Məhkəmə qərarları › İş №2(102)-4001/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4001/2024

25.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4001/2024 25.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh hüquqi varisi "xxxx" Mənzil Tikinti Koorperativinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: cavabdehin birgə borclu hesab edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh MMC-yə qarşı "cavabdehin birgə borclu hesab edilməsi və mənzilin təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3617/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə 25 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə “Birgə fəaliyyət haqqında” müqavilə bağlanmışdır. Müqaviləyə əsasən podratçı olan Cavabdeh MMC sifarişçi olan "xxxx" MMC-nin sifarişi əsasında ünvan 1 ünvanında yerləşəcək binanı inşa edərək "xxxx" MMC-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilə şərtlərinə görə Cavabdeh MMC binanın inşasını öz vəsaiti hesabına və həmin binada yerləşən, özünün payına düşən mənzillərin satışından əldə olunacaq vəsait hesabına inşa edir.

2. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə”yə əsasən ünvan 1 ünvanında i nşa ediləcək yaşayış binasının 1298 saylı mənzilin dəyəri olan 40.500 manat məbləğində pulu İddiaçı "xxxx" MMC-yə ödəməyi, "xxxx" MMC isə qeyd edilən yaşayış binasını inşa edərək, həmin binada yerləşən və müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür.

3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(004)2959/2019 qətnaməsinə əsasən İddiaçı "xxxx" MMC-yə qarşı “müqavilə öhdəliyin yerinə yetirilməsi barədə” iddiası təmin edilmiş, İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil Tikintisi haqqında Müqaviləyə” əsasən müqavilədə nəzərdə tutulmuş - ünvan 1 ünvanında yaşayış binasının 1298 saylı mənzilin İddiaçı təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" MMC-nin üzərinə qoyulmuşdur.

4. Qeyd edilən qətnamə icra olunmamı şdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı (bundan sonra “iddiaçı”) iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, ünvan 2 ünvanında yerləşən yaşayış binasınının Cavabdeh MMC (bundan sonra “cavabdeh” və ya “MMC”) ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında müqaviləyə” əsasən "xxxx" MMC tərəfindən öz vəsaiti hesabına tikildiyindən onların birgə borclular hesab edilməsi, həmin binanın 1298 saylı mənzilinin ona təhvil verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə bağladığı müqaviləyə əsasən iddiaçı mübahisəli mənzilin dəyərini təşkil edən 40.500 manat məbləğində pulu tam olara q "xxxx" MMC-yə ödəmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması qət edilmişdir.

7. Sonradan iddiaçıya məlum olmuşdur ki, həmin iş üzrə cavabdeh olmuş "xxxx" MMC ilə hazırda cavabdeh olan MMC arasında xx.xx.2007-ci il tarixdə “Birgə fəaliyyət haqqında müqavilə” bağlanmışdır. Bunu müəyyən etdikdən sonra iddiaçı “qətnaməyə izah verilməsi barədə” ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Yasamal Rayon Məhkəməsinin 2(004)-2959/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin nəticə hissəsinə “həmin iş üzrə Cavabdeh MMC-nin də cavabdeh qismində cəlb edilməklə qətnamənin icrasının təmin edilməsi barədə” qərardad qəbul edilməsini xahiş etmişdi r. Lakin Yasamal Rayon Məhkəməsi xx.xx.2023-cü il tarixli qərardadla “qətnaməyə izah verilməsi barədə” ərizəni təmin edilməmişdir. Buna görə də iddiaçı qeyd edilən qətnamənin icra edilməsi üçün hazırkı iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

8. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 500.1, 501, 505 və 510-cu maddələrinə istinad etmişdir.

9. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(103)-1766/2024 nömrəli 05 aprel 2024-cü il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Fariz Əlizadə)

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı məhz "xxxx" MMC ilə müqavilə (podrat) əsasında hüquq münasibətlərinə daxil olmaqla həmin MMC ilə qarşılıqlı şəkildə hüquq və vəzifələr əldə etmişdir. İddiaçının hazırkı mül ki iş üzrə cavabdeh olan MMC ilə hər hansı hüquq münasibəti yaranmamışdır. Odur ki, hazırkı mülki iş üzrə cavabdehin üzərinə hüquqi (müqavilə və ya qanuni) əsası olmayan məsuliyyətin (öhdəlik) qoyulması yolverilməzdir.

11. Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə fəaliyyət haqqında” xx.xx.2007-ci il tarixli müqaviləyə münasibətdə birinci instansiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, həmin müqavilə sözügedən subyektlərin fəaliyyətinin təşkili barədə sırf onların özünə aid olan hissədə qüvvədə olan hüquqi aktdır. Odur ki, ortada hər hansı bir müqavilə varsa, öncə müqavilə tərəfləri (subyektləri) müəyyən edilməli və nəzərə alınmalıdır ki, həmin müqavilə ancaq müqavilə tərəflərinə münasibətdə hüquq münasibəti yaratmaqla hər hansı hüquqi əsas təşkil edə bilər. Bu səbəbdən, digə r subyektlər arasında bağlanmış müqaviləyə əsaslanmaqla iddiaçı ilə müqavilə tərəfi olmayan subyektin (cavabdehin) üzərinə öhdəlik qoyulması mümkün deyildir.

12. Birinci instansiya məhkəməsi iddiaçıya onunla "xxxx" MMC arasında xx.xx.2008ci il tarixində bağlanmış “Mənzil tikintisi haqqında müqaviləyə” əsasən "xxxx" MMC-nin müqavilə öhdəliklərinin pozulmasına görə ona vurulmuş zərərin (real zərər və əldən çıxmış fayda) əvəzinin ödənilməsi ilə bağlı "xxxx" MMC-yə qarşı müvafiq iddia irəli sürmək hüququnun olmasını da izah etmişdir.

13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 752.1-ci və Mülki Prosessual Məcəllənin 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv, id dianın təmin edilməsini xahiş etmişdir.

15. İddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış apellyasiya şikayətində həmçinin qeyd edilmişdir ki, işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq iş üzrə qanunsuz və əsassız qətnamə qəbul etmişdir.

16. Apellyasiya baxışı zamanı "xxxx" MTK-nın nümayəndəsi cavabdeh "xxxx" MMCnin yenidən təşkil edilərək "xxxx" MTK-ya qoşulduğunu təsdiq edən sübutları təqdim edərək, Cavabdeh MMC-ni hüquq varis olan "xxxx" MTK ilə əvəz edilməsini xahiş etmişdir.

17. Bu halı nəzərə alan apelyasiya instansiyası məhkəməsi Cavabdeh MMC-ni onun hüquq varisi olan "xxxx" MTK ilə əvəz etmişdir.

18. Cavabdehin hüquq varisi olan "xxxx" MTK-nın nümayəndəsi apelyasiya şikayətinə etirazın da göstərib ki, iddiaçı "xxxx" MMC ilə müqavilə bağlayıb, onun hazırki iş üzrə cavabdeh olan MMC ilə hər hansı hüquq münasibəti yoxdur. İddiaçının istinad etdiyi “Birgə fəaliyyət haqqında müqavilə” "xxxx" MMC ilə Cavabdeh MMC arasında bağlanıb və həmin müqavilə bu iki MMC-nin fəaliyyətinə aiddir. İddiaçı həmin MMC-lərin özlərinə aid olan müqaviləni əsas gətirməklə, Cavabdeh MMC-nin üzərinə öhdəlik qoyulmasını tələb edə bilməz. İddiaçı müqavilə öhdəliklərinin pozulmasına görə zərər tələbi ilə "xxxx" MMCyə qarşı iddia qaldırmalıdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3617/2024 nömrəli 23 iyul 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Məmməd Məmmədov (səd rlik edən və məruzəçi), Fuad Talışinski, Vahid Sadıqov)

20. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsini mövqeyi ilə razılaşaraq göstərmişdir ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”yə əsasən iddiaçı üzərinə öhdəlik götürmüşdür ki, mübahisəli mənzilin dəyəri olan 40.500 manat məbləğində pulu "xxxx" MMC-yə ödəyir, "xxxx" MMC isə üzərinə öhdəlik götürmüşdür ki, iddia ərizəsində qeyd edilən yaşayış binasını inşa edərək, həmin binada yerləşən və müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verir.

21. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (iş № 2(004)-2959/2019) qətnaməsinə əsasən iddiaçı həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmiş, mənzilin dəyər ini "xxxx" MMC-yə ödəmiş, lakin "xxxx" MMC müqavilə üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, mənzili iddiaçıya təhvil verməmişdir. Həmin qətnamədən həmçinin görünür ki, hazırki iş üzrə iddiaçının "xxxx" MMC-yə qarşı irəli sürdüyü “müqavilə öhdəliyinin yerinə yetirilməsi barədə” iddiası əsaslı olduğundan təmin edilmiş, "xxxx" MMC-nin üzərinə vəzifə qoyulmuşdur ki, mübahisəli mənzili iddiaçıya təhvil versin.

22. Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi qanuni qüvvəyə minsə də, icra edilməmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi göstərmişdir ki, Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə “Birgə fəaliyyət haqqında müqavilə”ni Cavabdeh MMC-nin hüquq varis olan "xxxx" MTK mübahisələndirmir və müqavilənin etibarlılığını şü bhə altına almır.

24. Apellyasiya instansiyası məhkəməsi Cavabdeh MMC ilə "xxxx" MMC arasında xx.xx.2007-ci il tarixdə bağlanmış “Birgə fəaliyyət haqqında müqavilə” yə və iş materiallarına istinadən bildirmişdir ki, həmin müqavilə iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə”dən əvvəl bağlanmışdır. “Birgə fəaliyyət haqqında müqavilədən” görünür ki, podratçı olan "xxxx" MMC sifarişçi olan "xxxx" MMC-nin sifarişi əsasında yuxarıda qeyd edilən binanı (mübahisəli mənzilin yerləşdiyi binanı) inşa edərək "xxxx" MMC-yə təhvil verir. Cavabdeh MMC binanın inşasını öz vəsaiti hesabına və həmin binada yerləşən, özünün payına düşən mənzillərin satışından əldə olunacaq vəsait hesabına inşa edir.

25. Apellyasiya instansiyası məhkəməsi vurğulamışd ır ki, iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “Mənzil tikintisi haqqında müqavilə” Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə fəaliyyət haqqında müqavilə” dən sonra bağlanmış, lakin iddiaçı ilə bağlanmış “Mənzil tikintisi haqqında müqavilədə” qeyd edilən “Birgə fəaliyyət haqqında müqaviləyə” istinad edilməmişdir. Cavabdeh MMC iddiaçı ilə bağlanmış “Mənzil tikintisi haqqında müqavilə” üzrə tərəf olmamış, həmin müqavilə üzrə nə iddiaçı, nə də ki, "xxxx" MMC qarşısında üzərinə öhdəlik götürməmişdir.

26. Bundan əlavə, iddiaçı ilə bağlanmış “Mənzil tikintisi haqqında müqavilənin” predmeti olan mənzilin, yuxarıda qeyd edilən “Birgə fəaliyyət haqqında müqavilə” də ifadə edilmiş «Cavabdeh MMC-nin payına düşən mənzillərdən biri olması təsdiq edilmir.

27. Apell yasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddia ərizəsində qeyd edilən öhdəliyin Cavabdeh MMC-nin (hüquq varis "xxxx" MTK-nın) üzərinə qoyulması, yuxarıda göstərilənlərə görə mümkün deyil. Bu baxımdan, iddianı rədd etməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

28. Apellyasiya instansiyası məhkəməsi mövqeyinin hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 752.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

29. İddiaçı kassasiya şikayəti verərək (vəkil X1) qətnamənin ləğv, iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

30. Kassasiya şikayəti iddia ərizəsinin və apelyasiya şikayətinin dəliləri ilə eyni məzmundan əsaslandırılmıış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmənin mübahisəli mənzil barədə müqavilənin cavabdeh olan Cavabdeh MMC ilə bağlanılmaması, "xxxx" MMC ilə bağlanıldığından, hazırda cavabdehlik daşımamasına dair mövqeyi haqlı deyil. Halbuki Cavabdeh MMC ilə "xxxx" MMC arasında “Birgə fəaliyyət haqqında” 17 aprel 2007-ci il tarixdə bağlanmış müqaviləyə əsasən həmin binaları "xxxx" MMC öz vəsaiti hesabına tikməlidir. Hətta həmin müqaviləyə əsasən həmin 5 bloklu binanın 2 ədədi (19 mərtəbəli) və 1 ədəd 20 mərtəbəli binanın yarısı da "xxxx" MMC-yə məxsus olmuşdur. Hazırda cavabdeh olan Cavabdeh MMC qanunsuz və əsassız olaraq həmin binanı tam olaraq mənimsəmişdir. Bundan əlavə, məhkəmə çəkişmə prinsipinə əməl etməmiş, cavabdeh tərəfin məhkəmə iclasında iştirakını təmin edilməmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 500.1. Əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Maddə 500.2. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir. Maddə 752.1. Podrat m üqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdı rılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzg ün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

33. Kassasiya şikayətində iddiaçı apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

34. Məhkəmə kollegiyası hüququn inki şafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə mübahisələndirilən hissədə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

36. Apellyasiya instansiyası məhkəməsi iddia tələbi və apellyasiya şikayəti üzrə qanuni nəticəyə gəlmiş, apellyasiya şikayətinin dəlillərinə tam qiymət vermişdir.

33. İddia tələbi xx.xx.2007-ci il tarixdə Cavabdeh MMC ilə "xxxx" MMC arasında bağlanmış “Birgə fəaliyyət haqqında müqaviləyə” əsasən Cavabdeh MMC-nin iddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2008-ci il tarixli “mənzil tikintisi haqqında müqavilə” üzrə birgə borclu hesab edilməsi barədədir.

34. Mülki Məcəllənin 500.1 və 500.2-ci maddələrinə görə əgər öhdəliyin icrası bir neçə şəxsə onlardan hər birini öhdəliyin tam icrasında iştirak etməyə borclu edən şəkildə həvalə edilirsə, kreditor isə yalnız birdəfəlik icranı tələb etmək hüququna malikdirsə, onlar birgə borclulardır. Birgə öhdəlik müqaviləyə, qanuna və ya öhdəlik predmetinin bölünməzliyinə əsasən əmələ gəlir.

35. Göründüyü kimi, birgə öhdəliyin yaranması üçün qanunvericilik üç əsas müəyyən etmişdir: müqavilə; qanuni əsas; öhdəlik predmetinin bölünməzliyi.

36. Cavabdehin bu əsaslardan hər hansı biri ilə birgə öhdəliyinin yaranması işə mahiyyəti üzrə sübutlar əsasında baxan məhkəmələr tərəfindən müəyyən edilməyib.

37. İşin müəyyən edilən halına görə iddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2008-ci il tarixdə “mənzil tikintisi haqqında müqavilə” bağlanıb, müqaviləyə yə əsasən ünvan 1 ünvanında inşa ediləcək yaşayış binasının 1298 saylı mənzilin dəyəri olan 40.500 manat məbləğində pulu iddiaçı "xxxx" MMC-yə ödəməyi, "xxxx" MMC isə qeyd edilən yaşayış binasını inşa edərək, həmin binada yerləşən və müqavilənin predmeti olan mənzili iddiaçıya təhvil verməyi öhdəsinə götürmüşdür. Həmin müqavilədə nəzərdə tutulmuş mənzilin iddiaçıya təhvil verilməsi vəzifəsinin "xxxx" MMC-nin üzərinə qoyulması barədə Yasamal Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi də vardır.

38. İşdən görünür ki, həm birinci, həm də apellyasiya instansiyası məhkəməsi iddiaçının dəlillərinə tam qiymət verərək, onları iş materiallarındakı sənədlər və qanunvericilik normalarının tələbləri baxımından əsassız saymışlar.

39. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 20-27-ci bəndlərində əks edilən hüquqi mövqeyi ilə razılaşır.

40. Belə ki, həmin bəndlərdən görünür ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəflərin təqdim etdikləri sübutları və dəlilləri ətraflı araşdırmış, hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğunu prosessual normalara ə sasən müəyyən etmiş, düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticəni əsaslandırmış, gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsaslarını düzgün müəyyən etmişdir.

41. Bu baxımdan qiymət verilməli olan məsələ kassasiya şikayətinin dəlilləridir.

42. Kassasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi bu dəlillər əsasən iddianın və apellyasiya şikayətinin də dəlilləri olmuş və məhz həmin dəlillərə qiymət verilməklə iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşdığı üçün əlavə hər hansı şərhə zərurət görmür.

43. Məhkəmənin çəkişmə prinsipinə əməl etməməsi, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlilə gəldikdə, qeyd edilməlidir ki, əv vəla, cavabdehin məhkəmə iclasında iştirakının təmin edilməməsi iddiaçının hüquqlarını pozmadığı üçün onun belə bir dəlil irəli sürməsi əsaslı sayıla bilməz. Üstəlik, bu dəlil iş materialları ilə də təkzib edilir. İşdən görünür ki, cavabdehin hüquqi varisinin nümayəndəsi apellyasiya baxışında hər iki məhkəmə iclasında iştirak edib.

44. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3617/2024 nömrəli, 23 iyul 2024-cü il tarixli qətnaməsi dəy işdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar