Məhkəmə qərarları › İş №2(102)-4012/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-4012/2019

30.05.2019 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4012/2019 30.05.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Quliyev Gündüz Ağababa oğlunun sədrliyi və məruzəsi ilə, Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, kassatorun İddiaçı, vəkili X1 iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsindən İddiaçı kassasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ağsu Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ilə (iş № 2(016)51/2018, hakim T.A.İsmayılov) İddiaçı Cavabdeh İB-nin X3 İstismar İdarəsinə qarşı iddiası təmin edilmiş, iddiaçının Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Şamaxı rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətinin rəisi vəzifəsinə bərpa edilməsi və işə bərpa edildiyi günədək məcburi işburaxmaya görə əmək haqqının hesablanıb ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (iş № 2(107)-275/2019, hakimlər V.İ.Məlikov, E.Ş.Hüseynov, A.A.Mahmudov) Cavabdeh İB-nin apellyasiya şikayəti təmin edilmiş, iş üzrə Ağsu Rayon Məhkəməsinin 31 avqust 2018-ci il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı Cavabdeh İB-nin X3 İstismar İdarəsinə qarşı onunla əmək müqaviləsinin ləğv edilməsi haqqında 13 iyul 2017-ci il tarixli əmrin ləğv edilməsi və əvvəlki vəzifəsinə bərpa edilməsi tələbinə dair iddiası r ədd edilmişdir. Həmin qətnamədən iddiaçı verdiyi kassasiya şikayətində qətnamənin ləğv edilib iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü ilə İddiaçı və qeyriləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirli bilinib barəsində Cinayət Məcəlləsinin 46.2-ci maddəsi tətbiq edilərək 1 il 6 ay müddətinə dövlət və yerli özünüidarə orqanlarında rəhbər vəzifə tutma hüququndan məhrum edilməklə 2 il 6 ay müddətinə cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməklə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2017-ci il tarixli qərarı ilə İddiaçı v ə qeyrilərinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə bilinib məhkum edilmələrinə dair Şamaxı Rayon Məhkəməsinin 27 oktyabr 2016-cı il tarixli hökmü dəyişdirilmədən saxlanılmışdır. 13.07.2017-ci il tarixdə Cavabdeh İB-nin X3 İstismar İdarəsinin Şamaxı xidmət sahəsi üzrə TQQ və Satışı üzrə xidmət rəisi İddiaçı ilə bağlanmış 22.02.2016-cı il tarixli 11 saylı əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndinə əsasən ləğv edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının 24 aprel 2018-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 22 may 2017-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. 21.08.2017-ci il tarixdə İdd iaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X3 İstismar İdarəsinin onunıa əmək müqaviləsinin ləğv edilməsi haaqındza 13.07.2017-ci il tarixli əmrin ləğv edilməsi və onun əvvəlki vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri, kassasiya şikayətinə dair etirazlar və tərəflərin izahatları: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual normaları pozulmuş, iddiaçının İİİ qrup əlil olduğundan onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsinin qanunsuz olmasına düzgün hüquqi qiymət verilməmişdir. Məhkəmə kollegiyasının iclasında kassator və vəkili kassasiya şikayətini müdafiə edərək təmin ed ilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, apellyasiya instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiya məhkəməsi apellyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Həmin Məcəllənin 418-ci maddəsi ilə apellyasiya instansiya məhkəməsinin qətnaməsinin və qərardadının ləğv edilməsinin əsasları müəyyən edilmişdir. İddia tələbinin əsasını iddiaçının işdən çıxarılması barədə əmrin ləğv edilərək əvvəlki v əzifəsinə bərpa edilməsi təşkil edir. İddiaçının ləğvini mübahisələndirdiyi əmrin məzmunundan görünür ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndi əsas götürülməklə xitam verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsi ilə tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam verilməsinin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələblərinə görə işçinin nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edildiyi barədə məhkəmənin hökmü qanuni qüvvəyə mindikdə tərəflərin iradəsindən və ya istəyindən asılı o lmayaraq əmək müqaviləsinə xitam verilir. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 29.1-ci maddəsinə əsasən işəgötürən hökmün surətini aldığı gündən sonra üç gün ərzində müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilmiş məhkumla əmək müqaviləsinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xitam verir və məhkəmənin hökmünə uyğun olaraq məhkumun əmək kitabçasına onun hansı əsasla, hansı müddətə və hansı vəzifəni tutma hüququndan məhrum edilməsi və ya hansı fəaliyyət növü ilə məşğul olma hüququndan məhrum edilməsi barədə qeyd edir. Hökmü çıxarmış məhkəməyə bu barədə dərhal məlumat verilir. Apellyasiya məhkəməsi hesab etmişdir ki, işəgötürən məhkəmə qərarının icrası məcburiiyi barədə qanunveriiciyin tələblərinə əməl etməklə iddiaçı ilə bağlanmış ə mək müqaviləsinə Əmək Məcəlləsinin 74-cü maddəsinin “ç” bəndində göstərildiyi kimi iradəsindən və ya istəyindən asılı olmayaraq xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanunvericiliyin tələblərinə uyğun olmaqla, maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, kassasiya şikayətinin dəlilləri mahiyyətcə düzgün olan qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmi n edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar