Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-4010/2023 29.09.2023 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Əliyev Zaur Əli oğlu (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və X1 ibarət tərkibdə, Ərizəçi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, müəyyən etdi: Ərizəçi və vəkili Nümayəndə2 Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1286/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərardadından kassasiya şikayəti vermişlər. Kassasiya şikayəti Azərbaycan Respublikası MPM-in tələblərinə cavab vermədiyindən qeyri-mümkün hesab edilməlidir. MPM-in 405.0.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadın dan kassasiya şikayəti qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində verilə bilər. Hazırki işdən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən qərardad 02 avqust 2023-cü il tarixdə qəbul edilmiş, qərardad 14 avqust 2023-cü il tarixdə Ərizəçi “Elektron məhkəmə” informasiya sistemində mövcud olan elektron kabinetinə yerləşdirilmiş, Ərizəçi və vəkili tərəfindən isə kassasiya şikayəti 28 avqust 2023-cü il tarixdə, yəni kassasiya şikayəti verilməsi üçün müəyyən olunmuş prosessual müddət ötürülməklə “Elektron məhkəmə” informasiya sisteminə yerləşdirilərək imzalanmış, həmçinin buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. MPM-in 404-1.2-ci maddəsinə əsasən işə kassasiya qaydasında baxmaq üçün prosessual əsaslar olmadıqda kassasiya şikayətinin qeyri-mümkün hesab edilməsinə dair qərardad qəbul edilir. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Göstərilənlərə əsasən kassasiya şikayəti qeyri-mümkün hesab edilməli və mülki iş apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 404-1 və 408.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə tərkibi qərara aldı: Sumqayıt Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(105)-1268/2023 nömrəli, 02 avqust 2023-cü il tarixli qərardadından Ərizəçi və vəkili Nümayəndə2 tərəfindən verilmiş kassasiya şikayəti qeyri-mümkün hesab edilsin və i
Məhkəmə qərarları › İş №2(102)-4010/2023
Ali Məhkəmə Qərardad — İş №2(102)-4010/2023
29.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver