Məhkəmə qərarları › İş №2(102)-4006/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-4006/2025

03.02.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəl
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4006/2025 03.02.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vurulmuş maddi ziyanın ödənilməsi, sübutların qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (məruzəçi hakim), Nurməmmədov Əhməd Güləhməd oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" QSC-nin Cavabdeh qarşı “dəymiş maddi ziyan ödənilməsi” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1443/2025 nömrəli 15 oktyabr 2025-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" QSC-nin kassasiya şikayə tinə 03 fevral 2026-cı il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. xx.xx.2024-cü il tarixində saat 19 radələrində EŞ2-002 nömrəli, 6636 saylı sürətli elektrik qatarı Sumqayıt-Pirşağı istiqamətinin 47-ci km piket 7-də hərəkətdə olarkən kənardan yad predmetin atılması nəticəsində qatarın baş alın şüşəsi zədələnmişdir.

2. DYNPİ-nin Sabunçu st. XPŞ-nın İstintaq Qrupunun müstəntiqi xx.xx.2024-cü il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd olunmuşdur. 3. "xxxx" QSC tərəfindən verilmiş arayışa əsasən, EŞ2-020 qatarın alın şüşəsinin zədələnməsinə görə QSC-yə 30991,36 manat ziyan dəymişdir. 4. 1 ədəd DVD diskə yazılmış “xx.xx.2024 daş atma” adlı video görüntüdə bir azyaşlı uşağın bir qadınla dəmir yolunun hündür tor qoruyucusunun çöl tər əfində dayanması, eyni zamanda onlardan qatara daha yaxın məsafədə olan başqa bir uşağın (adı məlum olmayan) qatara tərəf əyilərək qatarın sağ tərəfinə doğru tor qoruyucunun çölündən nəsə atdığı əks edilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra “iddiaçı” və ya “ADY QSC”, yaxud "xxxx") iddia ərizəsi ilə Füzuli Rayon Məhkəməsinə müraciət edərək, QSC-yə vurulmuş 30991,36 manat məbləğində zərərin və 183 manat məbləğində dövlət rüsumunun, cəmi 31174,36 manat pulun yetkinlik yaşına çatmayan X2 qanuni nümayəndəsi Cavabdeh tutularaq QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC-yə məxsus STADLER EŞ2-020 nömrəli 6636 saylı, Su mqayıt-Pirşağı-Bakı marşrutu ilə hərəkət edən sərnişin qatarı Sumqayıt-Pirşağı istiqamətinin mənzilinin 47-ci km piket 7-də hərəkətdə olan zaman kənardan daş atılması nəticəsində qatarın Q9 nömrəli baş alın şüşəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində QSC-yə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəymişdir. Hadisə ilə bağlı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin Sabunçu X7 araşdırma aparılmışdır. Sabunçu X7n daxil olmuş xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, aparılmış araşdırma zamanı xx.xx.2024-cü il tarixində saat 19:10 radələrində EŞ2-002 nömrəli, 6636 saylı sürətli elektrik qatarı Sumqayıt – Pirşağı istiq amətinin 47-ci km piket 7-də hərəkətdə olarkən baş alın şüşəsinə kənardan daş atılması nəticəsində ön şüşə hissəsinə zərər verən şəxsin xx.xx.2018-ci il təvəllüdlü X3 olması müəyyən olunmuşdur. Bununla əlaqədar, həmin uşağın valideyni Cavabdeh bölməyə dəvət olunmuş, lakin X3 məktəbə getmədiyi və yazı yaza bilmədyi üçün onun izahatı sözləri ilə atası Cavabdeh tərəfindən yazılmışdır. X3 verdiyi izahatında qatarın alın şüşəsinə daş atdığını etiraf etmişdir. Həmçinin qərardan görünür ki, hadisə nəticəsində ADY-yə 30991,36 manat məbləğində maddi ziyan dəyməsi araşdırma zamanı təsdiq olunmuşdur. Məlumat üçün qeyd edilməlidir ki, sözügedən qatar İsveçrənin son texnologiyaları əsasında istehsal edilmiş ikimərtəbəli sərnişin daşınması üçün nəzərdə tutulmuş elektrik qatarıdır, 2015-ci ildə Azərbayca n Respublikasına gətirilərək istismara verilmişdir. Sözügedən qatar SumqayıtPirşağı-Bakı marşrutu ilə hərəkət edərək paytaxt ərazisində nəqliyyat sıxlığının aradan qaldırılmasında, həmçinin sərnişinlərin mənzil başına vaxt itkisi olmadan təhlükəsiz və rahat bir şəkildə çatmalarına böyük töhfə verir. Lakin baş vermiş hadisə nəticəsində qatarın hərəkət qrafikində ləngimə yaranmış və bu hal haqlı olaraq yüzlərlə sərnişin tərəfindən narazılıqla qarşılanmışdır. Buna görə də dəymiş zərər ödənilməlidir.

7. Birinci instansiya məhkəməsində Cavabdeh izahat verərək bildirmişdir ki, X3 onun övladıdır. Uşaq azyaşlıdır, ona görə də onun qanuni nümayəndəsidir. Oğlu Hüseyn məktəbə getmir və yazı yaza bilmir. X8 xx.xx.2024-cü il tarixdə saat təxminən 19:10 radələrində nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzirmişlər. Həmin vaxt dəmir yolu ilə qatar keçirmiş. Bir az gəzdikdən sonra uşaq nənəsi ilə yaşadığı ünvana getmişdir. Polis əməkdaşları xx.xx.2024-cü il tarixdə günorta saatlarında onların yaşadıqları ünvana gəlmişlər, sonra isə onu və Şahid Sabunçu st. XPŞ-nə dəvət etmişlər. Ondan izahat alınan zaman oğlu Hüseyn onun yanında olamamış, lakin sonradan oğlu polis əməkdaşları tərəfindən həmin otağa gətirilmişdir. O, izahat yazan zaman oğlu digər otaqda polislərin yanında olmuş və nə baş verdiyini anlamadığı üçün uşağın qorxudan ağladığını görmüşdür. Sonradan uşaq ağladığı üçün polislər oğlunu onun yanına gətirmişlər. Bu zaman oğlundan qatara daş atmasını sual etdikdə Hüseyn qatara daş atmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkd aşları ona Hüseynin qatara daş atmasını yazmasının heç bir problem yaratmadığını bildirmişlər. Belə olan halda və uşağın gərgin vəziyyətdə ağladığını nəzərə alaraq oğlunun qatara tərəf daş atdığını, lakin daşın qatara dəyməsini görmədiyi barədə izahat vermişdir. Hesab edir ki, azyaşlı övladı qatara daş atmamışdır. Həmçinin həmin zaman orada başqa bir uşaq da olmuşdur. Video görüntüdən də görünür ki, daşı başqa uşaq atıbdır. Hazırkı iddianı əsassız sayır.

8. Birinci instansiya məhkəməsində Şahid bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 19:10 radələrində nəvəsi X3 ilə yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında 10-15 dəqiqə gəzdikdən sonra yaşadıqları ünvana getmişlər. Onlar orada gəzərkən dəmir yolu xətti ilə qatar keçirmiş. Polis əməkdaşları xx.x x.2024-cü il tarixdə günorta saatlarında yaşadıqları ünvana gəlmiş və nəvəsi Hüseynin xx.xx.2024-cü il tarixdə dəmir yolu xəttinin kənarında gəzərkən qatara daş ataraq qatarın şüşəsini sındırdığını bildirmişlər. O, həmin hadisəni, yəni nəvəsinin qatara daş atmasını və qatarın şüşəsinin sınmasını görmədiyini və heç bir məlumatının olmadığını bildirmişdir.

9. Birinci instansiya məhkəməsində azyaşlı X1 rayon İcra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiyasının (Qəyyumluq və Himayəçilik orqanı) nümayəndəsinin və atası Cavabdeh iştirakı ilə dindirilmişdir. X3 xx.xx.2024-cü il tarixdə nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzdiklərini, qatara daş atmadığını bildirmişdir.

10. Füzuli Rayon Məhkəməsinin 30 iyun 2025-ci il tarixli, 2(064)-289/2025 mömrəli qətnaməsi ilə iddia rədd edilmişdir. (hakim Elmir İsmayılov)

11. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçıya məxsus sərnişin qatarı hərəkətdə olan zaman qatarın baş alın şüşəsinə kənardan yad cismin atılması nəticəsində qatarın sözügedən hissəsi əhəmiyyətli dərəcədə zədə almışdır. Hadisə nəticəsində ADYyə 30991,36 (otuz min doqquz yüz doxsan bir manat 36 qəpik) manat məbləğində maddi ziyan dəymişdir və bu hallar işin mübahisələndirilməyən hallarıdır. Lakin bu ziyan cavabdehin təqsirli hərəkətləri səbəbindən dəyməmişdir.

12. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin iddiaçı qarşısında qəsdən və ya ehtiyatsızlıqla vurduğu ziyana görə maddi məsuliyyətinin yaranması üçün ziyanın həqiqətən vurulduğu aşkar olmalı, təqsirkarı n əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olmalı və təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olmalıdır. Bu baxımdan, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olub-olmamasının müəyyən edilməsi təşkil edir. Yalnız qeyd edilən əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırki tələblə bağlı bu əsaslar müəyyən edilmir. Yəni, iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutlar cavabdehin qanunazidd və təqsirli əməli nəticəsində ona ziyan vurulduğunu sübuta yetirmir.

13. Birinci instansiya məhkəməsi göstərmişdir ki, iş materiallarına əlavə edilmiş video görüntüyə əsasən cavabdehin övladı Hüseyn nənəsi Şahid ilə birgə dəmir yolu xəttinə yaxın məsafədə dayanan zaman orada başqa bir neçə uşaqlar da olmuş və məhz onlardan xeyli aralıda, qatarın gəldiyi istiqamətə daha yaxın dayanmış başqa bir uşaq qatara tərəf əyilərək nə isə atmışdır. Bu halın baş verdiyini iddiaçının nümayəndəsi də məhkəmə iclası zamanı iş materiallarına əlavə edilmiş CD disk tədqiq edilən zaman etiraf etmişdir. Həmin video görüntü əks olunan CD disk iddia tələbini əsaslı hesab etməyə imkan vermir və hazırki iddia tələbilə bağlı hər hansı sübuti əhəmiyyətə malik deyildir.

14. Həmçinin hadisə zamanı Hüseynin yanında olmuş və məhkəmə iclasında şahid qismində dindirilmiş sonuncunun nənəsi Şahid həm polis şöbəsində, həm də məhkəmə iclası zamanı verdiyi ifadələrdən də müəyyən edilir ki, Hüseyn Hacızadənin iddia tələbində gös tərilən vaxtda qatarın alın şüşəsinə daş atmasının şahidi olmamışdır. Odur ki, azyaşlı Hüseyn Hacızadənin hərəkətləri ilə qatarın şüşəsinin yad cisim dəyməsi nəticəsində zədələnməsi arasında səbəbli əlaqə yoxdur. Bundan əlavə, azyaşlı X3 da Füzuli rayon icra Hakimiyyətinin Uşaq Hüquqlarının Müdafiəsi üzrə Kommissiyasının (Qəyyumluq və Himayəçilik orqanı) nümayəndəsinin və atası Cavabdeh iştirakı ilə dindirilən zaman nənəsi Gülüzarla yaşadıqları ünvanın yaxınlığından keçən dəmir yolu xəttinin yaxınlığında gəzdiklərini, qatara qaş atmadığını bildirmişdir.

15. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, belə olan halda mülki qanunvericiliyə istinad edərək Hüseyn Hacızadənin qanuni nümayəndəsi olan Cavabdehin üzərinə hər hansı mülki məsuliyyət qoyula bilməz.

16. Birinci instansiya məhkəməs i Cavabdeh Hüseyn Hacızadənin sözlərindən yazılmış izahata münasibətdə isə qeyd etmişdir ki, həmin izahat iddia tələbini əsaslı hesab etməyə imkan vermir və iddia tələbilə bağlı hər hansı sübut əhəmiyyətinə malik deyildir. Belə ki, məhkəmə araşdırması zamanı cavabdehdən izahat alınan zaman övladı Hüseyn Hacızadənin onun yanında olmadığı və bununla da yazılan izahatın Hüseyn Hacızadənin sözlərindən yazılmadığı müəyyən olunur. Bundan başqa, izahat alınan zaman cavabdeh oğlundan qatara daş atmasını sual etdikdə Hüseyn qatara daş atmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona Hüseynin qatara daş atmasını yazmasının heç bir problem yaratmayacağını bildirmişlər. Belə olan halda və uşağın gərgin vəziyyətdə ağladığını, həmçinin özünün yas mərasiminə tələsdiyini nəzərə alaraq cavabd eh oğlunun qatara tərəf daş atdığını, lakin daşın qatara dəyməsini görmədiyi barədə öz sözləri əsasında formal izahat vermişdir. Alınmış izahatın məhkəmə iclasında onu tərtib edən şəxsin iştirakı ilə tədqiq edilməsi üçün aidiyyəti polis orqanına dəvətlə bağlı məktub göndərilmiş, lakin sonuncu iclasın vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da məhkəmə iclasında iştirak etməmişdir.

17. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 1096.1, 1096.2, 1097.1, 1103.1-ci, Mülki Prosessual Məcəllənin 9.1, 14.2 və 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini x ahiş etmişdir.

19. Apellyasiya şikayəti iddia ərizəsinin məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd olunmuşdur ki, qətnamə çıxarılan zaman qanunvericiliyin maddi və prosessual normalarının tələblərinə tam şəkildə əməl edilməmişdir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Bundan başqa, məhkəmənin öz xahişi ilə tələb etdiyi eyni məzmunlu iddia tələbinə dair digər yekun məhkəmə qətnamələrində işin ədalətli, obyektiv və qərəzsiz həllinə nail olmaq üçün daha çox hansı halların araşdırıldığı görsənsə belə hesab edirlər ki, qəbul olunmuş qətnamədə göstərilən halların heç biri araşdırılmamış, formal mülahizəyə uyğun qətnamə qəbul edilmişdir. Beləliklə məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təqdim olunan hüquqi sənədlərə və ziyanın təsdiqinə la zımi hüquqi qiymət verməmiş, məhkəmənin öz vəzifəsi olan faktiki halların tam və obyektiv araşdırılması öhdəliyini yerinə yetirmədən qətnamənin qəbulunda prosessual pozuntuya yol vermişdir. İlkin olaraq hadisəni Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi yanında Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin X9 Şöbəsi araşdırmış və iddiaçı olaraq ADY QSC baş vermiş hadisəni araşdırmaq səlahiyyətində olmadığı üçün tədqiq olunmuş sənədlərə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, izahat və.s) istinad etmişdir. Polis orqanlarının apardığı ilkin araşdırmalar nəticəsində tərtib olunmuş sənədlər rəsmi sənədlər hesab olunur və onların hüquqi qüvvəsi vardır. Məhkəmənin bu sənədləri nəzərə almaması və ya onların əsasında qərar qəbul etməməsi hüquqi baxımdan əsasland ırılmalıdır. Videomaterialda hadisə ümumi çəkilsə də, dəqiq olaraq uşaqların kimliyi və hərəkətləri polis əməkdaşlarının izahat və araşdırılmaları ilə dəqiqləşdirilmişdir. Məhkəmə isə yalnız video üzərindən subyektiv rəy formalaşdıraraq təqdim olunan digər sübutları nəzərə almamışdır. Belə ki, Mülki Prosessual Məcəllənin 14 və 77.1-ci maddələrinə əsasən mülki işlər üzrə sübutların toplanmasında məhkəmənin də təşəbbüskar rolu olmalıdır. Yəni məhkəmə mövcud iş üzrə əlavə izahatlar və ya şahid ifadələri almağa cəhd etmədən, yalnız videogörüntü əsasında qənaət formalaşdırmışdır. Halbuki hadisəni ilkin olaraq araşdıran polis əməkdaşları prosesin ilkin hazırlıq mərhələlərində əlavə şahid kimi işə cəlb olunmalı və məhkəmənin qətnamədə istinad etdiyi hallar birgə araşdırılmalı idi. Məhkəmə isə yal nız azyaşlının hadisə baş verən vaxtı yanında olmuş nənəsini şahid kimi cəlb etməklə kifayətlənmişdir. Bu isə özlüyündə işin hər tərəfli, qərəzsiz və obyektiv araşdırılma aparılmadığının göstəricisidir.

20. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-1443/2025 nömrəli, 15 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Tale Kərimov (sədrlik edən və məruzəçi), Cahid İmanov, Qasım Əliyev)

21. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində gətirdiyi əsaslandırma, apellyasiya şikayətinin əsas dəlili məhz cinayət təqibi orqanının cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında müəyyən etdiyi faktiki hallarla bağlıdır.

22. Ape llyasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, istintaq və təhqiqat orqanlarının heç bir qərarı mülki iş üzrə preyudisial əhəmiyyət daşımır. Odur ki, istintaq və təhqiqat orqanının qərarına istinadla əsaslandırılmış tələb digər sübutlarla təsdiq olunmadığı halda, birmənalı olaraq iddianın təmini üçün əsas ola bilməz. İşdə olan ən mötəbər sübut isə qatarın hərəkətini əks etdirən video-qeydiyyat aparan qurğunun hadisə baş verən zaman qeydə aldığı görüntülərdir. Həmin görüntülərə apellyasiya icraatı zamanı baxış keçirilmiş və qatar istiqamətinə daşın yaşlı qadının yanında duran uşaq tərəfindən deyil, qatara daha yaxın məsafədə tək dayanan başqa bir uşaq tərəfindən atıldığı aydın müşahidə edilmişdir. Həmin uşağın kimliyi isə təhqiqat orqanı tərəfindən müəyyən edilməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

23. İddiaçı (vəkil – Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

24. Kassasiya şikayətinin dəlilləri iddia ərizəsi və apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edərək əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli qiymət verməmişdir. Məhkəmə sübutları birtərəfli qiymətləndirmiş, təqdim olunan hüquqi sənədlərə və ziyanın təsdiqinə lazımi hüquqi qiymət verməmiş, məhkəmənin öz vəzifəsi olan faktiki halların tam və obyektiv araşdırılması öhdəliyini yerinə yetirmədən qətnamənin qəbulunda prosessual pozuntuya yol vermişdir. İlkin olaraq hadisəni Azərbaycan Respublikas ının Daxili İşlər Nazirliyi yanında Nəqliyyatda Baş Polis İdarəsi X5 Polis İdarəsinin X9 Şöbəsi araşdırmışdır və iddiaçı olaraq ADY QSC baş vermiş hadisəni araşdırmaq səlahiyyətində olmadığı üçün tədqiq olunmuş sənədlərə (cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar, izahat və.s) istinad etmişdir. Polis orqanlarının apardığı ilkin araşdırmalar nəticəsində tərtib olunmuş sənədlər rəsmi sənədlər hesab olunur və onların hüquqi qüvvəsi vardır. Məhkəmənin bu sənədləri nəzərə almaması və ya onların əsasında qərar qəbul etməməsi hüquqi baxımdan əsaslandırılmalıdır. Videomaterialda hadisə ümumi çəkilsə də, dəqiq olaraq uşaqların kimliyi və hərəkətləri polis əməkdaşlarının izahat və araşdırılmaları ilə dəqiqləşdirilmişdir. Məhkəmə yalnız azyaşlının hadisə baş verən vaxtı yanında ol muş nənəsini şahid kimi cəlb etməklə kifayətlənmişdir. Bu isə özlüyündə işin hər tərəfli, qərəzsiz və obyektiv araşdırılma aparılmadığının göstəricisidir. Ümumiyyətlə, nənə maraqlı şəxsdir və şahid qismində cəlb edilməsi məntiqsizdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil edilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmas a da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 386.1. Öhdəliyin əmələ gəlmə əsaslarından biri də zərər vurulmasıdır. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki h üquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1103.1. On dörd yaşınadək olan yetkinlik yaşına çatmayanın (azyaşlının) törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirməsələr, məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etir azlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

26. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

27. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam mübahisələndirildiyi üçün məhkəmə kollegiyası qətnaməni tam yoxlayır.

28. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən hazırki şikayətə yazılı icraat qaydasında baxılmasını qərara almışdır. Kassasiya instansiyası mə hkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir.

30. İddiaçı delikt nəticəsində dəymiş zərərin ödənilməsi tələb etməklə, azyaşlının törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynin məsuliyyət daşımısaına istinad etmişdir.

31. İddia tələbinin hüququ əsasını deilktə aid normalarla yanaşı, Mülki Məcəllənin 1103.1-ci maddəsi təşkil edir.

32. Bu baxımdan iddia tələbinə həmin normanın dispozitiv şərtlərinə uyğun qiymət verilməlidir. Normanın tələbinə görə azyaşlının törətdiyi mülki hüquq pozuntusu nəticəsində dəyən zərər üçün onun valideynləri (övladlığa götürənlər) və ya qəyyumu, o halda məsuliyyət daşımırlar ki, onlar zərərin onların təqsiri üzündən yaranmadığını sübuta yetirmiş olsunlar.

33. İşdən görünür ki, xx.xx.2024-cü il tarixində saat 19 radələrində EŞ2-002 nömrəli, 6636 saylı sürətli elektrik qatarı Sumqayıt-Pirşağı istiqamətinin 47-ci km piket 7-də hərəkətdə olarkən kənardan yad predmetin atılması nəticəsində qatarın baş alın şüşəsi zədələnmişdir. DYNPİ-nin Sabunçu st. XPŞ-nin İstintaq Qrupunun müstəntiqi xx.xx.2024cü il tarixli qərarla fakt üzrə cinayət işinin başlanması rədd olunmuşdur.

34. İddiaçının istinad etdiyi cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli həmin qərarda mülki hüquq pozuntusu törədən azyaşlının atası olan cavabdehin, oğlunun qatara daş atmasını göstərdiyi qeyd edilmişdir.

35. Həmçinin cavabdeh öz övladının sözlərinə əsasən Sabunçu st. XPŞ-nın İstintaq və təhqiqat Qrupuna verdiyi izahatda da uşağın qatara daş atmasını yaz mışdır.(iş v.60)

36. Məhkəmə baxışında isə cavabdeh polisə verdiyi izahatla bağlı göstərmişdir ki, ondan həmin izahat alınan zaman oğlu Hüseyn onun yanında olamamış, lakin sonradan oğlu polis əməkdaşları tərəfindən həmin otağa gətirilmişdir. O, izahat yazan zaman oğlu digər otaqda polislərin yanında olmuş və nə baş verdiyini anlamadığı üçün uşağın qorxudan ağladığını görmüşdür. Sonradan uşaq ağladığı üçün polislər oğlunu onun yanına gətirmişlər. Bu zaman oğlundan qatara daş atmasını sual etdikdə Hüseyn qatara daş atmadığını bildirmişdir. Buna baxmayaraq polis əməkdaşları ona Hüseynin qatara daş atmasını yazmasının heç bir problem yaratmadığını bildirmişlər.

37. Cavabdehin məhkəmədə verdiyi izahatdan da görünür ki, polisdə araşdırma zamanı oğlundan qatara daş atmasını sual etdikdə uşaq qata ra daş atmadığını bildirmişdir. Belə olan halda, yəni, uşağın hətta polisdə araşdırma zamanı da qatara daş atmamasını deməsinə baxmayaraq, cavabdehin nəyə görə bunun əksini – uşağın qatara daş atması barədə izahat verməsi ziddiyyətli hal olsa da, birinci instansiya məhkəməsi buna aydınlıq gətirməmişdir.

38. Həmçinin işdən görünür ki, birinci instansiya məhkəməsi cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarı qəbul edən müstəntiqin məhkəmə baxışında iştirakını təmin etmək üçün Sabunçu st. XPŞ-nin rəisinə məktubla müraciət etsmiş, həmin məktub “ünvan tam deyil” qeydi ilə həmin müraciət geri qayıtmışdır. (iş v. 73-75)

39. Göründüyü kimi, birinci instansiya məhkəməsi cavabdehin polisdə və məhkəmədə verdiyi izahatlar arasındakı ziddiyyətin aradan qaldırılm ası baxımından müstəntiqin məhkəmə baxışında iştirakını zəruri hesab etsə də, məktubunun “ünvan tam deyil” qeydi geri qayıtması ilə yetərlənmiş, özünün zəruri hesab etdiyi halı araşdırmamışdır. Bir halda ki, cinayət işinin başlanmasının rədd olunması haqqında qərarı qəbul edən və həmin icraat çərçivəsində cavabdehin izahatını alan müstəntiqin məhkəmə baxışında iştirakı zəruri hesab edilirdisə, onun iştirakının təmin edilməsi üçün formal yox, real hərəkətlər edilməli, bunun yekunu olaraq müvafiq nəticəyə gəlinməli idi.

40. Bundan əlavə, birinci instansiya məhkəməsi iddianı rədd edərkən video görüntüyə əsasən cavabdehin övladı Hüseynin nənəsi Şahid ilə birgə dəmir yolu xəttinə yaxın məsafədə dayanan zaman orada başqa bir neçə uşaqların da olmasına və məhz onlardan xeyli aralıda, qatarın gəld iyi istiqamətə daha yaxın dayanmış başqa bir uşağın qatara tərəf əyilərək nə isə atmasına istinad etmişdir.

41. Halbuki qatara məhz nənəsinin yanında olan uşağın daş atmasını nə iddiaçı deməyib, nə də polisdə araşdırma zamanı bu məsələyə toxunulmayıb. Bu səbəbdən birinci instansiya məhkəməsinin nəyə görə bu faktdan çıxış etməsi işdən görünməməklə, nəticədə qeyri-müəyyənik yaradır.

42. Apellyasiya instansiyası məhkəməsi də eyni səhvi təkrarlayaraq həmin video görüntülərə istinadən qatar istiqamətinə daşın yaşlı qadının yanında duran uşaq tərəfindən deyil, qatara daha yaxın məsafədə tək dayanan başqa bir uşaq tərəfindən atıldığının aydın müşahidə edildiyini göstərmişdir.

43. İstintaq və təhqiqat orqanlarının heç bir qərarının mülki iş üzrə preyudisial əhəmiyyət daşımaması barədə apellyasiya instansiyası məhkəməsinin mövqeyinə gəldikdə, məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinin tələbləri baxımından bu mövqe ilə razılaşır. Lakin istintaq və təhqiqat orqanlarının qərarları, həmin icraatlar çərçivəsində əldə edilən məlumatlar sübut kimi qiymətləndirilə bilər.

44. Qeyd edildiyi kimi, cavabdeh övladının qatara daş atmasını istintaq orqanlarına verdiyi izahatda təsdiq etsə də, məhkəmə baxışında fərqli izahat vermişdir.

45. Apellyasiya instansiyası məhkəməsi isə cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarın preyudisial əhəmiyyət daşımamasını göstərsə də, həmin icraat çərçivəsində verilən izahata sübut kimi qiymət verməmiş, eyni ilə birinci instansiya məhkəməsi kimi cavabdehin nəyə görə məhkəmə baxışında fərqli izahat ver məsinə aydınlıq gətirməmişdir. Baxmayaraq ki, iddiaçı apellyasiya şikayətində cavabdehin cinayət işinin başlanmasının rədd olunması haqqında xx.xx.2024-cü il tarixli qərarda əks edilən izahatı ilə bağlı dəlillər irəli sürmüşdü.

46. Mülki Prosessual Məcəlləsinin 392.1.5-ci maddəsi tələb edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində məhkəmənin nəticəyə gəlməsi barədə motivlər və məhkəmənin rəhbər tutduğu qanunlar göstərilməlidir.

47. İddiaçının apellyasiya şikayətinin bütün dəlillərini yoxlayıb qiymət vermək işə mahiyyəti üzrə baxan məhkəmə kimi apellyasiya məhkəməsinin vəzifəsidir. Eyni hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir çox qərarlarında da öz əksini tapıb. (Məs., “G.Həsən-zadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Koll egiyasının 2 aprel 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair”)

48. Beləliklə, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yeni apellyasiya baxışına qaytarılmalı, işə yenidən baxan məhkəmə hazırki qərarı əks mövqe nümayiş etdirmək üçün formal əsas kimi qəbul etməyərək, qətnamənin ləğv olunma əsası kimi yuxarıda şərh edilən pozuntuları aradan qaldırmalı, mübahisənin tam, hərtərəfli və obyektiv həlli baxımından bütün zəruri prosessual hərəkətləri etməli, tərəflərin hüquq münasibətinə və işin müəyyən edilmiş hallarına uyğun gələn maddi hüquq normalarını düzgün tətbiq etməklə qanuni və əsaslı qərar qəbul etməl idir.

49. Yuxarıda göstərilənləri və Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1443/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yeni apelyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar