Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4003/2021 12.07.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə məhkəmədə baxılmalı deyil, iş üzrə icraata xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-924/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 12 iyul 2021-ci il tarixdə Al i Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Azərbaycan Respublikası Milli Depozit Mərkəzinin 08.06.2017-ci il tarixli depo hesabından çıxarışa əsasən, Cavabdeh ASC-nin nizamnamə kapitalı ******* (bir milyon dörd yüz qırx dörd min bir yüz səkkiz manat sıfır qəpik) təşkil edir. Cəmiyyətə məxsus hər bir səhmin nominal dəyəri 2 (iki) qəpik təşkil edir. İddiaçı məxsus səhmlərin sayı 1856 (bir min səkkiz yüz əlli altı) ədəd olub, qiymətli kağız sahibi kimi Milli Depozit Mərkəzinin reyestrində DP00180066 hesab nömrəsi ilə qeydiyyata alınmış və səhmlər heç bir öhdəliklə yüklü edilməmişdir. Bakı şəhəri, Nərimanov rayonu, Böyük Şor, 4-cü uzununa, 29 ünvanında yerləşən əmlak Cavabdeh ASC-nin mülkiyyətində olmuş və 2014-cü il tarixdə sökülmüşdür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh ASC-yə qarşı dair iddia ərizəsi ilə 2 Saylı Bakı İnzibati-İqtisad məhkəməsinə müraciət edərək, cavabdehdən ona səhmlərinin miqdarına mütənasib ədalətli kompensasiyanın ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehə məxsus “Koroğlu” metro stansiyası yaxınlığında yerləşən torpaq sahələri 2015-ci il tarixində abadlaşıdırma məqsədilə dövlət ehtiyacları üçün alınmışdır. Sözügedən fakta, cəmiyyətin idarə heyətinin sədrinin 17.05.2017-ci il tarixli məktubu ilə ətraflı münasibət bildirilmiş və cavabdehə məxsus ünvan, 29 ünvanında yerləşən əmlakın dövlət ehtiyacları üçün söküldüyünə görə, cəmiyyətə 2014-cü ildə kompensasiya ödənişi daxil olmuşd ur. Lakin, cavabdeh həmin kompensasiyadan ona düşən payı verməkdən imtina edir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-18/2019 saylı 05.04.2019-cu il tarixli qərardadı ilə mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçıya məxsus 1856 ədəd səhmin cavabdehin 33400000 manat dəyərində olan daşınmaz əmlakına nisbətini nəzərə alaraq 85838 manat məbləğində pulun eləcə də, əmlakın qiymətləndirilməsi üçün iddiaçının ödədiyi 500 manat məbləğində xidmət haqqının cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş məhkəmə ekspertizasının nə ticələrinə dair “xxxx” MMC-nin 12.12.2019-cu il tarixli mütəxəssis rəyinə əsasən ünvan 3 ünvanında yerləşən 1,2055 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 19758,5 kvadrat metr, torpaq daşınmaz əmlakın qiymətləndirilməsi aparılmış və əmlakın real bazar dəyəri 33400000 manat, likvid dəyəri isə 30060000 manat müəyyən edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Əşir Səmədov) 28 fevral 2020-ci il tarixli, 2(008)-394/2020 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş, iddiaçıya məxsus 1856 ədəd səhmə (722054 ədəd səhmdə faiz ifadəsi, 0,257 faiz) görə, cavabdehin mülkiyyətində olan və real bazar qiyməti 33400000 manat dəyərində olan daşınmaz əmlakına (ünvan 3 ünvanında yerləşən 1,2055 ha torpaq sahəsində tikilmiş ümumi sahəsi 19758,5 kvadrat metr olan daşınmaz əmlak) nisbətini nə zərə alaraq, 8838 manat məbləğində kompensasiya qismində dividend pulunun və daşınmaz əmlakın qiymətləndirməsi üçün ödənilmiş 500 manat xidmət haqqının, cəmi 86338 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş materiallarına görə, cavabdeh iddiaçıya münasibətdə mülki qanunvericilik və nizamnamə üzrə səhmdar cəmiyyətlərlə bağlı tələblərə riayət etməməklə, onun konstitusion hüquqlarını pozmuşdur. Məhkəmə tədqiq olunan sübutlara məcmu halda qiymət verərkən iddiaçının özünə məxsus səhm payı ilə cavabdehin nizamnamə kapitalındakı iştirak faizini, səhmdar cəmiyyətin balans üzrə aktiv və passivlərini, xüsusi əhəmiyyətli əqdlər üzrə mədaxil və məxaric əməliyyatlarını, eləcə də daşınmaz əmlak üzrə real bazar qiymətlərini də nəzərə almalıdır. Mövcud qanunvericiliyin məntiqinə görə, səhmdar cəmiyyət tək istehsal və məhsulun satış dövriyyəsinə görə deyil, həmçinin daşınmaz əmlakın satışından və icarəsindən də hər hansısa bir mənfəət əldə edə bilər. Daha sonra, büdcə qarşısında olan öhdəliklər ödənildikdən sonra qalan məbləğ mütənasiblik gözlənilməklə, dividend olaraq səhmdarlara ödənilməlidir. Bundan başqa, öz fəaliyyətini qüvvədə olan qanunvericilik və nizamnaməsi ilə tənzimləməli olan səhmdar cəmiyyətin idarəetmə orqanları öz səhmdarları qarşısında bütün gəlir və xərc əməliyyatlarına görə birbaşa məsuliyyət daşıyır. Həmçinin, Cavabdeh ASC-nin yeni redaksiyada olan 11.03.2009-cu il tarixli Nizamnaməsinin 4.2-ci bəndində cəmiyyətə məxsus əmlakın formalaşdığı mənbələr sırasında qanunvericiliklə m üəyyən edilmiş qaydada əldə edilmiş digər əmlaklar da qeyd edilmişdir. İddiaçının səhmdar kimi həmin səhmlərin müqabilində dividend almaq hüququ olduğundan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçının sadə riyazı hesablamalar yolu ilə müəyyən etdiyi məbləğin tələb etməsi əsaslıdır. Məhkəmə iş materiallarını və sorğu əsasında toplanmış sübutlara, müvafiq mütəxəssis rəyini, eləcə də iddiaçı tərəf təqdim edilmiş sübutları, proses iştirakçılarının izahatlarını dinləyərək maddi və prosessual qanunvericiliyin dispazitiv və imporativ normalarını nəzərə alaraq, yekun hüquqi nəticə olaraq müəyyən edir ki, iddia tələbi təmin edilməlidir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəm əsində icraat Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər – Xumar Mərdanova sədrlik edən və məruzəçi, Elnur Həsənov, Fuad Babayev) 09 fevral 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən bir sıra halları araşdırmamış və maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, qanunvericilik səhmdar cəmiyyəti tərəfindən dividentlərin müəyyən edilməsi və bölüşdürülməsi qaydalarını müəyyən etmişdir. Qanunvericiliyin tələblərinə görə səhmdar cəmiyyətinin mənfəətini və zərərini bölüşdürmək səhmdar cəmiyyəti nin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri isə onların ödənilməsi haqqında qərar qəbul edildikdən sonra yaranır. Qeyd olunan ödənişdən əlavə olaraq dividentlərin bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağının qərarı iş materialları ilə müəyyən edilmir. Buna görə də, cəmiyyətin iddiaçı qarşısında dividentlərin bölünməsi ilə bağlı hər-hansı öhdəliyi yaranmamışdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, ASC-nin mülkiyyətində olmuş əmlakın sökülməsi nəticəsində kompensasiya ödənilməsi həmçinin kompensasiya məbləğinin ASC tərəfindən alınması iddiaçı tərəfindən sübut edilmir. İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilmə si barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin mövqeyindən belə anlaşılır ki, səhmdar cəmiyyəti dividentin ödənilməsindən yayınmaq üçün həyata keçirdiyi bütün qanunsuz əməliyyatlar diqqətdən kənarda qala bilər. Bununla da, səhmdar cəmiyyətin səhmdarlara illər boyu dividentin ödənilməsindən rahat şəkildə yayınması üçün "qanuni” və ya qeyri-qanuni əsaslar yaranmış olur. Əgər Cəmiyyətin icra orqanı dövrü olaraq, səhmdarların yığıncağı barədə heç bir səhmdara bildiriş göndərmirsə, deməli hər hansısa divident ödənilməsi barədə niyyətdən belə söhbət gedə bilməz. Mövcud qanunvericiliyin məntiqinə görə, səhmd ar cəmiyyət tək istehsal və məhsulun satış dövriyyəsinə görə deyil, həmçinin daşınmaz əmlakın satışından və icarəsindən də hər hansısa bir mənfəət əldə edə bilər. Daha sonra, büdcə qarşısında olan öhdəliklər ödənildikdən sonra qalan məbləğ mütənasiblik göylənilməklə, dividend olaraq səhmdarlara ödənilməlidir. Bundan başqa, öz fəaliyyətini qüvvədə olan qanunvericilik və nizamnaməsi ilə tənzimləməli olan səhmdar cəmiyyətin idarəetmə orqanları öz səhmdarları qarşısında bütün gəlir və xərc əməliyyatlarına görə birbaşa məsuliyyət daşıyır. Apellyasiya instansiyası məhkəməsi bu halları nəzərə almayaraq iş üzrə düzgün olmayan nəticəyə gəlmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə koll egiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM- ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlav ə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 99.1. Səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. Maddə 106-3.1. Səhmdar cəmiyyətinin xalis mənfəəti vergilər və digər məcburi ödənişlər ödənildikdən sonra yaranır və qanunvericiliklə və cəmiyyətin nizamna məsi ilə müəyyən edilən məqsədlərə yönəldilə bilər. Xalis mənfəətin səhmdar cəmiyyətinin maliyyə ili üzrə bölüşdürülməsi səhmdar cəmiyyətinin səhmdarlarının ümumi yığıncağının qərarı ilə qəbul edilir. Maddə 107.1. Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aşağıdakılar aiddir: 107.1.4. cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək. Mülki Prosessual Məcəllə: İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (maddə 151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (maddə 153.2.1). İş məhkəmədə baxılmalı dey ildirsə, hakim iş üzrə icraata xitam verir (maddə 261.0.1). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan işin mübahisələndirilməyən hallarına əsasən Cavabdeh Açıq Səhmdar Cəmiyyəti kommersiya hüquqi şəxsidir və iddiaçı həmin səhmdar cəmiyyətdə 1856 sayda səhmin sahibidir. İddiaçı hazırkı tələbində səhmdarı olduğu cavabdeh ASC-yə torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınması və torpaq sahəsinə yerləşən əmlakın sökülməsi zamanı ASC-yə dövlət tərəfindən ödənilmiş pulun ona düşən səhmlərin sayına uyğun hissəsini dividend kimi tələb edir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq iddia tələbini rədd etmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qanunvericil iyin tələblərinə görə səhmdar cəmiyyətinin mənfəətini və zərərini bölüşdürmək səhmdar cəmiyyətinin ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Səhmdar cəmiyyətinin dividendlərin ödənilməsi barədə öhdəlikləri isə onların ödənilməsi haqqında qərar qəbul edildikdən sonra yaranır. Qeyd olunan ödənişdən əlavə olaraq dividendlərin bölüşdürülməsi barədə cəmiyyətin ümumi yığıncağının qərarı iş materialları ilə müəyyən edilmir. Buna görə də, cəmiyyətin iddiaçı qarşısında dividendlərin bölünməsi ilə bağlı hər-hansı öhdəliyi yaranmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi dividendlərin ödənilməsinin səhmdar cəmiyyətinin ümumi yığıncağın müstəsna səlahiyyətinə aid olması barədə düzgün nəticəyə gəlsə də, lakin hazırki tələbə məhkəmə qaydasında baxılmalı olmama sına hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəllənin 107.1 və 107.1.4-cü maddələrinə görə, səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. Cəmiyyətin illik hesabatlarını, maliyyə hesabatlarını təsdiq etmək, mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. “M.Muradov və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 noyabr 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.06.2017-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə görə, “...mənfəətin bölüşdürülməsi yalnı z ümumi yığıncağın qərarı ilə həyata keçirilir. Ümumi yığıncaq mənfəətin həm tam, həm də qismən bölüşdürülməsini müəyyən edə bilər. Bu isə mənfəətin bölüşdürülməsi üçün bilavasitə məhkəməyə müraciət olunmasını mümkünsüz edir”. Məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsinin Plenumunun istinad edilən qərarındakı hüquqi mövqe məhdud məsuliyyəti cəmiyyəti ilə bağlı olsa da, məhkəmənin ifadə etdiyi hüquqi mövqe hazırki işə də tətbiq edilməlidir. Belə ki, həm məhdud məsuliyyətli cəmiyyəti həm də, səhmdar cəmiyyətləri kommersiya hüquqi şəxsləri olmaqla təsərrüfat cəmiyyətləridir. Həmçinin MMC-də olduğu kimi ASC-də də cəmiyyətin mənfəətini və zərərini bölüşdürmək səhmdarların ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir. Belə olan halda apellyasiya instansiyası məhkəməsi qeyd ed ilən normaların və Plenumun istinad edilən qərarının tələblərini nəzərə almadan hazırki mübahisəyə mahiyyəti üzrə baxmış, prosessual hüquq normalarının tələblərini pozmuşdur. MPM-nin tələblərinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür (151.1). Ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir (153.2.1), əgər iş icraata qəbul edilibsə iş üzrə icraata xitam verir (261.0.1). Göstərilənlərə baxmayaraq apellyasiya instansiyası məhkəməsi istinad olunan prosessual hüquq normalarının tələblərini pozmuş və hazırkı tələbdə göstərilən məsələnin həlli məhkəmədən kənar, cavabdehin ümumi yığıncağının müstəsna səlahiyətinə aid olmasına baxmayaraq işə mahiyyəti üzrə baxıb qətnamə qəbul etmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. MPM-nin 417.1 və 417.1.5-ci maddələrinə görə, apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-924/2021 nömrəli iş üzrə 09 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə icraat xitam verilsin. Qərar qəti
Məhkəmə qərarları › İş №2(102)-4003/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-4003/2021
12.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver