Məhkəmə qərarları › İş №2(102)-4006/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-4006/2024

13.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4006/2024 13.12.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh1 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5269/2024 nömrəli, 27 sentyabr 2024-ci il tarixli qərardadından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti üzrə işə 13 dekabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında ba xaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra- iddiaçı) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (bundan sonra- cavabdehlər) qarşı iddia ərizəsi və iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsində yerləşən, 12 saylı evin 23 saylı mənzilinin Cavabdeh2 (1/2 hissədə) və Cavabdeh1 (1/2 hissədə) tərəfindən boşaldılaraq, iddiaıya təhvil verilməsi və həmin mənzilin iddiaçı tərəfindən sökülməsi, kəskin qəzalı vəziyyətdə olan və istismar müddəti keçmiş 16,7 kv.metrdən (faktiki sahə 37 kv.m) ibarət olan Bakı şəhəri, Nərimanov rayo nu, Həsənoğlu küçəsində yerləşən, 12 saylı evin 23 saylı mənzilinin əvəzinə 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən faktiki sahəsinə əlavə edilməklə 47 kv.m ölçüdə təmirli 11 saylı mənzilin 1/2 hissəsinin Cavabdeh2 və 1/2 hissəsinin Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin iddiaçıya təhvil verildiyi gündən başlayaraq yeni mənzil ilə təmin olunan günədək iddiaçı tərəfindən cavabdehlərə ayrılmış ümumi 350 manat məbləğində aylıq kirayə haqqından paylarına uyğun (1/2 hissədə) kirayə haqqı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)898/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, 12 saylı evin 23 sayl ı mənzilinin cavabdehlər tərəfindən boşaldılaraq sökülməsi üçün iddiaçıya təhvil verilməsi, iddiaçı tərəfindən Bakı şəhəri, Nərimanov rayonu Həsənoğlu küçəsində yerləşən, 12 saylı evin 23 saylı mənzilinin əvəzinə həmin ünvanda 2 il müddətinə yeni tikiləcək 6 saylı binanın 4-cü mərtəbəsində yerləşən, sahəsi 47 kv.m olan, təmirli 12 saylı mənzilin ½ hissəsinin Cavabdeh2 və ½ hissəsinin Cavabdeh1 təhvil verilməsi, sökülməsi nəzərdə tutulan mənzilin iddiaçıya təhvil verildiyi gündən başlayaraq yeni yaşayış sahəsi ilə təmin olunan günədəkiddiaçı tərəfindən cavabdehlərə hər ay cəmi 400 manat məbləğində kirayə haqqının ödənilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat

3. Cavabdehlər apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilm əsi, iddianın rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

4. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5269/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(005)-898/2024 saylı qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsi və apellyasiya şikayətinin geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilməsi qərara alınmışdır.

5. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil kasassiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 27 sentyabr 2024-cü il tarix li, 2(103)-5269/2024 saylı qərardadı ilə cavabdehlərin nümayəndəsi və vəkili Vəkil tərəfindən iş üzrə həmin məhkəmənin xx.xx.2024-cü il tarixli, 2(103)-5269/2024 saylı qərardaddan verilmiş kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli, 2(103)-5269/2024 nömrəli qərardadı tərəflərin, o cümlədən cavabdehlərin nümayəndəsi və vəkili Vəkil “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetinə xx.xx.2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, kassasiya şikayəti məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Halbuki, şikayətin verilməsi üçün müəyyən edilmiş 10 günlük müddət xx.xx.2024-cü il tarixdə bitmişdir. Bununla be lə, həmin kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişdir. Ona görə də kassasiya şikayəti geri qaytarılmalıdır.

8. Apellyasiya instansiyası məhkəməsi öz hüquqi mövqeyini X1 130.1, 130.3, 133.2, 405.0.2 və 408.1.4-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

9. Cavabdehlər (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2024-cü il tarixli, 2(103)-5269/2024 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişlər.

10. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı MPM-in 45, 50, 134-cü maddələrinin, habelə Azərbaycan Respublikası Konstitusiyası nın 60-cı maddəsinin tələblərinin pozulması ilə çıxarılmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Kassasiya şikayətinə qarşı etiraz dail olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

12. Maddə 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

13. Maddə 405.0.1 və 405.0.2. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti verilə bilər.

14. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə v ə buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır.

15. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

18. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirdiyindən, məhkəmənin aktı tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi

19. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən prosessual hüquq normalarının tələbl ərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

20. Cavabdehlər kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən prosessual hüquq normalarının tələblərini pozduğunu, kassasiya şikayətinin geri qaytarılması üçün əsasların olmadığını və sair göstərsələr də, kassasiya instansiyası məhkəməsi onların bu dəlilləri ilə razılaşmır.

21. Belə ki, apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının xx.xx.2024cü il tarixli, 2(103)-5269/2024 saylı qərardadının surəti tərəflərin, o cümlədən cavabdehlərin nümay əndəsi və vəkili Vəkil “Elektron” məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetə 13 sentyabr 2024-cü il tarixdə yerləşdirilməsinə baxmayaraq, kassasiya şikayəti məhkəməyə 26 sentyabr 2024-cü il tarixdə təqdim edilmişdir.

22. Azərbaycan Respublikası MPM-in 405.0.1 və 405.0.2-ci maddələrinin mənasına görə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamənin surəti işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində, qərardaddan isə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan normaların tələblərini hazırkı mübahisəli məsələyə tətbiq edib qeyd etmişdir ki, cavabdehlərin sözügedən qərardaddan kassasiya şikayəti vermələri üçün qanunla m üəyyən edilmiş 10 günlük müddət 23 sentyabr 2024-cü il tarixdə bitmişdir. Cavabdehlər isə kassasiya şikayəti ilə məhkəməyə 26 sentyabr 2024-cü il tarixdə müraciət etməklə 10 günlük prosessual müddəti ötürmüşlər. Belə olan halda cavabdehlər sözügedən qərardaddan kassasiya şikayətini qanunla müəyyən edilmiş müddəti ötürməklə verdikləri üçün kassasiya şikayəti geri qaytarılmalıdır.

24. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onlar kassasiya şikayətini qanunla müəyyən edilmiş 10 günlük müddəti ötürməklə verdiklərindən, habelə buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermədiklərindən, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq kassasiya şikayətini geri qaytarmış və yuxarıda sadalana n mülki prosessual normaların tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq etmişdir.

25. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə verdikləri kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 27 sentyabr 2024-cü il tarixli, 2(103)-5269/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar