Məhkəmə qərarları › İş №2(102)-4008/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4008/2023

31.10.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4008/2023 31.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı Əsədova (Davudova) Rəvanə İskəndər qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: maddi və mənəvi zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X2 ibarət tərkibdə, iddiaçı Əsədova (Davudova) Rəvanə İskəndər qızının cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı kirayə haqqının, maddi və mənəvi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ev 33, mənzil 84 xüsusi mülkiyyət hüququ ilə 28 iyul 2016-cı il tarixdə Əsədova (Davudova) Rəvanə İskəndər qızının (bundan sonra – iddiaçı) adına qeydiyyata alınmışdır. 2. "xxxx" MMC (bundan sonra – cavabdeh və ya MMC) ilə iddiaçı arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, iddiaçı istifadəsində olan Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 33-də olan mənzilini boşaldaraq təhvil verməyi, cavabdeh isə bunun müqabilində söküntüsü nəzərdə tutulmuş binada iddiaçının mülkiyyətində olan mənzilin həmin mərtəbə səviyyəsində faktiki yaşayış sahəsinə 25% əlavə edilməklə, 90,25 kv.m təmirli mənzili onun mülkiyyətinə verməyi öhdəsinə götürmüşdür, eyni zamanda, cavabdeh yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğdə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. MMC yeni tikiləcək binanın bünövrəsi qoyulduqdan sonra tikinti işlərini 16 ay müddətinə başa çatdıraraq müqavilə şərtlərinə əsasən iddiaçıya mənzili təmir edib təhvil verməyi öhdəsinə götürmüşdür.

3. Tərəflər arasında bağlanmış 25 avqust 2016-cı il tarixli müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 nömrəli 1 otaqdan mənz il bir pay kimi iddiaçıya verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 1000 manat təyin edilir. Cəmi 56,5 kv.m sahəsi üçün 56500 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, yəni 16760 manat məbləğində ödənilmişdir.

4. İcraçı qismində cavabdeh ilə payçı qismində iddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 90,4 kv.m olan, 66 nömrəli 2 otaqdan ibarət mənzili bir pay kimi iddiaçıya verir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı mənzili təhvil verir, payçı isə mənzili qəbul edir.

5. İcraçı qismində cavabdeh ilə payçı qismində iddiaçı arasında bağlanmış 22 avqust 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdeh Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 nömrəli 1 otaqdan ibarət mənzili bir pay kimi iddiaçıya verir. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 850 manat təyin edilir. Cəmi 55,6 kv.m sahə üçün qiymət 47.260 manat təşkil edir. Bu müqavilə ilə müəyyən olunmuş, yuxarıda göstərilən mənzilin qiymətinin bir hissəsi, müqavilə qiymətindən 35% miqdarında, yəni 16.760 manat məbləğində ödənilmişdir. Tikinti işləri başa çatdıqdan sonra müqavilənin əsas predmeti kimi icraçı mənzili təhvil verir, payçı isə mənzili qəbul edir. 6. 18 mart 2020-ci il tarixli 10 nömrəli kirayə müqaviləsinə əsasə n, kirayə verən ona məxsus olan ünvan 2 ünvanında yerləşən mənzili kirayəçi Davudov Kənana kirayəyə vermişdir. Kirayə verilmiş mənzilin aylıq kirayə haqqı 550 manat məbləğində razılaşdırılmışdır.

7. Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti (İH) başçısının İ müavini tərəfindən iddiaçının elektron poçt ünvanına ünvanlanmış 22 iyul 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, A.M.Şərifzadə küçəsi 33 ünvanda hal-hazırda binanın 1, 2 və 4-cü girişlərində dəmir-beton işləri başa çatıb, 3-cü girişdə 18-ci mərtəbədə davam etdirilir. Ardıcıl olaraq hörgü və digər işlər aparılır, MMC-nin rəhbərliyinin verdiyi məlumata əsasən şirkətlə aralarında bağlanmış müqavilə şərtlərindəki ölçülərə uyğun olaraq, sakinlərə mənzilin verilməsi təmin ediləcəkdir. Tikintinin geçikməsi ilə bağlı vətəndaşların m üraciətlərini nəzərə alaraq İH tərəfindən 31 may 2020-ci il tarixdə sakinlərin nümayəndələri ilə şirkətin rəhbərliyinin görüşü təşkil edilmişdir. Həmin görüşdə vəziyyət araşdırılmış, ilin sonuna qədər tikinti işlərinin əsasən tamamlanması və təmir işlərinə başlanması barədə ümumi razılıq əldə edilmişdir. Lakin tikintidə geriləmə davam etməkdədir. Yaranmış vəziyyətlə bağlı tikinti şirkətinin rəhbərliyi ilə əlaqə saxlanılmış, 13 fevral 2021-ci il tarixdə İH-nə dəvət olunmuş, işlərin sürətləndirilməsi və tezliklə başa çatdırılmasının vacibliyi bir daha onların diqqətinə çatdırılmış, məsələnin həlli İH tərəfindən nəzarətə götürülmüşdür. 07 aprel 2021-ci il və 30 iyun 2021-ci il tarixlərdə İH-da payçıların nümayəndələri ilə şirkət rəhbərinin görüşü təşkil edilmişdir. İş üzrə qəbul edilmiş məhkə mə aktları a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2021 və 2022-ci illər üzrə ödənilməmiş bütün kirayə haqlarının ödənilməsi, tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən sonra çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, cavabdeh tərəfindən ona 70.000 manat təzminatın, iddia ərizəsinin verilməsinə görə 313,5 manat rüsumun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 19 avqust 2016-cı il tarixə kimi mülkiyyətçisi olduğu Şərifzadə küçəsi ev 33 mənzil 84 ünvanında yaşamışdır. Həmin tarixdə yaşadıqları bina onun razı olmadığı və daşınmadığı halda, Yasamal rayonunun sabiq İcra Hakimiyyəti başçısı İbrah im Mehdiyevin birbaşa müşayiəti və göstərişi ilə cavabdeh şirkət tərəfindən sökülmüşdür. O, sökülmə başlandıqdan sonra köçdüyü üçün ev əşyalarının çoxunu daşıya bilməmişdir və qalanlardan xeylisini də dəfələrlə yaşadığı köç proseslərində itirmişdir. Bütün bu stres və həyəcan sağlamlığına ciddi mənfi təsirini göstərmişdir. Həmin vaxt keçirdiyi gərginlik, ondan sonra dəfələrlə müxtəlif mənzillərə daşınma məcburiyyəti və Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilmiş hüquqlarının pozulmasının mənfi təsirlərini bu gün də yaşayır. Cavabdehlə aralarında 23 avqust 2016-cı il tarixdə bağlanmış müqavilənin 2.2.5-ci maddəsində yeni tikiləcək pilot layihəli binanın bünövrəsi qoyulduqdan 16 ay sonra tikinti işlərinin tamamlanacağı göstərilsə də, 22 avqust 2019-cu il tarixdə bağlanmış iki nci müqavilədə bu bənd çıxarılmışdır. Binanın sökülməsindən artıq 6 il keçməsinə baxmayaraq, hələ də binanın tikintisi tamamlanmamış və binada uzun müddətdir ki, ciddi şəkildə işlər aparılmır. Bu minvalla tikintinin nə vaxt tamamlanacağını da söyləmək mümkün deyil. Bütün bu dövr ərzində 3 dəfə kirayə mənzil dəyişməklə, hələ də kirayədə (şirkət əvvəlki illərdə cüzi kirayə haqqı 300 manat versə də, artıq 20 aydır ki, ödəmir) yaşayırlar və bunun üçün ayda 550 manat ödəyir. O, oğlu üçün də həmin binada mənzil almaq üçün şirkət rəhbəri Əliyev Raufla 25 avqust 2016-cı il tarixdə müqavilə bağlamış və bu məqsədlə ona 16.700 manat vermişdir. Hazırda oğlu evlidir və ayda 370 manat ödəməklə, ayrıca mənzildə kirayədə yaşayır. Ayda 920 manat kirayə vermələri onların ailəsinin maddi vəziyyətini xeyli gə rginləşdirir. Tikintisi aparılan bu binada mənzillərin əksəriyyətinin çox sayda vətəndaşlara satışı halları vardır. Şirkətin bina yaxınlığındakı ofisi daim bağlıdır. Şirkət rəhbərləri telefon zənglərinə cavab vermir, sakinlərə qarşı hörmətsiz davranışlar göstərirlər.

10. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) e-2(007)-2726/2022 nömrəli, 25 noyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Q.Əliyeva) iddia rədd olunmuşdur.

11. Məhkəmə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış ilkin, yəni 03 avqust 2016-cı il tarixli müqavilə üzrə iddiaçıya hər ay 300 manat kirayə haqqının ödənilməsi nəzərdə tutulsa da, sonradan, yəni 22 avqust 2019-cu il tarixli müqavilə üzrə MMC tərəfindən binanın tikintisi başa çatdırıldıqdan sonra id diaçıya mənzil veriləcəyi ilə bağlı tərəflər razılığa gəlmiş və bu razılıq müqavilə ilə rəsmiləşdirilmişdir. Belə olan halda, tərəflər arasında mövcud olan 03 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır. Əvvəlki müqaviləyə əsasən 2021-2022-ci illər üzrə kirayə haqqının ödənilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi 2021 və 2022-ci illər üzrə ödənilməmiş 5100 manat kirayə haqqının ödənilməsi hissəsində təmin oluna bilməz.

12. Məhkəmə iddia tələbinin tamamlanacaq binada ona veriləcək mənzildən əlavə olaraq, binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərin maddi və mənəvi təzminatı olaraq, şirkət tərəfindən ona 70.000 manat təzminatın ödənilməsi hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçının verdiyi izahatla da müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 03 avqust 2016-cı il tarixli müqavilə üzrə nəzərdə tutulmuş kirayə haqqının yeni müqavilə bağlanana kimi ödənilməsi mübahisələndirilməmişdir. İddiaçı iddia tələbini hazırkı hissəyə münasibətdə əsaslandırmamış, həmçinin məhkəmə tərəfindən iddia tələbinin göstərilən hissədə təmin edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Ona görə də, iddia tələbi həmin hissədə də təmin edilməməlidir.

13. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iş materiallarında cavabdeh ilə iddiaçı arasında bağlanmış 25 avqust 2016-cı il tarixli və 22 avqust 2019-cu il tarixli müqavilələr mövcuddur. Belə ki, iddiaçının vermiş olduğu izahatlarla müəyyən edilmişdir ki, iddiaçı həmin mənzili oğlu üçün şəxsi vəsaiti hesabına almışd ır. Belə ki, ilkin müqavilə üzrə MMC Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 4-cü blok, 16-cı mərtəbə, ümumi sahəsi 56,5 kv.m olan, 254 nömrəli 1 otaqdan ibarət mənzili bir pay kimi iddiaçıya verməyi öhdəsinə götürmüşdür. Müqavilə üzrə mənzilin dəyəri bir kv.m üçün 1000 manat, cəmi 56,5 kv.m sahə üçün isə 56.500 manat müəyyən edilmiş və mənzilin dəyərinin bir hissəsi, yəni 16.760 manat ödənilmişdir. Sonradan isə, 22 avqust 2019-cu il tarixdə həmin mənzillə bağlı yeni müqavilə bağlanılmış və müqavilə üzrə Yasamal rayonu, A.M.Şərifzadə 33 ünvanında inşa olunan yüksək mərtəbəli yaşayış binasının 1-ci blok, 15-ci mərtəbə, ümumi sahəsi 55,6 kv.m olan, 67 nömrəli mənzilin cavabdehə veriləcəyi göstərilmişdir. Məhkəmə tərəfindən göstərilən müqavilə lərin hazırkı mübahisəyə aidiyyəti müəyyən edilməmişdir.

14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385.1, 386.1, 389.1, 390.1, 399.1, 425.1, 425.2, 442, 443.1, 531.1, 531.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddianın təmin olunmasını xahiş etmişdir.

16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış həm 03 avqust 2016-cı il tarixli, həm də 22 avqust 2019-cu il tarixli müqavilələr Şərifzadə küçəsi 33 ünvanında yerləşən iddiaçının mülkiyyətində olmuş və cavabdeh tərəfindən sökülmüş mənzillə bağlıdır. Tərəflər arasında bağlanmış 25 avqust 2016-cı il tarixli və 22 avqust 2019-cu il tarixli müqavilələr isə sözügedən binanın yerində tikiləcək binada alınacaq bir (eyni) mənzillə bağlıdır. 22 avqust 2019-cu il tarixli müqavilə iddiaçıya inşa edilən binada konkret olaraq hansı mənzilin (blok 1, mərtəbə 15, mənzil 66) verilməsini müəyyən edir. Belə olan halda, məhkəmənin “tərəflər arasında mövcud olan 03 avqust 2016-cı il tarixli müqavilə üzrə öhdəliklərə xitam verilmiş, bağlanmış yeni müqaviləyə əsasən yeni öhdəliklər yaranmışdır” qənaəti tamamilə absurddur. Hər iki müqavilə eyni mənzillə bağlı olduğundan və birinci müqavilədə konkret olaraq hansı mənzilin verilməsi əks olunmadığından, iddiaçının MMC ilə “veriləcək mənzilin dəqiqləşdirilməsini nəzərdə tutan” yeni müqavilə bağlaması əvvəlki öhdəliklərinin xitamına əsas ola bilməz. 22 avqust 2019-cu il tarixli müqavilədə 03 avqust 2016-cı il tarixli müqavilənin qüvvəsini itirməsi barədə bənd olmadığı halda, birmənalı olaraq, əvvəlki öhdəliklərə xitam verilməsi qənaətinə gəlmək əsassızdır. 22 avqust 2019-cu il tarixli müqavilədə kirayə haqqının ödənilməsi barədə şərtin olmamasının iddiaçının həqiqətən kirayə haqqının bundan sonra ödənilməməsinə razılığının ifadəsi kimi qəbul edilməsi ağlabatan deyil. Bundan başqa, öhdəliyin icrası müddəti təyin edilib və onun xitamına gətirib çıxaracaq hər hansı hal baş verməyib və şərait dəyişməyib. Belə ki, Şərifzadə 33 ünvanında inşa olunacaq bina tamamlanıb iddiaçıya təhvil verilməyib. Belə vəziyyətdə, tərəflər arasında bağlanan yeni müqavilə kirayə haqqının ödənilməməsi ni kompensasiya edən dəyişikliklə bağlanmadığı və iddiaçının xeyrinə dəyişən şərait olmadığı halda sonradan kirayə haqqının ödənilməməsi o deməkdir ki, yeni müqavilə aldatmaqla bağlanmış əqddir. Müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə iddiaçıya vurulmuş maddi zərərin əvəzi ödənilməlidir. Belə ki, cavabdeh tərəfindən 2021-ci il üzrə - yanvar, mart, aprel, may, iyun, iyul, avqust, noyabr və 2022-ci il üzrə - yanvar, fevral, mart, may, iyun, iyul, avqust, sentyabr, oktyabr ayları kirayə haqları ödənilməmiş ki, hər bir ay 300 manat olmaqla, ümumilikdə 5100 manat məbləğində pul və mənzil təhvil verilənədək hər ay üçün 300 manat hesablanmaqla kirayə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 25 avqust 2016-cı il tarixli və 22 avqust 2019-cu il tarixli müqavilələr də iddiaçı və cavabdeh arasında bağlanmış və cavabdeh tərəf müqavilə münasibətlərindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Neçə illərdir ki, mənzil iddiaçıya təhvil verilməməklə ona həm maddi, həm də mənəvi zərər vurulmuşdur. Əvvəla, müqavilədə satıcının öhdəliklərinin - icra vaxtının göstərilməməsi mülki qanunvericiliyin tələblərinə ziddir. Digər tərəfdən, iddiaçı ilə müqavilə bağlanarkən cavabdeh MMC 16 ay müddətinə mənzili iddiaçının istifadə və sahibliyinə verəcəyinə dair öhdəlik götürmüşdür. Sökülmüş mənzillə bağlı tərəflər arasında bağlanan müqavilədə öhdəliyin icra vaxtı kimi 16 ay müddət müəyyən edildiyindən, yeni alınacaq mənzillə bağlı müqavilə üzrə də həmin müddətə təhvil veriləcəyini iddiaçının düşünməyi normal haldır. İddiaçının müqavilə bağlanan zaman şifahi razılaşmadan fə rqli olaraq, müqavilədə müddətin qeyri-müəyyən olması ilə bağlı müddəanın olmasını bildiyi halda müqavilə bağlamayacağı cavabdehə məlum olduğundan, bu hal barəsində susmuşdur. Məhkəmənin yanaşmasına görə, bu müddət on illərlə davam edə bilər və bu müqavilə şərtinə və mülki qanunvericiliyə uyğundur. Aydın məsələdir ki, alıcı qeyri-müəyyən müddətə tikiləcək mənzilə görə cavabdehə hər hansı məbləğdə ödəniş etməz. Normal halda, aldatma olmadan illərlə davam edən müddətə müqavilə bağlanmayacağı məlumdur. Belə olan halda sözügedən müqavilənin etibarlılığı da mübahisəlidir. Bundan başqa, tərəflər arasında müqavilə 25 avqust 2016-cı il tarixdə bağlandığından və müqavilə üzrə razılaşdırılmış mənzilin iddiaçıya söz verildiyi kimi 2018-ci ilin yanvar ayından (16 ay müddətində) təhvil veriləcəyi təqdi rdə iddiaçı kirayə haqqı ödəməklə əlavə zərərə məruz qalmayacaqdı. Qeyd olunan ərazidə 1 otaqlı, normal təmirli mənzilin aylıq kirayə xərci minimum 500-600 manat civarında dəyişməkdədir. Buna görə də, iddiaçıya cavabdeh tərəfindən məhz müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsinə görə vurulmuş zərərin əvəzi ödənilməlidir. Aylıq kirayə xərci minimum 400 manat götürülsə, bu 2018-ci ilin yanvar ayından bu günədək 24.400 manat zərər edir. Tələbin bu hissəsi ilə aşkar edilmiş pozuntu arasında səbəbli əlaqə var və iddiaçının mənzil üzərində nəzarəti itirməsi nəticəsində maddi ziyana məruz qalması yəqindir. İddiaçı yaşayış üçün, evə sahib olmaq üçün pul ödəməsinə baxmayaraq, cavabdehin özbaşına, qanunsuz hərəkətlərindən illərdir stress çəkir. Bu illər ərzində müvəqqəti məskunlaşması, şəxsi evə sahib olma gözləntisi və hər dəfə cavabdehin qanunsuz hərəkətləri, keçirdiyi gərginlik, həyəcan sağlamlığına mənfi təsirini göstərmişdir. İddiaçının bu illər ərzində dərin stress, mənəvi sarsıntılar keçirməsi, ailənin acınacaqlı vəziyyətə düşməsi onda gərginliyin və müxtəlif xəstəliklərin yaranmasına səbəb olmuşdur.

17. İddiaçının nümayəndəsi tərəfindən məhkəməyə ərizə təqdim olunaraq ümumi tələb olunan məbləğin tərkibi açıqlanmaqla xx.xx.2016-cı il tarixli müqavilə üzrə kirayə haqqına görə 5100 manat və 19.120 manat, xx.xx.2016-cı il tarixli müqavilə üzrə 21.950 manat, müalicəyə çəkilən xərc üzrə 1057 manat məbləğində real zərər, 27.873 manat mənəvi zərər, iddia ərizəsinin verilməsinə görə ödənilən 313,5 manat dövlət rüsumu və apellyasiya şikayətinin verilməsi üçün ödənilən 159,71 manat d övlət rüsumunun MMC-dən tutularaq iddiaçıya ödənilməsi xahiş edilmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – F.Qasımov (sədrlik edən və məruzəçi), F.Abdıyev və X.Sarıyev) apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - kirayə haqqının ödənilməsi tələbi ilə bağlı hissədə ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilmiş, kirayə haqqının ödənilməsi hissəsində iddia qismən təmin edilmiş, 5100 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

19. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarət olmuşd ur ki, Mülki Məcəllədə öhdəliyə xitam verilmənin konkret əsasları qeyd olunmuşdur. İddiaçının hazırkı iddianın faktiki əsası kimi istinad etdiyi 03 avqust 2016-cı il tarixli müqavilə hazırda qüvvədədir. Mənzil təhvil verilmədiyindən müqavilə üzrə öhdəliklər cavabdeh tərəfindən yerinə yetirilməmişdir. Bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi əsasları mövcud deyil, tərəflər arasındakı sonrakı müqavilədə də bu müqavilə üzrə öhdəliklərə xitam verilməsi barədə hər hansı razılaşma olmamışdır. 20. 22 avqust 2019-cu il tarixli müqaviləni öhdəliyə tərəflər arasında mövcud olmuş ilkin öhdəliyin eyni şəxslər arasında digər predmet və ya icra üsulu (novasiya) nəzərdə tutan başqa öhdəliklə əvəz edilməsi barədə razılaşma da hesab etmək olmaz. Bu müqavilədən aydın şəkildə görünür ki, tərəflərin məqsə di nə aralarındakı əvvəlki müqavilənin predmeti, nə də icra üsulunun dəyişdirilməsi olmamış, sadəcə əvvəlki müqavilənin icrası zamanı iddiaçıya təhvil veriləcək mənzilinin dəqiq ünvanı müəyyənləşdirilmişdir. 21. 03 avqust 2016-cı il tarixli müqavilə hazırda qüvvədə olduğundan və bu müqavilə əsasında cavabdeh tərəfindən hər ay 300 manat məbləğdə kirayə haqqının ödənilməsi barədə öhdəlik 2021 və 2022-ci il üzrə icra edilmədiyindən, həmin illər üzrə hesablanmış 5100 manat məbləğdə kirayə haqqı cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

22. Məhkəmə şikayətin digər hissələrdə qətnamənin ləğvinə yönəlmiş dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, iddiaçının bu hissədə tələbini binanın sökülməsindən bəri çəkdiyi məhrumiyyət və məşəqqətlərə görə maddi və mənəvi təzminatı olaraq 70.000 manatı n ödənilməsi təşkil edir. İddiaçı bu hissədə tələbini əsaslandıra bilməmiş, dəqiq hansı məhrumiyyətlərlə üzləşdiyini, hansı əsaslarla təzminatı 70.000 manat məbləğdə hesabladığını əsaslandıra bilməmişdir.

23. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 390.1, 399.1, 386.1, 425.1, 425.2, 442, 443.1, 527.1, 531.1, 531.3-cü, MPM-in 14.2, 77.1, 217.1, 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni iddianın rədd edilməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddianın tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

25. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının səhhətində baş vermiş dəyişiklik lər, o cümlədən "xxxx" xəstəliyinə düçar olması ilə MMC-nin qanunsuz əməlləri arasında səbəbli əlaqə mövcuddur və bu, işdə olan sənədlərlə, o cümlədən, tibbi sənədlərlə tam təsdiq edilir. Lakin işə baxmış Bakı Apellyasiya Məhkəməsi maddi və mənəvi zərərin ödənilməsi barədə tələbin güya əsaslandırılmamasına istinad edərək, iddianı həmin hissədə rədd etmişdir. Məhkəmə bu zaman həmin tələbin hüquqi əsasını müəyyən etməmiş, qətnaməsində maddi hüquq normalarına istinad etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Mülki Məcəllə

27. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müq avilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

28. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

29. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaq ətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.

30. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır.

31. Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər;

32. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur;

33. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaq la, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır;

34. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir;

35. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

36. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə on un pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür;

37. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

38. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

39. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

40. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nə ticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarı

41. Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən ol unmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli, 7 saylı Qərarı

42. Bənd

9. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X1 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztir ab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir.

43. Bənd

8. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o, hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

44. Bənd

10. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmu ş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu

45. Maddə

12. İstehlakçıların bu Qanunda nəzərdə tutulan hüquqları istehsalçı (icraçı, satıcı) tərəfindən pozularsa, istehlakçıya dəyən mənəvi ziyan günahkar tərəfindən ödənilməlidir. Ödənilən ziyanın dəyəri, qa nunla başqa hal nəzərdə tutulmayıbsa, məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllə

46. Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz.

47. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

48. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

49. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

50. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

51. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

52. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

53. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılm amasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

54. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

55. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

56. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozu ntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

57. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

58. Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçının kassasiya şikayəti əsasında iddianın təmin olunmayan hissəsində yoxlanılır. Kassasiy a instansiyası məhkəməsinin mövqeyi

59. Məhkəmə kollegiyası hesab edir ki, mənəvi ziyanın tutulması tələbinin rədd olunması istisna olmaqla, qalan hissələrdə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin həmin hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

60. Kassasiya şikayətinin həmin hissələri bağlı dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

61. Bu hissələrlə bağlı kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər ü zrə araşdırma aparılmır, onlara qiymət verilmir.

62. İddiaçının mənəvi ziyanın tutulması tələbinə aid hissədə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

63. İddiaçı birinci instansiya məhkəməsində maddi və mənəvi ziyan qismində ümumilikdə 70000 manat təzminat tələb etsə də, apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi yazılı ərizə təqdim edərək, həmin məbləğin açılqlamasını vermiş və cavabdehdən 27873 manat mənəvi zərər tələb etdiyini bildirmişdir (§ 17).

64. Mənəvi ziyan tələbinin hüquqi əsasları Mülki Məcəllənin 23-cü, 1096-cı və 1097ci maddələrində, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsində nəzərdə tutulmuşdur (§ 29, 38-45).

65. Sadalanan maddi hüquq normalarının dispozisiya şərtlərinə görə mənəvi zərərin ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.

66. Nəzərə alınmalıdır ki, maddi zərər çəkilmiş və ya çəkməli olan xərclərdə, əmlak itkilərində, habelə əldən çıxmış faydada ifadə edildiyi üçün MPM-in 77.1-ci maddəsinə müvafiq olaraq, bu cür tələb irəli sürmüş şəxs ona məhz tələb etdiyi həcmdə maddi zərər dəydiyini təsdiq edən konkret sübutlarını məhkəməyə təqdim etməlidir. Belə ki, MPM-ə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalı, onlardan istifadə etməlidir. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (§ 46-48).

67. Maddi zərərdən fərqli olaraq mənəvi zərər qeyri-əmlak xarakterli olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur və adətən şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir.

68. Belə zərər anadangəlmə və ya qanun əsasında şəxsə məxsus olan qeyri-maddi nemətlərə aid hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir, bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur (§ 41).

69. Ona görə də əgər baxılan iş üzrə iddiaçı cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara və ya mənfi psixoloji reaksiyaya məruz qaldığını sübuta yetirərsə, yaxud işin müəyyən edilmiş hallarına əsasən belə nəticələrin mövcudluğu aşkar olarsa, məhkəmənin iddiaçıdan mənəvi zərərə məruz qaldığı barədə başqa konkret sübutlar tələb etməsinin hüquqi əsası yoxdur. Bu zaman məhkəmənin üzərinə düşən vəzifə mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin digər diqqətəlayiq hallarını nəzərə alaraq mənəvi zərərin ağlabatan və ədalətli miqdarını müəyyən etməkdir (§ 44).

70. Baxılan işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına görə cavabdeh 2016-cı ildə iddiaçı ilə bağladığı müqavilə əsasında onun uzun illər yaşadığı binada yerləşən və mülkiyyətində olan mənzili sökərək, 16 ay müddətində həmin binanın yerində inşa ediləcək yeni binada onu mənzillə təmin etməyi, həmçinin yeni binanın tikintisi başa çatanadək müvəqqəti yaşayış məqsədi ilə kirayə haqqı qismində hər ay 300 manat məbləğdə kompensasiya ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iddiaçı sökülən mənzildən əlavə yeni tikilən binada ayrıca mənzilə dair də cavabdehlə müqavilə bağlamış və ona pul ödəmişdir. Cavabdeh bir müddət kirayə pulunu ödəsə də, sonradan həmin vəsaiti ödəməkdən əsassız imtina etmiş və mənzilləri təhvil vermək lə bağlı müqavilə öhdəliklərini hal-hazıradək yerinə yetirməmişdir.

71. Apellyasiya instansiyası məhkəməsi mənəvi ziyan tələbinin təmin olunmamasını belə əsaslandırmışdır ki, iddiaçı dəqiq hansı məhrumiyyətlərlə üzləşdiyini, mənəvi təzminatın məbləğini hansı qaydada hesabladığını əsaslandıra bilməmişdir.

72. Halbuki işin məhkəmələr tərəfindən müəyyən edilmiş sadalanan halları əsasında iddiaçının cavabdehin qanunsuz hərəkətləri nəticəsində mənəvi və fiziki iztirablara, mənfi psixoloji reaksiyaya məruz qaldığı aşkardır. Mövcud vəziyyətdə birinci və apellyasiya instansiyası məhkəməsinin iddiaçının cavabdehin hərəkətləri nəticəsində mənəvi zərərə məruz qaldığını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyi (tələbini əsaslandıra bilmədiyi) əsası ilə həmin tələbin təmin olunmaması yuxa rıda istinad olunan maddi və prosessual hüquq normalarının tələblərinə uyğun deyil.

73. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mənəvi zərər tələbinin təmin olunmayan hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

74. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Əsədova (Davudova) Rəvanə İskəndər qızı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2517/2023 nömrəli, 30 may 2023-cü il tarixli qətnaməsi qismən - mənəvi zərərin təmin olunmaması hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün h əmin məhkəməyə göndərilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar