Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4002/2021 30.08.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı - Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialına (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı qeyd edilən) qarşı “mənəvi ziyanın və minimum əmək haqqı miqdarında ödəncin verilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: cavabdehin hərəkətləri nəticəsində vurulmuş maddı və mənəvi ziyan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tə rkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili Vəkil2, Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2514/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 30 avqust 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-453/2020 saylı, 05.02.2020-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, iddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanınd a X1 Xidmətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibatiİqtisadi Məhkəməsinə müraciət edərək, Filialın «kiçik ölçülü boruların quraşdırıcısı» vəzifəsində işləyən İddiaçı 03.08.2017-ci il tarixdən səbəbini bildirmədən 2018-ci ilin sentyabr ayına qədər işə gəlmədiyini, İddiaçı 03.08.2017-ci ildən 13.02.2018-ci ilə qədər əmək qabiliyyətinin olmaması barədə xəstəlik vərəqəsi təqdim etdiyini, 13.02.2018-ci il tarixdən 2018-ci ilin sentyabr ayına qədər heç bir üzrlü səbəb bildirmədən işə gəlməməsinə görə Filialın 07.09.2018-ci il tarixli əmrinə əsasən İddiaçı əmək müqaviləsinə xitam verildiyini, 2017-ci ildə İddiaçı Xidmətə şikayətlə müraciət edərək, 02.08.2017-ci il tarixdə saat 16:00 radələrində əmək funksiyalarını yerinə yetirən zaman ayağının büdrəməsi səbəbindən yıxıldığını və sol ayağı nın diz nahiyəsində ağrılar hiss etdiyini qeyd etməklə, bununla bağlı olaraq Xidmət tərəfindən müvafiq araşdırmaların aparılmasını xahiş etdiyini, Xidmət tərəfindən həmin fakt öz təsdiqini tapmadığından, müraciətin təmin edilmədiyini, daha sonra İddiaçı istehsalatda xəsarət alması faktının tanınması ilə bağlı Səbail rayon Məhkəməsinə müraciət etdiyini, məhkəmənin 04.04.2018-ci il tarixli qərardadı ilə ərizənin baxılmamış saxlanıldığını, bundan sonra İddiaçı tərəfindən cinayət işinin başlanılması ilə bağlı Qaradağ rayon Prokurorluğuna müraciət edildiyini, lakin Prokurorluğun 29.08.2018-ci il tarixli qərarı ilə cinayət işinin başlanılmasınin rədd edildiyini, həmin qərarın əsasında İddiaçı yenidən Xidmətə müraciət etdiyini və Xidmət tərəfindən müvafiq araşdırma aparılaraq Təhqiqat Aktının tər tib edildiyini, halbuki, İddiaçı müraciətinin ilkin araşdırma zamanı öz təsdiqini tapmadığını və yenidən aparılan araşdırma zamanı ziddiyyətli ifadələr əsas götürülməklə, Təhqiqat Aktının tərtib edildiyini bildirərək, İddiaçı 02.08.2017-ci il tarixdə saat 16:00 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin Təhqiqat aktının qanunsuz hesab edilərək ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may2019-cu il tarixli, 2-1(81)850/2019 saylı qərarı ilə iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı ilə iddiaçı Cavabdeh1 Şirkətinin Azərbaycandakı filialının apellyasiya şikayəti təmin edilməmiş, 1 saylı Bakı İnzibat i-İqtisadi Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-453/2020 saylı, 05.02.2020-ci il tarixli qərarının nəticə hissəsindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 01 oktyabr 2019-cu il tarixli, 2-1(103)-1946/2019 saylı qərarı dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 05.02.2020-ci il tarixli, 017 nömrəli «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı AKT-ın (İZ formalı akt) surətindən görünür ki, İddiaçı 02 avqust 2017-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində inşa edilən “X3 Terminalı 2"nin ərazisində olan iş yerinə gəlmiş, iş öncəsi təlimat aldıqdan sonra əmək vəzifələrinin icrasına başlamışdır. Təxminən saat 16:00 radələrində görülmüş işlərin yoxlanılaraq təhvil verilməsi üçün fotoşəkillərini çəkmək məqsədi ilə “Terrace 2AK" ərazisinə getmişdir. İddiaçı sözlərinə görə ərazidə sıxılmış rentillərin üzərində olan məlumat lövhələrinin fotoşəkillərini çəkmək məqsədilə boruların üzərindən keçmək istəyərkən ayağının büdrəməsi səbəbindən yıxılmış və sol ayağının diz nahiyəsində ağrılar hiss etmişdir. İddiaçı Səttəm və K üzrə Giriş Təlimatının “Qəzaların/ Hadisələrin/Qəzaya yaxın halların məruzə edilməsi" adlanan bölməsinin tələblərinə əsasən "kiçikliyindən asılı olmayaraq, ilk yardım göstərilməsə belə xəsarətlə nəticələnən bütün qəzalar" fonnen, supervayzer və ya Səttəm qrupunun üzvünə dərhal məruzə etməli olduğu halda məruzə etməmiş, ayağa qalxaraq tələb olunan qurğunun foto şəkillərini çəkmiş və iş vaxtı bildikdən sonra evinə getmişdir. İddiaçı sözlərinə görə hadisə baş verən gün evə getmədən öncə "Bolt Kontener" adlandırılan sahədə qarşılaşdığı sıxıcı mexanik Vidadi Şirinova, paltar dəyişmə otağında texnik vəzifəsində işləyən Nicat Ağayevə yıxıldığını və ayağının burxulduğunu demişdir. N.Ağayev onun ayağına baxaraq sol diz nahiyəsinin arxa tərəfində şişkinliyin olduğunu bildirmiş və həkimə müraciət etməsini məsləhət görmüşdür. İddiaçı koordinatoru Əkbər Quliyevin mobil telefonuna zəng edərək iş yerində xəsarət aldığı və bu barədə rəhbərliyə məlumat verməsini bildirmişdir. Ə.Quliyev işəgötürənin səlahiyyətli vəzifəli şəxslərinə hadisə barədə heç bir məlumat verməmişdir. İd diaçı sözlərinə görə evə getdikdən sonra gecə ağrıları başladığı üçün 03 avqust 2017-ci il tarixində "Avrasiya Hospital"a müraciət etmişdir. Hospitalda İddiaçı sağ dizinin MR müayinəsi zamanı "Ön çarpaz bağda (ACL) tam qopma", 08 avqust 2017-ci il tarixdə aparılmış təkrar müayinə zamanı "sol diz oynağının iç və bayır menisk qopuğu, ön çarpaz bağın hissəvi qopuğu" diaqnozu təyin edilmişdir. "xxxx" şirkətinin Azərbaycan Respublikasındakı filialının kiçik ölçülü boruların quraşdırılması İddiaçı tərəfindən “Neftqazçıxarma sənayəsində təhlükəsizlik qaydaları"nın 1.2.3-cü bəndinin və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçular üçün nümunəvi daxili nizam qaydaları”nın İİ bəndinin, Səttəm və K üzrə Giriş Təlimatının “İşçilərin öhdəlikləri" bölməsində (Təlimatın 29-cu səhifəsi) qeyd edilmi ş texniki təhlükəsizlik qaydalarının, həmin Təlimatın “ŞD2 X2 və X4" bölməsində Təlimatın 37-ci səhifəsi) qeyd edilmiş tələblərin və Təlimatın “Qəzaların/Hadisələrin/Qəzaya yaxın halların məruzə edilməsi" adlanan bölməsində (Təlimatın 124-cü səhifəsi) qeyd edilmiş tədbirləri görməsi tələblərinin pozulması bədbəxt hadisənin səbəbləri olmuşdur. Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 07.08.2020-ci il tarixli məlumatından görünür ki, İddiaçı müayinə olunmuş və nəticədə diz oynağının xaçabənzər bağının (ön) (arxa) gərilməsi və cırılması, Artroskopik əməliyyat - çarpaz bağın bərpasından sonra residiv qopması, yeriş pozğunluğu Artroskopik əməliyyat - Diaqnoz: meniskoektomiya icra olunmuşdur. Sol diz oynağının kontrakturası (açma 180, bükmə 135 dərəcə, hərəkət anplitudası 45 də rəcə). Dayaq - hərəkət funksiyasının pozulması, vegetativ sinir sisteminin somatoform disfunksiyası olduğu müəyyən olunmuşdur. Onun əlillik dərəcəsinin müəyyən ediməsindən imtina edilmişdir. Səbəb: əlavə müalicəyə ehtiyacının olması. Ətraflı: müayinə və müalicəni davam etdirməli. Müalicə potensialı tükənməyib. İddiaçı 07.09.2018-ci il tarixli, KS/425/18 №-li əmrlə işdən azad edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı - Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı filialına və "xxxx" ASC-yə (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı qeyd edilən) qarşı “bədbəxt hadisənin iş yerində (istehsalatda) baş verməsinin müəyyən edilməkl ə, sığorta ödənişinin verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 02 avqust 2017-ci il tarixində saat 16.00 “Səngəçal Neft-Qaz Terminalı 2"-nin “Terrace 2 AK” ərazisində boruların üzərində yıxılaraq sol diz oynağının ön çarpaz bağının tam qopması kimi xəsarət almasının istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması, "xxxx" Şirkətindən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 10.000 (on min) manat maddi, 2000 (iki min) manat isə mənəvi zərərin əvəzinin tutulması və "xxxx" ASC-dən 199.446.49 manat birdəfəlik sığorta ödənişinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan İddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək, mənəvi ziyan kimi 20.000 manat, maddi ziyan kimi 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq Cavabdeh1 Şirkətinin Azərbaycandakı filialından tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh1 Şirkətinin Azərbaycandakı filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 02 avqust 2017-ci il tarixdə saat 16:00-da “Sanqaçal Neft-Qaz Terminalı 2”-nin “Terrace 2 AK” ərazisində boruların üzərində yıxılaraq sol diz oynağının ön çarpaz bağının tam qopması kimi xəsarət almağı istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması, "xxxx" şirkətindən sağlamlığına vurulmuş zərərin əvəzi olaraq 10000 manat maddi, 2000 manat isə mənəvi zərərin əvəzinin tutulması, "xxxx" A SC-dən 199 446,49 manat birdəfəlik sığorta ödənişinin alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfi iş zamanı aldığı travmanı istehsalatda baş vermiş bədbəxt hadisə olduğunu qəbul etmədiyindən həmin məsələ hazırkı işin əsas mübahisə predmetinə çevrilmişdir. İstehsalat zədəsini təsdiqləyən X1 Xidməti tərəfindən tərtib olunmuş “bədbəxt hadisənin Təhqiqat aktı cavabdeh tərəfindən izibati məhkəmədə mübahisələndirilmiş, lakin uzun çəkişmədən sonra aktın qanuniliyi təsdiq olunmuşdur. Mübahisə ilə bağlı yekun qərarı 05.03.2020-ci il tarixdə əldə etdikdən sonra cavabdeh qurum ona “İZ” formalı aktı təqdim etmişdir. Bu səbəbdən hesab edir ki, iddia tələbinin əsas hissəsi öz həllini tapdığından iddia ərizəsinə dəyişiklik edilməlidir. Bu səbəbdən o, Cavabdeh1 Ş irkətinin Azərbaycandakı filialına qarşı onun 02 avqust 2017-ci il tarixdə saat 16:00 “Sanqaçal Neft-Qaz Terminalı 2”-nin “Terrace 2 AK” ərazisində boruların üzərində yıxılaraq sol diz oynağının ön çarpaz bağının tam qopması kimi xəsarət almağı istehsalatda baş vermiş bədbəxt hadisə hesab olunması tələbindən imtina edir. Bununla belə hesab edir ki, "xxxx" ASC-dən 199 446,49 manat birdəfəlik sığorta ödənişinin alınması məsələsi məhkəmədən əvvəl sığorta şirkəti ilə onun arasında həll olunmalıdır. Sığorta ödənişin verilməsindən imtina olunduğu halda onun sığorta şirkətinə qarşı ödənişin verilməsi ilə bağlı tələb etmək hüququ yaranan bilər. Hazırkı mülki işdə "xxxx" ASC-yə qarşı 199 446,49 manat birdəfəlik sığorta ödənişinin verilməsi tələbindən də imtina edir. Cavabdehin törətdiyi maneələrə görə o, iki ilə yaxındır ki, əziyyət çəkib, nəhayət ki bu ilin yanvar ayında Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul olunmuş qərarla istehsalatda aldığı xəsarətlə bağlı mübahisələndirilən məsələyə son qoyulmuşdur. Cavabdeh tərəfindən əsassız olaraq işdən çıxarılmağı eyni zamanda iş zamanı aldığı zədədən müalicəsinə, hüquqi prosedurlara, məhkəmə çəkişmələrinə sərf etdiyi vaxt ərzində o, maddi təminatdan kənarda qalmışdır. Cavabdehin qərəzli hərəkətləri nəticəsində ona “İZ akt”ı verilməmiş, buna görə də müalicə xərclərini və işsizliyi ilə bağlı maddi dəstək ola biləcək cavabdehlə "xxxx" ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında 0289-11 nömrəli 06 iyul 2011-ci i l tarixli müqaviləyə əsasən aldığı az ağır xəsarətə görə sığorta ödənişini ala bilməmişdir. Həmin müqavilənin 12.2-ci bəndinə əsasən aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin səlahiyyətli orqan tərəfindən müəyyən edildiyi gündən verilir. Cavabdeh tərəfindən “İZ” formalı akt ona bu ilin mart ayında verildiyinə görə o, əlilliyin müəyyən edilməsi ilə bağlı elə həmin ayda müraciət edə bilmiş, bu məsələ isə məlum “Covid-19” pandemiyası ilə əlaqədar bir çox dövlət müəssisələrində iş dayandığına görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Xidməti tərəfindən hələ də baxılmamış qalmışdır. Sığorta hadisəsi baş verən günə qədər o, ay da 1200 manat məbləğində maaş alırmış. 07.09.2018-ci il tarixli, KS/425/18 Ns-li əmrlə əsassız olaraq onu işdən azad edib, üstəlik “İZ” aktını verməməklə onu bu günə qədər maddi dolanışıqdan məhrum etmişlər. Azərbaycanda minimum əmək haqqı 250 manat olduğuna görə hesab edir ki, cavabdehin təqsiri üzündən maddi dəstəkdən məhrum olunduğuna görə cavabdehdən heç olmazsa 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməlidir. Bununla yanaşı cavabdehin süründürməçiliyi, onun qanusuz hərəkətlərindən prokuroluğa şikayət etməsi, əsassız məhkəmə çəkişmələrinə cəlb olunması onu maddi zərərə salmaqla yanaşı o, psixolji sarsıntı keçirmişdir. Bu səbəbdən hesab edir ki, keçirdiyi psixoloji sarsıntıya görə ona 10.000 manat məbləğində mənəvi ziyan ödəməlidir. Cavabdeh iddia tələbinə etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının iş yerində xəsarət alması faktı məhkəmə tərəfindən təsdiq edilsə də, xəsarət almasında yeganə təqsirkar şəxs özü olduğu qeyd edilmişdir. Belə ki, istər Əmək Müfəttişliyi Xidməti tərəfindən yaradılmış təhqiqat Komissiyasının apardığı araşdırmanın nəticəsində qəbul edilən təhqiqat aktında, istər Qaradağ Rayon Prokurorluğu və Bakı Şəhər Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarında, istər iş üzrə keçirilmiş ekspertizalarda, istərsə də tərtib edilən “İZ” formalı aktda bədbəxt hadisənin baş verməsinin yeganə səbəbkarı kimi İddiaçı olduğu göstərilmişdir. Qeyd edilən rəsmi sənədlərin hamısı artıq qanu ni qüvvəsini almış və iddiaçı tərəfindən həmin sənədlər mübahisələndirilməmişdir. İkincisi məhkəmənin diqqətinə çatdırırlar ki, iddiaçı iş yerində baş vermiş bədbəxt hadisə ilə bağlı müxtəlif orqanlara şikayətlər etmişdir. Lakin həmin şikayətlərdə bədbəxt hadisənin iş yerində tanınması deyil, Cavabdeh1 şirkətinin rəhbərliyinin cinayət və inzibati məsuliyyətə cəlb edilməsini tələb etmişdir. Yuxarıda da qeyd edildiyi kimi, Cavabdeh1 şirkətinin rəhbərliyi tərəfindən hər hansı təqsirli hərəkətin olmaması səbəbilə 3 dəfə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, inzibati xəta haqqında 2 instansiya məhkəməsində 3 müxtəlif hakim tərəfindən Cavabdeh1 şirkətinin rəhbərliyinin heç bir təqsirinin olmaması barədə inzibati işin icraatına xitam verilməsi barədə qərarlar qəbu l edilmişdir. Nəhayət hadisənin iş yerində baş verməsi barədə təhqiqat aktından Cavabdeh1 şirkəti tərəfindən şikayət verilməsi iddiaçının qeyd etdiyi kimi ona əziyyət verilməsi kimi qiymətləndirilə bilməz. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya onun maddi təminatdan kənar qalması cavabdeh tərəfindən onun əsassız olaraq çıxarılması və iş zamanı aldığı zədədən müalicə alması, hüquqi proseduralar, məhkəmə çəkişmələrinə sərf etdiyi vaxtla əlaqədar olmuşdur. Yuxarıda da göstərdiyi kimi iddiaçı ilə cavabdeh arasında olan bütün məhkəmə və digər araşdırmalarda cavabdeh tərəfin haqlı olması barədə qərarlar qəbul edilmişdir. İddiaçının xəsarət alması ilə bağlı məhkəmə araşdırması isə iddiaçı və cavabdeh arasında deyil, Cavabdeh1 Şirkəti tərəfindən Əmək Müfəttişliyi Xidməti tərəfindən yaradı lmış Komissiyanın sədri tərəfindən qəbul edilmiş təhqiqat aktından verilən şikayətlə bağlı olmuşdur. Təhqiqat aktı məhkəmə tərəfindən qanuni hesab edildikdən dərhal sonra Cavabdeh1 şirkəti tərəfindən “İZ” formalı akt tərtib edilərək Əmək Müfəttişliyi Xidmətinə və iddiaçıya göndərilmişdir. “İZ” formalı aktı aldıqdan sonra digər qanuni prosedurların keçməsində pandemiya ilə əlaqədar yaranan gecikmələrə görə iddiaçını təqsirləndirmək və peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək ödəniş hesablayaraq bu ödənişi iddiaçıdan tələb etmək tamamilə absurddur. Belə ki, iddiaçının əmək qabiliyyətinin itirilməsi faktının səlahiyyətli orqan tərəfindən təsdiq edilib-edilməyəcəyi dəqiq məlum deyildir. Digər tərəfdən hətta əgər əmək qabiliyyətini n itirilməsi faktı təsdiq edilərsə, əmək qabiliyyətini itirdiyi dövrdən etibarən iddiaçıya sığorta ödənişi ödəniləcəkdir. Həmin sığorta ödənişi iddiaçının əmək qabiliyyətini itirməsi ilə əlaqədar kompensasiya məbləği kimi hesablanaraq ödəniləcəkdir. Eyni məbləği həm cavabdehdən, həm də sığorta şirkətindən alınması qanunsuz tələbdir və bu səbəbdən təmin edilə bilməz. İddiaçının mənəvi ziyanla bağlı tələbi də tamamilə əsassızdır. Belə ki, 19 mart 2020-ci il tarixli iddia ərizəsinə dəqiqləşmə verərkən iddiaçı cavabdehə qarşı bütün iddialarından imtina etmiş və bu barədə onun vəkili və nümayəndəsi məhkəmə iclası zamanı çıxışında da qeyd etmişdir. Hətta iddia ərizəsinin dəqiqləşməsi ilə bağlı verdiyi son ərizəsində cavabdehdən 10000 manat məbləğində mənəvi ziyan ödənilməli olduğunu yazmış, laki n daha sonra həmin məbləği iki dəfə artıraraq (heç bir əsas göstərmədən) 20000 manat mənəvi ziyan ödənilməsini tələb etmişdir. Cavabdeh tərəfin hər hansı hərəkəti qanuna zidd olması iddiaçı tərəfindən sübut edilmədiyi üçün mənəvi ziyanın ödənilməsi tələbi də təmin edilə bilməz. Göründüyü kimi, iddiaçının tələb etdiyi maddi ziyanla bağlı tələbin sığorta ödənişi ilə üst-üstə düşməsi, həmçinin əmək qabiliyyətini itirməsi faktının səlahiyyətli orqan tərəfindən təsdiq edilibedilməyəcəyinin məlum olmaması, eləcə də cavabdehin hər hansı qanuna zidd hərəkəti iddiaçı tərəfindən sübut edilmədiyi üçün, iddia tələbləri əsassızdır və təmin edilə bilməz. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 2(009)-102/2020 nömrəli, 02 noyabr 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh1 Şirkə tinin Azərbaycan Respublikasındakı filialına (maraqlı şəxs kimi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti və Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı qeyd edilən) qarşı “mənəvi ziyanın və minimum əmək haqqı miqdarında ödəncin verilməsi” tələbinə dair iddia ərizəsinin rədd edilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, İddiaçı 02 avqust 2017-ci il tarixdə, saat 16:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində inşa edilən “X3 Terminalı 2"nin ərazisində olan iş yerinə gəlmiş, iş öncəsi təlimat aldıqdan sonra əmək vəzifələrinin icrasına başlamışdır. Təxminən saat 16:00 radələrində görülmüş işlərin yoxlanılaraq təhvil verilməsi üçün fotoşəkillərini çəkmək məqsədi ilə “Terrace 2AK" ərazisinə getmişdir. İddiaçı sözlərinə görə ərazidə sıxılmış rentillərin üzərində olan məlumat lövhələrinin fotoşəkillərini çəkmək məqsədilə boruların üzərindən keçmək istəyərkən ayağının büdrəməsi səbəbindən yıxılmış və sol ayağının diz nahiyəsində ağrılar hiss etmiş, evə getdikdən sonra gecə ağrıları başladığı üçün 03 avqust 2017-ci il tarixdə "Avrasiya Hospital"a müraciət etmişdir. Hospitalda İddiaçı sağ dizinin MR müayinəsi zamanı "Ön çarpaz bağda (ACL) tam qopma", 08 avqust 2017-ci il tarixdə aparılmış təkrar müayinə zamanı "sol diz oynağının iç və bayır menisk qopuğu, ön çarpaz bağın hissəvi qopuğu" diaqnozu təyin edilmişdir. Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən tərtib edilmiş 05.02.2020-ci il tarixli, 017 nömrəli «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqınd a 01 saylı AKT-la (İZ formalı akt) müəyyən edilmişdir ki, İddiaçı tərəfindən “Neftqazçıxarma sənayesində təhlükəsizlik qaydaları"nın 1.2.3-cü bəndinin və "Təşkilat, idarə, müəssisələrin fəhlə və qulluqçular üçün nümunəvi daxili nizam qaydaları”nın İİ bəndinin, Səttəm və K üzrə Giriş Təlimatının “İşçilərin öhdəlikləri" bölməsində (Təlimatın 29-cıı səhifəsi) qeyd edilmiş texniki təhlükəsizlik qaydalarının, həmin Təlimatın “ŞD2 X2 və X4" bölməsində Təlimatın 37-ci səhifəsi) qeyd edilmiş tələblərin və Təlimatın “Qəzaların/Hadisələrin/Qəzaya yaxın halların məruzə edilməsi" adlanan bölməsində (Təlimatın 124-cü səhifəsi) qeyd edilmiş tədbirləri görməsi tələblərinin pozulması bədbəxt hadisənin səbəbləri olmuşdur. Həmin aktda bədbəxt hadisənin baş verməsinin yeganə səbəbkarı kimi İddiaçı olduğu gös tərilmişdir. Həmin hadisənin mübahisələndirilməsi ilə bağlı sonrakı baş vermiş proseslərin (Əmək Müfəttişliyi Xidməti tərəfindən yaradılmış təhqiqat Komissiyasının apardığı araşdırmanın nəticəsində qəbul edilən təhqiqat aktında, istər Qaradağ Rayon Prokurorluğu və Bakı Şəhər Prokurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarlarında, istərsə də iş üzrə keçirilmiş ekspertizalarla, həmçinin qanuni qüvvəsini almış 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 01 may 2019-cu il tarixli qərarında) son nəticəsi olaraq iddiaçının iş yerində xəsarət alması faktı, eləcə də xəsarət almasında yeganə təqsirkar şəxsin iddiaçının özü olduğu müəyyən edilmişdir. İddiaçının da özünün iddianın dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etdiyi kimi Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfi ndən qəbul olunmuş qərarla istehsalatda aldığı xəsarətlə bağlı mübahisələndirilən məsələyə son qoyulmuşdur. Hazırda iddiaçı cavabdeh tərəfindən əsassız olaraq işdən çıxarılmağı, iş zamanı aldığı zədədən müalicəsinə, hüquqi prosedurlara, məhkəmə çəkişmələrinə sərf etdiyi vaxt ərzində, eləcə də cavabdehin qərəzli hərəkətləri nəticəsində ona “İZ akt”ı verilməməsi nəticəsində maddi təminatdan kənarda qalmasını, müalicə xərclərini və işsizliyi ilə bağlı maddi dəstək ola biləcək cavabdehlə "xxxx" ASC arasında bağlanmış “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta” haqqında 0289-11 nömrəli 06 iyul 2011-ci il tarixli müqaviləyə əsasən aldığı az ağır xəsarətə görə sığorta ödənişini ala bilməməsini göstərərək, Azərbay canda minimum əmək haqqı 250 manat olmasını nəzərə alaraq cavabdehin təqsiri üzündən maddi dəstəkdən məhrum olunduğuna görə ondan heç olmazsa 2018ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməli olmasını iddia etmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin tibbi-sosial ekspert komissiyası tərəfindən 07.08.2020-ci il tarixdə İddiaçı əlillik dərəcəsinin müəyyən ediməsindən imtina olunmuş, həmin imtinanın səbəbi kimi isə iddiaçının əlavə müalicəyə ehtiyacının olması göstərilmiş, əlavə olaraq qeyd edilmişdir ki, o müayinə və müalicəni davam etdirməlidir, belə ki, müalicə potensialı tükənməyib. Məhkəmə hesab etmişdir ki, iddiaçının peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən edilmədiyindən, 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməli olmasına dair tələbi də hazırki vəziyyətdə əsaslı hesab edilə bilməz. Məhkəmə, iddiaçının 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməli olmasına dair tələbinə dair irəli sürdüyü faktiki hallar hazırki halda həmin tələbinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmadığından digər, yə ni işə cavabdehdən mənəvi ziyanın tutulması tələbinə hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə bu qənaətə gələrkən mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipini də nəzərə alır. Məhkəmə qətnaməsini “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.12, 10, 18-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Qətnamədən narazı qalan iddiaçı apelyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Q.Əsgərov - sədrlik edən və məruzəçi, V.Sadıqov və A.İmanov) 02 mart 2021-ci il tarixli 2(103)-2514/2021 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməyərək Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-102/2020 saylı, 02 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticəni qanuni və əsaslı hesab etmişdir. İddiaçı apelyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozmasını qeyd etsə də, həmin pozuntuların nədən ibarət olmasını və məhkəmənin gəldiyi nəticəyə qarşı etdiyi etirazını əsaslandıra bilməmiş, göstərilənlərin məhkəmə qətnaməsindən fərqli olması barədə məhkəməl ərə heç bir sübut təqdim etməmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas deyildir. İddiaçı kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 mart 2021-ci il tarixli 2(103)-2514/2021 nömrəli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhk əməsinin mövqeyi ilə razılaşaraq İddiaçı aldığı xəsarətin dərəcəsi müəyyən edilmədiyindən ona maddi və mənəvi ziyan dəymədiyi qənaətinə gəlmişdir. Halbuki, bu günədək iddiaçının xəsarətinin dərəcəsinin müəyyən edilməməsi, sığorta ödənişini ala bilməməsinin və işsiz qalmağının səbəbkarı cavabdehin qanunsuz hərəkətlərinin nəticəsidir. Belə ki, iddiaçı 02 avqust 2017-ci il tarixdə bədbəxt hadisə nəticəsində xəsarət almasına baxmayaraq bununla bağlı Akt 05 fevral 2020-ci il tarixdə verilmişdir. Həmin aktın verilməsi üçün iddiaçı bütün məhkəmə instansiyalarında cavabdehə qarşı mübarizə aparmış və haqlı olduğunu sübut etməyə çalışmışdır. Lakin cavabdeh aktı verməkdən imtinası qalsın bir qırağa, 07 sentyabr 2018-ci il tarixli, N-KS/425/18 saylı əmr ilə İddiaçı işdən azad edilmişdir. Cavabdehin qa nunsuz hərəkətləri nəticəsində iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad olunduğundan başqa yerdə iş tapmağı qeyri-mümkün olmuş, səhhəti ilə məşğul olmaq əvəzinə məhkəmələrdə və aidiyyəti dövlət orqanlarında mübarizə aparmışdır. İşə baxan məhkəmə kollegiyası isə bu baş verənlər nəticəsində nəinki maddi ziyanın dəymədiyi, hətta mənəvi zərər tələbinə dair də hissədə iddia ərizəsini əsassız hesab etmişdir. Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə dair etirazda qeyd etmişdir ki, iddiaçının iddia tələbi bundan ibarətdir ki, “mənəvi ziyan kimi 20 000 manat, maddi ziyan kimi 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərə cəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq Cavabdeh1 Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq” iddiaçıya ödənilsin. Mənəvi ziyanın ödənilməsi üçün ilk növbədə cavabdehin hansısa qanunsuz hərəkəti mövcud olmalıdır. Hazırki işdə cavabdehin heç bir qanunsuz hərəkəti olmamışdır. İddiaçının xəsarət almasında cavabdehin təqsirinin olmaması həm prokurorluq orqanları tərəfindən qəbul edilən cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlarında, həm də X1 Xidməti tərəfindən tərtib edilən Təhqiqat Aktında açıq şəkildə göstərilmiş və həmin qərarlardan şikayət verilməmiş və hazırda qüvvədədir. Əksinə, iddiaçı hər zaman cavabdehə və onun rəhbərliyinə qarşı müxtəlif orqanlara daima şikayət edib, onun işgüzar nüfuzuna xələl gətirməyə çalışıb v ə bu səylərinin nəticə verməməsi ona əlavə mənəvi ziyanın ödənilməsini tələb etməyə haqq qazandırmır. Maddi ziyanla bağlı iddiaçının tələbi də əsassızdır. Birincisi ona görə ki, maddi ziyanın ödənilməsi üçün Cavabdeh1 şirkətinin heç bir təqsiri müəyyən edilməyib. İkincisi isə iddia ərizəsində ayda 250 manat tələb edildiyi halda, sığorta şirkəti tərəfindən ayda 649 manat pul iddiaçıya ödənilir. Sığorta ödənişi əlilliyin müəyyən edildiyi gündən deyil, iddiaçının xəstəlik vərəqəsinin bağlandığı gündən bəri ödənilir. Həmçinin nəzərə almaq lazımdır ki, sığorta ödənişi iddiaçının iddia ərizəsində qeyd etdiyi kimi 2018-ci ilin avqust ayından deyil, 2018-ci ilin fevral ayından bəri hesablanaraq ödənilir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, İddiaçı tərəfindən verilən kasasiya şikayətinin təmin edilməməsi və Bakı Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(103)-2514/2021 saylı qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil2 iş üzrə verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh1 şirkətinin Azərbaycan Respublikasındakı filialının nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə maraqlı şəxslərin nümayəndələri məhkəmə iclasına gəlmədiklərindən və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verilmədi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq po zuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun Maddə 10.1.1. istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti or qanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəxt hadisənin baş verməsi barədə məhkəmə qərarı əsasında sığorta hadisəsi müəyyən olunur. Maddə 10.1.2. müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə əsasında sığorta hadisəsi müəyyən olunur. Maddə 18.1. İcbari sığorta müqaviləsi üzrə aylıq sığorta ödənişi sığorta hadisəsi nəticəsində sığorta olunanın əvvəlki peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edildiyi gündən verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəl ləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiy a instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir. İş üzrə iddiaçı kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsini bütünlüklə mübahisələndirdiyindən qətnamə tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlillərini araşdıraraq, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı cavabdehin süründürməçiliyi, onun qanunsuz hərəkətlərind ən prokurorluğa şikayət etməsi, əsassız məhkəmə çəkişmələrinə cəlb olunması nəticəsində maddi dəstəkdən məhrum olunduğuna görə cavabdehdən heç olmazsa 2018-ci ilin avqust ayından başlayaraq ayda 250 manat hesabı ilə peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi səlahiyyətli orqan tərəfindən müəyyən ediləcək günədək hesablanaraq ona verilməsi, həmçinin keçirdiyi psixoloji sarsıntıya görə mənəvi ziyan tələb edir. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunun 10.1.1 və 10.1.2ci hissələrinə görə istehsalatda bədbəxt hadisə haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada tərtib olunmuş akt, yaxud xeyrinə icbari sığorta müqaviləsi bağlanılmalı şəxslə bağlı istehsalatda bədbəx t hadisənin baş verməsi barədə məhkəmə qərarı, müvafiq icra hakimiyyəti orqanının istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində sığorta olunanın peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini təsdiq edən qərarı və ya şəxsin ölümü haqqında şəhadətnamə sığorta hadisəsinin müəyyən olunması əsaslarıdır. Cavabdeh tərəfindən hadisədən dərhal sonra “İZ” aktının verilməsə də və cavabdehin məhkəmə müdafiəsi hüququndan istifadə edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidməti tərəfindən tərtib edilmiş bədbəxt hadisənin təhqiqat aktının məhkəmə qaydasında mübahisələndirilsə də, həmin mübahisə üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-453/2020 saylı, 05.02.2020-ci il tarixli qərarı qəbul edilən gün dərhal hərəkətsizlik göstərmədən 05.02.2020-ci il tarixli, 017 nömrəli «İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında 01 saylı AKT-ı (İZ formalı akt) tərtib etmişdir. Belə olan halda, cavabdehin məhkəmə müdafiəsi hüququndan istifadə etməsindən ibarət hərəkətləri qanunsuz hərəkət, onun İZ formalı aktı dərhal tərtib etməməsi isə qanunsuz hərəkətsizlik kimi qiymətləndirilə bilməz. Mənəvi ziyan tələbinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarının 2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” konve nsiyanın müddəaları və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum o lması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Həmin qərarın 4-cü bəndində müəyyən edilmişdir ki, şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarının 8-cü bəndində məhkəmələrə izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaç ının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki iş üzrə isə mənəvi ziyanın tutulmasına əsas verən bu hallar müəyyən edilməmişdir. Bu səbəbdən, kasasiya şikayəti təmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2514/2021 nömrəli iş üzrə 02 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın