Məhkəmə qərarları › İş №2(102)-4006/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4006/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4006/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), X2 və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2562/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavab deh (bundan sonra – cavabdeh) İddiaçı (bundan sonra – iddiaçı) atasıdır.

2. Cavabdeh Bakı Şəhəri Nizami Rayon İcra Hakimiyyətinin xx.xx.1993-cü il tarixli 2313 nömrəli Sərəncamı ilə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan şəxs qismində gözdən əlil kimi ailə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) mənzil növbəsinə götürülmüş və güzəştli siyahıya daxil edilmişdir.

3. Nizami Rayon İcra Hakimiyyəti (RİH) başçısının xx.xx.2013-cü il tarixli 51 nömrəli Sərəncamı ilə cavabdehin mənzil uçotu işi üzrə mənzil növbəliyi sənədləri yaşayış yerinin dəyişməsi ilə əlaqədar Bakı Şəhəri Nərimanov RİH-ə göndərilmiş və Nərimanov RİH başçısının xx.xx.2013-cü il tarixli 33 nömrəli Sərəncamı ilə cavabdehin mənzil uçotu işi üzrə mənzil növbəliyi əvvəlki uçota götürülmə tarixi saxlanılmaqla a ilə tərkibi 4 nəfər olmaqla (özü, arvadı, oğlu, qızı) Nərimanov RİH-ə köçürülmüşdür.

4. Cavabdehin X1 ilə nikahı xx.xx.2014-cü il tarixdə pozulmuşdur.

5. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi (ƏƏSM) nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən İ qrup gözdən əlil şəxs kimi ünvan 1 ünvanında nazirliyin sifarişi ilə inşa edilmiş çoxmərtəbəli yaşayış binasında 33 nömrəli birotaqlı mənzillə (bundan sonra – mübahisəli mənzil) təmin edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mübahisəli mənzilə yaşamaq üçün köçürülməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istina dla tələbini belə əsaslandırmışdır ki, mənzil atasına ailə üzvləri nəzərə alınmaqla, yəni ailə üzvləri ilə birgə istifadə edilməsi üçün verilmişdir. Ancaq cavabdeh ailə üzvlərini orada yaşamaq üçün həmin yaşayış sahəsinə buraxmır, həmin mənzildə özünün tanışı olan bir qadınla yaşayır. Onun və anasının başqa yerdə yaşamaq imkanı yoxdur. Artıq uzun müddətdir ki, qohuməqrəba evlərinə sığınaraq və ya kirayələrdə yaşayırlar. Onların həmin evdə yaşamaq hüququ olduğu halda, ailə üzvü olmayan başqa bir insan yaşayır. Dəfələrlə cavabdeh ilə yaşanan məsələni həll etməyə cəhd etsə də, hər hansı bir nəticə əldə edə bilməmişdir.

8. İddiaçı məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, atası və anası birgə nikahda olduqları dövrdə mənzil növbəsinə yazılmışlar. Valideynləri boşanmış və ayrı yaşam ağa başlamışlar. Bundan sonra iddiaçıya mübahisəli mənzil verilmişdir. Həmin mənzildə heç vaxt qeydiyyata alınmamış, orada yaşamamışdır. Hazırda ana nənəsi ilə birlikdə, nənəsinə məxsus evdə yaşayır. Lakin həmin evdə yaşayan digər ailə üzvləri və qohumu ilə tez-tez mübahisələrinin olması səbəbindən hazırda iş yerində gecələyir. Qeyd etdiklərinə əsasən və mənzilin cavabdehin ailə tərkibi nəzərə alınmaqla verilməsini nəzərə alaraq, iddiasının təmin olunmasını xahiş etmişdir.

9. Cavabdeh məhkəmə iclasında iddia tələbinin əsassız olduğunu bildirərək iddianın rədd edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 10. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti" İctimai Birliyi tərəfindən məhkəməyə təqdim edilmək üçün verilmiş arayışda qeyd olunmuşdur ki, cavabdeh həqiqətən də ƏƏSM nazirinin xx. xx.2016-ci il tarixli 11/7-34 saylı əmrinə və Bakı şəhəri Nərimanov RİHin 339 saylı, xx.xx.1993-cü il tarixli sərəncamına əsasən mübahisəli 1 otaqlı mənzillə təmin edilmişdir. Cavabdeh mənzil növbəsinə dayandığı tarixdə ailə üzvlərinin sayı 4 nəfər olmasına baxmayaraq sonradan (xx.xx.2014-cü il tarixdə) boşanaraq ailə tərkibində dəyişiklik edilmişdir. Ona görə ona ailə tərkibinə əsasən 1 otaqli mənzil verilmişdir. Mənzil qanunvericiliyinə əsasən cavabdeh ona verilmiş sosial mənzili özəlləşdirə və ya özgəninkiləşdirə bilməz.

11. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-3838/2022 nömrəli, 26 dekabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim M.Əfəndizadə) iddia rədd edilmişdir.

12. Birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırm ışdır ki, iddiaçı yetkinlik yaşına çatmış şəxsdir və özünün də izahatında dediyi kimi mübahisəli mənzildə heç vaxt yaşamamışdır.

13. Məhkəmə qeyd etmişdir ki, cavabdehin ailə münasibətlərindən irəli gələrək iddiaçını öz yanında saxlaması kimi bir vəzifəsi yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 228.1 və 228.2-ci maddələrinə əsasən, yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə notariat qaydasında təsdiqlənən yazılı razılaşmanın olması və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələb olunur ki, tərəflər arasında belə bir razılaşma yoxdur və iddiaçının əmlakdan istifadə hüququ dövlət qeydiyyatına alınmamışdır. İddiaçı tələbini cavabdehin mənzil növbəsinə duran zaman onun 4 nəfərdən ibarət ailə tə rkibində qeydə alınması ilə əsaslandırır. Halbuki, cavabdehlə iddiaçının anası arasındakı nikah 2014-cü ildə pozulmuş, mənzil isə 2016-cı il tarixdə verilmişdir. Mənzilin verilməsinə dair sənəddə də yalnız cavabdehin adı qeyd edilmişdir. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyi tərəfindən verilmiş arayışda da qeyd olunmuşdur ki, cavabdeh mənzil növbəsinə dayandığı tarixdə ailə üzvlərinin sayı 4 nəfər olmasına baxmayaraq, sonradan ailə tərkibində dəyişiklik edilmişdir. Ona görə ona ailə tərkibinə əsasən 1 otaqlı mənzil verilmişdir. Mülki işin materiallarında olan 2 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin məktubundan görünür ki, mənzil növbəsində dayanmış cavabdehin imtiyazı ailə tərkibinin 4 nəfərdən ibarət olması deyil, gözdən əlil olmasıdır.

14. Məhkəmə h esab etmişdir ki, iddiaçının sözügedən mənzildən istifadə hüququ olmadığı halda həmin mənzilə köçürülməsi əsassızdır və ağlabatan deyil, bu səbəbdən də iddia təmin edilməməlidir.

15. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyanın 13, 29, 43cü, Mülki Məcəllənin 228.1, 228.2, 228.5-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin (bundan sonra – Mənzil Məcəlləsi) 16, 30.1, 30.2-ci, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır. b) A pellyasiya instansiyası məhkəməsindəki icraat

16. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsinin əsası kimi iddiaçının köçürülmək istədiyi mübahisəli mənzilə istifadə hüququnun olmamasına və Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinə istinad etmişdir. Lakin məhkəmənin gəldiyi nəticə əsassızdır və iddiaçının hüququnun pozulması ilə nəticələnmişdir. Cavabdeh həmin mənzilin mülkiyyətçisi deyi mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayıb. Mənzil cavabdehə sərəncam əsasında gözdən əlil kimi ailə tərkibi nəzərə alınmaqla sosial mənzil kimi verilmişdir. Belə olan halda mənzilə hansı hüquqi əsasla mülkiyyətçinin notariat qaydasında təsdiqlənən yazılı razılaşması ilə həmin hüququn dövlət reyestrində qeydə aldıraraq istifadə hüququna sahib ola bilərdi. Onun həmin mənzildən istifadə etmək hüququ cavabdehin ailə tərkibinin bir üzvü olaraq mənzil növbəsinə götürülməsi və güzəştli siyahıya daxil edilməsi zamanı yazılı razılıq ərizəsi verməsi əsasında yaranmışdır. Mənzil cavabdehə sadəcə olaraq gözdən əlil olduğu üçün verilməmiş, eyni zamanda mənzil şəraitinin yaxşılaşdırlması da nəzərə alınaraq verilmişdir. “Azərbaycan Gözdən Əlillər Cəmiyyəti” İctimai Birliyinin və xüsusilə də 2 saylı xüsusi təyinatlı mənzil-kommunal təsərrüfat birliyinin vermiş olduqları məktubların mübahisəli mənzilin ailə tərkibi nəzərə alınmadan verilib-verilməməsinə aydınlıq gətirilməsi ndə hər hansı bir hüquqi səlahiyyəti yoxdur. Mənzilin ailə üzvləri nəzərə alınmaqla verilib-verilməməsini müəyyən etmək üçün mənzili cavabdehə verən ƏƏSM Nazirliyinin yanında Sosial Xidmətlər Agentliyi tərəfindən verilən etibarlı məlumatı əlində əsas götürməli idi. Cavabdehlə digər ailə üzvü olan iddiaçının anası 2014-cü ildə nikahları pozulan zaman iddiaçı azyaşlı uşaq olmamışdır. Yəni onlar nikahlarını pozduqları zaman məhkəmə tərəfindən azyaşlı kimi anasının himayəsinə verilməmişdir ki, anasının qeydiyyatda olduğu və yaşadığı yer onun yaşadığı yer sayılsın. Anası ilə atasının arasında nikahın pozulması onun mənzilə olan hüququnu ortadan qaldırmır. Məhkəmənin hansı əsasla bu fakta istinad etməsi aydın deyildir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasi ya instansiyası məhkəməsi) 2(103)-2562/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər M.Rüstəmli (sədrlik edən və məruzəçi), V.Sadıqov və A.İsgəndərov) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul olunaraq, iddia rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə maddi hüquq normalarının tətbiqində səhvə yol vermiş, iddiaçının köçmək istədiyi mənzilin cavabdehin mülkiyyətində olmamasına baxmayaraq, mülki qanunvericiliyin mülkiyyətçinin ailə üzvləri və digər şəxslərin mülkiyyətçiyə məxsus yaşayış sahəsindən istifadə hüquqlarının yaranmasını tənzimləyən normalarına istinad etmişdir. Mülki-prosessual qanunvericiliyə əsasən bu hal qətnamənin ləğv edilməsi üçün əsa sdır.

20. Apellyasiya məhkəməsi gəldiyi qənaətlə bağlı qeyd etmişdir ki, işin mübahisəsiz hallarına görə, cavabdeh İ qrup gözdən əlildir. O, xx.xx.1993-cü il tarixdən mənzil əldə etmək üçün 4 nəfər ailə tərkibi ilə növbəyə durmuşdur. 2014-cü il tarixdə cavabdeh ilə X1 arasında bağlanmış nikah pozulmuşdur. Bundan sonra ƏƏSM nazirinin xx.xx.2016-cı il tarixli 11/7-34 nömrəli əmrinə əsasən İ qrup gözdən əlil şəxs kimi cavabdeh mübahisəli birotaqlı mənzillə təmin edilmişdir.

21. Mənzil qanunvericiliyinə əsasən, sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir.

22. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, onların ailə münasibətləri cavabdeh mənzil ilə təmin edilməmişdən xeyli mü ddət öncə korlanmış, iddiaçı cavabdehə verilən mənzildə onun ailə üzvü kimi heç vaxt yaşamamışdır.

23. Məhkəmə apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin məhz birotaqlı mənzil ilə təmin edilməsi onu deməyə əsas verir ki, mənzil ilə təmin edilərkən həqiqətən də onun hazırkı ailə tərkibi nəzərə alınmışdır. Çünki dörd nəfər üzvü olan ailənin (ən azı üç üzvü yetkinlik yaşına çatmış şəxslərdir) birotaqlı mənzil ilə təmin edilməsi həm ağlabatan deyil, həm də mənzil şəraitinin yaxşılaşdırılması hesab edilə bilməz.

24. Tərəflər arasında ailə münasibətlərinin korlanması onların birotaqlı mənzildə birgə yaşamasını, nəticə etibarı ilə iddia təmin edildiyi təqdirdə qətnamənin icrasını da mümkünsüz edir.

25. Məhkəmə gəldiyi nəticəni Mənzil Məcəlləsinin 68.1, 68.2-ci, M PM-in 14.2, 77.1, 88, 217.4, 385.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. İddiaçı kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddia tələbi hər iki instansiya məhkəməsində yetərli dərəcədə araşdırılmamışdır. Cavabdehə mənzil sosial kirayə müqaviləsi əsasında verilmişdir. Sosial kirayə müqaviləsi əsasında verilmiş yaşayış sahəsi üzərində yaranmış hüquqlar qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır. İddiaçının köçürülmək istədiyi mübahis əli yaşayış sahəsinə olan hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınıb-alınmaması müəyyən edilmədən məhkəmə tərəfindən qətnamə qəbul edilmişdir. Mübahisəli mənzildə onun da eyni cavabdeh kimi yaşamaq hüququ vardır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehlə onun ailə üzvlərinin münasibətlərinin mənzil ilə təmin edilməmişdən xeyli müddət öncə korlanmasının, eyni zamanda, cavabdehin mənzil ilə təmin edilərkən həqiqətən də onun hazırkı ailə tərkibi nəzərə alınmasının müəyyən edilməsi Mənzil Məcəlləsinin 68.1 və 68.2-ci maddələrinə əsasən həmin mübahisəli mənzildə yaşamaq hüququnun təmin edilməməsi üçün əsas ola bilməz. Belə ki, hər iki instansiya məhkəməsi işi mənzilin alınma mərhələsindən sonrakı mərhələsini əsas götürərək araşdırmışdır. Mənzilin əldə edil məsinə qədər olan mərhələni, yəni mənzil almaq hüququnun yaranması mərhələsini araşdırmamışlar. Cavabdeh xx.xx.1993-cü il tarixində mənzil şəraitinin yaxılaşdırılmasına ehtiyacı olan şəxs kimi mənzil əldə etmək üçün müraciət edəndə də 4 nəfərlik ailə üzvünü göstərərək qeydə alındığı kimi, yaşayış yerinin dəyişməsi ilə bağlı işinin Nərimanov RİH-ə köçürülməsi barədə müraciət edildiyi zaman da ailə üzvlərinin bu barədə ərizələri alınaraq təmin edilmiş və 4 nəfər ailə üzvü ilə qeydə alınmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mənzil Məcəlləsi

29. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valide ynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər.

30. Maddə 68.2. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri kirayəçi ilə bərabər hüquq və vəzifələrə malikdirlər. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin mülki hüquqi fəaliyyət qabiliyyətli ailə üzvləri sosial kirayə müqaviləsindən irəli gələn öhdəliklər üzrə kirayəçi ilə birgə məsuliyyət daşıyırlar. Mülki Prosessual Məcəllə

31. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

32. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

34. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

35. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

36. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin halları nın sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, ka ssasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

43. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

44. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

45. Məhkəmə kolleg iyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2562/2023 nömrəli, 24 iyun 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar