Məhkəmə qərarları › İş №2(102)-4002/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4002/2022

17.10.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4002/2022 17.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X8, X20, Yaqubov Vaqif X5, X25, X33 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) iş üzrə QƏRARİ İş № 2(102)-4002/2022 Açar sözlər: mirasa payın tanınması Bakı şəhəri, 17 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Zaur Əli oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Hüseynov Abiddin Qabil oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-284/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasın da yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər.

2. İddiaçı miras qoyan Zəkəriyyə Yaqubovun (1991-ci ildə ölmüşdür) oğlu Afər Yaqubovla 1986-cı ildə ailə qurmuş, sonuncunun valideynləri Zəkəriyyə Yaqubov və İmamət Yaqubova (1996-cı ildə ölmüşdür) ilə birlikdə yaşadığı, Qax rayonun Qaşqaçay kəndində yerləşən evə köçərək orada yaşamışdır.

3. Evin yerləşdiyi həyətyanı torpaq sahəsi Qax rayon Aqrar İslahat Komissiyasının 30 iyul 1998-ci il tarixli qərarı ilə X17, İddiaçı və onların övladları Esmira, Elvin və Elşən Yaqubovların mülkiyyətinə verilmişdir.

4. İddiaçının mərhum əri Afər Yaqubov valideynləri öləndən sonra miras kütləsi sayılan həmin evdə yaşayıb on u idarə etməklə mirası qəbul etmiş və 2015-ci ildə ölmüşdür. Afər Yaqubovun vəfatından sonra iddiaçı həmin evdə yaşamaqda davam edir.

5. Cavabdeh miras qoyan Zəkəriyyə Yaqubovun övladlarından biridir. O, xx.xx.1988-ci ildən qeydiyyatdan çıxaraq Rusiya Federasiyasına getmiş, 2018-ci ilin iyul ayından qayıdaraq mübahisəli evdə qeydiyyatsız yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum X3 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, qayınatası Zəkəriyyə Yaqubov 1991-ci ildə, qayınanası İmamət Yaqubova isə 1996-cı ildə vəfat etdikdən sonra əri Afər onlardan qalan mirası faktiki olaraq qəbul emişdir. Əri Afərdən başqa vərəsələrin heç biri mirası qəbul etməmişdir. X16 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evdən onun miras payı tam olaraq müəyyən olunmalıdır.

8. Cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında iddia tələbini qəbul etməmiş və bildirmişdir ki, iddiaçının miras əmlakda payı yoxdur. O, mərhum atasından qalmış mirasa sahib çıxa bilər.

9. Qax Rayon Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli, 2(024)-492/2020 saylı qətnaməsi ilə (hakim Malik Qarayev) iddia təmin edilmiş, mərhum X3 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evindən ibarət miras əmlaka vərəsəlik açılması və həmin əmlak üzərində İddiaçı miras payı tam müəyyən edilərək ona verilməsi qət edilmişdir.

10. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Zəkəriyyə Yaqubov öldükdən sonra miras əmlak olan Qax rayonu Qaşqaçay kəndində yerləşən fərdi yaşayış evi oğlu Afər Yaqubov tərəfindən faktiki qəbul edilmiş, Cavabdeh (o cümlədən digər vərəslər) tərəfindən isə nə faktiki, nə də rəsmi qəbul edilmədiyindən sonuncu, miras əmlaka dair özünün qanun üzrə vərəsəlik hüququnu aradan qaldırmışdır. Zəkəriyyə Yaqubovun vərəsəsi mirası faktiki qəbul etmiş Afər Yaqubov xx.xx.2015-ci il tarixdə ölmüşdür.

11. Məhkəmə hesab etmişdir ki, Afər Yaqubovun ölümü 2000-ci ildən sonraya təsadüf etdiyindən onun ölümü ilə yaranmış münasibətlərə hazırda qüvvədə olan Mülki Məcəllənin normaları tətbiq edilməlidir. X45 miras açıldıqdan sonra, lakin mir as qəbul edilənədək öldüyü üçün mirasdan pay almaq hüququ onun vərəsələri olan iddiaçılar İddiaçı, Abduyeva (Yaqubova) Esmira Afər qızı, X21 və X1 (irsi transmissiya). X42 digər vərəsələri X33 və X32 məhkəməyə ərizə təqdim edərək X3 miras qalmış əmlakdan onlara düşən paydan imtina etdiklərini, həmin əmlakı faktiki qəbul etmədiklərini və gələcəkdə həmin əmlakla bağlı iddia qaldırmayacaqlarını göstərimişlər. Afər Yaqubovun digər vərəsəsi olan Abduyeva (Yaqubova) Esmira Afər qızı isə miras əmlakı qəbul etmək üçün notariat orqanına müraciət edib vərəsəlik haqqında şəhadətnamə almamış, mirası faktiki qəbul etməmişdir.

12. Məhkəmə tərəfindən bu hal həmin vərəsənin susması və miras əmlakdan imtinası kimi qiymətləndirilmiş və məhkəmə belə qənaətə gəlmişdir ki, X33, X32 və X11 və eləcə də Zəkəriy ə Yaqubovun digər vərəsələri X8, X20, Cavabdeh Zəkəriyə oğlu və X6 miras əmlakdan imtina edilmiş payları iddiaçı tək vərəsə İddiaçı verilməlidir

13. Məhkəmə öz mövqeyini xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552, xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1176, 1147, 1134, 1151.1, 1159.1.1, 1243, 1252, 1273-1 və 1166-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, atası rəhmətə getdikdən sonra vərəsələr kimi həyat yoldaşı övladları qalmışdır. Atası vəfat etdikdən sonra o Rusiya Fe derasiyasına getmiş və pasport problemlərinə görə 2018-ci ilə qədər orada qalmışdır. 2018-ci ildən sonra isə o, ailəsinin əmlakı olan evin bir otağında yaşamışdır. Atası öldükdən sonra onun vərəsələri notariat orqanına müraciət edərək mirası qəbul etməmişdir. Onun anası isə uzun müddət həmin evdə yaşamış və 1998-ci ildə rəhmətə getmişdir və faktiki olaraq özünə düşən payı qəbul etmişdir. Həmçinin həmin miras əmlakı olan ev onun atası və anasının birgə nikahı dövründə əldə olunmuşdur. Belə olan halda onun anası mirasda payı ½ hissə və ½ hissənin 1/6 hissədə olmuşdur. Lakin işi araşdıran birinci instansiya məhkəməsi anasının payını və onun ölümündən sonra vərəsələrinin mirası qəbul edib-etmədiyini araşdırmamışdır. O, isə faktiki olaraq anası və atasından qalan mirası qəbul etmişdir. Beləki, o atasının ölümündən 20-30 gün sonra Rusiya Federasiyasına getmiş və 2018-ci ilə qədər qayıtmamışdır. 2018-ci ildən etibarən isə həmin mübahisəli əmlakda yaşayır. Göründüyü kimi o əmlakdan imtina etməmişdir. Sadəcə xaricdə olduğu üçün miras payını qəbul edə bilməmişdir.

16. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Mahir Əsədli (sədrlik edən və məruzəçi), Ələddin Məcidov və Ayaz Mahmudov) 19 may 2021-ci il tarixli, 2(107)583/2021 saylı qətnaməsi ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, X3 miras qalan Qax rayonu Qaşqaçay kəndində yerləşən, yaşayış sahəsi 40 kv.m-dən ibarət 2 otaqlı fərdi yaşayış evindən X9 payına düşən 1/5 hissəsinə İddiaçı miras payı müəyyən edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh və üçüncü şəxslər iddiaçının miras əmlakı vərəsəlik qaydasında qəbul etməsini mübahisələndirmirlər. Ancaq vərəsə olaraq miras əmlakda onların da müəyyən miqdarda paylarının olduğunu qeyd edirlər. X22 birinci növbə vərəsə olaraq özünün payına düşən miras kütləsini faktiki qəbul etmiş və öz adına vərəsəlik şəhadətnaməsi almadan ölmüşdür. Onun payına düşən miras kütləsi isə mirasın 1/5 hissəsi olmuşdur.

18. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia tələbi o vaxt tam təmin edilə bilərdi ki, onun mərhum əri atasından qalmış mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi barədə vərəsəlik şəhadətnaməsi almış olsun və yaxud iddiaçı mir as qoyanın birinci növbə vərəsəsi olsun, eyni zamanda digər vərəsələr mirası qəbul etməmiş olsun.

19. Məhkəmə kollegiyası digər vərəsələrin mirasda pay hüququnun tanınıbtanınmasına münasibət bildirərək qeyd etmişdir ki, vərəslərdən X12, X20, Cavabdeh və X18 miras paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməmiş, eyni zamanda hər hansı bir tələblə çıxış etməmişlər. Ona görə də məhkəmə kollegiyası onların miras əmlakı vərəsəlik qaydasında qəbul edib-etməmələrini araşdırmağa lüzum görməyərək onların paylarının açıq saxlanmasını məqsədəmüvafiq hesab etmişdir.

20. Məhkəmə gəldiyi nəticəni xx.xx.2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 532 və 552-ci maddələrinə, xx.xx.2000-ci ildən qüvvədə olan Mülki Məcəllənin 1243 və 1252-ci maddə lərinə, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.3-cü maddələrinı istinadla əsaslandırmışdır.

21. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

22. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – İspəndiyar Şəfiyev (məruzəçi), Vüqar Həsənov və Əhməd Əhmədov) 2(102)-5464/2021 nömrəli iş üzrə 10 noyabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

23. Kssasiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, baxılan işdən görünür ki, mirasın kütləsini təşkil edən ev 1930-cu ildə inşa edilmişdir və mülkiyyət hüququ əsasında xx.xx.1988-ci ildə Zəkəriyyə Yaqubovun adına qeydiyyata alınmışdır. Zəkəriyyə Yaqubov 1991-ci ildə vəfat etdiyinə görə məhkəmələr haqlı olaraq ondan qalan mirasın bölünməsi üçün həmin vaxtda qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin normalarını tərbiq etmişdir. Həmin Məcəllənin 552-ci maddəsinə görə mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Göründüyü kimi bu norma vərəsənin qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirmədikdə həmin hüququ itirməsini ehtiva edir. Mirası qəbul etmə vərəsənin müəyyən iradəvi hərəkətinə əsaslanır. Mirası qəbu l etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri-formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir (Əvvəlki Mülki Məcəllənin 552-ci maddəsinin ikinci hissəsi). İşə baxmış məhkəmələr bu baxımdan işin hallarını araşdırmış və iddiaçının əri Afər Yaqubovun, atası vəfat etdikdən sonra üç ay müddətində ondan miras qalmış əmlakı qəbul etmək üçün notarial qaydada müraciət etmədiyini, lakin mirası faktiki olaraq qəbul etdiyini müəyyən etmişdir. Lakin apellyasiya instansiyası məhkəməsi, mirasın tam şəkildə iddiaçının payını müəyyən edən birinci instansiyası məhkəməsinin qətnaməsini ləğv edərkən, Afər Yaqubovun atasından miras qalan əmlakdan özünün payına düşən miras kütləsini faktiki qəbul etdiyini, onun payına düşən miras kütləsinin isə mirasın 1/5 hissəsi olduğunu bildirmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçının iddia tələbi o vaxt tam təmin edilə bilərdi ki, onun mərhum əri atasından qalmış mirasın bütünlüklə onun tərəfindən qəbul edilməsi barədə vərəsəlik şəhadətnaməsi almış olsun və yaxud iddiaçı miras qoyanın birinci növbə vərəsəsi olsun, eyni zamanda digər vərəsələr mirası qəbul etməmiş olsun. Kassasiya məhkəməsi apellyasiya instansiyası məhkəməsinin bu əsaslandırması ilə razılaşmayaraq qeyd etmişdir ki, hazırda qüvvədə olan Mülki Məcəllənin mirasın qəbul edilməsindən bəhs edən 1243-cü maddəsinə görə, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Doğrudur ki, əvvəllki Mülki Məcəllədə bu norma məhz indiki məzmunda əksini tapmamışdı. Lakin həmin Məcəllənin 552-ci maddəsi və vərəsəlik hüququ ilə bağlı digər normalar, mirasın qismən və ya tam qəbul edilməsi kimi anlayışları müəyyən etməmiş və ya bunu ehtiva edən hüquqi məzmuna malik deyildi. Əksinə, 552-ci maddədə əksini tapmış “mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinin yol verilməzliyi” barədə müddəa, həmin Məcəllə ilə müəyyən olunmuş vərəsəlik institutunun elementləri ilə sistemli təhlil olunduqda o hüquqi nəticə törədirdi ki, miras kütləsinə daxil olan əmlakın bir hissəsini qəbul etmiş şəxs, bütün əmlakı qəbul etmiş sayılır. Məhz buna görə də “Məhkəmələr tər əfindən vərəsəlik qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 1979-cu il 28 sentyabr tarixli 5 №-li qərarına əlavə olunmuş 6-1 bəndində izah etmişdi ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552-ci maddəsinə əsasən, miras əmlakın bir hissəsini qəbul etmiş vərəsə, mirasın qalan hissəsinin harada yerləşməsindən asılı olmayaraq, ona bütövlükdə və yaxud həmin mirasdan düşən payı qəbul etmiş hesab olunur. Çünki mirasın qəbulu əqddir. Mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsi ilə vərəsə özünün miras əmlak əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına öz razılığını bildirir və məhz bu hərəkət, əqd əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı olur. Eyni zamanda mira sı qəbul etmək birtərəfli əqddir. Bu əqd yalnız bircə şəxsin-vərəsənin iradəsini ifadə etməklə konkret olaraq kiməsə ünvanlanmır və başqa şəxslərin iştirakını və razılığı tələb etmir. Həmçinin mirasın qəbul edilməsi könüllü əqddir. Vərəsə mirası qəbul etməyə məcbur edilə bilməz. O, mirası öz istəyi, iradəsi və mülahizəsinə görə qəbul edir. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasa faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərə findən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Miras qoyana məxsus olan və miras əmlakın kütləsinə daxil olub-olmaması müəyyən olunmayan, təyinatına görə ailənin ümumi istifadəsi üçün nəzərdə tutulmuş əşyaların qəbul edilməsi və ya miras qoyan tərəfindən vərəsəyə verilməsi məqamının mirası qəbul etmə kimi qiymətləndirilməsi mülki işin qanuni həlli baxımından qənaətbəxş hesab oluna bilməz. İşin bu qaydada həll edilməsi isə əks tərəfin Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş hüququnun pozulmasına səbəb olur.

25. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin “Afər Yaqubovun atasından miras qalan əmlakdan özünün payına düşən miras kütləsini faktiki qəbul etdiyi” barədə dəlili qanuna ziddir.

26. Məhkəmə kollegiyası həmçinin apellyasiya instansiyası məhkəməsinin digər vərəslərin miras paylarının müəyyən edilməsi barədə məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinə görə onların miras əmlakı vərəsəlik qaydasında qəbul edib-etməmələrini araşdırmağa zərurət olmaması və onların paylarının açıq saxlanmasının məqsədəmüvafiqliyi barədə gəldiyi nəticəni də əsassız sayaraq qeyd etmişdir ki, mirasdan qanun üzrə vərəsəlik əsasında düşən pay, mirası qəbul etmiş vərəsələrin sayından asılı olaraq az və ya çox ola bilər. Buna görə də iddianın həlli zamanı digər vərəsələrin də mirası qəbul edib-etməməsi müəyyən edilməli, mirasın bölünməsi ilə əlaqədar tərəflərin mübahisəsinə qəti-müəyyənlik gətiril məli, gələcəkdə əlavə mübahisələrin yaranmaması üçün, işin bütün əhəmiyyətli halları müəyyən edilərək hüquqi qiymət verilməlidir. Bu məqsədlə miras qoyanın bütün birinci dərəcəli (bu vərəsələri qalmadıqda növbəlilik əsasında digər vərəsələri) işə cəlb olunmalı, mirasın bölünməsi tələbinə münasibəti müəyyən edilməli və sonrakı prosessual hərəkətlər yerinə yetirilməlidir. Əvvəlkli Mülki Məcəllənin miras əmlakının bölünməsi adlanan 563-cü maddəsinə görə miras əmlakın bölünməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır.

27. Bundan başqa, Afər Yaqubovun digər vərəsələri işə cəlb edilməmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

28. Apellyasiya instansiyası məhkəməsi tərəfind ən X8, X20, Yaqubov Vaqif X5, X25, X33 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir.

29. Apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Qax rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli 05/75-59/16 nömrəli məktubda qeyd edilmişdir ki, Qax rayonu Qeydiyyat şöbəsinin arxivində mərhum X7 ilə mərhum X13 nikahları barədə heç bir məlumat aşkar edilməmişdir.

30. Qax rayonu İH-nin Qaşqaçay kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 110 nömrəli arayışda qeyd edilmişdir ki, X18 33 il əvvəl Qax rayonun Qaşqaçay kəndinin qeydiyyatından çıxaraq, Rusiya Federasiyasına işləməyə getmişdir.

31. Məhkəmə kollegiyasının iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 bildirmişdir ki, atasından miras qalmış ə mlak 2 otaqdan ibarətdir və həmin mülkin bir otağı İddiaçı, digər otağı isə Cavabdeh istifadəsindədir. X14rdaşı Afər Yaqubov baxmış, Yaqubov Zəkəriyyə öləndən sonra həmin mülkdən heç kim pay istəməmiş və mirası qəbul etməmişdir. Qardaşı Cavabdeh 1988-ci ildən Rusiya Federasiyasına getmiş və 2018-ci ildə Rusiya Federasiyasından qayıtmışdır. Atasından qalmış mirası qardaşı Afər Yaqubov qəbul etmişdir. Həmin evdə heç bir təmir tikinti işləri aparılmayıb. O payına düşən miras payını əvvəldən Afər Yaqubonun arvadı İddiaçı bağışlamışdır. Çünki, İddiaçı atası Yaqubov Zəkəriyyə öləndə ona yas mərasimi vermiş və həmin evdə də bu günə kimi yaşayır. X36 isə ayrıca evi var və hal hazırda həmin evdə yaşayır. X2 özü də etiraf etmişdir ki, o həmin evdən 1979-cu ildə çıxmış və hazırda öz evində yaşayır. 3

2. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – İmanverdi Şükürov (sədrlik edən və məruzəçi), Akif Eyvazov və Gündüz Abbasov) 2(107)-284/2022 nömrəli iş üzrə 9 mart 2022-ci il tarixli qətnaməsi ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddia tələbi qismən təmin edilmiş, mərhum X3 miras qalmış Qax rayonu Qaşqaçay kəndində yerləşən 2 otaqlı evindən ibarət miras əmlak üzərində İddiaçı miras payı tam olaraq müəyyən edilmişdir.

33. Kassasiya məhkəməsinin göstərişlərini nəzərə alaraq məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qərar qəbul edərkən maddi və prosessual qanunvericiliyin tələblərini pozmuş, vərəsələrin dairəsini tam müəyyən etmə miş və onları işə cəlb etməmişdir. Bu səbəbdən də, işə yenidən baxan apellyasiya məhkəməsi Ali Məhkəmənin göstərişlərinə əsasən digər vərəsələr olan X8, X20, Yaqubov Vaqif X5, X25, X33 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etmişdir.

34. Məhkəmə qeyd etmişdir ki, hazırada mübahisə predmeti olan mirasın kütləsini təşkil edən ev 1930-cu ildə inşa edilmişdir və mülkiyyət hüququ əsasında xx.xx.1988-ci ildə Zəkəriyyə Yaqubovun adına qeydiyyata alınmışdır. Həmçinin, bu ev apellyasiya şikayətində qeyd edildiyi kimi ər və arvadın birgə mülkiyyəti olmamışdır. Çünki, tərəflər özləri etiraf edirlər ki, məlum ev Zəkəriyyə Yaqubov tərəfindən deyil, sonuncunun atası tərəfindən inşa edilmiş və sonradan həmin evdə hər hansı bir yenidən qurma işləri aparılmamışdır. Buna görə də apellyasiya instansiyası məhkəməsi mirasın kütləsini təşkil edən evi mərhum Zəkəriyyə Yaqubovun mülkiyyəti kimi qəbul etmişdir. Eləcə də işdə olan və Qax rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 mart 2022-ci il tarixli 05/75-59/16 nömrəli məktubdan görünür ki, Qax rayonu Qeydiyyat şöbəsinin arxivində mərhum X7 ilə mərhum X13 nikahları barədə heç bir məlumat aşkar edilməmişdir. Bununla yanaşı tərəflər X13 X4 arvadı olmasını mübahisələndirməmişlər. Bundan əlavə X7 xx.xx.1991-ci ildə ölmüş və onun ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsəsi kimi X27, X22, X8, X20, Cavabdeh Zəkəriyə oğlu, X18 qalmışdır.

35. İşdən göründüyü kimi, X4 ölümündən sonra onun onun qanun üzrə birinci növbəli vərəsəsi olan X8, X19, Cavabdeh Zəkəriyə oğlu, X18 miras əmlakı nə faktiki, nədə notarial qaydada qəbul etməmiş, sözügedən miras əmlak hər birinə 2/1 hissə pay olmaqla X4 digər vərəsələri arvadı X27 və oğlu X22 tərəfindən faktiki olaraq qəbul edilmişdir. X27 xx.xx.1996-cı il tarixdə öldükdən sonra isə miras əmlakdan İmamət Yaqubovaya çatan hissədə faktiki olaraq Afər Yaqubov tərəfindən qəbul edilmiş, xx.xx.2015-ci ildə Afər Yaqubovun ölümündən sonra isə miras əmlak Afər Yaqubovun arvadı İddiaçı və uşaqları Abduyeva (Yaqubova) Esmira Afər qızı, X32 və X33 tərəfindən qəbul edilmişdir. Öz növbəsində Afər Yaqubovun vərəsələri olan Abduyeva (Yaqubova) Esmira Afər qızı, X32 və X33 onlara çatan miras paydan anaları İddiaçıını xeyrinə imtina etmişlər.

36. Məh qeyd etmişdir ki, Cavabdeh mübahisəli miras əmlakı qəbul etdiyini iddia etsə də, məhkəmə kollegiyasının iclasında tədqiq edilmiş sübutlar b unu tam təkzib edir, həmçinin cavabdeh də öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi sözügedən miras əmlakın tam olaraq iddiaçı tərəfindən qəbul edilməsi faktı ilə razılaşmıdır.

37. Məhkəmə gəldiyi nəticəni 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 552 və 553-cü maddələrinə, hazırda qüvvədə olan Mülki Məcəllənin 1133.2, 1145, 1146, 1159.1, 1243.1, 1243.2 və 1243.3-cü maddələrinə, Prosessual Məcəllənin 77.1, 77.3, 78.1, 78.2, 80 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

38. Cavabdeh (Vəkil2 Muas oğlu) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

39. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, miras qoyan vəsiyyətnamə qoymamışdır. Əvvəlki mülki qanunvericiliyə görə əgər vəsiyyətnamə yoxdursa, hər bir vərəsə qanun üzrə mirasdan bərabər pay almalıdır. Göründüyü kimi, cavabdehin anası, miras qoyanın həyat yoldaşı X28 özünə düşən payı faktiki qəbul etmişdir. Eyni zamanda həmin miras əmlakı olan yaşayış evi miras qoyanla X15 birgə nikahı dövründə əldə edilmişdir. Cavabdeh atasından və anasından qalan miras əmlakını faktiki qəbul etmişdir. Belə ki, atasının ölümündən təxminən 20-30 gün sonra Rusiya Federasiyasına getmişdir

40. İşi araşdıran məhkəmə ümumiyyətlə miras əmlakını yalnız mərhum X4 əmlakı kimi qəbul etmişdir. Amma həmin əmlak birgə nikah dövrü əldə edilən əmlak olmuşdur. Məhkəməl ər iş üzrə bu məsələyə ümumiyyətlə qiymət verməmişlər.

41. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü (Mirasın qəbul edilməsi), 1248-ci (Mirasın qəbul edilməsi vaxtının uzadılması), 1249-cu (Mirasa dair sərəncamm verilməsinin yolverilməzliyi) maddələrindəki normaların mahiyyəti də göstərir ki, “iddiaçı” İddiaçı nəniki bütövlükdə mirasa dair sərəncam verə, eləcə də, mirasa dair iddia da qaldıra bilməzdi. Çünki o, bu cür subyektiv hüquqa malik olmamışdır. Digər tərəfdən, iddiaçı özü 6 (altı) aylıq mirası qəbul etmə müddətini ötürmüşdür. İddaçı kimi o, da cavabdeh kimi eyni vaxtda məhkəməyə müraciət etmişdir. Məhkəmə onların hər ikisinə bərabər pay hüquqlu vərəsə kimi yanaşmalı idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1292.1-ci maddəsinə əsasən, hər bir miras şəriki öz miras pa yına dair sərəncam verə bilər. Miras şəriklərindən birinin öz payına dair sərəncam verməsi barədə müqavilə notarius tərəfindən təsdiqlənməlidir.

42. Apellyasiya instansiyası məhkəməsi Qaşqaçay kəndi üzrə təsərrüfat başına kitabdan çıxarışlar da almasına baxmayaraq həmin çıxarışlara əhəmiyyət verməmişdir. Belə ki, həmin çıxarışlardan da görünür ki, böyük qardaşları Arif və Afər hələ atasının sağlığında ümumi təsərrüfatdan çıxarılaraq özləri ayrılıqda təsərrüfat yaratmış və özlərinin ayrıca evləri vardır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

43. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq 01 sentyabr 2000-ci ilədək qüvvədə olmuş Mülki Məcəllə:

44. Maddə

528. Vərəsəlik miras qoyan şəxsin ölməsi ilə, yaxud onun ölmüş elan edilməsi ilə açılır.

45. Maddə

532. Qanun üzrə vərəsəlikdə payları bərabər olmaqla, uşaqlar (o cümlədən övladlığa götürülənlər), ər (arvad) və ölənin valideynləri (övladlığa götürənləri) birinci növbəli vərəsələr hesab olunurlar. Şəxsin ölümündən sonra doğulan uşaq da birinci növbəli vərəsələr sırasına daxildir.

46. Maddə

552. Mirası əldə etmək üçün vərəsə onu qəbul etməlidir. Mirasın şərtlə və ya müəyyən qeydlərlə qəbul edilməsinə yol verilmir. Mirası qəbul etmə qanunvericiliklə konkret olaraq nəzərdə tutulmuş formal və qeyri formal üsulla, yəni mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməklə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaqla həyata keçirilir. Mülki Məcəllə

47. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qan un üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

48. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

49. Maddə 1145. Mirasın açılması Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

50. Maddə 1146. Mirasın açıldığı vaxt Miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır.

51. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

52. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övla dlığa götürənlər).

53. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

54. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

55. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

56. Maddə 1246. Mirasın qəbul edildiyi müddət Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra m irasın qəbuluna yol verilmir. Mülki Prosessual Məcəllə

57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

58. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

59. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

60. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

61. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

62. Kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.

63. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

64. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

65. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

66. Kassasiya şikayətinin bəzi dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

67. Ona görə də kassasiya şikayəti təmin olun mamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

68. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-284/2022 nömrəli, 9 mart 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar