Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4005/2021 22.09.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh X nə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək vəzifələrinin kobud şəkildə pozulmasına görə əmək müqaviləsinin ləğv edilməsi, iddia müddəti) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı, vəkili Vəkil1, X nin vəkili X5 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, a şağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 oktyabr 2018-ci il tarixli X saylı əmri ilə Şimal Ərazi Baş Gömrük İdarəsi “Samur” gömrük postunun baş müfəttişi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Əmr belə əsaslandırılmışdır ki, İddiaçı 9 oktyabr 2018-ci il tarixdə postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən həm gün idarə etdiyi “Toyota camry” markalı X dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşı X3 qulluq mövqeyindən sui-istifadə etməklə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tu tulmuş normadan artıq olduğunu qeyd edərək aldatmış, malın ölkə ərazisinə buraxılması müqabilində 1000 Rusiya rubulu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş vermiş, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rubulunu özünə götürmüş, bununla xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq, əmək vəzifələrini kobud şəkildə pozmuşdur.
2. Eyni zamanda Dövlət Gömrük Komitəsi tərəfindən toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir. Bununla belə, Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 26.04.2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işi üzrə icraata xitam verilmiş dir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh X nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, 30 oktyabr 2018-ci il tarixli, 1000/1838ş nömrəli “İntizam tənbehi tədbirinin görülməsi barədə” əmrin ləğv edilməsi, onun işə bərpa edilməsi və məcburi buraxılmış iş günləri üçün əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, o, 14.06.2017-ci ildə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Xaçmaz Gömrük İdarəsi sanitar karantin xidməti şöbəsinin baş müfəttişi vəzifəsinə, 18.08.2018-ci ildə Şimal Ərazi Baş Gömrük İdarəsinin Samur gömrük postunun baş müfəttişi vəzifəsinə təyin olunmuşdur. Xidmət etdiyi vaxt ərzində barəsində heç bir şikayət daxil olmamışdır. Üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə və xidməti nöqsanlara yol verməməyə çalışmış, rəhbərlik tərəfindən iki dəfə həvəsləndirmə tədbiri görülmüşdür. İşlədiyi dövrdə bir dəfə də olsun intizam məsuliyyətinə cəlb edilməmiş, xəbərdarlıq belə almamışdır. Bütün bunlara baxmayaraq, 22.10.2018-ci ildə subyektiv mövqe əsasında barəsində xidməti araşdırma başlanmış, qərəzli şəkildə aparılmış və Komitə rəhbərliyinə yanlış məruzə edilmişdir. Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi Xun 22.10.2018-ci il tarixli X nömrəli raportuna əsasən guya iddiaçi 9 oktyabr 2018-ci il tarixdə postun yüngül minik nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş idxal xəttində xidmət apararkən həm gün idarə etdiyi “Toyota camry” markalı M720 OX43 dövlət nömrə nişanlı minik avtomobili ilə ölkə ərazisinə gələn Rusiya Federasiyası vətəndaşı X3 qulluq mövqeyindən sui-istifadə etməklə gətirdiyi yuyucu tozun şəxsi istifadə üçün qanunvericiliklə nəzərdə tutulmuş normadan artıq olduğunu qeyd edərək aldatmış, malın ölkə ərazisinə buraxılması müqabilində 1000 Rusiya rubulu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş vermiş, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rubulunu özünə götürmüşdür. Xidməti araşdırmanın nəticəsi olaraq, 30.10.2018-ci il tarixli, 1000/1838ş nömrəli əmrlə AR. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Əməlində heç bir hüquq pozuntusu olmadığı halda barəsində əsassız materiallar hazırlanaraq, Azərbaycan Respublika sının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmişdir. Qeyd olunan hallar Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılmış və təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “cinayət işi üzrə icraata xitam 5. 6. 7. 8. verilməsi haqqında” 26 aprel 2019-cu il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə icraata gömrük orqanı əməkdaşı İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilməmiş və iş üzrə icraata xitam verilmişdir. Gömrük orqanlarında xidmətinə xitam verilərkən AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi əsas götürülsə də cavabdeh qurum tərəfindən hərəkətlərində pozuntunun nədə ifadə edildiyi əsaslandırılmamışdır. Cavabdeh birinci instansiya məhkəməsinin icraatı zamanı iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iş üzrə İddiaçı 30.10.2018-ci il tarixdən işdən azad edildiyindən xəbərdar olmuş və həmin tarixdən də işə çıxmamışdır. İddiaçı qanunla müəyyən edilmiş müddət keçdikdən sonra məhkəməyə müraciət etmişdir. İddaçı İddiaçı iddia müddətini ötürsə də iddia müddətinin üzrlü səbəbdən ötürülməsini təsdiq edən sübutlara malik olmalıdır ki, belə sübutlarda iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. İddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etdiyindən İddiaçı iddia tələbi iddia müddətinin ötürülməsi əsası ilə təmin edilə bilməz. Belə ki, İddia çı buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə müraciət etməmiş, həmçinin iddia ərizəsində müddətin buraxılmasına səbəb olmuş halları əsaslandırmamışdır. Azərbaycan Respublikası ƏM-nin 296-cı maddəsinin 2-ci bəndinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən bir təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Qanunvericiliyin tələbindən görünür ki, İddiaçı işdən azad edilməsi barədə əmrin 30.10.2018-ci il tarixdə verildiyini bildiyi tarixdən bir ay müddətində məhkəməyə müraciət edə bilərdi. İddiaçı qeyd olunan əmri ilə onun hüquqlarının həmin tarixdən yəni 30.10.2018-ci il tarixdən məhdudlaşdırıldığını həmin vaxt artıq bildiyi halda q anunla müəyyən edilmiş müddət ərzində onun ləğvi üçün məhkəməyə müraciət etməmiş, bununla da qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Bu səbəbdən də İddiaçı mübahisələndirilən əmri almadığına görə məhkəməyə bir ildən çox müddət keçdikdən sonra müraciət etməsi üzrlü səbəbdən hesab edilməklə 30.10.2018-ci il tarixli 1000/1838 nömrəli əmrin ləğvi üçün əsas hesab edilə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim T.Xəlilova) 15 yanvar 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən qanunla müəyyən olunmuş iddia müddəti buraxılmışdır, iddiaçı iddia müddətinin ötürülməsinin səbəbini ona işdən azad olunmasına dair əmrin vaxtında verilməməsi ilə izah etsə də, məhkəmə belə hesab etmişdir ki, hətta iddiaçının işdən azad olunmasını bilməməsi qəbul edilsə belə, işəgötürən tərəfindən əmək müqaviləsinin şərtlərinə əməl olunmamasını və ona 30 oktyabr 2018-ci il tarixdən başlayaraq əmək haqqının verilməməsini bildiyi gün Əmək Məcəlləsinin 296.3-cü maddəsinə əsasən onun hüquqlarının pozulduğunu aşkar etdiyi gün kimi nəzərə alınmalıdır. Odur ki, iddiaçı hüquqlarının pozulduğunu bildiyi gündən bir il sonra məhkəməyə müraciət etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-V.Sadıqov (sədrlik edən və məruzəçi), Z.Şirinov və A.İmanov) 08 iyun 2020-ci il tarixli, X nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin X saylı iş üzrə 15 yanvar 2020-ci il tarixli qətnam əsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki icraat
11. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər E.Vəliyeva (sədrlik edən və məruzəçi), E.Şamayev və A.Abbasov) X nömrəli iş üzrə 01 fevral 2021-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının X nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
12. Kassasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının 30.10.2018-ci il tarixdə işdən azad olunduqdan 1 il ərzində işə gə lməməsinə, həmin müddətdə əmək haqqı almamasına görə onun işdən azad olunmasından məlumatlı olması və buna görə də, məhkəməyə müraciət etmək üçün iddia müddətini buraxması barədə qənaətə gəlməklə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinin tələblərini düzgün tətbiq etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı 30.10.2018-ci il tarixdən işə çıxmamasını, həmin müddətdə əmək haqqı almamasını özü barəsində aparılan araşdırma ilə əlaqədar olaraq həmin Məcəllənin 62-ci maddəsinin “c” bəndinə əsasən işdən kənarlaşdırılması və bu müddətdə ona əmək haqqı ödənilməməsi ilə əlaqələndirə bilərdi. Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmiş işçiyə bu barədə əmrin surətinin, işçinin əmək kitabçasının və işəgötürənin son haqq-hesabının s onuncu iş günü işçiyə verilməsi isə həmin Məcəllənin 83-cü maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin vəzifəsi olmuşdur. Belə olan halda, həmin əmrin əldə edilməsi üçün iddiaçının hərəkətsizlik göstərməsi barədə məhkəmənin qənaəti ilə razılaşmaq mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iddiaçının pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanğıcını düzgün müəyyənləşdirməmiş, əmrin surətini aldıqdan sonra onun məhkəməyə müraciət üçün müddətin buraxılıb-buraxılmaması, buraxılıbsa, bunun üzürlü səbəbdən baş verib-verməməsini araşdırmamışdır. Həmçinin məhkəmə qəbul etdiyi qətnaməsini yalnız iddia müddətinin keçməsi ilə əsaslandırmışdır. Halbuki, kollegiyanın qənaətinə görə iddi a müddətinin ötürülməsindən asılı olmayaraq işə baxan məhkəmə iddia tələblərinin qanuniliyinə də hüquqi qiymət verməlidir. Konstitusiya Məhkəməsinin Plenumunun öz qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə əsasən iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassız, məhkəmənin gəldiyi nəticə isə lazımi əsasa söykənməyən hesab edilməlidir. (Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli Qərarı) ç) Apellyasiya instansiyası məhkəməsindəki ikin ci icraat
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Mərdanova (sədrlik edən və məruzəçi), E.Həsənov və F.Babayev) 20 aprel 2021-ci il tarixli, X nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 yanvar 2020-ci il tarixli, X saylı qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddia tələbinin rədd edilməsi qət edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı işdən çıxarılması barədə əmri 23.09.2019-cu il tarixdə almış və hüquqlarının müdafiəsi ilə bağlı 08.10.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 25.11.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmadığından, 27.11.2019-cu il tarixdə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi, iddiaçı hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia müddəti ötürülmədən müraciət etmişdir. Apellyator hazırda mübahisələndirdiyi əmrdə qeyd olunan halların qanunsuz olmasının əsası kimi ********* nömrəli cinayət işi üzrə icraata onun əməlində cinayət tərkibinin olmasının müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməsinə dair Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 26 aprel 2019-cu il tarixli qərarına istinad etmişdir. Kollegiya bununla bağlı qeyd etmişdir ki, sözügedən qərarda İddiaçı əməlində yalnız cinayət tərkibinin olması müəyyən edilməmişdir. Bu isə o demək deyildir ki, o, Azərba ycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əməlləri etməmişdir. İddiaçının əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi kimi hərəkətlərə, yəni iddiaçının xidmətdə olduğu zaman 1000 Rusiya rublu almağı barədə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə qanunsuz göstəriş verməsi, vətəndaşdan qeyri-qanuni yolla alınan pul vəsaitindən 500 Rusiya rublunu özünə götürməsi iş materiallarına əlavə edilmiş İddiaçı Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimova; Gömrük Xidməti X1 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşaviri X ünvanlanmış məktublarda öz təsdiqini tapmışdı r. İddiaçı barədə qəbul edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 30 oktyabr 2018-ci il tarixli 1000/1838ş saylı əmri, həmin əmr verilən vaxtda qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib edilmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv, iddianın tam təmin edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, əmrdə göstərilən “pozuntu” yalnız cinayət işi üzrə korrupsiya və qulluq mənafeyi əleyhinə olan cinayətlə bağlıdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin də belə bir faktı təsdiq etmək səlahiyyəti yoxdur. Cavabdeh AR DGK qanunla onun səlahiyyətinə ai d edilmiş işlər üzrə intizam icraatı həyata keçirib müstəqil qərar qəbul edə bilərdi. AR DGK hüquq-mühafizə orqanının (prokurorluq orqanlarının) cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə müdaxilə edərək onun səlahiyyətlərini mənimsəyə bilməzdi. İşə baxan məhkəmələr AR DGK-nin qeyd olunan “pozuntu”ya baxaraq yekun qərar qəbul etmək səlahiyyətində olub-olmamasını müəyyən etməyə borclu olduğu halda həmin hala qiymət verməkdən yayınmışdır. Əmrdə qeyd olunan hal istintaq orqanında araşdırılmış və təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “cinayət işi üzrə icraata xitam verilməsi haqqında” 26 aprel 2019-cu il tarixli qərarına əsasən, ********* nömrəli cinayət işi üzrə icraata gömrük orqanı əməkdaşı İddiaç ı əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilmişdir. 182026297 nömrəli cinayət işindən görünür ki, ümumiyyətlə əmrdə göstərilənlərin iddiaçıya aidiyyəti müəyyən edilməmiş, iş üzrə şahid qismində dindirilən X4 həmin pulu nəqliyyat vasitəsindən yüklərin boşaldılıb, yenidən yığılmasına görə fəhləlik fəaliyyəti ilə məşğul olan şəxsə verdiyini bildirmişdir. Hazırki halda AR DGK iddiaçının cinayət xarakterli əməl törətməsi ehtimalını müəyyən etdiyindən onu işdən kənar edə, həmin halla bağlı müvafiq səlahiyyətli orqanın yekun qərarından sonra əmək qanunvericiliyində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilərdi. Məhkəmə kollegiyasının Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “cinayət i şi üzrə icraata xitam verilməsi haqqında” 26 aprel 2019cu il tarixli qərarına deyil, İddiaçı Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimova, Gömrük Xidməti X2 tərəfindən Azərbaycan Respublikası Baş Prokuroru İ dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralova ünvanlanmış məktublarına istinad edərək qərar qəbul etməsi işin hərtərəfli və obyektiv araşdırmamasına əsas verir. Bundan başqa, mübahisələndirilən əmrdə cavabdeh orqan tərəfindən bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamış, iddiaçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində hansı ziyana düşdüyünü əmrdə göstərməmiş, başqa sözlə, əmək müqaviləsinə xitam verilməsi üçün əsas götürdüyü AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndini tətbiq edərkən həmin Məcəllənin 71-ci maddəsinin 2 və 3-cü hissəsinin tələblərini açıq-aşkar pozmuşdur. Belə ki, AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndi işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verilməsinin 2 halını özündə ehtiva edir. Onlardan biri işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, digəri isə AR ƏM-nin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozmasıdır. Hazırki halda isə qəbul edilmiş əmrdə əmək müqaviləsinə AR ƏM-nin 70-ci maddəsinin “ç” bəndinin hansı hissəsi ilə xitam verildiyi qeyri müəyyəndir. Halbuki, AR ƏM-nin 71-ci maddəsinin 2-ci hissəsinə əsasən “Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, və zifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun”. Bu halda ortaya belə bir sual çıxır ki, hesab edilsə ki, iddiaçı tərəfindən vəzifə borcu yerinə yetirilməmişdir, o zaman bütün bunların nəticəsində işəgötürənə hansı ziyan dəymişdir? Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü hissəsinə əsasən, “İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır”. Göründüyü kimi, mübahisələndirilən əmrdə AR ƏM-nin 71-ci maddəsinin 3-cü hissəsinə zidd olaraq cavabdeh orqan tərəfindən bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyi əsaslandırılmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.
19. Məhkəmə iclasında iştirak edən cavabdehin vəkili kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
21. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
22. Maddə 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
23. Maddə 373.4. Tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər.
24. Maddə 373.5. Bu Məcəllənin bu fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir.
25. Maddə 375.1. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhk əmə tərəfindən baxılmağa qəbul edilir.
26. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
27. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
28. Maddə 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
29. Maddə 70, bənd ç). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhd əliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
30. Maddə 71, hissə
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
31. Maddə 72, bənd f). İş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətala ra və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
32. Maddə 84, hissə
1. Əmək müqaviləsinin ləğv edilməsi haqqında işəgötürənin əmrinin (sərəncamının, qərarının) məzmununda həmçinin əmək müqaviləsinin ləğv edilməsinin əsası, həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi göstərilir.
33. Maddə 296, hissə 2 və
3. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək k itabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
34. Maddə 300, hissə
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qət namə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
36. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
37. Maddə 417.1.4. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər.
38. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apelyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri
39. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
40. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
41. Kollegiya apellyasiya məhkəməsinin mübahisənin həllinə dair mövqeyini əsaslı saymır ona görə ki, məhkəmə, əmək müqaviləsinin ləğv olunmasının norması kimi göstərilən ƏM-nin 70-ci maddəsinin “ç” bəndindəki əsasları fərqləndirməmiş, tərəflərin faktiki münasibətləri üzrə iddiaçının tələbinə uyğun gələn qanuni əsası tapmamış, bu çərçivədə ƏM-nin 72-ci maddəsinin “f” bəndinin dispozisiya şərtlərini nəzərə almadan iddiaçının əməlində cinayət tərkibi olmasa belə, onun həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndindəki əməlləri törətməsini ümumi şəkildə qeyd etmiş, habelə iddia müddətinin keçməməsi ilə bağ lı yalnış qənaətə gəlmişdir.
42. Bu hallar maddi hüquq normalarının düzgün tətbiq edilməməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmamasına dəlalət edir.
43. Ona görə də, qətnamə ləğv edilməklə, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməlidir.
44. Məlum olduğu kimi, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırs a (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
45. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı əmək müqaviləsinin ləğv edilməsinə əsas olan, əmək vəzifələrinin kobud şəkildə pozulması halının mövcud olmaması ilə izah edərək, cavabdeh tərəfindən qanuni əsas olmadan işdən azad edildiyini bildirir. Belə ki, Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 26 aprel 2019-cu il tarixli qərarı ilə işdən çıxarılmasına səbəb kimi göstərilən hadisə ilə bağlı başlanmış cinayət işi üzrə icraata əməlində cinayət tərkibinin o lmamasına görə xitam verilmişdir.
46. Əmək Məcəlləsinin tələbinə görə əgər işəgötürən əmək müqaviləsinin həmin Məcəllənin 70-ci maddəsində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, məhkəmə məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə çıxarır (§ 34).
47. Bu baxımdan mübahisənin düzgün hüquqi həlli üçün iddiaçının işdən azad edilməsinə cavabdeh tərəfindən səbəb kimi göstərilən hallarla Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin dispozisiya şərtləri arasında uyğunluğun olub-olmaması müəyyən edilməlidir.
48. Məlum olduğu kimi, Əmək Məcəlləsinin istinad olunan normasında əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi üçün iki əsas - işçinin özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi, yaxud həmin Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozması nəzərdə tutulmuşdur.
49. Qanunverici birinci əsasa görə əmək müqaviləsinin ləğvini o şərtlə mümkün saymışdır ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrıayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun (§ 30).
50. İkinci əsasa isə Əmək Məcəlləsinin 72-ci maddəsində aydınlıq gətirilməklə, əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən h allar dəqiqliklə sadalanmışdır. Onlardan biri də işçinin iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsidir (§ 31).
51. Odur ki, işəgötürən, işçini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad etdikdə yuxarıda göstərilən əsaslardan hansına istinad etdiyini, bundan asılı olaraq işçinin əməlinin həmin Məcəllənin müvafiq olaraq 71-ci və ya 72-ci maddələrinin şərtlərinə uyğunluğunu əsaslandırmalıdır.
52. Hazırkı işin hallarından görünür ki, cavabdeh təşkilatın 30.10.2018-ci il tarixli əmrində iddiaçının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilməsi qeyd olunsa da, işəgötürənin həmin normada nəzərdə tutulan əsaslardan hansına söykəndiyi konkret olaraq göstərilməmişdir.
53. Bunun la belə, əmrin təsviri hissəsində qeyd edilmişdir ki, İddiaçı xidməti vəzifəsinin icrasına səhlənkar yanaşaraq əmək vəzifələrini kobud surətdə pozmuşdur. Buna əsas kimi iddiaçının iş vaxtı zamanı gömrük postundan keçən şəxsdən qeyri-qanuni pul vəsaiti alması göstərilmişdir.
54. Əmrdəki bu əsaslandırma ilə cavabdehin işçinin əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinə istinad etməsi nəticəsinə gəlmək üçün kifayət qədər əsaslar yoxdur. Ona görə ki, əvvəla, hansı əmək funksiyası və öhdəliyinin yerinə yetirilmədiyi göstərilməmiş, ikincisi həmin əsasla işdən çıxarmanın zəruri şərti olan Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci hissəsindəki hallar (iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya mülkiyyətçinin, işəgötürəni n, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi) əmrdə əsaslandırılmamışdır.
55. Eyni zamanda cavabdeh tərəfindən əmək fəaliyyəti zamanı yol verilən kobud səhvə istinad olunmamış, işəgötürənin qanuni mənafeyinə ciddi xələl gəlməsinə dair sübutlar təqdim edilməmişdir.
56. Əmrdən aydın olur ki, işəgötürən iddiaçının istinad olunan hərəkətinə iş vaxtı ərzində və iş yerində törədilən cinayət tərkibli əməl kimi yanaşmışdır. Ona görə ki, əmrdə iddiaçının əmək vəzifələrini kobud şəkildə pozması xüsusi olaraq vurğulanmış, habelə toplanmış materialların hüquqi qiymət verilməsi üçün məhz Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınmışdır.
57. Yuxarıda qeyd edilənlər bu qənaətə gəlməyə əsas verir ki, cavabdeh, iddiaçın ı Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi və 72-ci maddəsinin “f” bəndinə əsasən, yəni işçinin iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmələ yol verməsinə görə işdən azad etmişdir.
58. Normanın məzmunundan görünür ki, işçinin bu əsasla işdən azad edilməsi üçün işçi, iş vaxtı ərzində və bilavasitə iş yerində bir əməl törətməli, habelə bu əməl inzibati xəta və ya cinayət tərkibli ictimai-təhlükəli əməl olmalıdır. Çünki, qanunverici, bu normada hər hansı bir təqsirli əməli deyil, məhz inzibati xətanın, yaxud cinayətin tərkib əlamətlərini özündə əks etdirən hərəkət və ya hərəkətsizliyi əmək vəzifələrinin kobud pozuntusu hesab etmişdir. Ona görə də, bu normanın tətbiqi üçün cinayət tərkibi olmasa belə, hansısa qanunsuz əməlin mövcudluğuna istinad olu na bilməz.
59. Həmin normaya əsaslanan mübahisədə sadalanan dispozisiya şərtlərinin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Onlardan hər hansı biri aşkar edilmədikdə işçinin həmin əsasla işdən azad edilməsi istisna olunur.
60. Hazırkı işin halları nəzərə alınmaqla Kollegiya vurğulayır ki, “cinayət tərkibi olan ictimai təhlükəli əməl” dedikdə, Cinayət Məcəlləsi ilə cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi başa düşülür (CM, maddə14.1).
61. Cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını və digər bu kimi məsələlərin hüquqi prosedurlarını isə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi müəyyən edir (Cinayət Prosessual Məcəllə, maddə 1.1).
62. Həmin Məcəlləyə görə, cinayət hadisəsinin müəyyən edilməsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin ifşa olunması, ittiham irəli sürülməsi bu ittihamın məhkəmədə müdafiə edilməsi, ona cəza təyin edilməsi kimi prosessual fəaliyyət, cinayət prosesini həyata keçirən orqanlar, yəni icraatında cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar olan təhqiqat, istintaq, prokurorluq orqanları və ya məhkəmələr tərəfindən həyata keçirilir (maddə 7.0.4, 7.0.5).
63. Bu baxımdan, işçinin də törətdiyi əməlin cinayət tərkibli olub-olmamasına hüquqi qiymət verməyə səlahiyyətli orqanlar məhz cinayət prosesini həyata keçirən orqanlardır. Sözügedən məsələlərə dair bu orqanların qərarları məcburidir. Təsadüfi deyil ki, qanunverici, cina yət prosesini həyata keçirən orqanın şəxsin cinayət təqibini istisna edən qərarlarının məcburi qüvvəyə malik olduğunu müəyyən etmişdir (CPM, maddə 65.1).
64. Odur ki, əmək mübahisəsinə baxan məhkəmə, işçinin törətdiyi əməlin cinayət tərkibli olubolmamasına qiymət verə bilməz. Məhkəmə, ƏM-nin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan bu dispozisiya şərtinin mövcud olub-olmamasını yalnız cinayət prosesini həyata keçirən orqanların qərarlarına əsasən təsbit edə bilər. Həmin orqanların aktı ilə şəxsin cinayət tərkibli əməl törətməsi təsdiq olunduqda sözügedən dispozisiya şərti müəyyən edilir, təsdiq olunmadıqda isə həmin şərtin gerçəkləşmədiyi məlum olur.
65. Əməldə cinayət tərkibi aşkar edilmədikdə yuxarıda qeyd olunduğu kimi, işçinin ƏM-nin 72-ci maddəsinin “f” bəndi ilə işdən azad edilm əsi istisna edilir. Çünki, əməlin cinayət tərkibli olması təsdiqlənmədiyi halda, sadəcə qanunsuzluğu iddia edilən əməlin törədilməsinə istinadən həmin norma ilə əmək müqaviləsinin ləğvi yolverilməzdir (§ 58).
66. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin iddiaçını işdən çıxarmasına əsas göstərdiyi əməl prokurorluq orqanında cinayət işi başlanılmaqla araşdırılmışdır. Nəticədə Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin 26.04.2019-cu il tarixli qərarı ilə İddiaçı əməlində cinayət tərkibinin olması müəyyən edilmədiyindən cinayət işi üzrə icraata xitam verilmişdir.
67. Bununla da, iddiaçıya münasibətdə ƏM-nin 72-ci maddəsinin “f” bəndində nəzərdə tutulan, əməlin cinayət tərkibli olması şərti təkzib olunmuşdur. Belə olan hald a, iddiaçının həmin kobud pozuntuya əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilməsi əmək qanunvericiliyinə uyğun olmamışdır.
68. Bununla belə, iddiaçının tələbinin təmin olunması cavabdehin müdafiə vasitəsi olan iddia müddətinin keçməsinə görə mümkün deyil.
69. Belə ki, cavabdeh tərəf birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi haqqında ərizə verərək tələbin təmin olunmamasını xahiş etmişdir.
70. Mübahisənin düzgün həlli üçün iddia müddətinin axımının başlanma anının müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.
71. Qanunvericiliyə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-he sab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür (§ 27, 33).
72. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Viktor Ozerovun şikayəti üzrə 15 aprel 2011-ci il tarixli qərarında göstərilmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki amilin mövcudluğu, habelə onların heç də həmişə üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm faktordur.
73. Bu xüssuat üzrə əvvəlki kassasiya kol legiyası iddiaçının 30.10.2018-ci il tarixdən işə çıxmamasını və əmək haqqı almamasını özü barəsində aparılan araşdırma ilə əlaqədar müvəqqəti işdən kənarlaşdırma ilə əlaqələndirmək imkanına və işdən azad edilmə barədə əmrin surətini aldıqdan sonra inzibati məhkəməyə müraciət etməsinə istinadən qeyd etmişdir ki, apellyasiya məhkəməsi iddia müddətinin başlanğıcını düzgün müəyyənləşdirməmiş, əmrin surətini aldıqdan sonra onun məhkəməyə müraciət üçün müddətin buraxılıb-buraxılmaması, buraxılıbsa, bunun üzrlü səbəbdən baş verib-verməməsini araşdırmamışdır.
74. Apellyasiya məhkəməsi belə qənaətə gəlmişdir ki, iddiaçı, işdən çıxarılması barədə əmri 23.09.2019-cu il tarixdə almış və hüquqlarının müdafiəsi ilə bağlı 08.10.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş dir. Məhkəmənin 25.11.2019-cu il tarixli qərardadı ilə iddia mümkün sayılmadığından, 27.11.2019-cu il tarixdə hazırkı iddianı qaldırmış, bununla da iddiaçı, hüquqlarının müdafiəsi ilə bağlı məhkəməyə iddia müddəti ötürülmədən müraciət etmişdir.
75. Məhkəmə kollegiyası yuxarıdakı mövqelərlə razılaşmayaraq, iddia müddəti ilə bağlı qeyd edir ki, əvvəla, 30.10.2018-ci il tarixdən işdən azad edilməsindən sonra işə çıxmaması və əmək haqqı almaması iddiaçıya məlum olmuşdur. İkincisi, iddiaçının müvafiq iş vaxtı ərzində işdən kənar edilməsi barədə hər hansı sənədləşmə aparılmamışdır. Üçüncüsü, iddiaçı özü 01.06.2020-ci il və 06.04.2021-ci il tarixli məhkəmə iclaslarında bildirmişdir ki, işdən azad olunduğunu istintaq bitdikdən sonra bilmişdir, istintaqın qərarını da 2019-cu ilin iyul ayında əldə e tmişdir.
76. Buna baxmayaraq İddiaçı iddia tələbini Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə 27.11.2019cu ildə təqdim etmişdir.
77. Kollegiya onu da nəzərə alır ki, iddia müddətinin axımının başlanması hətta iddiaçının əmrin surətini aldığı 23.09.2019-cu il tarixdən hesablansa belə, yenə də 1 aylıq iddia müddəti ötürülmüşdür. İddiaçının 08.10.2019-cu il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etməsi iddia müddətinin kəsilməsinə səbəb olan hal kimi qiymətləndirilə bilməz.
78. Ona görə ki, hüququ pozulmuş şəxsin aidiyyəti olmayan dövlət orqanına və ya məhkəməyə müraciət etməsi, yaxud qanunun tələb etdiyi qaydadan fərqli şəkildə tələb irəli sürməsi axımı başlanmış iddia müddətinin kəsilməsinə səbəb olmur. Təsadüfi deyil ki, qanun iddia müddətinin axımının kəsilməsinə əsas kim i müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsini nəzərdə tutmuşdur (§ 28).
79. İddiaçı isə iddianı qanunla müəyyən edilmiş qaydada 27.11.2019-cu ildə Bakı şəhəri Yasamal Rayon məhkəməsində qaldırmışdır. Göründüyü kimi, müddətinin axımının əvvəli 23.09.2019-cu il tarixdən hesablandıqda ƏM-nin 296-cı maddəsinin 2-ci hissəsində nəzərdə tutulmuş bir aylıq iddia müddəti ötürülmüşdür. İddiaçı isə həmin müddətin buraxılmasının üzrlü sayılmaqla bərpa edilməsi barədə nəinki məsələ qaldırmamış, verdiyi apellyasiya və kassasiya şikayətlərində iddia müddətinin ötürülməsi ilə bağlı mövqeyin əsassız olduğunu bildirmişdir.
80. Beləliklə, Kollegiya yuxarıda göstərilənləri birlikdə qiymətləndirərək bu qənaətə gəlir ki, İddiaçı cavabdeh Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa təl əbi iddia müdətinin ötürülməsinə görə rədd edilməlidir.
81. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının X nömrəli iş üzrə 20 aprel 2021-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilməklə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair iddiası rədd edilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.