Məhkəmə qərarları › İş №2(102)-4001/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4001/2023

06.11.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4001/2023 06.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən çıxarılma, kompensasiya) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və X6 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “evdən çıxarılma” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2975/2023 nömrəli, 20 iyun 2023cü il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayətinə 06 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Buzovna Tərəvəzçili k-Südçülük sovxozunun 11 noyabr 1993-cü il tarixli 78/k saylı əmri ilə X13 Buzovna qəsəbəsi 117 ünvanında 0,010 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron Rayon İcra hakimiyyətinin 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəncamı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmişdir. Daha sonra torpaq sahəsinin 0,0357 ha hissəsi və fərdi yaşayış evi X1. 06 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən isə İddiaçı qeyd edilən torpaq sahəsini və fərdi yaşayış evini X3 almışdır.

2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, ev 117, İdd iaçı mülkiyyətindədir.

3. Cavabdeh ilə İddiaçı qardaşı X27 arasında 04 mart 2011-ci ildə nikah bağlanmış, Cavabdeh həmin evə gəlin gəlmiş və elə həmin ildə də ərinin işi ilə əlaqədar Qazaxıstan Respublikasına gedərək orda yaşamışlar. Cavabdeh 2015-ci ildə əri və uşaqları ilə Bakıya qayıtmış, qayıtdıqdan sonra mübahisə predmetinə aid olan evə yerləşdirilmişdir.

4. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddiaçılar X17 və X9 (hazırki iş üzrə iddiaçının valideynləri) cavabdehlər Cavabdeh, X10, X14, X24 və X19 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi TərəvəzçilikSüdçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması və həmin evin təhvil verilməsi tələbinə dair iddiası qismən təmin edilərək, X10, X8 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsə bəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir.

5. Bundan başqa, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(003)-300/2018 nömrəli qətnaməsi ilə iddiaçılar X18 və X11 cavabdehlər Cavabdeh, X20, X19 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən (hazırki mübahisəli evdən) çıxarılma və digər evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı (bundan sonra “cavabdeh”) Cavabdeh (bundan sonra “cavabdeh”) qarşı iddia ərizəsi (iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə) ilə Xəzər Rayon Məhkəməsinə müraciət edərək, 50 00 manat kompensasiya verilməklə cavabdehin iddiaçıya məxsus Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi 117 saylı evdən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi 117 saylı ev iddiaçının xüsusi mülkiyyətindədir və ailə üzvlərilə birlikdə həmin evdə yaşayır. Cavabdeh iddiaçının X31un həyat yoldaşıdır, onlar xeyli müddət Qazaxıstan Respublikasında yaşamış və 2015-ci ildə Azərbaycana qayıtmışlar. Evləri olmadığı üçün iddiaçı öz evindən onlara otaq ayırmış və müvəqqəti yaşamalarına icazə vermişdir. X31 14 yanvar 2017-ci ildə vəfat etdikdən sonra cavabdeh müntəzəm olaraq onları incitmiş, evdə dava-dalaş salmış, hətta iddiaçının anası Durna Qasımovanı döymüş və bu cinayət əməlinə görə Xəzər Rayon Məhkəməsinin 10 noyabr 2017-ci il tarixli hökmü ilə cavabdeh məhkum edilmişdir. Lakin cavabdeh bu cəzadan da nəticə çıxarmamış və onlarla yola getmir. Belə şəraitdə cavabdehlə bir evdə yaşaması qeyrimümkündür və iddiaçının mülkiyyət hüquqları kobud şəkildə pozulur.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152 və 157-ci maddələrinə istinad etmişdir.

9. Birinci instansiya məhkəməsində cavabdeh iddiaya yazılı etiraz vermiş və etirazını məhkəmədə müdafiə edərək bunları göstərmişdir: - iddiaçının ərizəsində göstərdikləri faktların heç biri həqiqəti əks etdirmir. Belə ki, iddiaçı mübahisəli evin mülkiyyətçisi olmamışdan əvvəl cavabdeh həmin evə gəlin köçmüş, həmin vaxt bütün cehiz əşyalarını da oraya gətirmişdir. Sonradan həyat yoldaşı ilə işləmək üçün Qazaxıstana getmişlər; - iddiaçı ərizəsində qeyd edir ki, 2015-ci ildə yaşamaq üçün cavabdehə həmin evdə digər yaşayış yerləri olmadığı üçün müvvəqəti yaşamağa otaq verib. Bu necə ola bilər ki, iddiaçı o vaxt mülkiyyətçi olmayıb. Həmin vaxt ev qanunsuz tikili olub. Sadəcə olaraq evin yerləşdiyi torpaq sahəsi iddiaçının anası olan X23 rayonu İH-nin xx.xx.1993-cü il tarixli, 580 saylı sərəncamı ilə tərəvəzçilik südçülük sovxozunda fərdi-yaşayış evinin tikintisi üçün ayrılıb. Bu torpaq sahəsinin yalnız həmin sovxozda işləyən işçilərə verilməsi nəzərdə tutulub. İddiaçının anası isə həmin vaxt Naxçıvan MR-nın Şərur rayonu, Dəmirçi kəndində qeydiyyatda olmuş və həmin sovxozda işləməmişdir; - Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin 30 dekabr 2016-cı il tarixli, 2(003)7489/2016 saylı q ətnaməsi ilə iddiaçılar X11 və X9 (iddiaçının valdeyinləri) cavabdehə, onun atası X7, qardaşı X12 və iki azyaşlı qızlarına qarşı evdən çıxarılma tələbi qismən təmin edilmiş, cavabdehin atası İsmayıl və qardaşı Fəzailin çıxarılması qərara alınmış, cavabdehin və iki az yaşlı qızlarına münasibətdə isə iddia təmin edilməmişdir. Atası və qardaşının həmin evdə yaşamalarına gəldikdə isə, həmin torpaq sahəsini cavabdehin həyat yoldaşı Ağa almış və evi o tikmişdir. Yəni birgə nikah dövründə tikilmiş evdir. Məhkəmə qətnaməsi hazırda qanuni qüvvədədir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 31 yanvar 2018-ci il tarixli, 2(003)300/ 2018 saylı qətnaməsi ilə yenə də X18 və X21 cavabdehə və iki azyaşlı qızlarına qarşı evdən çıxarılma və digər evə köçürülmə tələbinə dair iddiası rədd edilmişdir. Məhkəməni n xx.xx.2018-ci il tarixli, 2(003)-300/2018 saylı qətnaməsinin təsviri hissəsində qeyd edilmişdir ki, məhkəmənin 23 yanvar 2018-ci il tarixli qərardadı ilə cavabdehlər Cavabdeh və iki azyaşlı qızlarının faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılması hissədə iş üzrə icraata xitam verilmişdir; - istinad olunanlardan tam aydın olur ki, artıq iş üzrə cavabdehlərin mübahisə edilən evdən çıxarılmalarına dair işin icraatına xitam verilmişdir, qərardad qüvvədədir; - indiki mübahisədə isə mübahisə predmeti olan ev qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınıb və evə çıxarış verilib, yəni əvvəlki iddiaçılarla indiki iddiaçının mübahisələrdirdiyi ev eyni ev olmaqla onların və cavabdehlərin yaşa yış yeridir və buna artıq qüvvədə olan məhkəmə qətnamələri və qərardadı ilə hüquqi qiymət verilib.

10. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2060/2022 saylı, 28 iyul 2022ci il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh 5000 manat kompensasiya verilməklə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Zuğulba küçəsi, 117 saylı fərdi yaşayış evindən çıxarılması qət edilmişdir. (hakim Zaur Tağıyev)

11. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Buzovna TərəvəzçilikSüdçülük sovxozunun 11 noyabr 1993-cü il tarixli 78/k saylı əmri ilə iddiaçının anası X13 Buzovna qəsəbəsi 117 ünvanında 0,010 ha həyətyanı torpaq sahəsi ayrılmış, Abşeron Rayon İcra hakimiyyətinin 770 saylı 22 noyabr 1993-cü il tarixli sərəncamı ilə verilmiş torpaq sahəsində fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. İddiaçının ailəsi həmin torpaq sahəsində fərdi yaşayış evi tikmişlər. Daha sonra iddiaçının ailəsi fərdi yaşayış evini 0,0357 ha sahəsini X2, 06 noyabr 2021-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı qeyd edilən torpaq sahəsini və fərdi yaşayış evini X3 almışdır və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən cıxarış verilmişdir. Cavabdehin iddiaçının qardaşı X27 ilə 04 mart 2011-ci ildə nikahları bağlanmış, cavabdeh həmin evə gəlin gəlmiş və həmin ildə ərinin işi ilə əlaqədar Qazaxıstan Respublikasına gedərək orda yaşamışdır. Cavabdeh 2015-ci ildə əri və uşaqları ilə Bakıya qayıtmış, qayıtdıqdan sonra iddiaçının ailəsi tərəfindən mübahisə predmetinə aid olan evə yerləşdirilmişdir. Bundan əvvəl iddiaçının atası və anası X18, X17 hazırki iş üzrə Cavabdeh, X20, X19 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılma və digər evə köçürülmə tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə iddiaçılar X18, X17 cavabdehlər Cavabdeh, X20, X19 qarşı “evdən çıxarılma və digər evə köçürülmə” tələbinə dair iddiası rədd edilmişdir. Həmçinin iddiaçılar X17 və X18 cavabdehlər Cavabdeh, X10, X14, X24 və X19 qarşı Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılma tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, X10, X14 Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi Tərəvəzçilik-Südçülük Sovxozu ərazisində yerləşən fərdi yaşayış evindən çıxarılmaları təmin edilmiş, iddia qalan hissədə rədd edilmişdir. Həmin qətnamələrdən görünür ki, mübahisəli yaşayış evi mübahisə olan dövrdə (2016-2018-ci illərdə) mülkiyyət olaraq dövlət reyestrində qeydə alınmamışdır. Mübahisədə adı keçən ev 19 noyabr 2021-ci il tarixli Çıxarışa əsasən hazırda iddiaçının mülkiyyətindədir.

12. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına əsasən qeyd etmişdir ki, cavabdehin mübahisəli evə nə ora gəlin köçən dövrdə, nə də sonrakı dövrlərdə istifadə hüququ yaranmamışdır və dövlət reyestrində qeydə alınmamışdır. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cava bdehin evdən çıxarılmasını tələb etmək iddiaçının müstəsna hüququdur. Belə olan halda iddia üzrə iddiaçı tərəfindən cavabdehə təklif edilmiş 5000 manat kompensasiya məğləğ ağlabatan məbləğdir. Belə ki, həmin məbləğlə cavabdeh və onun azyaşlı uşaqları eyni şəraitli evlə özlərinin yaşamaq hüquqlarını müəyyən müddət ərzində təmin edə biləcəklər.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu, Mülki Məcəllənin 146.2, 152.1, 228.2-ci, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələri, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 12 iyul 2016-cı il tarixli Qərarları ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, istinad olunan məhkəmə aktlarından məlum olur ki, artıq mübahisəli evdən çıxarılma hissəsinə xitam verilmişdir. Hazırda iddiaçı subyekt və evin hüquqi statusu dəyişmişdir. Məhkəmənin ağlabatan hesab etdiyi 5000 manatı 3 ilə böldükdə 138 manat təşkil edir, nəinki həmin ərazidə, hətta ondan qıraq ərazilərdə 138 manata kirayə ev yoxdur. Həmin ərazidə kirayə haqqı orta hesabla 300 manatdır, bu isə 10800 manat təşkil edir.

16. Apellyasiya baxışında cavabdeh apellyasiya şikayətini müdafiə edərək, əlavə olaraq ən azı 9000 manat kompensasiya təklif olunarsa, razılaşma əldə oluna biləcəyini qeyd etmişdir.

17. İddiaçı məhkəməyə ərizə təqdim edərək 7000 manat kompensasiya ödəməyə razı olduğunu bildirdi.

18. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2975/2023 nömrəli, 20 iyun 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2060/2022 saylı iş üzrə 28 iyul 2022-ci il tarix li qətnaməsi dəyişdirilmiş, Cavabdeh ödənilməli olan kompensasiyanın məbləği (5000 manat) dəyişdirilərək, həmin məbləğ 7000 manat müəyyən edilmiş, cavabdehin həmin mənzildən çıxarılması ilə iddiaçı tərəfindən 7000 manat kompensasiyanın ödənilməsinin eyni vaxtda icra edilməsi qət edilmişdir. (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Akif İsgəndərov, Məhəmməd Rüstəmli).

19. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, cavabdehin mübahisəli evə nə ora gəlin köçən dövrdə, nə də sonrakı dövrlərdə istifadə hüququ yaranmamışdır. Hazırda iddiaçı həmin əmlakın mülkiyyətçisidir və kompensasiya hüququ iddiaçıya məxsus olan hüquq olduğundan, bu hüququndan istifadə etməklə cavabdehin evdən çıxarılmasını tələb etmə k onun müstəsna hüququdur. Belə ki, əvvəlki qətnamələrdən müəyyən olunur ki, ən azı 2018-ci ilədək mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində heç kəsin adına qeydə alınmamış, yəni iddiaçı 2011-ci ildə mübahisəli evə köçərkən ev özbaşına tikili statusunda olmuşdur. Reyestr xidmətindən həmin evə dair təqdim olunmuş arxiv sənədlərinə əsasən mübahisəli ev xx.xx.2021-ci il tarixdə X4 adına qeydiyyata alınmış və sonuncu ilə iddiaçı arasında bağlanmış xx.xx.2021-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, mübahisəli evi iddiaçıya satılmışdır.

20. Apellyasiya instansiyası məhkəməsi “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılm asına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına istinad edərək göstərmişdir ki, mübahisəli mənzil 2021-ci ildə il tarixdə X4 adına qeydə alındıqdan (mənzilin statusu dəyişdikdən) sonra sonuncu ilə həmin mənzildən istifadə edən cavabdeh arasında yeni mənzil münasibətləri yaranmış və həmin münasibətlərdən doğan mübahisələr də qüvvədə olan Mənzil Məcəlləsinin 30-cu maddəsinin tələbləri daxilində həll edilməlidir. Qeyd olunan normanın tələblərinə görə isə cavabdeh nə əvvəlki mülkiyyətçi X4, nə də hazırki mülkiyyətçi İddiaçı ailə üzvü və ya “digər qohumu" olmamışdır.

21. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehin mübahisəli evə istifadə hüququ yaranmamış və hazırda da onun həmin yaşayış sahəs indən istifadə hüququ yoxdur. Əvvəlki işlərə dair məhkəmə qətnamələri də cavabdehə belə bir hüquq qazandırmamışdır. Bu baxımdan, birinci instansiya məhkəməsi haqlı olaraq cavabdehin mübahisəli mənzildən istifadə hüququnun olmaması qənaətinə gəlmiş, kompensasiya təklifini isə iddiaçının müstəsna hüququ kimi qiymətləndirmişdir.

22. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə tərəflər qohum (xala uşaqları) olduqları üçün iddiaçının 7000 manat kompensasiya təklif etməsi onun müstəsna hüququdur, buna görə də həmin məbləğin az və ya çox olması müzakirə predmeti ola bilməz.

23. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 152.5, 157.2, 157.4-cü və Mənzil Məclləsinin 30.1-ci maddələri ilə ilə əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri

24. Ca vabdeh (Vəkil) kassasiya şikayət verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edir.

25. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmaqla qeyd edilmişdir ki, apellyasiya məhkəməsi apellyasiya şikayətinə mülki prosessual qanunvericilikdə göstərilən qaydada baxmamışdır. Belə ki, qanun qüvvəsini almış hər iki məhkəmə aktları ilə cavabdehin və uşaqlarının evdən çıxarılmaları təmin olunmamış və bu şəxslərin həmin vaxt mülkiyyət hüquqları qeydə alınmayan mənzilə daimi əsaslarla və evin sahibliyində olduğu şəxsin razılığı əsasında köçürüldükləri təsdiq edilmişdir. Evin sonradan sənədləşdirilməsi və iddiaçının mülkiyyətinə keçməsi cavabdehin uşaqları ilə bu evdən çıxarılmasına əsas vermir və b undan başqa, cavabdehin bu evə əvvəldən ailə üzvü kimi köçürülməsi və bununla da vaxtı ilə sənədi olmayan evə istifadə hüququ əldə etməsi əvvəlki məhkəmə qətnamələri ilə təsdiq olunmuş və bu əsaslarla da evdən çıxarılmamışdır. Mənzil üzərində mülkiyyət hüquqlarının qeydə alınması və dəyişdirilməsi evə hüququ olan şəxsin mənafeyinə toxuna bilməz və bu halda onun istifadə hüququna xitam verilməsi və evdən çıxarılması yalnız ağlabatan kompensasiya verilməsi yolu ilə mümkündür. Lakin apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq iddiaçının cavabdehə təklif etdiyi kompensasiyanı istifadə hüququna görə deyil, özünün istəyi ilə təklif edilmiş kompensasiya kimi qiymətləndirməklə həmin məbləği verməklə cavabdehin evdən çıxarılmasını məqsədə uyğu n bilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası Maddə

13. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə

29. İİİ. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhk əmə vasitəsi ilə tələb edə bilər. Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2014-cü il tarixli Qərarı -yaşayış sah əsinin mülkiyyət formasının dəyişdirilməsinin, yəni xüsusi mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması anı həmin yaşayış sahəsində yaşayan şəxslər və mülkiyyətçi arasında mövcud olan hüquq və vəzifələrin həcminin dəyişilməsinə səbəb olur. Bu halda, xüsusi mülkiyyət hüququ əsasında dövlət qeydiyyatına alınan belə yaşayış sahəsinə digər ailə üzvlərinin yaşayış hüququnun yaranması Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və ya qüvvədə olan Mənzil Məcəlləsinin 30cu maddəsində müəyyən edilmiş əsaslara və qaydalara uyğun olaraq həll olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəll ənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 417.1.2. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadına dəyişiklik edə bilər. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırm ır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Kassasiya şikayətində cavabdeh apellyasiya məhkəməsinin qətnaməsini tam mübahisələndirib. Bu baxımdan, kollegiya qətnaməni tam yoxlayır.

29. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

31. Kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.

32. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

33. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin iddia tələbi və apellyasi ya şikayətinin dəlilləri ilə bağlı hazırki qərarın 19-23-cü bəndlərində qeyd edilən dəyərləndirməsini və tərtib etdiyi maddi hüquq normalarını işin müəyyən edilmiş hallarına uyğun hesab edir və bu səbəbdən əlavə şərhə zərurət görmür. Həmin bəndlərdə əks edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını araşdırmış, tərəflərin hüquq münasibətini işin müəyyən edilmiş hallarına uyğun olaraq düzgün qiymətləndirmişdir.

34. Bu baxımdan, qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

35. Cavabdehin mübahisədə adı keçən evə məhkəmə aktları ilə istifadə hüququnun müəyyən olunması barədə kassasiya şikayətinin dəlilinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr istinad edilən məhkəmə aktları ilə cavabdehin mübahisəli evə i stifadə hüququnun yaranmamasını müəyyən etmişlər.

36. Kompensasiyanın məbləği ilə bağlı dəlil də əsassızdır. Həmin dəlil apellyasiya instansiyası məhkəməsinin mövqeyi ilə təkzib edilir. Belə ki, qətnamədən görünür ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin mübahisədə adı keçən evdə istifadə hüququnun olmamasına istinadən hesab etmişdir ki, tərəflər qohum (xala uşaqları) olduqları üçün iddiaçının 7000 manat kompensasiya təklif etməsi onun müstəsna hüququdur, buna görə də həmin məbləğin az və ya çox olması müzakirə predmeti ola bilməz.

37. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələr ini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2975/2023 saylı, 20 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar