Məhkəmə qərarları › İş №2(102)-4011/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4011/2023

16.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sai
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4011/2023 16.10.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: müqavilədən irəli gələn öhdəliyin icrası, behin iki mislinin ödənilməsi, sübutetmə yükü, miras passivindən kreditorun borcunun ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X2 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3895/2023 nömrəli, 2023-cü il 20 iyun tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı i craat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Əhmədov Bala-Əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixdə notarial qaydada saziş bağlanmışdır.

2. Sazişin 1-ci bəndinə görə tərəflər arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsinin dəyəri 100000 manat qiymətləndirilmişdir. İddiaçı həmin əmlaka görə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən varislik hüququ ilə Əhmədov Bala-Əmi Firdavus oğluna həmin ev və torpaq sahəsinə aid 38500 manat məbləği xx.xx.2015-ci il tarixdə nəğd şəkildə ödəyib. Yerdə qalan 61500 manat isə alqı-satqı müqaviləsi rəsmiləşdirilərkən iddiaçı qarşı tərəfə ödəməyi öz öhdəsinə götürür.

3. Sazişin 2-ci bəndinə görə, sənədləri tam hazır etdikdən sonra Əhm ədov Bala-Əmi Firdavus oğlu notariat kontorunda alqı-satqı müqaviləsi bağlamağı öz öhdəsinə götürür.

4. Sazişin predmeti olan fərdi yaşayış evi və torpaq sahəsi "xxxx" KB ASC-nin, X1 və Əhmədov Bala-Əmi Firdavus oğlunun adında paylı mülkiyyətdədir. Əhmədov Bala-Əmi Firdavus oğlunun adına olan hissə 2 otaq (y/s-32,3 kv metr, k/s-12,0 kv metr) olmaqla xx.xx.2017-ci ildə qeydiyyata alınmışdır.

5. Əhmədov Bala-Əmi Firdavus oğlu xx.xx.2019-cu il tarixdə ölmüşdür.

6. Cavabdeh (bundan sonra – cavabdeh) Əhmədov Bala-Əmi Firdavus oğlunun arvadıdır, xx.xx.1972-ci ildə rəsmi nikah münasibətlərinə daxil olmuşlar.

7. Bala-Əmi Firdavus oğlunun adına vərəsəlik işi açılmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat

8. İddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehin mərhum həyat yoldaşı Əhmədov Bala-Əmi Firdavus oğlu arasında xx.xx.2016-cı il tarixində Bakı şəhəri 7 saylı Notariat kontrounda bağlanmış Saziş üzrə beh şəklində verilmiş 38500 manat pul məbləğinin iki mislini təşkil edən 77000 manat pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

9. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, sazişin bağlanmasından uzun müddət keçməsinə baxmayaraq, Əhmədov Bala-Əmi Firdavus oğlu sənədləri tam hazır etməmiş və müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. Sonradan isə ona məlum olmuşdur ki, Əhmədov Bala-Əmi Firdavus oğlu vəfat etmiş və müqavilə icrasız qalmışdır. Göstərilənləri nəzərə alaraq, iddiaçının adından cavabdehə pretenziya məktubu göndərilərək, onun mərhum əri Əhmədov Bala-Əmi F irdavus oğlunun hüqüqi varisi və qanun üzrə vərəsəsi olmasını nəzərə alaraq, Əhmədov Bala-Əmi Firdavus oğlunun üzərinə götürdüyü öhdəlikləri 20 gün müddətində icra etməsini xahiş etmişdir. Pretenziya məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh məktubu qəbul etməkdən imtina etmişdir. Nəticədə iddiaçı hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

10. Cavabdeh birinci instansiya məhkəməsində iştirak etməmişdir.

11. Bakı şəxəri Xətai Rayon Məhkəməsinin 1 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim Əminə Abbasova, iş N e-2(011)-769/2023) iddia rədd edilmişdir.

12. Məhkəmə, iş üzrə gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, iddiaçı saziş üzrə ödədiyi məbləğin beh şəklində ödənildiyini iddia etsə də, nə müqavilənin məzmunundan, nə də müqavilə üzrə tərəflərin ü zərinə götürdükləri öhdəliklərdən həmin məbləğin beh olaraq ödənildiyi müəyyən edilmir.

13. Müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə rəsmiləşdirilən saziş üzrə ödənilən 38500 manat məbləğində pul vəsaiti avans olaraq ödənildiyindən, iddiaçı həmin məbləğin iki mislini tələb etməkdə haqlı deyildir. Digər tərəfdən, mülki iş üzrə Cavabdeh mərhum Əhmədov Bala-Əmi Firdavus oğlunun vərəsəsi olaraq miras əmlakı qəbul etdiyi sübuta yetirilmədiyinə görə iddia təmin edilə bilməz.

14. Məhkəmə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin (bundan sonra – MM) 491.1, 491.2, 491.3, 1145, 1151.1, 1159.1.1, 1243, 1306.1 və 1306.2-ci, MPM-in 14.2, 77.1, 88 və 217.1 və 2173-cü maddələrinə istinad etmişdir. b) apellyasiya instansiyası məhkəməsində icraat

15. İdd iaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

16. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlu ilə ər-arvad olduqlarından və verilmiş beh məbləği onların ailə büdcəsinə daxil olduğundan, qanunla cavabdeh həm vərəsə, həmçinin də faktiki olaraq birgə borclu hesab edilirlər. Həmçinin mərhum Əhmədov Bala-Əmi Firdavus oğlu və onun arvadı - iş üzrə Cavabdeh bir ünvanda qeydiyyatda olmaqla birgə yaşadıqlarından və cavabdeh mərhum ərindən qalan əmlakları faktiki olaraq qəbul etdiyindən, həmçinin o qanun üzrə vərəsə olduğundan, iş üzrə birbaşa cavabdehlik daşıyır.

17. Cavabdeh məhkəmə iclasında iştirak etməmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2023-cü il 20 iyun tarixli qətnaməsi ilə (hakimlər Xumar Mərdanova (sədrlik edən və məruzəçi), Elnur Həsənov, Sabit Bəhrəmzadə, iş N 2(103)-3895/2023) qətnamə ləğv edilmiş, yeni qətnamə qəbul edilməklə iddia rədd edilmişdir.

19. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi ilə bağlı mövqeyini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində göstərilən hallar hazırki işə aid olmayan hallar olmuşdur, başqa sözlə, məhkəmə hazırki işə aid olmayan hallara əsaslanmışdır. Məhkəmə qətnaməsində hazırki iddia tələbinin predmetinə aid olmayan hallarla əsaslandırması prosessual hüquq normalarının pozulması ilə çıxarılması kimi qiymətləndirilməli və qətnamə ləğv edilərək işə, işdə olan sübutlar əsasında mahiyyəti üzrə baxılmalıdır.

20. Apelyasiya instansiyası məhkəməsi iddianın rədd edilməsi ilə bağlı mövqeyini birinci instansiya məhkəməsinin mövqeyi ilə eyni məzmunda əsaslandırmış, hesab etmişdir ki, Cavabdeh mərhum əri Bala-Əmi Əhmədovdan qalmış mirası qəbul etməsi, verilmiş vəsaitin cavabdehlə mərhumun ailə büdcəsi olması sübuta yetirilmədiyinə görə iddia rədd edilməlidir.

21. Apellyasiya instansiyası məhkəməsi öz mövqelərini hüquqi cəhətdən əsaslandırarkən MM-in 491.1, 491.2, 491.3, 1145, 1151.1, 1159.1.1, 1243, 1306.1 və 1306.2-ci, MPM-in 14.2, 77.1, 88, 217.1 və 217.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

22. İddiaçı (Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin olunmasına dair yeni qərar çıxarılmasını x ahiş etmişdir.

23. Kassasiya şikayəti iddia ərizəsi və apelyasiya şikayətinin məzmununa uyğun şəkildə əsaslandırılmış və qeyd etmişdir ki, cavabdeh Əhmədov Bala-Əmi Firdavus oğlu ilə ər-arvad olduqlarından və verilmiş beh məbləği onların ailə büdcəsinə daxil olduğundan, qanunla cavabdeh həm vərəsə, həmçinin də faktiki olaraq birgə borclu hesab edilirlər.

24. O, tərəflərin ər-arvad olmasına və müqavilə bağlandığı zaman birgə nikahda olmalarına dair sübutu birinci instansiya məhkəməsinə təqdim etmişdir. Hesab edir ki, alınmış vəsaitin də ailə büdcəsinə sərf edilməsinin sübuta yetirilməsinə heç bir ehtiyac yaranmır. Götürülmüş vəsait də birgə nikah dövründə götürüldüyündən, cavabdehin əri ilə birgə məsuliyyət daşıması da qanunla müəyyən edilir. Həmçinin cavabdehlə əri eyni ünvanda qeydiyyatda olmaqla birgə yaşadıqlarından və cavabdeh mərhum ərindən qalan əmlakları faktiki yiyələnməklə qəbul etdiyindən və qanun üzrə vərəsə olduğundan, iş üzrə birbaşa cavabdehlik daşıyır. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

25. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

26. Maddə 491.1. Beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir.

27. Maddə 491.2. Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır. Beh haqqında razılaşma daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı olduqda, notariat qaydasında təsdiq ed ilməlidir. Daşınmaz əmlaka sərəncam verilməsi barədə müqavilənin bağlanması ilə bağlı beh haqqında razılaşmanın notariat qaydasında təsdiq edilməsi zamanı behi alana münasibətdə bu Məcəllənin 225.6-cı maddəsində nəzərdə tutulmuş qaydalar tətbiq edilir.

28. Maddə 491.3. Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır.

29. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır.

30. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələri n (miras passivi) toplusu daxildir.

31. Maddə 1159.1. Qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar:

32. Maddə 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər).

33. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

34. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

35. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və har ada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

36. Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 37. 1306.2. Əgər miras qoyan vərəsələrə keçmiş borclar üzrə birgə borclu olmuşdursa, vərəsələr birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

38. Maddə 32.1. Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. Maddə

88. Məhkə mə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

42. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

43. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

44. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya ş ikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

45. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

46. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edil məsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

47. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

48. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməli, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməklə iş yeni apellyasiya baxışına göndərilməlidir.

49. Belə ki, iddianı rədd edən apelyasiya məhkəməsi hesab etmişdir ki, özünə məxsus ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evini və torpaq sahəsinin gələcəkdə satmaq üçün xx.xx.2016-cı il tarixdə notari al qaydada təsdiqlənmiş müqaviləyə əsasən İddiaçı 38500 manat pul alan Əhmədov Bala-Əmi Firdavus oğlu həmin müqavilə üzrə öhdəliyə əməl etmədən vəfat edəndən sonra, ondan qalmış mirası cavabdeh arvadı Cavabdeh qəbul etməmişdir, ona görə Cavabdeh hazırkı iddiaya cavab verən şəxs hesab oluna bilməz.

50. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya məhkəməsi Cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə ölmüş əri Əhmədov Bala-Əmi Firdavus oğlundan qalmış mirasın qəbulu ilə bağlı iddiaçı tərəfin təqdim etdiyi sübutlara tam, hərtərəfli baxmamış, zəruri əlavə sübutlar təqdim etməyi iddiaçı tərəfə təklif etməmiş, apellyasiya məhkəməsi ümumiyyətlə tərəflrin iştirakı olmadan işə baxmışdır.

51. İşdən görünür ki, iddiaçının satın almaq üçün əvvəlcədən pul ödədiyi ünvan 1 ünvanda yerləşən fərdi yaşayı ş evinin üçdə bir hissəsi 16 sentyabr 2017-ci il tarixdə miras qoyan Bala-əmi Əhmədovun adına dövlət qeydiyyatına alınmışdır. Evin həyətyanı torpaq sahəsi isə dövlət mülkiyyətindəir.

52. Cavabdeh Bakı şəhəri, Zığ qəsəbəsi, Zığ yolu küçəsi-23B\6 ünvanda qeydiyyatdadır, lakin onun adına həmin ünvana poçtla göndərilmiş məhkəmə sənədləri cavabdehin həmin ünvanda yaşamaması və evdə olmaması əsasları ilə geri qaytarılmışdır.

53. Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Reyestri xidmətinin 09 sentyabr 2023-cü il tarixli məktubuna görə isə cavabdehin ərindən qalımş mirası qəbul etməsi, müvafiq olaraq mirasdan imtina etməsi müəyyən edilməmişdir.

54. İddiaçı tərəf cavabdehin ərindən qalmış mirası faktiki qəbul etdiyini, miras qoyanın mülkiyyətində olmuş Mərdəkan qəs, Yesenin küçəsi, ev 9 6 ünvanında yerləşən fərdi yaşayış evində yaşadığını göstərmiş, lakin cavabdeh tərəf bu məsələ ilə bağlı hər hansı etiraz etməmiş, məhkəməyə iddiaya etiraz göndərməmişdir.

55. Nəhayət apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin üçdə bir hissəsi 16 sentyabr 2017-ci il tarixdə miras qoyan Bala-əmi Əhmədovun adına dövlət qeydiyyatına alınmışdır, həmin əmlak ikidə bir hissəsi cavabdehin mülkiyyətidir, fiziki bölgü aparılmamışdır, cavabdehin yaşayış evinin özünə məxsus hissəsinə sahiblik və istifadə etməsi digər hissə üzrə eyni hərəkətləri həyata keirmədən mümkün deyildir.

56. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Bakı Apell yasiya Məhkəməsi Mülki kollegiyasının təqdim olunmuş sübutları tam və hərtərəfli araşdırmadan, işin nəticəsi üçün mühüm əhəmiyyət kəsb edən sübutlara lazımi hüquqi qiymət vermədən iş üzrə gəldiyi nəticəsi qanuni və əsaslı sayıla bilməz. Ona görə də qətnamə ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir. İşə yenidən baxan məhkəmə qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, araşdırılan sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələbləri baxımından düzgün hüquqi qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şik ayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3895/2023 nömrəli iş üzrə 20 iyun 2023-cü il qətnaməsi ləğv edilsin, iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar