Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4001/2022 03.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ İş № 2(102)-4001/2022 (Açar sözlər: avtomobil krediti müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi) Bakı şəhəri 03 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı avtomobil krediti müqaviləsi üzrə borcun ödənilməsi və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsini n Mülki kollegiyasının 2(103)-1746/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 3 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyəti (bundan sonra iddiaçı) ilə X2 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120960-CNS-2545 saylı, “Avtomobil krediti müqaviləsi”nə əsasən E.A.İsmayılova illik 18 faiz hesablanması şərti ilə 60 (altmış) ay müddətinə 40800,00 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etmək məqsədilə E.A.İsmayılov mülkiyyətində olan “AUDİ” markalı Q5 modelli avtomobili xx.xx.2014-cü il tarixli 1209xx-xx-15061 saylı ipoteka müqaviləsi əsasında Bank q arşısında ipoteka ilə yüklü etmişdir. 2. xx.xx.2014-cü il tarixli 120960-CNS-2545 saylı, “Avtomobil krediti müqaviləsi”nə dəyişikliklər edilməsi barədə 02 №-li Əlavə Razılaşmaya xx.xx.2015-ci il tarixli Əlavəyə əsasən kredit alan X1 müraciətinə əsasən və Bankın müvafiq qərarına əsasən xx.xx.2014cü il tarixli 120960-CNS-2545 saylı, “Avtomobil krediti müqaviləsiüzrə Cavabdeh yeni kredit alan müəyyənləşdirilmişdir və kredit müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh ötürülmüşdür. 3. xx.xx.2014-cü il tarixli 1209xx-xx-15061 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 02 saylı Əlavə Razılaşmaya xx.xx.2015-ci il tarixli Əlavəyə əsasən və Bankın müvafiq qərarına əsasən xx.xx.2014-cü il tarixli 1209xx-xx-15061 saylı ipoteka müqaviləsi üzrə, Cavabdeh yeni ipoteka qoyan müəy yənləşdirilmişdir və kredit müqaviləsi üzrə hüquq və öhdəliklər Cavabdeh ötürülmüşdür.
4. Bank ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 120960-CNS-2545 №-li “Avtomobil kredit müqaviləsi”nə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı xx.xx.2016-cı il tarixli Razılaşmaya əsasən Cavabdeh xx.xx.2016-cı il tarixinə mövcud olan borcu kapitallaşdırılaraq 33494,00 (otuz üç min dörd yüz doxsan dörd) manat məbləğində olan borcu illik 18 (on səkkiz) faiz hesablanması şərti ilə 33 (otuz üç) ay müddətinə müəyyənləşdirilmişdir.
5. Eyni zamanda Kredit Müqaviləsi”nə əlavə və dəyişikliklər edilməsi ilə əlaqədar olaraq tərəflər arasında xx.xx.2014-cü il tarixli 1209xx-xx-15061 saylı ipoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi barədə 03 saylı Əlavə Razılaşmaya xx.xx.2016-ci il t arixli Razılaşma bağlanmışdır. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın rəsmi reyestrindən çıxarışına əsasən ipoteka müqaviləsinin qüvvədə olma müddəti xx.xx.2019-cu il tarixidir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı "avtomobil krediti müqaviləsi üzrə borc və borcun ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli, kredit müqaviləsinə əsasən xx.xx.2020-cı il tarixə Banka borclu olduğu 24206,52 (iyirmi dörd min iki yüz altı, 52) manat məbləğində əsas borc, 11774,84 (on bir min yeddi yüz yetmiş dörd, 84) manat məbləğində faiz borcu, ümumilikdə isə 35981,36 (otuz beş min doqquz yüz səksən bir, 36) manat məbləğində pulun və 30 (otuz) manat məhkəməyə müraciət etmək üçün ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasına, tutmanın Bank qarşısında ipoteka ilə yüklü edilmiş “AUDİ” markalı Q5 modelli, ağ rəngli, 2013 buraxılışı, mühərrik CNC033813, ban WAUZZZ8R5EA063808 olan ** CE *** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsinə, avtomobilin açıq hərracdan satılmasına və satışdan əldə edilən vəsaitin iddiaçıya ödənilməsinə barədə qətnamə çıxarılmasını xahiş edilmişdir.
7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, borclu şəxs cavabdeh üzərinə götürdüyü kredit öhdəlikləri xx.xx.2017- ci il tarixdən icra etməmiş və nəticədə cavabdehin iddiaçıya 24206,52 (iyirmi dörd min iki yüz altı, 52) manat məbləğ ində əsas borc, 11774,84 (on bir min yeddi yüz yetmiş dörd, 84) manat məbləğində faiz borcu, ümumilikdə isə 35981,36 (otuz beş min doqquz yüz səksən bir, 36) manat məbləğində borcu qalmışdır, kredit üzrə cərimə tətbiq olunmuşdur. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə tərəflərindən cavabdehə dəfələrlə xəbərdarlıq edilmişdir, lakin bundan sonra da qeyd olunan müqavilələrin şərtləri cavabdeh tərəfindən yerinə yetirilməmiş və öhdəliklər lazımınca icra edilməmişdir.
8. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında borc məbləği ilə razı olmadığını göstərmişdir.
9. Məhkəmənin qərardadına əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən keçirilmiş məhkəmə mühasibatlıq ekspertizasının xx.xx.2021-ci il tarixli 9/2006 n ömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, xx.xx.2014-cü il tarixdə bağlanmış 120960-CNS-2545 nömrəli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə 15 aprel 2016-cı il tarixli 03 saylı Razılaşmada qeyd olunan şərtlər nəzərə alınmaqla cavabdeh iddiaçıya müqavilə müddəti bitən tarixə yəni xx.xx.2019-cu il tarixə olan borcu aşağıdakı kimi müəyyən edilir: xx.xx.2019- cu il (müqavilə müddəti bitən tarixə) borcu 32726,48 manat, əsas borc üzrə 27294,81 manat, faiz borcu üzrə 5431,67 manat. Qeyd edilir ki, təqdim edilmiş iş materiallarında olan hesabdan çıxarış məlumatlarından da göründüyü kimi cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdən son ödəniş tarixinə, yəni xx.xx.2019-cu il tarixədək 812,27 manat məblə ğində ödənişlər edilmişdir, o cümlədən: xx.xx.2019-cu il tarixdə 812,27 manat ödəniş edilmiş. Lakin ekspertiza təyini haqqında qərardadda ekspert qarşısında cavabdeh ilə iddiaçı arasında bağlanmış 15 aprel 2016-cı il tarixli 03 saylı Razılaşma üzrə cavabdeh “Bank iddiaçıya sual verilən tarixə, yəni 07 yanvar 2019-ci il tarixə əsas və faiz borcunun olması barədə sualı qoyulduğundan sonuncu tarixdən sonrakı edilən 812,27 manat məbləğində ödənişlər hazırkı tətqiqatla nəzərə alınmamışdır.
10. Məhkəmənin qərardadına əsasən "xxxx" Hüquq və Konsaltinq Şirkəti tərəfindən keçirilmiş məhkəmə qiymətləndirmə ekspertizasının xx.xx.2021-ci il tarixli LP193/21 nömrəli rəyindən görünür ki, “AUDİ” markalı, Q5 modelli **-CE-*** dövlət qeydiyyat nömrəli avtomobilinin hazırkı bazar qiyməti 36000 (otuz altı mi n) manat, likvid qiyməti isə 34000 (otuz dörd min) manat təkşil edir.
11. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-190/2021 nömrəli iş üzrə 13 dekabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim Babək Qasımov) iddia qismən təmin edilmiş, iddiaçı və cavabdeh arasında bağlanmış xx.xx.2016-cı il tarixli kredit müqaviləsinə əsasən xx.xx.2019-cu il tarixə banka borclu olduğu 24206,52 (iyirmi dörd min iki yüz altı manat əlli iki qəpik) manat məbləğində əsas, 4619,4 (dörd min altı yüz on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcu olmaqla ümumilikdə 28 825,92 manat borcun, 24,03 manat dövlət rüsumunun cavabdehdən bankın xeyrinə tutulması, tutmanın “AUDİ” markalı Q5 modelli, 2013 buraxılışlı, mühərrik CNC033813, ban WAUZZZ8R5EA063808 olan **-CE -*** dövlət nömrə nişanlı avtomobilə yönəldilməsi, avtomobilin 34 000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunan vəsait hesabına xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə yaranmış 28 825,92 manat məbləğində kredit borcunun ödənilməsi, kredit borcu ödənildikdən sonra satışdan qalan məbləğin cavabdehə qaytarılması, ekspertiza tədqiqatının dəyərinin 19,89 manatının iddiaçıdan, 80,11 manatının cavabdehdən tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
12. Məhkəmə hesab etmişdir ki, iddiaçı iddia tələbində cavabdehin kredit müqaviləsi üzrə əsasən borcunu 24206,52 manat kimi göstərmişdir. İddiaçının iddia tələbinin həcmini artırmadığını, hakimin işdə iştirak edən şəxslərin verdiyi tələ blər üzrə qətnamə çıxarması barədə MPM-in 218.3-cü maddəsinin tələbini nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi əsas borca münasibətdə 24206,52 manat pul tutulmaqla təmin edilməlidir.
13. Məhkəmə faiz borcuna münasibətdə qeyd etmişdir ki, xx.xx.2021-ci il tarixli 9/2006 nömrəli rəyi ilə Cavabdeh xx.xx.2016-cı il tarixli kredit müqaviləsi üzrə xx.xx.2019cu il tarixə faiz borcu 5431,67 manat kimi müəyyən edilmiş, həmçinin ekspert rəyi tərtib edilərkən cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə edilmiş 812,27 manat ödəniş edilməsi nəzərə alınmamışdır. Məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən ödənilmiş 812,27 manat məbləğində pul ekspert rəyi ilə müəyyən edilən məbləğdən çıxılmalıdır.
14. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 6.2, 385.1, 386.1, 425.1, 427.3, 442, 443.1, 445.7, 448.1, 269.1, 269.4, 279, 295, 296.1, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunun 33, 34.1.1, 34.1.3, 39.1, 47.4, Mülki Prosessual Məcəllənin 14.2, 78.1, 88, 217.4, 218.3, 107, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnaməsinin dəyişdirilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti məhkəmənin sübutlara düzgün qiymət vermədiyi, əsassız ekspert rəyinə istinad etdiyi, cavabdehin xx.xx.2019-cu il tarixinə kimi əsas borca görə ödənişinin ekspert rəyində göstərildiyi kimi 6199,19 manat deyil, 8475,21 manat, faiz borcuna görə ödənişinin 9171,81 manat deyil, 6896,72 manat olduğu, ekspertin tərəflər arasında bağlanmış razılaşmanı nəzərə almayaraq əsassız hesablama apardığı arqumentləri ilə əsaslandırmışdır.
17. Apellyasiya baxışı zamanı şikayətin həmin dəlili nəzərə alınaraq təkrar mühasibatlıq ekspertizası təyin olunmuş, bu təyinat əsasında verilmiş xx.xx.2022-ci il tarixli rəylə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə dəyişiklik edilməsi barədə xx.xx.2016-cı il tarixli Razılaşmanın şərtləri nəzərə alınmaqla 07 yanvar 2019-cu il tarixinə Cavabdeh əsas kredit borcu 27.294,81 manat, faiz borcu 5431,67 manat təşkil etmiş, xx.xx.2019-cu il tarixindən sonra həyata keçirilən ödəniş nəzərə alındığında, xx.xx.2019-cu il tarixdə 26 482,54 manat əsas, 5829,72 manat faiz borcu olmuşdur.
18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(103)-1746/2022 nömrəli iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Elnur Həsənov (sədrlik edən və məruzəçi), Xumar Mərdanova və Vahid Sadıqov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehdən “xx.xx.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsinə əsasən banka borclu olduğu 4619,4 (dörd min altı yüz on doqquz manat qırx qəpik) manat məbləğində faiz borcunun, ümumilikdə isə 28 825,92 manat borcun bankın xeyrinə tutulması” hissəsində dəyişdirilmiş, Cavabdeh xx.xx.2016-cı il tarixli 120960-CNS-2545/3 saylı kredit müqaviləsi üzrə tutulmalı olan faiz borcu 5431,67 (beş min dörd yüz otuz bir manat 67 qəpik) manat, ümumi borc məbləği isə 29 638,19 (iyirmi doqquz min altı yüz otuz səkkiz manat 19 qəpik) manat məbləğində müəyyənləşdi rilmiş, qətnamə “Bank VTB (Azərbaycan) ASC-nin mübahisələndirdiyi qalan hissələrdə dəyişdirilmədən saxlanılmış, Cavabdeh xx.xx.2022-ci il tarixdə həyata keçirdiyi 5000 (beş min) manat ödəniş məbləği qətnamənin icrası zamanı nəzərə alınmasını, ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manatın 80 (səksən) manatı Cavabdeh, 20 (iyirmi) manatı İddiaçı ASC-dən tutularaq Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməsi, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 15 (on beş) manat Cavabdeh alınaraq İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir.
19. Kollegiya hesab etmişdir ki, kredit müqaviləsi üzrə faiz borcunun məbləğinin düzgün müəyyənləşdirilmədiyi ilə bağlı apellyatorun dəlili əsaslıdır – belə ki, yuxarıda qeyd olunduğu kimi, Cava bdeh müqavilə müddətinin bitdiyi tarixdə 5431,67 manat faiz borcu yarandığı təyin edilmiş ekspertizanın rəyləri ilə müəyyən olunmuşdur. Buna görə də kollegiyanın qənaətinə görə qətnamə həmin hissədə dəyişdirilməli, cavabdehlərdən tutulmalı olan faiz borcu 5431,67 manat, ümumi borc məbləği isə 29 638,19 manat müəyyənləşdirilməli, iddia tələbinin həcmi nəzərə alınaraq əsas borcun məbləği hissəsində qətnamə dəyişdirilməməlidir.
20. Qeyd olunmuşdur ki, cavabdehə xx.xx.2020-ci il tarixinə qədər müqavilədə nəzərdə tutulmuş faiz dərəcəsi ilə borcun hesablanması nə müqavilə şərtlərinə, nə də qanunvericiliyə uyğun deyildir. Belə ki, bankla cavabdeh arasında bağlanmış müqavilə üzrə kredit xx.xx.2019-cu il tarixinə qədər verilmiş və məhz bu dövr ərzində cavabdehin illik 18 % ödəməli olduğu razılaşd ırılmışdır.
21. Kollegiya həmçinin qeyd etmişdir ki, apellyasiya baxışı zamanı cavabdehin xx.xx.2022-ci il tarixdə 5000 manat ödəniş həyata keçirdiyi müəyyənləşdirilmişdir və həmin ödəniş məbləği qətnamənin icrası zamanı nəzərə alınaraq cavabdehdən tutulmalı borc məbləği müvafiq məbləğdə azaldılmalıdır.
22. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 14.2.1,385, 442, 448.1, Mülki Prosessual Məcəllənin 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi və kredit müqaviləsi üzrə əsas və faiz borcunun tutulması hissəsində işi yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə göndərilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti o nunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının hüquqlarını kobudcasına pozaraq, kredit müqaviləsi üzrə əsas borcun xx.xx.2019-cu il tarixə müəyyən etməklə bankın Bank fəaliyyətinin əsas gəlir mənbələrindən biri olan, kredit müqaviləsi üzrə hesablanmış faiz borcunun tələb edilməsi hüququnu məhdudlaşdırmışdır. Bankın tələbi onunla Bank arasında bağlanılmış xx.xx.2016-cı il tarixli 120960CNS-2545/3 saylı “Kredit Xətti Müqaviləsi”ndən irəli gəlir və həmin müqavilə şərtləri öz qüvvəsini saxlayır. Məhkəmənin gəldiyi qənaət qüvvədə olan müqavilə şərtlərinə əsassız müdaxilədir və bu şərtləri istisna edən hər hansı məhdudiyyət mövcud deyil. Məhkəmə instansiyası cavabdeh tərəfindən iddiaçıdan borc alındıqdan sonra manatın ABŞ dollarına qarşı dəyər itirməsini, bununla da iddiaçının əlverişsiz vəziyy ətə düşməsini, və iddiaçı tərəfindən tələb edilən hesablanmış faiz borc pulunun tənasübsüz surətdə yüksək hesab etmiş, və hesablanmış faiz pulu hissəsində iddianı tam təmin etməyərək hesablanmış faiz pulunun tutulmasını qət etməklə iş üzrə ədalətli olmayan nəticəyə gəlmişdir.
25. Apellyasiya instansiya məhkəmə prosessual qanunvericiliyin tələbini pozaraq araşdırma aparmadan ekspertiza rəyini mötəbər sübut kimi qiymət verərək və işin müəyyən edilmiş hallarını araşdırıb həmin hallara və iş üzrə toplanmış sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməmiş səhv nəticəyə gəlmişdir. ekspert rəyi Cavabdeh kredit borcunun əsas və faiz borcu hissəsində həqiqəti əks etdirmir və bu səbəbdən həmin ekspert rəyi mötəbər sübut kimi qəbul oluna bi lməz. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə
27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
28. Maddə 399.3. Müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyi n icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.
29. Maddə 399.4. Müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. 30. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış fa ydanın) ödənilməsini tələb edə bilər.
31. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
32. Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
33. Maddə 102.2. Məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, habelə bir neçə ekspertin rəyləri arasında ziddiyyətlər olduqda, ekspertiza aparılmasını başqa ekspertə və ya ekspertlərə tapşırmaqla, təkrar ekspertiza təyin edə bilər.
34. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
36. Maddə 417.1.2. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər;
37. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
38. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tət biq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
39. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən qismən, kredit müqaviləsi üzrə əsas və faiz borcunun təmin edilməyən hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
40. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin kredit müqaviləsi üzrə Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş təkrar mühasibatlıq ekspertizas ının rəyi ilə müəyyən edilmiş faiz borcunun tutlması hissəsində gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, iş üzrə ödənilməli olan faiz borcu müqavilə müddəti çərçivəsində və müqavilə şərtləri nəzərə alınmaqla ekspert rəyi ilə müəyyən edilmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, işdə iki ekspert rəyi olsa da, iş materiallarından görünür ki, apellyasiya məhkəməsi ilkin rəyi düzgün hesab etmədiyindən iş üzrə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 102.2-ci maddəsinə əsasən təkrar ekspertiza təyin etmişdir.
42. İddiaçının təkrar ekspert rəyi əsasında müəyyən edilmiş faiz borcunun düzgün olmaması barədə kassasiya şikayətinin dəlillərini isə məhkəmə kollegiyası əsassız hesab edir.
43. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qaba qcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat o vaxt kifayət qədər yüksəkdir ola bilər ki, araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilməsin və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olsun. Bu halda həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilə bilər.
44. Azərbaycan Respublikası MPM-nin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
45. İşdən görünür ki, ekspert rəyinin qeyri-mötəbərliyinin hər hansı sübutla təsdiq edilməmiş, ekspert rəyinin qiymətləndir ilməsi zamanı hər hansı bir prosessual pozuntuya yol verməmişdir. 46. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair24 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsi müəyyən etmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
47. Ekspert rəyidən görünür ki, xx.xx.2019-cu ildən xx.xx.2019-cu ilədək ekspert tərəfindən Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən 5% illik faiz də hesabl anmışdır.
48. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, hazırki iş üzrə apelyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1746/2022 nömrəli, 28 aprel 2022-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.