Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4009/2025 29.01.2026 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzildən istifadə hüququna kompensasiya ödənilmədən xitam verilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5260/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 yanvar 2026-cı il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin hallar ı
1. Bakı şəhər İcra Hakimiyyəti Başçısının 1024 saylı, xx.xx.2000-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş Bakı şəhər İcra Hakimiyyəti Aparatı mənzil-kooperativ məsələləri üzrə ictimai komissiyanın 7 saylı, xx.xx.2000-ci il tarixli protokolundan görünür ki, Bakı şəhər Mənzil Kooperativ Təsərrüfatı İdarəsi tərəfindən X1 mənzilə dair order verilmişdir. Komissiya iclasında orderin verilməsinə razılıq məsələsinin müzakirəsi zamanı müəyyən edilmişdir ki, Hacı Rəhimov xx.xx.1995-ci il tarixdə 5 nəfər ailə üzvü ilə kooperativ mənzil növbəsində olmuş və "xxxx" MTK-nin üzvlərinin ümumi yığıncağının xx.xx.1998-ci il tarixli, 06 saylı protokolu ilə Hacı Rəhimov həmin MTK-ya üzv qəbul olunub və mənzillərin bölüşdürülməsi zamanı ona Cəfər Xəndan küçəsi 26 saylı ünvanda sahəsi 62.33 kv.m olan 86 sayl ı 4 otaqlı kooperativ mənzil verilmişdir. Həmin iclasın nəticəsində ona order verilməsinə və orderə özü, arvadı və 3 oğlunun daxil edilməsinə razılıq verilmişdir. Nəticədə xx.xx.2001-ci il tarixdə Hacı Rəhimova 023931 saylı order verilmişdir. 2. 24.12.2005-ci il tarixdə iddiaçının oğlu X11 ilə cavabdeh X3 nikaha daxil olmuş və cehiz əşyaları ilə birlikdə cavabdeh həmin mübahisə predmeti olan mənzilə köçmüşdür. Onların nikahı xx.xx.2018-ci il tarixli məhkəmə qətnaməsinə əsasən pozulmuş və birgə nikahdan olan 2 uşağın ananın yanında saxlanması müəyyən edilmişdir. İddiaçı və onun ailəüzvləri heç vaxt həmin mənzildə yaşamamış, onlar İ.Dadaşov küçəsində yerləşən digər mənzillərində yaşamışlar.
3. Nikah pozulduqdan sonrada cavabdeh uşaqları ilə birlikdə həmin mənzildə yaşamağa davam etmiş və yal nız məhkəmə icraatı dövründə mənzildən çıxmışdır. Cavabdeh iddiaçının kommunal xidmətlərdən istifadə etməyə yaratdığı maneələrdən dolayı evdən çıxmağa məcbur olduqlarını iddia edirlər, iddiaçı tərəf isə cavabdehin bu dəlilləri ilə razılaşmır və bununla bağlı cavabdeh tərəfindən hər hansı sübut təqdim edilməmişdir.
4. Cavabdeh 2021-ci il tarixdə Suraxanı rayonu, Hövsan qəsəbəsində ipoteka ilə mənzil almışdır. Bununla belə, həmin mənzili məhkəmə icraatı dövründə xx.xx.2025-ci il tarixdə ilkin razılaşma əsasında 44.000 manata başqa şəxsə satmışdır.
5. İddiaçı xx.xx.2024-cü il tarixdə Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinə müraciət edərək, əri X4 vəfat etməsinə görə (elektron məhkəmə sistemindən müəyyən edilir ki, xx.xx.2016-cı il tarixdə vəfat etmişdir) birgə nikah dövründə əldə edilmiş mənzilin bütün vərəsələrin razılığı ilə onun adına özəlləşdirilməsini xahiş etmiş və onun tam pay xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır.
6. İddiaçı keçmiş ailə üzvü kimi cavabdehin 5 il müddətində onun mənzilində yaşadığına, ipoteka ilə mənzil aldığına görə yaşayış sahəsinə ehtiyacının aradan qalxmasına və könüllü olaraq daimi əsaslarla mənzildən çıxmasına əsaslanaraq istifadə hüququna xitam verilməsini tələb edir.
7. Cavabdeh isə 2005-ci ildə dövlət mənzil fonduna məxsus olan mənzilə köçərək icarədarla eyni həcmdə istifadə hüququ əldə etdiyinə, başqa yaşayış sahəsinin olmadığına, mənzildən çıxmağa məcbur edildiyinə, ipotekada olan evi artıq satdığına əsaslanaraq, kompensasiya ödənilmədən istifadə hüququ na xitam verilməli olmadığını bildirərək, iddiaya etiraz edir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
8. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilindən çıxarılması, mənzilin boşaldılması və cavabdehin bu mənzil üzrə istifadə hüququ olmayan şəx hesab edilməsi barədə qətnamə qəbul edilməsini, eyni zamanda qətnamədə cavabdehin mənzildən qeydiyyatdan çıxarılması üçün əsas olması bəndinin qeyd edilməsinin xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzili iddiaçının xüsusi mülkiyyətindədir. Cavabdeh oğlu, X2 həyat yoldaşı olmuşdur. Tərəflər arasında nikah artıq bir neçə ildir ki pozulmuşdur. Nikah pozulduqdan sonra cavabdeh onun mənzilində yaşamaqda davam edir. Cavabdehin əşyaları da onun mənzilində yerləşir. Qeyd edir ki, cavabdeh özünə ipoteka krediti ilə ev almışdır, eyni zamanda valideynlərinin də evləri vardır. Cavabdeh onun heç bir ailə üzvü deyildir. Mənzilindən qanunsuz, onun iradəsinə zidd olaraq istifadə edir. Mənzildən cavabdeh istifadə edir, orada yaşayır, həmin mənzildə əşyaları vardır. Eyni zamanda qeyd edir ki, cavabdeh onun mənzilində pasport qeydiyyatındadır. Hazırda o, öz mənzilinə köçmək istəyir, lakin cavabdeh buna mane olur. Dəfələrlə cavabdehə mənzilini boşaltmasını, mənzildən çıxmasını, mənzildən qeydiyyatdan çıxmasını tələb etsədə, cavabdeh imtina etmişdir. Cavabdehin onun ailə üzvü olmadığını, onun mülkiyyətçi olmağını nəzər ə alaraq, cavabdehin mənzilimi boşaltmasını, mənzildən çıxarılmasını, eyni zamanda mənzildən istifadə hüququ olmayan şəxs hesab edilməsini istəyir.
10. İşin baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbinin həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzilindən istifadə hüququna xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. İddia tələbinin həcminin azaldılmasına dair ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 26 saylı evin 86 saylı mənzili mərhum əri Hacı Rəhimova order əsasında 1998-ci ildə verilmişdir. Orderdə ailə üzvləri olaraq o və 3 oğlu qeyd edilmişdir. 14 dekabr 2016-cı ildə Hacı Rəhimov vəfat etmişdir. Vərəsəlik hüquqlarını reallaşdırmaq üçün 11 saylı Dövlət Notariat Kontoruna mürtaciət etmiş və ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Qeyd edilən mənzili özəlləşdirmək üçün müvafiq sənədləri təqdim etməklə, adına çıxarış almışdır. Cavabdeh onun keçmiş gəlinidir. O, 24 dekabr 2005-ci il ildə oğlu, X11 ilə nikaha daxil olmuşdur. Nikaha daxil olduqdan sonra mübahisəli mənzilə cehiz əşyalarını gətirmişdir. 21 fevral 2013-cü ildə mənzilə pasport qeydiyyatına alınmışdır. Ailə daim münaqişəli olduğundan tərəflərin 2019cu ildə nikahları pozulmuşdur. Nikah pozulduqdan sonra 5 il müddətində cavabdeh onun mənzilində yaşamışdır. Cavabdeh onun mənzilində yaşadığı təqdirdə, ipoteka ilə özünə Hövsan qəsəbəsində mənzil almışdır. Cavabdehdən dəfələrlə mənzili boşaltmağı tələ b etmişlər, lakin faydası olmamışdır. Buna görə də mənzildən çıxarılma, mənzilin boşaldılması və sair tələblə məhkəməyə müraciət etmişlər. İş məhkəmədə getdiyi ərəfədə cavabdeh bütün cehiz əmlaklarını götürməklə, mənzili boşaltmış, özü də çıxıb getmişdir. Cavabdeh mənzili boşaltsa da, mənzildə qeydiyyatda qalmışdır. Buna görə də hazırda məhkəməyə müraciət edərək, cavabdehin istifadə hüququna xitam verilməsini zəruri hesab edir. Həmçinin qeyd edir ki, cavabdehlə onun arasında mənzilə istifadə hüququnun qeydiyyata alınması ilə nağlı notariat qaydasında təsdiq edilmiş hər hansı bir razılaşma olmamışdır. Bundan başqa, xüsusi ilə qeyd edir ki, cavabdehin başqa yaşayış yeri vardır, cavabdehin yaşayış yerinə ehtiyacı yoxdur. Yaşayış yerinə ehtiyacının olmaması Hövsan qəsəbəsində ev əldə etdiyi an dan kompensasiya hüququnu istisna edir. Cavabdehin istifadə hüququna xitm verilməməsi onun mülkiyyət hüquqlarını pozur.
12. Cavabdehin nümayəndəsi və vəkili Vəkil1 iddiaya qarşı yazılı etirazla məhkəməyə müraciət edərək göstərmişdir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, cavabdeh iddiaçının oğlu X11 ilə 24 dekabr 2005-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Ailə həyatı qurduğu 24 dekabr 2005-ci il tarixdə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə köçmüşdür. Mənzil köçdüyü gündən bir neçə gün qabaq ailəsi tərəfindən ona verilmiş cehiz əşyaları həmin mənzilə köçürülmüşdür. Mənzil sahəsi boş olmuşdur. Mənzildə heç kim yaşamamışdır. Mənzil sahəsinin ona və ailə həyatı qurduğu X7 məxsus olması cavabdehə bildirilmişdir. Cavabdeh həyatı qurub, gəlin köçdüyü zaman iddiaçı və ailə üzvləri ünvan 1 ünvanda yaşamışlar. Həmin tarixdən ötən müddətdə və hazırda həmin ünvanda yaşayır. Cavabdeh ailə həyatı qurduqdan sonra 21 fevral 2013-cü il tarixədək iddiaçıya və ailə üzvlərinə məxsus olan ünvan 1 ünvandakı mənzildə pasport qeydiyyatında olmuşdur. X11 ilə nikah münasibətindən iki övladları olmuşdur. xx.xx.2006-cı il tarixdə X8 və 23 mart 2009-cu il tarixdə X9. Övladları, keçmiş həyat yoldaşı X11 və cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilində yaşamışlar. Mənzil sahəsi dövlət mülkiyyətində olmuşdur. 2023-cü ilin sonları, 2024-cü ilin əvvəllərində cavabdehə iki otaqlı mənzil alınıb verilməsi vəd olunmaqla mənzil sahəsinin özəlləşdirilməsinə dair ərizə verməsi tələb olunmuşdur. Cavabdeh isə əksinə iki otaqlı mənzilin alınıb verilməsindən sonra mənzil sahəsinin özəlləşdirilməsinə dair ərizə verəcəyini keçmiş həyat yoldaşına bildirmişdir. Aralarında razılaşma olmadığından cavabdeh ərizə verməmişdir. İddiaçı, mənzil sahəsinin mülkiyyətində olmasını təsdiq edən xx.xx.2024-cü il tarixli Çıxarışı iddia ərizəsinə əlavə etmişdir. Cavabdeh mənzil sahəsinin özəlləşdirilməsinin onun razılığı, ərizəsi olmadan edildiyini bildirərək özəlləşdirmənin qanunsuz olduğunu bildirir. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş AR DİN tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən 21 fevral 2013-cü il tarixdən həmin ünvanda X11, X8, Cavabdeh və X9 qeydiyyatdadırlar. İddiaçı, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilində qeydiyyatda olmasına dair sübut iş materiallarına əlavə olunmamışdır. İş materiallarına əlavə olunmuş sənədlərlə sübut olunur ki, iddiaçı ünvan 1 ünvanda qeydiyyatda olmuşdur. Mülki iş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə xüsusi mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydə alınmışdır. Daşınmaz əmlak üzərində hüququnun dövlət reyestrində qeydə alınması tarixinədək İddiaçı mübahisə olunan, tələb irəli sürdüyü mənzil sahəsi üzərində istifadə, sahiblik hüququ olmamışdır. İddiaçı daşınmaz əmlaka hüququnun dövlət qeydiyyatına alınması mübahisəli evə məhz bu andan istifadə, sahiblik və sərəncam vermək hüququnun yarandığı faktı kimi qəbul edilməlidir. C avabdehin isə ailə həyatı qurmaqla, mübahisə olunan mənzil sahəsinə 24 dekabr 2005-ci il tarixdə köçməsi ilə mənzil sahəsindən istifadə və sahiblik hüququnun iddiaçıdan əvvəl yarandığı hüquqi fakt kimi qəbul edilməlidir. Cavabdeh iddiaçının oğlu X11 ilə 24 dekabr 2005-ci il tarixdə nikaha daxil olaraq ailə həyatı qurmaqla Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə köçərkən iddiaçı həmin mənzilin mülkiyyətçisi olmamışdır. Bu baxımdan, hesab edir ki, dövlət qeydiyyatından keçməmiş, mübahisəli mənzil iddiaçının mülkiyyət hüququ qanuni əsaslarla yaranmadığından, iddiaçının mübahisəli evə mülkiyyət hüququ cavabdehin hüqunun pozulması ilə yarandığından iddia tələbi təmin olunmamalıdır. Digər tərəfdən yuxarıda qeyd etdiyi kimi cavabdeh 24 dekabr 2005-ci il tarixdə nikaha daxil olmaqla ailə həyatı qurub, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilə köçürüldüyü zaman həmin mənzil sahəsi iddiaçının mülkiyyətində olmamışdır.
13. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçı Cavabdeh Hacı qızının cavabdeh İddiaçı qarşı “özəlləşdirilmənin ləğv edilməsi və.s” tələbinə dair qarşılıqlı iddia ərizəsinin qəbulundan iddianın yolverilməzliyinə görə imtina edilmişdir.
14. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-395/2025 nömrəli, xx.xx.2025ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir (hakim İlkin Əliyev).
15. Birinci instansiya məhkəməsi mübahisə ilə bağlı mövqeyini belə əsaslandırmışdır ki,sübutlarla müəyyən edilir ki, mübahisəli mənzil dövlət və ictimai mənzil f ondu evi deyil. Belə ki, iddiaçının mərhum əri Hacı Rəhimov 1998-ci il tarixdə Kooperativə üzvlüyə qəbul edilmiş və payına uyğun ona mənzil verilmişdir. Bakı Şəhəri İcra Hakimiyyəti başçısının xx.xx.2000-ci il tarixli Sərəncamı əsasında verilən xx.xx.2001-ci il tarixli order icarə müqaviləsinin mövcudluğunu təsdiq edən sənəd kimi yox, Mənzil-tikinti kooperativi evində xalq deputatları Sovetinin icraiyyə komitəsinin əvəzinə (hansı ki müstəqillik dövründə onun səlahiyyətlərini artıq İcra hakimiyyətləri həyata keçirirdi) mənzillərə köçmək üçün verilən sənəd kimi çıxış etmişdir. Bu isə mənzil qanunvericiliyinin həmin vaxt tələbinə uyğun olaraq, Yerli xalq deputatları Sovetlərinin icraiyyə komitələrinin mənzil-tikinti kooperativlərinin fəaliyyətinə nəzarət funksiyasından irəli gəlirdi.
16. Ha lbuki, Kooperativin əmlakı onun üzvlərinin xüsusi mülkiyyəti hesab edilirdi. xx.xx.1999-cu il tarixli AR qanunu ilə təsdiq edilmiş və 2000-ci ilinin iyunun 1 də qüvvəyə minmiş Mülki Məcəllənin qəbulundan sonra, yəni xx.xx.2003-cü il tarixdə “Kooperasiya haqqında” Qanun qüvvədən düşmüşdür və kooperativlərlə bağlı məsələlər Mülki Məcəlləyə uyğun tənzimlənmişdir. Mülki Məcəlləyə xx.xx.2005-cü il tarixli qanunla edilmiş dəyişikliyə əsasən ona əlavə edilmiş 178.8-ci maddəsində qeyd edilmişdir ki, mənzil, bağ, qaraj və ya başqa kooperativin üzvü, pay yığımına hüququ olan digər şəxslər kooperativin verdiyi mənzil, bağ, qaraj və ya ayrı qurğu üçün pay haqqını tam verdikdə həmin əmlaka mülkiyyət hüququ əldə edirlər. Odur ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan həm mülki qanu nvericiliyə, həm mənzil qanunvericiliyinə, həm də digər qanuna əsasən iddiaçının mərhum əri kooperativin üzvü olduğundan həmin mənzilin mülkiyyətçisi hesab edilirdi. Mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından isə cavabdeh köçdüyü mənzilin mülkiyyətçisinin digər ailə üzvü hesab edildiyindən, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi. Lakin belə bir razılaşma olmadığından cavabdehin istifadə hüququ yaranmamışdır.
17. Bundan əlavə, məhkəmə qeyd etmişdir ki, hətta cavabdehin mübahisəli mənzilə istifadə hüququ yaranmış olsaydı belə, 2021-ci ildə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyi vaxtdan istifadə hüququ artıq itirilmişdi r. Cavabdehin etirazsız mübahisəli mənzildə yaşamağı onun istifadə hüququnun itirildiyi hüquqi nəticəsini dəyişmir. Əvvəla, bu haldan iddiaçının məlumatsız olması istisna edilmədiyi kimi, evdən çıxarılma tələbinin irəli sürülməməsi də cavabdehin yaşayış sahəsinə ehtiyacının mövcudluğunun davam etdiyi qənaəti yarada bilməz. Bu məqamda məhkəmə cavabdehin etirazının dəlillərini əsassız hesab edir.
18. Belə ki, yuxarıda qeyd edildiyi kimi digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdiyi vaxtdan, dolayısı ilə yaşayış sahəsinə ehtiyac aradan qalxdıqdan sonra istifadə hüququ artıq itirilmiş hesab edildiyindən, sonradan həmin şəxsin mülkiyyətində olan yaşayış sahəsini özgəninkiləşdirməsi istifadə hüququnun bərpası üçün yox, tərəflər arasında yeni münasibətlərin yaranması üçün əsas ola bi lərdi. Bununla belə, həmin hüquq münasibətinin 2025-ci il tarixdə yaranması, mübahisəli mənzilin 2024-cü il tarixdən iddiaçının mülkiyyətində olması və cavabdehin iddiaçının ailə üzvü olmaması nəzərə alındıqda, istifadə hüququnun yeni əsaslarla da yaranmasından söhbət gedə bilməz.
19. Məhkəmə daha sonra qeyd etmişdir ki, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qətnamələr şəxsin yaşayış sahəsindən istifadə hüququ mövcud olduğu hallarda belə iddialara baxılması ilə əlaqədardır. Bu növ iddialara baxılarkən, hər bir halda şəxsin istifadə hüququnun mövcud olub-olmaması məsələsi araşdırılmalıdır, belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz.
20. Bu mövqedən yanaşaraq məhkəmə hesab etmişdir ki, cavabdehin istifadə hüququ olmadığından, olmayan hüquqa xitam verilməsinin də mümkünsüzlüyünə görə iddia əsassızdır.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, istifadə hüququnun mövcudluğu məsələsini araşdırarkən tərəflər arasında mübahisəli hüquq münasibətinin nə vaxt yarandığını və həmin vaxt hansı maddi hüquq normasının tətbiq edilməli olduğunu, mübahisəli mənzilin statusunu və.s halları nəzərə almalıdır.
22. Məhkəmə bildirmişdir ki, işin müəyyən edilmiş hallarına görə cavabdeh 2005-ci il tarixdə mübahisəli mənzilə köçmüşdür və tərəflər arasında mübahisəli hüquq münasibəti həmin vaxtdan yaranmışdır. Həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsi Yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququnu və Mənzil Məcəlləsinin 53- cü maddəsi dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadəni və 123–cü maddəsi isə yaşayış evi mülkiyyətçisinin ailə üzvlərinin istifadə hüququ ilə bağlı məsələləri tənzimləmişdir.
23. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 119.1, 228, 228.2, 228.5-ci maddələrinə, habelə MPM-in 119.1 və 217.2-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mənzildə istifadə hüququnun nolması əsası ilə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilmısini xahiş etmişdir.
25. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rayon məhkəməsi tərəfindən mülki prossesual qanunvericiliyin prinsiplərini pozmaqla, t ətbiq olunması mümkün olmayan normaları tətbiq etməklə iddiaçının iddia tələbinin təmin olunmaması barədə qətnamə qəbul etməklə faktiki olaraq iddiaçının iddia tələbinin təmin olunmasından onun üçün daha əhəmiyyətli qətnamə qəbul etmişdir. Bununla cavabdehin mənzil sahəsindən 2005-ci ildən yaranmış istifadə hüququnun əsassız olması nəticəsinə gəlmiş, cavabdehin istifadə hüququ olan yaşayış sahəsindən kompensasiya almaq hüququ və yaxud mənzil sahəsinin özəlləşdirilməsində iştirak etmək hüququ məhdudlaşdırılmışdır. Rayon məhkəməsi cavabdehin iddiaçının mülkiyyətində olan mənzilə istifadə hüququnun olubolmadığına hüquqi qiymət verərkən nəzərə almamışdır ki, cavabdeh icarədarın ailə üzvü olaraq, icarədarın və onun ailə üzvlərinin razılığı ilə mənzilə köçürülüb. Mənzilə ailə üzvünün malik olduğ u hüquqları əldə edib. 2005-ci ildə mənzilə köçdüyündən bu hissədə mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsinin 53 və 54-cü maddələri tətbiq olunmalıdır. Məhkəmə qətnamə qəbul edərkən Mənzil Məcəlləsinin 53 və 54-cü maddələrindəki şərtlərin mövcudluğuna diqqət yetirməmişdir. Məcəllənin 53-cü maddəsində qeyd edilirdi ki, icarədar ilə birlikdə yaşayan ailə üzvləri və onunla birlikdə yaşayıb ümumi təsərrüfat aparan digər şəxslər icarədarla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər. Yəni dövlət mənzil fonduna aid olmuş mənzillərə istifadə hüququnun yaranması üçün qanunda icarədarın həm ailə üzvünün, həm də ailə üzvü olmayan digər şəxslərin onunla birlikdə yaşayaraq birgə təsərrüfat aparması şərti müəyyən edilmişdir. Hazırkı halda, işə baxmış məhkəmə tərəfindən cavabdehin ünvan 2 ünvanda yerləşən mənzil özəlləşdirilənədək icarədar olmuş Hacı Rəhimovun (14 dekabr 2016-cı ildə vəfat etmişdir) razılığı ilə mənzildə yaşamışdır. Məhkəmə tərəfindən icarədarın razılığı əsasında mənzil sahəsinə köçməyinə, razılıq ilə mənzildə yaşamağına hüquqi qiymət verilməmişdir. Binəqədi rayon məhkəməsi qətnamə qəbul edərkən mübahisə olunan mənzil sahəsinə cavabdehin 2005-ci il tarixdə köçüb yaşamağa başladığı tarixdən xx.xx.2024-cü il tarixinədək mənzil sahəsinin dövlət mülkiyyətində olmasına diqqət yetirməmişdir. İddiaçının mənzil sahəsi üzrə mülkiyyət hüququ 27. 05. 2024-cü il tarixdə yarandığından mənzil sahəsinə dair tələb hüququ da həmin tarixdən hesablanmalıdır.
26. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-526 0/2025 nömrəli, 7 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər İkram Şirinov sədrlik edən, məruzəçi, Elşən Kazımov və Namiq Cəfərov).
27. Birinci instansiya məhkəməsinin mövqeyi ilə tam razılaşan apelyasiya instansiyası məhkəməsi öz mövqeyinə və apelyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228ci maddəsinin tələbi baxımından cavabdeh köçdüyü mənzilin mülkiyyətçisinin digər ailə üzvü hesab edildiyindən, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi. Lakin belə bir razılaşma olmadığından cavabdehi n istifadə hüququ yaranmamışdır.
28. Nikah münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus mənzildə onun iradəsinə zidd olaraq yaşamaqda davam etmiş, bu isə Mülki Məcəllənin tələblərinə zidd hesab edilir. Mülkiyyətçinin razılığı olmadan yaşayış sahəsində qalmaq və oradan istifadə etmək qanunsuz istifadə sayılır və belə halda şəxsin mənzildən istifadə hüququ yarana bilməz.
29. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, cavabdeh 2021-ci ildə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməklə, hətta əvvəlcədən mövcud olmuşdursa belə, mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Mülki qanunvericiliyə əsasən, şəxs digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə, başqa mənzildən istifadə hüququnun davam etməsi üçün əsas qalmır.
30. İəhkəmə kollegiyası qeyd etmişdir ki,mülki iş materiallarından aydın olur ki, cavabdeh 2021-ci ildə mülkiyyət hüququ ilə əldə etdiyi mənzili xx.xx.2025-ci il tarixdə özgəninkiləşdirmişdir. Lakin bu hal əvvəlki istifadə hüququnu bərpa etmir və yalnız tərəflər arasında yeni mülki münasibətlərin yaranması üçün hüquqi əsas ola bilərdi.
31. Məhkəmə kollegiyası cavabdehin mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı mülki iş materiallarında olan ilkin razılaşma müqaviləsinin bağlanması tarixini və şərtlərini nəzərdən keçirərək hesab etmişdir ki, həmin əqdin hazırkı mübahisəyə təsiri ola biləcək düşüncəsi ilə, məhz hazırkı iddia tələbi məhkəmənin icraatına daxil olduqdan sonra bağlanması onun görünüş üçün bağlanmış əqd olduğunu güman etmək üçün tam əsas verir. Bir də ki, cavabdehin 2021-ci ildən sonra öz mülkiyyətində olan mənzildə yaşaması bu hüquqi nəticəni dəyişmir.
32. Məhkəmə kollegiyası bu baxımdan cavabdehin apellyasiya şikayətində göstərdiyi “mənzilə ehtiyacın olması”, “illərdir orada yaşaması” və “mənzildən qeydiyyatdan çıxmamasının” onun istifadə hüququnu saxladığına dair arqumentlərini əsassız və hüquqi baxımdan əhəmiyyətsiz dəlillər kimi qiymətləndirmişdir.
33. Məhkəmə kollegiyası son olaraq qeyd etmişdir ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması isə onun mənzilə istifadə huquqlarının yaranması anlamına gəlmir, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifə lərinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Cavabdeh apellyasiya şikayətində, həmçinin istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olmasını göstərsə də, məhkəmə kollegiyası qeyd edir ki, hazırki vəziyyətdə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ mövcud deyildir, bu baxımdan onun kompensasiya ilə bağlı mövqeyi də əsassızdır.
34. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2, 228.5-ci, Mənzil Məcəlləsinin 30.1, 30.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 119.1, 217.4, və 384.0.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. K assasiya instansiyası məhkəməsindəki icraat Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
35. Cavabdeh kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
36. Kassasiya şikayətinin dəlilləri apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, iddiaçının nümayəndəsi tərəfindən cavabdehin iddiaçının oğlu X11 ilə 24 dekabr 2005-ci il tarixdə nigaha daxil olduğu gündən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilinə köçmüş və həmin mənzil sahəsində yaşamaqlarını təsdiq etmişdir. Cavabdehin iddiaçının oğlu X11 ilə nigah münasibətindən 2 övladları doğulmuşdur. Cavabdeh, övladları və keçmiş həyat yoldaşı ilə Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi 26 saylı evin 86 saylı mənzilində yaşamışlar. İddiaçı və ailə üzvləri Bakı şəhəri, Binəqədi rayonu, X12 küçəsi ev 91, mənzil 11 ünvanda yaşamışlar. Həmin tarixdən ötən müddətdə və hazırda həmin ünvanda yaşayır. Mübahisə olunan mənzil sahəsinə cavabdeh köçüb yaşamağa başladığı tarixdən 27. 05. 2024-cü il tarixədək dövlət mülkiyyətində olmuşdur. Mənzil sahəsi Bakı şəhər İcra Hakimiyyətinin 21. 11. 2000-ci il tarixli, 1024 nömrəli sərəncamı əsasında, 25 fevral 2001-ci il tarixli, 02393 saylı orderlə Hacı Rəhimova verilmişdir. Cavabdehə kompensasiya ödənilməklə mənzil sahəsindən istifadə hüququna xitam verilməsi ilə iddiaçının tələbi hüquqi cəhə tdən əsaslı olmalıdır. Mənzil sahəsinin yerləşdiyi ərazidə 4 otaqdan ibarət mənzil sahəsinin aylıq kirayə haqqı 1.000 manat məbləğindədir. Bir illik kirayə haqqı 12.000 manat təşkil edir. Məhkəmə təcrübəsinə əsasən kompensasiyanın verilməsi 3 illik və yaxud 5 illik kirayə haqqının ümumi məbləği ilə hesablanır. Cavabdeh mənzilə mənzilin kirayəçisi olmuş mərhum Hacı Rəhimovun və iddiaçının iradələri əsasında gəlin olaraq 24 dekabr 2005-ci il tarixdə köçrülmüşdür. Həmin vaxt mənzil sahəsinə Hacı Rəhimovun və yauxd iddiaçının mülkiyyət hüququ olmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
37. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 228.2. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər.
39. Maddə 228.5.Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçü rülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi
40. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
41. Maddə 30.2. Ə gər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 08 oktyabr 2013-cü il tarixli Qərarı
42. Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Bu Qərarın nəticəvi hissəsinin birinci bəndi qanuni qüvvəyə minmiş məhkəmə aktlarına şamil olunmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarı
43. Yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə k i, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərini n təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
50. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
51. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
52. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
53. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilə rək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
54. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
55. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edib və işdə, cavabdehin kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
56. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan Mülki Məcəllənin 228-ci maddəsinin tələbi baxımından cavabdeh köçdüyü mənzilin mülkiyyətçisinin digər ailə üzvü hesab edildiyindən, onun istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma olmalı idi. Lakin belə bir razılaşma olmadığından cavabdehin istifadə hüququ yaranmamışdır.
57. Nikah münasibətləri pozulduqdan sonra cavabdeh iddiaçıya məxsus mənzildə onun iradəsinə zidd olaraq yaşamaqda davam etmiş, bu isə Mülki Məcəllənin tələblərinə zidd hesab edilir. Mülkiyyətçinin razılığı olmadan y aşayış sahəsində qalmaq və oradan istifadə etmək qanunsuz istifadə sayılır və belə halda şəxsin mənzildən istifadə hüququ yarana bilməz.
58. Apellyasiya instansiyası məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdeh 2021-ci ildə digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməklə, hətta əvvəlcədən mövcud olmuşdursa belə, mübahisəli mənzildən istifadə hüququnu itirmişdir. Mülki qanunvericiliyə əsasən, şəxs digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etdikdə, başqa mənzildən istifadə hüququnun davam etməsi üçün əsas qalmır.
59. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülki iş materiallarından aydın olur ki, cavabdeh 2021-ci ildə mülkiyyət hüququ ilə əldə etdiyi mənzili xx.xx.2025-ci il tarixdə özgəninkiləşdirmişdir. Lakin bu hal əvvəlki istifadə hüququnu bərpa etmir və yalnız tərəflər arasında yeni mülki münasibətlərin yaranması üçün hüquqi əsas ola bilərdi.
60. Apellyasiya instansiyası məhkəməsi, cavabdehin mülkiyyətində olan mənzilin özgəninkiləşdirilməsi ilə bağlı mülki iş materiallarında olan ilkin razılaşma müqaviləsinin bağlanması tarixini və şərtlərini nəzərdən keçirərək qeyd etmişdir ki, həmin əqdin hazırkı mübahisəyə təsiri ola biləcək düşüncəsi ilə, məhz hazırkı iddia tələbi məhkəmənin icraatına daxil olduqdan sonra onun görünüş üçün bağlanmış əqd olduğunu güman etmək üçün tam əsas verir. Həmçinin cavabdehin 2021-ci ildən sonra öz mülkiyyətində olan mənzildə yaşaması bu hüquqi nəticəni dəyişmir.
61. Apellyasiya instansiyası məhkəməsi bu baxımdan cavabdehin apellyasiya şikayətində göstərdiyi “mənzilə ehtiyacın olması”, “illərdir orada yaşamas ı” və “mənzildən qeydiyyatdan çıxmamasının” onun istifadə hüququnu saxladığına dair arqumentlərini əsassız və hüquqi baxımdan əhəmiyyətsiz dəlillər kimi qiymətləndirmiş və son olaraq qeyd etmişdir ki, cavabdehin həmin mənzildə qeydiyyatda qalması onun mənzilə istifadə huquqlarının yaranması anlamına gəlmir, çünki “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinə görə yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır.
62. Cavabdeh k assasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətində istifadə hüququna kompensasiya verilməklə xitam verilməli olmasını göstərsə də, apellyasiya instansiyası məhkəməsi onun bu dəlili ilə bağlı qeyd etmişdir ki, hazırki vəziyyətdə cavabdehin mübahisəli mənzilə münasibətdə istifadə hüququ mövcud deyil. Bu baxımdan onun kompensasiya ilə bağlı mövqeyi də əsassızdır.
63. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verməmiş, maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mübahisəli məsələyə düzgün tətbiq edilmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 7 oktyabr 2025-ci il tarixli, 2(103)-5260/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.