Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4006/2020 07.10.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Xələfov İlqar Rəhim oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Hadi Mirqədir Mirbaba oğlunun katibliyi, kassator İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(004)-6178/2019, hakim E.Ə.Mehdiyev) İddiaçı Azərbaycan Respu blikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (iş № 2(103)-968/2020, hakimlər A.N.İmanov, A.Q.Hüseynov, V.N.Sadıqov) İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib işin yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: xx xxxxxxxx 2019-cu il tarixdə İddiaçı Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinə qarşı işə bərpa tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2019-cu il tarixli, 871k saylı əmrinin qanunsuz hesab edilərək ləğ v edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəsinə bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassator şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normaları pozulmuş, iş üzrə əhəmiyyət kəsb edən hallar tam, hərtərəfli və obyektiv araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İşin halları ondan ibarətdir ki, iddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh qurumda sürücü peşəsinə qəbul edilmiş, 01 avqust 2019-cu il tarixdən 26 avqust 2019-cu il tarixədək olan müddətdə işə gəlməmiş, bu müddət ərzində ona işə gəlməsi üçün dəf ələrlə xəbərdarlıq edilmiş, iddiaçı isə işə gəlməməsinə görə heç bir üzürlü səbəb göstərməmiş və işə gəlməməsinin səbəbləri barədə izahat verməkdən ümumiyyətlə imtina etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Sahələrarası Nəqliyyat və X3 İdarəsinin direktoru F.Babayevin xx.xx.2019-cu il tarixli, 871k nömrəli əmri ilə İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsi, istifadə edilməmiş 17,5 məzuniyyət gününün əvəzinin ödənilməsi əmr edilmişdir. İddiaçının X1suz olaraq əmək müqaviləsinə xitam verilməsi barədə müraciətinə xx xxxxxxxx 2019-cu il tarixli məktubla cavabda göstərilmişdir ki, araşdırma zamanı müəssisənin təqdim etdiyi sənədlərdən iddiaçının xx.xx.2019-cu il tar ixdən xx.xx.2019-cu il tarixədək heç bir üzrlü səbəb olmadan işə gəlməməsi, işə gəlməməsi barədə müvafiq yazılı izahat verməyi tələb olunsa da, izahat verməkdən imtina etməsi barədə müvafiq akt tərtıb edilməsi, qeyd olunanlarla bağlı müəssisənin direktoru Fizuli Babayev tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsınin 70-ci maddəsınin “ç” bəndinə əsasən xitam verilməsi üçün müəssisənin Həmkarlar İttifaqı Komitəsinə təqdimat verməsi, 26 08.2019-cu il tarixdə X2 Komitəsinın iclasında qeydolunan məsələyə baxılması və iddiaçının üzrsüz səbəbdən uzun müddət işə gəlmədıyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinın 70-ci maddəsinin "c" bəndinə əsasən işdən azad edıiməsinə qərara alınması müəyyən edilmiş, qeyd olunanlarla razılaşmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İddiaçı əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin ləğv edilməsi və işə bərpa tələbinə dair hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsaslarını müəyyən edən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 72-ci maddəsinin “a” bəndinə əsasən özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzürlü səbəb olmadan bütün iş günü işə gəlməməsi i şçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən əmək müqaviləsinin işəgötürən tərəfindən ləğvi zamanı razılaşmaların olması qaydası müəyyən edilmişdir. Yuxarıda qeyd edildiyi kimi, iddiaçının xx.xx.2019-cu il tarixdən xx.xx.2019-cu il tarixədək işə gəlməməsi və bunun üzürlü səbəblərdən olduğunu sübut etməməsi işin mübahisəsiz halıdır. Bununla bərabər, Həmkarlar Komitəsinin iclasında müzakirə edilərək iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinə razılıq verilmişdir. Bu halda onunla əmək müqaviləsinə işəgötürən tərəfindən xitam verilməsi üçün əmək qanunvericiliyi ilə müəyyən edilən əsaslar müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəfləri n təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, apellyasiya məhkəməsi tərəfindən iş üzrə gəlinən nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosesual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi anda
Məhkəmə qərarları › İş №2(102)-4006/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-4006/2020
07.10.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver