Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-401/2024 30.01.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və zəbt olunmuş torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-95/2023 saylı, 03 oktyabr 2023- cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin arxivində saxlanan nüsxə ilə eyniliyi təsdiq edilən, Dövlət torpaq kadastrı kitabında 17 fevral 2009-cu il tarixdə 2160 nömrə ilə uçota alınmış “Torpaq sahəsinin planı və ölçücü” sənədində əksini tapmış məlumata görə, X6 Komissiyasının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Masallı rayonu Bağıroba kəndində yerləşən 4396.66 kv.m həyətyanı torpaq sahəsi verilmişdir.
2. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət reyestri publik hüquqi şəxsin "xxx x" MMC-nin arxivində saxlanan “Masallı rayonu Bağıroba kəndində vətəndaşların xüsusi mülkiyyətinə verilən həyətyanı torpaq sahələrinə aid cədvəl”də 22 nömrəli dövlət aktı ilə İddiaçı və X1 qanuni istifadəsində 0,10 ha həyətyanı torpaq sahəsinin olduğu qeyd olunmuşdur. Həmin Mərkəzin arxivində saxlanan sənədlərdə həmçinin İddiaçı və X1 faktiki istifadə etdiyi torpaq sahəsinin 0.5534 ha mülkyyyətə verilın torpaq sahəsinin 0.4400 ha olduğu əksini tapmışdır.
3. X4 xx.xx.2020-ci il tarixdə vəfat etmişdir.
4. Cavabdeh iddiaçının əmisidir və aralarında torpaq sahəsi ilə bağlı mübahisələri yaranmışdır.
5. Masallı Rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə Masallı rayonu Bağıroba kəndində X3 xx.xx.2009-cu il tarixdə 2125.83 kv.m həyətyanı torpaq sahəsi ayrıl mışdır.
6. X5 isə sonuncunun arvadı olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun torpaq sahəsində cavabdeh tərəfindən inşa olunmuş qanunsuz tikilinin sökülərək torpağın əvvəlki vəziyyətə gətirilməsi və cavabdehin zəbt olunmuş torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, cavabdeh Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli, 30 saylı qərarı ilə iddiaçının mülkiyyətinə verilmiş Masallı rayonu Kolatan kəndində yerləşən həyətyanı torpaq sahəsində 2019-cu ilin ya yında ev tikməyə başlamışdır. Ona bu hərəkətlərini dayandırması barədə dəfələrlə müraciət etsə də, nəticəsi olmamış, cavabdeh həmin yerdə iki mərtəbəli ev tikmişdir. Halbuki, evin inşa edildiyi ərazi iddiaçının mülkiyyətində olan həyətyanı torpaq sahəsidir. Cavabdeh iddiaçının mülkiyyətinə verilmiş ərazidə özbaşına ev tikməklə oranı zəbt etmişdir. Bu hərəkətlərin dayandırılması barədə müraciətləri əhəmiyyətsiz qaldığından hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
9. Birinci instansiya məhkəməsində cavabdeh iddianı qəbul etməyərək bildirmişdir ki, inşa etdiyi tikili öz torpağındadır, heç kimin torpağını zəbt etməmişdir. İddiaçı onun qardaşı qızıdır. İddiaçı uzun müddətdir Bakı şəhərində yaşayır və Aqrar İslahat Komissiyasının qərarı ilə ona torpaq sahəs i verilə bilməzdi. Torpaq sahəsi onun mərhum anasına məxsus olmuşdur. Anası 2001-ci ildə vəfat etmişdir. Bundan sonra anasının evində yaşamış və ev köhnə olduğuna görə yeni ev inşa etmişdir. Verilmiş mütəxəssis və ekspertiza rəyləri doğru deyil, düzgün ölçü işləri aparılmamışdır.
10. Birinci instansiya məhkəməsinin qərardadı əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin verdiyi 07 may 2021-ci il tarixli rəyi və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi məhkəmə tikinti-texniki ekspertizasının 14 iyul 2021-ci il tarixli, 10/2790 saylı rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı və onun ailə üzvlərinə verilmiş **********0075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki koordinatla rı ilə natura arasında uyğunsuzluq mövcuddur. Masallı rayonu Bağıroba kəndinin kompleks yerquruluşu layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. **********0075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”nün əsas döngə nöqtələrinin yerləşmə vəziyyəti kompleks yerquruluşu layihəsinin yerə uyğun yerləşmə mövqeyi və cavabdeh tərəfindən naturada faktiki istifadə olunan həyətyanı torpaq sahəsi və cavabdehə məxsus fərdi yaşayış evi rəyə əlavə olunmuş planda göstərilmişdir. Həmin plana əsasən inşa edilmiş yeni tikili iddiaçının mülkiyyətində olan torpaq sahəsinin hüdudları daxilində yerləşir. Torpaq islahatı zamanı müİkiyyətə verilmiş torpaqların hüquqi sənədlərində əks olunan göstəricilərlə faktiki istifadələrindəki məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların aradan qaldırılmasi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanın, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel 250s saylı sərəncamı ilə "Dövlət və bələdiyyə müİkiyyətində, habelə xüsusi müİkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi qaydaları" əsasında aparılmış uçot işlərinin yekun nəticəsi olaraq yeni rəqəmsal kadastr xəritələrinin hazırlanmasından sonra qərardadda qoyulmuş sualların cavablandırılması mümkun olacaqdır.
11. İddiaçının vəsatəti əsasında birinci instansiya məhkəməsi təkrar ekspertiza təyin etmişdir. Həmin qərardad əsasında "xxxx" MMC-nin veridiyi 14 dekabr 2021-ci il tarixli, 612/21-643 saylı rəyində göstərilmişdir ki, mübahisəli torpaq sahəsi İddiaç ı mülkiyyətindədir. İddiaçı A-136910 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədi üzrə məxsus olan ünvan 1i ünvanında yerləşən 0.4396 ha torpaq sahəsinin naturada koordinatları müəyyən olunaraq 7-ci səhifədəki sxemdə göstərilmişdir. Cavabdeh yeni inşa etdiyi iki mərtəbəli fərdi yaşayış evi bütünlüklə İddiaçı məxsus torpaq sahəsində yerləşir.
12. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin təkrar məhkəmə tikinti-texniki ekspertizasının 21 aprel 2022-ci il tarixli, 10/331 saylı rəyinə əsasən, mübahisə predmeti olan iddiaçının təqdim etdiyi torpaq sahəsinin kompleks yerquruluşu xəritəsinin yerə uyğun yerləşmə vəziyyətinə əsasən İddiaçı ayrılmış torpaq sahəsi olduğu və cavabdehin faktiki istifadəsində olan bir ədəd bir mərtəbəli köhnə fərdi yaşayış evinin və bir ədəd iki mərtəbəli yeni inşa edilmiş fərdi yaşayış evinin həmin torpaq sahəsinin hüdudları daxilində yerləşdiyi müəyyən edilir.
13. Masallı Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 iyun 2022-ci il tarixli, 2(050)-30/2022 saylı qətnaməsi ilə (hakim H.X.Bəhmənov) iddia tələbi təmin edilmiş, İddiaçı mülkiyyətində olan 4396,66 kv.m torpaq sahəsində inşa edilmiş iki mərtəbəli yeni inşa edilmiş evin Cavabdeh hesabına sökülməklə torpaq sahəsinin əvvəlki vəziyyətə gətirilməsi və Cavabdeh torpaq sahəsindən çıxarılması qət edilmişdir.
14. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, hazırkı mübahisədən göründüyü kimi mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətindədir. Hal-hazırda iddiaçının qanunla qorunan mülkiyyət hüquqları pozulmuşdur. Cavabdeh iddiaç ını öz torpaq sahəsinə buraxmamaqla mülkiyyətçi kimi onun torpaq sahəsindən istifadə etmək və sahiblik hüquqlarının maneəsiz həyata keçirməsinə mane olur. Onun hal-hazırda da davam edən hərəkətləri mülkiyyətçinin iradəsi olmadan sahiblikdən məhrumetmə və qadağan edilmiş özbaşınalıq hesab olunur. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 07 may 2021-ci il tarixli rəyinə əlavə edilmiş mübahisəli torpaq sahəsinin planından məlum olur ki, cavabdehin faktiki istifadəsində olan bir ədəd bir mərtəbəli köhnə fərdi yaşayış evi və bir ədəd iki mərtəbəli yeni inşa edilmiş fərdi yaşayış evi iddiaçıya məxsus torpaq sahəsinin hüdudları daxil ində yerləşir. Ona görə də iddiaçının pozulmuş hüquqlarının bərpası təmin edilməli, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 111-ci maddəsinə əsasən inşa edilmiş yeni iki mərtəbəli ev cavabdehin hesabına sökülməli və torpaq sahəsi əvvəlki vəziyyətə gətirilməlidir.
15. Birinci instansiya məhkəməsi cavabdehin etirazlarına münasibətdə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsinin iddiaçının mülkiyyətində olmasının qeyri-qanuni olması barədə heç bir sübut yoxdur. Cavabdeh inşa etdiyi evin yerləşdiyi torpaq sahəsinin istifadəsində və ya mülkiyyətində olması barədə məhkəməyə heç sübut təqdim etməmişdir. Ona görə də onun etirazları əsassız hesab olunmalıdır.
16. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələri, Mülki Məcəllənin 14, 14.2, 152.1, 152.2, 152.7, 164. 1, 165.1, 165.2, 238.1, 238.2-ci maddələri, Torpaq Məcəlləsinin 111-ci maddələri və Mülki Prosessual Məcəlləsinin 4.1, 14.2, 77.1, 77.3, 78.1, 80, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə çıxarılması xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, A № 136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin surətindən göründüyü kimi Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə İddiaçı mülkiyyətinə Masallı rayonu Bağıroba kəndində yerləşən 4396.66 kv.m həyətyanı torpaq sahəsi verilmiş və adına Dövlət torpaq kadastrı kitabında 17 fevral 2009-cu il t arixdə 2160 nömrə ilə uçota alınmışdır. Məhkəmə işə baxarkən Masallı rayon Aqrar İslahat Komissiyasının belə bir qərarının olub olmamasını araşdırmamış və iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsinin olub olmaması barədə müvafiq dövlət orqanına sorğu verməmişdir. X10 Komissiaysının belə bir qərarı vardırsa, o zaman həmin qərar əsasında JN seriyalı şəhadətnamə də işlənməli idi. Lakin iddiaçının belə bir şəhadətnaməsi yoxdur. “Torpaq sahəsinin planı və ölçüsü” sənədi isə, mülkiyyət hüququnu təsdiq edən sənəd növü deyil, sadəcə torpaq sahəsinin xəritəsidir. Bu hal onu göstərir ki, iddia tələbi subyektiv hüququ olmayan şəxs tərəfindən verilmişdir. Mütəxəssis rəyində qeyd olunur ki, iddiaçıya və onun ailə üzvlərinə verilmiş **********0075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü”ndəki k oordinatları ilə natura arasında uyğunsuzluq mövcuddur. Masallı rayonu Bağıroba kəndinin kompleks yerquruluşu layihəsi ilə faktiki vəziyyəti arasında uyğunsuzluq mövcuddur. İddiaçı tələb etdiyi torpaq sahəsinin ona məxsus olmasını sübut edəcək hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. Xüsusi mülkiyyətdə olmayan torpaq sahələri bələdiyyənin və ya dövlətin mülkiyyətinə aiddirlər. İddiaçının torpaq sahəsinin ona məxsus olmasını sübut edəcək X6 Komissiyasının şəhadətnaməsi və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı (qeydiyyat vəsiqəsi) yoxdur.
19. Apelyasiya instansiyası məhkəməsi xx.xx.2022-ci il tarixli qərardadla təkrar ekspertiza təyin etmişdir. Həmin qərardad əsasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmla kın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 08 saylı Cəlilabad Ərazi İdarəsinin verdiyi 24 mart 2023-cü il tarixli rəyinə əsasən, İddiaçı adına AN136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396,66 ha həyətyanı torpaq sahəsinin hüdudları həmin sənəddəki koordinatlara əsasən müəyyən edilmişdir. Mübahisə olunan fərdi yaşayış evi AN136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396,66 ha həyətyanı torpaq sahəsində yerləşir. Rəyə əlavə olunmuş yerquruluşu planında mübahisə olunan fərdi yaşayış evi və “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396,66 ha həyətyanı torpaq sahəsinin yerləşmə vəziyyəti göstərilmişdir. Torpaqların elektron kadastr uçotu informasiya sistemində (bundan sonra – TEKUİS) mübahisəli torpaq sahəsi bəl ədiyyə mülkiyyətində olmaqla X2 istifadəsində göstərilmişdir. İddiaçı adına AN136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396,66 ha həyətyanı torpaq sahəsi TEKUİS-da öz əksinin tapmamışdır.
20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 26 may 2023-cü il tarixli 10/2904 nömrəli ekspert rəyində göstərilmişdir ki, mübahisə olunan fərdi yaşayış evinin A №136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. TEKUİS-da mübahisəli torpaq sahəsi bələdiyyə mülkiyyətində olmaqla X2 istifadəsində göstərilmişdir. İddiaçı adına A №136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsinin planı və ölçüsü sən ədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsi TEKUİS-da öz əksini tapmamışdır.
21. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – apellyasiya məhkəməsi) 2(106)-95/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər P.T.Əhmədov (sədrlik edən və məruzəçi), T.S.Kərimov və C.F.İmanov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğdə vəsaitin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
22. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq qeyd etmişdir ki, Mülki Məcəll ənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin normanın mənasından da göründüyü kimi, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etməsi məcmu şəkildə aşağıdakı hallar mövcud olduqda mümkündür: birincisi, əmlakın mülkiyyətçinin faktiki sahibliyindən çıxması; ikincisi, əmlakın naturada mövcud olması və başqasının sahibliyində olması; üçüncüsü, tərəflər arasında müqavilənin və yaxud sair öhdəliyin olmaması.
23. Nəzərə alınmalıdır ki, MM-in 157-ci maddəsi mülkiyyət hüququnun müdafiəsinin aşağıdakı üç üsulunu nəzərdə tutur: 1. mülkiyyət hüququnun tanınması; 2. özgəsinin qanunsuz sahibliyindən əmlakın tələb edilməsi; 3. mülkiyyətə qəsd və maneələrə son qoyulmasının tələb edilməsi.
24. Məhz mülkiyyətçi adıçəkilən maddədə nəzərdə tutulmuş üsullardan istifadə edərək, öz mülkiyyətində olan əmlakın hər cür pozuntulardan müdafiə edilməsini təmin edir. Mülkiyyətçinin öz əmlakını başqasından geri tələb etmək hüququ onun iradəsindən asılı olmayaraq, mülkiyyətindən qanunsuz yolla çıxmış əmlakını geri almaq və onun üzərində pozulmuş mülkiyyət hüququnu bərpa etmək imkanı verir.
25. İş materiallarında olan ekspert rəyləri ilə müəyyən olunur ki, A № 136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədinə əsasən Masallı rayon Aqrar İslahat Komissiyasının 07 iyul 1998-ci il tarixli 30 nömrəli qərarı ilə iddiaçının mülkiyyətinə Masallı rayonu Bağıroba kəndində yerləşən 4396.66 kv.m həyətyanı torpaq sahəsi verilmiş və onun adına Dövlət torpaq kadastrı kitabında 17 fevral 2009-cu il tarixdə 2160 nömrə il ə uçota alınmışdır. Mübahisəli fərdi yaşayış evinin isə A №136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsində yerləşdiyi müəyyən edilmişdir. İddiaçının adına A №136910 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədində göstərilmiş 4396.166 ha həyətyanı torpaq sahəsi TEKUİS-də öz əksini tapmamışdır. Buna görə də, TEKUİS-də mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaqla X2 istifadəsində olduğu göstərilmişdir.
26. İşdən görünür ki, X4 cavabdehin arvadı olmuş və onlar mübahisəli evdə birlikdə yaşamışlar. X4 isə 10 mart 2020-ci il tarixdə vəfat etmişdir. Mübahisəli “Torpaq sahəsinin planı və ölçüsü” əsas döngə nöqtələrinin yerləşmə vəziyyəti rəyə əlavə olunmuş planda göstərilmiş və məhkəmə iclasında işdə iştirak edən şəxslər in iştirakı ilə araşdırılan mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsi bələdiyyənin deyil, iddiaçının mülkiyyətində olması mübahisəsiz olaraq qəbul edilmişdir. Ancaq cavabdeh həmin ərazidə yerləşən və mübahisə predmeti olan evdə uzun müddət yaşadığını bildirərək, iddianı qəbul etməmişdir. Hazırkı iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin əsassız və qanunsuz sayılması üçün yetərli əsas deyildir. Ekspert rəyləri ilə müəyyən edilmiş hal qanunsuz zəbtdir və mötəbər sübutlarla da təsdiq olunur. Belə ki, MPM-in 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Kassasiya şikayətinin və ona qarşı etirazın dəl illəri a) Kassasiya şikayətinin dəlilləri
27. Cavabdeh kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd olunması və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
28. Kassasiya şikayətində apelyasiya şikayətinin dəlilləri təkrarlanmış, əlavə olaraq qeyd olunmuşdur ki, həm birinci instansiya, həm də apellyasiya instansiya məhkəməsində işə baxılarkən iş üzrə tam, hərtərəfli və dolğun araşdırılma aparılmamışdır. Məhkəmə işə baxarkən X6 Komissiyasının qərarının olub-olmamasını araşdırmamış və iddiaçının mülkiyyətində hər hansı torpaq sahəsinin olub-olmaması barədə müvafiq dövlət orqanına sorğu verməmişdir. Hesab edir ki, iddia tələbi tam əsassızdır, çünki iddiaçının iddia etdiyi torpaq sahəsi təkcə onun deyil, eyni zamanda rəhmətlik anasının da orda payı vardır və bu da onu göstərir ki, iddiaçı anası ilə birgə payçıdırlar (torpaq sahəsi ümumi birgə mülkiyyətdir). Bu isə onu sübut edir ki, kassatorun da anasının mülkiyyətində olmuş əmlaka vərəsəlik hüququ vardır. Belə ki, iş materiallarından və iddiaçının Masallı Rayon Məhkəməsində işə baxıldığı zaman vermiş olduğu izahatından göründüyü kimi o, anasına məxsus torpaq sahəsində tikilmiş köhnə evdə yaşamış və yaşayır, iddiaçının buna heç bir etirazı olmamışdır (qətnamənin birinci səhifəsi). Eləcə də sonradan həmin evin arxasında elə həmin torpaq sahəsində özünə yeni ev tikmişdir. Bu da onu göstərir ki, o, birinci növbəli vərəsə kimi anasından miras qalmış əmlakdan istifadə etməklə, ona sahiblik etməklə həmin əmlakı faktiki olaraq qəbul etmişdir. Qanunvericiliyin tələblərinə əsasən miras əmlakın bir hissəsini faktiki olaraq qəbul etmiş şəxs bütün miras əmlakı faktiki olaraq qəbul etmiş sayılır. Lakin məhkəmələr tərəfindən qəbul edilmiş qətnamələr isə onu bu hüquqdan məhrum edir. Eyni zamanda bütün bunlar da sübut edir ki, keçirilmiş ekspertiza zamanı verilmiş rəylər natamamdır. Həmçinin onun qeydiyyat yeri Bakı şəhəridir, iddia cavabdehin qeydiyyat yeri üzrə verilməlidir. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
29. İddiaçı kassasiya şikayətinə qarşı etiraz vermiş, onun rədd edilməsi apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
30. Maddə 13, İ hissə. Azərbaycan Respubli kasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
31. Maddə 29, İ hissə. Hər kəsin mülkiyyət hüququ vardır.
32. Maddə 29, İİ hissə. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
33. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
34. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:... 14.2.2. Dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların və vəzifələrin əmələ gəlmə si əsası kimi nəzərdə tutulmuş aktları....
35. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
36. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
37. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahi bliyindən öz əmlakını geri tələb edə bilər.
38. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.
39. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına gör ə qanunsuz təsirləri qadağandır.
40. Maddə 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz.
41. Maddə 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər
42. Maddə 238.1. Daşınmaz əmlak kimi to rpaq mülkiyyət hüququnun obyektidir. Torpaq sahəsinin ərazi sərhədləri daşınmaz əmlakın dövlət reyestrinin ixtiyarlı şəxsinin mülkiyyətçiyə verdiyi sənədlər əsasında təyin edilir.
43. Maddə 238.3. Torpaq sahəsinin mülkiyyətçisi, əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa və digər şəxslərin hüquqlarını pozmursa, həmin sahənin üstündə və altında olan hər şeydən istifadə edə bilər. Əgər qanunla ayrı qayda nəzərdə tutulmayıbsa, yerin təki və faydalı qazıntılar Azərbaycan Respublikasının mülkiyyətidir.
44. Maddə 239.2. Fiziki və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi
45. Maddə 48.2. Azərbaycan Respublikasının vətəndaşları və hü quqi şəxsləri torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququnda əldə edə bilərlər.
46. Maddə
55. Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
47. Maddə 65.1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən x əritədir.
48. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
49. Maddə
68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.
50. Maddə 111.1.
1. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
51. Maddə 111.2. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə g eri qaytarılmalıdır.
52. Maddə 111.3. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir.
53. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tə rəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
58. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
59. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
60. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
61. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olu nmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
62. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
63. Ali Məhkəmənin Mülki Kollegiyası məruzəçi hakimin məruzəsini dinləyib hesab edir ki, aşağıdakılara əsasən kassasiya şikayəti qismən təmin olunmalı, qətnamə ləğv edilməli və iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.
64. Belə ki, i ddia tələbi iddiaçının mülkiyyətinə verilmiş torpaq sahəsində inşa edilmiş tikilinin sökülməsi barədədir.
65. Bu iddia mülkiyyətin müdafiəsinə yönəlmişdir və bu tələblərə baxılarkən əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, daha sonra cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığı araşdırılmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər.
66. Baxılan işdə də məhkəmələr müəyyən etmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçının mülkiyyətinə torpaq islahatı aparılanda AİK-nin qərarı əsasında verilmişdir.
67. Mülki Məcəllənin 14.2.2-ci maddəsində dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquql arın və vəzifələrin əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi müəyyən edilmişdir.
68. Göründüyü kimi iddiaçının mülkiyyətinə torpaq sahəsinin verilməsi barədə qərar, torpaq sahəsi üzərində hüququn yaranması üçün Mülki Məcəllənin 14.2.2-ci maddəsində nəzərdə tutulan hüquqi əsasdır.
69. İddiaçının subyektiv hüququ təsdiq olunduğuna görə sonrakı dəyərləndirmə iddiaçının torpaq sahəsində və ya onun bir hissəsində cavabdeh tərəfindən tikili inşa edilib edilməməsinin müəyyən edilməsindən ibarətdir.
70. İşə baxmış məhkəmə kollegiyası bu halın müəyyən olunması üçün ekspertiza aparmaq yolu ilə müəyyən etmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsində cavabdeh tərəfindən bina inşa edilmişdir. İddiaçı evin inşa ed ilməsinə razılıq vermədiyini, onun etirazına baxmayaraq cavabdehin evi inşa etdiyini bildirmişir.
71. Bu halda iddiaçının Mülki Məcəllənin 152.5-ci maddəsində təsbit edilmiş mülkiyyətində olan əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, Mülki Məcəllənin 157.2-ci maddəsində müəyyən edilmiş özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək, habelə 180-ci maddəsində nəzərdə tutulmuş özbaşına inşa edilmiş tilinin sökülməsi üçün müraciət etmə hüquqlarından çıxış etməklə cavabdehin onun torpaq sahəsində inşa etdiyi tikilinin sökülməsini tələb etmək hüququ vardır.
72. Mülki Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifad ə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
73. Həmçinin Mülki Məcəllənin 152.6-cı maddəsində deyilir ki, hüquqdan sui-istifadə mülkiyyətdən başqalarına ziyan vuran şəkildə istifadədir; bu zaman mülkiyyətçinin mənafe üstünlüyü dəqiq ifadə edilməmişdir və onun hərəkətlərinin zəruriliyi əsaslı deyildir.
74. Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlak dan istədiyi kimi istifadə etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir.
75. Mövcud vəziyyət hər bir halda, işin hallarına həm də Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət verilməsini tələb edirdi. Çünki evin inşa edilməsi zaman baxımından kifayət qədər uzun müddəti əhatə edir. Bu halda mülkiyyətçinin evin inşa edilməsinə etiraz edib-etməməsi, tikintinin dayandırılması üçün səlahiyyətli icra hakimiyyəti orqanlarına və y a məhkəməyə müraciət etməməsi sual doğurur. İş materiallarından görünür ki, Masallı Rayon Məhkəməsinin xx.xx.20220-ci il tarixli qərardadı ilə İddiaçı tələbi əsasında Cavabdeh mübahisə predmeti olan torpaq sahəsində tikinti işlərinin aparılması qadağan edilmişdir və həmin qərardad icra məmuru tərəfindən xx.xx.2020-ci il tarixdə icra edilmişdir. Lakin qərardad icra edilən tarixdə artıq iki mərtəbəli evin olması müəyyən edilmişdir. Yəni iddiaçının evin tikintisini dayandırmaq üçün tikinti başlanın vaxtdan iki mərtəbəsi inşa edilib damı quraşdırılıb tamamlananadək tikintini dayandırmağı tələb etməsi müəyyən olunmur.
76. Bu halı araşdırmaq həm də ona görə zəruri idi ki, işə əlavə olunmuş sənədlərdən (habelə fotoşəkillərdən) iddiaçının torpaq sahəsinin çəpərin içində olması (hasarlanması) və ya digər şəkildə mərzlənməsi görünmür. Əgər mülkiyyətçi onun torpaq sahəsində ev inşa olunmasını bilib inşaat bitənədək olan uzun müddətdə etirazını bildirməmişdirsə, onun hərəkətləri, cavabdehdə iddiaçının həmin torpaqdan arxayın istifadə etməsinə güvən yaradan əməllərdir.
77. Bu vəziyyətdə cavabdehin torpaqdan çıxarılmasını tələb etmək üçün iddiaçı, cavabdehin onun razılığına güvəndən irəli gələn itkilərini qarşılamaq, müəyyən kompensasiya ödəmək vəzifəsi yaradır. Lakin işə baxmış məhkəmə iddia tələbinin cavabdehin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsindən (Mülki Məcəllənin 560.3.4-cü maddəsi) ibarət olub-olmamasını araşdırmamışdr.
78. Məhkəmə kollegiyası xatırladır ki, dürüstlük mülki hüququn təməl prinsiplərindən olan vicdanlılıq institutunun tərkib elementi hesab olunur. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir.
79. Nəzərə alınmalıdır ki, «Mülki Məcəllənin 6-cı maddəsində sadalanan prinsiplər sırasında vicdanlılıq prinsipi birbaşa nəzərdə tutulmasa da, bu prinsip həmin Məcəllənin 5.3, 18.1 və 425-ci maddələrinin göstərişlərindən irəli gəlir.
80. Mülki Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3-cü maddəsində hüquqdan sui-istifadəyə səbəb olan bəzi hallar sadalanmışdır. Bunlar şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi və s. kimi hallardır.
81. Beləliklə, qanunvericilikdə nəzərdə tutulmuş qeyd edilən normalar vasitəsilə əslində bütün haqların istifadə olunmasına bir əxlaqi hədd və məhdudiyyət qoyulmuşdur. Haqların istifadəsi baxımından tələb olunan vicdanlılıq meyarı obyektiv vicdanlılığı nəzərdə tutmaqla, dürüst, ədalətli bir insanın hərəkət tərzinə dair meyardır.
82. Hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan sui-isti fadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıb-sığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir» (Konstitusiya Məhkəməsinin X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 17 sentyabr 2021-ci il tarixli qərarı).
83. Baxılan iş üzrə tikintinin inşasına nə vaxt başlanması və nə vaxt damının quraşdırılın hazırki vəziyyətə gətirilməsi, iddiaçının cavabdeh tərəfindən onun torpaq sahəsində ev inşa etməyə başladığını nə vaxtdan bilməsi, məlumat aldıqdan sonra cavabdehdən tikintini dayandırmanı nə qədər vaxtdan sonra bildirməsi, həmin vaxt tikinti işlərinin hansı mərhələdə olması və s. kimi hallar araşdırılmamışdır.
84. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə əsasən qətnamə qanuni və əsaslı olmalıdır.
85. Məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Azərbaycan Respublikası MPM-nin 13.4-cü maddəsinə müvafiq olaraq mübahisə edilən münasibəti tənzimləyən hüquq norması olmadıqda, məhkəmə oxşar münasibətləri tənzimləyən hüquq normalarını tətbiq edir. Belə normalar da olmadıqda, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə, presedent hüququna, mülki qanunvericiliyin prinsiplərinə istinad etməklə qətnamə qəb ul etməyə haqlıdır.
86. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun (“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarı).
87. Apelyasiya instansiyası instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə cavab vermir.
88. Kassatorun anasından miras qalan torpaq sahəsinə hüquqları ilə bağlı göstərdiyi dəlillərə dair məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh mirasa hüquq əldə etməsi barədə vərəsəlik şəhadətnaməsi təqdim etməmişdir.
89. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi bu tələblərə riayət edilməsən çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı mübahisəli hüquq münasibətinə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını təmin etməli, işin müəyyən edilmiş hallarına uyğun olaraq iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının z əruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir.
90. Məhkəmə kollegiyası xüsusi olaraq qeyd edir ki, MPM-nin 14.3-cü maddəsinə görə məhkəmə tərəflərə, məhkəmə baxışını barışıq sazişi ilə tamamlamağı təklif etməyə borcludur və tərəflər qanunda nəzərdə tutulan hallar istisna edilməklə, iddianı etiraf edə və yaxud ondan imtina edə bilərlər.
91. Məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır (MPM-nin 52.4-cü maddəsi).
92. Baxılan işin halları baxımından tərəflərin barışıq yolu ilə işi həll etmələrinə üstünlük verməyə təşviq olunması zəruridir. Lakin iş materiallarından görünür ki, apelyasiya icraatında tərəflərin barışmaları üçün təkliflər verilməmişdir. Buna görə də işə yenidən baxılarkən tərəflərlə işin halları müzakirə olunmaqla yanaşı, tərəflərin barışıq əldə etmələri üçün təkliflər verilməlidir.
93. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-95/2023 saylı, 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.