası qeyd etmişdir ki, hazırkı mübahisə üzrə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin yalan əqd olmasını sübut edəcək və nəticə etibarı ilə əldə edilmiş çıxarışın mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

27. Apellyasiya məhkəməsi mövqeyini Azə rbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1.2, 6.1.4, 152.1, 140,178.8, 567, 568.1, 568.2, 646.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri: a) Kassasiya şikayətinin dəlilləri

28. İkinci iş üzrə iddiaçı X4 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin 24 sentyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh6 İddiaçı, Lənkəran Rayon 1 saylı Notariat Ofisinə və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 10 saylı Lənkəran Ərazi İdarəsinə qarşı 26 dekabr 2019cu il tarixli AN-İ, № ******* saylı daş ınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilə əsasında verilmiş xx.xx.2019-cu il tarixli 5983 inventar nömrəli **********31 10301 reyestr nömrəli Texniki Pasportun və xx.xx.2020-ci il tarixli **********3110301 reyestr nömrəli ********** qeydiyyat nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələblərinə dair iddiasının təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

29. Şikayət belə əsaslandırılmışdır ki, tərəflər arasında “daşınmaz əmlakın alqı-satqı” müqaviləsi bağlanarkən bu müqavilə əslində tərəflər arasında bağlanmış girov müqaviləsini pərdələmək niyyətində olmuşdur. Bu müqavilə yalan əqdi əks etdirmiş. Belə ki, iddiaçı ona 35.000 manat pul vermiş və onların razılığına əsasən 5. 000 manatda faiz pul məbləği hesablamışdır. İddiaçı bildirmişdir ki, 35.000 verəcək əvəzində cavabdehdən 40.000 manat alacaq. O, hal-hazırda ailə üzvləri ilə birlikdə kirayədə yaşayır. İddiaçı ona öz evində ailəsi ilə birgə yaşamağına, nə də ki, evi satıb ona ödəməli olduğu 40.000 manatı qaytarmağa imkan vermir. Bütün əşyaları Lənkəran rayon, Sütəmurdov kəndindəki ona məxsus evindədir. O, İddiaçı götürdüyü 35.000 (otuz beş min) manatı, söz verdiyi kimi üstəlik faiz pulu olaraq 5.000 (bes min) manat, cəmi 40.000 (qirx min) manatı qaytarmağa hazır olduğunu bildirmişdir.

30. Eyni zamanda, məhkəmədə şahid kimi dindirilmiş X1 ifadəsinə məhkəmə tərəfindən biganə yanaşıldığını və onun neytral mövqe bildirmədiyi əsas gətirmişdir. Halbuki qanunvercilikdə şahidin üzərinə neytral olmasına dair heç bir vəzifə yüklənməmişdir. Digər bir məqam ondadır ki, məhkəmə mütəxəssis rəyini gözardı etmiş, onun mütləq əsas saymamışdır. Halbuki, iddiaçının özü də həmin evin qiyməti mübahisələndirməmişdir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası

32. Maddə

13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.

33. Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

34. Maddə 152.1.Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

35. Maddə 140.Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.

36. Maddə 3 24.1.Əqd mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir.

37. Maddə 340.2.Yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir.

38. Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

39. Maddə 568.1.Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

40. Maddə 568.2.Əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, satıcı əşyanı alıcıya ver məklə bir vaxtda onun ləvazimatını, habelə əşyaya aid olan, qanunvericilikdə və ya müqavilədə nəzərdə tutulan sənədləri də (texniki pasportu, keyfiyyət sertifikatını, istismar təlimatını və i.a.) verməyə borcludur.

41. Maddə 646.1 Daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 340.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 mart 2022-ci il tarixli qərarında formalaşan hüquqi mövqeyə görə Mülki Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslindəbaşqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (habelə “N.Hacıyevanın şikayəti üzrə” 10 mart 2020-ci il və “X.Mirzəliyevin şikayəti üzrə” 17 sentyabr 2021-ci il tarixli qərarlar). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

43. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

44. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

45. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfi ndən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri:

48. Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər.

49. Hazırkı kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin iddiaçının kassasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Apellyasiya məhkəməsi müəyyən etmişdir ki, mübahisə üzrə tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin yalan əqd olmasını sübut edəcək və nəticə etibarı ilə əldə edilmiş çıxarışın mötəbərliliyini şübhə altına alacaq hər hansı sübut mövcud deyildir. Mübahisəli fərdi yaşayış evinin bazar və likvid dəyərinin daha artıq müəyyən edilməsi alğısatqı müqaviləsinin yalan əqd hesab edilməsi üçün mütləq əsas sayıla bilməz.

52. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və ə saslandırma ilə razılaşır.

53. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün ə sas təşkil etmir.

55. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

56. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1261/2024 nömrəli, 24 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar